"Məni susdurmaq məqsədiylə qardaşımı həbs etmək istəyirlər” - Üfüq Tağızadə

Bu məqaləni qiymətləndir
(2 səs)

Müsavat Partiyasının üzvü, siyasi fəal Almaniyada siyasi mühacir həyatı yaşayan Üfüq Tağızadənin qardaşı Çingiz Tağızadə polisə aparılıb. Ç.Tağızadə bir neçə saat polis idarəsində saxlanıldıqdan sonra, xəbərdarlıq edilərək sərbəst buraxılıb. Bu barədə Ü.Tağızadə Xeber.İnfo-a məlumat verib.

28000931 2002484013113800 873123721 nÜ.Tağızadənin sözlərinə görə Almaniyanın Köln şəhərində təşkil olunan mitinqə qatıldığı üçün polis qardaşı Çingiz Tağızadəni təhdid edir: “Mən 23.12.2017-ci il tarixdə Köln şəhərində “Azərbaycanda siyasi mühacirlərə azadlıq” şüari ilə təşkil olunmuş mitinqə qatılandan sonra iki gün öncə (26.12.2017) polis qardaşım Çingiz Tağızadənin yaşadığı ünvana gedib və onu Polis İdarəsinə aparıb. Qardaşımı bir neçə saat saxlayıb, mənə görə ona fiziki və mənəvi təzyiq edilib. Hətta Polis İdarəsində ona bildiriblər ki, qardaşın hakimiyyəti tənqid edən mitinqlərə bir də qatılarsa, səni həbs edəcəyik”.

Ü.Tağızadə qardaşının psixoloji probleminin yarandığını da deyib: “Bu, ilk deyil. Əvvəllər də mənim siyasi fəaliyyətimə görə qardaşıma təzyiqlər olurdu, onu təhdid edirdilər. İndi isə onunla çox sərt davranıblar, hətta fiziki xəsarət də yetiriblər. Mən fəaliyyətimi davam edəcəyim halda qardaşımı həbs edəcəklərini deyiblər. Bu da onda ciddi sarsıntı yaradıb. Azərbaycan hakimiyyəti siyasi müxalif olan vətəndaşlar, yaxud onların qohumları üçün ölkədə ciddi təhlükəli vəziyyət yaradıb. Artıq qardaşına və oğluna görə hakimiyyətin girovluğunda olan yüzlərlə vətəndaş var. Mən həbsdən yayınıb ölkəni tərk etdiyim üçün, məni susdurmaq məqsədiylə qardaşımı həbs etmək istəyirlər”

Oxu 1100 dəfə

Şərh verin

Siz (*) tələb olunan məlumatı daxil etdiyinizə əmin olun.Hansı ki, HTML kodu iczə verilmir.