Sunday, September 24, 2017

Media Azadlığı Platforması hökumətə Əziz Orucovla bağlı sorğu göndərib Xüsusi

Bu məqaləni qiymətləndir
(1 Səs)

"Jurnalist tezliklə azad edilməsə adı AŞPA-nın hazırladığı hesabata salınaraq bu ilin oktyabr ayında AŞPA-da müzakirəyə çıxarılacaq''

Avropa Şurasının Media Azadlığı Platforması "Kanal13" internet resursunun direktoru Əziz Orucovun həbsini  "1-ci dərəcəli həyəcan səviyyəsi" elan edib.

Platforma bu barədə Azərbaycan hökumətinə vəziyyətlə bağlı dərhal açıqlama vermək üçün sorğu göndərib. 

Məlumatı məhbus jurnalistin mühacirətdə olan qardaşı Anar Orucov yayıb.

Onun sözlərinə görə, məlumatda Əziz Orucovun admnistrativ həbsi, həbsin sonuncu günü yeni və absurd ittihamla üzləşməsi, evdə və ofisdə axtarışlar aparılması qeyd edilib. 

"Əziz Orucov tezliklə azad edilməsə adı AŞPA-nın hazırladığı hesabata salınaraq bu ilin oktyabr ayında AŞPA-da müzakirəyə çıxarılacaq. Mən müstəqil və tərəfsiz jurnalist olaraq, Əziz Orucovun da müstəqil və tərəfsiz jurnalist olduğunu və buna görə də şərlənərək həbs edildiyini diqqəətinizə çatdırır və bildirmək istəyirəm ki, ölkəmizin imicini Avropada düşünənlər - bir müstəqil jurnalisti şərləyərək həbsdə saxlamaqla ölkənin imicinə nə qədər böyük zərbə vurduğunuzun fərqindəsinizmi?",-deyə Anar Orucov fikirlərini bu sualla bitirib. 

Əziz Orucov mayın 2-də polisə müqavimət ittihamı ilə saxlanılıb, ona 30 sutka inzibati həbs cəzası verilib. Azadlığa buraxılmalı olduğu gün - iyunun 1-də Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsində haqqında cinayət işi başlanıb, ona CM-nin 192-ci (qanunsuz sahibkarlıq) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham verilib. Elə həmin gün Nəsimi rayon Məhkəməsinin qərarı ilə onun barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçilib.

Ə. Orucov ittihamları qəbul etmir.

Oxu 344 dəfə

Şərh verin

Siz (*) tələb olunan məlumatı daxil etdiyinizə əmin olun.Hansı ki, HTML kodu iczə verilmir.