Yol polisinin özbaşınalığı hökumətə qarşı ciddi narazılıq yaradır – MÜRACİƏT+VİDEO

Bu məqaləni qiymətləndir
(1 Səs)

Kamil Aşurov: “Qayda pozuntusuna yol verdiyimi isbatlayan görüntü və fakt yoxdu”

“Dövlət Yol Polis əməkdaşı İlkin Quliyev xidməti maşını mənim avtomobilimin qarşısına verib, hərəkəti dayandırdı. Sonra gəlib avtomobilin açarını kobudluqla çıxartdı. Hərəkətin dayandığını və digərləri üçün çətinliyin yaranmasına baxmayaraq, Post Patrul Xidmətinin əməkdaşlarını çağırdı”. Bu sözlər Xeber.İnfo-un redaksiyasına şikayət göndərən Aşurov Kamilin müraciətində yer alıb. K.Aşurov ölkə Prezidentinə və Daxili İşlər Nazirinə müraciət edərək qanunsuz əmələ yol verərək qəza şəraiti yaradan polis inspektorunun cəzalandırılmasını tələb edir.

Müraciəti təqdim edirik:

“Mən Aşurov Kamil Azərbaycan Respublikasının prezidenti İlham Əliyevə və daxili işlər naziri Ramil Usubova müraciət edirəm. Dövlət Yol Polisinin əməkdaşı Quliyev İlkin Tahir oğlunun qanunsuz əməllərindən şikayətim var. Belə ki, İ.Quliyev vəzifə səlahiyyətlərindən istifadə edib, məni təhqir elədi. Metronun Xalqlar Dostluğu stansiyasından Əhmədli stansiyasına tərəf hərəkət etdiyim zaman, işıqfordan sola dönməliydim. Buna görə də “sola dönmə” işarəsini verib, işıqforda gözləyirdim. Bu zaman Dövlət Yol Polisinin əməkdaşı Quliyev İlkin Tahir oğlu xidməti avtomobili ilə gəlib mənim sol tərəfimdə dayandı. Mənə, “avtomobili sağa çəkib saxlama” əmri verdi. Məndən sağda 2 cərgə avtomobil dayanmışdı və həmin avtomobillər sağa və düz hərəkət edəcəkdilər. Mən isə həm sağa keçməyin mümkünsüz olduğunu, həm də “sola dönmə işarəsini” verdiyimi deyib, əlavə etdim ki, arxamca gəl, sola dönüb digər avtomobilləri qəza vəziyyətinə salmayacağım uyğun bir yerdə saxlayıram. Bu isə kobud şəkildə “sağda saxlama” əmrini təkrarlayırdı. İşıqforun yaşıl işığı yanan kimi mən yoluma davam etmək istədim. İ.Quliyev xidməti maşını mənim avtomobilimin qarşısına verib, hərəkəti dayandırdı. Sonra gəlib avtomobilin açarını kobudluqla çıxartdı. Hərəkətin dayandığını və digərləri üçün çətinliyin yaranmasına baxmayaraq, Post Patrul Xidmətinin əməkdaşlarını çağırdı. Məni əmrə tabe olmamaqda günahlandırmaq istəyirdilər. Sənədləri təqdim edib, dedim ki, məni qəza şəraiti yaratmağa məcbur etdiyi üçün əmri icra etməmişəm. Bütün yolu bağlayıb, avtomobilimi yolun sağ tərəfinə çəkdilər. Sonra mənim üçün protokol tərtib elədilər ki, guya mən “Yol Hərəkəti Haqqında” Azərbaycan Respublikasının Qanununun 37-ci maddəsini pozmuşam. Guya avtomobili idarə etdiyim zaman mobil telefonla danışmışam. Mən isə qərarla razılaşmadığımı və protokola imza atmayacağımı bildirdim. Çünki, hər hansı bir qaydanı pozduğumu sübut edən heç bir fakt və görüntü yox idi. Mən belə bir görüntünün təqdim edilməsini istəsəm də, tələbimə əhəmiyyət verilmədən, polis inspektoru tərəfindən kobudluqla üzləşdim.

Cənab Prezident,

Belə hallar tək mənə qarşı deyil və az qala hər gün təkrarlanr. Ölkədə yaranan iqtisadi böhran nəticəsində onsuz da əhalinin sosial vəziyyəti ağırlaşıb. Belə halların baş verməsi bir qığılcım kimi qarşısı alınmaz prosesə çevrilə biləcəyi ehtimalı daha çoxdur. Polis əməkdaşlarının əhali ilə bu cür kobud davranması ölkədə çox ciddi gərginlik yarada bilər. Sizdən xahiş edirəm, vəzifəsindən sui-istifadə edib qanunsuz hərəkətlərə yol verən polis əməkdaşlarının cəzalandırılıması və əhalinin narazı salınmaması üçün konkret göstərişlər verin”.

Oxu 549 dəfə

Şərh verin

Siz (*) tələb olunan məlumatı daxil etdiyinizə əmin olun.Hansı ki, HTML kodu iczə verilmir.

Günün videosu