Daha bir vəkil Kollegiyadan uzaqlaşdırıla bilər

Bu məqaləni qiymətləndir
(0 səs)
Vəkil Fuad Ağayev cəzalandırıla bilər. 
 
Vəkillər Kollegiyasında onunla bağlı intizam icraatına başlandığı bildirilir.
 " Turan” agentliyinin xəbərinə görə, Vəkillər Kollegiyasının sədri Anar Bağırov bildirib ki, Fuad Ağayevlə bağlı müvafiq intizam icraatına başlanıb. 
 F.Ağayevin Vəkillər Kollegiyasının Rəyasət Heyətinin gələn həftə, iyulun 9-da keçiriləcək iclasına dəvət edildiyi qeyd edilir.
 "İnitzam Komissiyası işə baxıb, rəy verib. İyulun 9-da İntizam Komissiyasının rəyinə Rəyasət Heyətinin iclasında baxılacaq. Sonra Kollegiyanın qərarı ilə bağlı geniş məlumat veriləcək”, agentliyin xəbərinə görə, kollegiyanın sədri bildirib.
 Xəbərdə habelə qeyd edilir ki, A.Bağırov F.Ağeyevlə bağlı intizam icraatının hansı əsaslarla açılması barədə detallı məlumat verməyib.
 F.Ağayev özü isə barəsində intizam icraatı başlanılması haqqında deyilənləri şərh etməyib.
 O, siyasi məzmunlu işlərdə müdafiəçi kimi təmsil olunan vəkillərdəndir. Fuad Ağayev REAL Partiyasının həbsdəki sədri İlqar Məmmədovun yeagnə vəkildir.
 Eyni zamanda həbsdəki bloqqer Mehman Hüseynovun da vəkili F.Agayevdir.
 Vəkillər Kollegiyasında son yeddi ayda xeyli vəkilin fəaliyyəti dayandırılıb. Onların arasında Yalçın İmanov, Əsabəli Mustafayev, Nemət Kərimli, Fəxrəddin Mehdiyev və digərləri var.
 Y.İmanov istisna olmaqla, digərlərinə bir illik məhdudiyyət tətbiq olunub.
 Buna qədər isə Aslan İsmayılov, Xalid Bağırov, Əlayif Həsənov, Namizəd Səfərov, Müzəffər Baxışovun vəkillik fəaliyyətinə xitam verilib.
 Ən son olaraq, bu yaxınlarda vəkil İradə Cavadova cəzalandırıb.
 Vəkillər barəsində cəza qərarları əsasən, hüquq-mühafizə qurumlarının - Daxili İşlər Nazirliyi orqanlarının, Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin və Baş Prokurorluğun müraciətləri əsasında verilib.
 Vəkillər bu tendensiyanı daha çox yerli və beynəlxalq hüquq müdafiəçilərinin siyasi məhbus saydığı şəxsləri müdafiə etmələri ilə əlaqələndirir. Vəkillər Kollegiyası bu iddiaları rədd edir.
Oxu 502 dəfə

Şərh verin

Siz (*) tələb olunan məlumatı daxil etdiyinizə əmin olun.Hansı ki, HTML kodu iczə verilmir.