Parlamentdə qalmaqal - HADİ RƏCƏBLİ İLƏ QHT SƏDRİ DALAŞDI

Bu məqaləni qiymətləndir
(1 Səs)

“20 Yanvar” Cəmiyyətinin sədri Sultan Əzimzadə ilə Milli Məclisin (MM) Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli arasında qalmaqal yaşanıb.

Belə ki, MM-in Əmək və sosial siyasət komitəsinin fevralın 7-də keçirilən iclasına dəvət edilən S. Əzimzadə H. Rəcəblini ona çıxış etməyə imkan verməməkdə  ittiham edib.

Buna cavabında isə H. Rəcəbli kimsəyə ayrıseçkilik qoyulmadığını bildirib və əlavə edib ki, əgər sözü, təklifi varsa çıxış etsin, ya da onları yazılı təqdim etsin.

Bununla qane olmayan S. Əzimzadə sonra müvafiq qanunlarda 20 Yanvar hadisələrində yaralananların, əlil olanların “zədə almışlar” kimi ehtiva olunmasını komitə sədrinə irad tutub.

Komitə sədri  bununla razılaşmayıb və qeyd edib ki, ambisiyalarla çıxış etmək olmaz:

“Bu məsələdə də hər şey ölçülüb-biçilməlidir”.

Oxu 521 dəfə

Şərh verin

Siz (*) tələb olunan məlumatı daxil etdiyinizə əmin olun.Hansı ki, HTML kodu iczə verilmir.