Siyasi Məhbusları Müdafiə Mərkəzinin iclası keçirilib Xüsusi

Bu məqaləni qiymətləndir
(0 səs)

Bu gün Siyasi Məhbusları Müdafiə Mərkəzinin (SMMM) növbəti iclası keçirilib. İclasda siyasi məhbuslarla bağlı durum, onların bir çoxunun səhhətində yaranan problemlər, SMMM- in fəaliyyəti, qarşıda duran vəzifələr və digər məsələlər müzakirə olunub. Bu barədə hüquq müdafiəçisi Oktay Güləliyev məlumat verib.
O.Güləliyev bildirib ki, iclasda Siyasi Məhbusları Müdafiə Mərkəzinin təşkilatçılığı ilə mərhum siyasi məhbus Mehman Qələndərovun anım və il mərasiminin keçirilməsi, “Avropa işi” Hesabatının hazırlanması, yerli və beynəlxalq ictimaiyyətə təqdim olunması, eləcə də “Siyasi məhbusları müalicə edin” kampaniyasında iştirakı və digər görülən işlər təqdir olunub: “Qərara alındı ki, fəaliyyətindən dolayı ailə üzvləri təzyiqlərə məruz qalan mühacirlərin SMMM- ə müraciəti nəzərə alınsın. Onlarla bağlı məlumatın “Avropa işi” Hesabatına daxil edilməsi və Hesabatın yenilənməsi prosesi davam etdirilsin. Eyni zamanda “Azərbaycan həbsxanalarında saxlanma şəraiti və siyasi məhbus problemi” mövzusunda hesabatın hazırlanması prosesi davam etdirilsin. 
İclasda Musavat fəalı, siyasi məhbus Əlikram Xurşudovun 5 il müddətə azadlıqdan məhrum edilməsi, Abbas Hüseynə işgəncə verilməsi, eləcə də dini fəallar Firudin Zeynalov və Şamxal Eyvazovun həbsi pislənilib. Həbs olunan hər iki şəxsin siyasi məhbus siyahısına daxil edilib- edilməməsi ilə bağlı araşdırmalar aparılsın.
Qərara alınıb ki, “Siyasi məhbusları müalicə edin” kampaniyası davam etdirilsin. Kampaniya çərçivəsində onların durumu və ümumi siyasi məhbus problemi ilə bağlı 11 mayda ictimai dinləmələr keçirilsin. Eyni zamanda Penitensiar Xidmətdən və digər aidiyyatı qurumlardan tələb olunub ki, səhhətində ciddi problemlər olan siyasi məhbuslar Əfqan Sadıqovun, Elnur Fərəcovun, Elçin Əmiraslanovun, Sahil Rzayevin, Əbülfəz Büynadovun, Cabbar Cabbarlının, Ruhulla Axundzadənin, Gözəl Bayramlının, Əfqan Muxtarlının, Şamil Abduləliyev və digərlərinin müalicə olunmasına şərait yaradılsın”.

İclasda 3 nəfər- tanınmış yazar Zümrüd Yağmur, Zəfər Əhmədli və Əlövsət Sadıqlı Siyasi Məhbusları Müdafiə Mərkəzinə üzv qəbul olunub. SMMM- in üzvü Taleh Xasməmmədov haqqında cinayət işinin açılması pislənilib, onun haqqında olan cinayət təqibinə son verilməsi tələb olunub – O.Güləliyev qeyd edib.

Xeber.İnfo

Oxu 7629 dəfə

Şərh verin

Siz (*) tələb olunan məlumatı daxil etdiyinizə əmin olun.Hansı ki, HTML kodu iczə verilmir.