Bakının daha bir ərazisində sürüşmə aktivləşdi; Əhali təhlükədədir - VİDEO

Bu məqaləni qiymətləndir
(1 Səs)

Bayıl yamacında tədqiqatların davam etdiyi bir vaxtda digər sürüşmə sahələrində də aktivlik artıb.

Xeber.İnfo "Xəzər Xəbər"ə istinadən xəbər verir ki, bunu Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının dəstə rəisi Rafiq Həsənov deyib. Onun sözlərinə görə, atmosfer yağıntılarının təsirindən qrunt sularının qalxması nəticəsində bəzi əraziləri su basıb.

Rafiq Həsənovun sözlərinə görə Zığ sürüşmə sahəsində də çatların parametrləri artıb. Burada 100-dən çox ev, təsir zonasında yerləşir. Başqa sözlə desək köçürülmədikləri müddət ərzində onları təhlükə gözləyir. Məlumata görə sürüşmə sahələrində aktivlik ərazidə drenaj sisteminin olmamasıyla da əlaqədardır.

Hazırda isə Bayıl yamacında Teleqüllə yaxınlığındakı sürüşmə sahəsində mövcud problem dəyişməz olaraq qalır. Sürüşmə ilə bağlı aparılan hesablamaların nəticəsi həftə sonu bəlli olacaq.

Oxu 282 dəfə

Şərh verin

Siz (*) tələb olunan məlumatı daxil etdiyinizə əmin olun.Hansı ki, HTML kodu iczə verilmir.