Hüquq müdafiəçisi təhdid olunmasından danışdı

Bu məqaləni qiymətləndir
(1 Səs)

Mirvari Məhrəmanlı: “Təhdidlərlə bağlı müvafiq orqanlara müraciət etməyi planlaşdırıram”

“Bu cür təhdid dolu yazılar son vaxt ölkənin neft sektorunda baş verən qəzalara verdiyim şərhlərlə bağlıdır”. Bu sözləri "Neftçilərin Hüquqlarının Müdafiə Təşkilatı" (NHMT) İctimai Birliyinin rəhbəri, hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı sosial şəbəkələrdə təhdid olunmsına münasibət bildirərkən, Xeber.İnfo-a deyib.

M.Qəhrəmanlı son zamanlar intensiv olaraq təhdid olunduğunu deyib: “Bu kimi təhdidlər neft sektorunda ölkənin əmək qanunvericiliyinin pozulması barədə müxtəlif mətbu orqanlarında, sosial şəbəkələrdə gedən açıqlamalarımdan sonra başlayıb. Düşünürəm ki, yazılarımı dayandırmaq üçün kimlərsə (qurumlar) tərəfindən göndərilən növbəti ciddi mesajlardır”.

Hüquq müdafiəçisi, belə təhdidlərin kim(lər) tərəfindən olduğunu təxmin edirsinizmi – sualını belə cavablandırdı: “Güman etdiyim (etdiklərim) var. Açıqlamıram,çünki səhv edə bilərəm. Yazılarımın hədəfləri!!!!

Təhdidlərlə bağlı müvafiq orqanlara müraciət etməyi planlaşdırıram”.

Qeyd edək ki, Aygün İsmayılova adlı bir sosial şəbəkə istifadəçisi Mirvari Qəhrəmanlıya aşağadakı məzmunda məktub ünvanlanıb:

“Hörmətli Mirvari xanim, bəli bu mənim fb səhifəmdir. Çünki əsl səhifəmi bloka atmısınız. Mən yazdığım kommentləri də sililrsiniz. Əslində mən adi bir vətəndaş kimi təhqirdən istifadə etməyərək fikrimi bölüşmüşdüm. Amma mənim fikrim sizin xoşunuza gəlmədiyi üçün silinib, bloka düşdüyü üçün qərar verdim daha dövlət səviyyəsində müraciət edim. Mən hörmətli prezidentimiz İlham Əliyev cənablarına məktub yazmaq qərarına gəldim ki, sizin “Sərçə köməyinizə” dəstək olum. Sizdən fərqli olaraq mən bloka salıb, arxadan iş görmürəm. Məktubun ümumi məzmununu nəzərinizə çatdırmaq istəyirəm. Bəlkə cənab prezidentimiz İlham Əliyevin heç xəbəri yoxdur bu SOCAR-da, Azeriqazda nələr baş verir? Ancaq pis hadisələr baş verir. Heç bir xeyri yoxdursa, elə bağlamaq lazimdir? Bu qədərr hamı pis ola bilməz axı. Yəni orda yaxşı bir insan və hadisə olmur ki, onu bölüşəsiniz? Bu dünyanın krizis vaxtında, Azərbaycanın ağır vəziyyətində, onsuz da büdcədə pul yoxdur.  Bu insanlar qızışsa da, qızışmasa da. Bəli, raziyam, duz eləyirsiz “öz sərçə köməyinizlə”. Amma bu artıq düşmənçilik, ancaq neqativi yazmaq. Siz biz kasib camaati qızışdırırsınız.  Mən məktubda sizin adınızı, soyadınızı və vəzifənizi qeyd edəcəm ki, sizinlə əlaqə saxlayıb, söhbət eləsinlər. Bezi sitatlarınızın da şəklini çəkib qoyacam məktubun arasına. Siz kömək etmirsiniz, siz insanları qızışdırırsınız. Onsuz da büdcədə pul yoxdur!”

Oxu 689 dəfə

Şərh verin

Siz (*) tələb olunan məlumatı daxil etdiyinizə əmin olun.Hansı ki, HTML kodu iczə verilmir.

Günün videosu