Almaniya Federal Respublikası qaçqın statusu alan əcnəbilərin işinə yenidən baxa bilər. Xeber.İnfo-nun məlumatına görə, bu barədə bundesregierung.de saytı məlumat verib.

Federal Hökumətin qərarına görə, qaçqın statusu alan şəxslər üç il ərzində yenidən araşdırılacaq və nəticədə qaçqın statusu ləğv edilə bilər.

Belə hallar baş verərsə, həmin şəxslərin dərhal Almaniyadan çıxarılması təmin olunacaq.

Miqrasiya və Qaçqınlar İdarəsi (BAMF) verilmiş status qaydalarının tələblərini araşdıracaq. Bunun əsasında, qorunma haqqı olanlar həm də əməkdaşlıq etməlidirlər.

Cümə axşamı, 02 Avqust 2018 00:00

Yardımlıda meşəni kim(lər) yandırdı - VİDEO

Yazan

Yardımlı meşələrindəki yanğının səbəbi nə idi? - Şok detallar

"Meşələrin İnkişafı Departamentinin əməkdaşları dəhşətə gəliblər"

İyulun 5-də Masallı Regional Meşə Təsərrüfatı Mərkəzinin nəzarətində olan Masallı-Yardımlı-Cəlilabad meşə massivində baş verən yanğının səbəbləri məlum olub. Bu barədə xeber.infoya etibarlı mənbə məlumat verib. Məlumatda bildirilir ki, yanğın məqsədli törədilib və yerli qurumlar bu olayı gizlətməklə məşğuldurlar. Hətta bu barədə Ekologiya naziri Muxtar Babayevə də yanlış məlumat verilir: "Yanğın Yardımlı rayonunun Şıxlar kəndi yaxınlığında çətin keçilən dağlıq ərazidəki meşə zolağında başlamış və Masallı-Cəlilabad rayonları ilə sərhəd meşə zolaqlarına qədər davam edib. Nəticədə böyük bir meşə massivi sıradan çıxıb". Hadisə ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat xidməti rəsmi açıqlama yayıb. 38033473 1931431413585374 8521554860062015488 nRəsmi məlumata görə, Masallı Regional Meşə Təsərrüfatı Mərkəzinin Yardımlı rayonu sahəsində baş verən yanğının söndürülməsinə cəlb olunan Ekologiya və Təbii Sərvətlər və Fövqəladə Hallar Nazirliyinin əməkdaşları, yerli icra hakimiyyəti nümayəndələrinin və rayon sakinlərinin fədakarlığı nəticəsində bu gün yanğın lokallaşdırılıb. Məlumatda deyilir ki, Yardımlı rayonunun Şıxlar kəndi yaxınlığında çətin keçilən dağlıq ərazidəki meşə zolağında başlamış yanğının söndürülməsi istqamətində işlər isə Cəlilabad rayonunun Fətullaqışlaq kəndi istiqamətindən də başlanılıb. "Ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev 5 iyul tarixindən yanğın baş verən ərazidə nazirliyin yanğına qarşı səfərbər olunan qüvvələrinə rəhbərlik edir”, - deyə nazirliyin məlumatında bildirilib. Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yaydığı məlumata görə isə yanğının söndürüməsi üçün ərziyə FHN-nin 100 nəfər canlı qüvvəsi, 3 ədəd yanğınsöndürmə texnikası, Aviasiya dəstəsinin “BE 200 ÇS” amfibiya təyyarəsi, “Mi-17” yanğınsöndürmə helikopteri, ETSN-nin Meşə Təsərrüfatı İdarəsinin 180 nəfər əməkdaşı, 60 nəfər yerli əhali cəlb olunub. 38147568 1931431420252040 7423518184185004032 nYanğının hansı səbəbdən baş verməsi tam açıqlanmasa da, ETSN-nin yerli şöbəsindən bildirilib ki, hadisə naməlum şəxs tərəfindən ehtiyatsızlıq üzündən baş verib. Amma hansısa səbəbdən detallar tam açıqlanmayıb. Mənbənin xeber.info-ya verdiyi ilginc məlumata görə isə hadisədə ETSN-in Meşələrin İnkişafı Departamentinin direktor əvəzi Söhrab Abbasov da günahı var: "Yanğının söndürülməsinə Meşələrin İnkişafı Departamentinin əməkdaşları da cəlb olunub. Departamentin direktor əvəzi Söhrab Abbasov da şəxsən hadisə yerinə gəlib. O, nazirliyə hadisə ilə bağlı açıqlama verərkən deyib ki, yanğını naməlum şəxs ehtiyatsızlıq üzündən törədib. Amma yanğınn söndürülməsində iştirak edən şəxslər başqa söz deyirlər. Hətta bu məsələ artıq Masallı və Yardımlı rayonlarında da geniş müzakirə olunur. Belə ki, ekologiya naziri may ayında geniş iclas keçirərək Meşələrin İnkişafı Departamentinin tabeliyində olan müəssisələri birləşdirərək regional meşə təsərrüfatları yaradılmasını tapşırıb. Departamentinin direktor əvəzi Söhrab Abbasov da bu vəziyyətdən məharətlə istifadə etməyə çalışır. O, bir neçə müəssisənin rəhbərinə deyib ki, sizi regional mərkəzə gətirəcəyəm. Regional mərkəzə gətirdiyi direktorlardan biri də Yardımı Meşə Mühafizəsi və Bərpasının direktoru Füzuli Bəgişovdur. Nazirliyin tapşırığına görə direktorlar test imtahanından keçməli və yüksək bal toplayanlar vəzifəyə təyin edilməlidir. 38160558 1931431403585375 5226716461812154368 nDeyilənə görə, Söhrab Abbasov imtahana salınmış testlərin cavablarını qabaqcadan Füzuli Bəgişova verib. Bunun müqabilində isə ondan yüksək məbləğdə "haqq" tələb edib. O da böyük bir ərazidə ağacları kəsdirib ki, bu "haqqı" ödəyə bilsin. Meşədəki yanğın da məhz qanunsuz kəsilmiş ağacları ört-basdır etmək üçün törədilib. Qanunsuzluq izaholunmaz həddədir. Heç kəs bu biabrıçılığa son vermir. Təsəvvür edin ki, yanğının söndürülməsində iştirak edən Meşələrin İnkişafı Departamentinin əməkdaşları bu qanunsuzluqdan dəhşətə gəlibmişər. Onlar Söhrab Abbasova bu vəziyyəti danışanda o deyib ki, "nə danışırsınız, mən 3 gündür meşələri gəzirəm, 1 kötüklə rastlaşmamışam, bir ağac kəsilməyib". "Çox maraqlıdır ki, Söhrab Abbasov 6-7 gün həmin ərazidə oldu, ancaq yoxlama aparmadı. Amma sonradan cənab nazirin tapşırığı ilə həmin ərazi yoxlanılaraq, külli miqdarda ağacın qanunsuz kəsilməsi aşkarlandı. Əminik ki, nazir bu durumdan məlumatlı deyil. Amma başqa əlacımız yoxdur. Artıq sakinlər özləri də meşələrdə kəsilən ağacların kötüklərinin şəklini çəkiblər, oraya texnikanın necə getdiyini qeyd ediblər. Bütün bunları da nazirliyə təqdim edəcəklər. Çünki cənab nazir bu durumu bilsə, Söhrab Abbasovun nə işlər gördüyünü aydın görəcək", - məlumatda deyilir. Məsələ ilə bağlı adıçəkilən şəxslərdən və nazirlikdən münasibət öyrənmək mümkün olmayıb.

APA-nın bağlanması Əli Həsənovun mütləq varlığına şəhadət gətirənlərin atlarını nalsız qoydu

Əvvəlcədən deyim ki, bu xəbər mənim üçün üzücü oldu. Ona görə yox ki, APA Holding peşəkar xəbər siyasəti yürüdürdü. Ona görə ki, bəlkə yüzlərlə tanıdığım və tanımadığım jurnalist evinə çörək aparırdı, APA-dan.

Məsələnin başqa bir tərəfi var - pis, yaxşı APA kimi bir xəbər agentliyinin bir anda çökdürülməsi həqiqətən faciədir. Belə faciəni ilk dəfə yaşamırıq. APA-dan daha peşəkar və prinsipial mətbu orqanlar bağlanıb, Vüsalə Mahirqızından daha istedadlı baş redaktorlar öldürülüb və sair. Son 15 ildə neçə mətbu orqan dağıdılıb, neçə jurnalist öldürülüb, neçəsi həbs edilib, hamıya məlumdur. Çox kiçik bir səhvə görə, böyük bir mətbuat holdinqini bağlamaq inandırıcıdırmı? Belə ki, APA İlham Əliyevin və onun hakimiyyətinin mövcudluğunda çox zəhmət sərf edib. İndi APA-nın „dili dolaşıb“ deyə, o qədər əziyyəti yerə vurmazlar axı.

Bir yanaşmanı qeyd edib, qaldığım yerdən mövzuya davam edəcəm. Sosial şəbəkələrdə kimlərsə guya APA-ın bağlanmasına sevinirmişlər deyə, qarşı tərəf də „yıxılana balta vurmazlar“ kimi atalar sözlərimizdən yağdırırlar. Əslində APA çoxdan bağlanmalı idi. Qəsbkar və heç bir dəyər tanımayan hakimiyyəti təbliğ edən, mətbu orqan niyə qalsın? Amma və lakin məsələ APA-nın bağlanmasında deyil, hansı şəraitdə, kim tərəfindən bağlanmasındadır.

Mövzuya davam…

İki gün əvvəl, vəzifələrini saymaqla bitməyən, sadəcə İlham Əliyevin köməkçisi dediyim, Həsənov Əli Məhəmmədəli oğluna “Əməkdar dövlət qulluqçusu” fəxri adı verildi. Təxminən eyni gündə Əli Həsənovla selfi çəkdirib, İlham Əliyevin əsgəri olduğunu hər sözünün başında gözə soxan, jurnalist dostlarımızdan birini yolun ortasında oğurlayıb, zirzəmiyə saldılar. Çox sağ olsun Əflatun müəllim, dərhal jurnalistin yerini öyrənmişdi. Deyəsən həyatında ilk dəfə hökumət dairələrindən kimsə ona jurnalistin yerini demişdi. O da, yerə, göyə sığmırdı. Şahın kasıbı dindirmə məsəlində olduğu kimi.

Əlqərəz, bu olanlardan sonra Əli Həsənovun yaratdığı, yedizdirdiyi və güvəndiyi ən böyük mətbu orqan bir anın içində çökür. Biz də inanırıq ki, APA səhv etdi və bağışlanmadı? APA səhv etmədi, bəlkə Fuad Ələsgərov Əli Həsənova ilk turda qalib gəldi, deyək?!

Məsələnin kövrək tərəfinə gəldikdə, həqiqətən APA əvvəlki mətbu orqanlar kimi deyildi və onlar kimi də zərbə almadı, daha betər və sarsıdıcı oldu. APA uzun illər hakimiyyətin zibilini rəndələyib, bir az da üstünə zər-ziba töküb, cəmiyyətə satırdı. Beş-on minlik texniki avadanlığa, bir ofisə, bir də hamampuluna, filan, mətbuatın iflic olmasına imkan yaradırdı. İndi, „APA bağlandı ölkə əldən getdi, jurnalistlər acından öləcəklər“ kimi şüarlar səsləndirirlər. Qələmini hər şeydən uca tutan qələm sahibləri öldürüləndə, həbs olunanda, işgəncələrə məruz qalanda harda idiniz? APA çoxdan bağlanmalı idi, çoxdan dağıdılmalı idi.

İndi çoxunu APA-nın bağlanması maraqlandırmır, hər şeyini Əli Həsənova etibar edən, güvənən redaktorlar özləri üçün narahatdırlar.

Bir müddət Habil Vəliyev adlı bir redaktor, qarşısına çıxanı ayaqlayıb keçirdi. Mətbuat Şurasına silahla girirdi, Əflatun müəllimin bir söz deməyə cəsarəti çatmırdı. Habil Vəliyev də Çovdarovun həmişə var olduğunu güman edib, at oynadırdı. APA-nın bağlanması Əli Həsənovun mütləq varlığına şəhadət gətirənlərin atlarını nalsız qoydu. Bax, problemin əsası budur. Heç kimi, Azərbaycan mətbuatının durumu və sair maraqlandırmır. Hər kəs başının üstünə tutduğu şəmsiyyənin deşildiyindən ehtiyat edir.

Əziz mətbuat kapitanları, Gəncədə alnından vurulan Elmarın başı daşa dəyəndə, Əli Həsənovun da ayağı büdrəyib. Çox yaxınında durmayın, şıllaqlayanda nalsız ayaları üstünüzə toz-torpaq tökməsin!

İlahiyyatçı, yazar Cavid Cabbarlı

cabrli cavid

Rusiya XİN-in mətbuat katibi Mariya Zaxarova erməni mətbuatına müsahibə verib. O, müsahibəsidə Azərbaycanın ərazi bütövlüyünü şübhə altına qoyub.

 Mariya Zaxarova bir necə gün öncə Azərbaycana gələrək, “Jara” beynəlxalq musiqi festivalında iştirak etmişdi.

 Lakin Zaxarova Azərbaycanı tərk etdikdən dərhal sonra, “Sputnik Armenia” ondan müsahibə alıb. Müsahibənin mövzusu isə bu yaxınlarda ölkəmizə səfər edən rusiyalı ideoloqlar, deputatlar və jurnalistlər Aleksandr Duqin, Dmitri Savalyev  və Maksim Şevçenkonun  Azərbaycanın Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinə səfər etmələri, və birmənalı olaraq ərazi bütövlüyümüzü dəstəkləmələri haqda olub.

 Jurnalistlər Mariya Zaxarovadan rusiyalı rəsmilərin mövqeyinin, hökumətin mövqeyi ilə uzlaşıb-uzlaşmadığını soruşublar.  XİN sözçüsü isə bildirib ki, rusiyalı ideoloqların mövqeyi , ölkənin Xarici İşlər Nazirliyinin mövqeyi ilə üst-üstə düşmür: "İstənilən demokratik cəmiyyətlərdə bir çox siyasətçilərin və ekspertlərin fərqli fikirləri ola bilər. Lakin bu fikirlər dövlətin mövqeyi demək deyil.  Amma bu cür fikirlər səsləndirmək onların hüquqlarıdır”.

ABŞ və İran arasında gərginliyin yüksəldiyi bir vaxtda ABŞ-dan İrana danışıq təklifi gəlib. ABŞ prezidenti Donald Tramp iranlı həmkarı Həsən Ruhani ilə ilkin şərt olmadan görüşməyə hazır olduğunu bildirib. APA-nın xəbərinə görə, bunu D.Tramp Ağ Evdə İtaliyanın baş naziri Cuzeppe Konte ilə birgə keçirdiyi mətbuat konfransında bəyan edib.

“Görüşlərin səmərəliliyinə inanıram. Onların təşəbbüslə çıxış etdiyi təqdirdə istənilən vaxt görüşməyə hazıram. Heç bir ilkin şərt olmadan. İran tərəfi görüşmək istəyirsə, mən hazıram”, - deyə Tramp bildirib.

Qeyd edək ki, Trampın bundan əvvəl də iranlı həmkarı ilə danışmaq istədiyi bildirilirdi. Ötən həftə İran Prezident Administrasiyasının Aparat rəhbəri Mahmud Vaezi demişdi ki, ötən il Nyu-Yorkda olan Ruhaniyə Tramp nə az, nə çox, düz 8 dəfə zəng edib, ancaq bu telefon danışığı baş tutmayıb. İndi isə ABŞ İrana qarşı sanksiyaları işə salmaqla Tehrana qarşı təzyiqləri artırıb. İranda dollar heç zaman olmadığı qədər bahalaşıb. Vaşinqton bu ilin noyabrında yeni sanksiyaların olacağı ilə bağlı Tehranı hədələyib. Belə bir vaxtda gözlənilmədən Vaşinqtondan danışıq təklifi gəlib.

Trump Ruhani ile ilgili görsel sonucu

Trampın Ruhani ilə görüş təklifinə İran prezidentinin aparatında siyasi məsələlər üzrə müavin postunu tutan Həmid Əbutalibidən cavab gəlib. Əbutalibi deyib ki, İran xalqına ehtiram və düşmənçiliyin azalması ilə birlikdə ABŞ-ın nüvə anlaşmasına geri dönməsi mövcud böhranın həllinə yol aça bilər. İran rəsmisi deyib ki, ötən il BMTR toplantısı zamanı İran xalqına qarşı təhdid edən açıqlamalardan sonra iki ölkə liderləri arasında danışıqlar məsələsi gündəmə gəldi. İndi isə ABŞ nüvə anlaşmasından çıxdıqdan sonra hər hansı bir ön şərt irəli sürmədən İranla danışıqlar apara biləcəyini bəyan edir. Mədəni cəmiyyətlərdə dialoqun anlaşmazlıqları aradan qaldırmaq vasitəsi kimi baxan insanlar bu prosesin vasitələrinə də bağlı qalmalıdırlar.

Yəni Ruhani dolayısı ilə danışıqlara hazır olduğu mesajını verir. Maraqlıdır ki, bu həftənin cümə günü Yaxın Şərqin “sülh və diplomatiya” mərkəzi hesab olunan Omanın xarici işlər naziri Yusif ibn Ələvi Tehrana səfər edəcək. Səfər zamanı o, Tehranda həmkarı Cavad Zərif və digər yüksək rütbəli İran rəsmiləri ilə bir araya gələcək. Görüşlərdə İran-Oman əlaqələri, regional məsələlər, həmçinin bölgədəki son vəziyyət ələ alınacaq.

Bu məlumatlar Oman xarici işlər nazirinin səfəri ilə bağlı xəbərdən götürülüb. O da bəlli olub ki, Yusif ibn Ələvi bir neçə gün əvvəl Vaşinqtonda səfərdə olub və bu zaman ABŞ müdafiə naziri Ceyms Mattis ilə görüşərək regional məsələləri müzakirə edib.

Əlbəttə, hələlik birmənalı nə isə demək olmaz. Ancaq Yaxın Şərqdə bir qayda olaraq, gizli diplomatiyanın, barışıq danışıqlarının əsas ünvanı Omandır. İran və ABŞ arasında nüvə probleminin həlli ilə bağlı ilk danışıqlar da gizli şəkildə 2011-ci ildən etibarən Omanın paytaxtı Məsqət şəhərində aparılıb. İndi isə Oman yenidən prosesə daxil olub. Özü də Trampın İrana danışıqlar təklif etdikdən həmən sonra.

Təbii ki, Trampın İrandan tələbi nüvə məsələsi deyil. Çünki hər nə qədər iradlar da olsa, 2015-ci ildə imzalanmış nüvə anlaşması Qərbin maraqlarını təmin edirdi. Tramp isə daha çox şey tələb edir. Ən böyük tələb isə Yaxın Şərqdə İsrailə qarşı təhdidin aradan qaldırılmasıdır. 

Trump Ruhani ile ilgili görsel sonucu

Tramp nüvə anlaşmasını ləğv etməsini Tehranın Yaxın Şərqdəki fəaliyyəti, “neftdən əldə etdiyi gəlirləri sülhsevər ərəb və İsrail kimi qonşulara hücum edən Hizbullah və digər terrorçu təşkilatlara yardım etməsi” ilə izah etmişdi. Hətta demişdi ki, İranla yeni anlaşma üzrə danışıqlara hazırdır, bir şərtlə ki, yeni anlaşmada İranın raket proqramları və Yaxın Şərqdəki fəaliyyətləri məhdudlaşmalıdır.

Çünki indi İran ABŞ-ın Yaxın Şərqdəki maraqları üçün birbaşa təhlükəyə çevrilib. İranın hazırda Livan, Fələstin (Həmas, İslami Cihad kimi qruplar vasitəsilə), İraq, Yəmən, Suriya kimi dövlətlərə ciddi siyasi-ideoloji və hərbi təsiri var. Və bu ölkələrin hər birində İran ABŞ və ya onun müttəfiqləri ilə faktiki olaraq savaşır. Doğrudur, bu nəticə heç də asan əldə edilməyib. İran illərdir Yaxın Şərqdə anti-Amerika və anti-İsrail cəbhəsinin formalaşması və güclənməsi üçün pul xərcləyir, ideoloji və hərbi iş aparır. Ancaq istənilən halda indi müəyyən bir nəticə var və bu nəticə ABŞ-ı, onun bölgə müttəfiqlərini və ən əsası İsraili narahat edir. Bu səbəbdən də məsələyə sadəlövh yanaşıb, hər şeyin İranın nüvə fəaliyyətləri üzərində olduğunu demək olmaz. Ortada daha dərin, ideoloji, siyasi, hərbi, iqtisadi rəqabət var.

Ortada olan əsas faktor İsraildir. ABŞ-ın hazırkı administrasiyası Vaşinqton üçün başağrısına çevrilmiş ərəb-İsrail münaqişəsini həll etməyə çalışır. Amma bunu daha sərt formada, Trampın metodu ilə həll etməyə səy edir. Hətta mediaya sızan məlumatlara görə, Tramp hazırkı ərazilərdəki Fələstin administrasiyasını İsrailə tabe etdirməyə çalışır. Son aylarda İsrailin Fələstin üzərində hərbi təzyiqlərinin artması da bununla bağlıdır. Bu mənada ABŞ hazırkı rəhbərliyi qarşısında əsas maneə Fələstin və Livanda İranın dəstəklədiyi silahlı qruplardır.

Ehtimal ki, Trampın Ruhanidən əsas tələbi də məhz bu olacaq: İran Livan və Fələstindəki silahlılara dəstəyini dayandırsın. Çünki ərəb rejimləri ilə dil tapan Tramp üçün əsas başağrısı indi silahlı müqavimət qruplarıdır. Bu qruplar bir tərəfdən İsrail üçün maneədir. Digər tərəfdən ərəb rejimləri üçün narahatlıq yaradır.

Ancaq bu şərtlərlə İran və ABŞ arasında anlaşmanın əldə olunması mümkün deyil - baxmayaraq ki, Ruhani və onun təmsil etdiyi “islahat” camiəsi İranın Yaxın Şərqdəki islamçı hərəkatlara böyük vəsaitlər xərcləməsinin tərəfdarı deyil. Lakin inqilab xətti, ali dini lider tam əksini düşünür. Bu səbəbdən də indiki situasiyada Tehranın Yaxın Şərqdən geri çəkiləcəyi inandırıcı deyil. İstənilən halda danışıqların başlaması müsbətə doğru addımdır.

Kənan Rövşənoğlu,

Səbail Rayon Məhkəməsi hüquqşünasla bağlı qərarını elan etdi
 İyulun 31-də Səbail Rayon Məhkəməsi hüquqşünas Aslan İsmayılovu 1 il 6 ay müddətinə islah işlərinə məhkum edib.
 "Xəmsə” şadlıq sarayının sahibi, "Xəmsə-M” şirkətinin rəhbəri Mürvət Həsənli xüsusi ittiham qaydasında məhkəməyə verib və Aslan İsmayılovun onun haqqında "Facebook” səhifəsində yazdığı "dələduz” ifadəsinə görə CM-nin 147.2 (ağır cinayətdə ittiham etməklə böhtan atma) maddəsilə cəzalandırılmasını istəyib. 
 A.İsmayılov isə bildirir ki, iş adamının dələduzluq əməlləri ilə bağlı Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsində və DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində araşdırmalar aparılıb, M.Həsənli üç gün saxlanılıb. A.İsmayılovun sözlərinə görə, prokurorluqda və BMCMİ-də hüquqlarını müdafiə etdiyi türk iş adamı, "Emre Piliç – Qida Sənaye və Ticarət Limited” şirkətinin rəhbəri Ömür Orala 1 milyon 300 min dollar ödəməli olması haqda etirafdan, üzləşmədə həmin vəsaiti ödəyəcəyinə dair vəddən sonra M.Həsənli buraxılıb, onun haqqında cinayət işi başlanmayıb.
 M.Həsənli isə bildirir ki, belə hal olmayıb.
 Səbail Rayon Məhkəməsinin hakimi Azər Tağıyev sorğu əsasında prokurorluqdan və BMCMİ-dən M.Həsənli haqqında materialların surətlərini alıb. Hakim iyulun 5-də keçirilən məhkəmədə sənədləri elan edib. Sənədlər əsasən, M.Həsənli haqqında cinayət işinin başlanmasından imtinaya dair qərarlar, həmçinin "Siyəzən Broyler”in İdarə Heyətinin sədri Barış Alpayın prokurorluğa məktubu da əlavə olunub. B.Alpay məktubda yazır ki, rəhbərlik etdiyi şirkətin "Emre Piliç”in sahibi Ömür Orala olan 3 milyon 800 min dollarlıq borcunu M.Həsənli vaitəsilə göndəriblər. O isə vəsaitin bir hissəsini çatdırmayıb. Nəticədə Ömür Oral "Siyəzən Broyler”i məhkəməyə verib.
 Məhkəmədə A.İsmayılov bildirib ki, bu sənədlər tam deyil. O, Ömür Oralla M.Həsənli arasında üzləşmə protokollarının da prokurorluqdan alınması barədə vəsatət qaldırıb.
 M.Həsənli isə A.İsmayılovun yalan danışdığını bildirib və onun məhkəmə zalında həbs olunmasını xahiş edib: "Mənim barəmdə heç bir hökm yoxdur. Mənim 3 sutka saxlandığım haqda dedikləri də yalandır. Hər kəsin canını boğazına yığıb. Nə qədər şər-böhtan demək olar? Xahiş edirəm, elə indicə bunu həbs edin, bizi qurtarın”.
 A.İsmayılov isə M.Həsənlini ədliyyə naziri Fikrət Məmmədov və prezidentin köməkçisi Əli Həsənovun himayə etdiyini, bu səbəbdən onunla bağlı şikayətlərin obyektiv araşdırılmadığını, onun məsuliyyətdən kənarda saxlandığını bildirib.
 İyulun 4-də isə Səbail Rayon Məhkəməsi Aslan İsmayılovu Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevə görə 1500 manat cərimələmişdi.

"Yeni Çağ” Media Qrupunun rəhbəri, jurnalist Fərəcov Aqil Ələsgər oğlu naməlum şəxslər tərəfindən qaçırılıb.

Yenicag.az-ın məlumatına görə, iyulun 30-u, axşam saatlarından etibarən, "Yeni Çağ” Media Qrupunun rəhbəri Aqil Ələsgərdən heç bir xəbər yoxdur.
Bu məlumatı saytımıza açıqlamasında Aqil Ələsgərin həyat yoldaşı Günay Fərəcova da təsdiqləyib. Günay xanım bildirib ki, Aqillə sonuncu dəfə iyulun 30-u, saat 19-00 radələrində danışıb:
"Aqillə sonuncu dəfə iyulun 30-u, saat 19:00 radələrində əlaqə saxlamışıq. Danışanda bizə dedi ki, tezliklə evə gələcək. Ancaq axşam saat 21:50-dən sonra mən və anası dəfələrlə zəng etsək də, o, nə zənglərimizə, nə də "WhatsApp” mesajlarımıza cavab verdi.

Əldə etdiyim məlumata görə, Aqil sonuncu dəfə *7555 taksi xidmətindən istifadə edib. Buna görə də onun sifariş etdiyi taksinin sürücüsü ilə danışdıq və ondan öyrəndik ki, avtomobil Qala yolunda naməlum şəxslər tərəfindən saxlanılıb və Aqili özləri ilə aparıblar. Bu zaman Aqilin eynəyi də taksidə qalıb.

Hadisə ilə bağlı 102 xidmətinə müraciət etdik. Müraciətdən sonra Xəzər rayon polis idarəsinin 1 saylı polis bölməsində izahat yazdıq. Lakin həmin saatdan etibarən həyat yoldaşımdan xəbər ala bilmirik.
Qeyd edim ki, Aqil Ələsgər jurnalist fəaliyyəti dövründə daima FETÖ terror təşkilatını ifşa edib. Onun araşdırma yazıları və müəllifi olduğu kitablar sözügedən terror təşkilatının ifşasında müstəsna rolu olub. Bu mənada Aqil Ələsgərin yoxa çıxmasında FETÖ-nün rolunun olduğu istisna deyil.

Aqil Fərəcovun xanımı olaraq həyat yoldaşımın tapılması üçün Azərbaycan Prezidenti Cənab İlham Əliyevə, ölkəmizin Vitse-prezidenti Mehriban xanım Əliyevaya, o cümlədən də daxili işlər naziri general-polkovnik Ramil Usubova, Dövlət Təhlükəsizlik Xidmətinin rəisi general-polkovnik Mədət Quliyevə, Respublikanın Baş Prokuroru Zakir Qaralov və bütün aidiyyatı qurumlardan kimi müvafiq tədbirlərin görülməsini xahiş edirəm”.

Çərşənbə axşamı, 31 İyul 2018 00:00

Heydər Camalın oğlu Afrikada öldürüldü

Yazan

Mərkəzi Afrika Respublikasında jurnalistlər – məşhur filosof Heydər Camalın oğlu Orxan Camal, operator Kirill Radçenko və rejissor Aleksandr Rastorquyev öldürülüblər.

Virtualaz.org “Dojd” telekanalına istinadən xəbər verir ki, bu barədə “Təhqiqatların idarə edilməsi mərkəzi”ndən iki mənbə məlumat verib. Adları çəkilən rusiyalılar həmin ölkədə “Vaqner” özəl hərbi şirkətinin işi barədə sənədli layihə üzərində işləyirmişlər.

Telekanalın mənbələrindən birinin sözlərinə görə, çəkiliş qrupunun ölümünü BMT-nin MAR-dakı missiyası və yerli dövlət qulluqçuları təsdiqləyiblər.

Mənbə iddia edir ki, rusiyalılar nəzarət-buraxılış məntəqəsində saxlanılıblar, daha sonra baş verənlər barədə məlumat yoxdur.

Həlak olanlar tanınıblar.

Allah dünyanı elə mizanda yaratdı ki, dərmansız dərd, çarəsiz insan olmadı. Ətrafa baxsaq bütün xəstəliklərin dərmanı var. Eləcə də insanların adından xoflandığı xərçəngin.

Vetenugrunda.az xərçəng xəstəliyinin bitkilərlə necə müalicə olunduğunu araşdırıb. Araşdırma zamanı bəlli olub ki, nəinki ölkəmizdə, eləcə də bütün dünyada müxtəlif zamanlarda xərçəngi təbii yollarla müalicə edib, birdəfəlik sağaldıblar.

Xərçəngdən necə qurtulaq?

Yapon alimi Katsudzo Nişinin "Xərçəng sağalan xəstəlikdir", "Xərçəng xəstəlik deyil, cahilliyin əlamətidir" fikirləri sanki tibb elmini və insanları uzun illər qorxuyla yanaşdığı bu xəstəliyə qarşı üsyana səslədi. Dahi yapon alimi Katsudzo Nişi bizə daxilimizə gündə bir neçə dəfə nüfuz etməyi məsləhət görürdü. Amma hamı daxilinə nüfuz edə bilirmi? Öz həyat təcrübəsindən, yaşadıqlarından gözəl nəticələr çıxaran alim sonradan bu yaşamın hesabına milyonları xəstəliyin, ölümün pəncəsindən aldı.

Azərbaycanlı həmkarımız Ərşad Əzimzadə isə Nişi sisteminin bəhrəsini gördü. O, 23 illik xəstəlikdən birdəfəlik canını qurtaranda bu üsuldan xalqımızın da yararlanmasına çalışdı və "Möcüzəsiz möcüzə" kitabını ortaya qoydu. Söz yox, başqa millətlər artıq illərdir Nişi sistemindən yararlanırdı. Rusiyada Maya Qoqulanın kitabları da maraqla qəbul edilirdi.

"Çox yemək az yeməkdən də qoyur"

Bax, Nişi də elə bunu deyirdi. Xəstəxanada ağır xəstəlikdən yatdığı illəri xatırlayarakən deyir: "Məni az yemək sağaltdı. Xəstəxanadakı palata yoldaşlarıma yaxınları daha qüvvəli, daha kalorili yeməklər daşıyırdılar ki, onlar çox yesin və tez sağalsın. Lakin çox və həddən artıq kalorili yemək sağaltmır, əksinə öldürür. Bu gün o palatada mənimlə yatan yaşıdlarım həyatda yoxdur".

Biz işdə, evdə, hər hansı məclisdə "yeyib-içən" adamları görəndə mat qalmırıq. Bir tərəfində yemək, bir tərəfində isə içki. Biz ona görə mat qalmırıq ki, buna artıq öyrəşmişik. Bəs çörək yeyərkən su içmək məsləhətdirmi? Əsla, yox. Yemək zamanı və ondan sonra su içən adam öz əli ilə həzmetmə prosesini pozur və qidanı öldürür. Çünki su 10 dəqiqədən sonra mədəni tərk edir, özü ilə bərabər mədə şirəsini də yuyub aparır. Mədə qalır şirəsiz.

Əgər mədədə şirə yoxdursa, o zaman mədəyə yığılan qida necə həzm olacaq? Bax, elə mədəmiz və onunla yanaşı bütün orqanlarımız da bu suala cavab axtara-axtara sıradan çıxır. Gəzən vaxtı, yaxud qaçarkən su içmək zərərlidir. Bu vaxt içilən su mədə divarlarını korlaya və zədələyə bilər. Suyun normadan çox içilməsi, orqanizmdə insulinin çatışmamasına və mədəaltı vəzin pis işləməsinə dəlalət edir...

Xərçəngin müalicəsi ac qalmaqdır

İsrail alimlərinin fikrincə, azkalorili qida xərçəng hüceyrələrinin bölünməsinin qarşısını alır və beləliklə də şişlərin öz-özünə yox olmasına gətirib çıxarır. Normal hüceyrələr isə orqanizmə çox az qida daxil olduqda belə, bölünmə qabiliyyətinə malikdirlər. Tədqiqatçılar orqanizmin məhdud miqdarda enerji aldığı şəraitdə hüceyrələrin artımının riyazi modelini qurublar.

Aydınlaşıb ki, xərçəng hüceyrələri belə şəraitdə sürətlə artmaq iqtidarında deyillər, bu zaman onlar ya çox ləng artır, ya da məhv olurlar. Alimlərin siçovulların üzərində apardıqları oxşar tədqiqatlar azkalorili qida alan heyvanlarda prostat şişlərinin ölçüsünün çox yem qəbul edənlərdən kiçik olduğunu aşkarlayıblar.

Bundan öncə də alimlər pilənmə və qeyri-rasional qidalanmanın xərçəngin inkişafına xidmət etdiyini müəyyənləşdirmişdilər. Tarixən əhalisi az yeməyə öyrəşmiş ölkələrdə bağırsaq və döş xərçəngi xəstəliklərinin geniş yayımlayır. Xərçəngə qarşı necə qidalanmalı, onun qarşısını necə almalı və müalicə müddətində nələrə diqqət etməli? C vitamini ağız boşluğu, yemək borusu və mədə xərçənginə qarşı qoruyucu vasitədir. Ona görə də bu vitaminlə zəngin olan meyvə-tərəvəz yemək məsləhətdir. Təzə portağalın özü də, suyu da bu mənada dərmandır. Beta-karoten mənbəyi olan kök, boranı, təzə kartof və ispanaq kimi məhsullar da bu xəstəliyin düşmənidir. Lakin beta-karoteni də həddindən artıq qəbul etmək olmaz, ağciyər xərçənginə səbəb ola bilər. Quru acı bibərin isə bəzi növləri xərçəng xəstəliyi əmələ gətirir. Acı bibər orqanizmin immunitet sistemini gücləndirsə də, tərkibində aflatoksin maddəsi olduğundan bu maddə qaraciyər xərçənginə səbəb olur.

Britaniya mütəxəssisləri belə bir suala cavab axtarıblar: bizim əcdadlarımız xərçəng xəstəliyinə tutulublarmı? Bu məqsədlə onlar minlərlə qədim Misir və Cənubi Amerika mumiyaları üzərində tədqiqat aparıblar. Məlum olub ki, xərçəng qədim dövrlərdə çox nadir xəstəlik olub və ona praktik olaraq rast gəlinməyib. Bu gün artıq xərçəng təbii səbəblərdən yaranan xəstəlik deyil. Konserogenlər - əsasən müasir sivilizasiyanın ərzaqları və natəmiz ətraf mühitdir. Ona görə də alimlər sivilizasiya ilə təması mümkün qədər minimuma endirməyi tövsiyə edirlər. Onların qənaətincə, bu, öz sağlamlığını təmin etmənin yeganə yoludur.

Qidanızı yaşıllaşdırın ki, həyatınız yaşıllaşsın!

Bitkilərin quruluşunda olan bəzi kimyəvi birləşmələr bitkiləri bakteriyalar, viruslar və göbələkdən qoruyur. Yüksək fitokimyəvi maddələr olan soya qabıqları, armud, kərəviz, zeytun, mərci, sarımsaq, yaşıl çay da xeyirlidir. Tərkibində Omeqa-3 yağ turşuları olan qidalar, dəniz məhsulları da prostat xərçənginin qarşısını alır. Sarımsaq özü çox faydalıdır, orqanizmi infeksiyalardan, mədə, bağırsaq, yemək borusu və ağciyər xərçəngindən qoruyur. Çalışın gurultulu musiqilərdən uzaq olun. Araşdırmalar belə musiqilərin də xərçəngə yol açdığını göstərir. Klassik musiqiyə üstünlük verin.

Siqaret, qırmızı ətdən çox istifadə etmək, köklük xərçəngin meydana gəlməsi üçün əlverişli mənbələrdir. Virus və bakteriyalar, ətrafdakı kimyəvi maddələr, hərəkətsizlik, immun çatışmazlığı, radiasiyaya məruz qalmaq xərçəngə şərait yaradır. Xərçəng xəstəliyindən qorunmaq üçün daim təzə meyvə-tərəvəzlə qidalanmaq gərəkdir. Alma - 5-24 faizə qədər şəkər, 1,3 faizə yaxın üzvü turşular (alma, limon, kəhrəba), pektin və aşı maddələri, B və C vitaminləri, karotin, mineral maddələrdən isə kalium, natrium və dəmir duzlarla zəngin olan almanın tərkibində olan şəkərin əsas hissəsini qlükoza və fruktoza təşkil edir ki, onlar da ürək damar sistemi üçün çox faydalıdır. Gündə ən azı 2 ədəd alma (qabığı ilə birlikdə) yesəniz, onlarla xəstəlikdən sığortalanmış olacaqsınız.

Nar - Xərçəng xəstəliyindən qorunmaq üçün ən effektiv vasitələrdən biri nar şirəşidir. Tərkibindəki maddələr səbəbilə qandakı xolesterolu və şəkərin miqdarını tənzimləyir. Buna görə də gündə bir stəkan təzə sıxılmış nar şirəsi içmək və ya 2-3 ədəd nar yemək lazımdır.

Qara üzüm - Son on ildəki araşdırmalar qara üzümün xərçəngə qarşı əhəmiyyətli bitki olduğunu üzə çıxarıb. Üzüm həmçinin qan-damar xəstəliklərindən də qoruyur. Maraqlıdır ki, qara üzümün çəyirdəyi və qabığı ilə birlikdə yeyilməsi daha məqsədəuyğun sayılır.

Böyürtkən - Tərkibindəki "eliagic asit" maddəsi xərçəng xəstəliyi törədən hüceyrələri məhv edir. Böyürtkən yarpaqları da çox xeyirlidir və çay şəklində istifadə edilir. Tərkibində müxtəlif xeyirli maddələr var, bunlardan alma və limon turşularını, C vitaminini, karotini, az miqdarda B1 vitaminini, həmçinin çoxlu miqdarda qlükoza, fruktoza, saxaroza şəkərlərini göstərə bilərik.

Gilas - Tərkibində bol miqdarda "flavon" deyilən lazımlı bir maddə var. Xərçəngin əmələ gəlməsinə və inkişaf etməsinə mane olur. Xüsusilə də dəri, döş, ağciyər və qaraciyərdə əmələ gələn xərçəng xəstəliyinə qarşı təsirlidir.

Qarpız - "A" və "C" vitamini ilə zəngindir. Tərkibindəki maddələr bədənimizi xərçəngə qarşı qoruyur və vücudumuzu toksik maddələrdən təmizləyir.

Qırmızı turp - Əsasən ağciyər və döş xərçəngi riskini azaldır. Buna görə də yemək zamanı bol miqdarda turp yemək məsləhətdir.

Qırmızı bibər - "C" vitamini ilə çox zəngindir.

Xatırladaq ki, "C" vitamini "xərçəngli" hüceyrələrin böyüməsinə mane olur və toxumaları zərərli maddələrdən qoruyur.

Pomidor - Tərkibindəki "likopen" maddəsi ağciyər və döş xərçəngindən qoruyur. Həmçinin prostat problemlərini 40%-dək azaldır.

Sarımsaq - Xərçəngin yayılmasının qarşısını alır. Tərkibindəki selenium triptopan kimi xərçəng hüceyrələri ilə mübarizə aparır. Heyvanlar üzərində aparılan təcrübələr nəticəsində məlum olmuşdur ki, sarımsaq mədə, döş, bağırsaq, qida borusu, prostat və dəri xərçənginin yaranması və yayılmasına mane olur. Ona görə də gündə 2-3 diş sarımsaq yemək məsləhətdir.

Yerkökü - Gündə 2 stəkan yerkökü suyu içmək prostat xərçəngi riskini 20 faiz azaldır. Tərkibindəki "betakaroten" maddəsi ağız, qida borusu və mədə xərçənginə qarşı qoruyur.

Avokado - Tərkibindəki "qlutation" maddəsi çox təsirli bir hüceyrə qoruyucusudur, çünki ən yaxşı antioksidantdır. Antioksidantlar hüceyrələrin "qocalması" prosesini zəiflədir və xərçəng riskini azaldır. Bütün meyvələr arasında protein baxımından ən zəngin meyvədir. "E" və "B6" vitamini ilə də zəngindir.

Kələm - Çox miqdarda "B", "C" və "E" vitamini ilə zəngin kələm xüsusilə döş və bağırsaq xərçənginə qarşı effektivdir. Zəhərli maddələrin bədəndən çıxmasını təmin edir, qandakı şəkərin miqdarını azaldır, sarılıq xəstəliyinə qarşı təsirlidir. Aparılan araşdırmalar göstərib ki, həftədə bir dəfə kələmlə qidalanmaq bağırsaq xərçəngi riskini 66 faiz azaldır.

Portağal - "C", "B" və "E" vitamini ilə zəngin olduğundan xərçəngə qarşı xüsusilə effektivdir. Bununla yanaşı, kökəlməyin də qarşısını alır. Ürək xəstəlikləri ilə mübarizə aparmaq üçün məsləhətli meyvədir.

Amerika tibb alimi, doktor Harold Mennerin isə deyir ki, ümumiyyətlə xərçəng adlı xəstəlik yoxdur, bu sadəcə biznesdir: "Xərçəngin müalicəsi çoxdan tapılıb. Bu, sadəcə, B17 vitamininin çatışmazlığıdır. 

Müstəmləkəçilər və insanlıq düşmənləri bütöv bir xərçəng sənayesi qondarıblar və pulu kürəklə yığırlar. Onkologiya sənayesi İkinci Cahan müharibəsindən sonra inkişaf etməyə başlayıb. Halbuki, xərçənglə mübarizə üçün heç bir prosedurlar, müalicə kursları və xərclər lazım deyil. Bütün bunlar müstəmləkəçi və sümürgəçilərin ciblərini doldurmaq vasitələridir. Ona görə ki, xərçəngin müalicəsi lap çoxdan tapılıb... 

  Xərçəng yalnız B17 vitmininin çatışmazlığı olduğundan onun qarşısını almaq üçün gündə 15-20 ərik çəyirdəyinin içini yemək kifayətdir.
- Buğda cücərtilərini yeyin. Bu cücərtilər- xərçəngin möcüzəvi dərmanıdır. Bu, maya oksigenin və laetrilin ən yaxşı mənbəyidir. Laetril isə xərçəngə qarşı olan maddələrin ən güclüsüdür. Həmin maddə alma tumlarında olur və B17 (amiqdalin) vitamininin cövhərindən ibarətdir.. Xərçəngin müalicəsi zamanı laetrilin effektivliyi 90 faizdir.İndi isə amiqdalin(B17 vitamini) mənbəyi olan meyvə-tərəvəz və taxılları sadalayaq:

- Meyvələrin çəyirdək və ya toxumları. Bunlar təbiətdə B17-nin ən yüksək daşıyıcılarındandır. Buraya əsasən alma, ərik, şaftalı, armud, gilas, gilənar və qara gavalı çəyirdəkləri aiddir.

- Paxlalılar və taxıllar. O cümlədən lobya və mərciməyin cücərtiləri, ayşəkilli lobya( yaxud Peru lobyası) və noxud.
- Qozlar. Xüsusən acı badam (təbiətdə B17 vitamininin ən zəngin mənbəyidir) və hind badamı.
Giləmeyvələr: tutun bütün növləri, mərsin, moruq və çiyələk.Tumlar: küncüt və kətan toxumu.Yarmalar: vələmir, yulaf, boz düyü, buğda, darı, kətan və çovdar.
B17 vitamini həmçinin mayaotu mayasında, xam düyü, boranı, kalış(darıyaoxşar dənli bitki) kəndəlaş, böyürtkənda da vardır..."

Abuzər

Bazar ertəsi, 30 İyul 2018 00:00

DAS əsas hədəfini açıqladı - VİDEO

Yazan

Almaniyada yaşayan mühacirlər tərəfindən yaradılan DAS-ın (Demokratik Azərbaycanı Seç) İdarə Heyətinin üzvü Cavid Cabbarlı DAS-ın hədəflərini açıqlayıb. 

9 -dən səhifə 197