“Turan” agentliyinin iddiası təmin edildi

Bu məqaləni qiymətləndir
(0 səs)

Bu gün, dekabrın 19-da «Turan» İnformasiya Agentlıyinin Vergilər Nazirliyinin Bakı Şəhər Lokal Gəlirlər Departamentindən şikayəti üzrə 1 Saylı İnzibati-İqtisadi Məhkəməsində növbəti prosesi keçirilib. Prosesdə yekun qərar çıxarılıb.

Vəkil Fuad Ağayev deyib ki, məhkəmə agentliyin şikayətini təmin edib.

F.Ağayev vurğulayıb ki, onlar departamentin agentliyə qarşı qərarının ləğvini istəyirdilər:

«Bu qərar 2014-cü, 2015-ci və 2016-cı ilə vergi hesablanması qaydaları ilə bağlı idi. Bakı Şəhər Lokal Gəlirlər Departamentinin sentyabrın 11-də agentliyə göndərdiyi bildirişdə bu qərarın ləğv edildiyi bildirilirdi. Amma sonradan departament yenidən qərarın qüvvədə olduğunu açıqlamışdı. Odur ki, məhkəməyə müraciət etməli olduq».

Agentliyin yaydığı məlumata görə, bundan əvvəl keçirilən prosesdə nazirliyin nümayəndəsi artıq həmin qərarın qüvvədən düşdüyünü açıqlayıb. Ancaq «Turan» agentliyinin vəkilinin israrına baxmayaraq, ləğv qərarının sürəti məhkəməyə təqdim edilməyib.

Vəkil deyib ki, dəfələrlə bu proses yubadılıb. Nəhayət, bu gün, dekabrın 19-da həmin qərarın əsassız olması və ləğv edilməsi haqda məhkəmə qərar verib.

Oxu 130 dəfə

Şərh verin

Siz (*) tələb olunan məlumatı daxil etdiyinizə əmin olun.Hansı ki, HTML kodu iczə verilmir.