"Rəsədxanaya gecə vaxtları pozğun qadınlar gətirilir və onlar müəyyən edilmiş qonaq evlərində və ya kotteclərdə yerləşdirilərək, xidmət göstərirlər”

Astrofizika Rəsədxanasının aparıcı elmi işçisi tərəfindən Ali Məkmənin sədri Ramiz Rzayevə müraciət: "Yeznənizin dediyinə görə, onun arxasında Siz durmusunuz və ona bu işlərdə dəstək verirsiniz…”

Azərbaycan Milli Elmlər Akademiyası N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının aparıcı elmi işçisi, f.ü.f.d., dosent Məhərrəmov Yanoş Mahmud oğlu tərəfindən şikayət məktubu daxil olub. Media vasitsəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri Ramiz Rzayevə müraciət edən Y.Məhhərrəmovun məktubunu olduğu kimi dərc edirik:

"Dedi ki, bütün rəsədxana elmini ləğv etdiyinə görə mən elmlər doktoru ola bilmərəm”

"Hörmətli Ramiz müəllim!

Sizə bildirirəm ki, mən 15 ildir Şamaxı Astrofizika Rəsədxanasında (ŞAR) əzmlə çalışıram. Elmi iş fəaliyyətim bu günədək həmişə yüksək səviyyədə olmuşdur. Lakin Sizin yeznəniz (bacınızın həyat yoldaşı) Namiq Cəlilov ŞAR-a direktor təyin olunandan bəri mənə qarşı da yavaş-yavaş təhdidlər artmış, rəsədxanada qanunsuzluqlar, çoxsaylı saxtakarlıqlar, cinayət əməlləri baş alıb getməkdədir. Bütün bu cinayət əməllərinin və kobud qanun pozuntularının başında məhz ŞAR-ın direktoru, yeznəniz Namiq Cəlilov dayanır.

Belə ki, hər şey mən elmlər doktoru üzrə doktoranturaya yer sifariş verib təsdiq olunandan sonra başladı. Hazırda elmlər doktoru üzrə 3-cü kurs doktorantam. Nüfuzlu xarici jurnallarda, o cümlədən yerli jurnallarda artan sayda məqalələrim və doktorluq-dissertasiyası mövzusu üzrə ümumi "İCMAL” seminarımı keçirdikdən sonra yeznəniz Namiq Cəlilov və özlərini onun adamları kimi göstərənlər üstümə müxtəlif hücumlar təşkil etdi, məni dolayısı ilə təhdid etdilər ki, elmlər doktoru olmaq iddiamdan əl çəkim. Lakin onların hamısı artıq tam əmin oldular ki, mən bu iddiamdan əl çəkən deyiləm. Bir sözlə, mənim elmlər doktoru olmağıma qarşı dəhşətli dərəcədə qısqanclıq, gözü-götürməzlik və xainlik yarandı və bu əsasda onlar münasibətləri düşmənçilik səviyyəsinə qədər dərinləşdirdilər. Yeznəniz direktor Namiq Cəlilov axırda mənə eşitdirdi ki, o, 188 saylı, 15 Sentyabr 2016-cı il tarixli və sonra isə 202 saylı, 04 oktyabr 2018-ci il tarixli əmrlər imzalayıb və bu əmrlərlə indiyədək olan bütün rəsədxana elmini ləğv etdiyinə görə mən elmlər doktoru ola bilmərəm.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Nizami rayonu Qara Qarayev prospektində ağacların kəsilməsi faktı ilə bağlı araşdırmalara başlayıb.
 Belə ki, Qara Qarayev 30/42, Qara Qarayev 34/67 ünvanlarında ağacların qırıldığı əraziyə ETSN-in mütəxəssisləri gəliblər.

Məlumata görə, nazirlik hazırda ərazidə araşdırma aparır, nəticələr barədə ətraflı məlumat veriləcək. 

 Digər məlumata görə isə artıq Qara Qarayev 30/42, Qara Qarayev 34/67 ünvanlarında aparılan tikinti dayandırılıb.
 Qeyd edək ki, bir neçə gündür, mətbuatda Nizami rayonunda ağacların qırılması ilə bağlı məlumatlar gedir. Xəbərlərdən birində "Laçın" Ticarət Mərkəzi ilə "8-ci km" bazarı arasında yolun kənarında yerləşən ərazidə ağacların qırılması, hasara alınaraq yerində milyonluq ticarət obyektlərinin tikilməsindən bəhs edilir.
 Nizami rayonunun icra başçısı Arif Qasımov isə sözügedən ərazidə ağacların qırılması və yerində obyektlərin tikilməsi ilə bağlı xəbərə reaksiya verib. 
 O, mətbuata açıqlamasında ağacların qırıldığı ərazidə ucaldılmış hasarların söküləcəyini deyib.
Bazar ertəsi, 23 İyul 2018 00:00

Ağdamın işğalından 25 il ötür

Yazan
İşğalın rayona 3 milyard 135 milyon dollar ziyan vurduğu bildirilir
 
İyulun 23-də Ağdam rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğalından 25 il ötür.
 
Rəsmi məlumatlara görə, işğal nəticəsində 128 min nəfər didərgin düşüb, 122 kənd, 24 min 446 yaşayış binası, 48 sənaye və tikinti müəssisəsi, 160 məktəb binası, 65 səhiyyə mərkəzi, 373 mədəniyyət ocağı, 1 teatr, 3 məscid və 2 muzey yandırılaraq dağıdılıb.
 
Ağdamın Qarabağ müharibəsində ən çox şəhid verən rayon olduğu bildirilir, döyüşlərdə 6 minə yaxın rayon sakini həlak olub. Onlardan 16-sı milli qəhrəmandır.
 
İşğalın rayona 3 milyard 135 milyon ABŞ dolları məbləğində ziyanvurduğu açıqlanıb.
 
Rayon işğal olunanda prezident səlahiyyətləri Heydər Əliyevdə olub. Belə ki, iyunun 24-də Milli Məclisdə AMİP deputat qrupunun təklifi ilə prezident Əbülfəz Elçibəyin səlahiyyətləri Milli Məclis sədri Heydər Əliyev keçib.

Lerikdə abadlıq-quruculuq işləri altında milyonlar xərclənib, amma rayonda durum bərbaddır.

Bu barədə Xeber.info-ya Lerik Rayon İcra Hakimiyyətinə yaxın mənbə məlumat verib.

O bildirib ki, ölkə başçısı indiyə qədər rayona 50 milyondan artıq vəsait ayırıb. Amma şəhərin mərkəzi dağılmış vəziyyətdədir.

“Ölkə başçısının ayrıdığı vəsaitlər hesabına respublikanın hansı ərazisinə baxsan, orada inkişaf və tərəqqi görərsən. Bəs Lerikdə durum niyə belədir? Rayonda quruculuq-abadlıq işləri adı altında ayrılan vəsaitlər kağız üzərində silinir. Səsini çıxaranı da təhdid edib qorxudurlar. Bu işlərin arxasında icra başçısı Rövşən Bağırov və onun birinci müavini Cəlil Baxşıyev dayanır. Etiraz edənləri müxtəlif yollarla susdururlar”.

Mənbə deyib ki, Lerik şəhərində parklar və yollar bərbad gündədir. Pulsilmə əməliyyatdan şəhər icra hakimiyyətinin rəhbəri Kaməddin Məstiyevin də xüsusi rolu var: “Bu işləri Rövşən Bağırov və Cəlil Baxşıyev məhz Kaməddin Məstiyevin vasitəsilə görürlər. Gedin başqa rayonlara da baxın. Görün necə inkişaf ediblər. Qoymurlar rayona ayrılan vəsaitlər normal qaydada xərclənsin. Əlaqələndirirlər ki, guya Lerik ucqar rayondur və buraya vəsait ayrılmır. Son 10 ildə 50 milyondan çox vəsait hara gedib? Kim xərcləyib bunları? Kaməddin Məstiyevin fəaliyyəti rayona baxsan, göz qabağındadır. Kimdir bu adama səlahiyyət verən? Təbii ki, icra başçısı və Cəlil Baxşıyev. Rayonda təzə maşın sürmək mümkün deyil. Normal maşını olan rayonda sürmür ki, dağılmasın. Yaxşı, bu kəndarası yolları başa düşdük, axı bu şəhərin mərkəzi belə olmamalıdır”.

Mənbə deyir ki, Bağırov-Baxşıyev cütlüyü xoşu gəlmədiyi məmurları gözümçıxdıya salır, təzyiq altında qoyur. Bəzilərini mediadakı dostları vasitəsilə şantaj edir: “Artıq rayonda dözülməz şərait yaradılıb”.

Məsələ ilə bağlı Lerik rayon İcra Hakimiyyətindən açıqlama almaq mümkün olmayıb.

Təhsil eksperti Etibar Əliyev Azərbaycan Mili Ensiklopediyası ilə bağlı bıabırçı fakt açıqlayıb.

BakuPost xəbər verir ki, o, ensiklopediyanın ruslardan köçürüldüyünü iddia edib. Təhsil ekspertinin Milli Ensiklopediyanın 7-ci cildindən misal da çəkib: "Milli Ensiklopediyanın 7-ci cildini satışda gördüm. Bu cildin 476-cı səhifəsində XX əsrin mühüm fəlsəfi cərəyanı sayılan "ekzistensializm” haqqında məqalə verilib.

 Yazıblar: "Eksiztensializm(lat.ex(s)istentia-varlıq), varlıq fəlsəfəsi”. Ekzistensializm "varlıq” haqqında cərayan deyil, ey alimi-biəmməllər. Ekzistensializm "mövcudluq” haqqında fəlsəfi cərəyandır. "Varlıq” haqqında fəlsəfi təlim "Ontologiya” adlanır. Bunu qoyuram bir yana. "Ekzistensializm” haqqında məqaləni elə urvatsız tərcümə ediblər ki, hətta bunu oxuyan filosoflar da heç nə başa düşə bilməzlər”.

E. Əliyevin iddiasına görə, ensiklopediyanın cildlərindəki məqalələr əsasən "Bolşaya Rossiyskaya Ensiklopediya”dan köçürülür: "Ensiklopediya işini bilməyənlər deyirlər ki, burada qəbahət yoxdur. Ancaq bu qəbahət olmaqla yanaşı, həm də rüsvayçılıqdır. Ölkənin alim potensialını şübhə altına almaqdır. Sadəcə, tərcümə işidir”.

Etibar Əliyev düşünür ki, 2004-cü ildə olduğu kimi bu ensiklopediyanın da yüksək dairələrdə müzakirəsinin vaxtı çatıb.

Məsud Özil Almaniya yığmasını tərk etdi: “Türklüyə ehtiram göstərilməməsi bardağı daşıran son damla oldu”

Türk əsilli Alman futbolçu Məsud Özil son dövrdə baş verən hadisələrdən dolayı Alman Milli Komandanı buraxdığını açıqlayıb. Avropa.info xəbər verir ki, Məsut Özil yaşanan son hadisələrdən sonra Almaniya milli komandasının formasını geyinmək istəmədiyini açıqlayın. “Yaşanan hadisələr sonrasında uzun müddət düşündüm və irqçilik ilə hörmətsizliyi hiss etdiyim üçün qərara aldım ki, Almaniya milli komanda formasını geyinməyəcəyəm. Bu formanı böyük bir həyəcanla geyinirdim, ancaq artıq bu vəziyyət belə deyil. Bu qərarı almaq həqiqətən çox çətin idi, çünki komanda yoldaşlarım və Almaniyanın yaxşı insanları üçün meydançada hər zaman hər əlimdən gələni etdim. Federasiya rəsmiləri isə mənim Türk milliyyətimə hörmətsizlik etdi. Eqoistcəsinə davrandılar və məni bir siyasi təbliğata alət etdilər. Artıq kifayətdir. İrqçilik heç bir zaman anlayışla qarşılanmamalıdır. Almaniya üçün etdiklərim unuduldu. Mənə qarşı olan mövqeləri, Türklüyə ehtiram göstərməməsi bardağı daşıran son damla oldu. Qalib gələndə Alman, itirəndə qaçqın oluram. Dostlarım Podolski və Klose, heç bir zaman Polşalı-Alman olaraq görülmədi, mən niyə Türk-Alman olaraq görülmüşəm? Türkiyə olduğu üçün? Müsəlman olduğum üçün”? deyə məhşur futbolçu qeyd edib.

Bu dövr ərzində hakimiyyət müstəqil medianın sıradan çıxarılması üçün məqsədyönlü siyasət aparıb.

HZAzərbaycan mətbuatının banisi Həsən bəy Zərdabidir. Böyük çətinliklərdən sonra o, Bakıda Türk dilində “Əkinçi” qəzetinin nəşr edilməsi üçün icazə alıb. Bu qəzetin ilk nömrəsi 1875-ci il iyulun 22-də çapdan çıxıb. “Əkinçi” qəzetinin nəşri bütün Qafqazda əks-səda doğurub. 1875-1877-ci illər ərzində fəaliyyət göstərmiş qəzetin 56 nömrəsi işıq üzü görüb.

EQ“Əkinçi” qəzeti xalqımızın milli oyanışında, milli birliyinin möhkəmlənməsində böyük rol oynayıb. Qəzetin mütərəqqi ideyaları Rusiya hakim dairələrini narahat edib və iki il sonra qəzet bağlanıb. Azərbaycan mətbuatının ilk müjdəçisi “Əkinçi”dən sonra bu sahədə xeyli irəliləyişlər olub. XIX əsrin sonlarında “Ziya”, (1879), “Kəşkül” (1880), “Kaspi” (80-90-cı illər) qəzetləri nəşrə başlayıb.

XX əsrin əvvəllərində C.Məmmədquluzadə, M.Şahtaxtinski, S.Hüseyn, Ö.Faiq Nemanzadə, Ü.Hacıbəyli və başqaları yeni demokratik mətbuatın yaranması uğrunda mübarizə aparıblar. Bu gərgin mübarizə öz nəticəsini verib. “Şərqi-rus” (1903), “Həyat” (1905), “Açıq söz” (1915), “Azərbaycan” (1918) kimi demokratik ruhlu, milli qayəli qəzetlər meydana çıxıb.

AM1980-ci illərin II yarısından başlayaraq Azərbaycan mətbuatı yeni inkişaf mərhələsinə qədəm qoyub. Bu mərhələ həm də Azərbaycanda dövlət quruculuğu dövrü olub. 1998-ci ilin avqust ayında senzura ləğv edilib və 2009-cu ilin martın isə Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondu yaradılıb. Bütün bunlar Azərbaycanda mətbuatın inkişafına ciddi təkan verəcəyi ümidini yaratsa da, zaman-zaman bunun əksi baş verib.

Hazırda Azərbaycanda ifadə azadlığının məhdudlaşdırılması ciddi problem olaraq qalıb. Kütləvi informasiya vasitələri və jurnalistlər hakimiyyət orqanları tərəfindən siyasi təzyiqlərlə üzləşib və polis zorakılığına məruz qalıb. Tənqidi medianın nümayəndələri və bloqqerlər polis tərəfindən təhdid edilib, ölkədən çıxışına qadağa qoyulub və həbs olunub.

AHBu dövr ərzində Azərbaycanda hakimiyyət orqanları müstəqil medianın sıradan çıxarılması istiqamətində məqsədyönlü siyasət aparıb. Dövlət orqanlarından informasiya almaq imkanları məhdudlaşdırılıb. İcra hakimiyyəti strukturları və müəssisələr nazirliklərin razılığı olmadan medianı məlumatlandırmaqdan imtina edib.

Azərbaycanda “Kütləvi İnformasiya Vasitələri Haqqında Qanun”una ümumiyyətlə əməl edilməyib, “İnformasiya Əldə Etmək Haqqında” Qanun isə ən mürtəce şəkildə siyasi hakimiyyətin maraqlarına uyğun tərtib olunub. Ölkədə fəaliyyət göstərən kütləvi informasiya vasitələri hökumətin maliyyə asılığındadır və özünü maliyyələşmə mexanizmi məhv edilib. Azərbaycan hakimiyyəti Cinayət Məcəlləsinin 147-ci  və 148-ci maddələrini ləğv etmək və ya “Diffamasiya Hqaaında Qanun”u qəbul etmək barədə Avropa Şurası qarşısında götürdüyü öhdəlikləri yerinə yetirməkdən imtina edib.

MTRSAzərbaycanda müstəqil telekanal yoxdur və ölkədə fəaliyyət göstərən telekanalların yalnız 11-i bütün ölkə ərazisində yayım imkanına malikdir. Digər telekanallar regionlarda və internet vasitəsilə yayımlanır. Azərbaycan Milli Televiziya və Radio Yayımları Şurası Prezident Administrasiyasından birbaşa asılıdır və ümumrespublika üzrə yayımlanmalı olan yeni televiziya kanallarının açılmasına lisenziya vermir. Azərbaycan hakimiyyəti ölkədə müstəqil televiziya kanallarının fəaliyyətinə siyasi təhlükə kimi baxır. Müxalifət nümayəndələrinin və vətəndaş cəmiyyəti fəallarının telekanallarda çıxışı qadağan edilib. Azərbaycanda fəaliyyət göstərən radio kanalları da hakimiyyətin nəzarətindədir. Xarici radioların yayımına qadağa qoyulub.

Müstəqli və nisbətən tənqidi mövqe nümayiş etdirən qəzetlər və xəbər saytları dərhal maliyyə mənbəyi kəsilməklə cəzalandırılır. Müxalifətə yaxınlığı ilə seçilən mətbuatın fəaliyyəti tamamilə qadağan edilib. Bütün telekanllar, hətta İctimai Televiziya və Radio yayımları Şirkəti birbaşa Azərbaycan Prezidenti Administrasiyasının siyasi nəzarətindədir. Siyasi plüralizmə meydan verilmədiyindən müxalifət fəallarının, vətəndaş cəmiyyəti nümayəndələrinin telekanallara və hakimiyyətin maliyyə asılığında olan media orqanlarına çıxışına qadağa qoyulub.

Belə bir şəraitdə Azərbaycanda Milli Mətbuat Gününü qeyd edirik. Bayramınız mübarək əziz həmkarlarımız!

Səbinə MƏMMƏDLİ

Bazar, 22 İyul 2018 00:00

Şəhid atası və məmur babası

Yazan

Daha bir şəhid verdik. Adil Tatarov ailənin tək oğul övladı və dörd bacının bir qardaşı idi. Mediada paylaşılan şəhid atasının yas mərasimindəki nimdaş paltarından, sökük ayaqqabısından utanan bir məmuru gördünüzmü? Ətrafında ona təskinlik verənlər sırasında bir məmur görkəmli insan belə yox. Onun yanında əyləşən və başsağlığını qəbul edən bircə dövlət hərbçimiz də gözə dəymədi.

“Vətən sağ olsun” deyimini təkrarlayıb yalançı təskinliyi bir kənara qoyun. Biz vətənin önəmini və Ana təəsübünü doğru anlayardanıq. Odu bir tərəfə qoyub, küllə oynamayın. Səbəbləri unudub, nəticəni gözümüzə soxub özünüzün korrupsioner mahiyyətinizə haqq donu geyindirməyin. Kasıb uşaqların ön cəbhəyə yollayıb, varlı uşaqlarını min bir bəhanə ilə xaricə göndərməyinizə də cəmiyyət çoxdan öyrəşib. Hətta buna görə üzərinizə gələnlər də yoxdur. İctimai qınaq da sizi sıxmır. Azad media problemi yaşayan cəmiyyətdə doğru sözün tək ünvanı sosial şəbəkələrdir ki, orada da bu ictimai qınaq istədiyimiz səviyyədə deyil.

Şəhidimizlə bağlı məlumatda bir məqam daha çox ürəkağrıdıcıdır. Ailənin tək oğlu və yenicə xidmət görmüş 18 yaşlı gənc uşaq ön cəbhədə xidmət keçirmiş. Ailənin tək oğlan övladının ön cəbhədə xidmət etməsi nə deməkdir?

Məlumat üçün bildirim ki, Elçibəy iqtidarı zamanında ailənin tək oğlan övladlarının ümumiyyətlə, hərbi xidmətə aparılmasını qadağan edən qanun mövcud idi. Bu qanun müharibənin ən qızğın illəri hesab olunan dövrdə belə qəbul olunmuşdu. Ümumiyyətlə, ailənin tək övladının ön cəbhədə xidmət keçməsi ikiqat məsuliyyətsizlikdir. Bu bir ailənin nəsilinin kəsilmə riski deməkdir.

Əgər hərbi xidmət üçün istisnaların olmaması ordu üçün çətinlik yaradırsa, o zaman səfərbərlik üçün hamıya eyni standartların tətbiq olunması ədalətli deyilmi? Bu ölkədə nə zaman həm müxtəlif imtiyazlara malik olub, həm də övladının hərbi xidmət keçməsi məmur korpusunun “qoşa qanadlı” üstünlüyü sayılacaq? Nə zaman qəhrəmanlıq nümunələri daha çox təşviq olunacaq? Qarabağ qaziləri haçan başımızın üstündə olacaq? Çox təəsüf ki, tamam fərqli mənzərəni görürük. Hərbi xidmətin önəmi fərari müğənnilərin mahnı oxumağının kölgəsində qalıbsa, hansı vətənpərvərlikdən danışa bilərik ki?  Dünya tarixində hərbi xidmətin önəmini vaxtında anlamayan cəmiyyətin pis aqibəti hamımızı düşündürməlidir axı...

Atatürkün vaxtı ilə hərbi məktəblərin tədris planına salınmasına əmr etdiyi Qriqoriy Petrovun “Bəyaz zanbaqlar ölkəsi” əsərində maraqlı bir epizod var: “Bu günə qədər Finlandiya xalqı hərbi xidmətdən nifrətlə danışırdı. Əvvəllər kopudluq, tərbiyəsizlik, dava-dalaş və qarışıqlıq olan yerlərdə hər kəs: “Cənablar, bura hərbi məntəqədir?”, “Sanki hərbi hissənin havası gəlir!” “Onun əxlaqını hərbi xidmət pozub!” deyirdilər. Gənc fin zabitləri artıq bu sözlərdən inciyir və eşitmək istəmirdilər. Onlar artıq, - “Yeni dövrün hərbi xidməti başqa bir hərbi xidmət olacaq!”-deyə an içmişdilər. “Biz hərbi xidməti bir xalq məktəbinə, hətta universitet formasına çevirəcəyik. Qoy hər bir əsgər hərbdə keçirdiyi günləri həyatı boyu sevgi ilə xatırlasın və hər zaman tərifləsin; hərbi xifmətdə öyrəndiklərini həyatında müvəffəqiyyətlə tətbiq etməkdən qürur duysun. Hərbi xidməti elə bir məqamə yüksəltməliyik ki, artıq xalqımız alçaldıcı ifadələr əvəzinə, - “Xeyirli olsun, onu hərbi xidmət islah edib”, “O təhsilini hərbi xidmətdə alıb”, “Əsgərlik vaxtı dürüst, çevik, çalışqan və kubar olmağı öyrəndi”- desin və bu sözləri hər biri atalar sözlərinə çevrilsin.” Hərbi xidmətin gənclərə verdiyi inam və güvən, sonradan mülki həyatda onlara adekvat münasibəti şərtləndirməlidir. Hərbi xidmət görən, ailəsindən şəhid verən insan bu cəmiyyətdə ən hörmətli insanlar sayılmalıdır. Adicə yol polisinin və ya hakimin hörməti müharibədə ayaqlarını itirmiş Qarabağ qazisindən yuxarı başa keçirilibsə, onda hansı sosial ədalətdən danışmaq olar ki? Həmin məmur öz ailəsindən şəhid vermədiyi üçün həmin ailənin çəkdiyi çilələri dərk edə bilmir. Çünki vəzifəli məmurun şəhid, müharibə qəhrəmanı olan yaxınını nümunə gətirmək örnəyi bu ölkədə möcüzəyə bərabər sayılır. Çünki, nə ölkədə nə müharibədə qəhrəmanlıq rəşadəti görsədənlərə hörmət var, nə də müharibə ovqatı. Əvəzində nə var? Müharibədə olmazın rəşadətin göstərən Babək Həsənov, Asif Yusifli və çoxsaylı insanların heç bir səbəb olmadan nəinki mükafatlandırılıb, hətta saxta cinayətlə həbsə atılıb. 

Düşünmək üçün sizə uzaq tarixdən misallar çəkməyəcəm. Yaxın günümüzdən və bizimlə eyni siyasi keçmişi tam oxşar olan Ermənistandan nümunə verəcəm. Yenicə demokratik dalğada yenicə hakimiyyətə gəlmiş Ermənistanın baş naziri Nikol Pashinyan bütün Ermənistan məmurlarına nümunə olacaq bir addım atdı. O, 18 yaşılı oğlu Ashot Paşinyanı hərbi xidmətini Qarabağda çəkməsi üçün onu ordu sıralarına yolladı. Onu bir zənglə belə istənilən universitetə qəbul etdirmək gücü olan baş nazir bunu özünə yaraşdırmadı. Məmurlara uzaq tarixdən deyil, qulağımızın yanında olan qonşu dövlətdən canlı örnəkdir. Bu cür kütləvi nümunələr təkrarlansa, ictimai münasibətlərdə yaşadıqlarımız tamam fərqli olar. O zaman yaşadıqlarımız meyara çevrilər.  

Əvəzində bizdə hansı meyar dəyərə çevrilir? İctimai zövqü nələr formalaşdırır? Bakı şəhərində mərasim evlərində ara-sıra yas məclislərini görürük. İynə atmağa imkan olmayan bəzi məclislər statuslu bir insanın ölümündən öncə xəbər verir. Həmin  mərasimlərdə məmur övladının 90 yaşlı babasını yası az qala nazirlər kabinetinin müşavirəsini xatırladır. Kədərlərini ifadə edən ədabazlıqla damağında siqarlərin tüstüsü az qala ekoloji balansı pozacaq səviyyədə olur. Ailə-uşağı üçün yaşayıb, onlara gün-dirlik ağlayan bu yaşlı kişinin itkisi az qala ümumilli itki kimi qələmə verilir. Onun keçmişi ilə bağlı yalançı mollarar da “xalqına xidmət” ritorikası yapırlar. Amma xalqın namusu və torpağı uğrunda həyatını qurban verən bir gəncin atasına bunca mənəvi təsəlli tablosunu görə bilmirik. Əslində cəmiyyətdə mənəvi mühitin sağlam olduğu yerdə şəhid atasını görəndə icra başçısı, naziri və deputatı onun ayağına gəlməyi borc bilməlidir. Əsgər geyimini əyninə almayan, Azərbaycanı yalnız xəritədə xatırlayan, fərari məmur övladlarının isə şəhid ailələrinə əvəzi qaytarılması mümkün olmayan borcları var. Onu unutmasınlar!

Məhəmməd Talıblı

1532237037 mehemmed1

Beynəlxalq Valyuta Fondunun rəhbəri: "Tramp dünya iqtisadiyyatına zərbə vuracaq"

"ABŞ-ın tətbiq etdiyi rüsum və tariflər dünya iqtisadiyyatına təsir göstərə bilər".

Bu sözləri Beynəlxalq Valyuta Fondunun rəhbəri Kristin Laqard deyib.

“Ən pis ssenaridə rüsumlar qlobal ÜDM-in 0.5 faiz azalmasına səbəb ola bilər”, - Laqard bildirib.

Dünən (21 iyul 2018) Almaniyanın Bochum şəhərində Demokratik Azərbaycanı Seç (DAS) ictimai-siyasi təşkilatının ilk Ümumi Yığıncağı keçirilib. Bu barədə DAS-ın İdarə Heyətinin üzvü Cavid Cabbarlı Xeber.İnfo-a məlumat verib. 

C.Cabbarlının sözlərinə görə, Ümumi Yığıncağa azərbaycanlı mühacirlərlə yanaşı, Almaniyanın ictimai-siyasi və mətbuat nümayəndələri də qatılıblar: „Bu, DAS-ın ilk Yığıncağı idi. İlk yığıncaqda DAS-ın Nizamnaməsi təsdiq olundu və İdarə Heyətinə, Nəzarət Təftiş Komissiyasına üzvlər seçildi“. 
Qeyd edək ki, DAS Avropada yaşayan azərbaycanlı mühacirlər tərəfindən 03.06.2018-ci il tarixində elan edilib.

10 -dən səhifə 197