Daha bir mühacirin qardaşı polisə aparıldı

Bu məqaləni qiymətləndir
(1 Səs)

20180214 141519Almaniyadan siyasi sığınacaq istəyən Elçin Əskərovun qardaşı Həsən Əskərov polis idarəsinə aparılıb. Bu barədə Xeber.İnfo-a Elçin Əskərov məlumat verib.

Onun sözlərinə görə, qardaşından polis bölməsində izahat alandan sonra xəbərdarlıq edib sərbəst buraxıblar: “Dünən qardaşım Həsən Əskərovu polis bölməsinə dəvət ediblər. Mənim siyasi fəallığıma görə izahat alıblar və mən fəaliyyətimi davam edəcəyim təqdirdə onu həbs edəcəklərini bildiriblər. 14 fevral 2018-ci il tarixdə Almaniyanın Bonn şəhərində təşkil olunmuş mitinqə qatılmışdım. Azərbaycan hökumətini mitinqə qatılmağım narahat edir. Ona görə də qardaşımı çağırıb hədələyiblər ki, Elçin siyasi fəaliyyətini davam eləsə səni həbs edəcəyik. Artıq bu təcrübə mövcuddur. Digər mühacirlərin ailə üzvlərinin həbs olunması və hətta qadınların, azyaşlı uşaqların polis bölmələrinə aparılaraq təhdid edilmələri adi hal alıb”.

E.Əskərov siyasi fəaliyyətini davam edəcəyini bildirib: “Siyasi hakimiyyət ölkədə bütün hüquqları və azadlıqları məhdudlaşdırıb. Ölkə vətəndaşları vətəni tərk etmək zorunda qalırlar. Hakimiyyət siyasi fəalların əksəriyyətini saxtaittihamlarla həbs edib. Ölkəni tərk edən siyasi fəalların da yaxınlarını ya həbs edir, ya da həbslə təhdidləyir”

elcin esgerov1IMG 20180214 WA0073

20180214 122005

Oxu 666 dəfə

Şərh verin

Siz (*) tələb olunan məlumatı daxil etdiyinizə əmin olun.Hansı ki, HTML kodu iczə verilmir.