Azərbaycanda dini etiqad azadlığı boğulur?

Bu məqaləni qiymətləndir
(0 səs)

Beynəlxalq Din Azadlığı Komissiyası 2018-ci il üçün növbəti illik hesabatının Azərbaycana aid hissəsində deyilir ki, rəsmi Bakı 2017-ci ildə də dini azadlıqlara münasibətdə özünü sərt mövqeyini dəyişdirməyib...

Cavid Cabbarlı: “ Məlum hesabatda hökumətin dini sahəyə basqılarının yer alması gözləniləndir”.
Emil Rahiloğlu: “Mən Azadlığı Komissiyasın ciddi qurum kimi qəbul etmirəm.  Sadəcə “bizdə işləyirik” naminə hərdən belə hesabatlar verirlər”.
 
Xəbər verdiyimiz kimi Beynəlxalq Din Azadlığı Komissiyası 2018-ci il üçün növbəti illik hesabatını açıqlayıb. Hesabatda 16 ölkə “xüsusi narahatlıq doğuran ölkələr” kateqoriyasına daxil edilib və 2017-ci ildə 28 ölkədə dini azadlıqlar sahəsində baş vermiş tərəqqi və pozuntular sənədləşdirilib.
 
Hesabatın Azərbaycana aid hissəsində deyilir ki, rəsmi Bakı 2017-ci ildə də dini azadlıqlara münasibətdə özünü sərt mövqeyini dəyişdirməyib. Hakimiyyət dini fəaliyyətlərə müvafiq qanunlar və Cinayət Məcəlləsinin köməyi ilə tam nəzarət edir. Həmçinin, protestantlara, Yəhvanın şahidləri təriqətinə və bəzi müsəlman qruplara qarşı polis reydlərinin davam etidiyi vurğulanır. Dövlətin diqtə etdiyi qaydalara uyğun gəlməyən müsəlman liderlər saxlanır, cərimələnir və onların məscidləri dağıdılır.
 
Hesabatda 2015-ci il Nardaran hadisələri, eyni zamanda bunun nəticəsində Müsəlman Birliyi Hərəkatı üzvlərinin 12 nəfərinin müxtəlif ittihamlarla 12 ildən 17 ilədək azadlıqdan məhrum edildiyi xatırladılıb. Həmçinin, ölkədə 160 siyasi məhbusdan 90-100-nün dini fəaliyyətinə görə həbs edildiyi qeyd edilir.
 
Bu hesabat barədə nə demək olar? Azərbaycanda dini etiqad azadlığının boğulması iddiası nə qədər doğru və inandırıcı görünür?
 
Mövzu ilə bağlı Pİ.AZ-ın əməkdaşı ilahiyyatçılar Cavid Cabbarlıya və Emil Rahiloğluna müraciət edib.
 
 

downloadCavid Cabbarlı: “Azərbaycanda təkcə dini düşüncəli insanlar həbs olunmur, dini dəyərlər də yersiz qadağalara məruz qalır”.

 
Azərbaycan qanunlarında heç bir dini qadağaya rast gəlinmədiyini qeyd edən ilahiyyatçı Cavid Cabbarlı PİA.AZ-a açıqlamasında əlavə edib ki, yerli məmurlar tərəfindən dini və vicdan azadlıqları poluzulur. Xristian Avropasında islam dəyərlərinə hörmətlə yanaşılldığı dövrdə, müsəlman Azərbaycanda islam dəyərləri təqib altındadır:
 
“Azərbaycan hakimiyyətinin ən çox çəkindiyi və təzyiq etdiyi sahə dindir. Heç bir sahə bu qədər təqib və təzyiqlərə məruz qalmayıb. Hakimiyyət dinə qarşı loyallıq göstərdiyini desə də, faktlar tam başqa cür danışır. Məlum hesabatda hökumətin dini sahəyə basqılarının yer alması gözləniləndir. 
 
150-dən çox siyasi məhbus olduğu deyilir. Bunların böyük əksəriyyəti birbaşa yaxud dolayısı ilə din adamlarıdırlar. 
 
Azərbaycanda təkcə dini düşüncəli insanlar həbs olunmur, dini dəyərlər də yersiz qadağalara məruz qalır. Məsələn hicablı xanımlara qarşı basqılar, təzyiqlər hətta Avropa təşkilatlarının hesabatlarını bəzəyir. Azan qadağası və sair dini dəyərlər hökumətin ciddi təqiblərinə məruz qalır. Azərbaycan qanunlarında heç bir dini qadağaya rast gəlinmir. Lakin yerli məmurlar tərəfindən dini və vicdan azadlıqları poluzulur. Xristian Avropasında islam dəyərlərinə hörmətlə yanaşılldığı dövrdə, müsəlman Azərbaycanda islam dəyərləri təqib altındadır. 
 

Cavid Cabbarlı: “Xristian Avropasında islam dəyərlərinə hörmətlə yanaşılldığı dövrdə, müsəlman Azərbaycanda islam dəyərləri təqib altındadır”.

 
Məncə cəmiyyət demokratik dəyərlər uğrunda mübarizə apardığı qədər dini dəyərləri də qorumalıdır. Kim dini dəyərlərə əməl edir, ya etmir bu, ayrı məsələdi. Amma adət-ənənəmizin böyük hissəsi dini dəyərlərlə formalaşıbsa, biz bu dəyərlərin keşiyində durmalıyıq. Hökumət dinin cəmiyyətdə rolunu çox yaxşı anladığı üçün təzyiqlərini artırır. Çünki həqiqi din kamil insan tərbiyyələndirir. 
 
Dinlə bağlı yanlış və fərqli fikirlər yayamaqla cəmiyyəti dindən uzaqlaşdırmağa cəhd edən hakimiyyət həm də dini dəyərlərin sərbəst yayılmasından qorxur. Birsözlə hakimiyyət özü üçün təhlükə hesab etdiyi hər bir ideyanı yasaqlayır. Dinin əsas prinsipi zülmlə mübarizə və məzlumun yanında durmaq olduğu üçün hökumət bu məsələdə təşviş içindədir. Hesab edirəm ki, düşüncəsindən asılı olmayaraq, hər bir vətəndaş Azərbaycanda demokratik və dini dəyərlərin yasaqlanmasına qarşı çıxmalıdır.”

Картинки по запросу emil rahiloğlu
Emil Rahiloğlu: “Dinin qanunlarla idarə olunmasından bəzi məmurlar sui istifadə edirlər”.

 
Azərbaycanda dinin qanunlarla idarə olunduğun vurğulayan ilahiyyatçı Emil Rahiloğlu əlavə edib ki, əgər Azərbaycan sekülyar dövlətdirsə, bəs nə üçün din qanunlarla idarə olunur:
 
“Azərbaycanda din qanunlarla idarə olunmağa başlayıb. Amma burada üç başa düşülməyən məsələ var. Birinci, əgər Azərbaycan sekülyar dövlətdirsə, bəs nə üçün din qanunlarla idarə olunur? İkincisi bu qanunlar hamı üçün eyniliklə tətbiq olunmur. Üçüncüsü isə dinin qanunlarla idarə olunmasından bəzi məmurlar sui istifadə edirlər. 
 
Məsələn qanunda hicab qadağası yoxsur, amma bəzi universitetlərdə və təhsil müəssisələrində hicablı şagirdlər üçün süni maneələr yaradırlar.
Belə götürəndə də, mən yuxarıda adı çəkilən qurumu ciddi qurum kimi qəbul etmirəm.  Sadəcə “bizdə işləyirik” naminə hərdən belə hesabatlar verirlər.”
Oxu 246 dəfə

Şərh verin

Siz (*) tələb olunan məlumatı daxil etdiyinizə əmin olun.Hansı ki, HTML kodu iczə verilmir.