Tuesday, February 20, 2018

Aprelin 1-dən 2-nə keçən gecə Dağlıq Qarabağdakı döyüşlərdə erməni tərəfinin ciddi itki ilə üzləşdiyinə heç bir şübhə olmasa da, düşmən hələ də bunu boynuna almaq istəmir. 

Məğlubiyyətin qınağından yayınmaq üçün həm Qarabağdakı separatçı rejim, həm də onların Ermənistandakı havadarları gündə bir bəhanə uydurmaqla məhv edilən erməni hərbçilərin real sayını açıqlamırlar. 

Cəmiyyətin qınağından yan keçmək üçün hərbçilərin bir hissəsinin itkin düşdüyünü bəhanə gətirib, hətta onların bəzilərinin sağ qalmaq ehtimalının da olduğunu iddia edirlər. 

Modern.az saytı Ermənistan KİV-nə istinadən bildirir ki, Qarabağda məhv edilən erməni hərbçilərin bu gün yeni siyahısı açıqlanıb.

1. Armenak Urafanyan, 26 yaş, kapitan

2. Sasun Mkrtçyan, 27 yaş, müqavilə ilə xidmət edən pulemyotçu

3. Nodarik Marqaryan, 53 yaş, müqavilə ilə xidmət edib

4. Kyaram Sloyan, 20 yaş, əsgər

5. Yuriy Faramazyan - çavuş

6. Ovsep Mailyan, 38 yaş, mayor

7. Ayk Torosyan, 31 yaş, rəis,  mayor

8. Merujan Stepanyan, 23 yaş, baş leytenant

9. Ruben İskandaryan, 23 yaş, kiçik çavuş

10. Merujan Stepanyan, 23 yaş, baş leytenant

11. Aqasi Asatryan, 20 yaş, əsgər

12. Con Abrahamyan, 31 yaş, əsgər

13. Vrej Sərkisyan, 27 yaş, kiçik çavuş

14. Ovsep Kirakosyan, 28 yaş, komandir, kapitan

15. Narek Mkrtçyan,  20 ya., sıravi

16 Rafik Akopyan, yaş, əsgər

17. Sarkis Saakyan, 21 yaş, əsgər

18. Aram Abramyan, 20 yaş, əsgər

19. Aramais Mikaelyan, 20 yaş, əsgər

20. Vardan Tadevosyan, 26 yaş, müqavilə ilə xidmət edən əsgər 

21. Qaqik Melkonyan, 34 yaş, gizir

22. Viktor Yuzikov, 19 yaş, əsgər

23. Qor Kirokosyan, 20 yaş, əsgər

24. Sarkis Xalafyan, 49 yaş, keçmişdə də Qarabağda döyüşüb

25. Suren Aramyan, 19 yaş

26. Qriqor Avetisyan, 19 yaş

27. Armen Qasparyan, 42 yaş

28. Ruben Movsesyan

29. Qevorq Vardanyan, 20 yaş, əsgər

30. Henrik Qahramanyan, 20 yaş, Masis, serjant

31. Qranr Qaribran, Xankəndi

32. David Ayrapertyan, 19 yaş, əsgər

33. Vladimir Narinian, 20 yaş, kiçik serjant

34. Saro Simonyan, 26 yaş, baş serjant

35. Qarib, 29 yaş, serjant

36. Aznaur Balayan, 29 yaş, sıravi

37. Ayk Qriqoryan, 23 yaş, leytenant

38. Q.Qasparyan, 20 yaş

39. Samvel Zakaryan, 21 yaş, əsgər

40. Saşa Qalstyan, 20 yaş, kiçik serjant

41. Bencamin Eqoyan, 24 yaş, baş leytenant

42. Aram Abqaryan, 20 yaş, əsgər

43. Vladimir Alixanyan, 20 yaş, əsgər

44. Raşid Mkrtçyan, 30 yaş, sıravi

45. David Qasparyan, 37 yaş, baş gizir.

Cümə, 08 Aprel 2016 00:00

Baş naziri istefa vermək istəyir

Yazan

Qırğızıstanın baş naziri Temir Sarıyev Prezident Almazbek Atambayevin adına istefa ərizəsini təqdim etmək niyyətindədir.

Trend TASS-a istinadən xəbər verir ki, bu barədə Qırğızıstanın Nazirlər Kabinetinin aparatındakı mənbə bildirib.

Baş nazirin belə qərarına səbəb hökümət nümayəndələrindən biri ilə yaranan fikir ayrılığının olduğu ğöstərilir.

Qırğızıstan Nazirlər Kabinetinin mətbuat katibi Nəzirə Əhmədova bildirib ki, Baş nazir hələ istefa ərizəsini təqdim etməyib.

TASS qeyd edir ki, daha öncə T.Sarıyev və nəqliyyat və kommunikasiya naziri Argınbek Malabayev arasında mübahisə yaranıb. Buna səbəb isə yol tikintisi layihələrində Çin şirkətlərinin bəzi məmurlar tərəfindən lobbiçilik etməsi olub. Mubahisədən sonra Baş nazir ölkə prezidentinə nazirin işdən azad olunmasına dair təqdimat verib. Qırğızıstan Prezidenti sənədi imzalamayıb, amma hüquq-mühafizə oqranlarına müvafiq tenderlərlərin araşdırılmasına dair tapşırıq verib.

Rusiya prezidenti ilk dəfə Panama sənədləri haqqında danışıb

Rusiya prezidenti Vladimir Putin onun ətrafındakıların adına qeydiyyata alınmış ofşor şirkətlər barədə sənədlərin yayılmasını daxili sabitliyi pozmaq cəhdi adlandırıb.

Prezident Putin Panama sənədlərinin sızmasının ardından "istənilən korrupsiya elementini" təkzib edib.

Dünyanın ən məxfi şirkətlərindən biri olan Panama hüquq firması Mossack Fonseca-dan 11 milyon sənədin mediaya sızmasından sonra Rusiya prezidenti ilk dəfə bu haqda danışıb.

Prezidentin fikrincə, "Rusiya milləti, çoxmilli Rusiya xalqının birliyi", hökumətin rəqiblərini narahat edir və bununla əlaqədar onlar sabitliyi pozmağa cəhdlər göstərirlər.

Prezident bir daha qeyd edib ki, sızdırılmış sənədlərdə onun adı birbaşa çəkilmir.

Bu zaman Putin əlavə edib ki, o, dostu violonçel çalan Sergey Roldugin ilə fəxr edir. Dərc edilmiş sənədlərə görə, Sergey Roldugin şübhəli sövdələşmələrdən şəxsən yüz milyonlarla dollar mənfəət əldə edib.

"O, demək olar ki, qazandığı bütün pulu xaricdə musiqi alətlərinin alınmasına xərcləyib və onları Rusiyaya gətirib", - Putin deyib.

Violençel çalan Sergey Roldugin Vladimir Putini yeniyetməlik illərindən tanıyır və prezidentin qızı Mariyanın xaç atasıdır

Prezident əlavə edib ki, Roldugin bizneslə məşğul olmaq istəyir, amma milyard dolları yoxdur. Rolduginin özü əvvəllər deyib ki, özünü sahibkar saymır.

Beynəlxalq Araşdırmaçı Jurnalistlər Konsorsiumunun üzərində işlədiyi Mossack Fonseca 

sənədlərinin nəticələri aprelin 3-də axşam saatlarında bir neçə aparıcı media vasitələrində dərc edilib.

Sənədlərdə "Rusiya" bankı və Putinin yaxın tanışları, o cümlədən, prezidentin köhnə dostu musiqiçi Sergey Roldugin ilə əlaqəsi olduğu bildirilən şirkətlərin adı çəkilir.

Musiqiçi sənədlərdə Putinin digər yaxınları və prezidentə yaxın qurumlarla şübhəli müqavilələri olan iki ofşor şirkətin rəhbəri kimi göstərilir.

Putin Panama sənədlərində adı qeyd olunmuş yeganə dövlət başçısı deyil. Sənədlərdə Suriya prezidenti Bəşər Əsəd, Ukrayna prezidenti Pyotr Poroşenko, həmçinin Azərbaycan prezident ailəsinin adları da var (BBC).

Milli olimpiya komandalarının təlim-məşq bazası (könhə "Neftçibaza") özəlləşdirilir. Bu barədə Fanat.az-a Gənclər və İdman Nazirliyindəki mənbə məlumat verib.

Məlumata görə, yaxın 2-3 ayda bazanın özəlləşdirilməsi nəzərdə tutulub. Artıq bununla bağlı Əmlak Məsələləri Dövlət Komitəsində layihə hazırlanır. Tezliklə özəlləşdirməyə çıxarılacaq bazanın satışı nəzərdə tutulub.

Hələlik könhə "Neftçibaza"nın kimə satılacağı dəqiq bilinmir. Mənbənin sözlərinə görə, böyük ehtimalla baza gənclər və idman naziri Azad Rəhimovun oğlu Arif Rəhimovun nəzarətinə veriləcək.

Təbii ki, nazir bazanın rəsmi şəkildə oğlunun adına rəsmiləşdirərək özünü "yandırmaz". Böyük ehtimalla özəlləşdirmə Arif Rəhimova yaxın şəxslərdən birinin adına olacaq və bazaya rəsmi şəkildə o rəhbərlik edəcək.

Qeyd edək ki, Arif Rəhimovun rəhbərlik etdiyi "Baku Grand Prix" şirkəti bu il Bakıda keçiriləcək dünyada avtomobil idmanının ən bahalı növlərindən birinin - "Formula-1"in "Qran Pri" yarışının təşkilatçısıdı. 

Cümə, 08 Aprel 2016 00:00

Medvedev Bakıdadır

Yazan

Bu gün Rusiyanın baş naziri Dmitri Medvedev Azərbaycana rəsmi səfərə gəlib.

Səfər çərçivəsində onun Azərbaycan rəsmiləri ilə görüşləri nəzərdə tutulur.

D. Medvedevi Rusiya baş nazirinin müavini Dmitri Roqozin və digər rəsmi şəxslər müşayiət edirlər.(Apa)

Ermənistan hərbi birləşmələrinin kəşfiyyat bölüklərindən birinin komandiri Azərbaycan hərbçiləri tərəfindən məhv edilib. 

"Report"un məlumatına görə, bir neçə gün öncə Azərbaycan Silahlı Qüvvələri tərəfindən azad olunan ərazilərdən geri çəkilən ermənilər itki verərək qaçıblar. 

Atışma zamanı Ermənistan ordusunun kəşfiyyat bölüyünün əsgər və zabitləri ilə yanaşı, bölüyün komandiri də zərərsizləşdirilib.

Bakının Nizami rayonu ərazisində ölümlə nəticələnən yol qəzası baş verib. 

Hadisə “Diqlas” ticarət mərkəzinin qarşısında olub. 103 saylı marşrut xətti ilə hərəkət edən avtobus piyadaları vurduqdan sonra digər, 30 saylı marşrutun avtobusuna dəyib, nəticədə yenə də sərnişinlər xəsarət alıb. Onlardan biri  -60 yaşlı qadın hadisə yerində ölüb. İki nəfər isə təcili tibbi yardım avtomobili xəstəxanaya çatdırılıb. 

Bundan başqa da, nisbətən yüngül yaralananlar olub.

***

Səhiyyə Nazirliyi bu gün Bakıda baş vermiş avtobus qəzasında xəsarət alanların sayını açıqlayıb. Nazirliyin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, qəza nəticəsində 9 nəfər xəsarət alıb.

Onlardan 7 nəfəri 3 saylı Şəhər Klinik Xəstəxanaya, 2 nəfəri isə Travmatologiya İnstitutuna yerləşdirilib.

Nazirlikdən onu da qeyd ediblər ki, qəza nəticəsində 60 yaşlı qadın dünyasını dəyişib.

***

Musavat.com qəza zamanı dünyasını dəyişən piyadanın şəxsiyyətini dəqiqləşdirib. Məlumata görə, bu, 60 yaşlı Jitova Svetlana Yuriyevnadır. 

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) "dtx.gov.az" adlı saytı istifadəyə verilib.

Saytda qanunvercilik, beynəlxalq əməkdaşlıq, o cümlədən DTX-ə aid xəbərlər yer alıb.

Saytda, həmçinin DTX-a müraciət, "Qaynar Xətt", idman və sağlamlıq mərkəzi haqda da məlumatlar yerləşdirilib.

Tam yeni üslubda hazırlanan sayt hazırda Azərbaycan dilində fəaliyyət göstərir.

Qeyd edək ki, Dövlət Təhlükəsizliyi Xidməti Prezident İlham Əliyevin 14 dekabr 2015-ci il tarixli 706 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyinin əsasında yaradılıb.

Rayon səhiyyəsi batır, yeni doğulmuş uşaqların savadsız həkimlər üzündən tələf olduğu bildirilir 

Neftçala rayonunda fəaliyyət göstərən Doğum Evindən şikayət edənlərin sayı getdikcə artır. Bu barədə JAM.AZ-a yazan rayonun Ruslan adlı sakini bildirir ki, Doğum Evi indiyə qədər çox ailəni gözü yaşlı qoyub. 

Onun sözlərinə görə, sözügedən mərkəzdə çalışan həkimlərin adı həkim olsa da, daha çox baytara oxşayırlar. «Məsələn, Neftçala Doğum Evində çalışan, özünü həkim kimi təqdim edən, əslində isə baytardan heç fərqlənməyən Sveta Cəfərova, Təranə Cəfərova, Emilya Əliyeva və digərləri ad çıxarıblar. Onların savadsızlığı üzündən xeyli uşaq tələf olub. Prosesin qarşısını almaq üçün zəruri tədbirlər görülmür». 

Ruslan yazır ki, Neftçalanın baş həkimi Telman Zahidovun isə başı pul qazanmağa qarışıb. Onun sözlərinə görə. Zahidov ondan şikayət edənlərdən qətiyyən çəkinmir. Bu adam birmənalı və açıq şəkildə bildirir ki, onun kimsədən qorxusu yoxdur və şikayətçilər istədiklərəi yerə sözlərini deyə bilərlər».

Telman Zahidovun bu açıqlamalarında ciddi səhvə yol verdiyi məqamlar da var. Məsələn, baş həkim hər yerdə deputat Arif Rəhimzadənin onun arxasında dağ kimi dayandığını deyir. «Elə bu səbəbdən də hamıya məsləhət görür ki, boş yerə enerji xərcləyib, əziyyət çəkməsinlər». 

İşin ən ilginc tərəfi odur ki, baş həkim ondan şikayət edəcək şəxsə qəribə təhdidlər edirlər. Məsələn, Telman Zahidov ondan şikayət edəcək şəxsə bildirir ki, bu hərəkətinə görə, onu vaxtaşırı narahat edəcək. Bu narahatlığın konkret olaraq nədən ibarət olduğu barədə isə heç bir bilgi verilmir. 

Azərbaycan Silahlı Qüvvələrinin erməni işğalından azad etdiyi kəndlərə 23 ildən sonra ilk dəfə sakinlər qədəm qoyub.

"Report"un  məlumatına görə, Cəbrayıldan olan məcburi köçkünlər 23 ildən sonra ilk dəfə öz doğma kəndlərində olublar.

Azərbaycan ordusu tərəfindən işğaldan azad olunan Cəbrayıl rayonunun Cocuqmərcanlı kəndində hərbçilərin nəzarəti altında kənd sakinləri kənd qəbiristanlığını ziyarət edib, qohumlarının ruhuna dualar oxuyublar.

Qeyd edək ki, Cocuq Mərcanlı1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Azərbaycan ordusunun 1994-cü ilin əvvəlində keçirdiyi Horadiz əməliyyatı zamanı kənd erməni işğalından azad olunub.

Bununla belə kənd ətraf yüksəkliklərdəki erməni mövqelərinin atış zonası altında olub. Strateji əhəmiyyətli "Lələtəpə" yüksəkliyinin Azərbaycan ordusunun nəzarətinə keçməsindən sonra Cocuqmərcanlı kəndi üçün təhlükə aradan qalxıb.

149 -dən səhifə 164