Tuesday, November 21, 2017

"Kanal-13"ün ofisində və evində axtarış aparılıb - VİDEO

Bu məqaləni qiymətləndir
(1 Səs)
Baş Prokurorluğun əməkdaşları "Kanal-13"ün ofisində axtarışa başlayıblar. 
 
Bu barədə internet-televiziyanın əməkdaşları məlumat veriblər. 
 
İyunun 1-də Tv-nin rəhbəri Əziz Orucov barəsində Cinayət Məcəlləsinin 192.2  (qanunsuz sahibkarlıq və külli miqdarda gəlir əldə etmə) və 308.2 (vəzifə saxtakarlığı ağır nəticələrinə səbəb olması) maddələri ilə cinayət işi açılıb. 
 
Baş redaktor qanunsuz sahibkarlıqda və vəzifə saxtakarlığında təqsirləndirilərək barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçilib. 
 
"Əziz Orucova qarşı qaldırılan cinayət işi "Kanal-13"ün fəaliyyəti və "Qafqaz Media Təhqiqatları Mərkəzi" İctimai Birliyinin fəaliyyətinə görə irəli sürülüb”, – vəkil bildirib.
 
Mayın 2-də Əziz Orucov 30 sutka həbs cəzası almışdı. O, iyunun 1-də azadlığa çıxmalı idi. Həmin gün Əziz Orucov ilə birlikdə onun həyat yoldaşı, televiziyanın redaktoru Lamiyə Çarpanova da saxlanıb. Ancaq bir saat sonra Lamiyə xanım sərbəst buraxılıb. Əziz Orucov isə Nəsimi rayon Məhkəməsinə aparılıb.O, İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə ittiham olunurdu.
 
"Kanal 13" internet televiziyası 2010-cu ildən fəaliyyət göstərir. Kanalın təsisçisi Anar Orucov Almaniyada yaşayır.
Oxu 827 dəfə

Şərh verin

Siz (*) tələb olunan məlumatı daxil etdiyinizə əmin olun.Hansı ki, HTML kodu iczə verilmir.