Adil Əliyev azərbaycanlıları tədbirə qoymadı - VIDEO

Bu məqaləni qiymətləndir
(0 səs)

Bu gün Avropada azərbaycanlılar Almaniyanın Köln şəhərində etiraz aksiyası keçiriblər. Xeber.İnfo-nun aksiyasa iştirak edən əməkdaşı Elçin Əskərovun dediyinə görə, aksiya Senats Hotelinin qarşısında yerli vaxtla 15:00-da baş tutub. Həmin hoteldə deputat Adil Əliyevin təşkilatçılığı ilə 11 aprel növbədənkənar prezident seçkilərində İlham Əliyevə dəstək tədbiri keçirilir. Tədbir “Cumhuriyyətin 100 illiyi” çərçivəsində baş tutub.

koln aksiya1

Avropanın müxtəlif ölkələrindən siyasi sığınacaq istəyənlər tədbir salonuna buraxılmadıqları üçün Hotelin qarşısında “İlham Əliyev diktatordur”, “İlham, xalqdan oğurladıqlarını geri qaytar”, “İstefa” və bu kimi şuarlar səsləndiriblər. Aksiya iştirakçıları bütün Avropa ölkələrinə səslənərək, “diktator İlhamla əlaqələrinizi kəsin” tələbini irəli sürüblər.

koln aksiya2

Qeyd edək ki, Adil Əliyevin Almaniyanın Köln şəhərində martın 31-də təşkil etdiyi tədbirə Almaniyada fəaliyyət göstərən Azərbaycan Türk Kültür və Dayanışma Dərnəyi dəstək verir. “Yaşasın Cumhuriyyətimiz, yaşasın Azərbaycan-Türkiyə ittifaqı, İlhamla irəli” şüarları altındakı keçirilib.koln aksiya3

Oxu 819 dəfə

Şərh verin

Siz (*) tələb olunan məlumatı daxil etdiyinizə əmin olun.Hansı ki, HTML kodu iczə verilmir.