Friday, November 24, 2017

Avroliqa: "Qarabağ" səfərdə "Fiorentina"ya böyük hesabla məğlub oldu

Bu məqaləni qiymətləndir
(1 Səs)

Bu gün futbol üzrə Avropa Liqasının qrup mərhələsinin II turu çərçivəsində Ağdamın "Qarabağ" klubu səfərdə "Fiorentina"nın (İtaliya) qonağı olub.

İlk turda Bakıda “Slovan”la heç-heçə edən “Qarabağ” oyuna bu dəfə də fəal başlayıb. Amma sonradan üstünlüyü tədricən rəqibə verməyə başlayıb.

30-cu dəqiqədə Elvin Yunuszadənin aldığı qırmızı vərəqə isə komandanın bütün planlarını pozub. İtalyanlar məhz o meydandan qovulandan sonra hücumların kəsərini daha da artırıblar və bu hesabda öz əksini tapıb. İlk hissə rəqibin 3:0-lıq qələbəsi ilə bitib.

İkinci hissədə vurulan daha 2 topa "Qarabağ" bir qol ilə qarşılıq verib: matça əlavə olunmuş 2-ci dəqiqədə Ndlovu fərqi azaldıb.

Beləliklə, matç Ağdam klubunun 1:5 hesablı məğlubiyyəti ilə başa çatıb.

Oxu 487 dəfə

Şərh verin

Siz (*) tələb olunan məlumatı daxil etdiyinizə əmin olun.Hansı ki, HTML kodu iczə verilmir.