Bildiyimiz kimi 2019-cu ildə ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanları, eyni zamanda IX və XI siniflər üzrə buraxılış imtahanları yeni formatda keçiriləcək. Bu da labüd idi. Birincisi ona görə ki, ölkə təhsili 2008-ci ildə kurikulum standartları ilə tədris prosesinə keçib və həmən şagirdlər 2019-cu ildə XI sinifi bitirirlər. Onların təhsil aldıqları müddətdə ətdə etdikləri bilik və bacarıları ənənəvi qaydada yoxlamaq, ölçmək mümkün deyildi. Ona görə də qiymətləndirilməyə yeni yanaşma tələb olunurdu. İkincis isə Azərbaycan təhsili müasir çağırışlara cavab verməyi, bilik və bacarıqları müasir standartlara cavab verən şagird, şəxsiyyət yetişdirməyi qarşısına hədəf kimi qoyub. Artıq ölkə təhsili yaddaş məktəbindən təfəkkür məktəbinə keçib.

Təhsil eksperti Kamran Əsədov DİM-in qəbul imtahanlarında ingilis dili fənni ilə bağlı etdiyi dəyişiklikləri BAKU.WS-ə şərh edib.

Eksper deyib ki, bu dəyişikliklə 2019-cu ildə tətbiq edilən yeniliklərin hər birini ayrı-ayrılqda təhlil etdikdə ən ciddi problemin xarici dil fənnindən ortaya çıxdığı məlum olub:

Məlum olduğu kimi bir müddət əvvəl DİM xarici dil fənni üzrə həm IX, həm XI siniflərdə keçiriləcək imtahan modelini verdi. Təqdim olunan imtahan modelini araşdırarkən bir çox anlaşılmazlıqlar və suallar ortaya çıxdı. Təəssüf ki, bu modelin hazırlanmasında Təsil Nazirliyi Dövlər İmtahan Mərkəzi ilə bərabər işləyib. Amma belə başa düşülür ki, Təhsil nazirliyi bu modelin hazırlanmasında ancaq seyrici mövqeyində dayanıb. Yoxsa Xarici dil fənni ilə bağlı sadalanan ciddi qüsurlar ortaya çıxmazdı:

1. Xarici dil üzrə orta məktəb dərsliklərində dinliyib anlama məzmun xətti üzrə standartlar tamamilə yerinə yetirilmədiyi halda( nə disk və ya nə kasset və ya heç bir dinləmə aparmaq üçün vəsait olmadığı halda ) imtahana dinləyib anlama üzrə tapşırıqlar salınması nəyə əsaslanıb? Axı TQDK-nın və TN-nin dərsliklərin monitorinqi komissiyasının hal hazirkı dərsliklərdə dinləyib anlama məzmun xətti üzrə standartların yerinə yetirilməsi barədə rəyi mənfi olmuşdur. Müəllimin dinləyib anlama məzmun xətti üzrə standartları yerinə yetirməsi üçün dərsliklərdə tapşırıqlar demək olar ki yoxdur. Eyni zamanda bütün dəsliklərdə disk və audio vəsait nəzərdə tutulmadığı halda DİM-in audio vəsaitlə imtahan aparması nə dərəcədə düzgündür?

2. Xatırladaq ki orta məktəblərdə xarici dil fənni üzrə hal hazırda işlək olan bütün dərsliklər , əsasən də 1-ci 2-ci 3-cu və 5-ci sinif dərsliklərini isə ümumiyyətlə tədrisə yararlı deyil.

1-ci sinifdən 8-ci sinifə qədər dərsliklərdə dinləyib anlama məzmun xətti üzrə standartların yerinə yetirilmədiyini ,məzmunun yalnız ele buna görə 1/4 hissəsinin mənimsənilməyəcəyini xüsusi ilə qeyd etmək lazımdır . Əlavə edək ki, IX-XI sinif dərsliklərində də çoxlu səhvələr var və onlarda da dinləyib anlama məzmun xətti üzrə standartların yerinə yetirilməməsi göz qabağındadır.

3. Azərbaycanda 90% məktəbin və müəllimin dinləyib anlamanı özü yerinə yetirmək üçün texniki vəsaiti yoxdur. ( "dərsliklərdə yoxdursa müəllim özü dinləmə etsin” deyənlərə cavab) Bu halda təxminən 200 000 şagird ( həm IX, həm XI siniflər üzrə) dinləmə ilə yalnız imtahan otağında tanış olacaq. Və bu qədər şagirdin taleyi ilə oynamaq nə dərəcədə doğrudur?

4. Həftədə 1- 4-ci siniflərdə cəmi 1 saat, 5-8 ci siniflərdə 3 saat ,9 –cu sinifdə 2 saat dərs saatı olan ingilis dili fənnindən 9-cu sinifin buraxılış imtahanında 2 mərhələli olmaqla 45 sual ( 15-tapşırıq 1-ci mərhələdə , 30 test isə 2-ci mərhələdə) salmaq nə dərəcədə düzgündür?

5. DİM-n modelinə əsasən 9-cu siniflərin buraxılış imtahanının 11-ci siniflərə nisbətdə daha çətin verilməsi aydınlaşır. Yuxarida da qeyd etdildiyi kimi tam orta təsili bitirməmiş və 11-ci siniflərdən aşağı pillədə olan , yaş xususiyyətləri nəzərə alınmayan 9-cu siniflərdə 2-mərhələ üzrə xarici dildən 45 suala , onlardan yuxarı pillədə olan 11-ci sinif şagirdlərinin isə 30 suala cavab vermələri nəyə əsaslanır?

6. DİM-in modelinə əsasən Xarici dil fənnindən imtahan 9-cu və 11-ci siniflərdə Ana dilindən və Riyaziyyat imtahanından da çətin verilmiş və bir neçə standartın yerinə yetirilməsini tələb edir. Belə ki həftədə 5-6 saata keçilən Ana dili və Riyaziyyat fənnindən yalnız 1 və ya 2 məzmun xətti üzrə standart yoxlanılırsa və şagird öz Ana dilindən dinləyib anlama tapşırıqları etmirsə, xarici dil fənnindən 3 məzmun xətti üzrə standartların yoxlanılması və dinləyib anlama tapşırıqları verilməsi nə dərəcədə düzgündür?

7. Ana dili və Riyaziyyat fənnlərindən əvvəlki illərdə köhnə model üzrə açıq suallar salınması və 9-cu siniflərdə həmən fənnlərdən buraxılış imtahanı keçirmək təcrübəsi olduğu üçün həmən fənnlərdən bu ilki imtahanlarda bir yenilik yoxdur , müəllim və şagirdlər buna hazırlıqlıdırlar. Yəni şagirdlər Ana dili və Riyaziyyatdan imtahan verərkən artıq həm psixoloji cəhətdən həm də bacarıq cəhətdən buna hazırdırlar. Xarici dildən isə şagirdlər bu il həm yeni modellə tanış olurlar, həm 9-cu sinifdə ilk dəfə xarici dil imtahanı verirlər ,həm açıq suallar bu ildən salınır, həm də dinləyib anlama tapşırıqları verilir. Hansi əsasla? Ingilis dili ana dili deyil, dövlət dili deyil , yuxarıda da qeyd etdiyim saatlarla, çox zəif dərsliklərlə keçilən xarici dildir. Və bu xarici dilin öyrədilməsi yalnız xarici dil müəllimlərinin fədakarlığının və repititorluğun nəticəsidir.

8. Oxu, yazı və dil qaydaları ilə bağlı həm Təsil Nazirliyinin, həm də Dövlət İmtahan Mərkəzinin nəşr etdirdiyi yüzlərlə vəsait və kitab var. Lakin dinləyib anlama etmək üçün nə Təsil Nazirliyinin nə də DİM –in bir dənə də audio vəsaiti yoxdur. Belə olan halda imtahan modeli nəyə əsasən dinləyib anlama tapşırıqları ilə verilib. Əlbəttə yenə deyəcəklər ki internetdə milyonlarla vəsait var , açıb etsinlər. Onda sual doğur DİM –in bu modeli dərsliklər əsasında yaradılıb ya internet əsasında . Eləcə də heç Bakının bəzi məktəblərinin netə çıxışı yoxdur ,o ki ola ucqar Neftçala rayon Dördər kənddəki müəllimin. Soruşmaq istərdim o məktəblərin uşaqları nə edəcəklər?

9. Buraxılış imtahanlarında dinləmənin necə aparılacağı da sual doğurur. Dünyanın heç bir ölkəsində xarici dildən dinləyib anlama digər fənnlərlə birlikdə , eyni auditoriyada aparılmır. Belə ki Listening aparılarkən şagirdlər həm ana dilindən , həm də riyaziyyatdan tapşırıqlar etməli olacaqlar. Verilən 3 saatın hansı anında dinləyib anlama aparılacaq? Bəlkə şagirdlər riyaziyyat və ya ana dili tapşırıqları edəcəklər və onlara "testi dayandırın və indi mətnə qulaq asıb xarici dil tapşırıqları edin” deyiləcək və ya əvvəldə qulaq asıldıqdan sonra riyaziyyat və ana dili testləri ilə birlikdə edəcəklər? Bu heç bir Listining imtahanında edilmir. Heç bir ölkədə belə təcrübə yoxdur. Şagirdlər dinləyib anlamanı yalnız həmən dildən olan imtahanın tərkib hissəsi kimi edə bilərlər, digər fənnlərlə qarışıq edilməsi həm psixoloji həm pedoqoji cəhətdən düzgün deyil.

10. Xarici dildən dinləyib anlama və oxu imtahanı etmək üçün şagirlər xarici dildən akademik Listening keçməli, həftəlik dərs saatları ən azı 5 saat olmalı , dərsin müddəti 90 dəqiqə olmalı və bunlara müvafiq dərsliklər və tədris audio vəsaitləri çap olunmalıdır. Bunlar olmadığı halda həftədə 2 saat və hər dərsdə 45 dəqiqə ilə ( və həmən 45 dəqiqədə həm oxu, həm yazı , həm danışma, həm də dinləyib anlama yerinə yeririlmələdir) hansı Listening imtahanından söz gedə bilər?

11. Dərsliklərin səviyyəsinin həddən artıq aşağı olması, standartların tam yerinə yetirilməməsi, xarici dil imtahanlarının bu qədər çətinləşdirilməsi repititorluğa və digər yollara daha geniş vüsət vermirmi? Şagirdlər və valideyinlər hansı çıxış yolu tapmalıdırlar ? Valideyinlər elavə müəllimlər tutub ( bəzi sinif müəllimləri heç özü listening –i etməyi bacarmır) , əlavə xərc çəkib övladlarına Listening( dinləmə) və Reading (Oxu) oyrətməlidirlər?

12. Eyni zamanda soruşmaq istərdim imtahanların xarici dil fənnindən bu modeli harada müzakirə olunmuşdur? Təsil Nazirliyinin və DİM-in hansı ekspertləri bu modelə cavabdehdir? Onlar məgər dərsliklərlə və rəylərlə tanış deyillər? Təhsil Nazirliyi audio vəsaitlərin olmadığı və dinləmə anlama məzmun xətti üzrə standartlarin yerinə yetirilmədiyi barədə məlumata malik deyilmi, Niyə bu model tətbiq edilməmişdən əvvəl həm TN, həm də DİM-də açıq müzakirəyə çıxarılmırdı, niyə imtahana 6 ay qalmış minlərlə müəllimin rəyi nəzərə alınmır və şagirdin taleyi ilə oynanılır?

Ayrı – ayrılıqda sinif kitabları üzrə xarici dil fənnindən standarların reallaşma vəziyyəti belədir:

1-ci sinif dərsliyi

Məzmun standartlarının mütənasibliyi bəzi hallarda gözlənilməyib (1.1.3, 2.1.1, 2.1.2, 2.1.3, 2.1.4). Dinləyib-anlama standartının tam yerinə yetirilməsi üçün əlavə disk nəzərdə tutulmayıb. Bu isə dinləyib-anlama və danışma məzmun xətlərinin yerinə yetirilməsinin tam reallaşdırılmasına imkan vermir. Belə olan halda şagirdin dinləyib-anlama bacarıq və vərdişlərinə yiyələnməsi çətinləşir.

2-ci sinif dərsliyi

Burada dinləyib-anlama, danışma, ilkin tələffüz bacarıqlarına yiyələnmə, söz birləşmələri və sadə cümlələri təkrar etmək üçün lazım olan materiallar verilmişdir. Lakin audio disk verilmədiyindən, dinləyibanlama məzmun xətti üzrə alt standartlar tam reallaşdırılmamışdır. Deməli, iki məzmun xəttindən birinin yerinə yetirilməsi məhduddursa, bununla əlaqədar olaraq digərinin reallaşması çətinləşir. Dərslik təlimin şagirdyönlülük prinsipinə qismən imkan verir.

3-cü sinif dərsliyi

Dərslikdə dinləyib anlama standartları yerinə yetirilməməşdir

4-cü sinif dərsliyi

Dərslikdə 1.1.3. (Verilmiş mətndə yeni sözləri müəyyən edir.), 2.1.2. (Nitqində tələffüz qaydalarına yiyələndiyini nümayiş etdirir.), 4.1.1. (Eşitdiyi sözləri və sadə cümlələri düzgün yazır.) alt standartlarının yerinə yetirilməsi ilə bağlı tapşırıqlar verilməmişdir və bu alt standartların yerinə yetirilməsi üçün (tələffüz, intonasiya) izahat və ya nümunəyə rast gəlinmir.

5-ci sinif dərsliyi

Dinləyib-anlamanın 1.1.2. (Dinlədiyi mətndə yeni söz və ifadələri seçir.), danışma məzmun xəttinin 2.1.1. (Yeni söz və ifadələrdən düzgün istifadə edir.), oxu məzmun xəttinin 3.1.1. və 3.1.2. (Söz və ifadələri seçir və qruplaşdırır, mətndəki 3 sözləri düzgün tələffüzlə oxuyur.) və yazı məzmun xəttinin 4.1.1. (Verilmiş sözləri məna və qrammatik cəhətdən əlaqələndirərək cümlələr qurur.) alt-standartları üzrə dərslikdə sözlərin təqdimatı da qeyri-qənaətbəxşdir.

6-cı sinif dəsrliyi

Dərslik komplektinə audio vəsait daxil olmadığından, dinləyib-anlama məzmun xətti üzrə standartları tam reallaşdırmaq mümkün olmur. Dinləyib-anlama məzmun xəttinin yerinə yetirilməsi üçün vacib olan tapşırıqlar dərslikdə verilməmiş, MMV-də müəllimlərə nümunə kimi göstərilməmişdir. Hər dərsin əvvəlində "Listening-speaking”, "Listening-reading” başlıqları altında 2 (bəzən 3) sual verilsə də, dinləyib-anlamanın necə aparıldığı aydın olmur.

7-ci sinif dərsliyi

Dərslik komplektinə disk daxil olmadığından, dinləyib-anlama məzmun xətti üzrə standartlar tam reallaşmamışdır. Bu məzmun xəttini reallaşdırmaq üçün bəzi tapşırıqlar verilmişdir (səh.13, tapşırıq 2; səh. 103, tapşırıq 2; səh. 120, tapşırıq 2 və s.). Lakin bu tapşırıqlar əsasən "Qulaq as” və "Tamaşalaşdır” başlıqları ilə verildiyindən, 1.1.1. ("Müraciətlərə uyğun tapşırıqları icra edir”) və 1.1.2. ("Dinlədiyi mətndəki əsas fikri müəyyən edir”) alt standartlarının tələblərinin reallaşmasına kömək etmir.

8-ci sinif dərsliyi

Dərslik komplektinə disk daxil olmadığından, dinləyib-anlama məzmun xətti üzrə standartları tam reallaşdırmaq mümkün olmur. Dərslikdə yalnız iki səhifədə (səh. 83 və 121) "Listen” başlıqlı tapşırığa rast gəlinir.

9-cu sinif və 10 və 11-ci siniflərin monitorinqi köhnə dərsliklər üzrə aparıldığı üçün onlardan nümunələr vermirəm. Yalniz uzun illər dərslik eksperti olduğumdan və bütün standartların reallaşdığı dərslik yazıb, tenderden keçməyən müəllif kimi deyə bilərəm ki, bu sinif dərsliklərində də 1.1 dinləyib anlama standartı tamamilə reallaşmayıb, çünki Listening aparmaq üçün disk yoxdur, eyni zamanda Listening başlığı ilə verilən tapşırıqların hamısı oxu materialıdır çünki dinləyib anlama zamanı şagird mətni görməməli yalnız mətni dinləyib tapşırıqları etməlidir. Əgər mətn dərslikdə verilibsə ,bu oxu materialıdır.

Ümumiyyətlə yuxarıda sadalanan butun siniflər üzrə heç bir sinif dərsliyində dinləyib anlama tam yerinə yetirilməmişdir və audio vəsait nəzərdə tutulmamışdır.

IX və XI siniflərin buraxılış imtahanlarında ingilis dili fənninin 1) ilk təcrübə olduğunu, 2) dinləmə bacarıqlarının, bunun üçün məktəblərdə resurs olmadığını nəzərə alaraq dinləmə bacarıqlarının reallaşdırılıb-reallaşdırılmamasını yoxlamaq-ölçmək gülüncdür. Attestat imtahanlarının minimum bilikləri ölçməli olduğunu nəzərə almalıdırlar, eyni zamanda reallıqla barışmalıdırlar.

Çox maraqlıdır ki, Neftçala rayon Dördlər kəndində informatika dərslərində şagird kompüter üzü görmürsə, harada internetdə ingilis dilinə hazırlaşa bilər? Dinləmə haqda heç bir vəsait, heç bir disk və s. yoxdursa, bu şagird dərsdə bunu mənimsəmirsə, bəs necə imtahan verəcək?

Əlbətdə ki, bu bacarıqlar formalaşmalıdır. Amma bunu şagird etməməlidir. Təqdim olunun imtahan modeli onu göstərir ki, imtahandakı müsbət nəticələr Təhsil Nazirliyi və DİM-in nəticəsi deyil, şagird və müəllimlərin fərdi işinin, fəaliyyətinin nəticəsidir.

Təbii ki, xarici dil dedikdə təkcə İngilis dili nəzərdə tutulmur. Eyni zamanda alman, fransız, rus, ərəb, fars dilləri üzrə də dinləmə modelli test tapşırığı təqdim olunacaq. Amma İngilis dilindən fərqli olaraq bu dillər üzrə ümumiyyətlə resrurs, vəsait yoxdur. İngilis dili müəllimləri ən pis halda xarici ölkə resurslarından, internet resurslarından istifadə edib ortaya bir şey çıxara bilirlər, alman, fransız, rus,ərəb, fars dilləri üzrə heç bir material, test tapşırığı nümunəsi yoxdur.

DİM mövcud olmayan şeydən necə imtahan keçirə bilər? Belə çıxır ki, DİM məqsədli şəkildə imtahanları çətinləşdirib repititor və hazırlıq kurslarına şərait yaradır.

Oktyabrın 11-də Suraxanı rayonunun Hövsan qəsəbəsində saxlanılan Müsavat Partiyasının üzvü Azad Həsənovun harada saxlandığı bilinmir. 

Bu barədə "Basta”ya vəkil Osman Kazımov məlumat verib.

"Suraxanı Polis İdarəsində mənə bildirdilər ki, burada müvəqqəti saxlama təcridxanası təmirdə olduğu üçün gətirilənlər Xəzər Rayon Polis İdarəsindəki təcridxanaya aparılır, ora ilə əlaqə saxlayın. Xəzər polisindən də bildirdilər ki, bizə Azad Həsənov adlı adam gətirilməyib. Onun harada olması ilə bağlı Baş Prokurorluğun və Ombudsman aparatının qaynar xətlərinə müraciət etmişəm. İndiyə qədər onun harada olduğu barədə sorğulara cavab verilməyib. Bu gün həmçinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində oldum. Orada da deyiblər ki, burada belə adam yoxdur. Azad Həsənov faktiki olaraq itkin düşüb, onun həyatı təhlükədədir”, – deyə Osman Kazımov bildirib.

Vəkil deyib ki, əgər Azad Həsənovun barəsində hansısa cinayət işi, yaxud axtarış olsaydı, onu hava limanında saxlayardılar: "Amma o, xaricdən gələrkən hava limanında saxlanmayıb, sərbəst evə gedib və yalnız evinə çatdıqdan bir neçə saat sonra oğurlanıb”.

Fəalın saxlanması ilə bağlı Müsavat Partiyası da bəyanat yayıb.

Bəyanatda deyilir ki, Azərbaycan hakimiyyətinin azad düşüncə sahiblərinə qarşı repressiyası davam edir: Müsavat Partiyası Suraxanı rayon təşkilatının üzvü Azad Həsənov bu represiyanın növbəti hədəfidir.

Siyasi mühacir kimi Litvada yaşayan Azad Həsənov oktyabrın 11-də ölüm ayağında olan xəstə atasına baş çəkmək üçün Bakıya gəldikdən bir neçə saat sonra yaşadığı Hövsan qəsəbəsində özlərini polis kimi təqdim edən mülki geyimli şəxslər tərəfindən tutulub və 662 dövlət nömrə nişanlı qara Hundai avtomobili ilə naməlum ünvana aparılıb.

Azad Həsənovun saxlanmasının səbəbləri barədə onun ailə üzvlərinə heç bir məlumat verilməyib. Bir sutkadan artıq vaxt keçməsinə baxmayaraq, onun ümumiyyətlə harada saxlandığı barədə heç bir məlumat almaq mümkün olmayıb. Azad Həsənov faktiki olaraq itkin düşüb və onun həyatı təhlükədədir.

Müsavat Partiyası hakimiyyətdən qisasçılıq və repressiya siyasətinin dayandırılmasını, hüquq-mühafizə orqanlarından Azad Həsənovun harada olduğu barədə dərhal məlumat verilməsini, əgər həbs edilibsə, azad olunmasını tələb edir.

Müsavat Partiyası bütün hüquq müdafiə təşkilatlarını, o cümlədən Ombudsman aparatını Azad Həsənovun həyatına olan təhlükənin aradan qaldırılması istiqamətində tədbirlər görməyi çağırır”.

Son vaxtlar sosial şəbəkələrdə taksi xidmətlərinin istifadəçiləri əsasən operatorların qeyri-peşəkar və məsuliyyətsizliyindən şikayətlənir. Sosial şəbəkələr və media üzərində aparılan araşdırmalar göstərir ki, demək olar, eyni problem bütün taksi xidmətləri ilə bağlıdır. Bir sözlə, "198", "*9911", "8111", "8555" və digər xidmətlər də eyni problemi yaşayır. Şikayət olunan taksi xidmətlərindən biri də "*9933" taksi xidməti ilə bağlıdır. Şikayətçilər yazır: ""*9933" xidməti digər xidmətlərdən ucuz və operativ olsa da, burada şikayət əsasən, daxili idarəetmə ilə bağlıdır. Belə ki, bu xidmətdə çalışan və uzaqlaşdırılan istifadəçilər əsasən buradakı "Gestapo" rejimindən narazıdırlar".

Xeber.info-nun elektron ünvanına daxil olan şikayətdə göstərilir ki, bu xidmətin Tibilisi prospektində yerləşən ofisində dözülməz şərait hökm sürür: "Belə ki, burada çalışan 70-ə qədər işçinin hüququ kobud şəkildə pozulur. "Əməkdaşların çoxu ilə rəsmi müqavilə bağlanmır. Ofis isə həddindən artıq qapalı bir məkandır. Burada pəncərə və havalandırma sistemi yoxdur. Mətbəx ümumiyyətlə yoxdur, işçilər yeməklərini oturduqları iş stolunda yeyirlər. Tam bir dözülməz şərait var və hər gün bir neçə əməkdaşın halı pisləşir. Etiraz edənlər isə kobud sözlərlə qarşılaşır, bəzən hətta hədələnərək işdən qovulur. Bu xidmətin deputat Aydın Mirzəzadəyə də yaxın şəxslərin olduğu iddia olunur", - şikayətdə deyilir. Məlumatda deyilir ki, etiraz edən bir neçə xanım əməkdaş işdən qovulub: "Onları qovdular ki, gedin hara deyirsinizsə, etiraz edin. Sonra müqavilənin olmaması və kobud davranışın olduğunu düşünərək, geri qaytardılar". Problemlə bağlı "*9933" taksi xidməti ilə əlaqə saxlaya bilmədik. Şikayətçilər ofisin ağır şəraitinin əks etdirən videogörüntünü də xeber.info-nun elektron poçtuna göndəriblər. Həmin görüntüləri təqdim edirik:

Zamirə Hacıyeva ingilis mediasının "qəhrəmanına” çevrilib

 Dövlət bankının keçmiş rəhbəri Cahangir Hacıyevin həyat yoldaşı on il ərzində Londonun məhşur dükanı Harrods-da 21 milyon dollar xərcləyib.
 
"BBC Azərbaycan” xidməti xəbər verir ki, Britaniyada Məhkəmə ondan bu qədər pulu haradan aldığını açıqlamasını tələb edib. 
 
55 yaşlı Zamirə Hacıyeva Azərbaycan Beynəlxalq Bankın idarə heyətinin keçmiş rəhbəri Cahangir Hacıyevin həyat yoldaşıdır.
 
Zamirə Hacıyevanın adı ictimaiyyətə 2005-ci ildə onun oğurlanması ilə məlum olub.
 
O, Daxili İşlər Nazirliyinin baş əməliyyat müvəkkili olmuş Hacı Məmmədov və onun dəstəsi tərəfindən qadın salonundan çıxarkən qaçırılıb.
 
Onu Keşlədə, Hacı Məmmədovun qeyri-rəsmi yaşadığı qadının evində, zirzəmidə saxlayıblar.
 
Cahangir Hacıyevin bacısı Əminə Hacıyevanın verdiyi məlumata əsasən, o zaman Zamira Hacıyevaya görə on milyon dollar pul tələb olunub.
 
Hazırda ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin keçirdiyi "Qara kəmər” əməliyyatından sonra Zamirə Hacıyeva azad olunub, Hacı Məmmədov və onunla bərabər 20-dən çox adam həbs edilib.

 Cahangir Hacıyev 2015-ci ilin dekabrında həbs olunandan sonra yerli media 2016-cı ilin iyununda Zamirə Hacıyevaya qarşı da cinayət işi açıldığını və onun axtarışa verildiyini yazıb.

Cahangir Hacıyevin vəkili Aqil Layıcov mətuata açıqlamasında deyib ki, Nərimanov rayon Məhkəməsinin Zamirə Hacıyeva ilə bağlı qərarı "tamamilə gizli şəraitdə” qəbul edilib.
 
"Məhkəmənin keçirilməsi ilə və qəbul edilmiş qərarla bağlı Hacıyevaya və onun vəkilinə, qohumlarına xəbər verilməyib. Zamirə Hacıyevanın vəkili olduğu halda, özləri vəkil seçib. Seçdikləri vəkil adi primitiv qaydada apelyasiya şikayəti də verməyib”,- Aqil Layıcov "Amerikanın Səsi” radiosuna müsahibəsində deyib.
 
Ona Böyük Britaniyanın Daxili İşlər Nazirliyi Britaniyada varlı sahibkarlar üçün nəzərdə tutulmuş viza ilə yaşamaq icazəsi verib.
 
"35 ədəd kredit kart"
 
İngiltərədə media, ictimaiyətin belə bir işin bütün faktları bilməli olduğunu tələb etdikdən sonra Zamirə Hacıyeva, anonimliyinin qorunması barədə tələbini məhkəmədə uduzub.
 
Son on ildə Zamirə Hacıyeva mediada görünməyib və onun heç bir fotosuna rast gəlinmir.
 
Zamirə Hacıyeva Londonda alış-verişlərini Beynəlxalq Bankın 35 ədəd kredit kartı və Harrods-un üç ədəd mağaza kartı ilə ödəyib.
 
Bundan əlavə məhkəmə işlərindən məlum olub ki, 2013-cü ildə Zamirə Hacıyevanın nəzarət etdiyi başqa bir şirkət Berkshire qraflığında, Ascot kəndinin yaxınlığında təmtəraqlı qolf kursu və əmlakını - Mill Ride Golf Club-u almaq üçün 10 milyon funt (13.15 milyon dollar) xərcləyib.
 
Rəsmi məlumatlar cütlüyün Harrods-ın avtomobil parkında iki xüsusi yerə sahib olduqlarını və Zamirə Hacıyevanın 42 milyon funta (55.24 milyon dollar) "Gulfstream G550 jet” təyyarəsini aldığını da ortaya çıxarıb.
 
 Böyük Britaniya tarixində ilk "İzahedilməmiş Sərvət Sərəncamı”nın şərtlərinə əsasən, 55 yaşlı Zamirə Hacıyeva, əri Cahangir Hacıyev ilə birgə Milli Cinayət Agentliyinə hesabat verməlidir ki, Londonun bahalı Knightsbridge bölgəsində böyük bir evi hansı maliyyə hesabına alıblar.
 
Cahangir Hacıyevin ailəsi isə Zamirə Hacıyeva haqqında səslənən ittihamları qəbul etmir.
 
Keçmiş bankirin bacısı Əminə Hacıyeva AzadlıqRadiosuna "bunlar hamısı böhtandır, quramadır” deyir. 
 
O hətta iddia edir ki, Z.Hacıyeva ilə bağlı göstəriş Azərbaycandan verilib: "Zamirə məhkəməyə getməzdən qabaq onun Londondakı evinə burdan çek, sənəd göndərmişdilər. Cahangirlə bağlı ittihamlar ora göndərilmişdi. Ona görə də birinci Zamirənin işinə baxıblar”.
 
Ə.Hacıyeva "burdan” deyəndə kimi nəzərdə tutur? O cavab verir ki, bilmir, amma "bu tərəfdən getmişdi”:
 
"Necə ki birinci gündən Cahangiri qurban seçdilər, hər şeyi onun üstünə atdılar, artıq başqa adam lazım deyildi. Qoy baxsınlar kimlər iri məbləğli kreditlər götürüb, kimlərin başqa ölkələrdə villaları var. Cahangirin özünün biznesi vardı. Beynəlxalq Bank kommersiya qurumudur, ona görə bizneslə məşğul olmağa haqqı vardı. Bura gələnə qədər də bizneslə məşğul olub. Bu vəsaitlər bizim Beynəlxalq Bankdan gedən vəsaitlər deyil. 15 il bizneslə məşğul olan adam Londonda bir dənə ev ala bilməz?”.
 
O, qardaşı arvadının təxminən 55 milyon dollara təyyarə alması haqda deyilənləri də rədd edir: "O təyyarənin söhbəti Cahangir həbsə düşən birinci gündən gedir, burdan Mütəşəkkildən (Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi nəzərdə tutulur – red.) bir dəstə adam getmişdi ora. Nə təyyarə tapıldı, nə də bir dənə pul. İndi bizim zamanda bütün ofşorları yoxlayıb kimin orda çirkli pulları olduğunu, kimin onları yuduğunu asanlıqla tapmaq olar. Mən bunu bacı kimi demirəm. Cahangir Beynəlxalq Bankdan bir manat oğurlamayıb. Londondakı evi də oranın bankından kredit götürərək alıb, öz biznesindən qazandığı pulla. Tapaydılar təyyarəni. Tapsaydılar, heç olmasa, şəklini çəkərdilər, sənəd, sübut təqdim edərdilər”.
 
Cahangir Hacıyevin vəkili və daha əvvəl Zamirə Hacıyevanın vəkilin olmuş Aqil Layıc deyib ki, Zamirə Hacıyevanın malik olduğu sərvət barədə suallara cavab verə bilməyəcək.
 
Hər uğurlu qadının arxasındakı dayaq Foto: Gündüz Ağayev
 
Digər bir materialda "BBC” bahalı satışları və yaşıl torbaları ilə tanınan Londonun məşhur Harrods dükanı, dünyada ən böyük və ən tanınmış alış-veriş mərkəzlərindən biridir. 
 
Yeddi mərtəbəli Harrods dükanında dəbdəbəli və gündəlik istifadə olunan əşyalar satılır. Dükanda əsasən imkanlı, zəngin insanlar alış-veriş edirlər.
 
Dükan hər il dünyanın müxtəlif yerlərindən, təxminən, 15 milyon müştəri cəlb edir. Londonun zəngin Knightsbridge rayonunda yerləşən dükanın əsası 1849-cu ildə Charles Henry Harrod tərəfindən qoyulub.
 
1985-ci ildə dükanı misirli iş adamı Məhəmməd Əl-Fayed və qardaşı Əli alır. Onlar House of Fraserə bunun üçün 615 milyon funt sterlinq ödəyirlər. 2010-cu ildə cənab Əl-Fayed Harrodsu 1.5 milyard funt sterlinqə (təxminən 1.9 milyard dollar) Qətər kral ailəsinə satır.
 
Hazırda dükanda təxminən 4000 işçi çalışır.(Meydan.tv)

Prezident İlham Əliyev ölkə isqisadiyyatında rəqabətli mühitin formalaşması, daha əlverişli iqtisadi mühitin yaranması naminə sahibkarlara hərtərəfli dəstək nümayiş etdirir…

Təsadüfi deyil ki, prezident dəfələrlə sahibkarlara süni maneələr yaradan dövlət məmurlarını sərt şəkildə tənqid edib və bu kimi neqativ hallara son qoyulmasını tələb edib.

 

Görünən isə odur ki, dövlət başçısının bu tənqidlərindən lazımı nəticə çıxartmayan məmurlar da az deyil. Hər halda Savash.org-a Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin yarıtmaz fəaliyyəti ilə bağlı bir qrup sahibkarın göndərdiyi şikayət belə düşünməyə əsas verir.

Savash.org-a ünvanlanmış şikayətdə iddia olunur ki, Bakı Baş Gömrük İdarəsində sahibkarların sıxışdırılması, onlardan qanunsuz ödənişlər tələb olunması adi hala çevrilib.

Belə bir vəziyyət adıçəkilən idarəyə yeni rəhbərliyin gəlişindən, konkret olaraq Kənan Məmmədovun Bakı Baş Gömrük İdarəsinə rəis təyinatından sonra yaranmağa başlayıb. Bununla bağlı sahibkar C.Hamletli bunları deyir:

Kənan Məmmədov prezidentin siyasətinə qarşı: Bakı gömrüyü rəisinin “karandaş əməliyyatı”“Əvvəl indi başımıza gətirilən özbaşınalıqlar yox idi. Hazırda isə vəziyyət belədir ki, sahibkarın ölkəyə gətirdiyi mallın dəyəri ilə bağlı ona təqdim olunan gömrük bəyannaməsinə malın real qiymətindən dəfələrlə çox məbləğ yazılır. Bu isə o deməkdir ki, sahibkar bu səbəbdən daha çox rüsum ödəməlidir.

Konkret misalla belə təsəvvür edək ki, sahibkar İrandan dəyəri 5 min manatlıq mal gətirir, Bakı Baş Gömrük İdarəsində isə həmin məbləğ dəfələrlə artılıraq gömrük bəyannaməsində özünü 20-25 min manat kimi göstərir. Bu və digər qanunsuzluqlarla bağlı etdiyimiz çoxsaylı şikayətlər nəticəsiz qaldığından son çarə kimi mətbuata üz tutmaq qərarına gəldik”.

Sahibkarların bildirdiyinə görə, gömrük bəyannamələrində qiymətlər bir qayda olaraq qələmlə deyil, sonradan pozaraq üzərində dəyişiklik etmək asan olsun deyə karandaşla yazılır. Bu isə Bakı Baş Gömrük İdarəsində idarəçiliyin, sahibkarlarla qurulmuş işin hansı səviyyədə olması haqda ilkin təəssürat yaradır.

Savash.org mövzuyla bağlı araşdırmalarını davam etdirir, sahibkarların şikayətləri əsasında hazırlayacağımız daha geniş məqaləni isə yaxın günlərdə izləyə biləcəksiniz.

Xatırladaq ki, Dövlət Gömrük Komitəsinin (DGK) Bakı Baş Gömrük İdarəsinin yeni rəisi Kənan Məmmədovdur və o bundan əvvəll DGK-nın Tovuz Gömrük İdarəsinin rəisi olub. Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

2016-cı il, avqustun 13-də evlərindən zorla çıxarılan Şərifzadə ailəsi o vaxtdan bəri kompensasiya tələbi ilə məhkəmələri gəzir. "Fortis Bayıl" tikinti şirkəti Nazirlər Kabinetinin 86 saylı qərarına istinadən, qəzalı halda olan binanı söküb, yerində yenisini tikdiyini deyir.

Onlar sakinlərə tikilməkdə olan yeni binadan ev verməyi vəd etsə də, Şərifzadələr bununla razılaşmır.

“Mən elə bir evdə yaşaya bilmərəm. İlk ona görə ki, oradan məni sürüyüb çıxarıblar. Mənim özümə hörmətim var. Hər şeyi də qanunla etmişəm. Ekspertiza çağırıb, evin qiymətini ölçdürmüşəm. İndi bunlar şəhərin mərkəzində, Bayraq Meydanın yanındakı ev üçün deyirlər ki, "700 manatı götür, hələ Allahına şükür et”- şikayətçi Ülviyyə Şərifzadə deyir.

10 oktyabrda ailənin iddiası ilə məhkəmə prosesi davam edib. “Fortis Bayıl” şirkətinin müdafiəçisi suallarımızı cavablandırmaqdan imtina edib. O, məhkəmədəki çıxışında bildirib ki, şirkət həmin evləri FHN-nin “qəzalı” rəyi əsasında söküb və həmin vaxt evdə heç kim olmayıb. Halbuki ailənin öz çəkdiyi görüntülərdən də bəlli olur ki, ev zorla boşaldılıb. Şirkət nümayəndəsi bildirir ki, iş işdən keçib, indi vətəndaşlara yalnız tikilən binadan ev verə bilərlər.

"Bizi evdən çıxarandan sonra, 39 ailə onlarla müqavilə imzaladı. Qorxularından. Mənə deyirlər ki, sən Avropada yaşamısan, qanuna inanırsan. Bizim inamımız yoxdur. Ona görə razılaşırıq ki, az da olsa pul versinlər"-Ülviyyə Şərifzadə danışır.

Şikayətçi tərəfin vəkili Fuad Ağayevin sözlərinə görə, eyni məsələ üzrə başqa 2-3 ailənin də işi məhkəmədədir: 86 saylı qərara görə istismar müddəti başa çatmış qəzalı binalar sökülməli, yerində yeniləri inşa edilməlidir. Köçürülmə zamanı hüquqi və fiziki şəxslərin mülkiyyəti qanunvericiliyə uyğun olaraq onların razılığı ilə dəyəri ödənilməklə əldə edilməli və ya həmin torpaq sahələrinin əvəzləşdirilməsinə şərait yaradılmalıdır. Sakinləri narazı salan da qərarın yarımçıq icrasıdır. Onlar şirkətlə razılaşmadıqları halda evlərindən olublar. Üstəlik, qanunsuz saydıqları müqaviləni imzalamadıqları üçün kirayə ödənişlərindən də məhrum ediliblər.

“Mən arzu edirəm ki, bir gün Azərbaycanda qanun işləyəcək. İnsanların dövlətə inamı bərpa olacaq”- Ülviyyə Şərifzadə istəyini bölüşür.

Bundan əvvəlki prosesdə hakim Nurəddin Babayev vətəndaşların kompensasiya tələbini rədd edib. Vəkil Fuad Ağayev deyir ki, bu gün də Bak; Apelyasiya Məhkəməsinin hakimi Rəfael Eyvazov prosesi oktyabrın 23-nə kimi təxirə salıb.

Cümə axşamı, 11 Oktyabr 2018 13:11

Qarabağla bağlı yeni mitinq qərarı var

Yazan

"Qarabağ" İctimai Komitəsi işğal olunmuş ərazilərin azad edilməsi tələbilə noyabrın 24-də mitinq keçirilməsi barədə qərar qəbul edib. 

 Bu barədə "Qarabağ" Komitəsinin məlumatında deyilir.
 
Mitinqin keçirilməsi haqda qərar Komitənin 10 oktyabr iclasında qəbul edilib. "Qarabağa azadlıq!" şüarı ilə mitinq saat 15:00-dan 17:00-dək "İnşaatçılar" metro stansiyasının yaxınlığında keçiriləcək. Təşkilatçılar Bakı Şəhər İcra Hakimiyyətinə müvafiq bildiriş göndərəcəklər.
 
"Qarabağ" Komitəsi oktyabrın 29-da analoji mitinq keçirib. Mitinqdə Azərbaycan ərazilərinin azad edilməsi üzrə antiterror əməliyyatına başlanması, siyasi islahatların həyata keçirilməsi, korrupsiyaya qarşı mübarizə üzrə real tədbirlərin qəbul edilməsi, veteranların və şahid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi tələb edilib.
 
"Qarabağ" Komitəsi bu ilin yayında təsis edilib. Məqsəd kütləvi aksiyalar, elmi konfranslar, sərgilərin və s. keçirilməsi ilə Qarabağ münaqişəsini daim ictmaiyyətin diqqətində saxlamaqdır.
 
Quruma 17 ictimai birlik və hərəkat daxildir. Bunlar Qarabağ Azadlıq Təşkilatı, Klassik Xalq Cəbhəsi Partiyası, Vətəndaş Həmrəyliyi Partiyası, İslam Partiyası, Ağ Partiya, Milli Demokrat Partiyası, Qarabağ Qaziləri Təşkilatı və digərləri, həmçinin fərdi qaydada 13 Qarabağ müharibəsi qazisi daxildir.(Turan)
Çərşənbə axşamı, 09 Oktyabr 2018 21:59

İddia: "Əli Abbasov həbs oluna bilər"

Yazan
Son günlər "Rabitə işi” ilə bağlı məhkəmə prosesləri keçmiş rabitə və yüksək texnologiyalar naziri Əli Abbasovu yenidən gündəmə gətirib.
 
Məhkəmədə səslənən və mediada işıqlandırılan faktlar sabiq nazirin ətrafında hadisələrin heç də yaxşı nəticə ilə bitməyəcəyindən xəbər verir.
 
Artıq sabiq nazirin həbs olunmaq təhlükəsi ilə üz-üzə olduğu bildirilir.
 
Bu barədə "aztoday.az”a məlumat daxil olub.
 
Məlumata görə, nazir postundan uzaqlaşdırıldıqdan uzun müddət sonra Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin qərarı ilə akademiyanın müşaviri təyin olununan Abbasovla bağlı məhkəmədə səslənən çoxsaylı faktlar və milyonluq mənimsəmələr onun daha pis vəziyyətdə qoyub.
 
Onun keçmiş MTN naziri Eldar Mahmudovla işbirliyi və yaxın əlaqələri də bu məsələdə ciddi rol oynayır. Məlumatlarda deyilir ki, Abbasovla Mahmudovun dostluğu bu gün də davam edir.
 
Məlumata o da vurğulanır ki, Əli Abbasovun komandasının üzvlərinin bir çoxu həbsdədir, bəzilərinin cinayət işi üzrə məhkəmə prosesi davam edir, bəziləri isə uzun illər çalışdıqları rabitə sahəsindən uzaqlaşdırılıblar. Bəzilərinin də yenidən həbs olunma ehtimalı var.
 
Ona görə də "Rabitə işi” yekunlaşana qədər hər kəs Əli Abbasovun barəsində veriləcək qərarı maraqla gözləyir.
 
Məsələn, məhkəmədə açıq səslənən ittihamlardan biri sabiq nazirin "kassir”i Vidadi Zeynalovun idi. O deyirdi ki, dövlət büdcəsindən ayrılmış milyonların oğurlanması birbaşa məhz Əli Abbasovun rəhbərliyi altında həyata keçirilib.
 
"Yeni Müsavat”qəzeti isə məhkəmədəki prosesə istinadən yazır ki, hazırda Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) prezidentinin müşaviri olan Əli Abbasovun adını son günlər mətbuatın gündəminə daha bir məhkəmə işi gətirdi.
 
Qəbələ Telekommunikasiya Qovşağının sabiq rəisi Şahin Tağıyev də digər rabitəçilər kimi eyni ittihamlarla hakim qarşısına çıxarılır.
 
Şahin Tağıyev dövlət əmlakını mənimsəməkdə və vəzifə səlahiyyətlərini aşmaqda təqsirləndirilir. İttihamda göstərilir ki, o, rəhbəri olduğu qovşaqda görülən işlərin şişirdilməsi ilə əldə edilən məbləği Əli Abbasovun rəhbəri olduğu nazirliyə göndərib.
 
İstintaq belə qənaətə gəlib ki, Şahin Tağıyev Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin yüksək vəzifəli şəxsləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 1 milyondan artıq məbləği mənimsəyib. Həmin məbləğin 10 faizini – 168 min manatını şəxsən mənimsəməkdə günahlandırılan Ş.Tağıyev həmin məbləği ələ keçirmədiyini deyir. Amma həbs edilməmək üçün pulu ödəyib.
 
Hazırda ev dustaqlığında olan Ş.Tağıyevin 300 minlik villasına da həbs qoyulub.
 
Ş.Tağıyevdən başqa daha bir neçə rabitəçi ayrı-ayrı rayon məhkəmələrində hakim qarşısına çıxarılır. Onlar barəsində də eyni ittihamlar irəli sürülüb.
 
Xatırladaq ki, 2015-ci ilin noyabr ayının 13-də Baş Prokurorluğun Rabitə və Yüksək Texnologiyalar Nazirliyindəki həbslərlə bağlı yaydığı rəsmi məlumata görə, nazirliyin Aparat rəhbəri Vidadi Zeynalovun qulluq mövqeyindən sui-istifadə edərək nazirliyin strukturuna daxil olan ayrı-ayrı qurumların vəzifəli şəxsləri ilə qabaqcadan razılaşmaqla həmin strukturlar tərəfindən işlərin görülmədiyi, tam yerinə yetirilmədiyi, avadanlıqlar alınmadığı, istifadə olunan avadanlıqların, xidmətlərin qiymətlərinin isə 4-5 qat şişirdilməsi və digər üsullarla işlərin və xidmətlərin guya yerinə yetirilməsini özlərinin himayə etdikləri, yaxın münasibətdə olduqları şəxslərin adına olan özəl şirkətlər tərəfindən saxta sənədlər əsasında rəsmiləşdirməsini təmin etməklə müvafiq müəssisələrin ayrı-ayrı banklardakı hesabına köçürülmüş 73 milyon 590 min manat pul vəsaitinin nağdlaşdırılmaqla mənimsənilməsini və israf edilməsini təşkil etməsində şübhələr üçün əsaslar müəyyən edilib.
 
Bundan başqa, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən RYTN sistemində həyata keçirilmiş yoxlamalar nəticəsində "Aztelekom” MMC-nin sabiq baş direktoru Məhəmməd Məmmədov, "Bakı Telefon Rabitəsi” İstehsalat Birliyinin sabiq rəhbəri Beytulla Hüseynov, "Bakı Telefon Rabitəsi” İstehsalat Birliyinin baş mühasibi Anar Mustafayev, "AzİnTelekom” MMC-nin sabiq baş direktoru Cəlil Cəfərov, "Azərpoçt” MMC-nin sabiq baş direktoru Qəmbər Bəybalayev, "Optik Rabitə, Tikinti və Quraşdırma” MMC-nin keçmiş baş mühasibi Səhrab Hümbətov, "3 nömrəli Rabitə Təmir Tikinti”, "Rabitə Mülki Tikinti” MMC-lərinin direktoru Emin Məmmədov, "Bakı Rabitə Təmir Tikinti” və "Təmir Təchizat Servis” MMC-lərinin direktoru Bayram Vəliyev, "Optik Qurğular” İdarəsinin rəisi Namazəli Məmmədov və "Aztelekom” MMC-nin baş mühasibi Oktay Rüstəmov da saxlanılıb.
 
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə V.Zeynalovla B.Hüseynov 13 il, N.Məmmədov 11 il, E.Məmmədov 10 il, A.Mustafayev 5 il, Q.Bəybalayev 3 il müddətinə müddətinə azadlıqdan məhrum edilib.
 
M.Məmmədov, O.Rüstəmov, S.Hümbətov, C.Cəfərov və B.Vəliyevlərin barəsində şərti cəza verilib. Həmin şəxslər məhkəmə zalından azadlığa buraxılıb.
 
Bakı Apelyasiya Məhkəməsi Vidadi Zeynalovun cəzasını 4 ilə, Beytulla Hüseynovun cəzasını isə 7 il 6 aya endirib.
Çərşənbə axşamı, 09 Oktyabr 2018 21:53

Gənc şair müsabiqənin qalibi oldu

Yazan
Bilik Fondun "Məmməd Araz Poeziya günü" çərçivəsində şeir müsabiqəsinin qaliblərini açıqlayıb. 
 
Bu barədə şair Xalid Mahmud məlumat verib. 
 
Onun sözlərinə görə, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu, Azərbaycan Yazıçılar Birliyi və Xəzər Unversitetinin təşkilatçılığı ilə Azərbaycanın xalq şairi Məmməd Arazın 85 illik yubleyi münasibəti ilə III "Məmməd Araz Poeziya günü" çərçivəsində keçirilən şeir müsabiqəsinin qalibləri bəlli olub.
 
Gənc şair Xalid Mahmud keçirilən şeir müsabiqəsində I dərəcəli diplomla təltif olunub.
5 -dən səhifə 197