Tuesday, November 21, 2017

İslamın ən böyük iki bayramından biri – RAMAZAN BAYRAMI

Bu məqaləni qiymətləndir
(6 səs)

Artıq, 11 ayın sultanı mübarək Ramazan ayının sonuna yaxınlaşırıq. Sanki bir əziz, doğma birisini itirmiş kimiyik. Bu ayrılıq çox kədərli olsada, sevinc hissini gizlətməməkolmaz. Çünki biz bu bir ay boyunca sevinc hissi ilə oruc tutaraq Allahdan bağışlanma istəmişik. Tutduğumuz orucun hesabatı olaraq bu bayramı yəni Ramazan Bayramını qeyd edirik. Ən azı buna haqqımız var. Çalışdığımız qədəri ilə bir ay nəfsimizlə mübarizədən sonra bu bayramı öz istəklərimizə qələbə olaraq qeyd edirik. Bu, Allahın bayramıdır. Bu, müsəlmanların vəhdəti, iradələrin gücləndirildiyi, Allahın bəndələrinin sevindiyi, dinin əzəmətinin nümayiş etdirildiyi, insan fitrətinə qayıdış bayramıdır.

 Ramazan bayramı evlərdə sevinc, məhəbbət, bolluq və şadlıq gətirər. Oruc tutanlar bir-birini təbrik edərək bu əziz günü bayram edirlər. Məscidlərə gedib bayram namazında iştirak edərək, Allahdan öz istəklərini diləyib, Ramazan ayında tutduqları orucun və etdikləri ibadətlərin mükafatını istərlər. Bu bayramın çox gözəl adətlərindən biri də budur ki, hər kəs bir-birini ziyarət edər. Qohum-qonşu, dost-tanış bir birini təbrik edib qonaq gedərlər. Bütün bayramlarda olduğu kimi, Ramazan Bayramı günündə də küsülülərin barışması təkid edilir. Bayram günündə ölülərin məzarını ziyarət edib, ruhlarına rəhmət diləmək də ənənə şəklini alıb.

7b6e7451bac0703d5c6d13161b1acb6811748728 1140692912613259 986033549 nRamazan (fitr) bayramı İslamda ən böyük iki bayramdan biridir. Mübarək Ramazan ayı bitdikdə, yəni Şəvval ayının 1-ci günü Fitr bayramı qeyd olunur. Hədislərin birində buyurulur: “Fitr bayramı günü möminləri səsləyərlər: “Ey möminlər! Bu gün Ramazan ayında etdiyiniz xeyir işlərin mükafatını alın!”

Bu bayramın özünəməxsus əməlləri vardır. Bayram günü oruc tutmaq haramdır. Bayram axşamı ailə başçısı ailə üzvləri adından imkansızlara yardım məqsədilə fitrə zəkatı çıxarar. Adambaşı fitrə zəkatı buğda, arpa, xurma və yaxud düyü və sair kimi məhsullar təqribən üç kiloqram təşkil edir. Həmçinin bayram axşamı, qüsl etmək bəyənilir. Fitr bayramı günü günən çıxandan zöhr azanına kimi bayram namazı qılınır. Bayram namazı həm camaatla, həm də fərdi qaydada qılına bilər. Bayram namazı iki rükətdir. Birinci rükətdə Həmd və surədən sonra 5 qunut tutulur, ikinci rükətdə isə 4 qunut. Bayram namazının qunutunda oxumaq üçün dua kitablarında xüsusi dua qeyd olunsa da, qunutlarda istənilən duanı etmək kifayət edir. Onu da qeyd etmək lazımdir ki, bayram namazını qılmamış şəxs buzəkatı zöhr azanınadək verməlidir. İmkanı olan şəxs üçün fitrə zəkatının verilməsi təkid olunmuş vacib əməllərdəndir. Bu, ictimai, iqtisadi faydalarla bərabər, orucun qəbul olunmasına, bədənin 1 il ərzində xoşagəlməz hadisələrdən qorunmasına gətirib çıxardır.Daha sonra yeni paltar geyinmək, ətirlənmək də bəyənilən əməllərdəndir.

Fitrə zəkatının hökmləri

 fitrezekathazir

 - Bir şəxs Fitr bayramı gecəsinin gün batan çağına hətta bir neçə an qalanda belə, həddi-büluğa çatan, aqil, fəqir və bir kəsin qulu olmasa, özü və onun çörək yeyənləri sayılan hər nəfər üçün buğda, arpa, xurma, kişmiş, düyü, qarğıdalı və sair kimi şeylərdən təqribən 3 kq miqdarında müstəhəqqə (fitrə zəkatına layiq olan şəxsə, ehtiyacı olana) verməlidir. Əgər bunların hər hansının pulunu versə, kifayətdir.

- Əgər bir kəs özünün və ailəsinin illik qazancını təmin edə bilməsə və təmin etmək üçün işi, qazancı, kəsb-ticarəti də olmasa, fəqirdir və fitrə zəkatı ona vacib deyil.

- Hər bir şəxs Fitr bayramı gecəsində (məğrib vaxtı) onun çörək yeyənləri hesab olunan şəxslərin fitrə zəkatını verməlidir: istər böyük olsun, istərsə kiçik; istər müsəlman olsunlar, istərsə də kafir; istər onların xərcləri o şəxsə vacib olsun, istərsə də olmasın; istər öz şəhərində olsun, istərsə də başqa şəhərdə.

- Fitr bayramı gecəsində iftar vaxtından qabaq ev sahibinin razılığı ilə evə daxil olan və onun çörək yeyəni hesab olunan qonağın fitrəsi ev sahibinə vacibdir.

- Fitr bayramı gecəsində iftar vaxtından qabaq ev sahibinin razılığı olmadan evə daxil olan və bir müddət onun yanında qalan qonaq onun çörək yeyənlərindən hesab olunsa, ehtiyata əsasən onun fitrəsi ev sahibinə vacibdir. Həmçinin, insanın xərcini verməyə məcbur etdiyi şəxsin də fitrəsini verməlidir.

- Fitr bayramı gecəsi məğribdən sonra gələn qonağın fitrəsi (məğribdən əvvəl dəvət olunmuş olsa və orda iftar etsə belə) ev sahibinə vacib deyil.

images

Həzrət İmam Əli (ə) xəlifə olduğu dövrdə Ramazan Bayramı günü müsəlmanların qarşısında xütbə söyləyərək belə ərz etmişdir: “Ey camaat, bu gün yaxşı əməl sahiblərinə savab verilər, pis əməl sahibləri ziyana uğrayarlar. Bu gün qiyamətə çox bənzəyir. Evinizdən çıxıb məscidə toplaşmağınız qiyamətdə qəbirdən çıxıb rəbbinizin hüzurunda toplaşmağınıza oxşayır. Məsciddə namaza durarkən qiyamətdə Rəbbinizin hüzurunda duracağınızı təsəvvür edin. Məsciddən evinizə dönməniz isə qiyamətin sonunda behiştə və ya cəhənnəmə getmənizi xatırlatsın sizə.

Ey Allahın bəndələri! Bilin, oruc tutan kişi və qadınlara veriləcək ən kiçik savab budur ki, Ramazanın sonuncu günündə Allahın əmri ilə mələklərdən biri car çəkib elan edər: «Müjdə olsun sizə, ey Allahın bəndələri! Sizin ötən günahlarınız bağışlandı. Görək gələcəkdə özünüzü necə aparacaqsınız”. Ramazan bayramına keçən gecəni ibadət və dua ilə keçirmək müstəhəbdir. Həmin gecə də əhya saxlamağın və çoxlu namaz qılmağın savabı var. Bəli, Mübarək Ramazan ayı da beləcə sona çatmaqdadır. Allahın bayramı olan Bayram bizi sevindirməkdədir. Bu bayram bizə günahlarımızın bağışlanmasını müjdə verir. Təqva və iradəmizin gücləndiyi bu gözəl ay bizlərə paylaşmağı, vəhdəti, Quran tilavət etməyi adət halına salmağı, dua edib, Allaha yaxınlaşmağı, insanalra sevgi məhəbbət yaxşılıq əta etməyi öyrətdi. Allah bizlərə növbəti ili də bu mübarək ayın fəzilətlərindən yararlanmaq tofiqini nəsib etsin.

Bayramınız Mübarək!

19399822 1237865493006045 5762990555716486928 n

Şəbnəm Rəhimova

Oxu 768 dəfə

Şərh verin

Siz (*) tələb olunan məlumatı daxil etdiyinizə əmin olun.Hansı ki, HTML kodu iczə verilmir.