51 yaşlı azərbaycanlı qadın Almaniyada həbs olundu Xüsusi

Bu məqaləni qiymətləndir
(5 səs)

Babayeva Azərbaycan hakimiyyətinə və Almaniyadakı diasporaya yaxınlığı ilə tanınır

Xeber.İnfo goettinger-tageblatt.de-ə istinadən xəbər verir ki, Alamniyanın Düsseldorf hava limanında saxlanılan 51 yaşlı azərbaycanlı qadını Düsseldorf rayon məhkəməsi həbs edib. Sayt yazır ki, Azərbaycanda yaşayan qadının həbs qərarı Göttingen Respublika Prokuroru tərəfindən verilib.

Azərbaycanda yaşayan qadın Türkiyəyə gedərkən sərhəd polisi tərəfindən yoxlanılarkən saxlanılıb. Federal Polis Təşkilatının məlumatlarına görə, qadın 2016-cı ilin yanvar-sentyabr ayları arasında 7 (yeddi) fakt üzrə bəzi şəxslərin Almaniyaya icazəsiz girişinə verdiyi dəstəkdə günahlandırılır.

Mənbə bildirir ki, qanunsuz yollarla Almaniyaya gətirdiyi azərbaycanlılardan böyük məbləğlər, hətta bir fakta görə, müştərisindən 32 min avro alıb.

2016-cı ilin iyun ayında Pragadan gələn iki qurbanını Çexiya vizası ilə qeyri-qanuni olaraq Almaniyaya gətirmiş, sığınacaq mərkəzlərinə göndərdiyi üçün 2500 avro alıb.

2016-cı ilin sentyabrında isə üç nəfərlik ailəni Çex vizasıyla Almaniya Federal Respublikasına qaçaq yollarla 10 300 avro qarşısında gətirib.

İki azərbaycanlını Almaniyaya gətirmək üçün 19 200 ABŞ dolları aldığı da faktlar arasındadır.

Xeber.İnfo-nun əldə etdiyi məlumata görə, həmin qadın Bakı şəhər sakini Gülnarə Babayevadır. Etibarlı mənbədən əldə etdiyimiz digər xəbərə görə, Azərbaycan hakimiyyəti bu hadisədən Almaniyaya mühacirət edənlərə qarşı istifadə etməyə çalışır. Lakin, Babayeva Azərbaycan hakimiyyətinə və Almaniyadakı diasporaya yaxınlığı ilə tanınır. G.Babayevanın haqqında xoşagəlməz söhbətlər də dolaşır. Belə ki, o, istədiyi şəxsi müxtəlif vasitələrlə təhdid edirmiş.

Oxu 3578 dəfə

Şərh verin

Siz (*) tələb olunan məlumatı daxil etdiyinizə əmin olun.Hansı ki, HTML kodu iczə verilmir.