Tuesday, November 21, 2017

Naşükür Xəlilin yeri - HEKAYƏ

Bu məqaləni qiymətləndir
(5 səs)

Biri vardı biri yoxdu. Bir kənddə Mədinə və İsmayıl adında tərbiyəli 2 uşaq yaşayırdı. Onların anası İsmayılı dünyaya gətirəndə vəfat etmişdir. Ataları isə İslamı dini uğrunda gedən döyüşlərdən birində şəhid olmuşdur. O zamanlar Mədinə3 yaşında, İsmayıl isə 2 günlük idi. Onların tərbiyəsi ilə nənələri Xədicə xanım məşğul olmuşdu. İndi Mədinə 2-ci sinfə gedir. İsmayılın isə 5 yaşı var. Xədicə xanım Mədinəni 5-ci sinfə, İsmayılı da 2-ci sinfə qədər böyütmüşdü. Nənələri vəfat edəndən sonra Mədinə özü İsmayıla həm analıq həm də bacılıq etmişdir.esma1

Mədinənin 20 yaşı olanda o, qardaşını da götürüb uzaqda yaşayan xalalarının, yəni Sara xanımın yanına getdilər. Sara xanım çox uzaqda yaşadığı üçün bacısı Həcərin dünyadan köçdüyünü bilmirdi. Sara xanım onları tək görəndə hər şeyi başa düşmüşdü. Mədinə ona olanları nənəsinin dediyi kimi söylədi.

Sara xanım: Bəs sizin təhsiliniz var?

Naşükür Xəlilin yeri1 Sara xanım çox təmiz ürəkli birisi idi. Kasıblara yardım edərdi. Uşaq evlərindən uşaqlarla birlikdə çıxıb, onların arzularını yerinə yetirərdi. Amma onun həyat yoldaşı Xəlil çox naşükür insan idi. Onların uşağı olmadığı üçün hər dəfə şikayətlənirdi. Sara xanım onların hərəsinə 2 otaq vermək istədi amma uşaqlar etiraz edib, hərəyə 1 otaq aldılar.

***

 Axşam Xəlil evə gəlməyəndə Sara xanım həyəcanlandı. Səhər İsmayıl xalasına dedi ki, mən Xəlil kişini axtarmağa gedərəm təki sən qorxma. Düzdür o, buraları yaxşı tanımasa da xalalarının evinə gələrkən qarşılarına müdrik bir qoca çıxıb olduqları yeri göstərmişdi. İsmayıl yemək yeyib, Xəlil kişinin şəklini götürüb evdən çıxdı. Bir qədər gedəndən sonra saata baxdı. Saat altının yarısı idi. Onun cəmi iki saatı qalmışdı. Hər yeri ələk-vələk etdikdən sonra saat artiq səkkiz  olmuşdu.

esma3Mədinə çox qorxdu və dedi:

- Bu uşaq harada qaldı?

Sara xanım: Qorxma qızım, İsmayıl çox mərd oğlandır.

Birdən qapı döyüldü. İsmayıl evə gəldi. O Xəlili tapa bilməmişdi. Sara xanım: Oğlum İsmayıl, gəl sən onu axtarma! O qeyb olmağa layiqdir. Bu dünyada heçnə əvəzsizqalmayacaq. Siz də bundan sonra mənim uşaqlarım olacaqsınız. Onlar belə sevinc və xöşbəxtlik içində yaşadılar. Əgər Xəlilin harada olacağını bilmək istəyirsinizsə onun yeri cəhənnəm odunda yanmaqdır.

 

 Əsma Hüseyn

Oxu 196 dəfə

Şərh verin

Siz (*) tələb olunan məlumatı daxil etdiyinizə əmin olun.Hansı ki, HTML kodu iczə verilmir.