Tuesday, November 21, 2017

İlin ən yaxşı uşaq məşqçisi seçilib - KAPOEYRA Xüsusi

Bu məqaləni qiymətləndir
(1 Səs)

Kapoeyra idman növü üzrə ilin ən yaxşı uşaq məşqçisi seçilib

Gənc məşqçi Zahid Rüstəmov Kapoeyra idman növü üzrə ilin ən yaxşı uşaq məşqçisi seçilib. Bu barədə Z.Rüstəmov özü “facebook” səhifəsində məlumat verib. Gənc məşqçi sevincini belə bölüşüb: “İllərdi kiçik yas qrupu ilə işləmək çox çətin olsa da cox maraqlı idi. Bu işi həqiqətən sevirəm! Elə onun nəticəsidir ki, “ilin ən yaxşı uşaq məşqçisi – 2016” seçildim. İnşallah bu uğurun davamı 2017-ci ilin yekunlarında gələcək”.

Zahid Rüstəmovun tələbəsi kapoeyra üzrə Azərbaycan millisinin üzvü və respublika 3-cüsü Alışzadə Hüseyn müəlliminin qələbəsinə sevinir və təbrik edir: “Əziz müəllimim Zahid Rüstəmov, Sizi bu qələbə münasibətiylə təbrik edir, ən xoş arzularımı çatdırıram. Siz kapoeyra idman növünün incəliklərini bizə öyrtəməklə yanaşı, həm də dürüstlük və kişilik məktəbini tədris edirsiniz. Var olun, Sizinlə fəxr edir, qarşınızda baş əyirəm! Sizinlə birlikdə VƏTƏNİMİZ AZƏRBAYCANIN bayrağını daim ucaldacağımıza söz verirəm!"

Oxu 709 dəfə

Şərh verin

Siz (*) tələb olunan məlumatı daxil etdiyinizə əmin olun.Hansı ki, HTML kodu iczə verilmir.