Wednesday, November 22, 2017

İlahiyyatçı Elşən Mustafaoğluna 10 il həbs cəzası verildi Xüsusi

Bu məqaləni qiymətləndir
(0 səs)

Dünən (30.12.2016) Bakı Ağır Cinayətlər Məhkəməsində həbsdə olan ilahiyyatçı, Qafqaz Müsəlmanları İdarəsinin sabiq sektor müdiri Elşən Mustafaoğlunun məhkəmə istintaqı başa çatıb.

Prosesə hakim Səbuhi Hüseynov sədrlik edib. Prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə E.Mustafaoğlu 10 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, E.Mustafaoğlu 2014-cü ildə həbs olunub. Dünyada tanınan ilahiyyatçını dövlətə xəyanətdə ittiham etdilər. İlahiyyatçı ona elan olunan ittihamlarla özünü təqsirli bilməyib. İfadəsində ittiham aktında ona qarşı konkret sübut olmadığını, cinayət işinin boş xülyalardan ibarət olduğunu deyib.

Xatırladaq ki, E.Mustafaoğlu 2006-2007-ci illərdə "İctimai" TV-də kanalın ən populyar verilişlərindən olan "Cümə Söhbəti" verilişinin müəllifi və aparıcısı olub. 2007-ci ildə ANS TV-də "Allah Haqqı" verilişinin aparıcısı olub.

Oxu 552 dəfə

Şərh verin

Siz (*) tələb olunan məlumatı daxil etdiyinizə əmin olun.Hansı ki, HTML kodu iczə verilmir.