Deputat: "Xalqdan üzr istəyirəm"

Bu məqaləni qiymətləndir
(1 Səs)

Mən Astan Şahverdiyev, dekabrın 24-ü AzadlıqRadiosuna verdiyim açıqlama və müxtəlif saytlarda yerləşdirilmiş materiallarda göstərilən məsələlərlə bağlı səhvimi başa düşürəm. Ölkə daxilində, xaricdə yaşayan bütün azərbaycanlılardan, xalqımdan üzr istəyirəm.

Modern.az-ın xəbərinə görə, bu açıqlamanı deputat Astan Şahverdiyev yayıb.

Deputat deyib ki, iki gün ərzində özünün, ailə üzvlərinin telefonuna çox sayda zənglər, mesajlar gəlib. Hətta bu mesajlarda təhqirlərə də yol verilib: «Məsələnin bu yerə qədər çatmasına təəssüf edirəm. Bu mənim məsələ ilə bağlı sonuncu açıqlamamdır, xalqımdan üzr istəyirəm, onların böyüklüyünə sığınıram».

Dekabrın 22-si Cəbrayıl rayonundan olan köçkünlərin məskunlaşdığı qəsəbələrdə elektrik enerjisinin kəsilməsinə etiraz olaraq aksiya keçirilib. Bu zaman polislə aksiya iştirakçıları arasında toqquşma baş verib.

Həmin qəsəbə sakinlərinin rəsmilərlə görüşündən qayıdan deputat AzadlıqRadiosuna müsahibəsində onların ünvanına ağır ifadələr işlədib. Aksiyanı içkili, nəşəli, azğın insanların əməli kimi dəyərləndirən deputat Rusiyaya işləməyə gedənləri də «cəmiyyətin tör-töküntüsü» adlandırıb.

Oxu 191 dəfə

Şərh verin

Siz (*) tələb olunan məlumatı daxil etdiyinizə əmin olun.Hansı ki, HTML kodu iczə verilmir.

Günün videosu