Novxanıda məscidin işığını kəsdilər - “QMİ borcunu ödəsin”

Bu məqaləni qiymətləndir
(1 Səs)

Abşeron rayonunun Novxanı kəndində yerləşən "Hacı Səfərəli" məscidinin işıqları kəsilib.

BakuPost.az xəbər verir ki, işıqların kəsilməsinə səbəb məscidin elektrik enerjisinə görə 24 min manat borcunun olmasıdır. Məlumata görə, 1 həftədir işıqsız qalan məsciddə bu səbəbdən azan da oxunmur.

"Azərişıq"ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev məsələ ilə bağlı açıqlamasından bildirib ki, məscidin elektrik enerjisinə görə 24 min yox, 9 min manat borcu var: "Bizim üçün abonentlərin fərqi yoxdur. Borc tam ödənildikdən sonra elektrik enerjisinin verilişi bərpa olunacaq. Məscidlərin hamısı Qafqaz Müsəlmanları İdarəsinin tabeliyindədir. Borcu da QMİ ödəsin”.

Oxu 421 dəfə

Şərh verin

Siz (*) tələb olunan məlumatı daxil etdiyinizə əmin olun.Hansı ki, HTML kodu iczə verilmir.