Tuesday, February 20, 2018

Müxtəlif adamları qəzetində rüsvayedici yazılarla hədələyib onlardan pul almaqda təqsirləndirilən “Gündəlik Bakı” qəzetinin baş redaktoru Habil Vəliyev 2016-cı ilin dekabrından həbsdədir. Onun işinə xeyli vaxtdır Bakı Ağır Cinayətlər Məhkəməsində Fikrət Qəribovun sədrlik etdiyi hakimlər kollegiyası baxır.

Xeber.info xəbər verir ki, fevralın 16-da məhkəmədə H.Vəliyev özü ifadə verib. O, ittihamları qəbul etmədiyini bildirib. Deyib ki, özü də, onu həbs edənlər də, əleyhinə ifadə verənlər də iqtidar adamlarıdır və buna görə təəssüflənir: “Eybi yox, işdi, oldu. Mən ömrümü bu hakimiyyətin yolunda qoymuşam. Biz İlham Əliyevin siyasi kursunu həmişə dəstəkləmişik. İndi də dəstəkləyirik…

İsitintaq dövründə ,məhkəmə də də gördük ki, yazılanların hamısı cəfəngiyyatdır, gördünüz ki, heç bir ittiham sübuta yetirilmədi”.

Təqsirləndirilən baş redaktorun sözlərinə görə, ona Laçın rayonunun keçmiş icra başçısı Ramiz Cəbrayılovun şikayəti əsasında ittiham verilib. H.Vəliyev iddia edir ki, sabiq icra başçısının şikayəti şər-böhtan idi: “Digər ittihamlar isə əxlaqsız yuvaları ilə bağlıdır. Hamı bilir ki, mən bununla mübarizə aparmışam, qəzetimdə həmişə onları ifşa eləmişəm. Burada ifadə verən bəzi zərərçəkmişlər vardı ki, mən ümumiyyətlə, onları tanımıram, birinci dəfə burada gördüm”.

H.Vəliyev bildirib ki, o, cinayətkar deyil, seçki komissiyasının üzvü olub: “İki dəfə deputat, prezident , bələdiyyə seçkiləri keçirmişəm. YAP-ın təşkilat şöbəsində iştirak etmişəm. Rüşvət almamışam. Bu ölkənin torpaqlarının qorunmasında iştirak etmişəm”.

Baş redaktor onu həbs edən Dövlət Təhlükəsizliyi Xidmətinin fəaliyyətindən də razılıq edib: “Nə olsun ki, məni onlar həbs edib, həqiqətən peşəkardılar. Onları yox, yalandan şikayət edənləri qınamaq lazımdır”.

Fevralın 27-də təqsirləndirilən baş redaktora prokuror cəza istəyəcək.

Bu gün saat 11 radələrində Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Neftqazelmitədqiqatlayihə” İnstitutunda intihar hadisəsi baş verib.
 
Xeber.info SOCAR-a istinadən xəbər verir ki, institutun əməkdaşı Əli Süleymanov özünü iş yerinin 8-ci mərtəbəsindən ataraq intihar edib.
 
1969-cu il təvəllüdlü Ə.Süleymanov 1991-ci ildən Memarlıq və İnşaat Universitetini bitirdikdən sonra İnstitutun Sanitar texniki işlər şöbəsinin baş mühəndisi vəzfəsində işləyib. İş yoldaşlarının dediyinə görə, o, anası rəhmətə getdikdən sonra depresiyadan əziyyət çəkib və müalicə olunub.
 
“Hadisə ilə bağlı araşdırma aparılır. SOCAR-ın kollektivi mərhumun yaxınlarına dərin hüznlə başsağlığı verir”, – deyə məlumatda qeyd olunub.
 
Xeber.info

Yod sağlamlıq üçün vacib mineraldır. Qalxanabənzər vəzinin hormonlarının sintezində mühüm rol oynayır. Bu hormonlar beynin inkişafı, boyun artması, yaraların sağalması və normal metabolizm üçün əvəzsizdir.

 

Xeber.info xəbər verir ki, yod çatışmazlığı qalxanabənzər vəzinin hormon ifraz etmək qabiliyyətini məhdudlaşdırır və hipoterioza səbəb olur. Bunu bilmək vacibdir ki, yetkin insan qalxanabənzər vəzinin və bütün orqanizmin sağlam funksionallığını təmin etmək üçün gündəlik olaraq 150 mkq yod qəbul etməlidir.

Yod çatışmazlığının əlamətləri

2017-ci ildə aparılmış araşdırmaya görə, insanların üçdə biri yod çatışmazlığından əziyyət çəkir. İnsanda yod çatışmazlığının ola biləcəyinə işarə edən 11 əlaməti təqdim edirik:

1. Çəkinin kəskin şəkildə artması

Yod çatışmazlığının ən əsas əlamətlərindən biri çəkinin gözlənilməz şəkildə artmasıdır. İnsanda maddələr mübadiləsi sağlam şəkildə getdikdə, həzm olunan qida enerjiyə çevrilir.

Hipoterioz metabolizmi ləngidir və kalorilər piy qatına yığılmağa başlayır. Nəticə etibarilə, insanın çəkisi kəskin şəkildə artır. Unutmaq lazım deyil ki, artıq çəki heç də hər zaman yod çatışmazlığının meyarı olmur.

Çəki artımının daha geniş yayılmış izahı həddən artıq kalori qəbulu və ya sadə dillə desək, həddən artıq qidalanmadır. Ancaq çəki artımı bu faktorlarla əlaqəli olmadıqda, bu haqda düşünmək zərurəti ortaya çıxır.

2. Halsızlıq

İnsanda yod çatışmazlığı olanda, o, özünü daima halsız hiss edir. O, əşyaları qaldırmaqda çətinlik çəkir, hərəkətləri ağırlaşır, tez yeriyə bilmir.  Bu, hipoteriozun orqanizmdə metabolizm prosesini yavaşlatması ucbatından baş verir.

İnsan  qəbul etdiyi qidadan daha az enerji alır. Əzələlər süstləşir, insan özünü taqətsiz hiss etməyə başlayır.

3. Yorğunluq hissi

Metabolizmin pozulması insanın daima özünü yorğun hiss etməsinə səbəb olur. Artıq çəki kimi, yorğunluq da hər zaman yod çatışmazlığı ilə əlaqədar olmur. İnsan kifayət qədər istirahət edirsə, onun bu yorğunluğu yod çatışmazlığı ilə izah oluna bilər.

4. Saçların tökülməsi

Saçların tökülməsi yododefisitin mümkün əlamətlərindən biridir. Qalxanabənzər vəzi saç follikullarının bərpası prosesinə dəstək olur. Hipotireoz baş verdikdə, hormon çatışmazlığı  follikulların bərpası prosesini dayandırır. Bir müddətdən sonra saçların çox hissəsi tökülür.

5. Quru dəri

Quru, qabıq verən dəri hipoteriozun əlamətlərindən sayıla bilər. Qalxanabənzər vəzinin hormonları hüceyrələrin yenilənməsinə kömək edir. Hormon ifraz olunmadıqda, bu, dəridə güclü qabıq verən qabartıların meydana gəlməsinə səbəb olur.

6. Daima üşümə

Daima üşümə metabolizm zəifləməsinin əlamətlərindəndir. İnsanın enerjisi təkcə aktiv fəaliyyətə deyil, eyni zamanda, orqanizmin normal temperaturunun təmin olunmasına kifayət etmir. Adətən, olduğunuz mühitdə mütəmadi olaraq üşüyürsünüzsə, endokrinoloqa müraciət etməyiniz tövsiyə olunur.

7. Nəbzin zəifləməsi

Yod çatışmazlığı bəzi hallarda ürək döyüntüsünü zəiflədir; bu, təkcə skelet əzələlərinin deyil, eyni zamanda, bütün orqanizmin əzələlərini ehtiva edən əzələ süstlüyündən qaynaqlana bilər.

Nəbzin zəifləməsi ürək ağrılarına, baş gicəllənməyə və oksigen çatışmazlığına yol açır.

8. Yaddaşla bağlı problemlər

Qalxanabənzər vəzinin hormonları beynin inkişafı üçün vacibdir. Yodun defisiti bu hormonların çatışmazlığına yol aça bilər, bu isə öz növbəsində hafizə və yeni şeylərin öyrənilməsi ilə bağlı problemlərə səbəb olur.

2014-cü ildə aparılmış tədqiqata görə, beynin hafizə və öyrənmə bacarığına cavabdeh olan hissəsi – hippokampus qalxanabənzər vəzidə aşağı hormon səviyyəsi olan insanlarda daha kiçik ölçüdə olub.

9. Hamiləlikdə fəsadların ortaya çıxması

Hamilə qadının lazımi miqdarda yod qəbul etməsi bəzən çətinləşə bilər, belə ki, təkcə ananın deyil, eyni zamanda, bətndəki körpənin orqanizminin bu mikroelementə ehtiyacı var.

Cüzi yod çatışmazlığı belə körpənin natamam beyin inkişafına yol aça bilər; yod çatışmazlığı yüksək olduqda isə dölün tələf olması ilə nəticələnər.

10. Ağrılı və qeyri-müntəzəm aybaşılar

Qalxanabənzər vəzinin aşağı hormon miqdarı menstrual dövrənin tənzimlənməsinə (nizamlanmasına təsir edə bilər. Yod çatışmazlığı zamanı menstruasiya daha ağrılı keçir.

11. Zob

Güclü və xroniki yod çatışmazlığı qalxanabənzər vəzinin ölçülərinin böyüməsinə səbəb olur.

Diaqnostika

Orqanizmdə yod çatışmazlığı diaqnozunu həkim qoyur. Yod çatışmazlığının diaqnostikasında ən effektiv vasitə sidik analizidir. Yod defisiti o halda baş verir ki, insan bu və ya digər səbəbə görə yodla zəngin olan məhsullarla lazımınca qidalanmır.

Nə etməliyik?

ABŞ Milli Səhiyyə İnstitutunun ekspertlərinin tövsiyələrinə görə, aşağıda sadalanan məhsullar zəngin yod mənbəyi hesab olunur:

– dəniz yosunları

– treska balığı

– yoqurt

– dəniz xərçəngi

– yodlaşdırılmış duz

– toyuq yumurtası

– tuna balığı

– qara gavalı.

Xeber.info

“Azərenerji”nin kapital strukturunda əvvəl olduğu kimi yenə də yüksək risklərin olduğunu düşünürük”. 

Bu barədə “Standard&Poors” beynəlxalq reytinq agentliyi “Azərenerji” ASC-nin reytinqi ilə bağlı yaydığı məlumatda qeyd olunub.

Bildirilir ki, buna səbəb “Azərenerji”nin borc öhdəliklərinin 85%-nin xarici valyutada olması və şirkətin məzənnədəki dəyişiklik riski ilə hələ də üz-üzə qalmasıdır.

“Bu riski kompensasiya etmək üçün şirkətə xarici valyutada heç bir əsaslı pul axını mövcud deyil. Düşünürük ki, “Azərenerji”yə hökumət tərəfindən hazırkı müstəsna maliyyə dəstəyi olmasa, növbəti üç il ərzində şirkət yüksək borc öhdəliklərini yerinə yetirməkdə və 1 milyard manat (600 mln. dollar) həcmindəki əsaslı investisiya ehtiyacını təmin etməkdə çətinliklə üzləşəcək. Belə başa düşürük ki, Strateji Yol Xəritələrinə uyğun olaraq “Azərenerji” aktivlərinin keyfiyyətini artırmaq üçün kapital qoyuluşu planlayır. Eyni zamanda, şirkətin xərc strukturu da yaxşılaşıb və bizim 2018-ci il üçün baza ssenarimizə əsasən deyə bilərik ki, “Azərenerji” 2017-ci illə müqayisədə əməliyyat fəaliyyətindən daha stabil gəlir əldə edəcək. Bu isə 2015-ci ilə müqayisədə 2 dəfə çoxdur,” – deyə məlumatda qeyd olunub.

Qeyd edək ki, Azərenerji” ASC-nin prezidenti Etibar Pirverdiyevdir və o, bu vəzifəni 27 noyabr 2001-ci il tarixindən icra edir.

San-Fransiskoda Kaliforniya Universitetinin alimləri xərçəng hüceyrələrini öldürən, həmçinin şişə qarşı reaksiyanı stimullaşdıran genetik modifikasiya olunmuş virus yaradıb.

Xeber.info xəbər verir ki, bu barədə “Medical Xpess” pres-relizində deyilir.

Pexa-Vec onkoloji virusunu suçiçəyi virusunun modifikasiya olunmuş variantı adlandırmaq olar. Ona immun hüceyrələrin artımını stimullaşdıran, kiçik peptid molekulu kodlaşdıran gen əlavə olunub.

Bundan savayı, virusdan “timidinkinaza” geni kənarlaşdırılıb. Nəticədə infeksion agent yalnız spesifik genlərdə (RAS və p53) kinaza miqdarının yüksək olduğu xərçəng hüceyrələrində çoxalır.

Pexa-Vec bədxassəli şişi qidalandıran qan damarlarının inkişafını məhdudlaşdırır, onun  artımını ləngidir. Peyvəndi damardaxili inyeksiya yolu ilə də orqanizmə yeritmək olar. Bu modifikasiya olunmuş infeksion agentin təkcə xərçəng mənbəyinə deyil, eyni zamanda, orqanizmin digər hissəslərində olan metaztazlara hücum çəkməsinə imkan verir.

Pexa-Vec mədəaltı vəzinin neyroendokrin xərçəngindən əziyyət çəkən siçanlar üzərində sınaqdan keçirilib. Məlum olub ki, virus sağlam orqanları zədələmir, yalnız şişləri qidalandıran qan damarlarına təsir edir. İnfeksion agent bədxassəli şişlərin yalnız müəyyən qismini məhv etsə də, onun səbəb olduğu immun reaksiya yeni törəmələrin yoxa çıxmasına təkan verib.

Xeber.info

Rusiyanın İstintaq Komitəsi, istintaq versiyasına görə, 2016-cı ilin may ayında iki milyon dollara Moskva şəhərinin kənarında iki nəfərin qətlini təşkil etmiş Rafiq İsmayılovun işi üzrə araşdırmanı yekunlaşdırıb.

 Xeber.info oxu.az-a istinadən xəbər verir ki, müstəntiqlər onun qardaşı, “Çerkizov” bazarının keçmiş sahibi, axtarışa verilən Telman İsmayılovun maddi münaqişədən qaynaqlanan cinayətin sifarişçisi olduğunu hesab edir.

İstintaqda başqa bir iştirakçı hazırda cinayət məsuliyyətindən gizlənən Daxili İşlər Nazirliyinin  Baş Cinayət Axtarış İdarəsinin keçmiş əməliyyatçısı Vaqif İsmayılovdur.

Rafiq İsmayılovla bağlı istintaqın yekunlaşması barədə onun vəkilləri xəbər verib. İstintaq versiyasına görə, Rafik İsmayılov iki nəfərin qətlinin təşkilatçısıdır.

Ona qarşı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 105-ci maddəsinin 2-ci hissəsi və 222-ci maddəsinin (qanunsuz silah dövriyyəsi) 2-ci hissəsi üzrə rəsmi ittiham irəli sürülüb.

Cinayət işində İsmayılov ailəsinin daha iki nümayəndəsinin adları hallanır: Rusiya İstintaq Komitəsi tanınmış azərbaycanlı biznesmen Telman İsmayılovun cinayətin sifarişçisi olduğunu hesab edir.

İttihama görə, İsmayılov qətllərin törədilməsinə iki milyon dollar pul ayırıb, DİN Baş Cinayət Axtarış İdarəsinin keçmiş əməliyyatçısı Vaqif İsmayılov isə belə cinayətlərin araşdırılma metodları ilə yaxşı tanış olduğundan qohumlarına izləri itirməkdə, cinayət silahını gizlətməkdə və aradan çıxmaqda kömək edib.

“Stroy-market” Ticarət mərkəzinin sahibi Vladimir Savkin və “Lyublino Motors” şirkətinin sahibi Yuriya Brılyova 15 may 2016-cı ildə yaxın məsafədən güllələnib. Onların meyitləri 30-cu kilometrdə, Novorijsk şossesində, yolun kənarında dayanan  qapıları açıq “Toyota Land Cruiser”də aşkarlanıb.

Məlum olub ki, avtomobil Savkinə məxsus olub və hər iki biznesmen arxa oturacaqda əyləşən qatil tərəfindən ənsə nayihəsindən güllələnib.

Müəyyən edilib ki, sui-qəsddən əvvəl “Toyota Land Cruiser” yanacaqdoldurma məntəqəsində parklanıb. Daha sonra məntəqəyə gümüşü rəngli “Mercedes” daxil olub, içindən bir kişi çıxaraq  yolsuzluq avtomobilinə minib.

Qətlə yetirilmiş qurbanların telefon zənglərini araşdırmış əməliyyatçılar onların ölümdən əvvəl tanışları Mehman Kərimovla danışdıqlarını müəyyən edib. YDM – təhlükəsizlik kamerasının qeydə aldığı görüntülərdə məhz onun biznesmenin maşınına mindiyini görmək olur.

“Mercedes”də sükan arxasında isə, istintaqa əsasən, Rafiq İsmayılov olub. Onların hər ikisi saxlanılıb.

Mehman Kərimov həbs olunduqdan dərhal sonra törətdiyi əməli etiraf edib, daha dəqiq desək, yolsuzluq avtomobilində arxa oturacaqda biznesmenlər olduğunu təsdiqləyib. Ancaq Vladimir Savkinin qohumları deyir ki, “killer” qətlin təşkilatçılarını müdafiə etməyə çalışır. Onlar İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkinin qəbulunda olduqdan sonra iş üzrə materiallar Baş İstintaq İdarəsindən Komitənin mərkəzi aparatına ötürülüb.

Nəticədə 22 sentyabr 2016-cı ildə Rafiq İsmayılov yenidən qardaşı, keçmiş əməliyyatçı Vaqif İsmayılovun evində saxlanılıb.

Daha sonra Kərimov yüngülləşdirici hal üçün müstəntiqlərlə razılaşmaya gələrək, yeni ifadə verib. Həmin ifadəyə görə, Telman İsmayılov qohumlarından Savkinin “işinə baxmağı” tələb edir və bunun üçün iki milyon dollar ayırır.

Kərimov bu söhbəti eşitdiyini qeyd edir. İstintaq Komitəsinin versiyasına görə, sifarişli qətllərin motivi biznesmenlər arasında yaşanan maddi zəminli münaqişə olub. Bu ifadədən sonra Telman İsmayılov və onun qardaşı Vaqif də cinayətin iştirakçıları olaraq araşdırılmağa başlanıb.

İsmayılov qardaşları iki qətllə bağlı ittihamları rədd edir. Müdafiə tərəfi bildirir ki, biznesmenlə Savkin arasında heç bir maddi münaqişə olmayıb.

Müdafiə tərəfinin vəkillərinin dediyinə görə, Mehman Kərimov cəzasının yüngülləşdirilməsi məqsədilə müstəntiqlərə uydurma ifadə verib.

Xeber.info 

Cümə, 16 Fevral 2018 00:00

"O şəxsiyyət deyil, anormaldır"

Yazan

Azərbaycan Prezidentinin xarici siyasət məsələləri üzrə köməkçisi Novruz Məmmədov rusiyalı telejurnalist Aleksandr Nevzorovun ölkə başçısı İlham Əliyevlə bağlı səsləndirdiyi fikirlərə sərt reaksiya verib.

Xeber.info xəbər verir ki, bu barədə N.Məmmədov özünün tvitter hesabında yazıb:

“Düşünürəm ki, Nevzorov heç vaxt dərk etməyəcək ki, o, nəinki natamam şəxsiyyət deyil, sadəcə anomal ünsürdür, o “human being” dir. O qədər anomaldır ki, yaratmaq istədiyi istənilən şey 600 saniyə sonra ölür. Yaxşı olardı ki, o, psixiatriya klinikasında “yaratsın”. Orada onu “başa düşərlər”. 

PS: Lakin bu Nervozov, görünür, yaxşı bilir hansı “xidmətlər” üçün kimin qarşısında oynamaq lazımdır”. 

Qeyd edək ki, rus jurnalist prezident İlham Əliyevin “İrəvan bizim tarixi torpağımızdır və biz azərbaycanlılar bu tarixi torpaqlara qayıtmalıyıq” fikirlərini həzm edə bilməyib və bununla bağlı kobud şəkildə fikirlərini ifadə etmişdi. 

Xeber.info

Cümə, 16 Fevral 2018 00:00

17 yaşlı qız canına qıydı

Yazan

Bakıda intihar hadisəsi baş verib

Hadisə Yasamal rayonu, Xiyabani küçəsi, ev 112, mənzil 22 ünvanında qeydə alınıb. Həmin ünvanda yaşayan 17 yaşlı Fatimə Anar qızı Abbasova yaşadığı evdə özünü asıb.

Onun özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil. Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 123 dəfə pozub.

Müdafiə Nazirliyindən Xeber.info-a verilən məlumata görə, Ermənistanın Noyemberyan rayonunun Şavarşavan, Voskevan kəndlərində və İcevan rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Quşçu Ayrım kəndində və adsız yüksəkliklərdə, Berd rayonunun Çinari kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam və Koxanəbi kəndlərində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

Tərtər rayonunun işğal altında olan Göyarx, Çiləbürt, Ağdam rayonunun Şıxlar, Baş Qərvənd, Cəvahirli, Şirvanlı, Yusifcanlı, Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Aşağı Veysəlli, Qobu Dilağarda, Qərvənd, Qaraxanbəyli, Qorqan, Kürdlər, Horadiz, Cəbrayıl rayonunun Nüzgar və Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Ağdam, Xocavənd və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.

Xeber.info

Cümə axşamı, 15 Fevral 2018 00:00

Yumurta bomba kimi partladı - VİDEO

Yazan

Bakı sakininin aldığı yumurta bomba kimi partladı: Bizə yumurta adı ilə nələr satılır?

Bakı sakinlərindən biri yerli yumurta adı ilə aldığı məhsulu istifadə edərkən qəribə hadisə ilə qarşılaşıb.

Arif Kazımov adlı istifadəçinin paylaşdığı videoda xanım şəxsən yaşadığı olayı danışır. Belə ki, yumurtaları qaynamaq üçün qaz sobasının üzərinə qoyan ev sahibi az sonra mətbəxdən gurultu səslərini eşidib. Mətbəxə gedən ev sahibəsi yumurtaların partladığını, qabığın altından isə yad maddənin çıxdığını görüb. Yaşadığı hadisədən təşviş duyan paytaxt sakini olayın araşdırılmasını, yerli məhsullar adı altında insanlara nələrin satıldığını bilmək istəyini vurğulayır.
Qeyd edək ki, xanım həmin məhsulları “Hacıqabul” quşçuluq fabrikinin- yəni yerli məhsul adı ilə alıb.

2 -dən səhifə 164