Tuesday, November 21, 2017

Silah anbarında baş vermiş partlayışda yaralanan altı nəfərin adı məlum olub

Bu məqaləni qiymətləndir
(1 Səs)

Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin silah-sursat anbarında baş vermiş partlayışda yaralanan altı nəfərin adı məlum olub.

1995-ci il təvəllüdlü Hüseynov Kamran Rasim oğlu, 1976-cı il təvəllüdlü Abbasov Nəsimi Bibiqulu oğlu, 1978-ci il təvəllüdlü Ağayev Məhəmməd Ağarza oğlu, 1967-ci il təvəllüdlü Cəbrayılov Vidadi Talıb oğlu, 1990-cı il təvəllüdlü Məmmədyarov Samir Fazil oğlu və 1964-cü il təvəllüdlü Dəmirov Əlverdi Alış oğlu qəlpə yaraları ilə Siyəzən Regional Müalicə Diaqnostika Mərkəzinə yerləşdiriliblər.

Yaralıların vəziyyəti yaxşıdır, onlara zəruri tibbi yardım göstərilir.

Qeyd edək ki, bu gün səhər saat 09 radələrində Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində naməlum səbəbdən baş vermiş yanğın nəticəsində həmin hərbi hissənin utiləşmə üçün hazırlanmış silah-sursat anbarında partlayışlar baş verib.

Prezident İlham Əliyevin tapşırığına əsasən, hadisənin baş vermə səbəblərinin müəyyənləşdirilməsi və müvafiq təhlükəsizlik tədbirlərinin həyata keçirilməsi məqsədilə Müdafiə, Fövqəladə Hallar, Daxili İşlər, Səhiyyə nazirlikləri, Dövlət Sərhəd XidmətiBaş Prokurorluq, yerli icra strukturları və digər dövlət orqanlarının nümayəndələrindən ibarət komissiya yaradılıb.(apa)

Oxu 268 dəfə

Şərh verin

Siz (*) tələb olunan məlumatı daxil etdiyinizə əmin olun.Hansı ki, HTML kodu iczə verilmir.