Daha bir mühacir ailəsi təhdid edilir

Bu məqaləni qiymətləndir
(0 səs)

28537116 1622331857832264 332990241 nAlmaniyada yaşayan Murad Mirzəyevin ailəsinə təzyiqlər olur. Bu barədə M.Mirzəyev özü məlumat verib.

O, Azərbaycan siyasi hakimiyyətini tənqid etdiyi üçün ailəsinə təzyiqlərin olduğunu deyir: “Hər şey Berlin mitinqindən sonra başladı. İlk dəfə qardaşım Bəxtiyar Mirzəyev fevral ayının 10-da icra nümayəndələri tərəfindən təhdid olunub. Sonra atam Mirzəyev Rahibi iş yerindən polis şöbəsinə aparıblar və təhdid ediblər. Təhdidlər fevralın 23-də də davam edib, atamı işdən çıxaracaqları ilə hədələyiblər. Hətta bacım üçün universitetdə ciddi problemlərin yaradılacağını bildiriblər. Bu hədədən sonra atamı həbs edəcəkləri ilə qorxudublar”.

Oxu 884 dəfə