“Bir gecədə “Gül bayramı”nı “Qul bayramı”na çevirən Qiyas və Bayram...” – Abdulhüseyn Ələkbərov

Bu məqaləni qiymətləndir
(2 səs)

 Ym6nUEB “Azərbaycanda böyük əksəriyyətin edə bilmədiyini iki gənc cəsarət və fədəkarlıqla elədilər. Bayram   Məmmədov və Qiyas İbrahimov “Gül bayramı” adı altında milyonlarla pulun göyə sovrulmasına,   bütpərəstliyə, ailə hakimiyyətinə etiraz olaraq heykəli yazdıqlarını bildirirlər. Mərhum prezident Heydər   Əliyevin doğum gününü “Gül bayramına” çevirərək, xalqı səfalət içində sürünməyə məcbur edənlərə etiraz   etdilər. Əliyevin Mərkəzi Bankın qarşısındakı heykəlinin üzərinə “Qul bayramınız mübarək” yazmaq nə qanun   pozuntusudur, nə də dövlətin malına ziyan vurmaq. Ən azı bu iki gəncə xəbərdarlıq və yaxud cərimə etmək   olardı. Bir gecənin içində dövlət öz istedadlı gənclərini ləkələyib narkotiklə həbs edirsə, bu, hakimiyyətin qara ləkəsi kimi tarixə düşəcək” - Demokratik Dəyərlərə Dəstək İB-nin sədr müavini, ictimai fəal Abdulhüseyn Ələkbərov heykəl məhbusları kimi adlandırılan Bayram Məmmədov və Qiyas İbrahimov haqqında danışarkən deyib.

A.Ələkbərov hesab edir ki, Bayram Məmmədov və Qiyas İbrahimovun bu addımı çox müsbət nəticə verdi və hakimiyyətin heykəl siyasətini iflasa uğratdı: “Azərbaycan cəmiyyəti xüsusən gənclər bu iki gənclə qürur duymaqda haqlıdır. Bir daha məlum oldu ki, Qiyas və Bayramın bir cümləsi cəmiyyət üçün H.Əliyevin həyat və fəaliyyətindən daha önəmlidir. Mən inanıram ki, yaxın gələcəkdə 10 may Qiyas və Bayramın qəhrəmanlığı kimi qeyd olunacaq. Çünki bir gecənin içində “Gül bayramı”nı “Qul bayramı”na çevirməyi bacardılar. 100 milyonlara başa gəlmiş “Gül bayramı”nın uydurma və saxta olduğunu sübut elədilər. Nə qədər gec deyil hakimiyyət çirkin və iyrənc əməllərindən əl çəkməlidir. Qiyas və Bayram dərhal azadlığa buraxılmalıdırlar”. 

Oxu 580 dəfə

Şərh verin

Siz (*) tələb olunan məlumatı daxil etdiyinizə əmin olun.Hansı ki, HTML kodu iczə verilmir.

Günün videosu