Avqustun 22-də "Demokratik Azərbaycanı Seç" (DAS) ictimai-siyasi təşkilatı Almaniya kansleri Angela Merkelin Cənubi Qafqaz ölkələrinə səfəri ilə bağlı onun Berlindəki iqamətgahının qarşısında aksiya keçirib. Aksiya qurumun facebook səhifəsində canlı yayımlanıb.

Aksiyada təqribən 250 DAS üzvü və təəssübkeşi iştirak edib, xanım Merkelə tələblərini çatdırıb. Aksiya iştirakçıları “Siyasi məhbuslara azadlıq!”, “Kürü diplomatiyasına yox!”, “İnsan hüquqlarını neft maraqlarına qurban verməyin!” şüarları qaldırıb. İştirakçılar siyasi məhbus hesab etdikləri şəxslərin, o cümlədən həbsdə olan jurnalist və bloggerlərin portretlərini, həmçinin korrupsiyada adları hallanan bir sıra məmurların ifşaedici fotolarını qaldırıb.

Çıxışlarda Azərbaycanın hazırkli iqtidarının ünvanına kəskin tənqidlər səslənib və Angela Merkeldən Azərbaycana səfəri zamanı insan hüquqları, demokratiya, media azadlığı, korrupsiya, siyasi məhbuslar və mühacirlərə təzyiqlərə son verilməsi kimi məsələləri dövlət başçısının qarşısında qaldırması xahiş edilib. Bununla yanaşı, bütün çıxışlarda xanım Merkelin Cənubi Qafqaz ölkələrinə səfəri zamanı Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsini diqqət mərkəzində saxlaması xahiş edilib.

Aksiya Almaniya kanslerinə müraciətin oxunması ilə başa çatıb. Müraciətdə də çıxışlarda sadalanan məsələlər yer alıb.

Angela Merkel avqustun 23-25-də Cənubi Qafqaz ölkələrinə regional səfərə çıxacaq. A.Merkel avqustun 25-də Azərbaycana gələcək.

“Demokratik Azərbaycanı Seç” (DAS) təşkilatı 3 iyun 2018-ci ildə Almaniyada yaşayan bir qrup mühacir azərbaycanlılar tərəfindən təsis edilib.

DAS Berlin 4

DAS Berlin 3DAS Berlin 2das Berlin 1

Qarabağsız ölə bilməyənlər niyə DAS-a daş atırlar?

Hörmət etdiyim tanınmışlardan biri, QAT-ın sədri Akif Nağı facebook səhifəsində “AVROPADAKI SİYASİ MÜHACİRLƏRƏ“ başlıqlı bir status yazıb. Status bir qədər tənqid üslubunda başlasa da, sonu tövsiyyə ilə bitib. Nə ilə başlayıb, necə bitməsi Akif müəllimin taktikasıdır, özü bilər, necə yazır.

Əvvəlcə, QAT-ın qatını açım ki, müəllimin müraciət etdiyi mühacirlərin əksəriyyəti bu terminin mənasını bilmir. Ona görə, yox ki, ölkəsindən didərgin salınan mühacir gənclər Qarabağı sevmir, ona görə ki, QAT son bir ildə azı iki dəfə Qarabağla bağlı mitinq təşkil etmək üçün hökumətə bər-bəzəkli müraciət göndərsə də, müraciətin zər-zibasını az etdiyindən, ya onun üçün cızılan xətti tapdaladığından “hə“ cavabı almayıb. Hə, QAT – Qarabağ Azadlıq Təşkilatı, deməkdir. QAT-ın Bakı merinə göndərdiyi „sevgi məktublarından“, azadlıq təşkilatı olmasından bir az sonra sazla söz açacam. İndi Akif müəllim Nağının tənqid və tövsiyyə dolu statusundan danışım.

“ AVROPADAKI SİYASİ MÜHACİRLƏRƏ

Hörmətli soydaşlar.
Yayılan məlumatlara görə, avqustun 22-də Berlin şəhərində mitinq keçirməyə hazırlaşırsınız. Mitinqdə Almaniyanın kansleri A.Merkelin Azərbaycana səfərinə, burada "diktator"la görüşünə etiraz etmək istəyirsiniz. Hər bir siyasi qurumun, ictimai birliklərin, hər kəsin fikir və hərəkətlərinə hörmətlə yanaşırıq. Amma milli maraqların diqqətdə saxlanılması, milli qürur hissinin öndə tutulması hər şeydən vacibdi. Öz ölkəmizdə vəziyyəti özümüz düzəltməliyik. Düzəldə bilmiriksə, yerimizdə oturmalıyıq, ondan-bundan xahiş etməli deyilik. Təsəvvür edirsinizmi, alman, ingilis, gürcü, lap elə murdar erməni kimdənsə xahiş etsin ki, gəl mənim evimdə qayda yarat, hakimiyyəti dəyiş? Elə şey mümkün deyil. Biz isə buna gedirik. Bununla milli qürurumuzu ayaqlar altına atırıq. Yaxşı düşünün“.39585450 306580326743294 6027618396684681216 n

Bəli, avqustun 22-də Berlində biz, Demokratik Azərbaycanı Seç (DAS) ictimai-siyasi təşkilatı aksiya təşkil edəcəyik. Bu aksiyanın məqsədi barədə bir müddətdir ki, mətbuatda açıqlamalar veririk, hətta xanım Angela Merkelə ünvanladığımız müraciəti də ictimaiyyətin diqqətinə çatdırmışıq. Siz, tanış olmamısınızsa, yaxud aksiyanın məqsədini məqsədli şəkildə başqa yönə yönəltmək istəyirsinizsə, sizin üçün təkrar edim. Biz, DAS olaraq xanım Merkelə Azərbaycana getmə demirik. Əksinə, DAS-ın yaranmasını zəruri edən səbəblərdən biri də, Azərbaycanla beynəlxalq əlaqələrin normal qurulmasıdır. Çünki, sizin də dəstəklədiyiniz qəsbkar hakimiyyət Azərbaycanı sivil dünyaya heç də yaxşı tanıtmayıb.

Aksiyanın məqsədi, Azərbaycanda insan hüquq və azadlıqlarının məhz hakimiyyət tərəfindən pozulmasını, kürü diplomatiyasının fəsadlarını, Azərbaycandan oğurlanan kirli pulların hətta bəzi alman banklarında yuyulması faktlarını və Dağlıq Qarabağın Azərbaycanın ərazisi olduğunu Kanslerin diqqətinə bir daha çatdırmaqdır. Bildiyiniz ki, xanım Merkel Ermənistana da gedəcək. Siz Bakıda Qarabağ üçün aksiya keçirməyə görə, merin qapısını yetim uşaq kimi kəsdirəndə, Ermənistanda demokratik dəyərlərin qorunması nümunəsi yaradılırdı. Bax elə, dünən Paşinyan demokratik inqilabının 100 gününü qeyd etdi. Siz isə, “Akif Nağı merdən narazıdır“ başlıqlı bir xəbərlə mətbuata düşdünüz.

Bizim İlham Əliyevə diktator deməyimiz sizi niyə narahat edir? Bəli, biz Avropanın aparıcı dövlətlərindən biri olan Almaniya kanslerindən tələb edirik ki, ikili siyasət aparmasın. Ya Azərbaycandan gələn siyasi mühacirlərə siyasi status verməsin, ya da xalqını didərgin salan diktatorla görüşməsin. Eyni zamanda, xanım Merkelə, işğalçı Ermənistana səfər edərkən, ermənilərin Xocalıda törətdikləri soyqırımı unutma, deyəcəyik. Siz isə, ildə iki dəfə hökumətdən verilən qrant kəsilməsin deyə, “ermənilərlə çaxır içmişik yenə içəcəyik“ deyənlərə etiraz edəcək cəsarətdə deyilsiniz. Milli qürurdan dəm vurursuz. DAS üçün milli qürur, günahsız məhbəs həyatı yaşayanlardır. Bəziləri isə, adının Ziyafət Əsgərov tərəfindən hardasa çəkilməsini qürur sayır.

Hörmətli Akif müəllim, bizə gürcülər belə etməz, deyib, ermənilərə oxşatmağa cəhd edirsiniz. Sizin kimi biri tərəfindən belə bir müqaisə çox pis göründü. Əslində, mənim də bir müqayisəm var. Siz bu tənqidlə göstərdiniz ki, ya hökumətdən birbaşa sifariş almısınız, ya da hökumətin xoşuna gəlmək üçün edirsiniz. Çünki, hökumət bizim aksiyamızdan bərk narahat olub. Hətta, eyni gündə, eyni yerdə və eyni saatda Qarabağ mövzusunda aksiya keçirmək üçün alman polisindən icazə də alıb. Lakin o aksiyada azərbaycanlılar olmayacaq, hakimiyyət xalqdan çırpışdırdığı pulun hesabına gürcü və türk vətəndaşlarını yığacaq ora.

Akif müəllim davam edir:

“Bizim Qarabağ problemimiz var. Həmin mitinqdə Merkelin qarşısında məsələ qoya bilərsiniz ki, nə üçün Qarabağ məsələsində obyektiv deyilsiniz, işğalçı Ermənistana qarşı sərt mövqe tutmursunuz? İspaniya kimi Azərbaycanın da ərazi bütövlüyünü dəstəkləməlisiniz, Kataloniya kimi Dağlıq Qarabağdakı qondarma rejimi də ittiham etməlisiniz. İşğalçı Ermənistana səfərdən çəkinməlisiniz. 
Məsələni bu şəkildə qoysanız milli maraqlarımıza uyğun olar. Baxaq görək demokratik Avropa bu tələblərinizi eşidəcəkmi. Görək onlara inanmaq olarmı?
Hörmətlə, Akif Nağı. QAT sədri“.

Biz xanım Merkeldən Qarabağla bağlı nə tələb edəcəyik, onu qeyd etdim. Hesab edirik ki, ondan artığını istəmək sizin dediyiniz kimi qürursuzluq olar. Davamını özümüz etməliyik. Amma Ermənistanla sərt mövqe nümayiş etdirməyi gərək Əliyev rejimindən istəyək. Təbii ki, QAT olaraq bu məsələdə qabağa siz düşməlisiz. Axı hamıdan yaxşı siz bilirsiniz ki, hakimiyyətin erməni sövdası kəllə-çarxa vurub. Hətta ermənilərə dığa deyənin dilini dağlayır hakimiyyət. Lazım gəlsə, tezliklə “ermənistan məhbusu“ da olacaq ölkəmizdə. Yəni, Ermənistanı tənqid edənlərə cinayət işi açıb, həbs edəcəklər ki, Azərbaycanın beynəlxalq aləmdə imicini korlayırsız.

Nə isə… sizin Qarabağ mitinqinizdən danışaq. Deməli, 12 may 2018-ci ildə Bakıda 5-10 minlik Qarabağ mitinqi təşkil edəcəkdiniz. Yadımdadır, düz bir ay əvvəldən Bakı şəhər İcra Hakimiyyətinə icazə üçün müraciət də etmişdiniz. Nəhayət, “Qarabağ məsələsi ilə hökumət məşğul olur və bu məqsədlə başqa heç bir tədbirə ehtiyac yoxdur“, deyib, əlinizi boş qaytardı, Cənab Əliyev.

Siz də şüar səsləndirəcəkdiniz ki, “Ya Qarabağ, ya ölüm!”, “Ya Qarabağı azad et, ya kənara çəkil!”. Görünür, nə Qarabağ var, nə də ölüm. Deyəsən, Qarabağsız ölüm də yoxa çıxıb.

Sonda 12 may aksiyasını QAT-ın ofisində təşkil etməyi qərarlaşdırdınız. İslamçılardan tutmuş, liberal-demokratlara qədər bəzilərini də şirniyyat süfrəsinə qonaq elədiz.

Sonda belə bir qərar qəbul eləmişdiz, „Qarabağ Mitinqinə hakimiyyət tərəfindən icazə verilməməsi qətiyyətlə pislənilsin, hakimiyyətin bu mövqeyi Qarabağın azadlığına biganəlik kimi dəyərləndirilsin və hakimiyyətdən bu xalqazidd praktikaya son qoyması tələb edilsin“.

Amma insafən həmin qərarda bir müddəa da var idi: „Qarabağın azadlığı tələbinin daim, davamlı, fasiləsiz gündəmdə saxlanılması məqsədilə mitinq və digər tədbirlərin fasiləsiz olaraq keçirilməsi məqsədəuyğun hesab edilsin və avqust ayında Qarabağ Mitinqinin keçirilməsi üçün yenidən Bakı Şəhər İcra Hakimiyyətinə müraciət olunsun“.

Hörmətli Akif müəllim, Azərbaycan çox balaca ölkədir. Kimin əli, kimin cibində, kimin qulağını kimin dırnağıyla qaşıyırlar, qoxusunu hamı duyur, səsi tez çıxır. Siz isə bir şeyi unutmayın, QAT-ın yaşı YAP-ın yaşı qədərdir. YAP 93-də hakimiyyəti qəsb elədi, QAT da 93-də doğulanda YAP-ın burulğanına düşdü. Bəlkə elə QAT-ı YAP-ın burulğanı gətirdi dünyaya. Bax, orasını - QAT-ın göbəyinin harda kim tərəfindən kəsilib, harda basdırıldığını, siz bilərsiniz!

Cavid Cabbarlı

DAS İdarə Heyətinin üzvü

Avqustun 17-də Bakının Nəsimi rayon Məhkəməsi hakim Şəlalə Həsənovanın sədrliyi ilə Milli Məclisin keçmiş deputatı, sonradan Almaniyaya mühacirətə gedən və Türkiyədə saxlanılaraq Azərbaycana təhvil verilən Hüseyn Abdullayevin anası 76 yaşlı Zeynəb Abdullayeva barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbirinin daha iki ay uzadılması barədə qərar qəbul edib.

Bu barədə Amerikanın Səsinə Abdullayevlər ailəsinə yaxın mənbələrdən məlum olub.

Nəsimi rayon Məhkəməsində belə bir prosesin olduğunu Amerikanın Səsinə təsdiq ediblər.

“Biz məhkəmə prosesi barədə yalnız çəkişmə tərəflərinə məlumat veririk. Bu barədə medianın suallarına cavab vermirik”, prosesə sədrlik edən hakim Şəlalə Həsənovanın köməkçisi Amerikanın Səsinə bildirib.

Yerli medianın məlumatına görə, Bakının Nəsimi Rayon Polis İdarəsində Abdullayeva Zeynəb Bayraməli qızına qarşı Cinayət Məcəlləsinin 326.1 (Rəsmi sənədləri, ştampları və ya möhürləri tamah məqsədi və ya digər şəxsi niyyətlə oğurlama, məhv etmə, zədələmə və ya gizlətmə) və 318.2 (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən, yaxud zor tətbiq etməklə Azərbaycanın mühafizə olunan dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və ya dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda keçmə) maddələri ilə cinayət işi başlanıb.

Zeynəb Abdullayevanın oğlu Hüseyn Abdullayev bu il aprelin 21-də Türkiyədə saxlanılaraq Azərbaycana təhvil verilib.

Hüseyn Abdullayev 1990-cı illərdən biznes fəaliyyəti ilə ictimai diqqətə gəlib və hazırki iqtidarın qatı tərəfdalarından olub. Abdullayev 2005-ci ildə Milli Məclisə deputat seçilib.

O 2007-ci ilin martında parlamentdə Nazirlər Kabinetinin illik hesabatı zamanı hökumətin fəaliyyətini tənqid edib. Abdullayevin tənqidi çıxışı digər deputatla münaqişəyə səbəb olub və parlamentin iclas zalında yumruqlaşma ilə başa çatıb. Bundan sonra o həbs edilib. Bir müddət sonra həbsdən azad edilərək Almaniyaya mühacirətə gedib.

Hüseyn Abdullayev mühacirətə gedəndən sonra hazırki iqtidarın kəskin tənqidçisinə çevrilib. O həm də iqtidarın əleyhinə mahnılar bəstələyib. Abdullayevin iqtidarın siyasətinə etiraz edən “Susma” marşı sosial şəbəkələrdə geniş yayılıb.

Rəsmi orqanların məlumatına görə, Hüseyn Abdullayev barəsində Vergilər Nazirliyinin İstintaq İdarəsində 2012-ci ildə böyük ölçüdə külli miqdarda vergi ödəməkdən yayınma (Cinayət Məcəlləsinin 213.2.2 maddəsi) ittihamı ilə cinayət işi açılıb və barəsində axtarış elan edilib.

3 oktyabr 2016-cı ildə H.Abdullayevə ümumilikdə 1 milyon 810 min manat məbləğində vergini dövlət büdcəsinə ödəməkdən yayındırması və xüsusi razılıq (lisenziya) tələb olunduğu halda belə razılıq almadan tikinti-quraşdırma işlərini həyata keçirərək 966 min manat məbləğində gəlir əldə etməsinə şübhələr müəyyən edildiyindən Cinayət Məcəlləsinin 192.2.2 (qanunsuz sahibkarlıq) və 213.2.2-ci maddələri ilə yenidən ittiham elan edilməsi barədə qərar çıxarılıb.

Həbs edildikdən sonra isə ona qarşı Cinayət Məcəlləsinin 178.2.1 (dələduzluq), 178.2.2, 178.2.4, 182.2.1 (hədə-qorxu ilə tələb etmə), 182.2.2 və 182.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə həmin maddələrdə nəzərdə tutulmuş ittiham elan edilib.

''Onların fikri Azərbaycanda şəriət qaydaları ilə idarə edilən dövlət qurmaq olub''
 Avqustun 17-də Daxili İşlər Nazirliyi, Respublika Prokurorluğu və Dövlət Təhlükəsizlik Xidməti iyulda Gəncədə baş vermiş olaylarla bağlı məlumat yayıb.
 Məlumatda bildirilir ki, aparılan araşdırmalar nəticəsində iyulun 3-də törədilən cinayətin icraçısının hazırda həbsdə olan Yunis Səfərov, onun yaxınları Eldar Orucov, Azər Əliyev, Mahir Əzizov olduğu məlum olub. Onların fikri Azərbaycanda şəriət qaydaları ilə idarə edilən dövlət qurmaq imiş. Buna görə hökumət orqanlarına qarşı partizan müharibəsi aparmaq qərarına gəliblər:
 "Onlar bu məqsədlə 2012-ci ildə xarici ölkələrdən birində döyüş təlimi keçiblər. Həmin ilin yaz aylarında Gəncəyə gələrək şəhər sakini, hazırda həbsdə olan Hamlet Abdullayevdən 1 ədəd "Kalaşnikov", 1 ədəd "Makarov" markalı tapança alıblar. Lakin həmin dövrdə planlaşdırdıqları cinayətkar əməllər baş tutmadığından silahları Hamlet Abdullayevə qaytarıb,ölkəni tərk ediblər. Dini radikalizmə meylli Hamlet Abdullayev həmin silahları və "Marqulin" markalı daha 1 ədəd tapançanı onunla eyni radikal dini baxışları bölüşən və 2018-ci il iyulun 21-də keçirilmiş xüsusi əməliyyat zamanı silahlı müqavimət göstərdiyinə görə öldürülmüş Anar Bağırovla birgə Gəncə şəhər sakini Pərviz Bayramovdan və 2015-ci ildə avtomobil qəzasında ölmüş Məhəmməd Əzizovdan 500 manata alıblar".
 Məlumatda bildirilir ki, Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə qarşı terror aktı törətməkdə təqsirləndirilən Yunis Səfərov həmin silahları müvəqqəti qaytardıqdan sonra Hamlet Abdullayev "Makarov" tapançasını pul müqabilində Pərviz Bayramova verib:
 ""Kalaşnikov" avtomatını isə dayısı, Gəncə şəhər sakini Aydın Qurbanova bağışlayıb. "Marqulin" markalı tapança isə Anar Bağırovda qalıb. Aydın Qurbanovun və Anar Bağırovun gizlətdikləri silahların yerinin müəyyən edilməsi məqsədilə onların Gəncə şəhərində qeydiyyatda olduqları ünvanlarda axtarış aparılıb. Nəticədə Aydın Qurbanovun yaşadığı binanın çardağından "Kalaşnikov" avtomatı, ona aid 56 ədəd patron və 1 ədəd sandıqça, Anar Bağırovun yaşadığı binanın zirzəmisindən "Marqulin" markalı tapança, ona aid 47 ədəd patron, 132 ədəd avtomat patronu, "Teksun" yağ qabının içində gizlədilmiş daha 273 ədəd avtomat və tapança patronu, 8 ədəd sandıqça, habelə mənzilindən radikal dini məzmunlu materiallar olan və faşizmi təbliğ edən 36 ədəd kompakt disk aşkar edilərək götürülüb”.
 Yayılan açıqlamada o da bildirilir ki, Aydın Qurbanov və Pərviz Bayramov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.3-cü (mütəşəkkil cinayətkar dəstə tərəfindən qanunsuz olaraq odlu silah, döyüş sursatı əldə etmə, başqasına vermə, satma, saxlama, gəzdirmə, daşıma) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq barələrində məhkəmə tərəfindən həbs qətimkan tədbiri seçilib.
İyulun 10-da Gəncə şəhərində aksiya keçirilib və həmin vaxt iki polis zabiti qətlə yetirilib.
 Baş prokuror Zakir Qaralov iyulun 30-da keçirdiyi toplantıda demişdi ki, əməliyyat-axtarış tədbirləri nəticəsində Gəncə hadisələri ilə bağlı 61 nəfər təqsirləndirilən şəxs qismində cəlb olunaraq barələrində həbs qətimkan tədbiri seçilib. Silahlı müqavimət göstərmiş 4 nəfər xüsusi xidmət orqaları tərəfindən öldürülüb, 13 nəfər barəsində isə həbsli axtarış elan olunub.(Meydan.tv)

DAS-ın üzvləri xanım Merkelə müraciət göndərdilər

Demikratik Azərbaycanı Seç (DAS) ictimai-siyasi təşkilatının bir qrup üzvü Almaniya kansleri Angela Merkelə müraciət ünvanlayıblar. Bu barədə xeber.info-a DAS İdarə Heyətinin əlaqələndiricisi Cavid Cabbarlı məlumat verib.

C.Cabbarlının sözlərinə görə, müraciət 22 avqust aksiyasının məzmunu haqqındadır: “Xanım Metkel 23-25 avqust Cənubi Qafqaza səfər edəcək. Bu səfər çərçivəsində Vətənimiz Azərbaycana da gedəcəyi planlaşdırılır. Biz səfər öncəsi bəzi məqamları xanım Merkelin diqqətinə çatdırmağı planlaşdırırıq. Bu münasibətlə 22 avqustda Berlində aksiya təşkil edəcəyik. Ümid edirik ki, aksiyamız dövlətimiz və alqımız üçün faydalı nəticələr əldə etməkdə yardımçı olacaq“.

C.Cabbarlı DAS-ın tələblərinə də toxunub: “DAS siyasi məhbusların qeyd-şərtsiz azad olunmalarını tələb edir. Azərbaycanın oliqarx məmurlarına qarşı sanksiyaların qoyulması, kirli pulların yuyulmasında adları hallanan bəzi alman banklarının barəsində ölçü götürülməsi və diktator hakimiyyətlə əlaqələrə yenidən baxılması Kanslerdən istəniləcək. „Maraqlara görə demokratiya və insan haqlarına qarşı hayqırıya son verin“, tələbi də şüarlarımızdan biridir. Almaiya dünya siyasətində təsir imkanlarına malik dövlətdir. Beynəlxalq arenada Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsində hər hansı bir formada yardımçı ola bilər. Bu səfər çərçivəsində xanım Merkelin Ermənistana da səfər edəcəyini nəzər alıb, Rusiyanın dəstəyilə Azərbaycan torpaqlarının ermənilər tərəfindən işğal olunduğunu və Xocalıda azərbaycanlıların soyqırıma məruz qalmalarını Kanslerin diqqətinə çatdırdıq. Biz Avropadan və xüsusən Almaniyadan ədalətli davranmağı, insan hüquq və azadlıqlarına hörmət etməyi, xalqını əzən, səfil gününə qoyaraq, dövlətin büdcəsini talayaraq ofşor ərazilərə daşıyan hakimiyyətlə əlaqələrin kəsilməsini tələb edirik. Demokratiya carçısı olan dövlətlər bizim bu tələbləri normal qarşılamalı və Azərbaycan rejiminə qarşı sərt davranmalıdır“.

Qeyd edək ki, DAS Avropada yaşayan mühacir azərbaycanlılar tərəfindən yeni yaradılmış ictimai-siyasi təşkilatdır. Bu müraciəti təqribən 80 DAS üzvü imzalayıb.

Demokratik Azərbaycanı Seç (DAS) təşkilatı avqustun 22-də Berlində Almaniya kansleri Angela Merkelin iqamətgahının qarşısında etiraz aksiyası keçirəcək. Bu barədə DAS Facebook səhifəsində məlumat yayıb.

Aksiya “Siyasi məhbuslara azadlıq!”, “Kürü diplomatiyasına yox!”, “İnsan hüquqlarını neft maraqlarına qurban verməyin!” şüarları ilə keçiriləcək.

Angela Merkel avqustun 23-25-də Cənubi Qafqaz ölkələrinə regional səfərə çıxacaq. A.Merkel avqustun 25-də Azərbaycana gələcək.

“Demokratik Azərbaycanı Seç” (DAS) təşkilatı 3 iyun 2018-ci ildə Almaniyada yaşayan bir qrup mühacir azərbaycanlılar tərəfindən təsis edilib.

amerikaninsesi.org

Şərlənərək həbs olunan Zəfər Əhmədovun səhhətində ciddi problem yaranıb. O hal-hazırda Binəqədi təcridxanasında saxanılır.

Ailəsindən verilən məlumata görə təcridxanada Zəfər Əhmədovun səhhətində ciddi ağrılar baş qaldırıb və təcili yardım çağırmaq məcburiyyətində qalıblar. Ona ağrıkəsici iynələr vurub, bir müddət sakitləşdiriblər. Amma qısa müddətdən sonra yenidən ağrılar şiddətlənib. Ailəsi ona zəruri olan dərmanları çatdırıb.

Həyat yoldaşı Qənimət xanım deyir ki, böyrək problemindən əziyyət çəkən adam bol maye qəbul etməlidir, ancaq analoqsuz inkişaf edən ölkənin həbsxanalarında su da problemə çevrilib. Ailəsi bildirir ki, Zəfər Əhmədovun başına bir iş gəlsə, bütün məsuliyyəti hakimiyyət daşıyacaq. Xatırladaq ki, Zəfər Əhmədov siyasi məhbus Fuad Əhmədlinin atasıdır.

Faktiki olaraq, hakimiyyət bu ailənin iki üzvünü şərləyərək həbsə salıb və hər ikisinin səhhətində problemlər var.

Çərşənbə axşamı, 14 Avqust 2018 17:11

"Eşqin şəhidi" təqdim olundu - VİDEO

Yazan

Gənc yazar Tural İrfanın "Eşqin şəhidi" adlı növbəti kitabının təqdimatı olub. Kitab Aprel Döyüşlərində şəhid olan Elimdar Səfərovun həyatına həsr edilib

Bu gün sabaha yaxın ölkənin əsas rusdilli portalı olan haqqın.az saytında araşdırmaçı jurnalist Eynulla Fətullayevin bir məqaləsi dərc olunub. Məqalə “APA agentliyi niyə bağlandı?!” adlanır.

Yazının linki burada https://haqqin.az/news/134211

Bu yazıda Eynulla Fətullayev APA Holdinqin fəaliyyətinin dayandırılması barədə özünün versiya və məlumatlarını paylaşır. O, burada iki səbəb göstərir - əsas səbəb kimi bu agentliyin ölkə prezidenti İlham Əliyevin Ermənistan barədə çıxışını ciddi təhrif etməsini irəli sürən E. Fətullayev yazır: “İlham Əliyev Köçaryan-Sarkisyanın simasında Ermənistanın sabiq rəhbərliyinin, Qarabağ klanının fəaliyyətinin üzərində böyük ölçüdə dayandı. Və Ermənistanın yeni rəhbərliyi barədə fikir yürüdərək bəyan etdi ki, əgər Paşinyan hakimiyyəti də Sarkisyanın Qarabağ siyasətini əvvəlki məcrada davam etdirsə, o zaman Azərbaycan Ermənistanı sarsıtmaq üçün hər şeyi edəcək. Razılaşın ki, “diz çökdürmək” söz birləşməsi ilə “sarsıtmaq” ifadəsi arasında kifayət qədər böyük fərq var. Müharibə vəziyyətində olan dövlətin başçısının dilindən səslənən hər bir kəlmə, hətta o sözün tələffüzü təkcə cəmiyyət daxilində yox, eləcə də beynəlxalq birlikdə birmənalı olmayan reaksiyalar doğura bilər. “Diz çökdürmək” ifadəsi hələ Qarabağ münaqişəsinin tənzimlənməsinə dair dəqiq və aydın konsepsiya formalaşdırıb, müəyyənləşdirməmiş hakimiyyətə müharibə elan etmək kimi yozula bilər.

Başqa tərəfdən, prezidentin, lap istənilən siyasətçinin çıxışlarına sərbəst interpretasiya ilə yanaşmaq jurnalistin peşə etikasına nə qədər uyğundur?”

Картинки по запросу eynulla fətullayev

Daha sonra isə Eynulla Fətullayev APA Holdinqdə yüksək vəzifə tutan (vitse-prezident) Şahin Cəfərlinin iqtidar əleyhinə sosial şəbəkələrdə yazdığı kəskin tənqidlərə toxunur və həmin yazıların scrin-shotlarını məqalədə göstərir. E.Fətullayev hesab edir ki, iqtidaryönümlü bir agentlikdə işləyib, sonra da sosial şəbəkələrdə həmin iqtidarı tənqid etmək ikiüzlülükdür, yolverilməzdir. E.Fətullayev məqaləsində daha bir APA-çıdan yazır. Bir zamanlar APA ilə Avropa Şurasında əməkdaşlıq etmiş Fuad Qulubəyli barədə. Fətullayev yazır: “O da aktiv sosial şəbəkə üzvüdür. O da hakimiyyətin düşmənlərinin, müxalifətin güzəştsiz, qızğın tərəfdarıdır. Fuad Qulubəyli hakimiyyət agentliyini Avropanın ürəyində bax, bu cür təmsil edirdi. APA-nın bağlanmasına hələ bir müddət qalmış Fuad hakimiyyətə açıq-aşkar rişxənd edirdi: “Bizi Konstitusiyaya dəyişikliklərə dair referendumda iştirak etmək üçün səfirliyə daşımağın nə mənası var? Məgər bizim səslərimiz nəyisə həll edir? Hər şey bizim səsimiz olmadan həll edilir” (25 sentyabr 2016-cı il tarixli qeyd).

F.Qulubəyli özünü o qədər buraxır ki, Azərbaycanda keçirilən prezident seçkilərini də ələ salır, istehzayla etiraf edir: “Təxminən 127 ildən sonra Azərbaycanda, Fransada olduğu kimi, prezident yenidən 5 il idarə edəcək”. F.Qulubəylinin tənqidi çıxışlarından yeni sitatlar gətirməyin mənası yoxdur. Sosial şəbəkələrin bütün iştirakçıları onun Azərbaycan hakimiyyətinin ünvanına gündəlik hiddətli atmacalarını izləyir. Və, əlbəttə, o, hakimiyyət agentliyi APA-da işləyir. Həftə sonu istirahətini isə İlham Əliyevin ən barışmaz tənqidçiləriylə, məsələn, karikaturaçı Gündüz Ağayevlə keçirir”.

Ən sonda E. Fətullayev bütün bunları APA-nın tarixində ağ ləkələr adlandırır. Fətullayev hesab edir ki, bütün bunlar doğru deyil. İqtidaryönümlü media quruluşunda çalışanlar iqtidarı, onun siyasətini tənqid etməməlidir. 

“Hakimiyyətin pulu ilə yaşamaq və onu ələ salmaq, ona lağ etmək. Həyasızlıq, vicdansızlıq, vecsiz şaşqınlıq!
Doğrudanmı APA-da labüd araşdırma aparılması barədə bəyan edən agentlik rəhbərliyi öz əsl niyyətlərini və hisslərini sarkazm və soyuq sinizm maskası arxasında gizlədən əməkdaşlara və rəhbərlikdə təmsil olunanlara eyham edirdi? Axı bu jurnalistlərə prezidentə öz səmimi münasibətlərini açıq ifadə etməsinə, müxalifət səfində yer almasına, müqavimət jurnalistikasına adlamasına, həmin o Meydan TV-yə qoşulmasına, cəmiyyətin və ölkənin həyatı haqqında “öz həqiqəti”ni doğru-dürüst şəkildə, yalana, sinizmə yol vermədən yazmasına nə mane olurdu? Səhər-səhər iqtidara sədaqət andı içmək, gecə öz çatışmazlıqlarına əsəbiləşərək öz-özünü təkzib etmək nə üçündür? Bu məntiqi necə başa düşək? Bu, ziddiyyət ruhunu necə izah edək? Bu, nədən xəbər verir? Vətəndaş mövqeyinin olmamasından, yoxsa yarınmaqdan, sinizmdən, ya da şərəfsizlikdən?
Hakimiyyət agentliyi APA-nın tarixindəki ağ ləkələr belədir...” (Yazının və sitatın sonu)...

APA Holdinq üzərində böyük oyunlar oynanır

Картинки по запросу vüsalə mahirqızı

Bütün bu iddialara APA Holdinqin rəhbəri Vüsalə Mahirqızı özünün Facebook profilindən cavab verib. V. Mahirqızı cavab yazısında ilk öncə onu bəyan edir ki, APA Holdinqin üzərində böyük oyunlar qurulduğunu bilir: “Amma bu oyunu quranların bu qədər açıq müstəvidə və iyrəncliklə oynayacaqlarını təsəvvür eləmirdim, açığı. Görünür, mənim səbrim və sükunətim əsəblərini dözdürmədi.

Azərbaycan Prezidenti İlham Əliyevin çıxışında APA-nın səhvə, hətta kobud hesab ediləcək səhvə yol verməsi bu şirkət üzərində oyunlar oynayanlara fürsət verdi.

Məsələnin mahiyyətində əslində nə dayanır: APA bütün mətnləri Azərbaycan dilində hazırlayır. Səhvə yol verən əməkdaşımız Ramiz Cürənov (Mikayıloğu) Prezidentin çıxışını AZTV-nin saat 17.00 buraxılışından yazıb. Burda yalnız bir məqsəd olub, məlumatı operativ şəkildə yazmaq və yaymaq. Ramiz illərdir ki, Prezidentin tədbirlərini işıqlandırmaq üçün ezam olunub və heç vaxt səhvə yol vermədən bu işi görüb.

Çıxış Azərbaycan dilində yazılıb və orada yanlış olaraq “Ermənistan daha da sarsıdılacaq” ifadəsinin əvəzinə “Ermənistan çökdürüləcək” ifadəsi yer alıb. Rus dilinə tərcümədə isə ifadə “Ermənistan diz üstə çökdürüləcək” kimi kobud tərcümə xətası ilə tərcümə edilib.

Online media ilə məşğul olan hər kəs bilir ki, gün ərzində 700-800 xəbərin istehsal olunduğu yerdə belə xətalar ola bilir. Buna nə qədər bəraət qazandırmaq mümkünsüz olsa da, təəssüf ki, səhvlərdən qaçmaq olmur.

Dövlət agentliyində və Prezidentin rəsmi saytında həmin çıxışın mətni yayılan kimi bizim əməkdaşlar dərhal APA-dakı mətnləri bir qayda olaraq onlarla müqayisə edirlər. Mətnlər müqayisə olunub və ifadə səhvi görülən kimi dərhal dəyişdirilib.
Lakin məndən fərqli olaraq rusdilli Eynulla Fətullayev Prezidentin nitqindən yanlış yazılmış və çox kobud səslənən həmin ifadəni saytının başlığında yerləşdirib və Prezident Administrasiyasının müdaxiləsi olmayana kimi də dəyişdirməyib. Hətta dərhal yazının içində APA-dan olan “screen-shot” da peyda olub. Azərbaycanda yüzlərlə sayt, televiziya, agentlik, qəzet APA-nn minlərlə xəbərinə istinad edib, kim indiyə qədər “screen-shot” bazası yığıb?!

Prezidentin mətbuat xidmətinin rəhbəri mənə zəng edəndə artıq APA-da bu yanlış düzəldilmişdi. Lakin mən Azər Qasımova bildirdim ki, biz buna görə Prezidentdən də , oxuculardan da üzr istəyəcəyik və üzr istədik.

Bu hadisədən dərhal sonra şirkət saytları dayandırıb, bunun təxribat olub-olmadığı araşdırılır.

Lakin görünən odur ki, paralel araşdırmanı da Eynulla Fətullayev yəqin ki özündən daha çox sifariş aldıqları ilə bir yerdə aparıb və APA-nın bir daha fəaliyyət göstərməməsi üçün “dəlillər” tapıb. Hətta bu dəlillər əlində hazır olduğu üçün hər dəfə mənə “canıyananlıqla” zəng edəndə “APA-nın kitabı bağlandı” fikrini əminliklə deyirdi.

Deməli, APA bağlanan kimi dərhal bu şirkətdə çalışmış şəxslərin sosial şəbəkə dosyelərinin araşdırılmasına başlanıb.
Əvvəla, APA-da işləyənlərin bir qismi vaxtilə aktiv müxalif fəaliyyəti olmuş, digərləri isə müstəqil jurnalistlərdir. Bunun belə olduğu kimə sirr idi ki? İkincisi, müstəqil media orqanı orda hansısa müxalif fikirli jurnalistin işləməsinə görə niyə şantaj olunmalıdır ki? APA və ya Vüsalə Mahirqızı sosial şəbəkədə 187 əməkdaşının nə yazdığını, necə yazdığını güdməlidir? Hələ mən o tərəfini demirəm ki, Eynullanın bizim üçün “komplo” hesab etdiyi şəxslər xeyli vaxtdır ki, APA Holdinqdə işləmirlər.
Eynullanın “Real”çı dediyi Şahin Cəfərli bu il iyul ayının 10-dan bəri APA Holdinqdə çalışmır. Özü də siyasi təyinatı doğru yazmaq lazımdır, Şahin mövqe etibarilə müsavatçıdır, amma bildiyim qədərilə o partiyanın da üzvü olmayıb. Şahinin illərdir ki, sosial şəbəkədə yazdığı statuslar Azərbaycan saytlarında, televiziyalarında yayılır, özü isə verilişlərə dəvət olunur.
Lakin son vaxtlar daha çox analitik kimi fəaliyyət göstərdiyi və bunun şirkətin maraqları ilə üst-üstə düşmədiyi üçün öz ərizəsi ilə işdən ayrılıb. Bunu mən Eynulla Fətllayevdən əvvəl ona bu yazını hazırlatdıranlara da demişəm.

Fuad Qulubəyli isə heç vaxt APA-nın ştat əməkdaşı olmayıb, həmişə Avropa Şurasında bizimlə əməkdaşlıq edib. Lakin azı bir ildir ki, o, APA ilə belə əməkdaşlıq etmir. Konkret AŞ PA-nın sonuncu sessiyasında APA-nın London müxbiri Aytən Abbaslı Strasburqa ezam olunub, orda işləyib və bütün reportajlarda imzası yayımlanıb. Növbəti sessiyadan azı iki ay keçib.

Mən başa düşürəm, araşdırmalar müsbət nəticə verir, xüsusi, “dişə vurulası” nəsə tapılmır. Allah heç kimi APA-nın keçmiş əməkdaşlarının “facebook” statuslarının ümid qalacaq qədər aciz duruma düşürməsin.

Oysa ki, APA-nın əməkdaşları “milyarderlər ittifaqı” yaradıb, birbaşa Prezidentin əleyhinə işləyən Abbas Abbasovun, Telman İsmayılovun çağırışı və maliyyəsi ilə “biznes klass”larda sifarişli səfərlərə gedib, onlarla içki süfrəsinə oturmurlar. Halbuki bir jurnalistə bu yaraşar, bir media rəhbərinə isə əsla və əsla.

APA Azərbaycanın ən böyük informasiya yayıcısı idi, burda 187 nəfər çalışırdı. Azərbaycan informasiya məkanında təminatın 70-80 faizini bu media şirkəti edirdi. Sosial şəbəkələrin Azərbaycan seqmentində 1 milyona qədər istifadəçisi olan səhifələrdə xəbər yayımı ilə məşğul idi. APA-nın olmaması təkcə ölkənin media məkanını deyil, həm də ictimai-siyasi sferasının xəbər təminatını, ölkədə fikir formalaşdırmaq cəhdinin eynullalardan asılı edir. Və ən mühüm cəhət, mən APA-nı heç vaxt məmur davalarının poliqonuna çevirmədim. APA heç vaxt heç kimin kürəyindən bıçaq saplamaq üçün istifadə edilmədi, heç vaxt heç kimin qırmızı xəttini keçmədi.

O ki qaldı mənə. Mən Dövlətə, Millətə və Prezidentə hər zaman sadiq olmuşam. Bunu sübut edəcək işim, yaratdığım layihələr, tam 20 illik media fəaliyyətim ortadadır. Bundan artıq nəsə demək istəmirəm.

Eynullaya “həmkar” olaraq nəsə yazmaq istəyirəmmi, əlbəttə yox! Amma məni və APA-nı ona şərlədənlərə deyəcəyim bircə kəlmə var: məni ləkələyəcək adam Eynulla deyil! Heç olmasa, seçəndə iradəsi, yolu, siyasi əxlaqı özümə tən olan birini seçərdiniz. Bu hakimiyyətə, bu Dövlətə bu boyda pisliyi eləməyin!”

Yazıda adı çəkilən Şahin Cəfərli də E. Fətullayevin ittihamlarına reaksiya verib. Musavat.com xəbər verir ki, Ş. Cəfərli özünün Facebook səhifəsində yazıb ki, o, APA-dakı işindən istefa verib: "Mən bu il iyulun 10-dan bəri APA-da çalışmıram. İşdən ayrılmaq barədə ərizəni isə o tarixdən də əvvəl yazmışam"... 

Musavat.com-dan: Həmkarlarımız və oxucularımız bizi başa düşər: ölkənin media sektorunda sadə olmayan proseslər baş verir. Biz buna seyrçi qala bilmərik. İttiham edən və cavab verən tərəflərin bütün fikir çalarlarını eyni yazıda verməklə, oxucumuza və cəmiyyətə məlumatlanmaq imkanı yaradırıq.

Musavat.com

8 -dən səhifə 197