Fuad Axundov: "İki polis nəfəri məni döyüb, ölümlə hədələdi"

Bu məqaləni qiymətləndir
(3 səs)

“Mənə dedilər ki, bir də danışsan səni və ailəni öldürəcəyik”. Bu sözlər blogger Fuad Axundova məxsusdur. F.Axundov hakimiyyəyin siyasətini tənqid etdiyi, söz və ifadə azadlığını müdafiə etdiyi üçün polis tərəfindən təhdid olunduğunu deyir. Hətta ailə üzlərinin də ölümlə hədələndiyini iddia edir. F.Axundov polis tərəfindən döyüldüyünü və ciddi xəsarət aldığını bildirib: “Bu il mayin 19-da məni Baş Polus İdarəsinə apardılar. Məni sorğuya aldılar. Ciddi şəkildə tələb etdilər ki, sosial şəbəkələrdə hakimiyyəti tənqdi edən yazılarımı və statuslarımı yığışdırım. Bildiyiniz kimi tanınmış jurnalist Əfqan Muxtarlı Gürcü polisi tərəindən həbs edilib və Azərbaycana təhvil verilib. Bu hal ölkədəki vəziyyətin necə də acınacaqlı olduğunu göstərir”.

F.Axundov siyasi statuslarına görə polis tərəfindən vəhşicəsinə döyüldüyünü və ciddi xəsarətlər aldığını deyir: “Disput.az saytının siyasət bölümündə ölkədə baş verən məmur və polis özbaşınalığından yazmışdım. Bu ilin iyun ayının 2-də saat 10-da iki nəfər polis əməkdaşı yaşadığım Kürdəxanı qəsəbəsinə gəldi və məndən tələb etdilər ki, polis zorakılığından və məmur özbaşınalığından danışmayım, yazmayım. Buna cavab olaraq dedim ki, prezidentimiz demokratiya elan edib. Söz hüququm var, azad sözümü deyə bilərəm. Bu cavabdan sonra onlar əsəbləşdilər biri məni itələdi və mən yıxıldım, onlar da əlləri və ayaqları ilə məni döydülər. Mən qışqırırdım, səsimə qonşular çıxdılar qonşuları görəndə onlar dayandılar. Mənə dedilər ki, bir də danışsan səni və ailəni öldürəcəyik. Qonşularımdan biri şəkil çəkib. O şəkillər də sübut kimi əlimizdədir

IMG 20170628 WA0039

Oxu 764 dəfə

Şərh verin

Siz (*) tələb olunan məlumatı daxil etdiyinizə əmin olun.Hansı ki, HTML kodu iczə verilmir.