Çərşənbə, 17 Oktyabr 2018 01:21

Baş naziri istefa verdi - Ermənistanda

Yazan Javid Jabbarli

Nikol Paşinyan canlı yayımda istefasını açıqlayıb

Ermənistanın Baş naziri Nikol Paşinyan oktyabrın 16-da İctimai Televiziyasının canlı efirində istefa verdiyini açıqlayıb.

Ancaq Baş nazir deyib ki, dekabrda keçiriləcək parlament seçkilərinə qədər vəzifəsini icra edəcək.

"Beş aylıq işimə yekun vuraraq hamıya sonsuz dəstəyə görə minnətdarlıq edirəm və kimi təəssüfləndirmişəmsə, üzr istəyirəm. Dekabr seçkilərində bütün siyasi qüvvələrə uğurlar arzulayıram”.

Ermənistan mediası yazır ki, dekabrın birinci ongünlüyündə Ermənistanda parlament seçkiləri keçiriləcək. N.Paşinyana müxalif olan partiyalar onun istefası qarşılığında seçkilərin keçiriləcəyinə razılıqlarını bəyan ediblər.

Ermənistan prezidenti Armen Sarkisyan onun istefasını qəbul edib.

Nikol Paşinyan bu ilin mayın 8-də Ermənistan parlamentində Baş nazir seçilib. Onun namizədliyinin lehinə 59 nəfər, əleyhinə 42 deputat səs verib.

N.Paşinyanın namizədliyi "Yelk”, "Tsarukyan bloku” və "Daşnaksütün” tərəfindən irəli sürülsə də, Baş nazir seçilməsi üçün hakim Respublika Partiyasından olan deputatların səsi də lazım olub.

N.Paşinyan aprelin 13-də Serj Sarkisyan Baş nazir seçildikdən sonra etiraz aksiyalarına rəhbərlik edib və nəticədə S.Sarkisyanın istefa verməsinə nail olub.

42 yaşlı Paşinyan erməni siyasətinə jurnalistikadan gəlib. Universitetə 1990-cı ildə, SSRİ-nin devrilməsindən dərhal sonra daxil olub. Tələbə illərindən kəskin daxili siyasi məsələlərə dair məqalələr yazıb, "Aykakan jamanak", "Oraqir" nəşrlərinin redaktoru olub. Ancaq məzun olmağa bir neçə gün qalmış universitetdən qovulub. Paşinyanın sözlərinə görə - siyasi motivlərlə.

2007-ci il parlament seçkilərində o, prezident Koçaryanın və Baş nazir Sarkisyanın istefasını tələb edən "İmpiçment" blokuna rəhbərlik edirdi. Ancaq blok 1%-dən bir az çox səs yığdı.

Serj Sarkisyanın qailb gəldiyi 2008-ci il prezident seçkilərindən sonra Ermənistanda küçə nümayişləri baş verdi. Orada səkkiz nümayişçi və bir hərbçi həlak, 300-dən çox insan xəstəxanalara müraciət etdi. O dövrdə müxalifətin lideri Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyan idi. Paşinyan iğtişaşları təşkil etməkdə ittiham olundu və axtarışa verildi.

Siyasətçi bir ildən artıq hakimiyyətdən gizləndi, lakin 2009-cu ildə polisə düşdü. 2010-cu ildə Paşinyan yeddi il azadlıqdan məhrumetmə cəzasına məhkum edildi, sonradan müddətini qısaltdılar, bir il sonra isə Ermənistanın müstəqilliyinin 20 illiyinə həsr olunmuş amnistiya ilə azadlığa buraxıldı. 2012-ci ildə Paşinyan "Erməni Milli Konqresi" müxalifət blokundan parlamentə deputat seçildi.(Meydan.Tv)

Çərşənbə axşamı, 16 Oktyabr 2018 23:13

Azad Həsənova işgəncə verilir? - Vəkillə görüşməsinə imkan verilmir

Yazan Javid Jabbarli

Artıq altıncı gündür ki, həbs edilən Müsavat Partiyası Suraxanı rayon təşkilatının üzvü Azad Həsənovun öz vəkili ilə görüşməsinə imkan verilmir. 

Osman Kazımovun "Basta”ya verdiyi məlumata görə, istintaq orqanı onun Azad Həsənovla görüşməsi üçün zəruri olan icazə məktubunu vermir.

"Görüşə icazə məktubu almaq üçün istintaqın getdiyi Bakı Şəhər Baş Polis İdarəsinə müraciət etmişəm. Müstəntiqlər deyir ki, rəis icazə məktubunu hələ imzalamayıb. Bu məktub olmadan istintaq altında olan şəxslə görüşmək mümkün deyil”, – Osman Kazımov bildirib.

Müsavat Partiyası mətbuat xidmətinin yaydığı məlumata görə, vəkilin Azad Həsənovla görüşməsinə imkan verilməməsi, onun həyatına təhlükə olduğundan xəbər verir. 

"Bundan əvvəl Azad Həsənovun saxlandığı yer barədə məlumat verilmirdi. İndi də vəkili ilə görüşməyə imkan verilmir. Bu, Azad Həsənovun işgəncəyə, fiziki və mənəvi işgəncəyə məruz qaldığı, onun həyatına təhlükə olduğuna dair narahatçılığı artırır”, – deyə, mətbuat xidmətinin açıqlamasında bildirirlir.   

Azad Həsənov oktyabrın 10-da mühacirətdə olduğu Litvadan ağır vəziyyətdə olan atasını görmək üçün Bakıya qayıdıb və bundan bir neçə saat sonra yaşadığı Hövsan qəsəbəsində həbs edilib.

Ona qarşı Cinayət Məcəlləsinin 234.4.3 maddəsi ilə (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, saxlama, daşıma, göndərmə və ya satma – qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən külli miqarda törədildikdə) cinayət işi qaldırılıb.

Oktyabrın 12-də Xətai rayon Məhkəməsi hakim İbrahim İbrahimlinin sədrliyi ilə Həsənov barəsində 4 ay həbs qətimkan tədbiri seçib.

Müsavat Partiyası Azad Həsənova qarşı ittihamın uydurma olduğunu bəyan edib.

Qeyd edək ki, Azad Həsənov 2003-cü ildən Müsavat Partiyasının fəal üzvüdür. 

O, 2014-cü ilin fevralından ailəsi ilə birgə mühacirətdədir,  2016-cı ilin yanvar ayından Litvada siyasi sığınacaq alıb.

Çərşənbə axşamı, 16 Oktyabr 2018 21:07

DAQAH-ın təşkilatçılığı ilə anım tədbiri keçirildi - FOTO

Yazan Javid Jabbarli

Bu gün 1997-ci il aprel ayının 7-də kəşfiyyat tapşırığını yerinə yetirərkən ermənilərə əsir düşməmək üçün özlərini partladan səkkiz hərbi qulluqçunun (onlardan biri Aqil Əhmədov möcüzəli şəkildə sağ qalıb. Bir il on bir ay erməni əsirliyindən sonra hal-hazırda bizimlədi) II Fəxri Xiyabanda torpağa əmanət edilən gündür.

Bu münasibətlə Dünya Azərbaycanlılarının Qarabağa Azadlıq Hərəkatı (DAQAH) anım tədbiri keçirib. Bu barədə Xeber.İnfo-a DAQAH-dan məlumat verilib.

Anım tədbirini Milli Mədəniyyətin Təbliği ictimai birliyinin rəhbəri, DAQAH-nın Təşkilat Komitəsinin üzvü Jalə Cəfərova açaraq mərasimə toplaşan şəhid ailələrini, ziyalıları, ictimai-siyası fəalları salamlayıb: “Mərasimə toplaşan şəhid analarına demək istəyirəm ki, 1997-ci ildə kəşfiyyata gedən cəsur balalarımız leytenant Ağayev Elxan, leytenant Yarəhmədov Vüqar, çavuş Rzayev Anar, çavuş Həsənov Aqşin, çavuş Ələkbərov Nizami, çavuş Cavadov Fariz, çavuş Əhmədov Aqil tarıx yazdılar. Biz onları unutmadıq və unutmayacağıq. Şəhid analarımızın qarşısında baş əyirəm və demək istəyirəm ki, zalimin zülmü qiyamətə qalmayacaq".

Sonra xüsusi teyinatlı hərbi hissənin komandiri polkovnik Xətayi Baxışov, Güney Azərbaycan Konqresinin sədri Abdulla Əmir Haşimi Cavanşir, şəhid Həsənov Aqşinin anası Xanım Həsənova, DAQAH-in Təşkilat Komitəsinin üzvü psixoloq, dossent Lümunət xanım Əmrahlı, şəhid Vüqar Yarəhmədovun oğlu Vüqar (Vüqar atası şəhid olandan sonra doğulub) çıxış ediblər.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himnin səsləndirilməsi ilə yekunlaşıb.

Tədbir iştirakçıları sonra, dünən dünyasını dəyişən Qarabağ qazisi Etimad Əsədovun dəfn mərasiminə qatılıblar.

43828483 2035642836491937 3664776571543093248 n

44232889 2035642719825282 6231331001931399168 n 1

44185949 2035642833158604 4356205051375517696 n

44324958 2035642849825269 9221922034420809728 n

44300757 2035642909825263 4289238797469614080 n

44306997 2035643889825165 987207587424370688 n

44121610 2035643039825250 8074893070325252096 n

44124490 2035643353158552 7251414953393913856 n

44126959 2035643449825209 5490372804622680064 n44115342 2035643126491908 4646601293635256320 n

44117046 2035643986491822 2640282865488625664 n44162563 2035643683158519 3584663113506488320 n

44173733 2035643259825228 2580713077842378752 n44197868 2035643899825164 6405072337544151040 n

Çərşənbə axşamı, 16 Oktyabr 2018 05:03

Xadimədən başqa hamı yığıma çıxmalıdır - VİDEO

Yazan Javid Jabbarli
Çərşənbə axşamı, 16 Oktyabr 2018 04:29

Azərbaycanın seçilməyən prezidenti gəlir - Astara sakini

Yazan Javid Jabbarli
Bazar ertəsi, 15 Oktyabr 2018 20:18

Əfqan Muxtarlı ''karsa'' salınıb

Yazan Javid Jabbarli

''Onun telefon danışıqlarına məhdudiyyəti daha da artırıblar''

Hazırda məhkumluq həyatı yaşayan jurnalist Əfqan Muxtarlı oktyabrın 7-də "karsa” (cərimə kamerasına) salınıb.

Bu barədə Meydan TV-yə jurnalistin həyat yoldaşı Leyla Mustafayeva məlumat verib.

Leyla Mustafayeva bildirib ki, jurnalistin cəzalandırlması onun tibb məntəqəsinə icazəsiz getməsi olub.

"Amma bu, bəhanədir. Əslində Əfqan Muxtarlı dərman üçün icazə alıb məntəqəyə gedib. Əsl səbəb onun AXCP üzvü Məmməd İbrahimin yastığının altında bıçaq gizlədilməsinin təşkil edilməsinə etirazı idi”.

Leyla Mustafayeva əlavə edib ki, Əfqan Muxtarlını soyundurub yağışlı havanın altında saxlayıblar:

"Onu 1 saatdan artıq "kars”da saxladıqdan sonra buraxıblar, amma telefon danışıqlarına məhdudiyyəti daha da artırıblar”.

Ə.Muxtarlı 2017-ci ilin mayında həbs edilib. Rəsmi orqanlar onu Gürcüstan-Azərbaycan sərhədini qeyri-qanuni keçməkdə ittiham etsələr də, o, özü Tbilisidə oğurlandığını və Azərbaycana gətirildiyini deyib.

Azərbaycanda məhkəmənin qərarı ilə Ə.Muxtarlı 6 il müddətinə azadlıqdan məhrum edilib.

Bundan əvvəl Əfqan Muxtarlının dostları ilə görüşünə də icazənin verilmədiyi barədə məlumatlar verilib.

Şənbə, 13 Oktyabr 2018 23:17

Özbəkistandakı azərbaycanlı diaspor sədri döyüldü - TƏFRRÜTAT

Yazan Javid Jabbarli

Azərbaycan Diasporunun Özbəkistandakı sədri Mobil Məmmədov öz həmyerliləri tərəfindən döyülüb. 

Xeber.infoveteninfo.az-aistinadənxəbərverirki, o, aldığı xəsarətlərə görə, 16 saylı şəhərxəstəxanasınayerləşdirilib.

Məlumata görə, Mobil Məmmədovun döyülməsi onun biznes əlaqələri ilə bağlı olub. Belə ki, şəriklik etdiyi adamların pulunu mənimsədiyindən cəzalandırılıb. Bildirilir ki, o, diaspor sədrliyi postundan istifadə edərək, bir çox azərbaycanlıların qazanc yerinə "əl qoyub”. Bu yaxınlarda hətta Azərbaycanlıların sıx yaşadığı məhəllədəki mərasim binasını (adətən yerli azərbaycanlılar öz ölülərini burada yuyurmuşlar) ələ keçirib.

Araşdırma zamanı məlum olur ki, Azərbaycan diasporunun sədri Mobil Məmmədov dəfələrlə dələduzluq maddəsi ilə mühakimə edilib və iqtisadi cinayətlərdə adı hallanıb. Onun adı həm də bu ilin yay ayında Daşkənddəki səfirimizin müşaviri Nəsimi Ağababayevlə əlbir olaraq, Azərbaycanın Özbəkistandakı səfirinə qarşı təxribat etməkdə də hallanıb. Məlumat üçün bildirək ki, Nəsimi Ağababayev həmin əməllərinə görə Xarici İşlər Nazirliyi sistemindən uzaqlaşdırılıb. Mobil Məmmədovla Nəsimi Ağababayevin ortaq biznesləri də olub. Onlar Azərbaycandan qızıl, mandarin ağacları , şokolad gətizdirərək, Daşkənddə iş birliyi də qurublar.

Mobil Məmmədovun döyülməsi də Azərbaycandan gətirilən bu malların təhvil verilməsi zamanı baş verib. O, mallarını təhvil verdiyi azərbaycanlılarla pul haqq-hesabını düz aparmadığına görə, diasporunun üzvləri və "keçmiş dostları” tərəfindən möhkəm döyülüb.

Şənbə, 13 Oktyabr 2018 23:12

Nemət Pənahlı həbs olundu

Yazan Javid Jabbarli

Milli azadlıq hərəkatının tanınmış ismi Nemət Pənahlı həbs olunub.

Bu barədə jurnalist Əvəz Zeynallı sosial şəbəkə hesabında məlumat yayıb. Ona 30 sutka həbs cəzası verilib: 

"Dünən günorta saat 12.00-dan Nemət Pənahlıdan xəbər alınmayıb. Ailəsi yalnız saat 20.00-dan hadisənin fərqində olub və axtarışlara başlayıb. Bu saatlara qədər Nemət Pənahlıdan xəbər alınmayıb. Yalnız 102-yə müraciət edəndən sonra Nəsimi RPİ-nin 21-ci polis bölməsinin növbətçi əməkdaşı Ramin Salmanov zəng edərək Nemət Pənahlının Nəsimi rayon məhkəməsinin qərarı ilə 30 sutkalıq həbs olundiğunu və Binəqədi müvəqqəti təcridxanasına göndərildiyini deyib. Nemət Pənahlı İXM-nin 535-ci maddəsinə (Maddə 535. Polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama) görə həbs olunub".

Casusluqda, FETÖ və PKK terror təşkilatları ilə əlaqələrdə ittiham edilərək 35 il həbsi istənilən amerikalı rahib Endryu Bransonun məhkəmə prosesi başa çatıb. Məhkəmə Bransona 3 il 1 ay 15 gün həbs cəzası verib.

İstintaq prosesində həbsdə qaldığı müddət nəzərə alınaraq rahib barəsindəki ev həbsi və ölkə xaricinə çıxma qadağası aradan qaldırılıb və azadlığa buraxılıb.

Amerikalı respublikaçı senator Lindsey Qraham isə çıxışında deyib ki, ABŞ-da yaşayan Fətullah Gülənin Türkiyəyə verilməsi müzakirə ediləcək: "Sözügedən şəxsin Türkiyə hökumətinə qarşı fəaliyyətinin olduğu ilə bağlı iddiaları araşdırcağıq.

Qeyd edək ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Endryu Bransonun ancaq Fətullah Gülənin Türkiyəyə təhvil verdikdən sonra azad ediləcəyini dəfələrə söyləmişdi. 

4 -dən səhifə 197