Prezident İlham Əliyevin təsdiq etdiyi Nazirlər Kabinetinin yeni tərkibində böyük dəyişikliklər olub.

Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov və kənd təsərrüfatı naziri Heydər Əsədov tutduqları postları itiriblər.

S.Müslümovun yerinə Sahil Babayev, H.Əsədovun yerinə isə İnam Kərimov təyin edilib.

Bildirək ki, İnam Kərimov Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri, Sahil Babayev isə iqtisadiyyat nazirinin müavini vəzifəsini icra edirdi.

Bu gün baş nazir postuna təyin edilən Novruz Məmmədovfərqli və unikallığı ilə tanınır. O, Vaqif Mustafayevin "Fransız” filmində də aktyor kimi yer alıb.

 1995-ci ildə istehsal olunmuş filmdə Novruz Məmmədov məsləhətçi obrazını yaradıb.

 Avropadan qayıdandan sonra öz milli adət-ənənələrimizə yuxarıdan aşağı baxan həmvətənlərimiz haqqında olan filmin baş qəhrəmanı Əlibala (aktyor Fərman Şəkili) azərbaycanlı olduğunu danır və fransızca danışmağa başlayır, özünü fransız hesab edir.

 N.Məmmədov isə filmdə fransa sevgisi ilə yaşayan Əlibalaya Eyfel qülləsinin maketini hədiyyə edir. Bir neçə dəqiqəlik rolda N.Məmmədov filmin baş qəhrəmanı ilə görüşüb ona hədiyyəsini təqdim edərkən fransız dilində bir neçə kəlmə də deyir.

 Məlumat üçün bildirək ki, N.Məmmədov Azərbaycan Pedaqoji Dillər İnstitutunun Avropa dilləri fakültəsinin fransız dili şöbəsində çalışıb. 1993-1997-ci illərdə isə fransız dili fakültəsinin dekanı vəzifəsində işləyib. 1995-ci ildən 1997-ci ilə qədər isə Heydər Əliyevin fransız dili tərcüməçisi olub.(kult.az)

Aprel döyüşlərində böyük igidlik göstərmiş 26 yaşlı Fazil Abdiyev intihar edib.

Bu barədə Criminal.az saytı məlumat yayıb. Məlumata görə, F. Abdiyev dünən Tovuz rayonunda yaşadığı evin həyətindəki tövlədə özünü asıb. Faktla bağlı Tovuz rayon Prokurorluğunda araşdırma aparılır.

Tovuz rayon İcra hakimiyyətinin şəhər üzrə icra nümayəndəsi Yaşar İbrahimov F.Abdiyevlə bağlı açıqlama verib: ''Fazil ailə təhsilli idi. Azərbaycan Memarlıq və İnşaat Universitetini bitirmişdi. Çox sakit, ağıllı uşaq idi. Onun haqda xoş sözlər deməklə bitən deyil, sanki bu dünyanın adamı deyildi''.

Keçmiş döyüşçü F.Abdiyevin döyüş yolundan danışan icra nümayəndəsinin sözlərinə görə, o, aprel döyüşlərində də böyük şücaət göstərib.

''Qızğın döyüşlərdə ağır yaralanmışdı. Hətta bu gün yasda eşitdim ki, o, bir müddət ölən əsgərlərin içərisində qalıb, sonradna sağ öldüğunu bilib hospitala çatdırıblar. Hərbi xidməti başa vurandan sonra rayon rəhbərliyinin diqqətində idi. İşlə təmin edildi, tikinti şirkətində iş icraçısı işləyirdi. Dünən qardaşı və atası iş dalınca gedib. Xəstəxanada tibb bacısı işləyən anası isə növbədə olub. Evdə heç kimin olmamasından istifadə edən Fazil özünü asıb. Onun özünə qəsd etməsinin səbəbi məlum deyil. Lakin ölümündən bir neçə gün əvvəl qonşularına deyib ki, yoldaşlarının ölümü ona pis təsir edib. ''Niyə onlar öldü, mən ölmədim’’ deyərək təəssüflənib. Görünür, müharibə, döyüşlər onda acı iz buraxıbmış...'' - deyə Y.İbrahimov bildirib.

Fazil Abdiyevin atası Arif Abdiyev Modern.az-a açıqlamasında oğlunun intihar səbəblərindən danışıb: "Fazil aprel hadisələrindən sonra özünə gələ bilmirdi. Tez-tez deyirdi ki, "niyə döyüş dostlarım şəhid oldu, mən isə sağ qaldım?” Bunu özünə sığışdıra bilmirdi. Aprel hadisələrinin ildönümü ərəfəsində efirdə şəhidlərlə bağlı verilişlərə baxanda günlərlə özünə qapanırdı. Müharibə havası beynində idi. O günləri dəhşətlə xatırlayırdı. Psixoloji olaraq özündə olmurdu.Otaqdan çölə çıxmırdı. Anası nə qədər sakitləşdirici dərmanlar verirdi. Son 3 gün ərzində yaxşı idi”.

Arif Abdiyev deyir ki, sosial şəbəkələrdə yazıldığı kimi, oğlunun işlə bağlı problemi olmayıb.

"Fazil tikinti şirkətində iş icraçısı ("prorab”) işləyirdi. Özünə nəsə edəcəyini düşünmürdüm. Əgər bilsəydim ki, belə bir hadisə olacaq, ona nəzarət edərdim. Bu gün səhər saatlarında işdə olmalı idi. Amma o, həyətimizdəki tövlədə özünü asıb. Bir ata üçün bunları söyləmək çox ağırdır”.

AXCP sədrinin müavini Gözəl Bayramlının üç il azadlıqdan məhrum edilməsi barədə hökm qüvvəyə mindi.

Aprelin 20-də Gəncə Apellyasiya Məhkəməsində siyasətçi xanım barədə qərar elan olunub. Qərara əsasən, G.Bayramlının apellyasiya şikayəti təmin olunmayıb, Qazax Rayon Məhkəməsinin hökmü qüvvədə saxlanıb.

Qərardan öncə hakim bildirib ki, Gürcüstan-Azərbaycan sərhədindəki gömrük-buraxılış məntəqəsindəki kameraların görüntülərini almaq üçün Dövlət Sərhəd Xidmətinə və Dövlət Gömrük Komitəsinə sorğu göndərilmişdi. Hər iki orqandan cavab gəlib. DSX-nın İstintaq İdarəsinin rəisi Mübariz Məmmədovun cavab məktubunda yazılıb ki, həmin görüntülər üçün gömrük komitəsinə müraciət olunmalıdır.

Gömrük Komitəsindən isə bildirilib ki, görüntülər bir ay ərzində saxlanılır. Bu hadisədən isə bir ilə yaxın vaxt keçir.

Vəkil Elçin Sadıqov deyib ki, eyni cavab istintaq zamanı da alınmışdı: "Amma biz istintaq zamanı internetdən əldə etdiyimiz bir sənədi təqdim etmişik. Həmin sənəddə göstərilir ki, DSX 2012-ci ildə avadanlıq alıb. O avadanlıqlar görüntüləri saxlamaq qabiliyyətindədir. Belə çıxır ki, Avropa Birliyinin qrantı ilə alınmalı olan avadanlıq alınmayıb, mənimsənilib".

Daha sonra prokuror çıxış edərək, hökmün qüvvədə saxlanmasını istəyib.

G.Bayramlı özü isə həbsinin siyasi sifariş olduğunu bir daha vurğulayıb: "Heç bir ədalətli qərar gözləmirəm. Nə sifariş verilibsə, o da olacaq".

Ardınca qərar elan olunub.

Xatırlatma
AXCP sədrinin müavini G.Bayramlı mayın 25-i axşam saatlarında Gürcüstandan qayıdarkən saxlanıb. Dövlət Sərhəd Xidmətinin İstintaq və Təhqiqat İdarəsində Cinayət Məcəlləsinin 206.1-ci (qaçaqmalçılıq) maddəsi ilə cinayət işi başlanıb. Qazax Rayon Məhkəməsinin hökmü ilə 3 il azadlıqdan məhrum edilib.

Rəsmi açıqlamada Gürcüstandan qayıdarkən G.Bayramlının əşyaları arasında bəyan edilməmiş 12 min dollar pul tapıldığı iddia olunur. G.Bayramlı isə məhkəmədə deyib ki, həmin pulu hüquq-mühafizə əməkdaşları özləri onun əşyaları arasına atıblar, onun həbsi siyasi xarakter daşıyır.

O, Gürcüstana müalicə məqsədilə getdiyini, son iki ildə Gürcüstanda dörd dəfə əməliyyat olunduğunu bildirib.(azadlıqradiosu)

Azərbaycan prezidenti İlham Əliyev istehlak bazarına nəzarət, standartlaşdırma, metrologiya və əqli mülkiyyət hüquqları obyektlərinin mühafizəsi sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.
Sərəncama əsasən İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti əsasında mərkəzi icra hakimiyyəti orqanı olan Azərbaycan Respublikasının Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi yaradılıb.
Müəllif Hüquqları Agentliyinin və Patent və Əmtəə Nişanları Mərkəzinin birləşmə formasında yenidən təşkili yolu ilə Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi yaradılıb. Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi isə ləğv edilib.
Ləğv edilmiş Komitənin texniki tənzimləmə, standartlaşdırma, metrologiya, uyğunluğun qiymətləndirilməsi, akkreditasiya və keyfiyyətin idarə edilməsi sahəsində səlahiyyətləri Dövlət Agentliyinə, sənaye mülkiyyəti obyektlərinin mühafizəsi sahəsində səlahiyyətləri isə Əqli Mülkiyyət Agentliyinə verilib. “Azərbaycan Metrologiya İnstitutu”, “Azərbaycan Standartlaşdırma İnstitutu” və “Azərbaycan Akkreditasiya Mərkəzi” publik hüquqi şəxslərin təsisçilərinin səlahiyyətlərini Dövlət Agentliyi həyata keçirəcək.

Bakı şəhər icra başçısının rəhbəri Hacıbala Abutalıbov istefa verib.

Yenicag.az-a etibarlı mənbədən daxil olan məlumata görə, ötən gün Abutalıbov təhvil-təslim edib.

Onun bu gün təyin olunacaq baş nazirə müavin gedəcəyi iddia olunur.

Qeyd edək ki, Abutalıbov 2000-ci ilin yanvarında 1 il müddətinə Azərbaycan Respublikası Baş nazirinin müavini vəzifəsində çalışıb. O, 2001-ci ilin yanvarından Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilib.

Cümə, 20 Aprel 2018 00:00

"Media Klub" yaradıldı

Yazan

Aprelin 19-da ölkənin müstəqil media ictimaiyyətinin bir qrup nümayəndəsi "Media Klub"un yaradıldığını elan edib. 

Klubun məqsədi kimi ölkənin müstəqil, sağlam informasiya məkanının formalaşdırılmasıdır.

"Media Klub"un yaradılması haqqında bəyanatı Arif Əliyev, Elçin Şıxlı, Elimdar Əliyev, Ələsgər Məmmədli, Əvəz Zeynallı, Qulu Məhərrəmli, Mehman Əliyev, Zahir Əzəmət imzalayıblar.

Sənəddə qeyd edilir ki, media ictimaiyyətinin nümayəndələri Azərbaycanda müstəqil, keyfiyyətli və məsuliyyətli KİV-in təşəkkülünə və onlara olan ictimai etimadın bərpa olunmasına kömək edəcək mühitin yaradılması, o cümlədən informasiya vasitələrinin manipulyasiya, təcavüz, təhqir və yalan sisteminə çevrilməsi cəhdlərinin qarşısının alınması məqsədi ilə səylərin birləşdirilməsini zəruri hesab edirlər.

"Media Klub"un yarasılması ideyası Azərbaycan informasiya məkanının üzləşdiyi, ənənəvi KİV-in böhranı və sosial şəbəkələrin manipulyasiya sisteminə çevrilməsi cəhdləri ilə səciyyələnən çağırışlarla şərtlənib. 

Media Klubun yaradılması haqqında bəyanatda deyilir:

Hazırda Azərbaycanın informasiya məkanı həm ənənəvi KİV-lərin böhranı, həm də sosial şəbəkələrin artan təsiri ilə səciyyələnir.

Mətbuat böhranı özünü yaradıcılıq azadlığı və iqtisadi müstəqilliyin itirilməsi, etik prinsiplərinin pozulması, peşəkarlıq səviyyəsi və ictimai əhəmiyyətinin xeyli azalmasında göstərir. Bu proses tele-radio yayım vasitələrində daha ağrılı şəkildə gedir. Mətbuat bütün birliklər, fərdlər, dövlət və cəmiyyət arasında ictimai vasitəçi funksiyasını getdikcə daha çox itirir. Sosial şəbəkələr fərdi təşəbbüslər səviyyəsində bu funksiyaları üzərinə götürməyə və ənənəvi KİV-lərə ictimai etimadın itirilməsi fonunda yaranmış informasiya boşluğunu doldurmağa çalışır. Lakin hakimiyyətin bəzi dairələrinin bu təşəbbüsləri boğmaq və İnternet məkanını böhtan və təhqirlərin yayılması üçün istifadə etmək üzrə göstərdiyi son cəhdlər sosial şəbəkələrin manipulyasiya sisteminə çevrilməsi təhlükəsini yaradır.

Bunlarla əlaqədar, biz - media birliyinin nümayəndələri, ölkədə müstəqil, keyfiyyətli və məsuliyyətli KİV-in təşəkkülünə və onlara olan ictimai etimadın bərpa olunmasına kömək edəcək mühitin yaradılması, o cümlədən informasiya vasitələrinin manipulyasiya, təcavüz, təhqir və yalan sisteminə çevrilməsi cəhdlərinin qarşısının alınması məqsədi ilə səylərin birləşdirilməsini zəruri hesab edirik.

Bu məqsəd və vəzifələrin həyata keçirilməsi üçün biz, informasiya cəmiyyətinin, o cümlədən media və sosial şəbəkələrin mənafeyinin müdafiə və təmin olunması məqsədini güdən birlik olaraq Media Klubu yaratmaq qərarına gəlmişik.

Bununla əlaqədar aşağıdakı tədbirləri görmək niyyətindəyik:

- İnformasiya cəmiyyətinin aktual problemlərini müzakirə etmək üçün daimi fəaliyyət göstərən diskussiya platforması yaratmaq;

- İnformasiya cəmiyyəti həmrəyliyini gücləndirmək;

- Sağlam informasiya cəmiyyətinin inkişafı və qorunması üçün qanunvericilik təklifləri ilə çıxış etmək və media sferasını irəlilətmək;

- Cəmiyyətin informasiya təhlükəsizliyinin qorunması üçün tövsiyələr hazırlamaq;

- KİV-in iqtisadi tərəqqisinə, jurnalist peşəkarlığının artırılmasına, etik standartların tətbiqinə, kommunikasiya vasitələri və informasiya məkanı iştirakçılarının hər cür təzyiq formalarından müdafiə olunmasına kömək etmək məqsədi ilə tədqiqatlar aparmaq, tövsiyələr hazırlamaq və onların praktiki tətbiqini həyata keçirmək.

Media Klubu bu vəzifələrin həyata keçirilməsi və qarşıda duran problemlərin həll olunması üçün cəmiyyətin bütün sosial qurumları, o cümlədən müstəqil jurnalist təşkilatları ilə əməkdaşlıq edəcək.

Azərbaycan media mühitinin sağlamlaşdırılması üçün narahat və həssas olan bütün media nümayəndələrini həmrəyliyə səsləyirik.

Çərşənbə, 18 Aprel 2018 00:00

Azərbaycan nefti 74 dollar həddini keçdi

Yazan

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti aprelin 18-də 74,61 dollar/barel təşkil edib ki, bu da çərşənbə axşamına olan göstəricidən 1,55 dollar/barel çoxdur.

Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti aprelin 18-də 74,04 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 1,54 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti aprelin 18-də 69,63 dollar/barel təşkil edib ki, bu da Trend-ə görə, əvvəlki qiymətdən 1,69 dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti isə aprelin 18-də 73,42 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 1,57 dollar/barel çoxdur.

“RAHAT” marketlər şəbəkəsi mağazadan oğurluq edən şəxsin döyülməsi ilə bağlı yayılan informasiyalara münasibət bildirib.

Şirkətdən Oxu.Az-a verilən məlumata görə, mətbuatda mağazadan oğurluq edərkən yaxalanmış şəxsin döyülməsi ilə bağlı yazılanlar həqiqəti əks etdirmir:

“Həmin şəxs mağazadan 19 ədəd “Alpen Gold” şokoladı götürüb. O, şokoladları gizlədərək çıxmaq istəyərkən əməkdaşlarımız onu mağazaya dəvət edib. Lakin naməlum şəxs qaçmağa başlayıb. Hadisə axşam, hava qaralandan sonra baş verib.

Qaçan şəxs qaranlıqda yıxılıb. Yıxılanda onun qaşının üstü əzilib. Yəni, həmin şəxsin market əməkdaşları tərəfindən döyülməsi qeyri-mümkündür. Çünki “Rahat”da mühafizəçilərin kimisə döyməsi, vurması qəti qadağan olunub. Bundan başqa, təhlükəsizlik kameralarının çəkdiyi kadrlarda həmin şəxsin əməkdaşımızı itələyərək, qaçmağa başlaması aydın görünür”.

Daha sonra marketlər şəbəkəsindən həmin şəxsin Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Bölməsinin əməkdaşlarına təhvil verildiyi deyilib:

“Həmin şəxsə qarşı zorakılıq barədə yayılan xəbərlərin yalan olduğunu sübüt edən görüntülər də var”.

Qeyd edək ki, market tərəfindən təqdim olunan kadrlarda oğurluq faktı ilə yanaşı, hadisə yerində saxlanılan şəxsin marketin əməkdaşlarına müqavimət göstərməsi, onları itələyərək, qaçmağa cəhd göstərməsi aydın görünür.

Çərşənbə axşamı, 17 Aprel 2018 00:00

Siyasi fəalın ailəsi təhdid olunur - VİDEO

Yazan

30714636 1668812529850863 1199234888578891776 n11 aprel 2018-ci il tarixdə Almaniyanın paytaxtı Berlində Azərbaycan səfirliyi önündə etiraz aksiyası keçirilməsi ilə bağlı məlumat vermişdik. Həmin tarixdəki aksiya, Azərbaycanda saxta prezident seçkilərinə etiraz edən Avropada yaşayan azərbaycanlı mühacirlər tərəfindən təşkil olunmuşdu.

Aksiyada iştirak edən siyasi-ictimai fəalların ailələrinə təhdid olunur. Bu barədə siyasi fəal Orxan Həbibli məlumat verib.30714531 1669193159812800 6048816362392911872 n

Onun sözlərinə görə, aksiyada iştirak edən fəalların səfirlik tərəfindən video görüntüləri götürülüb. Hökumət videoda görüntülənən fəalların ailə üzvlərinə təzyiqə başlayıb: “Mən Berlində təşkil olunmuş aksiyada iştirak etmişəm. Aksiyada iştirak edənlərin görüntüləri səfirlik tərəfindən götürülüb. Təqdim etdiyimiz foto səfirliyin pəncərəsidir. Azərbaycan polisi bu görüntülərə düşən siyasi mühacirlərin ailə üzvlərini təhdid edir. Azərbaycan hökuməti mühacirləri cəzalandıra bilmədiyi üçün onların qohumlarını təhdid altında saxlayır”.

O.Həbibli aksiyada təzyiqlə üzləşdiyini də deyir: “İlham Əliyevin muzdlu qoçuları hətta Berlin aksiyasında bizə hücum etdilər. İdmançı görkəmində olan şəxslər bizi Almaniyada da rahat buraxmırlar. Onlardan bir pezəvəng aksiyada qaldırdığım etiraz plakatını zorla əlimdən aldı, üzərinə DİKTAOR İLHAM yazılmış fotonu cırdı və məni ağır söyüşlərlə təhqir elədi”.

https://www.facebook.com/dogruyol.aze/videos/2158850151011074/

30724915 1669710613143918 6905636366277672960 n

30652339 2154413601454729 8623852648816181248 n

7 -dən səhifə 183