''İsmayıl Balacanov qonorarını istədiyi üçün qəzəbə tuş gəlib''

“Meydan TV İctimai Televiziyada (İTV) baş verən ixtisarlar barədə yazandan sonra çoxunun bəxti gətirdi, məlumatı təkzib etmək üçün onları geri qaytardılar. Təkcə Rauf Rəcəbovdan başqa”.

Adının açıqlanmasını istəməyən İTV əməkdaşı Meydan TV-yə danışır.

Bir müddət öncə telekanalın yeni rəhbəri Balakişi Qasımovun “təmizləmə əməliyyatı” apardığı haqdaməlumatlaryayılmışdı. Mənbə deyir ki, bu əməliyyatın qurbanları arasında “Salam əsgər” hərbi verilişin aparıcısı İsmayıl Balacanov da var.

“İsmayıl müəllimin ərizəsini alıblar, avqustun 30-dan etibarən işdən çıxarılır. Adam şəkər xəstəliyindən əziyyət çəkir, öhdəsində azyaşlı, əlilliyi olan uşaq var. Anası isə onkoloji xəstədir. Ailənin yeganə qazanc gətirən üzvüdür. Məsələ ondadır ki, İsmayıl Balacanov işdən fəaliyyətindəki hər hansı qüsura və ya işi bacarmadığına görə çıxarılmır. O, keçmiş sədr Cəmil Quliyevdən qonorarını istədiyi üçün hədəfə alınıb. Adam aparıcı olduğu halda müxbir maaşı alırdı – 460 manat. Buna etiraz etdiyi üçün gözümçıxdıya salındı. Guya İsmayıl müəllim İTV-nin əvvəlki sədri Cəmil Quliyevin otağında AzTV sədri Arif Alışanova söyüb, bu da onun qulağına çatıb. Cəmil Quliyev işini itirdi deyə imkan tapıb İsmayıl müəllimi işindən uzaqlaşdıra bilmədi. İndi İTV sədrinin televiziya üzrə müavini Murad Hüseynov həmin istəyi yerinə yetirir”.

Mənbə deyir ki, İTV-də işə qəbul Balakişi Qasımov tərəfindən həyata keçirilsə də, ixtisar aparma M.Hüseynova həvalə edilib.

İTV rəhbərliyində təmsil olunan, amma adının Meydan TV-də hallandırılmasını istəməyən başqa bir şəxs də məlumatı təsdiqləyib. Onun sözlərinə görə, Alışanovun yaxın qohumları İTV-də çalışdığından İsmayıl Balacanovun işdən çıxarılmasında israrlıdırlar:

“Bir bloger gətiriblər, yeni hərbi veriliş açırlar. Olsun. Layihə pis deyil. Amma bunun üçün Balacanovu işdən çıxarmaq ədalətsizlikdir. Adam 4 ildir veriliş aparır. Onu da cəlb edə bilərdilər axı. Qanunvericiliyə görə, ixtisarlar aparılarsa, onun ailə vəziyyəti, öhdəsində əlil azyaşlının olması nəzərə alınmalıdır. Adam qonorarına görə mübahisə edib deyə neçə aydır efirə buraxmırdılar. Yeni gələn rəhbərlik söz verdi ki, gözlə, məsələyə baxacağıq, heç nə etmədilər. Burada çalışanların hamısı bilir ki, Balacanov İTV-də gedən Arif Alışanov-Əli Həsənov davasının qurbanlarındandır”.

Mənbə deyir ki, Arif Alışanovun bütün qohumları – qardaşı, bacısı uşaqları departamentləri dəyişdirilməklə işdə saxlanılıb, heç biri ixtisara düşməyib:

“AzTV sədrinin bacısı qızı Nilufər kadrlar şöbəsinin müdiridir. Onun adı Alışanova qarşı sui-qəsdlə bağlı aparılan məhkəmə işində də hallandırılırdı. Adına Şamaxıda xeyli torpaq sahəsi var. Onun təlimatı keçərlidir. İsmayıl Balacanovla bağlı də təlimatı o verib. AzTV sədrinin qardaşı oğlu Səyyar Alışanov, bacısı və qardaşı qızları Pərvanə, Günel də işini itirməyib. Baxmayaraq ki, onlar işdən çıxarılan heç kimdən istedadlı, bacarıqlı deyillər”.

İsmayıl Balacanov Meydan TV-yə deyib ki, bu barədə danışmaq istəmir. O, heç bir sualı cavablandırmayıb.

Cəmil Quliyev Meydan TV-nin bu barədə sualına sualla reaksiya verib:

“Mən İsmayıl Balacanovu 2013-cü ildə işə götürmüşəmsə, niyə çıxartmalıyam? İsmayıl Balacanov çox güclü yaradıcılıq təfəkkürünə malik adamdır, işə götürəndən sonra heç bir təmasımız olmayıb. Görünür, özü belə qəribə şeyləri uydurur. Bu, onun mənə çox sağoludur?”.

Cəmil Quliyev
Cəmil Quliyev.

Cəmil Quliyev bildirib ki, deyilənlər İctimai Televiziyada müəyyən adamların intriqalarının təzahürüdür:

“Mən artıq 4 aydır orda işləmirəm və öz ərizəmlə çıxmışamsa, məndən nə istəyirlər? İkinci, qonorar söhbəti və Arif Alışanovla bağlı məsələ də olmayıb. Məsələ ondadır ki, Balacanov normanı tam yerinə yetirdiyi üçün qonorar almayıb. Yenə deyirəm, bu cür şeyləri İctimai Televiziyada müəyyən qruplar uydurur. Bu qruplar məni öz oyunlarına qatmaq istəyirlər, amma heç nə çıxmayacaq. Nəhayət, kanaldan uzaqlaşdırığımdan problemlərlə də maraqlanmıram”.

İTV rəhbərliyindən məsələyə aydınlıq gətirən olmadı. Meydan TV-nin suallarını cavablandırmadılar.

Əmək Məcəlləsinin 79-cu maddəsinin tələblərinə əsasən, yeganə qazanc yeri işlədiyi müəssisə olub məktəb yaşınadək uşağını təkbaşına böyüdən və əmək qabiliyyətini müvəqqəti itirən işçilərin, işçinin şəkərli diabetlə və ya dağınıq sklerozla xəstə olması səbəbinə görə, həmkarlar ittifaqları təşkilatının və ya hər hansı siyasi partiyanın üzvü olması motivinə görə, öhdəsində sağlamlıq imkanları məhdud 18 yaşınadək və ya I qrup əlil ailə üzvü olan işçilərin, məzuniyyətdə, ezamiyyətdə olduğu vaxtda, habelə kollektiv danışıqlarda iştirak etdiyi müddət ərzində işçilərin müəssisənin ləğv edilməsi və əmək müqaviləsinin müddətinin qurtarması halları istisna olmaqla, işəgötürənin tərəfindən əmək müqaviləsinin ləğv edilməsi qadağandır.

Çərşənbə axşamı, 28 Avqust 2018 01:34

Lənkəranda sələmçiləri kim himayə edir?- VİDEO

Yazan
"Mənə təklif etdi ki, get intihar et, üzürdə yığılan pulu mən götürüm”
 
Lənkəran rayonu Şıxəkəran kənd sakini Əliyeva Təyibə Güləli qızı redaksiyamıza göndərdiyi məktubda həmkəndliləri tərəfindən təqib və təhqirlərə məruz qaldığını bildirib. Məsələ ilə bağlı hüquq mühafizə orqanlarının seyrçi mövqedə dayanması da iddia olunub.
 
Bu barədə azadlıq.info məlumat yayıb. Şikayət məktubunu ixtisarla oxucularımıza təqdim edirik:
 
"İki min manat borc 20 min manata çatdırılıb"
 
Əliyeva Teyibə 2011-ci ildə Şıxəkəran kənd sakinləri olan Əliyeva Dilarədən 1300 manat, Ramazanova Fəridədən isə 700 manat olmaqla aylıq 8 faizlə cəmi 2000 manat pul götürüb.
 
Bildirdiyinə görə, 2015-ci ilə kimi hər ay faizlər ödənsə də əsas borc qalıb. "2015-ci ildə bacılar pulu qaytarmağımızı israrla tələb etdi. Bizdən polis idarəsinə şikayət etdilər. Guya kürəkənim və oğlum onları döyüb. Amma əslində onlar mənim oğlumu döymüşdülər. Buna görə oğluma 10 sutka inzibati həbs də verdidilər. 2015-ci ilin sentyabrında mən və həyat yoldaşım Ənvər Əliyev polisə aparıldıq. Orada Əlifağa adlı polis əməkdaşına faizə pul aldığımı, faizi aybaay ödədiyimi bildirdim. Amma həmin pulu birdəfəyə qaytarmaq imkanımızın olmadığını da dedim. Orada mənim qoluma qandal vurub həyat yoldaşımı təhqir etdilər. Bundan sonra həyat yoldaşıma məcburi surətdə natorial qaydada sənədə imza atdırıblar.
 
2015-ci il sentyabrən 16-dan etibarən 2018-ci ilin sentyabrın 16-na kimi pulu hissə ödəməyimiz barədə müqavilə bağlanıb. Təzyiq altında olduğu üçün müqqvilədə yazılanlara fikir də verməyib. Məbləğ isə 2000 manatdan artırılıb 20000 manata çatdırılıb. 2016-cı ildən Fəridə və Dilarə bacıları yenidən bizdən pul istədikləri üçün məhkəməyə müraciət etdik. Hakim onlara sələmçi olmalarını bildirsə də, məhkəmə qərarı onların xeyrinə oldu. Şirvan Apellyasiya məhkəməsi də bizim 2018-ci ilin sentyabrına kimi vaxtımız olmasna baxmayaraq Lənkəran məhkəməsinin qərarını qüvvədə saxladı. Ali Məhkəməyə isə qərarı ala bilmədiyimizdən şikayət edə bilməmişik”, - deyə şikayətçi məsələnin detalları ilə bağlı bildirib.
 
"İcra məmuru və prokuror müavini bizi həbslə hədəlir”
 
Bu ilin yayından isə məsələ yeni mərhələyə keçib. Bu haqda şikayətçi yazır: "Bundan sonra bizə təzyiqlər artmağa başladı. 20.06.2018-ci il tarixdə həyat yoldaşımı 10 gün müddətinə inzibati həbsə atdılar. Orada onun xəstəlikləri şiddətləndiyi üçün həbsdən sonra 20 gün xəstəxanada yataraq müalicə olundu. Məhkəmənin qanusuz qərarından şikayət etmək üçün bu günə kimi də həmin qərarı ala bilmirik. Lənkəran rayon İcra Şöbəsinin icra məmuru Tural Mustafayev bacıları müdafiə edir, məni həbslə hədələyir. Dəfələrlə aidiyyatı orqanalra şikayət etsəm də heç bir nətiçəsi yoxdur. Bu işdə Lənkəran rayon prokurorluğu sələmçi bacıların müdafiəçisi kimi çıxış edir. Prokurorun Rəşad adlı müavini bizi uzunmüddətli həbsə göndərəcəyini deyir. Fəridə və Dilarə bacıları məhkəmə və prokurorluqdakı himayədarlarına arxalanaraq deyirlər "evini sat pulu ver”. Əliyeva Dilarə isə məni özümü öldürməyə vadar edir. Konkret olaraq mənə təklif etdi ki, get intihar et, üzürdə yığılan pulu mən götürüm”.
Şikayətçi bildirir ki, Əliyeva Dilarə və Ramazanova Fəridə bacılarını nəinki Şıxəkəran kəndində, eləcə də bütün Lənkəranda hamı sələmşi kimi tanıyır. Onlarla adamı eyni qayda da məhkəmə və hüquq mühafizə orqanları vasitəsi ilə "cəzalandırıblar”. "Araşdırılsa bu sənədlərlə ortaya çıxar. Onlardan faizə pul götürən adamlara qorxu gəlmək üçün cəzlandırdıqları bizim kimi adamları nümunə göstərib deyirlər ki, sizi də filənkəslərin gününə salarıq. Heç kəs də qorxusundan etiraz edə bilmir”, - deyə Teyibə Əliyeva qeyd edib.
 
Daha sonda Əliyeva Teyibə saytımız vasitəsi ilə ölkə ictimaiyyətinə və aidiyyatı qurumlara müraciət edir. Özünün və ailə üzvlərinin həyatının təhlükədə olduğunu bildirir. Respublikanın ali hakimiyyət orqanlarından məsələyə hüquqi qiymət verilməsini istəyir.
 
Xatırladaq ki, Lənkərandan "sələm mafiyası"nın Lənkəran hüquq-mühafizə orqanlarında çalışan bəzi məmurlar tərəfindən himayə olunduğu iddia olunur. Belə ki, Yuxarı Nüvədi kəndindən olan bir qrup sələmçinin indiyə qədər xeyli insanın ev-eşiyini, mülkiyyətini əlindən aldığı deyilir. Həmin şəxsləri isə yerli məmurların himayə etdiyi iddia edilir. Artıq bir neçə dəfə polis mayoru Rüfət İbayev və polis müstəntiqi Bəyəmir Cahangirovun da adı bu məsələlərdə hallandırılıb. 
 
Məsələ ilə bağlı qarşı tərəfin münasibətini öyrənmək cəhdimiz alınmadı. Buna baxmayaraq digər adı çəkilən şəxslərin mövqe bildirmək hüququ saxlanılır.

''Müstəntiq məhkəməyə hər şeyin qanuni aparıldığını sübut edən sənəd təqdim etmədi''

Bakı Apelyasiya Məhkəməsində avqustun 27-də hakim Sahibxan Mirzəyevin sədrliyi ilə Səbayel Rayon Məhkəməsinin 26 iyul prosesində criminalaz.com saydının baş redaktoru Anar Məmmədovun mənzilində aparılan axtarışdan verilən şikayəti rədd etməsi haqda müraciətə baxılıb.

Bu barədə jurnalist Anar Məmmədov Meydan TV-yə məlumat verib.

Jurnalist deyib ki, əvvəla, mənzilində axtarış məhkəmə qərarı olmadan aparılıb və kompüterini, telefonlarını, vergiyə aid sənədlərini müsadirə ediblər. Bundan sonra Səbayel rayon Məhkəməsi işə mahiyyəti üzrə baxmayıb.

Məhkəmə şikayətə məhkəmə nəzarəti qaydasında baxıla bilməz. Ancaq məhkəmə qərarında bu iddiasını izah etməyib.

“Bundan sonra apelyasiya şikayəti verdik. Bugünkü prosesdə müstəntiq hər şeyin qanuni aparıldığını desə də, məhkəməyə bunları sübut edəcək sənəd təqdim etmədi”.

Anar Məmmədov bildirib ki, məhməkə şikayətlərini təmin etməyib.

İyulun 12-də Anar Məmmədovun xanımı və qayınatası da Bakı Şəhər Prokurorluğunda dindiriliblər.

İyulun 9-da Baş Prokurorluq məlumat yayaraq, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə qarşı edilən sui-qəsdlə əlaqədar bir neçə sayta qarşı cinayət işi başlanıldığını bildirib. Həmin media qurumları çağırış xarakterli, ictimaiyyəti çaşdıran məlumatlar paylaşmaqda günahlandırılırlar.

Criminalaz.com saytı məhkəmə qərarı olmadan bloklanıb.

Çərşənbə axşamı, 28 Avqust 2018 00:08

''Pula görə ardıcıl turnirlərdə oynamağa məcburam''

Yazan

Şəhriyar Məmmədyarov: ''Bu ölkədə məndən güclü nə qədər idmançı var ki, mənə bir sponsor tapılmadı?''

***
Şəhriyar Məmmədyarovun atası Həmid Məmmədyarov Oxu.az saytına məsələ ilə bağlı açıqlama verərək deyib ki, turnirlərə gedəndə xərcin çoxunu özü çəkir.
 "Özü kimlərəsə ağız açmaq, yalvarmaq istəmir. Vətənpərvər bir insan tapılmır ki, onun xərclərini öz üzərinə götürsün. Ümumi götürdükdə, onunla yarışan elit şahmatçılara öz ölkələrində daha çox qayğı var. Bizdə gərək kiməsə ölkə rəhbərliyi tərəfindən göstəriş verilsin. Heç kim könüllü şəkildə yardım etmək istəmir. Şəxsən ölkə başçısı şahmata diqqət ayırır. Avropa çempionatından sonra şahmatçıları qəbul etməsi və onları mükafatlandırması buna bariz nümunədir. Amma tək onunla iş bitmir axı. Gərək digər insanlar, biznesmenlər də qeyrətə gəlsin”.
 O qeyd edib ki, əslində, bu pulu Gənclər və İdman Nazirliyindən xahiş etsək, almaq olar.
 "Amma bu məsələ vaxt apardığı üçün oraya müraciət etmirik. Nazirlik dünya və Avropa çempionatında ezamiyyə xərclərini çəkir. Təsəvvür edin ki, o pul olmasa, ümumiyyətlə, vəziyyət pis olar.
 Elə vaxt olur ki, xərcləri təşkilatçılar ödəyir. Elə vaxt isə olur ki, özümüz ödəməli oluruq. İndi ABŞ-da iştirak etdiyi turnir şahmatçıların xərcini ödəmir. Təyyarə, məskunlaşma, qidalanma xərclərini şahmatçılar özləri çəkir.
 Təşkilatçılar deyir ki, bizim mükafat fondumuz bu qədərdir (mükafat fondu 300 min dollardır – red.), iştirak et, pulunu al. Həmçinin Şəhriyar özü ilə kömək məqsədilə millidəki komanda yoldaşı Rauf Məmmədovu da aparıb. Onun da xərcini Şəhriyar çəkir”.
 Həmid Məmmədyarov Şəhriyara ölkə xaricindən vətəndaşlığını dəyişməklə bağlı çoxlu təkliflər gəldiyini, ancaq qəbul etmədiyini də dilə gətirib:
 "Federasiyada Şəhriyarın maaşı kapitan kimi iki min manatdır. Teymur Rəcəbov da bu qədər maaş alır. Qızım Zeynəb Məmmədyarovada yeddi yüz manatdır. Amma həmişə avqustun 6-da maaş alırdılar. Bu ay onu da almayıblar. Orada federasiya vitse-prezidenti Mahir Məmmədova böyük "sağ ol” düşür. Ona müraciət olunanda, əlindən gələn köməyi etməyə çalışır.
 Şəhriyara Rusiya, ABŞ, Türkiyə kimi ölkələrdən çoxlu dəvətlər gəlib. Amma o, Ramil Quliyev kimi etmək istəməyib. İstəyir ki, Azərbaycan adından çıxış edib, ölkənin reytinqini qaldırsın”.
***
 Gənclər və İdman Nazirliyinin mətbuat katibi Samayə Məmmədova beynəlxalq qrossmeystr Şəhriyar Məmmədyarovun yazdıqlarına reaksiya verib.
 Səmayə Məmmədova modern.az-a deyib ki, Şəhriyar indi yarışda olduğundan onu anlayırlar: "Ola bilər ki, həyəcan və narahatçılıq onda müəyyən hisslər oyadıb və bu hisslər də Şəhriyarı o fikirləri yazmağa vadar edib. Nə yazmasından asılı olmayaraq, Şəhriyar bizim üçün önəmli şahmatçılardan biridir. 
 Şəhriyarın yarışlara getməsinə gəldikdə isə Gənclər və İdman Nazirliyi tərəfindən 2017-ci ildə təqdim olunan tədbirlər planına əsasən, 250 min manat, 2018-ci ildə isə 200 min manat vəsait ayrılıb. Bu vəsait şahmatçıların yarışa getməsi, yolpulu və qidalanma, səfərləri üçün nəzərdə tutulur. Qeyd edim ki, əlavə xərclər də ödənilib. 
 Heç bir şahmatçı qatılıdığı beynəlxalq və yerli turnirlərə öz hesabına qatılmır. Hamısı nazirlik tətəfindən hərtərəfli təmin edilir və ediləcək də. Qarşıda bizi Batumidə keçiriləcək şahmat üzrə olimpiada gözləyir. Əminik ki, Şəhriyar orada da Azərbaycanı layiqincə təmsil edəcək. 
 Unutmaq lazım deyil ki, prezidentin ən çox diqqət ayırdığı idman növlərindən biri də şahmatdır. Şahmatçıların qarşılanması, onların həyat şəraitinin günbəgün yaxşılaşması üçün cənab prezident tərəfindən hər zaman diqqət ayrılır. Şəhriyara uğurlar arzulayır və onunla qürur hissi duyuruq".
***
 Məsələ ilə bağlı Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Mahir Məmmədov Unikal.org-a açıqlama verib. Bildirib ki, o, bu günə qədər heç bir yarışa öz hesabına getməyib:
 "Şəhriyar Məmmədyarov hazırda çox ağır bir turnirdə oynayır. Bu ağır turnir yəqin ki, onun əhval-ruhiyyəsinə öz təsirini göstərir. O, heç bir turnirə öz hesabına getmir və hazırda onun ən böyük sponsoru Azərbaycan dövlətidir.
 Əgər onun qatıldığı turnir yığma komandaya aiddirsə, federasiya tərəfindən, klubdursa, qatıldığı yarış həmin təşkilat tərəfindən maliyyələşdirilir. Əgər super turnirdirsə, öz şəxsi statusuna müvafiq olaraq turnir təşkilatçıları tərəfindən maliyyələşdirilir və ona həm yol, həm də qalmaq pulu ödənilir.
 Ola bilsin ki, Şəhriyar Məmmədyarov onunla gedən şəxsi məşqçisinə öz pulundan xərcləsin.
 Mən də istəyərdim onun şəxsi sponsoru olsun. Hazırda onun bir sponsoru var - Azərbaycan dövləti....
 Ş.Məmmədyarov öz yüksək statusuna görə bundan da yüksəklərə layiqdir. Azərbaycan tarixində bu cür şahmatçı olmayıb. Yaxın gələcəkdə də olacağını düşünmürəm.
 Ş.Məmmədyarov hər cür dəstəyə, sponsora layiq adamdır. Ona ölkə başçısı, federasiyamızın rəhbəri, Gənclər və İdman Nazirliyi tərəfindən daim dəstək göstərilir. Dəfələrlə Məmmədyarov və ailəsinə dövlət tərəfindən mükafatlar və mənzillər verilib".
 ***
 Beynəlxalq qrossmeyster Şəhriyar Məmmədyarov indiki durumundan, xüsusən dəstək almamasından narazılığını ifadə edib.
 O, bu barədə "Facebook” sosial şəbəkəsindəki profilində yazıb ki, Karlsenlə 5 saatlıq oyun ağır və çətin mübarizə şəraitində keçib.
 Hazırda Ş.Məmmədyarov kommersiya seriyalı Sent-Luisdə «Grand Chess Tour» turnirinin dördüncü hissəsi sayılan Sinkfild Kubokunda iştirak edir və səkkiz turdan sonra Aronyan, Karlsen və Qrişukla birlikdə 4,5 toplayaraq 2-5 yerləri bölüşdürür.
 Karlsenlə oyuna gəldikdə isə, Ş.Məmmədyarov qeyd edib ki, debütdən böyük üstünlüyü var idi, sonra bir az pis vəziyyət aldı və rəqib 5 saat udmağa çalışdı. Nəticədə oyun heç-heçə bitib.
 "Bir səbəbə görə, qərara gədim 40-45 günlük turnirlərə son qoyacam, gərək az oynayıb özümdə güc saxlayım. Bu qədər ardıcılıqla oynamaq biabırçılıqdır. Bugün jurnalistlər mənə sual verdilər ki, səni bu qədər oynamağa nə məcbur edir. Utandım cavab verəm ki, pul! Deyə bilmədim ki, mənim kimi peşəkar oyunçunun sponsoru yoxdur. Hətta bütün yarışlara öz hesabımla gəlirəm”.
 O qeyd edib ki, burdakı yarışlara qatılanların hamısının sponsoru var. amma sabah yenə oyun var, gərək hazırlaşsın: "Çox heyf, amma şahmat belə məni bezdirir, yorulmuşam! Sabah yenə oynamaq lazımdır! Arada fikirləşirəm ki, bu ölkədə məndən güclü nə qədər idmançı var ki, mənə bir sponsor tapılmadı? Azərbaycana sevgim sonsuzdur, amma heyf mənim gücüm sonsuz deyil. Bir gün mən o Şəhriyar Məmmədyarov olmayacam. O zaman bu söhbətlər sadəcə mənasız olacaq”.
 Azərbaycan Şahmat Federasiyasından Yaşar Məmmədli Meydan TV-yə dedi ki, onlar Mərkəzi Bankdan asılıdır, bütün imkanlarını bank təmin edir: "Ancaq bu məsələyə vitse-prezident Faiq Həsənov cavab versə yaxşı olar, o da Azad Rəhimovun qəbulundadır”.
 Faiq Həsənovla əlaqə saxladıq. Amma o, Şəhriyar Məmmədyarov yazdıqlarından xəbərsiz olduğunu dedi: "Oxuyandan sonra münasibət bildirəcəm".
 Şəhriyar Məmmədyarov 1985-ci ildə Sumqayıt şəhərində doğulub. O, dünyada 20 yaşadək şahmatçılar arasında ikiqat Dünya çempionu tituluna sahib olan yeganə şahmatçıdır. Şəhriyar Məmmədyarov 2017-ci ilin may ayında dünya şahmat tarixində 2800 Elo reytinq balını keçmiş 13-cü şahmatçıdan biri olub və bu uğura imza atmış ilk azərbaycanlı idmançı kimi də tarixə düşüb.

MƏN ÖVLADIMIN GƏLƏCƏYİNDƏN NARAHATAM!!!

SİZİN DƏ BALALARINIZ VAR, ALLAHDAN QORXUN!!!

———————————————————————————–

Zəruri qeyd:

Bu məktubu  2016-ci ilin iyun ayında yazmışam, bir neçə dəfə də təkrar dərc etsəm də, hələ ki, nə prezidentdən, nə də, bu müddət ərzində, artıq I vitse-prezident vəzifəsinə yüksəmiş Mehriban xanım Əliyevadan hər hansı formada reaksiya gəlməyib. Ötən ilin bu günlərində məktubun növbəti dəfə dərci ilə bağlı polisə aparılmağımı onların reaksiyası saymaq olarmı, bilmirəm, amma ordad da bir nəticə hasil olmadı. Bu gün həmin məktubu yenidən dərc edib, bu günlərdə poçt vasitəsi ilə birbaşa ünvanlarına da göndərəcəm. Barı bu dəfə bir reaksiya, ya da “hə-yox” cavabı olacaqmı, yaşasaq görərik.

———————————————————————————–

İlham- mehribanAzərbaycan Respublikasının prezidenti İlham Əliyevə

Surəti:

Birinci Ledi, Millət vəkili Mehriban xanım Əliyevaya

 

Sərdar Əlib.Azərbaycan Respublikasının vətəndaşı, Bakı şəh. Xətai rayonu, Vunq-Tau küç.ev 11b mən. 60-da yaşayan, 18 il hərbi xidmətdə keçən ömrü Sizin hakimiyyətin “simasız quldurlar”ı tərəfindən yeyilən, ən üstün səviyyəli göstərişlər əsasında qanunsuz və məhkəməsiz həbs edilərək qapadılan və bununla da 14 illik mətbu fəaliyyətinə xitam verilən “Nota bene”, “Nota”, “p.s. Nota” və “Polad” qəzetlərinin, “ps-nota.com” saytının baş redaktoru Əlibəyli (Əliyev) Sərdar Məhəmmədəli oğlu tərəfindən

A Ç I Q  M Ə K T U B

(Müraciət)

Cənab Prezident!

 Çox hörmətli Mehriban xanım!

Mən avqust ayının 25-də 24 yaşı tamam olacaq anadangəlmə əlil olan və hazırda ömürlük I qrup əlil statusu daşıyan Əlibəyli Fəxrəddin Sərdar oğlunun atasıyam və Sizə yazdığım bu müraciət də, əslində, yeganə övladım olan bu uşağın taleyindən narahatçılığımnan bağlıdır. Bəri başdan onu da deyim ki, indi içində yaşadığım durumun və əlil övladımın gələcəyi ilə bağlı görünən və gözlənən perspektivlər nə qədər ağır və vahim olsa belə, mənim bu müraciətimi nə xahiş və ya yalvarış kimi qəbul etmənizi, nə də bununla bağlı mənə hər hansı şəkildə minnət qoymanızı ricaedirəm. Sadəcə, əlil ovladının taleyinnən bağlı bir atanın və Azərbaycan dövlətinin (Əgər bu dövlət varsa – S.Ə.) faktiki sahibləri olaraq, Sizlərin üzərinə düşməli olan və bundan sonra düşəcək görəvlərnən bağlı, Sizinlə söhbət etməklə, ortada olan və vahimliyi ilə tükləri ürpədən situasiyadan danışmaq istəyirəm…

Düz 24 il öncə, Tanrı bəndənizə bir bala və onunla birgə, bir ömür çəkiləcək bəla göndərdi. Mən də Tanrıdan gəldi deyə, bu bəlanı balamdan da çox sevib, bağrıma basdım və ötən bu illər ərzində, bir an belə onu qucağımdan yerə qoymadım, sırtımdan düşürmədim. Yorulmadan, yılmadan, əyilmədən qollarımın üstündə və ürəyimin başında gəzdirdiyim balamla birgə, onunla gələn bəla da boy atdı, böyüdü. Bundan sonra da mən bu dərdlə, bu ağır yüklə yaşamağa məhkumam və bu bir tale yazısı, Tanrı hökmü olaraq ömrümün sonunadək boynumun borcudu və üzərimdə olan haqqdı. Bu həm də mənim üçün Tanrımın və övladımın qarşısında sözsüz qəbul olunmalı bir görəvdi…

ilham eliyevin ailəsi-2Amma bununla belə, əgər səhv etmirəmsə, bu cür problemlərin həllində, həm bütövlükdə dövlətin də, bu dövləti təmsil edənlərin də müəyyən görəvləri olmalıdı. Hələ-hələ, Azərbaycan kimi varlı dövlətdə bu görəv birə-beş artıq olmalıdı ki, əskik olmamalıdı. Bunun üçün dövlət və qeyri-dövlət xətti ilə fəaliyyət göstərən yüzlərlə qurumlar, təşkilatlar var və hər Allahın günündə mətbu və teleefirlərdən onların fəaliyyəti ilə bağlı ağlasığmaz mədhiyyələr söylənir, Heydər Əliyevin başlatdığı, Sizin də davam etdirdiyiniz analoqsuz siyasətin nəticəsində, bütün sahələrdə, xüsusən də sosial sahədə qazanılmış çox böyük uğurlardan bəhs olunur. Oysa, dərhal diqqətinizə çatdırım ki, ötən 24 ildə bu uşağın taleyi ilə bağlı nəinki maraqlanan, heç bircə dəfə də olsun, telefon açıb, öldü-qaldısını belə soruşan olmayıb. Ayrıca da, bütün bu illər ərzində övladımın dövlətin qanunları ilə tanınan, ana südü kimi halal haqlarını belə, böyük məşəqqətlərdən, bəzən məmurlar və dövlət qurumları ilə ölüm-dirim müharibəsinə çıxmaqla əldə edə bilmişəm. Hələ bu yöndə özümə qarşı rastlaşdığım haqsızlıqlardan və qanunsuzluqlardan danışmağa belə dəyməz. 18 illik hərbiçi kimi Vətənə xidmət etdiyim ömrümü yeyən Sizin “simasız quldurlar”,  sonradan əlavə peşə kimi qazandığım və 14 ilə yaxın göstərdiyim mətbu fəaliyyətimi də hər cürə əngəlləməyə çalışdılar və həmişə də buna nail oldular. Heç bir əsas və səbəb olmadan, dəfələrlə alnıma cinayətkar damğası vurmaqdan, hətta aylarla (Təkcə son həbs müddətim 1 il 5 ay olub – S.Ə.) qazamatlara da qatmaqdan çəkinmədilər. Bu mənada, bircə şeyi özünüz bir düşünün, 16 ildən çoxdu ki, məni faktiki olaraq, bir əlil uşağın pensiyası ilə yaşamağa və bu boyda dərdlərin içində əzilməyə vadar buraxan Sizin və atanızın yaratdığı sistemdə yaşamaq nə deməkdi? Günü bu gün də, durum qədərindən artıq vahim və dəhşətlidi. Belə ki, nə sirri-ilahidisə, dövlət tərəfindən təyin olunan rəsmi yaşayış minimumu 110 manatın üzərində olunduğu halda, elə bu dövlətin adından verilmiş sənəddə “ömürlük dayə ehtiyacı var” yazılmış I qrup əlilə, cəmi 67 manat pensiya ödənilir. Övladının əlilliyinə görə 24 ildi ki, onun yanında zəlil olan ali təhsilli anası və bütün ömrü Sizin “simasız quldurlar” tərəfindən yeyilən atası işsiz olduğu halda, bu ailənin necə yaşadığını təsəvvür edə bilirsinizmi? Dünyanın heç bir ölkəsində, hətta ən geridə qalmış ölkələrdə belə, bu boyda Allahsızlıq, haqsızlıq və ədalətsizlik yoxdu və ola da bilməz. Belə bir vəziyyətdə, bəndəniz bu uşağın indiyə qədər yaşaya və mümkün müalicələr alması üçün çəkicə onun özündən də ağır pullar xərcləyib. Bəs sizcə, mən bu pulları haradan almışam və bundan sonra haradan almalıyam? Uşaq xəstədi, bunu bildik. Bəs onun anası və atası nədən Sizin analoqsuz siyasət yürütdüyünüz və dünyada analoqu olmayan inkişaf səviyyəsinə gətirdiyiniz ölkədə, gündəlik çörək puluna yetəcək qədər pul-para qazanacaq iş tapıb, işləyə bilmirlər. Düz 16 ildi ki, mənə hərbi xidmətdən niyə uzaqlaşdırıldığımı və o zamanlar mənə böhtan kimi yaxılan siyasi motivlərin kimlər tərəfindən uydurulduğunu araşdırıb, bir nəticəyə gələ bilmirəm. O zaman da, indi də mövcud olan qanunların tələbinə görə, himayəsində əlil övladı olan valideynlərin heç bir halda ixtisara salına bilməyəcəyi açıq-aydın göstərilsə də, Sizin həşəmətli generalların bunu necə və hansı yolla edərək, məni hərbi xidmətdən ixtisara saldıqlarını kimsə izah etməyib, edə də bilməz. Çünki, qanunların geriyə icrası olmur…

Nə isə, bunlar çox uzun söhbətlərdi və sadəcə məlumatınız olsun deyə söylədim bunları. Ancaq ortada olan vəziyyət bircə şeyi göstərir və sübut etməkdədi ki, bu gün dövlət səviyyəsində yeganə övladı əlil olan bir ailəyə qarşı soyqırım siyasəti həyata keçirilir. Başqa sözlə, Sizin başında durduğunuz dövlətin adından üç nəfərlik ailənin 67 manatlıq əlil təqaüdünə möhtac buraxılması, faktiki olaraq, bu ailənin barəsində qanunsuz və məhkəməsiz ölüm hökmü vermək deməkdi. Hələ orasını demirəm ki, birdən taleyin qismətilə mənim başıma bir iş gələrsə, o zaman, bir əlil uşaqla, bir zəlil ananın başına nələr gələr?!

Cənab Prezident!

 Hörmətli Mehriban xanım!

Artıq olanlar olub və necə deyərlər, ziyanın harasından qayıtsan, xeyirdi. Bundan o tərəfə, daha nə bu dərd çəkiləsidi, nə də bu cür yaşanılası. Düz 24 ildi ki, avtobuslarda, metro vaqonlarında bu uşağın etdiyi qeyri-adi hərəkətlərə və ya adi uşaqlardan fərqli səslər çıxardığına dönüb baxan 10 minlərlə gözlərin qarşısında o o gözlərin sayı qəər ölüb-dirildiyini təsəvvürünüzə gətirə bilirsinizmi? Gətirəmməzsiniz, bunu ancaq yaşayanlar bilir, Sizlər ömrünüz boyu heç avtobusa, metroya minmədiniz ki. Yaxud da, 24 ildi ki, III mərtəbədə faktiki olaraq türmə (kamera) şəraitində yaşayan bu uşağı arada bir “proqulka” üçün həyətə endirib, gün işığına çıxardığımız zamanlarda, hələ dünyanın gəliş-gedişindən xəbəri olmayan3-4 yaşlı qayğısız və sağlam uşaqların, dörd bir yandan, “DƏLİ GƏLDİ, DƏLİYƏ BAX” haray-qışqırıqları ilə onu dövrəyə almasını görəndə, neçə min dəfələrlə özümüzü cocuq qatili olmaqdan zor tuta, saxlaya bilməyimizdən xəbəriniz varmı?! Olmaz təbii ki. Haradan olacaq?! Amma Sizin də balalarınız və yağ içində böyrək kimi bəslənən gül kimi nəvələriniz var, ALLAHDAN QORXUN!!!

Cənab Prezident!

 Hörmətli Mehriban xanım!

Bütün bunları nəzərə alaraq və bir daha durumun vahimliyini diqqətinizə çatdıraraq, eləcə dəilham eliyevin ailəsiilham eliyevin ailəsi-1Azərbaycan dövlətinin indi az qala bütün dünyaya maddi imkanları baxımından meydan oxumaq səviyyəsində olmasını, dünyanın çeşidli ölkələrində Sizlərin təşəbbüsü ilə aparılan xeyriyyəçilik işlərini, ölkənin içində canlı paraların faktiki olaraq, ya varvarcasına mənimsənildiyini, ya da göyə sovrulduğunu diqqətinizə çatdırmaqla, əfvinizə sığınaraq, Sizdən aşağıdaki məsələlərin təcili həll olunmasını tələb edirəm:

1. Azərbaycan Respublikasında ilkin yaşlarından əlil olan uşaqların pensiya təminatına yenidən baxılsın və bu pensiyalar, hansı qrup olmasından asılı olmayaraq, minimum 300, maksimum 500 manat həddində müəyyənləşdirilsin.

2. Mənim 24 yaşlı əlil övladım, nəhayət ki, türmə həyatından xilas olaraq, normal yaşam şəraiti və həyətyanı sahəsi olan müvafiq standartlara uyğun evlə təmin olunsun.

 3. Artıq bu uşağın avtobuslarda və metroda aparılıb, gətirilməsi, mümkünsüz hala gəldiyinə, həmçinin də onu bir an belə evdə tək qoyub, harasa getməyin mümkünsüzlüyünü nəzərə alaraq, onun adına dövlət tərəfindən avtomobil ayrılsın, eləcə də həmin avtomobilin hərəkət təminatını verən aylıq yardım müəyyənləşdirilsin.

Cənab Prezident!                                         

Hörmətli Mehriban xanım!

Bir şeyi də diqqətinizə çatdırıram ki, bu müraciəti, mənim Sizə və Sizin başında durduğunuz dövlətə hələ də bitməmiş inamımın və şəxsi sayğılarımın nəticəsi kimi Sizlərə ünvanlayıram. Əminəm ki, vətəndaşların ölkənin ali rəhbərliyinə müraciətlərinə qanunla müəyyən olunmuş qaydada baxılması çərçivəsində, bəndənizin bu müraciətini də diqqətlə öyrənib, elə qanunla müəyyən olunmuş müddətdə də görülmüş və görülməmiş işlər barəsində məni məlumatlandıracaqsınız. Bir xüsusi xahişim də var ilham əliyev mehriban əliyevaya orden verdiki, mənim bu müraciətimi nə nazirliklərə, nə yerli orqanlarda, nə də bələdiyyə və icra qurumlarında oturdduğunuz “SARI ŞƏMİSTANIN GƏDƏLƏRİNƏ” göndərməyin.

Özünüz də əmin olun ki, qanunla müəyyən olunmuş vaxt bitdiyi gün, Sizə ünvanladığım bu müraciəti, olduğu kimi internet vasitəsilə beynəlxalq humanitar təşkilatlara və Bakıda təmsil olunan bütün səfirliklərə ünvanlamaqla, onlardan problemin həllində yardımçı olmalarını istəmək, ardınca isə, övladımın gələcəyi üçün, özümü mükəlləf bildiyim müəyyən addımları atmaq məcburiyyətində qalacam.

Səmimiyyət və sayğılarla:/ Sərdar Əlibəyli/ 

10. 06. 2016

Almaniyanın ombudsmanı Merkelin Bakı səfəri ərəfəsində nələri qabartdı?

Almaniya kansleri Angela Merkelin Bakıya səfəri ərəfəsində bu ölkənin insan haqları üzrə müvəkkili  – ombudsman Barbel Kofler Azərbaycanda insan haqları sahəsində vəziyyətin ağırlığına diqqət cəlb edib.

Barbel avqustun 24-də yerli jurnalistlərə açıqlamasında deyib ki, Azərbaycanda vətəndaşların sərbəst toplaşmaq, mətbuat və söz azadlığı kimi hüquqları hələ də pozulur. Ölkədə insan haqları ilə bağlı vəziyyət ümumilikdə problemlidir. Müxalifət nümayəndələri, insan hüquqları müdafiəçiləri və tənqidçi jurnalistlər həbs və təhdidlərə, eləcə də bir sıra hallarda siyasi hakimiyyətdən asılı olan məhkəmələrin təqibinə məruz qalır. Hökuməti açıq şəkildə tənqid edənlər həbs olunur və ya işdən çıxarılır. Ölkəni tərk etmiş siyasi fəalların ölkədəki ailə üzvləri və qohumlarına təzyiq olunur. Bütün bunlara görə, Almaniyanın Azərbaycan hakimiyyəti ilə daimi və birbaşa ünsiyyətdə olması vacibdir.

Barbel sonda qeyd edib ki, Almaniya hökuməti və Avropa Birliyi bu ölkədə insan hüquqlarına hörmət etmək lazım olduğunu xatırlatmaq üçün Azərbaycanda öz kommunikasiya kanallarından istifadə etməlidir.

Cavid Cabbarlı: “Növbəti dönəmlərdə Azərbaycan-Avropa Birliyi-Almaniya münasibətləri pisləşəcək“

Demokratik Azərbaycanı Seç (DAS) ictimia-siyasi təşkilatı İdarə Heyətinin üzvü Cavid Cabbarlı Almaniya kansleri xanım Angela Merkelin Azərbaycana səfəri ilə bağlı açıqlama verib. C.Cabbarlı facebook səhifəsində səfərlə bağlı bunları yazıb:

“Xanım Merkel Ermənisatnda və Gürcüstanda daha səmimi qarşılandı və daha səmimi görünürdü. Yayılan xəbərlər və fotolar Kanslerin bu iki ölkədən məmnunluğunu nümayiş etdirir. Lakin Azərbaycanda heç də məmnun deyildi. Bu səfərdən demokratik düşərgənin gözləntiləri əksini tapmadı. Xanım Kansler Azərbaycanda demokratiyadan, insan hüquq və azadlıqlarından, mətbuata basqılardan, siyasi məhbuslardan və sair məsələlərdən bir kəlmə də danışmadı. Azərbaycanın inkişaf etmiş iqtisadiyyatından söz açdı. Hətta Heydər Əliyev Mərkəzinin binasını buna nümunə göstərdi.
Əslində xanım Merkel demokratik dəyərləri qorumaq üçün deyil, lideri olduğu ölkənin maraqları Azərbaycana qədər uzandığı üçün gəlmişdi. 
Görünən odur ki, Azərbaycan tərəfi bütün davranışlarında özünü Rusiyanın vilayəti kimi apardı və Kanslerə açıq mesajlar da verdi. 
Hesab edirəm ki, növbəti dönəmlərdə Azərbaycan-Avropa Birliyi və xüsusən Almaniya münasibətləri pisləşəcək. Bu da, Azərbaycanda hökumətin xalqa qarşı daha sərt mövqeydə olacağını təmin edən amillərdəndir“.

Ilham Aliyev Angela Merkel

Almaniya Federativ Respublikasının Federal Kansleri Angela Merkel Azərbaycanın qeyri-hökumət təşkilatı təmsilçiləri ilə görüşüb.

Bu barədə görüşdə iştirak edən Avropa Ittifaqının “Şərq Tərəfdaşlığı” Proqramının Vətəndaş Cəmiyyəti Forumunun Azərbaycan üzrə koordinatoru, Humanitar Tədqiqatlar Cəmiyyətinin sədri, konfliktoloq Əvəz Həsənov sosial şəbəkədəki statusunda yazıb. Görüş fotosunu paylaşan Ə.Həsənov artıq danışıqların sona çatdığını bildirib.

Görüşdə eyni zamanda “Rasional İnkişaf Uğrunda” Qadınlar Cəmiyyətinin sədri Şəhla İsmayıl, gənc fəal Turqut Qəmbər, jurnalist Xədicə İsmayıl da iştirak edib.

Xarici jurnalist: "Merkellə Əfqan Muxtarlı və həbsdəki jurnalistlər haqda danışdınızmı?"
 
Angela Merkel və İlham Əliyev birgə mətbuat konfransı keçiriblər.
 
Bir xarici jurnalistin "Cənab İlham Əliyev, Əfqan Muxtarlı və başqa araşdırmaçı jurnalistlər həbsdədirlər və siz Avropa Şurası tərəfindən bu mənada tənqidə məruz qalırsız. İqtisadi əməkdaşlıqla yanaşı bu məsələlər də müzakirə olundumu sualına cavabında İlham Əliyev deyib:
 
"Azərbaycanda bütün azadlıqlar təmin olunub. O cümlədən, söz azadlığı, mətbuat azadlığı. Azərbaycanda yüzlərlə mətbu orqan fəaliyyət göstərir, onların arasında müxalifət mətbuatı da kifayət qədər çoxdur. Tənqidə görə, fərqli baxışa görə heç kim Azərbaycanda təqib olunmur”.
 
İlham Əliyev deyib ki, iki liderin müzakirəsində bütün məsələlər eyni dərəcədə əhəmiyyətli olub, o cümlədən insan haqları və demokratiya da.
 
Azadlıq Radiosu
7 -dən səhifə 197