Eldar Əzizov Bakıya müvəqqəti rəhbərlik edəcək

Bu məqaləni qiymətləndir
(0 səs)

Səbail rayon İcra Hakimiyyətinin başçısı Eldar Əzizova yeni vəzifə verilib.

Xeber.İnfo xəbər verir  ki, o, Bakı şəhər İcra Hakimiyyəti başçısının müavini təyin olunub. 

Qeyd edək ki, E. Əzizov bundan əvvəl Gəncə, Sumqayıt şəhərlərinin icra başçısı vəzifəsində çalışıb.

Bakı şəhər İcra Hakimiyyətinin keçmiş başçısı Hacıbala Abutalıbov isə baş nazirin müavini təyin olunduğu üçün bir neçə aydır şəhər rəhbəri vəzifəsi boş qalıb.

Oxu 652 dəfə