Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi, 2018-ci ilin mart ayında ən çox ixrac və idxal olunan malların statistikasını yayımlayıb.
 
İxrac olunan mallar siyasıhısında xam neft və bitumlu minerallardan alınan xam neft məhsulları birinci yerdə gəlir və ixrac olunan malların 80.06 %-i təşkil edir. 
 
İkinci yerdə isə neft məhsulları 135 958.25 $ ilə ümumi ixraca nisbətən ixracın 4.05 %-i təşkil edir.
 
Statistikaya görə, 2018-cil mart ayında ixrac gəliri 3 355 033.87 ABŞ dolları, idxal xərcləri isə  2 191 105.51 ABŞ dolları dəyərindədir. İdxalda yeyinti məhsulları 337 915.07 $ ilə ümumi idxala nisbətən idxalın 15.42 %-i təşkil edir.(Toplum Tv) 
Bazar ertəsi, 30 Aprel 2018 00:00

MSK üzvü Azər Tağıyev vəfat etdi

Yazan

Azərbaycan Vəkillər Kollegiyasının (VK) keçmiş sədri, Mərkəzi Seçki Komissiyasının (MSK) Azər Tağıyev dünyasını dəyişib.

“Report”un xəbərinə görə, o, bu gün səhər saatlarında vəfat edib.

Xatırladaq ki, A.Tağıyev səhəttində problem olduğu üçün ötən il VK- sədrliyindən öz istəyi ilə istefa verib.

“Azərişıq” ASC-nin Aran Regional Elektrik Təchizatı və Satışı İdarəsinin (ARETSİ) rəisi Canəhməd Əhmədovun özbaşınalığı ilə bağlı bir-birinin ardınca şok sayıla biləcək məlumatlar yayılmaqdadır. Bir həftə əvvəl redaksiamıza daxil olan məlumatda bildirilirdi ki, Canəhməd Əhmədov Aran elinə yaraşmayan hərəkətlər edib. Belə ki, hərəkətlərini bilməyən və milli mentalitetə zidd davranışları ilə qısa müddətdə İmişlidə “məşhurlaşan” Canəhməd Əhmədov tabeliyində işləyən xanımlardan birinə əxlaqsız təklif etdiyi iddia olunur. Namuslu və mərd olan həmin xanım (xanımın kimliyi məlumatda əksini tapsada, adını açıqlamağı lazım bilmədik – red.) bu təklifi rədd edərək ASC sədrinə şikayət etmək istəyir. Amma iş yoldaşları həmin xanımı fikrindən daşındırır. Bu söz-söhbətdən sonra xanımın ailəsində narazılıq yaranır və boşanmağa, o cümlədən də işdən çıxmağa məcbur qalır. Buna baxmayaraq Canəhməd Əhmədov yüksək maaşlı işində qalmaqda və özbaşınalığını sürdürməkdə davam edir.

Bu məlumatdan sonra redaksiyamızla əlaqə saxlayan İmişli sakinləri bildirdilər ki, yaşanan həmin biabırçı hadisə zamanı əxlaqsız təklif edilən xanımın həyat yoldaşı “Azərişıq” ASC-nin Aran Regional Elektrik Təchizatı və Satışı İdarəsinə əli baltalı hücum edərək, Canəhməd Əhmədovu öldürmək istəyib. Canəhməd Əhmədov həmin zaman idarədə gizlənməyə macal tapıb. Bundan sonra həmin şəxs idarənin içində və çolundə qarşısına çıxan hər şeyi dağıdır. Maraqlıdır ki, bu hadisədən sonra Canəhməd Əhmədov hüquq-mühafizə orqanlarına şikayət etmir və məsələnin ictimailəşməsinin qarşısını almaq üçün bütün addımları atır.

İmişli sakinlərinin şikayətlərində iddia edilir ki, Canəhməd Əhmədovda psixi pozuntular var.  Bu özünü işçilərlə və əhali davranışlarında göstərir.  Ölkənin ən mühafizəkar rayonlardan biri olan İmişlidə qeyri-etik hərəkətlər etmək və milli mentalitetimizə zidd davranışları Aran Regional Elektrik Təchizatı və Satışı İdarəsinin rəisinin yerində olmadığını deməyə əsas verir. Hətta iddia olunur ki, Canəhməd Əhmədovda şizofreniya xəstəliyinin əlamətləri də var.

Ötən yazımızda qeyd etdiyimiz kimi Canəhməd Əhmədov Qaradağ rayonunda işlədiyi zaman da ondan xeyli şikayətlər olub. Məhz bundan sonra Canəhməd Əhmədov ASC sədri Baba Rzayev tərəfindən işdən çıxarılıb. Amma qısa müddət sonra Canəhməd Əhmədov Aran Regional Elektrik Təchizatı və Satışı İdarəsinin rəisi vəzifəsinə təyinat alır. Hətta ötən il Prezident İlham Əliyevə verilən təqdimat əsasında Canəhməd Əhmodava fəxri adla da təltif olunur. Görünür, Canəhməd Əhmədovu hansısa sirli əl himayə etdiyindən o heç Baba Rzayevi də saymır. Belə ki, “Azərişıq” ASC-nin sədri Baba Rzayevi belə saymaması ilə qürrələnirmiş. Ötən yazımızda qeyd etdiyimiz kimi 7–8 ay bundan qabaq Baba Rzayev Canəhməd Əhmədova zəng edərək fəaliyyəti ilə bağlı onu danlayıb. Canəhməd Əhmədov da yaxınlarına bildirib ki, o zaman Baba Rzayevə cavab qaytararaq “ağzının danışığını bil” deyib. Və bu hadisəni Canəhməd Əhmədov hər yerdə fəxrlə danışırmış…

Redaksiyamıza Canəhməd Əhmədovla bağlı daxil olan məlumatları araşdırmaqda davam edirik. Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

Beynəlxalq Din Azadlığı Komissiyası 2018-ci il üçün növbəti illik hesabatının Azərbaycana aid hissəsində deyilir ki, rəsmi Bakı 2017-ci ildə də dini azadlıqlara münasibətdə özünü sərt mövqeyini dəyişdirməyib...

Cavid Cabbarlı: “ Məlum hesabatda hökumətin dini sahəyə basqılarının yer alması gözləniləndir”.
Emil Rahiloğlu: “Mən Azadlığı Komissiyasın ciddi qurum kimi qəbul etmirəm.  Sadəcə “bizdə işləyirik” naminə hərdən belə hesabatlar verirlər”.
 
Xəbər verdiyimiz kimi Beynəlxalq Din Azadlığı Komissiyası 2018-ci il üçün növbəti illik hesabatını açıqlayıb. Hesabatda 16 ölkə “xüsusi narahatlıq doğuran ölkələr” kateqoriyasına daxil edilib və 2017-ci ildə 28 ölkədə dini azadlıqlar sahəsində baş vermiş tərəqqi və pozuntular sənədləşdirilib.
 
Hesabatın Azərbaycana aid hissəsində deyilir ki, rəsmi Bakı 2017-ci ildə də dini azadlıqlara münasibətdə özünü sərt mövqeyini dəyişdirməyib. Hakimiyyət dini fəaliyyətlərə müvafiq qanunlar və Cinayət Məcəlləsinin köməyi ilə tam nəzarət edir. Həmçinin, protestantlara, Yəhvanın şahidləri təriqətinə və bəzi müsəlman qruplara qarşı polis reydlərinin davam etidiyi vurğulanır. Dövlətin diqtə etdiyi qaydalara uyğun gəlməyən müsəlman liderlər saxlanır, cərimələnir və onların məscidləri dağıdılır.
 
Hesabatda 2015-ci il Nardaran hadisələri, eyni zamanda bunun nəticəsində Müsəlman Birliyi Hərəkatı üzvlərinin 12 nəfərinin müxtəlif ittihamlarla 12 ildən 17 ilədək azadlıqdan məhrum edildiyi xatırladılıb. Həmçinin, ölkədə 160 siyasi məhbusdan 90-100-nün dini fəaliyyətinə görə həbs edildiyi qeyd edilir.
 
Bu hesabat barədə nə demək olar? Azərbaycanda dini etiqad azadlığının boğulması iddiası nə qədər doğru və inandırıcı görünür?
 
Mövzu ilə bağlı Pİ.AZ-ın əməkdaşı ilahiyyatçılar Cavid Cabbarlıya və Emil Rahiloğluna müraciət edib.
 
 

downloadCavid Cabbarlı: “Azərbaycanda təkcə dini düşüncəli insanlar həbs olunmur, dini dəyərlər də yersiz qadağalara məruz qalır”.

 
Azərbaycan qanunlarında heç bir dini qadağaya rast gəlinmədiyini qeyd edən ilahiyyatçı Cavid Cabbarlı PİA.AZ-a açıqlamasında əlavə edib ki, yerli məmurlar tərəfindən dini və vicdan azadlıqları poluzulur. Xristian Avropasında islam dəyərlərinə hörmətlə yanaşılldığı dövrdə, müsəlman Azərbaycanda islam dəyərləri təqib altındadır:
 
“Azərbaycan hakimiyyətinin ən çox çəkindiyi və təzyiq etdiyi sahə dindir. Heç bir sahə bu qədər təqib və təzyiqlərə məruz qalmayıb. Hakimiyyət dinə qarşı loyallıq göstərdiyini desə də, faktlar tam başqa cür danışır. Məlum hesabatda hökumətin dini sahəyə basqılarının yer alması gözləniləndir. 
 
150-dən çox siyasi məhbus olduğu deyilir. Bunların böyük əksəriyyəti birbaşa yaxud dolayısı ilə din adamlarıdırlar. 
 
Azərbaycanda təkcə dini düşüncəli insanlar həbs olunmur, dini dəyərlər də yersiz qadağalara məruz qalır. Məsələn hicablı xanımlara qarşı basqılar, təzyiqlər hətta Avropa təşkilatlarının hesabatlarını bəzəyir. Azan qadağası və sair dini dəyərlər hökumətin ciddi təqiblərinə məruz qalır. Azərbaycan qanunlarında heç bir dini qadağaya rast gəlinmir. Lakin yerli məmurlar tərəfindən dini və vicdan azadlıqları poluzulur. Xristian Avropasında islam dəyərlərinə hörmətlə yanaşılldığı dövrdə, müsəlman Azərbaycanda islam dəyərləri təqib altındadır. 
 

Cavid Cabbarlı: “Xristian Avropasında islam dəyərlərinə hörmətlə yanaşılldığı dövrdə, müsəlman Azərbaycanda islam dəyərləri təqib altındadır”.

 
Məncə cəmiyyət demokratik dəyərlər uğrunda mübarizə apardığı qədər dini dəyərləri də qorumalıdır. Kim dini dəyərlərə əməl edir, ya etmir bu, ayrı məsələdi. Amma adət-ənənəmizin böyük hissəsi dini dəyərlərlə formalaşıbsa, biz bu dəyərlərin keşiyində durmalıyıq. Hökumət dinin cəmiyyətdə rolunu çox yaxşı anladığı üçün təzyiqlərini artırır. Çünki həqiqi din kamil insan tərbiyyələndirir. 
 
Dinlə bağlı yanlış və fərqli fikirlər yayamaqla cəmiyyəti dindən uzaqlaşdırmağa cəhd edən hakimiyyət həm də dini dəyərlərin sərbəst yayılmasından qorxur. Birsözlə hakimiyyət özü üçün təhlükə hesab etdiyi hər bir ideyanı yasaqlayır. Dinin əsas prinsipi zülmlə mübarizə və məzlumun yanında durmaq olduğu üçün hökumət bu məsələdə təşviş içindədir. Hesab edirəm ki, düşüncəsindən asılı olmayaraq, hər bir vətəndaş Azərbaycanda demokratik və dini dəyərlərin yasaqlanmasına qarşı çıxmalıdır.”

Картинки по запросу emil rahiloğlu
Emil Rahiloğlu: “Dinin qanunlarla idarə olunmasından bəzi məmurlar sui istifadə edirlər”.

 
Azərbaycanda dinin qanunlarla idarə olunduğun vurğulayan ilahiyyatçı Emil Rahiloğlu əlavə edib ki, əgər Azərbaycan sekülyar dövlətdirsə, bəs nə üçün din qanunlarla idarə olunur:
 
“Azərbaycanda din qanunlarla idarə olunmağa başlayıb. Amma burada üç başa düşülməyən məsələ var. Birinci, əgər Azərbaycan sekülyar dövlətdirsə, bəs nə üçün din qanunlarla idarə olunur? İkincisi bu qanunlar hamı üçün eyniliklə tətbiq olunmur. Üçüncüsü isə dinin qanunlarla idarə olunmasından bəzi məmurlar sui istifadə edirlər. 
 
Məsələn qanunda hicab qadağası yoxsur, amma bəzi universitetlərdə və təhsil müəssisələrində hicablı şagirdlər üçün süni maneələr yaradırlar.
Belə götürəndə də, mən yuxarıda adı çəkilən qurumu ciddi qurum kimi qəbul etmirəm.  Sadəcə “bizdə işləyirik” naminə hərdən belə hesabatlar verirlər.”
Çərşənbə axşamı, 24 Aprel 2018 00:00

Əliyev və Heydərovların Dubaydakı əmlak imperiyası

Yazan

Azərbaycanın hakim elitası üçün özəl bank “Pilatus”

İki ən güclü məmurun, Prezident İlham Əliyevin və fövqəladə hallar naziri Kəmaləddin Heydərovun övladları Avropada və Orta Şərqdə dəbdəbəli mülklərə, biznesə və yüksək səviyyəli otellərə investisiya yatırmaq üçün onlarla ofşor şirkətdən istifadə ediblər.

Onların sirləri Maltanın müştərilərinin pullarını yuduğu üçün araşdırılan və mübahisələrə səbəb olan özəl bankı “Pilatus Bank”ın sənədlərində gizlədilib. Bu əməliyyatlardan xəbərdar olan, lakin qisasdan qorxduqları üçün kimlikləri açıqlanmayan üç mənbənin verdiyi məlumata görə, şəbəkə mənfəət əldə etmək və yeni investisiyalara milyonlarla dollar sərf etmək üçün bankdakı hesablarından istifadə ediblər. Onların açıqlamaları jurnalistlərin əldə etdiyi sənədlərlə təsdiqlənib.

Daha öncə gizli saxlanılan aktivlər arasında Azərbaycanın ən böyük holdinqlərindən biri, beşulduzlu otel və Dubayda üçdən artıq digər dəbdəbəli mülklər, fransız çini qablar və yataq örtüləri fabrikləri, İspaniyanın cənubunda villa və Gürcüstanda yerləşən otel daxildir.

Yenicə aşkarlanan holdinqlər Əliyev ailəsinin və onun müttəfiqlərinin Azərbaycanda hakimiyyətdə olmalarından necə mənfəət əldə etdiklərini ortaya qoyur. Əliyevlər Sovet İttifaqından ayrılaraq müstəqillik əldə edildikdən bəri neftlə zəngin Qafqaz ölkəsini idarə edirlər. İnsan haqları qrupları və digər müstəqil müşahidəçilər qeyri-demokratik rejimi səlahiyyətlərindən müntəzəm olaraq sui-istifadə etməkdə, o cümlədən jurnalistləri və müxalifət liderlərini həbs etməkdə ittiham edir.

Maltalı jurnalist Dafne Karuana Qalizia ölmədən öncə Azərbaycanın hakim ailəsi və onların “Pilatus” hesabları barədə məlumatlar yaymağa başlamışdı. O, ötən il oktyabr ayında avtomobilində bomba partladılaraq öldürüldü.

Bu araşdırma Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Hesabatı Layihəsi (OCCRP), “The Guardian”, “Reuters”, “Le Monde” və “Nyu York Times” kimi 18 xəbər təşkilatının əməkdaşlığının nəticəsidir. Fransanın “Qadağan olunmuş hekayələr” layihəsi çərçivəsində yürüdülən Dafne layihəsi maltalı jurnalistin işini davam etdirmək məqsədilə yaradılıb.

Üç mənbənin dediyinə görə, Azərbaycan prezidentinin qızları Leyla və Arzu Əliyeva bankın ən böyük müştəriləri və bir sıra qeyri-şəffaf ofşor şirkətinin əsas sahibləridir.

Eyni mənbələrə görə, şəbəkədəki digər şirkətlər fövqəladə hallar nazirinin övladları Tale və Nicat Heydərova məxsus idi.

Kəmaləddin Heydərov birinci ailə ilə sıx əlaqəsi olan, uzun müddətdir vəzifədə qalan azərbaycanlı məmurdur. 2010-cu ildə sızdırılmış ABŞ-a məxsus diplomatik sənədlərdə Dövlət Gömrük Komitəsinin sədri vəzifəsində olduğu müddətdə onun "böyük sərvət" qazandığı deyilir. Sənəddə deyilir:

"Hətta Azərbaycan standartlarına görə belə, bu cür korrupsiya ilə məşğul olan qurum”.

Ailənin digər azərbaycanlı ailələrə nisbətən daha çox biznes sahibi olduğu deyilir. Bəlkə də buna görə Heydərov ölkədə "fövqəlnazir" kimi tanınır.

Heydərov qardaşlarının vəkilləri belə qeyd ediblər: "Müştərilərimiz tamamilə qanuni bizneslə məşğul olan və Maltada yerləşən “Pilatus Bank”ında hesabları olan şirkətlərin əsas sahibləridir". Onlar həmçinin etibarlı mənbə olmamasını səbəb göstərərək, diplomatik sənədlərdə ailə haqqında deyilənləri təkzib ediblər.

Əliyevin qızları şərh üçün müraciətimizə cavab verməyib.

“Pilatus Bank” və onun azərbaycanlı müştəriləri haqqında ilk ictimai açıqlamalar bankın keçmiş əməkdaşı olan Mariya Efimovadan gəlib.

2017-ci ilin əvvəlində - rusiyalı Efimova bankdan işdən çıxarıldıqdan təxminən bir il sonra Karuana Qalizia onunla tanış olub. O zamanlar Efimova maaşını ödəmədikləri üçün “Pilatus”u məhkəməyə vermişdi və bank buna cavab olaraq Efimovanın pul vəsaitlərini mənimsədiyi iddiası ilə onu polisə şikayət etmişdi.

O jurnalistə bildirib ki, Əliyevin böyük qızı Leyla Dubayda qeydiyyatda olan “Sahra FZCO” şirkətinin “Pilatus Bank” hesabından Maltanın Baş naziri Josef Muskadın həyat yoldaşına məxsus ofşor şirkətinə 1 milyon avrodan artıq pul köçürüb.

“Sahra FZCO” Dubayda əmlakdan daha qiymətli bir şeyə sahibdir. Üç mənbənin dediyinə görə, o, Azərbaycanda tekstil və qida sənayesi, kənd təsərrüfatı, tikinti, inşaat materiallarının istehsalı, bankçılıq, sığorta, nəqliyyat, turizm və peşəkar idman sahəsində böyük aktivləri olan, Azərbaycanın ən böyük holdiqlərindən biri – “Gilan Holdinq”də böyük paya sahibdir.

Əliyevin qızlarının “Gilan”dakı payı heç vaxt açıqlanmayıb. Ailənin telekommunikasiya, mədənçilik, bankçılıq, mehmanxana və tikinti sahələrində məlum olan sərvəti göstərir ki, onlar ölkə iqtisadiyyatının böyük hissəsinə nəzarət edirlər.

“Gilan Holdinq”in mülkiyyət strukturuna dair mövcud yeganə sənəd şirkətin 2005-ci ildə yaradıldığını və onun Heydərovlar ailəsinə məxsus olduğunu göstərir.

Ancaq indi - Əliyevin qızlarının “Gilan Holdinq”də sahib olduğu böyük pay haqqında yeni açıqlamalar veriləndə məlum olur ki, Heydərovlar həm Əliyevlər ailəsinin vasitəçisi kimi fəaliyyət göstərir, həm də şirkətin idarəetməsi dəyişdirilib və ya satılıb. Daha öncələr Əliyevlər malik olduqları nəhəng imperiyanın sirlərini Azərbaycan ictimaiyyətindən gizlətmək üçün vasitəçilərdən istifadə etmişdi.

Ölkə səhmdarların məlumatlarının ictimaiyyətə açıqlanmasını dayandırıb və böyük holdinqlərin əksəriyyəti illik hesabatları və ya digər maliyyə detallarını dərc etmir.
Fransız dəbdəbəsi

“Pilatus”u Avropada onmilyonlarla dollar investesiya yatırmaq və gizli şirkətlər şəbəkəsi yaratmaq üçün istifadə edən sadəcə Əliyevlər deyil.

Bank sənədlərinə əsasən, müxbirlər aşkarladılar ki, Heydərovun qardaşları öz sənətkarlıq nümunələri ilə məşhur olan və üç fransız sənətkarlıq biznesinə nəzarət edən “Heritage Collection" (“İrs Kolleksiyası”) şirkətinin əsas sahibləridir

Bu şirkətə məxsus qeyri-şəffaf gəlirin arxasında gizlənməklə Heydərovlar əksər elit fransız restoranları üçün qab-qacaq hazırlayan çini qab istehsalçısı “JL Coquet” şirkətini, dəbdəbəli yataq örtüləri istehsalçısı “Porthault” şirkətini və cizgi film heykəlciklərinin istehsalında ixtisaslaşmış “Leblon Delienne” şirkətini əldə edib.

O dövrdə "Heritage Collection" şirkətinin direktoru Filip Nquyen şirkətin 2014-cü ildəki idarə hesabatında şirkətin strateji planını açıqladı: Onun əsas hədəfi ən öz sahəsində ən yaxşı hesab edilən 15 şirkət əldə etmək idi.

Ancaq hətta menecerlərinin və işçilərinin belə şirkətin real sahibləri barədə məlumatları yox idi.

Bir fabrikin meneceri “Le Monde” qəzetinə belə açıqlama verib: "Bu, ağlasığmazdır. Mənim suallarım artıq üç ildir ki, cavabsız qalıb. Mən hər şeyi, Körfəzdən, Özbəkistandan səhmdarların olmasını ağlıma gətirərdim, ancaq Azərbaycandan heç vaxt. Bu gizlilik nəyə lazımdır?”

Mənbələr həmçinin bildiriblər ki, Heydərovlar ailəsi korporativ şirkətlərə malikdirlər. Reportyorlar bu şirkətlərin İngiltərədə və İspaniyada təxminən 40 milyon avroya yaxın sərvətlərinin olduğunu aşkarlayıb. Reportyorlar qeydlərə uyğun olaraq mülkiyyəti müstəqil şəkildə yoxlaya bilməyiblər.

Baş nazirin həyat yoldaşının adı hallanan qalmaqala qarışan “Sahra FZCO” şirkəti bankın ilk müştəriləri sırasındadır. Şirkətin əməliyyatları barədə məlumatı olan üç mənbənin verdiyi məlumata əsasən, 2004-cü ildə Dubayın Jabel Ali azad zonasında yerləşən şirkət prezident Əliyevin qızlarına məxsusdur.

“Sahra FZCO” 2015-ci ilin avqustunda “Pilatus”da hesab açıb. Üç mənbənin bildirdiyinə görə, bu hesabdan Əliyev ailəsinə məxsus Dubaydakı daşınmaz əmlak layihələrindən ödəniş almaq üçün istifadə olunurdu.

Mülkün sənədlərində görünür ki, “Sahara FZCO” Dubay sahillərində palma ağacı formasında düzəldilmiş süni ada olan Palm Cumeyrada torpağa və dəbdəbəli resort kurorta malikdir.
Reklam çarxlarında göstərilir ki, otel öz qonaqlarına Polynesian dizaynı, fransız zərifliyi, Dubayın möhtəşəm görünüşü və yarımmil uzunluğunda xüsusi çimərlik təklif edir.

Fransanın çoxmillətli otellər şəbəkəsi olan “AccorHotels” müəssisəni idarə edir. Şirkət tərəfdaşlarının razılığı olmadan onlar haqqında məlumat verməkdən imtina edir.

“Sahra FZCO” həmçinin Dubaydakı “AccorHotels” şəbəkəsinə məxsus digər bir mülkə, “Mercure Barsh” otelinin sahibidir.

Bu cinayətlərin hər bir epizodu ayrıca istintaq edilməli və hüquqi qiymətini almalıdır

Avropa Şurasının “AŞPA-da korrupsiya ittihamları haqqında” hesabatı sıradan bir sənəd deyil. İlk növbədə, bu hesabatın hüquqi statusu diqqətçəkiçidir. Hesabat Avropa Şurasının sənədidir. Avropa Şurası bir hökümətlərarası təşkilatdır və bu da həmin hesabatın normativ olması deməkdir. Hüquqi sənəd statusunda olan belə bir hesabatın hər cümləsi məsuliyyət yaradır və bu real nəticələrlə müşayiət olunmalıdır. Hesabatda səsləndirilən hər bir fakt hüquqi qiymətini almalıdır. Söhbət, ilk növbədə, konkret cinayət əməllərindən gedir.

Hesabatda sadalan cinayətləri qruplaşdırmaq da vacib məsələlərdən biridir. Tutaq ki, hədiyyə vermək, xalça və zinət əşyaları bağışlamaqla intim xidmət təşkili cinayət hüququna görə müxtəlif forma və məzmunda olan cinayətlərdir. İkinci halda tutaq ki, insan alverindən söhbət gedir. Əlbəttə, cinayət cinayətdir, onu quruplaşdırmaqla heç də tutaq ki, hədiyyə vermənin ictimai münasibətlərə vurduğu ziyanı azaltmaq fikrində deyilik. Amma hər bir cinayətin bir ictimai-təhlükəlilik dərəcəsi var və insan alveri ictimai təhlükəlilik dərəcəsinə görə daha ağır cinayətdir.

Azərbaycanda xaricdən gələn ictimai-siyasi xadimlərin, xüsusən Azərbaycanda baş verənlərin monitorinqini aparmaq üçün bu ölkəyə təşrif buyuranları ələ almaq və hətta onlara intim xidmət təşkil etmək yeni məsələ deyil. Əgər yadınıza gəlirsə, illər öncə Rusiyadan gələn jurnalistlər qrupu da, onlara görənləri yazmamaq üçün müxtəlif əyləncələrin, o cümlədən intim xidmətin təşkilindən yazmışdılar.

Azərbaycana gələn beynəxlaq müşahidəçilər obyektivliyi deməsinlər deyə, uzun müddətdir onlar ələ alınır, intim xidmətlər təşkil edilir, sonralar hətta onları şantaj etmək məqsədilə belə səhnələr gizlin olaraq video lentə alınır və s. Mən son cümləni indiki zamanda yazdım. Yəni bütün bunlar bu gün də davam edir. Bu, bir cinayətkar şəbəkənin üzun müddət mütəmadi olaraq törətdikləri cinayətlərdir. Bu cinayətlərin hər bir epizodu ayrıca istintaq edilməli və hüquqi qiymətini almalıdır...

Avropa Şurasını ciddi şəkildə qınamaqda davam etməliyik. Bu hesabatın prezident seçkilərinə qədər deyil, ondan sonra açıqlaması da hələ də Avropa Şurasında bəzi dairələrin Azərbaycandakı avtoritar rejimə dəstək verməsilə bağlı müəyyən şübhələri ortaya qoyur. Ona da şübhə etmirəm ki, Azərbaycanda bu hesabatda əksini tapan heç bir fakt hüquqi qiymətini almayacaq.

Bu işdə adı hallanan və sadalanan cinayətlərə əli bulaşan Avropa Şurasının təmsilçiləri necə, cinayət məsuliyyətinə cəlb ediləcəklərmi? Baxın, bu da sual olaraq qalır. Təəssüf ki. Avropa Şurası da hələ ki, danışır. Ortada hələ ki, hansısa Avropa Şurası təmsilçisinin cinayət məsuliyyətinə cəlb edilməsi və cinayət cəzası almasıyla bağlı da heç bir fakt yoxdur.

Ataxan Əbilov

Vüsalə Mahirqızı isə FHN-nin mətbuat xidmətinin rəhbəri təyin olunacaq...

Fövəqladə hallar naziri Kəmaləddin Heydərovun nəzarətində olan iki media holdinq birləşdirilə bilər. Bu barədə Xeber.info-ya FNH-ə yaxın şəxslər deyib. Onlar bildiriblər ki, ölkədə maliyyə böhranı başlayandan bəzi qurumlara ayrılan vəsaitlər xeyli azaldılıb, hətta bəzi dövlət qurumları da birləşdirilib. Belə bir şəraitdə qeyri-rəsmi hakimiyyətdən maliyyələşən qurumlarla da bağlı müəyyən "islahatlar" aparılıb. Maliyyə vəsaitlərinin qənaətlə xərclənməsinə görə, iki qurumun - "APA Holdinq"lə "Teleqraf Holdinq"in birləşməsi gündəmə gəlib. Mənbə deyib ki, "APA-Teleqraf" Holdinq adı ilə fəaliyyət göstərəcək yeni media quruma Aynur Camalqızı rəhbərlik edəcək. Bu qruplara daxil olan axar.az, publika.az, lent.az saytlarının bağlanacağı, kulis.az-ın kult.az-la birlşdirilməsi, teleqraf.com, apa.az və həmçinin apa.tv-nin daha da gücləndiriləcəyi nəzərdə tutulub. Vüsalə Mahirqızı isə daha irəli çəkilərək Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə rəhbər təyin olunacaq.

Çərşənbə axşamı, 24 Aprel 2018 00:00

Daha iki vəkilin fəaliyyəti dayandırıldı

Yazan

Hakimiyyət Əsabəli Mustafayev və Nemət Kərimlinin vəkillik fəaliyyətini 1 illiyə dayandırdı

1524506974 adf“Azadlıq”a açıqlamasında Nemət Kərimli bildirib ki, onun vəkillik fəaliyyətinin 1 illiyə dayandırılması Baş prokurorun 1-ci müavini Rüstəm Usubovun VK-yə şikayəti əsasında baş tutub. R.Usubov Nemət Kərimlini Əfqan Muxtarlı işini siyasiləşdirməkdə, ictimaiyyəti çaşdırmaqda ittiham edib. Bu müraciəti əsas tutan Vəkillər Kollegiyası Nemət Kərimlinin fəaliyyətinin 1 illiyə dayandırılması barədə bu gün qərar verib.esabeli 1 e1449085904951

Eyni üsulla Rüstəm Usubov vəkil Əsabəli Mustafayevlə bağlı Kollegiyaya şikayət yazıb. Vəkil Gözəl Bayramlı ilə bağlı işi siyasiləşdirməklə Baş Prokurorluğun nüfuzuna zərbə vurub, eyni zamanda bu həbslə bağlı ictimaiyyəti caşdıran informasiya verib.

Beləliklə, siyasi işlərə çıxan az sayda vəkilin daha ikisinin fəaliyyəti dayandırıldı. Hakimiyyət bu yolla siyasi fəalları müdafiəsiz qoymaq siyasətini davam etdirir. Bu həm də hakimiyyətin göstərişlərini müzakirəsiz icra edən Vəkillər Kollegiyasının, vəkillik institutunun hansı durumda olmasının göstəricisidir.

Hesabatın “AŞPA tərəfindən qəbul edilən hədiyyələr” bölməsində bildirilir ki, Avropalı deputatlara xalçalar, kürü, brilyant və mirvarilərlə bəzədilmiş qızıl boyunbağı və s. hədiyyələrlə yanaşı Bakıda cinsi xidmətlər də təklif olunub:

AŞPA katibliyi və deputatları bildiriblər ki, Azərbaycanda və Qafqazda hədiyyə vermək mədəniyyətin bir hissəsi olduğundan onlardan imtina etmək həmişə asan olmayıb.

Keçmiş AŞPA prezidenti Lord Russell – Johnston Ermənistan və Gürcüstandan sonra Azərbaycana səfər edəndə Bakıda qaldığı syut otel otagının hədiyyələrlə dolu olduğunu görüb. O, bu duruma şahid olan şəxsdən xahiş edib ki, diplomatik yolla Azərbaycan nümayəndə heyyətinə izah etsin ki, onlar bu hədiyyələrin dörddə birini Strasburqa gətirə bilsələr şad olar.

2014-cü ildə cənab Debono Qrexə içi xalçalarla dolu olan böyük çantalar veriblər. Buna şahidlik edən şəxs bildirib ki, çantalar ağır olduğundan və xalçalar cənab Qrexin xoşuna gəlmədiyindən onları oteldə qoyub. Cənab Qrex xalça hədiyyəsi qəbul etdiyini təstiqləyib.

İsveçrədən xanım Doris Fiala mediaya açıqlama verib ki, ona brilyant və mirvarilərlə bəzədilmiş qızıl boyunbağı hədiyyə olunub, amma o, bu hədiyyəni AŞPA-dakı Azərbaycan nümayəndə heyyətinə qaytarıb.

31180016 1669693339810406 8445540354826792270 nLüksemburqdan cənab Yves Cruchten deyb ki, o, Avropada QHT-lərin fəaliyyətinin məhdudlaşdırılması ilə bağlı hesabat üzərində işləyərkən Azərbaycanın lobbiçiləri yaxınlaşaraq ona Azərbaycanda yaxşı qara kürü və qızların olduğunu deyiblər.

Bəzi şahidlər bildirib ki, deputatlara cinsi xidmətlər də təklif olunub.

İşveçrədən Dick Martynin dediyinə görə, Bakıya rəsmi səfərlərindən birində gecə saat 1 radələrində kimsə onun otel otağının qapısını döyüb. Qapının gözlüyündən baxanda əllərində şampan olan yarıçılpaq iki qız görüb. O qapını açmadığını bildirib.

Venessiya Komissiyası katibliyindən olan rəsmi bir şəxs bildirib ki, bir dəfə bir qadın onun qaldığı otelin otağına gələrək ona öz xidmətlərini təklif edib.

Hesabatı tam olaraq bu linkdən oxuya bilərsiniz.

http://assembly.coe.int/Communica…/…/IBAC-GIAC-Report-EN.pdf

 

Çərşənbə axşamı, 24 Aprel 2018 00:00

"Dağılan" Ermənistanda demokratiya

Yazan

Yaxud Azərbaycan dəyirmanına su tökən ermənilər qələbə qazandı

Ermənistan daha öndədir. Bunu isbat etmək üçün hansısa xarici təşkilatın hesabatı filan lazım deyil, Ermənistandakı son durum kifayətdir. Aprelin 16-dan başlayan mitinqlər axır ki, nəticə verdi. Baş nazir Serj Sarkisyan bu gün xalqın qarşısına çıxıb, haqsız olduğunu etiraf elədi və istefa verdi. Təqribən bir həftə davam edən kütləvi aksiya iştirakçılarına qarşı hökumət ən kiçik kobudluğu belə etmədi. Nəhayət, AzTv-nin efirindən dağılan Ermənistan dünyaya demokratiya dərsi keçdi. Min bir yolla özünü deputat qayırtdıran Sahib Əliyev də açıqlama verir ki, Azərbaycan düzgün siyasət yürütdüyü üçün Sarkisyan istefaya məcbur oldu.

Bəs Azərbaycanda nələr baş verir?

İlham Əliyev özünü növbəti 7 il üçün prezident elan etdi. Tələm-tələsik baş tutan seçki şousu bitər, bitməz andiçmə törəni də quraşdırdılar. İndi də hökumətdə “yenilik”lərə şahid oluruq. 83 yaşı Artur müəllim istefaya göndərildi. Onu əvəz edən isə sinn baxımından o qədər fərqlənməsə də, təcrübədə Artur müəllimə uduzur. Fransız dili müəllimliyindən, aktyorluğa qədər yüksələn Novruz Məmmədov bir gün idarəedici qruma rəhbərlik etməyib. Heç iqtisadiyyatın “i”-sindən xəbəri yoxdur. Məlumdur ki, bu seçim rejimə qarşı loyallığına görədir. İlham Əliyev iqtidarına iddiası olmayanlara daha çox güvənir.

Digər təyinatlar da eyni oxşarlığa malikdirlər. Bütün çabalar rejimin qorunmasına hesablanıb.

Problem sistemdə olduğu üçün hər hansı bir nazirin dəyişməsi, nəticəyə təsir edə bilməz. Əslində baş nazir postu 2016-ci ilin referendomu ilə dişsiz quruma çevrildi. Bütün səlahiyyətlər de-jure birinci vitse-prezidentə otürüldü. Lakin hələ də hakimiyyətdaxili klanların mübarizəsi nəticəsində sovetdən qalma vəzifələr saxlanılır.

Məncə bizi narahat edən başqa bir məsələ olmalıdır. Xalq öz taleyinə bu qədər biganə yanaşmaqla rejimə meydan verir. Əliyev ailəsi xalqla heç bir halda hesablaşmır. Ona görə də istədiyi kimi davranır, istədiyi kimi ölkəni talan edir. Nə qədər ki, xalq bu təyinat proseslərinə barmaqarası baxacaq, nəsə müsbət nəticə gözləmək ağılsızlıqdır. Hesab edirəm ki, Azərbaycanın yalnız bir nicatı var – xalq taleyinə biganə yanaşmadan, özünü yatmışlığa vurmamalı, hökumətin qarşısına keçib hesab sormalıdır. Lap elə Ermənistandakı kimi!

27972801 487327728329291 2507840500741411527 n

 

 

 

 

 

 

Rəşad Hüseynov

6 -dən səhifə 183