Deputat Elmira Axundova və oğlu Həbib Axundovla onlardan şikayətçi olan bir qrup vətəndaş arasında məhkəmə çəkişməsi davam edir.

Deputat və oğlunun hər birindən 600 min manat kompensasiya tələb edən iddiaçılar onların böhtan və təhqirə görə cəzalandırılmasını tələb edirlər.

Elmira Axundovaya qarşı iddianın səbəbi onun "Üç nöqtə" qəzetində dərc olunmuş müsahibəsidir. Oğlu Həbib Axundov isə Whatsapp mesajına görə məhkəməyə verilib. Həbib Axundovun onlardan külli miqdarda pul alıb qaytarmadığını iddia edən şikayətçilər məhkəməyə təqdim etdikləri ərizədə göstəriblər ki, sözügedən Whatsapp mesajında Həbib Axundov onları təhqir edib. Iddiaçılardan Ziya Vəliyevə göndərilən mesajda belə yazılıb.

Deputat və oğluna qarşı iddiaya Yasamal Rayon Məhkəməsində hakim Zəfər Quliyev baxır. Aprelin 19-da keçirilən məhkəmə iclasında Həbib Axundovun nümayəndəsi Afət Qazıyeva bildirib ki, təhqir və böhtan xarakterli mesajın göndərildiyi telefon nömrəsi Həbib Axundova məxsus deyil. Vəkil qeyd edib ki, qarşı tərəf həmin nömrənin Həbib Axundovun istifadəsində olduğunu sübut etməlidir.

İddiaçıların nümayəndəsi Tahir Əlirzayev həmin nömrənin Həbib Axundova məxsus olmadığı barədə deyilənlərin həqiqətə uyğun olmadığını bildirib. Qeyd edib ki, Həbib Axundov iddiaçılarla dəfələrlə məhz həmin nömrə ilə əlaqə saxlayıb. Vəkil bu məsələnin "Azercell"lə dəqiqləşdirilməsinin vacib olduğunu deyib.

"Qanunda göstərilib ki, tərəflərin sorğularına cavab verilməsə, məhkəmə öz səlahiyyətlərindən istifadə edib, həqiqətin üzə çıxarılması üçün bu məsələdə onlara yardım etməlidir. Xahiş edirik, ya "Azercell" üçüncü tərəf kimi prosesə cəlb olunsun, ya da şirkətə sorğu göndərilsin", - deyə vəkil vəsatət qaldırıb.

Lakin hakim vəsatəti təmin etməyib. Bu qərar da qalmaqala səbəb olub. Iddiaçılar və nümayəndə məhkəmənin bu işə obyektiv və ədalətli yanaşmadığını vurğulayaraq, hakim Zəfər Quliyevə etiraz vermək qərarına gəliblər. Tahir Əlirzayev etirazı hazırlamaq üçün məhkəmədən vaxt istəyib.

Məhkəmə prosesi aprelin 21-də davam edəcək.

Xatırladaq ki, bir qrup şəxs Həbib Axundov tərəfindən aldadıldığını iddia edir. Bununla əlaqədar Bakı Şəhər Baş Polis Idarəsində araşdırmalar aparılır. Elmira Axundova isə bildirir ki, həmin şəxslər pulu Həbib Axundova yox, Elnur Ibrahimova veriblər, onun da barəsində axtarış elan olunub.(azadliq.info)

Dağlıq Qarabağ münaqişəsi zonasında 4 günlük müharibədən sonra konflikt ətrafında Rusiyanın diplomatik fəallığı xeyli artıb. Xüsusən də prezident Vladimir Putinin etibarlı şəxslərindən olan politoloq Sergey Markovun ard-arda verdiyi, sensasion sayılacaq açıqlamaları 5 aprel atəşkəsinin ardınca Rusiyanın məsələdə təşəbbüskarlığı bütünlüklə öz əlinə alması təəssüratını yaradır.

Bu haqda indi Rusiya mətbuatının da gen-bol və həvəslə yazması belə qənaətə gəlməyə əsas verir ki, Rusiya rəhbərliyi bu yöndə öz danışmanları və səlahiyyətli şəxsləri ilə yanaşı, təbliğat maşınını artıq işə qoşub.

Bəs hədəf nədir - problemin nəhayət, kardinal həlli, yoxsa onun qismən yoluna qoyulması ilə Rusiyanın regionla bağlı cari maraqlarının təmin edilməsi? 

Daha dəqiqi, məqsəd 2-3 rayonun boşaldılması qarşılığında bölgəyə "sülhməramlılar" adı ilə Rusiya hərbi qüvvələrinin gətirilməsi, Azərbaycanla Ermənistan üzərində nəzarəti itirməmək üçün isə Dağlıq Qarabağın statusunun sonraya saxlanması və Azərbaycanın Avrasiya layihələrinə qoşulmasımı?

 Qoyulan suallara cavabları istər Sergey Markovun açıqlamalarında, istərsə də Rusiya və Ermənistan mediasında son günlər getmiş materiallardan tapmaq mümkündür. Onları xronoloji və məntiqi ardıcıllıqla düzəndə mənzərə xeyli aydınlaşmış kimi görünür.

***

Məsələn, Rusiyanın Qarabağ patronajlığını öz üzərinə götürməsini bundan görmək olar ki, prezidentlərin növbəti görüşünü Minsk Qrupu həmsədrləri deyil, böyük ehtimalla, elə Moskva təşkil edəcək. Bu barədə hələ 2-5 aprel döyüşləri gedərkən "Yeni Müsavat" olaraq proqnoz eləmişik. 

"Erməni tərəfi Qarabağ münaqişəsinin tənzimlənməsi üzrə yüksək səviyyədə görüşün mümkünlüyü və vaxtını ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə müzakirə etməyib". 

Bunu Ermənistan prezidentinin mətbuat katibi Vladimir Akopyan deyib. "Hazırkı mərhələdə danışıqlar prosesinin tərəfləri və Minsk Qrupunun həmsədrləri yüksək səviyyədə görüşlərin mümkünlüyünü və vaxtını müzakirə etmirlər", - Akopyan deyib. Ancaq Ermənistan prezidentinin mətbuat katibi prezident Putinin Qarabağ münaqişəsinin tənzimlənməsi üzrə prezidentlərin görüş təşkil etməsi təşəbbüsü ilə bağlı məlumatı təkzib etməyib. 

Yada salaq ki, 2014-cü ildə Azərbaycan və Ermənistan prezidentlərinin Soçi şəhərində baş tutmuş görüşü məhz Rusiya prezidentinin təşəbbüsü ilə, cəbhədəki avqust döyüşlərindən az sonra təşkil edilmişdi. Ermənistan rəsmisinin sözlərindən belə məlum olur ki, münaqişənin tənzimlənməsi üzrə danışıqların yeni mərhələsi də MQ-nin yox, Rusiyanın himayəsində keçiriləcək.

 *** 

Erməni ekspertlər isə 4 günlük müharibədən sonra Ermənistan üçün danışıqlar masası arxasında əlverişsiz bir durumun yarandığını, İrəvanın Moskvanın təzyiqlərinə qarşı immunitetsiz qaldığı barədə intensiv yazmağa başlayıblar. Məsələn, müxalifyönlü lragir.am saytının şərhçisi Naira Ayrumyan Ermənistan üçün qənaətbəxş olmayan nəticələrə gələrək yazıb: "Rusiya indi güclü pressinq aparır. Bir neçə dolayı addımı göstərmək olar - Putin erməniləri islam mobilləşməsi ilə "qorxutmaq" üçün Lukaşenkonu İslam Əməkdaşlıq Təşkilatının iclasına ezam edib. Rusiya deputatları İrəvana gələrək erməni həmkarları ilə müştərək bəyanata qol çəkməkdən imtina etdilər. Pressinq güclənir, amma erməni hakimiyyəti bu haqda açıq bəyan etməkdən və başqa yerdə müttəfiq axtarmaqdansa, Ermənistanın alternativsizliyini bəyan edir. Ermənistan Avrasiya İqtisadi İttifaqından çıxarsa, biz müttəfiqsiz qalarıq, bunu xarici işlər nazirinin müavini Şavar Köçəryan bəyan edir. Yəni XİN Ermənistanı manevr məkanından məhrum edərək, başqa müttəfiqlərlə danışıqlar imkanını heç nəzərdən də keçirmir. Əgər indiyə qədər Rusiya Güney Qafqazda qalmaq üçün daima "sabitliyi" və Qarabağ münaqişəsinin həll olunmamasını dəstəkləyirdisə, indi Moskva təcili olaraq Qarabağ münaqişəsini Azərbaycanın xeyrinə həll etməlidir, əks halda, bu münaqişə onsuz həll ediləcək".

*** 
Markovun ilin sonunadək 5 rayonun qaytarılacağı haqda açıqlaması, digər rusiyalı politoloqların və Rusiya mediasının məsələyə dair bənzər şərh-materiallarında Kremlin həqiqətən tələsdiyi haqda təəssüratı yaranır. 

"Putin Azərbaycan ərazilərinin bir hissəsini qaytarmaq istəyir". Bunu nüfuzlu "İzvestiya" qəzeti özünün dünənki sayında diplomatik qaynaqlara istinadən yazıb. "Rusiya, şəxsən prezident Vladimir Putin yaxın günlərdə başlayacaq Qarabağa dair danışıqlarda kompromis əldə olunmasına aktiv şəkildə yardımçı olacaq", - nəşr qeyd edib.

Qəzet yazıb: "Diplomatik mənbənin sözlərinə görə, Rusiya lideri hər iki tərəfin siyasətçilərini güzəştlərin vacibliyinə şəxsən inandırmağa hazırdır. "Ağır danışıqlar gözlənilir və burada Rusiyasız keçinmək mümkün deyil", - qaynaq bildirib. Diplomatik mənbə Rusiyanın nizamlanma planını da açıqlayıb: "Plan ondan ibarətdir ki, Azərbaycan ərazilərinin bir qismi qaytarılır, münaqişə zonasına sülhməramlı qüvvələr yeridilir, köçkünlər qayıdır və Dağlıq Qarabağ legitimləşir, yəni sərhədlər açılır, iqtisadi əlaqələr bərpa edilir, daha sonra, yəni emosiyalar yatdıqdan sonra regionun mənsubluğu haqda referendum keçirilir".

"Az öncə birbaşa xətdə Vladimir Putin vəd eləmişdi ki, Moskva, istər beynəlxalq strukturlar olsun, istərsə də ikitərəfli formatda Qarabağ probleminin həlli üçün səylərini artıracaq. Kim nə deyir-desin, Rusiya bu məsələnin həllində maraqlıdır, çünki biz həm Azərbaycan, həm də Ermənistanla dolğun şəkildə işləmək istəyirik", - "İzvestiya" yazıb.

*** 

Kremlin təkbaşına aktiv Qarabağ təşəbbüskarlığı içində olmasını Rusiya xarici işlər naziri Sergey Lavrovun bir həftənin içində iki dəfə ABŞ dövlət katibi Con Kerri ilə Qarabağ mövzusunda telefon danışığı aparmasından da görmək olar. İstisna deyil ki, rəsmi Moskva prosesin daha effektli olması üçün Amerika tərəfini məlumatlandırmağa ehtiyac duyub. 
Rusiyada, yəqin, onu da nəzərə almamış deyillər ki, prezidentliyinin son aylarını yaşayan Obama bu prosesə Putin kimi dərindən maraq göstərməyəcək. Sabah - aprelin 21-də isə Lavrov İrəvana səfər edəcək və böyük ehtimalla, "Rusiya planı"nın  detalları ilə Sərkisyanı tanış edəcək. 

 Bəs görəsən, Azərbaycan Rusiyanın yeni "həll planı"na necə baxır? Putin rəsmi Bakını öz planına inandıra biləcəkmi? Ermənistanla bağlı Kremlin problemi yoxdur, - işğalçı ölkə xüsusən də Azərbaycanın blits-zəfərindən sonra onun ovcunun içindədir, -  o zaman Putin nəyin qarşılığında Azərbaycan ərazilərinin bir hissəsini qaytarmaq istəyir?

Bəzi məlumatlara görə, Rusiya həm də son vaxtlar ABŞ-ın, NATO-nun bölgədə möhkəmlənmək planlarından narahat olduğu üçün tələsir və Qarabağ "kartı"ndan yararlanmaq niyyətindədir. Ancaq bu, tələsiklik Azərbaycan üçün tələ ola, son hərbi uğurun siyasi qazancları əlimizdən çıxa da bilər, əgər rəsmi Bakı məsələni bu cür prinsipial şəkildə qoymasa: heç bir "5+2" formulu (ərazilərimizin sortlara bölünməsi), Dağlıq Qarabağda referendum, sülhməramlı söhbəti ola bilməz, Dağlıq Qarabağın statusu bəri başdan dəqiqləşməlidir - Azərbaycan tərkibində muxtariyyət. Yalnız Ermənistan Azərbaycanın ərazi bütövlüyünü rəsmən tanıyandan və status məsələsi yazılı şəkildə razılaşdırıldıqdan sonra regiona sülhməramlıların gətirilməsi, Azərbaycanın Avrasiya layihələrinə qoşulması müzakirə predmeti ola bilər.

***
Azərbaycanın məsələni məhz bu cür, qəti qoyması üçün olduqca əlverişli bir məqam, tarixi şans yetişib. Məsələ həm də ondadır ki, Ermənistan indi rusiyalı ekspertlərdən birinin dediyi kimi, həqiqətən nokdaun vəziyyətindədir, eyni zamanda güzəştlərə meyllidir və panikadadır. Bunu işğalçı ölkədə hökm sürən bədbin ab-havadan da asanca görmək, sezmək olar. 
"Ermənistan iqtisadi cəhətdən Azərbaycandan geri qalır və onun inkişafını izləyə bilmir. Buna görə biz Qarabağ məsələsində təcili olaraq güzəştə getməliyik. Nə qədər gec deyil, daha az itki ilə bu prosesi başa çatdırmalıyıq". Bu barədə Ermənistanın 1in.am saytında yayımlanan məqalədə deyilir (publika.az). 

Tanınmış erməni şərhçi Yegizar Ayntabsinin qələmə aldığı məqalədə İrəvan rejimi 22 ildə xalqı aldatmaqda ittiham olunur: "1-ci Qarabağ müharibəsində atəşkəsdən sonra 22 il ərzində biz 2200 dəfə eşidirdik ki, münaqişə artıq müharibə sferasından çıxaraq siyasi meydana keçib və burada diplomatiya, eləcə də iqtisadiyyat əsasdır. Amma hakimiyyət 22 il ərzində bunlardan heç birini etmədi. Əgər yarısını belə etsəydi, onda "4 günlük müharibə"də tamamilə başqa nəticə əldə edilər, münaqişənin nizama salınmasında həm daxili, həm də xarici dəstək qazanılardı. Uzun illər biz danışmağa öyrəşdik ki, Azərbaycanda neft və qaz var, biz iqtisadi cəhətdən onun arxasınca çata bilmirik. Amma biz bundan nəticə çıxara bilmədik. Hansı ki, burada iki fövqəladə nəticə əldə olunmalı idi: birincisi, bizdə obyektiv səbəbdən resurslar yoxdursa, iqtisadi rəqabətə dözə bilmiriksə, onda mümkün qədər tez güzəştə getməliyik. İkincisi, ilk fikrin əksinə olaraq, biz milli birliyə nail olmalı idik".

 Müəllif qeyd edir ki, birinci variant Levon Ter-Petrosyanın dövründə gündəmdə olub: "90-cı illərin sonlarında belə qərar verilmişdi ki, güzəştə edərək münaqişənin həllinə nail olunur. İkinci variant Robert Köçəryanın dövründə gündəmdə idi. Serj Sərkisyanın "4 günlük müharibə"dən sonra Petrosyanla görüşməsi onun da birinci variant haqda düşündüyünü göstərir. Lakin artıq bu da çox gec görünür. Həqiqətən Azərbaycan neft-qazı ilə Ermənistanı geridə qoyub və biz çətin ki, onun səviyyəsinə çataq. Buna görə də daha çox itki vermədən təcili güzəştə getməliyik".

Ermənistanda dövlət bəhanəsi ilə "bandokratiya" yaradıldığını qeyd edən müəllif sonda yazır ki, İrəvan hakimiyyəti daxilində Qarabağ məsələsində təcili güzəştə getməyin tərəfdarları var: "Lakin ümumi bandokratiya buna imkan vermir. Halbuki bu, dövləti qorumaq yox, onu məhv etmək siyasətidir".

Necə deyərlər, əlavə şərhə yer qalmır. Azərbaycan əsgəri gerçəkdən də kiçik və uğurlu bir həmlə ilə Qarabağ məsələsi ətrafında yeni bir situasiya, o cümlədən işğalçı ölkədə panika, bədbinlik və təslimçilik ovqatı yaradıb. Diplomatiyamız ondan yararlanmağa, sadəcə, borcludur.(musavat.com)   

Azərbaycan Silahlı Qüvvələri mövqeləri üzərində uçuşlar həyata keçirməyə cəhd göstərən pilotsuz uçuş aparatı xüsusi üsulla endirilərək ələ keçirilib

 Azərbaycan Silahlı Qüvvələri Ermənistanın pilotsuz uçuş aparatını ələ keçirib.

Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Nazirlikdən bildirilib ki, cəbhə bölgəsində Azərbaycan Silahlı Qüvvələri mövqeləri üzərində uçuşlar həyata keçirməyə cəhd göstərən Ermənistan Silahlı Qüvvələrinə məxsus kvadrokopter tipli "DJI PHANTOM" pilotsuz uçuş aparatı bölmələrimiz tərəfindən xüsusi üsulla endirilərək ələ keçirilib

Çərşənbə axşamı, 19 Aprel 2016 00:00

Dollar ucuzlaşdı - Sabahın məzənnəsi

Yazan

Azərbaycanda dolların məzənnəsi ucuzlaşıb. 

Bu barədə məlumatı Azərbaycan Mərkəzi Bankı yayıb. 
20.04.2016-cı il tarixinə USD/AZN rəsmi məzənnəsi 1,5128 səviyyəsində müəyyən olunub.
Qeyd edək ki, bu gün dolların məzənnəsi 1.5167 səviyyəsində olub. 

Milli Təhlükəsizlik Nazirliyi ilə bağlı məlum olayların təsiri bu qurum ləğv olunduqdan sonra da davam etməkdədir. Son aylarda ölkə gündəmini zəbt edən “MTN işi” məsələsinin yeni təfərrüatları ortaya çıxmaqda davam edir. Dövlətin bir çox qurumlarına uzanan bu mütəşəkkil dəstənin üzvülərinin bir hissəsi zərərsizləşdirilsə də, dövlətə və xalqa külli miqdarda ziyan vuran Mahmudovçu-Çovdarovçu dəstə ilə birlikdə çalışan onlarla, bəlkə də yüzlərlə şəxslər hələki rahatlıqla əvvəlki işlərini davam etdirməkdədirlər. 24saat.org-un əldə etdiyi bu qəbildən olan məlumatda bir tərəf qalmaqallı MTN polkovniki İlqar Əliyev və məşhur ekstrasens Zirəddin Rzayev, digər tərəfsə s iş adamı və müxtəlif vazifə sahibləridir.
Baş verənlərlə bağlı redaksiyamızı bilgiləndirən mənbənin sözlərinə görə, MTN polkovniki ilə fırıldaqçı ektrasensin “paslaşması” nəticəsində böyük əməliyyatlar qurulub və pullar qazanılıb. Proses isə belə hazırlanıb: “Xüsisi təbliğatla Zirəddin Rzayev məhşurlaşdırıldı və Moskvada yerləşərək əlçatmaz şəxsə çevrildi. Telekanallarda və mediada qlobal məsələlərlə bağlı proqnozlar verən Zirəddinin əsl fəaliyyəti sadə falçılıq idi. Bu falçının isə müştəriləri xüsusi şəxslər olub. Demək Bakıda böyük imkanlara malik şəxslər şəxsi və ya iş həyatında problemlər yarandıqda Zirəddinin qəbuluna düşməyə can atır. Bu istək ortaya çıxan kimi Z.Rzayev əlçatmaza çevrilir və istənilən jurnalistin asanlıqla tapıb müsahibə götürdüyü ektrasens yeni müştəri üçün çətin ünvana dönür. Bu müddət ərzində isə Bakıya MTN polkovniki İlqar Əliyevə yeni müştərinin adı və telefon nömrəsi ötürülür. Qısa müddətdə həmin iş adamının müfəssəl dosyesi Moskvaya, daha doğrusu ektrasens Zirəddin Rzayevə göndərilir. Beləcə Zirəddin Rzayevə yalnız bu məlumatları xüsusi bər-bəzəklə təqdim etmək qalır.
Vədə tamamında ekstrasensin qəbulunda olan iş adamına bütün problemlərini ən incə məqamına qədər deyən Zirəddin bununla təkcə “ovunu” özünə inandırmır, həm də gələcək üçün daha çox “qurbanı” qaranti etmiş olur. Hər şeyin bu qəqər dəqiq və ətraflı deyilməsindən şoka düşən müştəri “istedadlı ektrasens”dən kömək diləyir. Bundan sonra isə dövriyyəyə Bakıdakı halqa, yəni İlqar Əliyev girir. Z.Rzayevin tövsiyyəsi ilə ödənilən pul müqabilində gizli əl, yəni MTN polkovniki işə qarışır. İşləri düyünə düşən biznesmenin bir anda bütün problemləri həll olunur.
Mənbənin 24 saat.org-a verdiyi məlumata görə ektrasenslə polkovnikin bu ittifaqının hər bir əməliyyatından əldə edilən gəlir kifayət qədər böyük məbləğlərlə ölçülürmüş.
Mövzu ilə əlaqədar ekstarasens Zirəddin Rzayevin mövqeyini dərc etməyə hazırıq…(teref.info)

Azərbaycan prezidenti İlham Əliyev Ümumdünya Şahmat Olimpiadasının təşkili və keçirilməsi ilə bağlı Azərbaycana gələcək əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi haqqında sərəncam imzalayıb.

ANS PRESS-in məlumatına görə, Bakı şəhərində keçiriləcək Ümumdünya Şahmat Olimpiadası ilə əlaqədar Azərbaycana gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Xarici İşlər Nazirliyinin Konsulluq İdarəsinin Azərbaycanın beynəlxalq hava limanlarında yerləşən struktur bölmələrində viza ala bilərlər.

 Bakı Şahmat Olimpiadasının Əməliyyat Komitəsinin rəsmi dəvət məktubu, habelə Beynəlxalq Şahmat Federasiyasının (FİDE) müvafiq qaydalarına uyğun olaraq akkreditasiyadan keçməni təsdiq edən sənəd viza verilməsi üçün əsas hesab edilir. Bu sənədlərdən birinə malik olan şəxslər viza almaq üçün 2016-cı il avqustun 20-dən sentyabrın 20-dək müraciət edə bilərlər.

Maliyyə Nazirliyi və Xarici İşlər Nazirliyinə Ümumdünya Şahmat Olimpiadası ilə əlaqədar Azərbaycana gələcək şəxslərə Azərbaycanın beynəlxalq havalimanlarında viza verilməsi işinin təşkili ilə bağlı maddi-texniki təminat və maliyyə məsələlərini həll etmək, Xarici İşlər Nazirliyinə Ümumdünya Şahmat Olimpiadası ilə əlaqədar Azərbaycana gələcək şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi barədə Beynəlxalq Şahmat Federasiyasına (FİDE), Beynəlxalq Mülki Aviasiya Təşkilatına (İCAO), Beynəlxalq HavaNəqliyyatı Assosiasiyasına (İATA) və xarici ölkələrin müvafiq orqanlarına məlumat vermək, Ümumdünya Şahmat Olimpiadası ilə əlaqədar Azərbaycan Respublikasına gələcək şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi barədə məlumatın nazirliyin, habelə Azərbaycanın xarici ölkələrdəki səfirliklərinin və konsulluqlarının internet informasiya ehtiyatlarında yerləşdirilməsini təmin etmək tapşırılıb.

Dövlət Miqrasiya Xidməti isə Azərbaycana uçuşlar həyata keçirən aviasiya şirkətlərinə Ümumdünya Şahmat Olimpiadası ilə əlaqədar Azərbaycana gələcək şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi barədə məlumat verməlidir.

Bazar ertəsi, 18 Aprel 2016 00:00

Qüdsdə avtobus partladıldı

Yazan

Az öncə Qüds şəhərinin cənub hissəsində güclü partlayış baş verib.

Virtualaz.org yerli mətbuata istinadən xəbər verir ki, ilkin məlumatlara görə, Hebron Road adlanan avtomobil yolunda avtobus partladılıb.

Partlayış nəticəsində ən azı 20 nəfərin xəsarət aldığı bildirilir.

Partlayışın terror aktı nəticəsində baş vermə ehtimalı araşdırılır.

Xatırladaq ki, Qüdsü həm İsrail, həm də Fələstin öz paytaxtı hesab edir.

Türkiyənin Kilis bölgəsi İŞİD-in Suriyada nəzarət etdiyi Bap bölgəsindən raket atəşinə tutulub.

"Milliyyət”in verdiyi məlumata görə, nəticədə 3 nəfər ölüb, 9 nəfər yaralanıb.

Raket mərmilərindən ikisi dövlət xəstəxanasının arxasındakı oksigen deposuna, ikisi Yavuz Sultan Səlim Məhəlləsinə düşüb. Mehmet Keçik ərazisindəki məktəb sahəsinə düşən mərmi nəticəsində 40 yaşlı çoban ölüb, 14 yaşlı şagird yaralanıb. Yaşayış binasına düşən raket mərmisi nəticəsində isə 2 nəfər ölüb, 4 nəfər yaralanıb.

Bunun ardından Türkiyə ordusu cavab olaraq Suriya ərazisini atəşə tutub.

Daha bir top mərmisi Hatay ərazisinə düşüb. Boş sahəyə düşdüyündən hadisə zamanı ölən olmayıb.(APA)

Azərbaycan Prezidenti İlham Əliyev Kamal İltifat oğlu Həsənovun Cəbrayıl rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında sərəncam imzalayıb.

Bazar ertəsi, 18 Aprel 2016 00:00

Quyu qazırdı, amma... - Video

Yazan

Neftçalada tarixi mədəniyyət abidələri aşkarlanıb.

Rayon mərkəzindən 25 kilometr aralıda yerləşən Neftçalanın Boyat yaşayış məntəqəsində kənd sakini İmaməddin Zeynalovyaşadığı evin həyətində maraqlı sürprizlə qarşılaşıb. Belə ki, o, ata-baba yurdunda quyu qazarkən tarixi maddi-mədəniyyət nümunələri aşkar edib.

Zaynalovun dediyinə görə, bundan əvvəl də bağda şum aparan zaman müxtəlif saxsı qab qırıntıları taparaq, bir yerə toplayıb. Əldə etdiyi həmin saxsı qabların qırıntılarını da bu günə kimi qoruyub saxlayıb. Lakin həyətdə bütöv halda belə qədim əşyalara rast gəlinməyib.

Kənd sakinlərinin sözlərinə görə ötən əsrin 50-60-cı illərində əkin sahələri şumlanarkən buna bənzər qədim saxsı qablar tapılsa da, o vaxt buna əhəmiyyət verən olmayıb.

Həmin əşyaların eramızdan əvvəl 3-5-ci əsrlərə aid olduğu ehtimal olunur. Bu istiqamətdə ciddi tədqiqat işləri aparılarsa, kəndin keçmişi ilə bağlı daha sanballı məlumatları gələcək nəsllərə ötürmək olar.

161 -dən səhifə 182