Çərşənbə, 04 Aprel 2018 00:00

Keçmiş təhsil nazirinin oğlu intihar etdi

Yazan

Xeber.info xəbər verir ki, Çetindən 2 gündür ki, xəbər ala bilməyən qonşusu Cansu Özdemir yaşadıqları binanın işçilərinə xəbər verib. Çilingirin köməyi ilə qapı açılıb. Evə girən polislər Öztoprağı yatağında, yanında tapança, qanlar içində tapıblar. İlkin araşdırma nəticəsində intihar etdiyi bilinən gəncin uzun müddətdir ki, psixloji dəstək aldığı ortaya çıxıb.

Qonşusu Cansu “İkimizin də iti var idi. Birlikdə gəzdirirdik” deyə ifadə verib. Bir dostu da “Bir nəqliyyat şirkəti var. Çetinin son günlər gördüyü işlər yaxşı deyildi” deyib. İngiltərədə yaşayan bir dostunun isə “Çetin ötən günlərdə zarafatla mənə “intihar edəkmi?”dedi” bildirib.(goldnews.az)

Xeber.info

Daxili işlər naziri, general-polkovnik Ramil Usubov ölkəmizdə rəsmi səfərdə olan Türkiyə Respublikasının ədliyyə naziri Əbdülhəmid Gülün başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

DİN-in mətbuat xidmətindən Xeber.info-ya verilən məlumata görə, R. Usubov ikitərəfli əlaqələrin mövcud durumundan danışarkən rəhbərlik etdiyi qurumun qardaş ölkənin Daxili İşlər Nazirliyi ilə münasibətlərin daha da inkişaf etdirilməsinə böyük önəm verildiyini, Daxili Qoşunların formalaşmasında, ən müasir tələblərə cavab verən quruma çevrilməsində, şəxsi heyətin peşəkarlığının daha da yüksəldilməsində Türkiyə Jandarm Komandanlığının böyük zəhməti olduğunu xüsusi vurğulayaraq buna görə təşəkkürünü bildirib.

2016-cı il iyul ayının 15-də Türkiyədə baş vermiş dövlət çevrilişi cəhdinə toxunan nazir həmin olayların Azərbaycanda da böyük narahatlıq yaratdığını, dövlətçiliyə, demokratiyaya, xalqa, onun iradəsinə və seçiminə qarşı törədilən dəhşətli cinayətin respublikamızda şiddətlə qınandığını nəzərə çatdırıb. O, antikonstitusion əməllərin qarşısının alınması istiqamətində həyata keçirilən qətiyyətli tədbirlər nəticəsində vəziyyətin qısa zamanda sabitləşməsindən, dost dövlətin iqtisadi, siyasi və hərbi qüdrətinin getdikcə artmasından və beynəlxalq arenada nüfuzunun yüksəlməsindən məmnunluğunu ifadə edib.

Xeber.info

"Kanal 13" internet televiziyasının həbsdə olan icraçı direktoru Əziz Orucovun səhhətində problemlər qalmaqdadır. 

Bu barədə jurnalistin həyat yoldaşı Lamiyə Orucova facebook səhifəsində yazıb.

"Bu gün ( 3 aprel)  Əzizlə görüşdüm. Səhhətində ciddi problemlər qalmaqdadır. Ürəyində ağrılar yaranıb, öskürək içində boğulur və deməsinə görə hərarəti düşmür. Hərəkət etməkdə belə çətinlik çəkir. Müalicə alsa da yaxşılaşma hiss etmədiini deyir", - Lamiyə Orucova bildirir. 

L.Orucova Ə.Orucovun müalicə müəssisəsinə köçürülməsi üçün Penitensiar Xidmətə müraciət edəcəklərini qeyd edib. Eyni zamanda Ə.Orucovun işinin Ali Məhkəmədə olduğunu və kasassiya şikayətinə baxılacağını gözlədiklərini vurğulayıb.

1522758174 2Vəkil Cavad Cavadlı Toplum Tv-yə bildirib ki, Əziz Orucovun səhhətində ciddi problemlər yaranıb: "Əzizlə görüşdüm, onu yaxşı durumda görmədim. Ürəyində ağrılar yaranıb, kəskin öskürəyi var və hərarəti düşmür". 

Əziz Orucov 2017-ci il mayın 2-də polisə tabe olmamaq ittihamı ilə 30 sutka həbs edilib. Bu müddət başa çatdıqdan sonra Cinayət Məcəlləsinin 192-ci (qanunsuz sahibkarlıq) və 308-ci (vəzifə səlahiyyətindən sui-istifadə) maddələri ilə ittiham olunub. 6 il azadlıqdan məhrum edilib.

Əziz Orucov özünü təqsirli bilmir, jurnalist fəaliyyətinin qarşısını almaq üçün həbs edildiyini bildirib. 

Hüquq-müdafiə təşkilatları onu siyasi məhbus kimi tanıyıb.

Çərşənbə axşamı, 03 Aprel 2018 00:00

Bako Saakyan Pasxanı Kəlbəcərdə qeyd etdi...

Yazan

Rusiyanın hərbi-siyasi, Qərbin siyasi-iqtisadi dəstəyi ilə Azərbaycanın işğal altındakı torpaqlarında qondarılmış  separatçı-terrorçu rejimin oyuncaq başçısı Bako Saakyan ötən bazar günü xristianların Pasxa bayramını Kəlbəcərdə qarşılayıb.  

Bu haqda qondarma liderin “mətbuat xidməti” xəbər yayıb. Kəlbəcərin “Dadivank” adlandırılmış məhşur Xudavənd monastır kompleksində dini mərasimdə iştirak edən Saakyan məbədin  həyətində təşkil olunmuş bayram şənliyinə də qatılıb.

İstənilən rejimin çöküşü ədalətə inamın çöküşündən başlayır. Məhz bu səbəbdən də böyük Atatürk “mülkün təməli Ədalətdir”, – deyirdi. Böyük mütəfəkkirlərdən birinin söylədiyi başqa bir aforizm də Atatürkün bu düşüncələrini təsdiqləyir: “Dövlət iki şeydən sarsıla bilər: günahkar cəzasız qalanda, ya da günahsıza cəza veriləndə”. Sözsüz ki, günahkarın cəzasız qalması, günahsızın isə cəzalanması cəmiyyətdə ədalətsizliyin kök salması deməkdir və Atatürkün nöqteyi nəzərincə məsələyə baxanda dövlətin təməlinin sarsılması təəccüblü deyil.

Təəssüf ki, gənc müstəqil dövlətimizdə onun təməllərini sarsıdan hər iki amilin ikisinin də getdikcə vüsət aldığını müşahidə edirik. Ən qəribəsi isə odur ki, nəticə etibarilə təxribata bənzər bu hadisələrin meydana gəlməsində Azərbaycan hüquq mühafizə orqanları da mühüm rol oynayır. Təyinatı dövlətin iqtisadi strukturlarını tar-mar edən korrupsiyaya, sabotajlara qarşı mübarizə aparmaq olan orqanların öz işlərinin öhdəsindən gəlməməsi barədə mətbu orqanlarda tez-tez dərc olunan yazılar ölkə rəhbərliyini ciddi düşündürməli, vətəndaşların dövlətdən niyə narazı salındığının əsl səbəbi araşdırılmalıdır.

Redaksiyamıza şikayət edən iş adamı Adil Nəcəfovun dilə gətirdiyi bəzi məlumatlar da bu qəbildən olub hüquq mühafizə orqanlarının şüurlu, yaxud şüursuz dövlətin təməllərini sarsıdan ədalətsizliklərə imza atdıqlarının ən bariz nümunələrindəndir. Azərbaycan hakimiyyətinin bu gedişata “dur” deməsi üçün Adil Nəcəfovun şikayətini ictimailəşdirməyə qərar verdik.

İş adamının “Hürriyyət” qəzetinə verdiyi məlumata görə, təsisçisi olduğu “Uğurlu” MMC-nin banklara 750 min manat borcu var. O, hazırda borcunu ödəyə bilmir, görünən budur ki, heç ödəyə bilməyəcək də. Çünki borcunu ödəməsi üçün şirkətinin işləməsi lazımdır. Nəqliyyat Departamenti 2015-ci ildən etibarən “Uğurlu” şirkətinin işlədiyi 110, 103 nömrəli marşrutları onun əlindən alıb. Şirkət isə banklardan həmin kreditləri sözügedən marşrutlarda işləmək üçün alıbmış və hamısını Nəqliyyat Departamentinə ya rüşvət verib, ya da ona zorla satılan avtobusların alınmasına sərf edib. Ən sonunda da marşrutları iş adamının əlindən alıb onu quru düzdə qoyublar.

Bildirdiyinə görə, rəhbəri və təsisçisi olduğu “Uğurlu” şirkətinin 28 avtobusu var. Kreditlə aldığından hər nəqliyyat vasitəsi ona onminlərlə dollara başa gəlib: “Nəqliyyat Departamenti bizə yeni avtobusları zorla aldırırdı. Əks halda marşrutu tərk etmək məcburiyyətində qala bilərdik. Elə avtobuslar var ki, hər biri kredit ödənişləriylə 140 min manata (söhbət 2012-ci ildən gedir və o zaman bir manatın məzənnəsi 1.2 dollara bərabər idi) gəlib çıxdı. 80 min manata başa gələn avtobular da var. Ümumilikdə mən bu avtobusların alınması üçün 3 milyon manata yaxın kredit götürməli oldum”.

Nəqliyyat Departamentinin iş adamına qurduğu tələ bununla da bitmir. Şikayətçinin dediyinə görə, elə ki, avtobuslar alındı və şirkətin böyük həcmdə borcu yarandı, Departamentin rüşvət tələbi də artdı: “Hər il bizdən eyni marşrutda işləyə bilməyimiz üçün 300 min manat rüşvət istənilirdi. Məbləğin böyüklüyünə baxmayaraq, biz tələb olunanı verməyə məcbur idik. Əks halda, kreditləri ödəyə bilməz və çətin vəziyyətdə qalardıq. Hər maşın üçün 20 min manatı əvvəlcədən ilkin ödəniş kimi ödədiyimizdən bu öhdəlikdən qaça da bilmirdik”.

Beləcə, Nəqliyyat Departamenti bir tərəfdən şirkətə avtobus satmaqla, bir tərəfdən isə ondan külli miqdarda rüşvət almaqla iş adamını kredit götürməyə vadar edir, 2015-ci ildə isə marşrutları əlindən almaqla onu banklardan borclu vəziyyətə salır. Şikayətçinin bildirdiyinə görə, üst-üstə hardasa götürdüyü 3 milyon dolların böyük qismini ödəsə də, hələ də 750 min manat borcu var.

İş adamı rüşvət verdiyi şəxslərin adını da gizlətmir. Onun sözlərinə görə, Nəqliyyat Departamentinin məsul şəxsləri Yunis Abdullayev, Elxan Hüseynov, Mayıs Usubova üst-üstə 1 milyon 500 min manat rüşvət verib. Onlar isə rüşvət qarşılığında iş adamına verdikləri sözləri tutmayıblar. Nəticədə iş adamı kredit borclarını ödəyə bilmədiyindən həm də banklar öz fəaliyyətlərini yerinə yetirə bilmirlər. Bir sözlə, bir neçə acgöz məmurun hərisliyi həm iş adamının külli miqdarda zərərə düşməsinə, həm də bank sisteminin axsamasına səbəb olub.

Adil Nəcəfovu ən çox narahat edən isə başına gələnlərlə bağlı hüquq mühafizə orqanlarına etdiyi şikayətlər zamanı qarşılaşdıqlarıdır.

İş adamının Prezident İlham Əliyevə ünvanladığı məktubda bu barədə deyilir:

“Mən 2015-ci ildə Respublika Prokurorluğuna vəziyyətlə bağlı müraciət etdim. 2016-cı ilin sonlarına qədər prokurorluq idarəsində mənim işlərimə “baxdılar” və heç bir nəticə olmadı. Əvvəl dəfələrlə müraciət etməyimə baxmayaraq Korrupsiya İdarəsinin rəisi Kamran Əliyev məni qəbul etmədi. Həmin idarənin müstəntiqi Heydər Məmmədov dəymiş ziyanın 10%-ni mənə təklif edərək, işin bağlanmasını istədi. Əlbəttə, mən razı olmadım. Bunlarla “danışığa” getmədiyimə görə təhqir olunub idarədən qovuldum. Sonra bir daha məni qəbul etmədilər. Nəticədə “iş təsdiqini tapmadı” qərarını qəbul edib mənə göndərdilər. Maraqlıdır ki, əgər iş təsdiqini tapmayacaqdısa, onda hansı məbləğin 10%-ni mənə təklif edirdilər?

2017-ci ilin iyul ayının 8-də Sizə ünvanladığım müraciətimə aldığım cavabla əlaqədar olaraq 15.08.2017-ci il tarixdə Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə dəvət olundum. Orada Musa Hacıyev adlı bir məmur tərəfindən qaba bir formada qarşılanaraq təhqir olundum.

Elə həmin İdarəyə ünvanladığım müraciətin cavabını bilmək üçün bir daha İdarəyə müraciət edəndə müstəntiq Rəşad İsgəndərov məni qarşılayaraq bldirdi ki, “işin araşdırılması mənə həvalə olunub. Lakin sonra onu məndən aldılar və hazırda kimdə olduğunu bilmirəm””.

İş adamının özünün yazdığı kimi insan taleyinə bu qədər məsuliyyətsiz və biganə münasibətin izaha ehtiyacı yoxdur:
“Belə bir qurum məsələni, həm də çox məsələni bu laqeydliklə qarşılaya bilirsə başqasından daha nə gözləmək olar?

Mənə elə gəlir ki, Daxili Təhqiqat Şöbəsinin rəisi Anar Nəsibov şikayət etdiyimiz adamlardan öz şəxsi maraqları üçün istifadə edirərək onlardan rüşvət almaq müqabilində susmuşdur. Ona görə də problemin həllində maraqlı deyildir. Əksinə, hər cür maneə yaradır ki, düyün açılmasın. Anar müəllim ikili standartlarla işləyir. Vətəndaşların xeyrinə dövlət qanunları mövcüd deyil, Anar müəllim öz yazılmamış qanunları ilə hərəkət edir. Dövlət sifarişi zamanı isə Azərbaycan qanunvericiliyi ilə işləyir…”.

İş adamının iddiasına görə, dövlət başçısına etdiyi müraciətlərdən sonra Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəhbəri Kamran Əliyev fevralın 6-da Adil Nəcəfovu qəbul edib. İş adamı Tendensiya.com-a verdiyi açıqlamada bildirib ki, Kamran Əliyev onu çox yaxşı qarşılayıb: “Korrupsiya İdarəsinin işçilərinin mənlə necə davrandığını onun nəzərinə çatdırdım. İşin obyektiv araşdırılmasını Kamran Əliyevdən istədim. Kamran Əliyev işin yenidən araşdırılacağı ilə bağlı məni arxayın etdi. Daha sonra Korrupsiya İdarəsindən mənə bildirildi ki, işi araşdırmaq üçün Rəşad İskəndərov adlı əməkdaşa tapşırıq verilib. Fevralın 20-də özüm Korrupsiya İdarəsinə gedib, işlə maraqlandım. Rəşad İskəndərov mənlə görüşməkdən imtina etdi, guya bunu qanun qadağan edir. Daha sonra növbətçi prokuror Arif Əyyubov məni qəbul edərək bildirdi ki, müraciətim əsasında Rəşad İskəndərovun apardığı araşdırmanın nəticəsi təsdiqini tapmayıb. Daha sonra öyrəndim ki, Rəşad iskəndərov ümumiyyətlə işi araşdırmayıbmış. Sadəcə Kamran Əliyev məni qəbul etməklə, bizi yola vermək istəyib.

Dəhşətlisi odur ki, Korrupsiya İdarəsi bu işə baxıb qərar verdiyi üçün başqa hüquq-mühafizə orqanları şikayətlərimə baxmaqdan imtina edirlər. Məhkəmə də Korrupsiya İdarəsi ilə üz-üzə gəlməmək üçün şikayətimi təmin etmir. Bu vəziyyətdə nə edəcəyimi bilmirəm. Sizin vasitənizlə dövlət başçısı İlham Əliyevə müraciət edirəm. Cənab Prezident!
Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin cinayətkarları himayə etməsini araşdırın. Korrupsiyaya bulaşmış Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşlarını cəzalandırın. Mənim kimi yüzlərlə vətəndaş niyə dövlətindən incik düşməlidirlər. Bu şəxslər Siz başda olmaqla Azərbaycana xəyanət edirlər. Baş Prokurorluğa Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi ilə bağlı şikayət edirəm. Şikayəti araşdırmaq üçün onu yenidən Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə göndərirlər. Bu hansı qanuna və hansı məntiqə sığır?”
(Ovqat.com)

Qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.

Siyasi Mūhacirlərin Hūquqlarini Mūdafiə Komitəsi 31 mart 2018-ci il tarixdə deputat Adil Əliyevin Almaniyada təşkil etdiyi təbliğat konfransında mūhacir Rövşən Qəmbər və Rauf Babayevə qarşı zorakılıq hərətəklərini pisləyən bəyanat yayıb.

Xeber.İnfo həmin bəyanatı təqdim edir:

“31 Mart 2018 tarixdə Almaniyanın Köln şəhərində Azərbaycan Milli Məclisinin deputatı Adil Əliyevin təşəbbüsü ilə keçirilən "İlhamla İrəli!" təbliğatlı konfransında Almaniyada yaşayan mūhacir, tanınmış ictimai-siyasi xadim ziyalı, Rovshen QemberDūnya Azərbaycanlıları Məclisinin sədri, Rövşən Qəmbərə qarşı xəsarət və təhdidlə qarışıq zorakılıq baş vermişdir.

Adil Əliyev xaricdə yaşayan būtūn azərbaycanlı soydaşlarımızı 31 mart soyqırımı qurbanlarını anmaq adı ilə dəvət etsə də, konfransda “İlhamla irəli” kampaniyası təbliğatı aparıb. Lakin tədbir iştirakçılarından, gənc siyasi mühacir Rauf Babayev çıxışında azərbaycanlıların faciə-soyqırım anı tədbirinə İlham Əliyevin prezident seçkisi təbliğatı qarışdırılması, faciə və bayram ruhlu iki əlaqəsiz tədbirin birlikdə hibrid keçirilməsinə narazılığını bildirib.

1544374 736239723092344 4750436496776231218 nRauf Babayev Azərbaycanda cümhuriyyətçilik dəyərlərinin İ. Əliyev hakimiyyəti tərəfindən məhv edildiyini, minlərlə insanın ölkəsindən didərgin salındığını, gənclərin “İlhamla irəli” getmək istəmədiklərini deyib.

Bundan sonra Adil Əliyev, onun köməkçiləri-Azərbaycandan gətirilmiş idmançılarla kobudluq və təhqirlə mikrofonu fərqli fikir söyləyən gəncin əlindən alıblar. Bir neçə nəfər Rauf Babayevi zaldan çıxarıb və ona zor tətbiq edib.

Konfransda iştirak edən Rövşən Qəmbər isə çıxışına görə zorakılıqla üzləşən gənc mühacirə dəstək verib. Bundan sonra isə Adil Əliyevin köməkçiləri yaşlı, ağsaqqal Rövşən Qəmbərin qollarını burub zorakılıqla konfransın keçirildiyi binanın kafesinə apararaq, ona agır fiziki təzyiq göstəriblər.

Rövşən Qəmbər bu məsələ ilə bağlı Almaniya polisinə şikayət edib, zorakılığa məruz qalması faktının araşdırılması və müvafiq cəza tədbirlər görülməsini, ona dəyən bu mənəvi zərərə görə təzminat ödənilməsini istəyib.

Qeyd edək ki, Rövşən Qəmbər 40 ildən artıqdır ki Almaniyada yaşayır, Rövşən Qəmbər MSDM sədri İsa Qəmbərin qardaşıdır və Almaniyada rəsmi qeydiyyatda olan Dūnya Azərbaycanlıları Məclisinin sədridir.

Siyasi Mūhacirlərin Hūquqlarını Beynəlxalq Mūdafiə Komitəsi olaraq:

1. Almaniya hūquq-mūhafizə orqanlarından bu məsələnin diqqətlə araşdırılıb, Rövşən Qəmbərə qarşı zorakılıq göstərən dəstə və onun rəhbəri Adil Əliyevin barəsində lazımi ölçū götūrūlməsini xahiş edirik.
2. Azərbaycanın Hökuməti və Milli Məclisindən, soydaşlarımız Rövşən Qəmbər və Rauf Babayevə qarşı xarici ölkədə çıxartdıqları bu biabırçı yaramazlığa görə deputat Adil Əliyev və onun idmançı dəstəsi barədə cəzalı ölçū götūrūlməsini tələb edirik.
3. Azərbaycan xalqının ölkə və xaricdə yaşayan būtūn övladlarından deputat Adil Əliyev və onun dəstəsinin Almaniyada törətdiyi, xalqımızın və dövlətimizin adına xələl gətirən belə biabırçı hərəkətini qınamağa çağırırıq.

Siyasi Mühacirlərin Hüquqlarının Müdafiə Komitəsi”

Bazar ertəsi, 02 Aprel 2018 00:00

Yasamalda yolsuzluq

Yazan

Yeni Yasamal qəsəbəsinin yollarında aparılan təmir işləri iyun-iyul aylarına kimi davam edəcək.

Bunu ToplumTV-yə ərazidəki işçi heyətindən deyiblər.

"Əslində tez həll olunardı, amma materiallar yarımçıqdı, tam təmin olunmayıb. Belə səbəblərdən işlər ləngiyir”. 

Yeni Yasamal 1 və Yeni Yasamal 2 arasındakı yol günduz saatlarında təmir üçün bağlanır və sərnişindaşıma vasitələri bir-birlərinin trayektoriyasına girərək qarışıqlıqla üzləşir. Yollarda saat 4-dən sonra iş dayanır və maşınların hərəkəti qaydasına düşür.

Yasamal Rayon İcra Hakimiyətindən niyə təmir materiallarının tam verilməməsinin səbəbini öyrənmək mümkün olmayıb.

Yolun təmiri üçün nə qədər pul ayrılması barədə də məlumat yoxdur.

Sakinlər isə bu vəziyyətdən ikiqat şikayətlənirlər.

Sakin Zeynəb Baxışovanın dediyinə görə, yolun bağlı olması maşını olanların dərdidir.

"Bizi narahat edən natəmizlikdir. Yolun asfalt qatı tam sökülüb deyə yağış yağanda palçıqdan, gölməçələrin əlindən keçmək mümkün olmur. Hava quru da olanda toz dumanından pəncərələri aça bilmirik. Elə təkcə maşınların təkərində gələn sarı palçıq məhəlləni nə günə qoyur. Uşaqların evə necə çirkli gəldiyini bir biz bilirik”-deyə o bildirib.

Yolların söküntüsünə  mart ayının əvvəllərində başlanılıb.

Beyləqan rayon Kənd Təsərrüfatı İstehsalı Müəssisəsinin direktori Çərkəz Şirinovla bağlı narazılıq var. 

Bu barədə Yeni Azərbaycan Partiyasının (YAP) Beyləqan rayon Təşkilatının üzvləri məlumat yayıblar.

İctimaiyyətə və dövlət qurumlarına ünvanlanan müraciəti bu şəxslər imzalayıblar; İsmayılov Əlyar Qulam oğlu, Sadıqov İbadət Hidayət oğlu, Hüseynov Qənimət Bahadur oğlu, Əsədov Ceyhun Qəhraman oğlu, Abbasquliyev Müslüm Əsədulla oğlu, Əliyev Əliyəddin Nuru oğlu və Quliyev Xaliq Xosrov oğlu... 

yap1Narazı yapçılar Arqument.Az-a bildiriblər ki, Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri Tofiq Qocayev Beyləqan Rayon Kənd Təsərrüfatı İstehsalı Müəssisəsi MMC-nin direktoru Çərkəz Şirinovla birləşərək dövlət əmlakını talayır: 

"2016-cı ilin aprel ayında Kənd Təsərrüfatı Nazirliyinin əmri ilə Beyləqan rayonunda "Xətai” adına MMC ilə "Dostluq” MMC birləşərək yerində Beyləqan rayon Kənd Təsərrüfatı istehsalı Müəssisəsi yaradılıb. Bu idarə ləğv olunmuş təsərrüfatların hüquqi varisidir. Müəssisəyə direktor ləğv olunmuş "Xətai” MMC-nin rəhbəri Çərkəz Şirinov təyin edilib. Həmin gündən biz "Dostluq” MMC-nin işçilərinin qara günləri başlayıb. Birləşmə zamanı direktor təyin olunan bu adam təyin olunduğu gündən öz qohum-əqrabasını, tanışlarını, müəssisədə heç vaxt işləməmiş şəxsləri işə götürmüş, hətta başqa iş yerləri olan şəxsləri işə götürməyinə baxmayaraq, "Dostluq” MMC-nin heç bir yerdən gəliri olmayan, tək dolanışıq yerimiz bu idarə olan bizləri işdən çıxarıb. Dəfələrlə Kənd Təsərrüfatı nazirliyinə şifahi və yazılı müraciət etsək də, nazirliyin idarə rəisi Tofiq Qocayev bu məktubların nəticəsiz qalması üçün əlindən gələni edir. Tofiq Qocayevin bu qanunsuzluğa qol qoymasının səbəbi isə Çərkəz Şirinovun Tofiq Qocayevi müəssisədən əldə etdiyi milyonlara şərik etməsidir".yap2

Müraciətdə Çərkəz Şirinovun dövlətin qanunlarını saya salmadığını və vergidən yayındığını da bildirilir: "Beyləqan rayon Kənd Təsərrüfatı İstehsalı Müəssisəsi MMC işçilərini müqaviləsiz və qanunsuz işlədir. Rəsmi sənədlərdə maxinasiyalar edilərək dövlət büdcəsinə ödənilməli olan vəsaitlər də Çərkəz Şirinov tərəfindən mənimsənilir. Keçən il müəsissə 600 ha pambıq sahəsi əkmişdi. Əkilən pambığa görə müəsissə ən azı 100 nəfər vətəndaşı işlə təmin etməli və onlarla müvəqqəti olsa da, əmək müqaviləsi bağlamalı idi. Ancaq Çərkəz Şirinov göstərilən işçi sayını 4 dəfə azaldaraq, muzdlu işçilərə çöldən çölə pul ödəməklə külli miqdarda vergidən yayınıb".

yap3"Biz müəssisənin işçiləri hansı formada işlətdiyi barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti 14 saylı region üzrə Dövlət Əmək Müfəttişliyinə rəsmi sorğu göndərdik. Sorğumuza göndərdiyi cavabda 14 saylı region üzrə Dövlət Əmək Müfəttişliyi qeyd edir ki, Beyləqan rayon Kənd Təsərrüfatı İstehsalı Müəssisəsi MMC-yə 26 Fevral 2018-ci il tarixdə Beyləqan rayon Kənd Təsərrüfatı İstehsalı Müəssisəsinə əkin sahələrində işçilərin müqaviləsiz işlədilməsinə və işçilərin əmək haqlarının tutulmalarının araşdırılması üçün müvafiq sənədlərin müfəttişliyə göndərilməsi barədə 29.01.2018-ci il tarixdə Müəssisəyə 118, 188 və 191 nömrəli məktubla müraciət etmiş, lakin müəssisə rəhbərliyi 14 saylı region üzrə Dövlət Əmək Müfəttişliyinin rəsmi sorğusunu cavablandırmayıb”, - müraciətdə qeyd olunur. yap4

YAP üzvləri Beyləqan rayon Kənd Təsərrüfatı İstehsalı Müəssisəsi MMC-nin dövlət sığorta haqlarını tam ödəmədiyini də vurğulayıblar: "Beyləqan rayon Kənd Təsərrüfatı İstehsalı Müəssisəsi MMC-nin işçilərinin sosial sıgortadan yayındırdığı da artıq məlumdur. Bu barədə Dövlət Sosial Müdafiə Fondunun Beyləqan rayon Şöbəsinin rəsmi sorğumuza verdiyi cavabda da qeyd olunur. 28 yanvar 2018-ci ildə Dövlət Sosial Müdafiə Fondunun Beyləqan rayon Şöbəsinin cavab məktubunda yazılır ki, Beyləqan rayon Kənd Təsərrüfatı İstehsalı Müəssisəsi MMC sosial vergidən yayındığı üçün Azərbaycan Respublikasının "Sosial Sığorta Haqqında” Qanunun 18-ci və 21-ci maddələri tətbiq olunaraq Şirvan İnzibati-İqtisadi Məhkəməsi qarşısında iddia qaldırılmışdır. Şirvan İnzibati-İqtisadi Məhkəməsi tərəfindən verilmiş Qətnamə icra olunması üçün Beyləqan Rayon İcra Şöbəsinə göndərilib”.  

Kənd təsərrüfatı naziri Heydər Əsədova və Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyevə müraciət etdiklərini deyən şikayətçilər məsələnin araşdırılmasını tələb ediblər. 

Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri Tofiq Qocayevlə əlaqə saxlamaq mümkün olmayıb. 

Beyləqan rayon Kənd Təsərrüfatı İstehsalı Müəssisəsin direktoru Çərkəz Şirinov Arqument.Az-a bildirib ki, şikayətçiləri məhkəməyə verib: "Onlar əvvəllər bu qurumda işləyiblər. Heç birinin ali təhsili yoxdur. Sürücü gəlib deyir ki, məni baş aqronom təyin elə. Məndən xeyli şikayət yazıblar. Heç birinin hüquqi əsası yoxdur. Mən də məhkəməyə müraciət elədim. Məhkəmənin qərarı dövlətin qərarıdır. Dövlət nə qərar verəcəksə, o da olacaq".

Bazar ertəsi, 02 Aprel 2018 00:00

Kəlbəcərin işğalından 25 il ötür

Yazan

Azərbaycanın Kəlbəcər rayonunun Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilməsindən 25 il keçir. 

Xeber.İnfo xəbər verir ki, Kəlbəcər bir neçə gün davam edən döyüşlərdən sonra 1993-cü il aprelin 2-də işğal edilib. 

Dağlıq Qarabağ ərazisindən kənarda yerləşən, 1936 kv. km ərazisi olan Kəlbəcərin ermənilər tərəfindən işğal edilməsi nəticəsində günahsız insanlara vəhşicəsinə divan tutulub, 511 dinc sakin öldürülüb, 321 nəfər isə əsir götürülüb və itkin düşüb, 58 min rayon sakini ata-baba torpağından didərgin salınıb. İşğal nəticəsində Kəlbəcərdə 130 yaşayış məntəqəsi ermənilərin nəzarətinə keçib, 97 məktəb, 9 uşaq bağçası, 116 kitabxana, 43 klub, 42 mədəniyyət evi, 9 xəstəxana, 13 000 fərdi mənzil dağıdılıb, 37 852 ha meşə sahəsi, təbii ehtiyatlar, o cümlədən zəngin qızıl yataqları talan edilib. 1993-cü ilin qiymətləri ilə Kəlbəcərin xalq təsərrüfatına 703 milyard 528 milyon rubl ziyan vurulub.

Ermənilər Kəlbəcərin Vəng kəndi ərazisində Alban məbədi, Çərəkdar kəndində Alban kilsəsi (Həsən Camal kilsəsi), Qanlıkənd ərazisində Lök qalası, Qaraçanlı kəndinə Uluxan qalası, Tərtər çayının Bulanıq çayı ilə qovşağında yerləşən Alban kilsəsi, Qalaboynu kəndində Qalaboynu qalası, Comərd kəndində Comərd qalası, Camışlı kəndində Keşikçi qalası, Kəlbəcər şəhərində məscid, Başlıbel kəndində məscid, Otaqlı kəndində məscid, Soyuqbulaq kəndində Tərtər çayı üzərindəki Tağlıdaş körpüsü, Kəlbəcər Tarix-Diyarşünaslıq Muzeyi, Aşıq Şəmşir adına Mədəniyyət Evi, Söyüdlü yaylağında Seyid Əsədullanın ziyarətgahı və daha neçə-neçə mədəni-tarixi abidəni də dağıdıblar. 

Kəlbəcərin işğalından sonra BMT Təhlükəsizlik Şurası 822 saylı qətnamə qəbul edib. Qətnamədə bütün işğalçı qüvvələrin Kəlbəcər və Azərbaycanın digər işğal olunmuş rayonlarından dərhal çıxarılması tələb olunsa da, həmin qətnamə, o cümlədən sonradan qəbul olunmuş daha 3 qətnamə yerinə yetirilməyib. 

Bununla yanaşı, BMT və ATƏT-in prinsiplərinə zidd olaraq 1999-cu ildən Kəlbəcər rayonu ərazisində ermənilərin süni şəkildə məskunlaşdırılmasına başlanılıb.

Azərbaycanla Ermənistan arasında Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi, ona bitişik 7 rayon və bəzi əlavə kəndlər işğal edilib. 

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı sülh danışıqları ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılır. ABŞ, Rusiya və Fransa həmsədr dövlətlərdir.

Bazar ertəsi, 02 Aprel 2018 00:00

Kölndə 80 min avroluq dağıntı…

Yazan

Xaliq Bahadır

Hakimiyətin tanınmış qoruyucularından olan Adil Əliyev Almaniyanın Köln şəhərində 80 min avroluq “İlhamla irəli” yığıncağı keçirib. Beləcə bu xalqın pullarını yağıcasına dağıdırlar. “Seçki”öncəsi aksiya olaraq. İ.Əliyev durmadan puldağıtma “sərəncamları” verir: SOKAR-a 100 milyon Asfaltyola 100 milyon. Dəmiryola 100 milyon, Azərsuya 150 milyon… Bu gün isə – təkcə bu gün! – az qala 20 “sərəncam” verdi. Bərdədə tikinti-abadlıq işlərinə, başqa bir sıra rayonlarda bu sayaq işlərə çoxlu pullar ayırdı. Bəlli olduğu kimi, el arasında bunlara KOTYOL pulları deyilir. Başqa cür desək, xalq indi bu prezident fondundan, dövlət büdcəsindən çoxsaylı ayırmaların yalançı xarakter daşıdığını, pulların çoxunun yerindəcə mənimsəndiyini bilir. Burası öz yerində.
Başqa rayonlar bir yana, bəlli olduğu kimi, Bərdə Azərbaycanın ən axar-baxarlı, verimli torpaqları ilə tanınan başlıca rayonlarından biridir. Buna görə də Bərdə Sovet illərində Ümumittifaq büdcəsinə ən çox pay verən Azərbaycan rayonlarındandır. İ.Əliyevin indiki “sərəncamı” Əliyevlərin Bərdə rayonu başda olmaqla, 25 illik soyğunçu hakimiyətləri ilə Azərbaycanı necə yaman günə qoyduqlarının faktiki görsənişidir!
İ.Əliyev statistika bilgilərini bilərəkdən gözardı edib, xalqa yalan sataraq Azərbaycanın, Azərbaycan rayonlarının dünyada ANALOQU olmayan yüksək İQTİSADİ İNKİŞAFından danışır. Sonra da özünün verdiyi çoxsaylı “sərəncamlarla” özü öz yalanlarını açıb ortaya qoyur: onun Mingəçevir, Sumqayıt kimi Sovet dönəminin güclü sənaye şəhərləri başda olmaqla rayonlara dam örtüyünün təmirindən tutmuş, xırda tikinti-abadlıq işləri üçün də prezident fondundan, dövlət büdcəsindən çoxsaylı ayırmaları ölkənin bütün rayonlarının DOTASİYADA olması, bu fakt isə Əliyevlərin 25 illik hakimiyətləri boyunca Azərbaycanı bankrota gətirib çıxarmaları deməkdir!
Bütün bunların üstündən dördüncü dönəm prezidentlik çalışmaları Azərbaycanın sonunadək batırılmasına yönəlik çalışmalar deməkdir: Əli Həsənovun ələ aldığı jurnalistləri toparlamaqla keçirdiyi “seçki”qabağı yığıncaqlardan tutmuş, Adil Əliyevin Almaniyada keçirdiyi 80 min avroluq yığıncağadək! .

3 -dən səhifə 176