"Dağılan" Ermənistanda demokratiya

Bu məqaləni qiymətləndir
(0 səs)

Yaxud Azərbaycan dəyirmanına su tökən ermənilər qələbə qazandı

Ermənistan daha öndədir. Bunu isbat etmək üçün hansısa xarici təşkilatın hesabatı filan lazım deyil, Ermənistandakı son durum kifayətdir. Aprelin 16-dan başlayan mitinqlər axır ki, nəticə verdi. Baş nazir Serj Sarkisyan bu gün xalqın qarşısına çıxıb, haqsız olduğunu etiraf elədi və istefa verdi. Təqribən bir həftə davam edən kütləvi aksiya iştirakçılarına qarşı hökumət ən kiçik kobudluğu belə etmədi. Nəhayət, AzTv-nin efirindən dağılan Ermənistan dünyaya demokratiya dərsi keçdi. Min bir yolla özünü deputat qayırtdıran Sahib Əliyev də açıqlama verir ki, Azərbaycan düzgün siyasət yürütdüyü üçün Sarkisyan istefaya məcbur oldu.

Bəs Azərbaycanda nələr baş verir?

İlham Əliyev özünü növbəti 7 il üçün prezident elan etdi. Tələm-tələsik baş tutan seçki şousu bitər, bitməz andiçmə törəni də quraşdırdılar. İndi də hökumətdə “yenilik”lərə şahid oluruq. 83 yaşı Artur müəllim istefaya göndərildi. Onu əvəz edən isə sinn baxımından o qədər fərqlənməsə də, təcrübədə Artur müəllimə uduzur. Fransız dili müəllimliyindən, aktyorluğa qədər yüksələn Novruz Məmmədov bir gün idarəedici qruma rəhbərlik etməyib. Heç iqtisadiyyatın “i”-sindən xəbəri yoxdur. Məlumdur ki, bu seçim rejimə qarşı loyallığına görədir. İlham Əliyev iqtidarına iddiası olmayanlara daha çox güvənir.

Digər təyinatlar da eyni oxşarlığa malikdirlər. Bütün çabalar rejimin qorunmasına hesablanıb.

Problem sistemdə olduğu üçün hər hansı bir nazirin dəyişməsi, nəticəyə təsir edə bilməz. Əslində baş nazir postu 2016-ci ilin referendomu ilə dişsiz quruma çevrildi. Bütün səlahiyyətlər de-jure birinci vitse-prezidentə otürüldü. Lakin hələ də hakimiyyətdaxili klanların mübarizəsi nəticəsində sovetdən qalma vəzifələr saxlanılır.

Məncə bizi narahat edən başqa bir məsələ olmalıdır. Xalq öz taleyinə bu qədər biganə yanaşmaqla rejimə meydan verir. Əliyev ailəsi xalqla heç bir halda hesablaşmır. Ona görə də istədiyi kimi davranır, istədiyi kimi ölkəni talan edir. Nə qədər ki, xalq bu təyinat proseslərinə barmaqarası baxacaq, nəsə müsbət nəticə gözləmək ağılsızlıqdır. Hesab edirəm ki, Azərbaycanın yalnız bir nicatı var – xalq taleyinə biganə yanaşmadan, özünü yatmışlığa vurmamalı, hökumətin qarşısına keçib hesab sormalıdır. Lap elə Ermənistandakı kimi!

27972801 487327728329291 2507840500741411527 n

 

 

 

 

 

 

Rəşad Hüseynov

Oxu 1041 dəfə

Şərh verin

Siz (*) tələb olunan məlumatı daxil etdiyinizə əmin olun.Hansı ki, HTML kodu iczə verilmir.