Çərşənbə axşamı, 22 May 2018 00:00

Bakıda partlayış

Yazan

Bakıda məşhur restoranda təhlükəsizlik qaydalarına əməl olunmadığı üçün partlayış baş verib.

Xeber.info “Qafqazinfo”ya istinadən bildirir ki, bir neçə müştəri mayın 20-si saat 13 radələrində Mərdəkan qəsəbəsində yerləşən “Dükkan” restoranında nahar edərkən qaz balonunun partladığını bildiriblər.

Belə ki, ictiami obyektin sosial şəbəkədəki hesabında bu barədə yazan Aytac Məmmədli bildirib ki, partlayış nəticəsində uşaqları da çox qorxub: “Heç kəs çölə çıxmaq üçün bizə yol göstərmədi. Hətta yeyə bilmədiklərimizin də pulunu aldılar və hadisəyə görə üzr istəyən də olmadı”.

 Digər müştəri Aytən Məmmədli isə restoranın tikintisinin tam başa çatmadığını bildirib: “Ətrafda uşaqlar üçün təhlükəli olan çuxurlar var idi. Partlayış vaxtı isə nə yanğın çıxışı, nə də yol göstərən var idi. Hər kəs öz canının hayında qaçaqaçda idi”.

Müştərilərdən biri, Aygün adlı xanım restoranın terras hissəsində açıq havada divarın yanında qaz balonu yerləşdirildiyini və hadisə vaxtı həmin balonun partladığını qeyd edib: “İşçilər də hadisədən sonra qaz balonunun partladığını dedilər, amma təhlükəsizlik qaydalarına görə nazirliyin onları cərimələməməsi üçün rəsmi rəsmi qurumlara məlumat vermədilər. Biz partlayış vaxtı alovu da gördük”.

Toğrul Xələfov adlı şəxs isə həmin zaman partlayış baş verən divarın yanındakı masada əyləşdiyini bildirib.

“Dükkan” restoranı isə müştərilərə cavabında orada belə bir hadisənin baş vermədiyini bildirib: “Sadəcə yaxınlıqdakı ərazidə partlayış baş verib və “Dükkan”da onun səsi eşidilib”.

Lakin restoranın adını açıqlamaq istəməyən administratoru açıqlamasında qaz balonundan yanğın baş verdiyini deyib:

“Bizdə qaz xətti var, amma təzyiq zəif olduğu üçün qaz balonu istifadə edirik. Dünən də partlayış baş verməyib, qaz balonunda yanğın oldu, müştərilər hamısı durub çölə qaçdı. Biz özümüz alovu söndürdük. Restorana heç bir ziyan dəyməyib, xəsarət alan da olmayıb. Sadəcə həmin adamlar hesabın çox olduğunu deyərək hər yerə yazıb bizdən şikayət edilər. 20 nəfərə 140 manat hesab veriblər”.

“Dükkan”ın administratoru bu gün rəsmi qurumların restorana baxış keçirəcəyini bildirib: “Qaz idarəsi və Fövqəladə Hallar Nazirliyindən zəng etmişdilər, bu gün gəlib yoxlama aparacaqlar. Biz yanğından sonra polisə və yanğın bölməsinə məlumat vermədik, çünki buna ehtiyac olmadı”.

Qeyd edək ki, dünən də Binəqədi rayonu, Əhməd Rəcəbli küçəsində yerləşən kafedə qaz balonunda yaranan yanğın sonrası baş verən partlayış nəticəsində 3 nəfət vəfat edib, 1 nəfər ağır yaralıdır.

Xeber.info

Çərşənbə axşamı, 22 May 2018 00:00

“Kontakt Home” - un FIRILDAĞI

Yazan

Ölkəmizdə bir çox elektronika və məişət avadanlıqları satışı ilə məşğul olan şirkətlər var.

Lakin bu şirkətlərin bir çoxunun fəaliyyətindən insanlar şikayətlənir. Ən çox şikayət olunan isə “Kontakt Home” mağazalar şəbəkəsidir.
 
“Kontakt Home” mağazalar şəbəkəsi ilə bağlı mediada müxtəlif illərdə, müxtəlif məsələlərlə əlaqədar şikayətlər yer alıb.
 
Xeber.info xəbər verir ki, bəzi vətəndaşlar televiziyada hər gün “Kontak Home”-un faizsiz kredit reklamından şikayətlənirlər. Hər hansısa bir malın üzərində qiymət göstərilir və onu 12 aya faizsiz ala biləcəkləri qeyd olunur.
 
Bunun fırıldaq olduğunu şirkətin saytına nəzər salsaq, özümüz də müəyyənləşdirə bilərik. Məsələn,  paltaryuyan Gorenje W7523A/S qiyməti 703.2 AZN göstərilib. Və reklamda 12 ay faizsiz yazılıb. Kredit şərtlərində paltaryuyan maşının 12 boyunca hər ay 74 AZN nəzərdə tutulub. Bunu hesablasaq , bilərik ki, 12 ay boyunca ödənilən cəmi məbləğ 888 AZN olur, bu da öz qiymətindən 185 AZN (26.3%) çoxdur. Sual oluna bilər ki, faizsizdirsə, necə bu qədər baha olur?
 
Şirkət rəsmiləri bununla bağlı açıqlama verərək bildirib ki, bu faiz deyil, sadəcə xidmət haqqıdır. Xidmət haqqı bizim şirkətdə 5-8% nəzərdə tutulub.
 
Bununla bağlı hüquqşünas Səbuhi Axundov deyib ki, komissiya haqqının kredit faizinin üzərinə əlavə olunması qanunsuz bir haldır: “O, tərəflər arasında müqavilə bağlanan kimi xidmət haqqına əlavə olunmalıdır.  Bunun miqdarı isə sadəcə 1 faiz, ən çox isə 3 faizə qədər ola bilər. Bu müqavilələr məcburi şəkildə həyata keçirilmir və təkcə bir tərəfin marağına da tabe olmamalıdır. Vətəndaş istədiyi zaman müqavilənin istədiyi maddəsini dəyişdirə bilər. Əgər vətəndaşın komissiya haqqının miqdarından xəbəri yoxdursa, bu halda qanunsuzdur”.
 
Digər bir şikayət onlayn satış adı ilə süründürməçilik siyasətləridir. Vətəndaşın biri kontakt.az saytında gördüyü məhsulu almaq istəyib və mağazaya yaxınlaşıb. Uzun növbə gözlədikdən sonra ona istədiyi məhsulu həmin şərtlərlə onlayn sifarişlə ala biləcəyini söyləyiblər. Bununla razılaşan vətəndaş bir neçə gün sonra istədiyi məhsulu onlayn da ala bilməyicini söyləyib, ona başqa şərtlər daxilində bu məhsulu təklif ediblər. Düşünürlər ki, onsuz da vətəndaşın bu məhsula ehtiyacı var, axırda onlarla razılaşmalı olacaq.
 
Başqa bir şikayət “Kontakt Home”-dan alınan məhsulların keyfiyyəti ilə əlaqədardır. Bir neçə vətəndaş kifayət qədər yüksək qiymətə aldıqları məhsulun keyfiyyətsiz çıxmasından şikayətlənirlər. Hətta bir vətəndaş bu mağazadakı məhsulların işlənmiş məhsullar olduğunu da iddia edir.
 
Buradan alınan mobil telefonlarda problem yarandığı zaman alıcı işgəncəyə məruz qalır. Belə ki, telefonu “Kontakt Home”-un rəsmi təmir mərkəzinə aparan zaman orada onu get-gələ salırlar və alıcı məcbur qalıb telefonunu başqa servisə aparır. Bu zaman o, həm pulsuz təmirdən məhrum olur, həm də əlavə xərcə düşür.
 
Bütün bu məsələlərə “Kontakt Home”-un münasibət bildirməsini istəsək də, vaxtı yubatmalarından belə başa düşdük ki, veriləcək ciddi bir cavabları yoxdur. Zənglərimizə, “sizə cavab verəcəyik”, “əlaqə saxlayacağıq” deyərək vaxtı uzadan şirkət əməkdaşları, bununla da yazılanlara bir daha haqq qazandırmış oldular.
Xeber.info

Əgər Azərbaycan hakimiyyəti bəyan edirsə ki, onlar hüquqi Avropa dövləti qururlarsa, onda borcludular ki, məhkəmə təcrübəsində hər hansı bir şəxsə qarşı ayrıseçkilik etməsinlər.

Vətəndaşların sorğusu göstərir ki, əhali ən çox hakimlərdən narazıdırlar. Biz dünya reytinqində geriyə getmişik, məhkəmələrə inam Afrika ölkələrində olan səviyyədə yerləşir. Məhkəmələr insanların hüquq, azadlıqlarını, şərəfini və talehinə müdafiə etməyən, ancaq onlara təhlükə yaradan orqana çevrilmişdir. Məhkəmələr hüquqi yox, siyasi qərarlar qəbul edirlər.

Çünki məhkəmə - bu dövlətin cəzalandırma maşının elementidir. O, ittiham tərəfindədir. Hakimlər cəza sistemindən çıxmışlardır. Buna görə də hakimlər işgəncələrə barmaqarası baxırlar. Öz vaxtında bir gözəl vəkil demişdir : “Onlar həll etmirlər, onlar yerinə yetirirlər” və bu çox düzdür.

Yuxarı instansiya məhkəmələri öz həmkarlarını müdafiə etməyə öyrəşiblər. Bu bir orqanizmin reaksiyasıdır – müttəhim, müdafiəçi və ümumiyyətlə insanlar bu maşın üçün yaddırlar, bu sadəcə emal və düşərgə tozuna çevrilməsi üçün materialdır.

İki əsas problem var. Birinci – müstəqilliyin olmaması. Əsas asıllıq – məhkəmə sədrindən. O, isə adətən siyasi sifarişləri yerinə yetirir. O, hakimlərini idarə edir, necə zavod direktoru briqadirlərini idarə edir. Məhkəmə hakimiyyəti icra istesalatçı prinsipi üzrə qurulub.   İkinci problem - aşağı hüquqi mədəniyyət. Hakimlər özlərini Azərbaycan xalqından özgə hiss edirlər.  

Hakimiyyətin icraedici, qanunçuluq və məhkəmə qanadlarının vacibliyini qiymətləndiriləkən, soruşmaq xeyirlidir – kimə onlardan hansı vacibdir ? Kim ki, “büdcəni” kəsir, icraedici orqan əhəmiyyətlidir, onlara meyillikləri var. Sadə vətəndaşlara lazımdır ki, onların hüquq və azadlıqları qorunsun, məmur özbaşınalığından sığorta və ədalətlilik, məhkəmə isə borcludur ki, onları təmin etsin. Beləliklə, onlar üçün sərbəst məhkəmə hakimiyyəti vacibdir. Ona görə də əhalinin əksəriyyəti “Məhkəmə üçün hansı vacibdir – Qanun yoxsa rəhbərliyin gösrətişi ? “ sualına əksəriyyəti ikinci cavabı verirlər.

Nə vaxt ki, məhkəmə ədalətli deyil, dövlətin quruluşunun özü təhlükə altına düşür. Əksinə, təmiz və müstəqil məhkəmə həm hakimiyyəti, həm də vətəndaşları qanunla və rüşvətsiz yaşamağa öyrədir.

Rusiyada XIII–XIX əsirlərdə şah, Qızıl Ordaya oxşar, eyni zamanda həm hökümran, həm də hakim idi, onun rəiyyəti isə hüquqsüz nökər kimi qalmışdılar. Ancaq 1864-cü ildə andlı iclasçılar məhkəməsi tətbiq edilmişdir. O, çətinliklə, ancaq vətən mühütündə möhkəmlənirdi. Ancaq bolşeviklər köhnə qaydaları bərpa etdilər, məhkəmə yenidən hakimiyyətin tabeçiliyinə keçdi, onun cəza orqanı oldu. SSRİ-nin 70 il kommunist diktaturasında “telefon hüququ” höküm sürüdü, məhkəmə prosesi məhkəmə cəlladı görüntüsü yaradırdı, hansında ki, hakimlər eynizamanda ittihamçı qismində çıxış edirdilər.

Sovet məhkəmələrinə insanlar inanmırdılar, ancaq çoxsunda ümüd var idi ki, müstəqil Azərbaycan Respublikasında o, başqa çür olacaq. Ancaq 1993-cü ildən sonra insanlar başa düşdülər ki, YAP hakimiyyətinin maraqlarına toxunan işlərdə məhkəmələrdən ədalətli qərar çıxarılmasını gözləməyə dəyməz. Aparılmış sorğular onu göstərir ki, ümumilikdə vətəndaşlarımız məhkəmələrə mənfi münasibət bəsləyirlər, bir hissəsi hesab edir ki, onda ədalət tapmayacaqlar. Sovet vaxtından telefon “hüququ”nun təsiri bu hakimiyyətdə də davam edir, haçan ki, sözükeçən məmur hakimə diktə edir ki, o, hansı qərarı çıxarmalıdır.

Azərbaycanda ən mötəbər, nüfuzlu, sözükeçən qeyri-formal institut - korrupsiyadır. İnsanlar öz həyat təcrübəsindən bilirlər ki, hər hansı bir problemi həll etmək üçün mütləq rüşvət vermək lazımdır, bəzi hallarda onsuz da keçinmək olar. Vəkillər də bilirlər ki, bununla da hakimlər korrupsion qərar çıxara bilərlər, bununla da mübarizə aparmağın – xeyri yoxdur.

           Çox təəsüflər olsun ki, Azərbaycan hakimiyyətinin istəyi yoxdur ki, xalqı maarifləndirsin və Azərbaycanda hüquqi dövlət qurulsun, hansında ki, rəiyyət yox, sözün əsil mənasında böyük həriflərlə yazılmış VƏTƏNDAŞLAR yaşayacaqlar. Bu gün bu şərtlər hakimləri qanuna yox, rəhbərə xidmət etməyə yönəldir.

            Monopolist idarəçilk burokratiyasına əl məhkəməsinin olması rahatdır, hansı ki, onu müxalifətdən, rəqiblərindən müdafiə edir. O, adamların maraqlarını müdafiə edir ki, kimlər üçün ki, Qanunun ciddiliyi onu başa salma yolu ilə yüngülləşir, hansılar ki, şəxsi əlaqələri Qanundan yüksəkdir. Vəziyyət ancaq siyasi rəqabət şəraitində dəyişəcək, haçan ki, siyasi elitaya dəyişmək təhlükəsi yaranacaq.

Sadə insanlara müstəqil məhkəmə həm də obyektiv zəruridir. Ölkələrində müdafiə almayaraq, bizim çoxlu həmvətənlərimiz onu, o cümləddən mən özüm də, Avropa İnsan Haqları Məhkəməsində axtarmağa çalışırıq. Onlar isə iddialarla yüklüdürlər.

           Bu dediklərimi konkret faktla, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Təhqiqiatlar Baş İdarəsində, Polis Akademiyasında və Ədliyyə Nazirliyinin Məhkəmə Sistemində baş alıb gedən qanunsuzluq, özbaşınalıq, dərəbəylik, saxtakarlıq və coxsaylı cinayətlərlə müşayət olunan konkret faktla qeyd etmək, bununla da insanların başına gətirilən saysız-hesabsız hadisələrdən birini qısa da olsa işıqlandırmaq istərdim.

            Belə ki, 2011-ci ilin 13 iyulundan başlayaraq sonuncu iş yerim olan DİN-nin Polis Akademiyasının “DİO-nun əməliyyat-axtarış fəaliyyəti“ kafedrasına müəllim vəzifəsinə təyin olunub, polis polkovnik-leytenantı rütbəsi verilmişdir.

2016-cı ilin 13 aprelinə kimi Polis Akademiyasında fəaliyyət göstərmiş, sonda bu hakimiyyət, konkret desək Daxili İşlər Naziri, polis general–polkovniki Ramil Usubov tərəfindən “cox sağ ol” və ya buna “təşəkkür“ də demək olar - 07.04.2016-cı il tarixli, Ə318-001-16 saylı DİN-nin əmri ilə “qeydiyyatdan keçdiyim “Facebook” sosial şəbəkəsində ictimai-siyasi məzmunlu yazılara tənqidi şərhlər verməklə xidməti fəaliyyəti ilə birbaşa bağlı olmayan məsələlərə əsassız müdaxilə etdiyinə, ailəli olmasına baxmayaraq vət. Ə.Ağacanova ilə cəmiyyətdə qəbul edilmiş ailə-məişət və əxlaq normalarına zidd münasibətlər qurduğuna və rəhbərlik tərəfindən mənfi xarakterizə olunduğuna, bu hərəkətləri ilə daxili işlər orqanları adına və polisin nüfuzuna xələl gətirdiyinə görə” DİN-nin Polis Akademiyasının DİO-da əməliyyat-axtarış fəaliyyəti kafedrasının müəllimi, polis polkovnik-leytenantı Yaqubov İlqar İlyas oğlu “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamənin 9-cu(daxili işlər orqanları əməkdaşı adına ləkə gətirən ləyaqətsiz hərəkət etdikdə) bəndinə əsasən daxili işlər orqanlarında xidmətdən xaric edilməyim ilə “mukafatlandırıldım”. Mən bu barədə bundan əvvəlki 27 iyul 2017-ci il tarixli “ARTIQ BU DÖVLƏT MƏNİM QİSMİMDƏ BİR ƏSGƏRİNİ İTİRDİ”, 28 dekabr 2017-ci il tarixli “Azərbaycan məhkəmələrinin əksər hakimləri siyasi sifarişli qərarlar qəbul edir və ancaq möhür vurmaqla notariat kontorunun funksiyalarını yerinə yetirirlər”, 14 aprel 2018-ci il tarixli “Polis Akademiyasının sabiq müəlliminin iddiası Ali Məhkəmə tərəfindən təmin olunmadı” məqalələrimdə siyasi sifariş əsasında başıma gətirilən qanunsuzluq, özbaşınalıq və hərcimərclik barədə geniş məlumat vermişdim.

04 noyabr 2016-cı il tarixdə barəmdə çıxarılmış əmrin ləğv edilməsi xahişi ilə əlaqədar 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etdim.

14 dekabr 2016-cı il tarixdə “iddia ərizəmin mümkünsüz sayılması, iddiaçı eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən məhkəmədə iddia qaldıra bilməsi, Qərardaddan şikayət qarardad tərəfə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində 2 saylı Bakı İnzibati İqtisadi Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə verilə bilməsi” barədə 2-1(82)-3848/2016 nömrəli Qərardad çıxarılmışdır. Bu qərarı xanım İntizar Bayramova çıxarmış, əvvəlcədən hazırlanmış siyasi sifarişli qərarı sadəcə elan etmiş, hec bir məhkəmə araşdırması aparılmamış və tərəflərin şəkişməsi prinsipinə ümumiyyətlə riayət olunmamışdır. Mən heç bu xanıma hakim də demək istəməzdim, çünki hakim adına ləkə gətirən, hakimlikdən əsər-əlamət olmayan, stul arxasında mürgüləyən bir məxluq təsəvvürü yaranmışdır.

10.04.2017-ci il tarixdə yenidən 2 saylı Bakı İnzibati - İqtisadi Məhkəməsinə əmrin ləğv olunması xahişi ilə müraciət etdim. Ərizəm hakim Etibar Mustafayev tərəfindən sağ olsun icraata götürmüşdür. Yeganə hakim gördüm ki, doğurdan da prosesdə tərəflər arasında məhkəmə çəkişməsinə şərait yartmış, məni və vəkilimi dinləmiş, vəsatətləri qəbul etmişdir. Ancaq təəsüflər olsun ki, o, da Daxili İşlər Naziri, polis general-polkovniki Ramil Usubovun imzaladığı əmrin əleyhinə qarşı qərar qəbul etmək iqtidarında olmamışdır. Belə ki, məhkəmə prosesində verdiyimiz vəsatətləri hakim təmin edib, DİN-nin Daxili Təhqiqatlar Baş İdarəsindən barəmdə aparılan yoxlama materiallarını, Polis Akademiyasından mənfi xarakterizə olunmağım sənədlərinin təqdim edilməsini və ya nümayəndənin dəvət olunmasını tələb etmiş, lakin göstərilən xüsusatların heç birini təəsüflər olsun ki, təmin etdirə bilməmişdir. Həlbətdə ki, 26 ildən çox DİN-i olan polis general-polkovniki Ramil Usubovun imzası ilə imzalanmış siyasi sifarişli əmrin əleyhinə gedə bilməmiş, əmrin qüvvədə saxlaması barədə əvvəlcədən aldığı göstərişə uyğun 26 sentyabr 2017-ci il tarixdə “iddia tələbinin təmin edilməməsi” barədə qərar çıxarmışdır.

16.11.2017-ci il tarixdə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin çıxardığı “iddia tələbinin təmin edilməməsi qərar”nın ləğv edilməsi iddiası ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət olunmuşdur.

26 dekabr 2017-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsində hakim Valeh Ağayevin sədirliyi ilə guya məhkəmə baxışı keçirilmişdir. İnsan, zabit, ailə, uşaq həyatı və talehi həll olunan mühüm amillər Apellyasiya Məhkəməsinin hakimləri tərəfindən cəmi 15-20 dəqiqə guya baxılmış, bundan əvvəl göstərilən müddüaların heç biri üzrə yenə də araşdırma aparılmamış, buna heç çəhd də olunmamış, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 26 sentyabr 2017-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılması göstərişini almış hakim Valeh Ağayev, siyasi sifarişi məharətlə yerinə yetirmiş, iddiam yenidən təmin olunmamışdır.

Həlbtədə ki, mən Apellyasiya Məhkəməsinin bu sifarişli və qanunsuz qərarı ilə razılaşmadığıma görə 26.01.2018-ci il tarixdə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasına müraciət etdim.

14 fevral 2018-ci il tarixdə Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasından çağırış vərəqəsi göndərilərək məhkəmə iclasında yalnız vəkillə iştirak etməli olmağım barədə bildiriş göndərilmişdir. Ancaq bu günə kimi mənim iştirakımın mütləq olması bildirişlərdə göstərilməmiş, bu dəfə DİN-nin rəhbərliyinin göstərişinə əsasən belə bir bildiriş göndərilmişdir. Məqsəd də birdir - mənim məhkəmədə iştirakımın təmin olunması və əvvəlcədən hazırlanmış polis tələsinə salınıb şərlənərək həbs olunmağımdır. Onlar məni şərləyib həbsimi həyata keçirmək üçün fürsət axtarırlar. Həlbətdə ki, mən onların çoxlarına qarşı tətbiq etdiyi və etməkdə də davam edən bu iş metodlarını bildiyimə görə bu tamaşa xarakterli məhkəmədə təhlükəsizlik baxımından iştirak edə bilmədim. Gunahsız yerə şər atılaraq həbs olunmaq istəmirəm və vəkilim məni məhkəmədə təmsil etmişdir.

12 aprel 2018-ci il tarixdə Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasında baxılan, əgər buna baxılmaq demək olarsa, bu şounun kənardan müşahidəçisi oldum. İddia ərizəsini araşdıran məhkəmə kollegiyası iki kişidən, onlardan biri hakim İlqar Dadaşov və bir qadından ibarət olmuşdur. Məhkəmə baxışında ilk növbədə mənim harada olmağım, məhkəmə baxışında iştirakımın mütləq vacib olması təkidlə bildirilmiş, çünki onlar DİN-dən belə sifariş almışlar. Mən bundan əvvəl göstərdiyim səbəblərə görə ölkədən kənarda olduğumdan, bu məhkəmədə iştirak etmədim. Həmişəki kimi məhkəmə baxışı birtəfəli, heç bir araşdırma aparılmadan, sübutlar təqdim olunmadan, onlara qiymət verilmədən, heç bir şahid dindirilmədən, heç bir sənəd təqdim edilmədən DİN-nin xeyrinə baxılmış, hakimlər oturduqları kürslərini və vəzifələrini yaddan çıxarmış, DİN-nin vəkillərinə çevrilmişlər. Qısa müddət ərzində baxılan iddiam, buna heç baxılma da demək olmaz, təmin edilməmiş, əvvəlcədən hazırlanmış barəmdə çıxarılmış əmrin ləgv edilməsi iddiamın təmin olumaması barədə qərəzli və sifarişli qərar Daxili İşlər Nazirliyinin rəhbərliyinin göstərişinə əsasən məharətlə, vicdansızcasına qüvvədə saxlanılmışdır.

Bu günə kimi bilmirəm ki, mən nədə gunahlandırılıram və mənə bu barədə heç bir araşdırma materialı, sübutlar təqdim olunmur, bunları araşdıran vəzifəli şəxslər və işdə adları çəkilən şahidlər məhkəməyə dəvət olunsa da, gəlmələri bilərəkdən təmin olunmur. Göstərdiklərimin mənim hüququmun olmasına istinad mənbəyi kimi Azərbaycan Respublikasının Konstitusiyasından və digər normativ-hüquqi aktlardan müvafiq maddələri göstərmək olar və bütün araşdırma müddətlərində lazımi yerdə istinad olunub, ancaq təəsüf ki, yazılanlar kitab üzərində qalıb və qalmaqda da davam edir. Belə yerdə deyirlər ki, Qanun şah deyil, şah Qanundur.

Orqandan xaric olunmağım əmrində qadınla cəmiyyətdə qəbul edilmiş ailə-məişət və əxlaq normalarına zidd münasibətlər qurmağım və rəhbərlik tərəfindən mənfi xarakterizə olunmağım göstərilmişdir. Bu işə baxan bir Allahını, müsəlmanlığını, vicdanını, insanlığını, şərəfini, ləyaqətini itirməmiş bir vəzifəli şəxs tapılmadı ki, bu işi araşdıran DİN-nin Daxili Təhqiqatlar Baş İdarəsinin rəisi, polis general-mayoru Sahib Mirzəyevdən, işi aparan onun əməkdaşlarından soruşsun və sənədlər tələb etsin ki, bu qadınlar neçə müəyyən edilib, necə sübut olunub ki, mənim hər hansı bir qadınla münasibətim var. Məni hansı əxlaqsız məkanda və ya ümumiyyətlə hər hansı bir yerdə qadınla tutublar, bunu sübut edən hər hansı bir dəlil var ?

Bir vəzifəli şəxs tapılmadı ki, Polis Akademiyasının rəisi, polis general-mayor Nazim Əliyevdən, onun əməkdaşlarından soruşsun və sənədlər tələb etsin ki, mən necə və nə vaxtdan mənfi xarakterizə olunuram və ya bunu sübut edən bir nümayəndə dəvət etdirə bilmədilər.

Bundan başqa, barəmdə cıxarılmış məhkəmə qərarının bir hissəsində göstərilmişdir ki, mən 6 dəfə intizam məsuliyyətinə cəlb olunmuşam. Hanı o sənədlər, niyə mənə təqdim olunmur, əgər mən bu qədər intizam məsuliyyətinə cəlb olunmuşamsa, nəyə görə məni təhsil ocağında 5 il müəllim vəzifəsində saxlayıb, ən aparıcı və vacib - “Dövlət sirri” təşkil edən fənndən gənc nəsilə tədris etməyə imkan yaradıblar.

Bu dediklərimi ona görə edə bilmirlər ki, bu barədə onların əlində heç bir sübutları yoxdur, hamısı qurma, şər, böhtan və saxtadır. Bir qadına hədə-qorxu gəlib mənim əleyhimə izahat almaqla işlərini bitmiş hesab etmişlər. Bu əvvəlcədən hazırlanmış sifarişli şər, ləkə yaxma və böhtan kompaniyasıdır.

Bunun səbəblərindən biri – sosial şəbəkədə ölkədə əksər vəzifəli şəxslər tərəfindən törədilən qanunsuzluqları, korrupsiya, rüşvətxorluq, mənimsəmə, israfetmə və sair bunlar kimi coxsaylı cinayətlər barədə yazılan məqalələrə tənqidi şərhlər vermişəm, bunu düz etmişəm, heç heyfislənmirəm də. İkinci bir əsas səbəb də var, mən hələ ki, bunu açıqlamaq istəmirəm, vaxtı gələndə lazım olsa açıqlayacağam.

Bundan başqa, Polis Akademiyasının rəisi, polis general-mayoru Nazim Əliyev və onun yaxın ətrafının da təhsil ocağını şəxsi biznes obyekti kimi idarə edib, korrupsiya, rüşvətxorluq, mənimsəmə, israfetmə, yerlibazlıq, qohumbazlıq və sair bu kimi qanunsuzluqlarına, cinayətlərinə qarşı çıxmışam, mübarizə aparmışam və haqq sözümü deməkdən belə çəkinməmişəm. Bu təhsil ocağının auksion, bazar və küçə qanunları ilə yox, Dövlətin Qanunları ilə idarə olunmasını, bütün əməkdaşlara, kursantlara və dinləyicilərə eyni münasibət bəslənməsini tələb etmişəm. Sonda da məni bu yolla cəzalandırıb, digərlərini qorxu altında saxlamaq üçün belə bir şər və böhtan atıblar.  

Bu qanunsuzluqları, saxtakarlıqları və nəhayət çoxsaylı cinayətləri DİN-nin Daxili Təhqiqatlar Baş İdarəsinin rəisi, polis general-mayoru Sahib Mirzəyev, Polis Akademiyasının   rəisi, polis general-mayoru Nazim Əliyev, onlarla qabaqcadan əlbir olan digər kölə və nökər vəzifəli şəxsləri törədiblər, sonda da cinayət yolu ilə hazırlanmış bu əmrə Azərbaycan Respublikası Daxili İşlər Naziri, polis general-polkovniki Ramil Usubov imza edib.

Mən bu şəxslərin mənə qarşı etdikləri çoxsaylı cinayətlərini sübut edə bilmirəm, ancaq Uca Allah onlara olmayan vicdanları qarşısında nə vaxtsa cavab verdirəcək. Bircə onu demək istəyirəm ki, bir zabitdə ki, bu mənim işimdə iştirakçı olan hər bir şəxsə aiddir, əgər “zabit şərəfi” yoxdursa, o, kişi kimi mübarizə apara da bilmirsə, bu nakişilik, şərəfsizlik, alcaqlıq, binamusluq və biqeyrətlikdir. Kişidən də hayıfı qadın vasitəsilə cıxmazlar, kişinin üzünə qadın dayandırıb şər atmazlar, bu murdarlıq, acizlikdir. Allah onsuz da həm özünüzün, həm də əzizlərinizin bəlasını artıqlamasıyla verəcək, buna əmin olun.

İddia ərizəm əgər normal hüquqi ölkədə olan məhkəmələrdə baxılsaydı, Azərbaycan generallarının qanunsuzluğu, özbaşınalığı və saxtakarlığı, nahəyət törətdikləri çoxsaylı cinayətlər üzə çıxardı. Ancaq məhkəmə hakimlərinin əksəriyyəti qorxduqlarından, çılız, əqidəsiz və prinsipial olmadıqlarından bunu etməyə çürətləri, cəsarətləri çatmamış və çatmayacaq da. Onlar DİN-nin rəhbərliyindən qorxur və çəkinirlər, onlara yazığım gəlir, görəsən insan bu qədər də kölə və nökər olmağı ilə necə barışa bilər. Ancaq bu deyilənlər bu günə kimi bu işə baxan və bundan sonra da baxacaq məhkəmə hakimlərini nə Uca Allah, nə də ki, Qanun qarşısında nə vaxtsa cavab verəcəklərindən azad etmir, etməyəcəkdə.

Bu məhkəmə qərarını aldıqdan sonra müdafiəçim vasitəsilə Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə müraciət edib, pozulmuş hüquqlarımın bərpasına çalışacam. Məqsədim ölkədaxili sonuncu məhkəmə instansiyasını keçəndən sonra, onsuzda bilirəm ki, Azərbaycanda pozulmuş hüquqlarımın bərpası qeyri-mümkündür, Avropa İnsan Haqları Məhkəməsinə müraciət etməkdir. Əminəm ki, Qanunların, İnsan Hüquq və Azadlıqların aliliyi bərqərar olunan Avropa İnsan Haqları Məhkəməsində pozulmuş hüquqlarımın bərpasına nail olacağam. Bunlar mənim həyatda yaşamaq, mübarizə aparmaq amilimdir və mən bununla səhərlərimi açıb, haqlı mübarizə yolumu davam etdirirəm, edəcəyəm də.

Bizlər onsuz da bu hakimiyyətin əksər harın nümayəndələri, nazir və məmurları kimi korrupsiya və rüşvətxorluq, mənmsəmə və talama yolu ilə xalqdan milyardlar oğurlamamışıq ki, onlar kimi bu maddiyyatların itirilməsindən qorxaq. Ancaq bu azğınlaşmış hakimiyyət məxluqları yeganə təmiz adımızı və kişiliyimizi də ləkələyib, bizləri alçaldmaq və sındırmaq istəyirlər. Onlar bu günə kimi görün nə qədər gunahsız insanların həyatını məhf edib, ailələr dağıdıb, nə qədər çirkab işlərlə məşqul olub, nə qədər insanları sifarişlə ləkələyib, şərləyib və həbsə atdırıblar.

Mübarizəmi sona kimi aparacağam və gec də olsa haqq-ədalət öz yerini tapacaq. Digər insanları da öz haqlı mübarizə yolundan dönməməyə, haqq sözünü deməkdən belə çəkinməməyə və bütün zəruri vasitələrdən istifadə edib, hakimiyyətdə tutduğu vəzifəsindən və mövqeydən aslı olmayaraq hər hansı hakimiyyət nümayəndəsi, nazir, məmurlar tərəfindən pozulmuş hüquqlarının bərpa olunması üçün mübarizə aparmağa səsləyirəm. Bu qanunsuzluqları edən nadürüstlərin müdafiəçisi hakimiyyət, vəzifə, oğurlanmış milyardlar, əllərində olan müvvəqqəti təsiretmə resurslardırsa, bizlərin yanında Uca Allah, kişilik, düzgün yol, əqidə, şərəf, ləyaqət, mənlik, mərdlik və dözümlük var. Haqq yolunda mübarizə aparan və bundan sonra da aparacaq hər bir şəxsə uğurlar arzulayıram.

Sonda bu qanunusluqda, özbaşınalıqda və cinayətlərdə əli olanlara və olmaqda da davam edən kimliyindən aslı olmayan hər bir şəxsə müraciət edirəm: ”Bizlər bu həyata bir dəfə gəlib, bu həyatda müvəqqəti yaşayırıq, öz missiyamızı yerinə yetirib vaxtı gələndə də bu həyatdan köçəcəyik”. Heç kim bu həyatda daimi deyil, bizlərə qalan da elədiyimiz əməllərə Uca Allahımız və bu həyatda bizdən sonra qalıb yaşayacaq, elədiyimiz hərəkətə görə övladlarımıza verilən qiymətdən aslı olacaq. İnsan bu həyatdan köçəndən sonra ya rəhmət qazanır, ya da gorbagor lənətinə məruz qalır. Sizlər artıq sonuncunu bəri başdan qazanmısız. Cəhənnəmdə bu hakimiyyətin əksər nümayəndələrinin əlindən inanın ki, yer olmayacaq.

Ancaq mənim üçün çox maraqlıdır, görəsən bəs Sizlər doğurdan da Uca Allahdan qorxmursunuz, görəsən Sizlər insanlığınızı, vicdanınızı və kişiliyinizi tamamilə itirmisiz ? 

Sonda Bill Geytsin sözləri ilə yekunlaşdırmaq istərdim: “Bildiyimə görə, şərəfsizliyin universiteti yoxdur. Bəs o zaman bu qədər məzunlar hardandır ?!”.

5cd3404b81e1b1afeecd5ba49e2fa4df XL 

 

 

 

 

 

 

Məqaləni hazırladı: Polis Akademiyasının sabiq müəllimi, polis polkovnik-leytenantı Yaqubov İlqar İlyas oglu.

''Bakıda həkimlər ona 1500 manatlıq dərman yazdılar, müalicə də edə bilmədilər''

"Müharibədə ayağı yaralanmışdı. Uzun illər idi Şəkidə müalicə alırdı, ancaq yaralar sağalmırdı. Nəhayət, ayağını birtəhər sağaltdılar, qaraciyər problemləri çıxdı ortaya... Güclü müalicəyə ehtiyacı vardı, imkansızlıqdan müalicə ala bilmədi, xəstəlik serroza çevirdi. Bakıda həkimlər ona 1500 manatlıq dərman yazdılar, müalicə də edə bilmədilər. Sadəcə, səhlənkarlıq, məsuliyyətsizlik, biganəlik... O həkimlərə sual verərlər ki, müalicə edə bilməyəcəkdinizsə, bu adamın müalicəsi o 1500 manatlıq dərmanlarla başa gəlməyəcəkdisə, təqaüdlə dolanan kasıb, imkansız Qarabağ əlilinin yaxınlarını niyə bu qədər xərcə salırdınız?”

Bunu Meydan TV-yə müharibə əlili Cavanşır Abdullayevin ölümündən təsirlənən keçmiş döyüş yoldaşı, müharibə veteranı, Qarabağ Əlilləri və Veteranları Cəmiyyətinin sədri Növrəstə Yusifova deyir.

Dərmanlarını keçmiş döyüş yoldaşları alıb

57 yaşlı Cavanşir Abdullayev 1-ci qrup Qarabağ əlili idi. O, mayın 17-dən 18-nə keçən gecə Şəkidə - yaşadığı evdə qaraciyər serrozundan vəfat edib. Keçmiş döyüş yoldaşları Meydan TV-yə danışırlar ki, bir neçə gün əvvəl Cavanşir Abdullayev müalicə olunmaq üçün Bakıdakı 1 saylı Kliniki Tibbi Mərkəzin yoluxucu xəstəliklər şöbəsinə yerləşdirilib. Həkimlər onun müalicəsi üçün 1500 manatlıq dərman preparatları yazıblar. Dərmanları almağa döyüş yoldaşları köməklik edib.

Xəstəxanalar apteklərin planını doldurur

Keçmiş döyüşçü Əhməd Rəhmanov: "Onu xəstəxanaya mayın 6-da gətirmişdilər. Eşidib-bilən keçmiş döyüş yoldaşları şöbənin qabağına toplaşmışdılar. Resept olanda pul toplayıb qaçıb gedib dərmanları alırdılar. Cavanşirlə görüşə imkan verilmirdi ki, biz onun vəziyyətini bilək. Ancaq bilirdik ki, durumu günbəgün ağırlaşır, yazılan dərmanların da faydası olmur. Bir neçə gün saxlayandan sonra Cavanşir başa düşdü ki, onu burada müalicə etmirlər, sadəcə, apteklərin planını doldururlar. Ona görə də etiraz elədi, şöbə müdiri istədi onu bir az da reanimasiyada yatırdıb vaxtı öldürsün, Cavanşir razı olmadı”.

Dərman torbası əlində, çarəsiz xəstə...

Beləcə, 1-ci qrup əlil 1500 manatlıq dərmanla dolu torbasını da götürüb, xəstəxananı tərk etməli olub. Əhməd Rəhmanov deyir, Cavanşir Abdullayev xəstəxanada qaldığı günlər ərzində ona xəstəxana hesabına bircə şpris də verilməyib:

"Həkimlər dedi, nə tibbi ləvazimat var, nə dərman, gərək hər şeyi xəstənin adamları alıb versin. Həm ailəsi, həm də keçmiş döyüş yoldaşları birləşib 1500 manatlıq dərman aldı. Pambığa qədər özləri alıb həkimlərə verdilər. Ancaq etdikləri müalicənin zərrə qədər də təsiri olmadı. Orda xəstələr çox baxımsız vəziyyətdədir. Şöbə müdiri deyirdi, bunu (xəstəni) reanimasiya şöbəsinə qoyaq, ancaq orda tibb bacısı yoxdur. Gərək özümüz tibb bacısı ilə danışaq, gününə 25 manat verək, reanimasiya şöbəsində Cavanşirin xidmətində olsun. Ancaq buna maddi imkan yox idi. Cavanşir özü də narahat idi, heç kəsi xərcə salmaq istəmirdi. Görəndə vəziyyəti gündən-günə daha da pisləşir, Cavanşir həkimlərin əlində ölməkdən qorxdu və xəstəxananı tərk eləməli oldu”.

Ciblərinə pul basmasan, xəstəyə yaxın gəlmirlər

Bu arada Növrəstə Yusifova davam edir: "Bir neçə gündə yazılan dörd reseptə 1500 manatdan çox pul xərcləndi. Sistem şlanqına qədər bizə aldırdılar. Ciblərinə pul basmasan, tibb bacıları xəstəyə yaxın da gəlmir. Tibb bacısına pul vermədiyimiz üçün sistemi elə qoşmuşdu ki, dərman damara yox, dərinin altına getmişdi. Bir xəstə görüb, gedib tibb bacısını tapıb gətirmişdi. Cavanşirin qolları gömgöy idi. Oranın tibb bacıları çox qəşəng sistem qoşurlar. Sadəcə, pul verməyəndə xəstəni incidirlər”.

1526821962 2

Cavanşir Abdullayev yuxarıdan sağda

Beləcə, Cavanşir Abdullayev 1 saylı Kliniki Tibbi Mərkəzinin yoluxucu xəstəliklər şöbəsini tərk edərək Şəkiyə qayıdır. Növbəti dəfə həkimlərə üz tutmaq istəmir, elə yaşadığı mənzildə canını tapşırır.

Tibb müəssisəsi: "Müalicələr xəstəxana hesabına aparılırdı”

1 saylı Kliniki Tibbi Mərkəzdən Meydan TV-yə bildirilib ki, Cavanşir Abdullayev xəstəxanaya qaraciyərin serrozu diaqnozu ilə qəbul edilib.

Mayın 17-dək xəstəxanada tibbi yardım alıb. Lakin xəstəxanaya gec müraciət etdiyi üçün ona müalicələrin effektsiz olduğu bildirilib. Mayın 17-də xəstə könüllü xəstəxananı tərk edib. Xəstəxanadan o da bildirilib ki, Qarabağ qazisinə bütün tibbi yardımlar xəstəxana hesabına olunub. 1500 manatlıq dərman reseptinə isə aydınlıq gətirilməyib.

Yaxınları deyir ki, Cavanşir Abdullayev xəstəxananı mayın 17-də səhər saatlarında tərk edib. Evə gələrək növbəti gün Şəkidəki Mərkəzi Xəstəxanaya getmək üçün hazırlaşıb. Lakin gecə saatlarında vəfat edib. 

Keçmiş döyüş yoldaşları Cavanşir haqqında danışırlar. Növrəstə xanım deyir, Cavanşir 1991-ci ildən döyüşə yollanıb. Şuşadan başlayıb, Ağdam, Goranboy, Tərtər, Ağdərə və başqa bölgələrdə döyüşüb. Ayaqlarından yaralanıb və müharibədən 1-ci qrup əlil kimi qayıdıb. Uzun illər ayaqlarını müalicə edib, daha sonra qaraciyər serrozu olub.

AXCP: ''Partiyadaşımız profil şəklində ''Diktator Əliyev'' posteri yerləşdirdiyinə görə saxlanılıb''

AXCP Lənkəran şöbəsinin fəalı Əflatun Səfərov rayon məhkəməsinin qərarı ilə 30 sutka inzibati cəza alıb.

O, İnzibati Xətalar məcəlləsinin 535.1 maddəsi (Polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamaq) ilə ittiham olunub.

AXCP Rəyasət Heyətinin üzvü İlham Hüseyn partiyadaşının həbsini təsdiqləyib.

O, bildirib ki, Əflatun Səfərov “Facebook” sosial şəbəkəsində profil şəklinə “Diktator Əliyev” posterini yerləşdirdiyinə görə saxlanılıb.

Millət vəkili, Azərbaycanın tanınmış cərrahı Rəşad Mahmudov Bakı Ürək Mərkəzinin rəhbərliyindən uzaqlaşdırılıb.

 BakuPost xəbər verir ki, bu barədə Səhiyyə naziri Oqtay Şirəliyev dünən sərəncam imzalayıb.  

Xəbəri Rəşad Mahmudovun özü BakuPost-a təsdiqləyib. Onun sözlərinə görə, Bakı Ürək Mərkəziylə bağladığı müqavilənin müddəti mayın 18-də bitib: "Müqavilənin müddəti bitdiyinə görə, qarşılıqlı olaraq müqaviləyə xitam verildi".

Qeyd edək ki, son vaxtlar Rəşad Mahmudov səhiyyə naziri vəzifəsinə iddialı şəxs kimi təqdim edilirdi.

Respublika Müalicəvi Diaqnostika Mərkəzinin nəzdində "Ürək Mərkəzi” ötən ilin may ayında yaradılıb. Mərkəzə həmin gündən Rəşad Mahmudov rəhbərlik edirdi.

Şənbə, 19 May 2018 00:00

Sən oruc deyilsən!

Yazan

Müqəddəs Ramazan ayının başlaması ilə ilahi rəhmət, bərəkət və məğfirət onu istəyən və tələb edən bəndələrinə şamil olur. Allah Rəsulunun (s) buyurduğu kimi; "Ramazanın əvvəli rəhmət, ortası məğfirət sonu isə cəhənnəmdən qurtuluşdur."

Allah Rəsulunun (s) buyurduğu bu üç halın bizə də şamil olunması üçün, lazımdır ki, Ramazanın əsl mahiyyətindən xəbərdar olaq.

Buğdanın bitməsi üçün münbit və əlverişli torpağın olması şərtdir. Əks halda daş-kəsək dolu bir sahəyə səpilən buğda, sahibinə əlavə zəhmət və xərcdən başqa bir şey qazandırmaz. Buğda hər nə qədər keyfiyyətli olsa belə, onun hansı torpaqda əkilməsi mühum şərtdir. Bu ayda da ilahi rəhmət qapıları sözün əsl mənasında taybatay insanların üzünə açılmışdır. Əgər biz özümüzdə buğda və torpaq misalında olduğu kimi, bu ayda ilahi rəhmətin bizə şamil olması üçün əlverişli zəmin yaratmasaq, onda biz də buğdanı daş-kəsək dolu sahəyə əkmiş əkinçi kimi peşimançılıq çəkəcəyik. Elə bir peşimançılıq ki, faydası da yoxdur.

Odur ki biz gərək başa düşək və anlayaq ki, niyə oruc tuturuq? Əgər biz həqiqətən də orucun ilahi bir əmr (Bəqərə 183-188) olduğunu nəzərə alıb, ona xatir oruc tuturuqsa, deməli artıq birinci qədəmi götürmüşük. Amma bu hələ hər şey demək deyildir. Orucu necə tutaq? sualına cavab axtarmalıyıq. Bu sualın cavabı qısa da olsa fiqh kitablarında hər kəsin başa düşəcəyi şəkildə qeyd olunub. Biz ikinci qədəmi də götürdük. Amma hələ tam mənası ilə "biz oruc tutmuşuq" deyə bilmərik. Hətta tutduğumuz oruclar şəri cəhətdən, fiqh kitablarına əsasən kamil olsa da... Məsələyə düzgün prizmadan yanaşıb, təhlil etməyiniz xahiş olunur. Demək istədiyim əsas mətləb budur ki, oruc (digər ibadətlər də bu cürdür) ibadətinə, fiqh kitabları səviyyəsində əməl etsək, Ramazan ayının kitablara sığmayan dərya dolu feyz və bərəkətindən binəsib qalacağıq. Necəki, məhşur bir hədisi, dediklərimə dəlil gətirmək istəyirəm:

İslam peyğəmbərinin (s) dövründə üç qadın Hz. peyğəmbərin (s) yanına gələrək iftar etmək üçün xurma istədilər. Peyğəmbər (s) buyurdu: Siz oruc deyilsiniz! Qadınlar: Xeyr ey Allahın Rəsulu (s) biz oruc tutmuşuq. Peyğəmbər (s) buyurdu: Siz oruc deyilsiniz! Qadınlar israr etdikdə peyğəmbər (s) onlara bir qab uzatdı və onlar hərəsi bir tikə ət qusdu. Qadınlar bu işə təəccüb etdikdə peyğəmbər (s) buyurdu: Niyə təəccüb edirsiniz? Məgər Quranın bu ayəsindən xəbərsizsiniz? Hər şeydən pak və münəzzəh olan uca xaliq buyurur: “Bir-birinizin qeybətini etməyin. Sizdən biriniz ölmüş qardaşının ətini yeməyə razı olarmı?...”

Ayə və hədisin izahından başa düşüldüyü kimi qeybət edən əslində ölü əti yeyir.

Quranın ifadə etdiyi "ölü əti yemək" şablon bir ifadə deyil, əksinə məsələnin əsl həqiqətdir.

Deməli biz sadəcə sübhdən axşama qədər ac qalmaqla kifayət etməməli, cismimiz kimi ruhumuz da bu ilahi feyzlərə tərəf pərvaz etməlidir. Əks təqdirdə Allah Rəsulunun (s) bu hədisi bizə də şamil olar.

Hz peyğəmbər (s) buyurmuşdur. " Nə çox oruc tutanlar var ki, onlara aclıq və susuzluqdan başqa bir şey qalmaz."

Deməli əgər biz də sadəcə yemək və içmək kimi şeyləri tərk edib, bədən üzvlərimizi Allah istəyən kimi idarə edə bilmiriksə onda Allah qorusun biz də əziz peyğəmbərimizin (s) buyurduğu zümrəyə daxil olmuş olarıq.

Bir hədisə də diqqətinizi cəlb edim:   Ramazan ayında İslam peyğəmbəri (s) bir evin yanından keçərkən öz kənizinə söyən qadının səsini eşitdi və o qadına buyurdu: "Get yemək ye!" Qadın dedi: Ey Allahın peyğəmbəri (s) mən orucam. Allah Rəsulu (s) buyurdu: "Sən oruc deyilsən. Sən necə oruc tutursan ki, söyüş söyürsən!"

Müqəddəs Ramazan bayramının əməllərinə qısa nəzər salmaq üçün İslam peyğəmbərinin ( s), Şaban ayının son cüməsində oxuduğu xütbənin bir qismini sizlərə təqdim edirik:

Ramazan ayının əməlləri İslam peyğəmbərinin (s) dili ilə. (ixtisarla)

"Ey insanlar! Allah ayı sizə tərəf üz gətirir. O öz rəhmət, bərəkət və məğfirəti ilə sizə tərəf gəlir. O elə bir aydır ki, bütün aylardan üstündür. Onun günləri də gecələri də digər günlərdən və gecələrdən daha fəzilətlidir. Onun saatları (zamanları) da digər günlərin saatlarından daha da üstündür.

Bu elə bir aydır ki Alla sizi qonaqlığa dəvət edir. Bu elə bir aydır ki, bu ayda çəkdiyiniz nəfəslərə Allah təsbih savabı verir. Bu elə bir aydır ki, sizin yuxunuza da Allah savab verir.

Bu ay duaların qəbul olunduğu aydır. Kasıblara, yetimlərə kömək edin.Yaşlılara, qocalara hörmət edin. Kiçik uşaqlara rəhm edin. Qohum əqrabanızı ziyarət edin.

Dilinizi pis sözlərdən qoruyun. Etdiyiniz günahlara görə Allaha tövbə edin.

Və hər kəs sizdən bir orucluya iftar versə elə bil, sanki bir qul azad edib. Hər kim bir orucluya iftar versə, Allah onu günahlarını bağışlayar.

Bu zaman bir nəfər ayağa duraraq soruşdu: Ey Allahın Rəsulu! (s) Mənim iftar verməyə imkanım olmasa nə edim?

Allah Rəsulu (s) buyurdu: Yarım xurma ilə də olsa bunu yerinə yetir.

Həmin şəxs təkrar soruşdu: Əgər mənim yarım xurmam da olmasa onda nə edim?

Allah Rəsulu (s) buyurdu: Bir qurtum su ilə də olsa bunu yerinə yetirin."

Ramazan ayının bir adı da "Xalis"dir. Gəlin bu mübarək ayda az əməl etsək də xalis niyyətlə yerinə yetirin. Unutmayın! İnsanı Allahdan uzaqlaşdıran və onu məğrur edən çoxlu əməl, insanı Allaha yaxınlaşdıran az əməldən daha yaxşıdır.

27073208 1978326522384458 3505125179416792724 n

 

 

 

 

 

 

 

 Mahir Şəkərov – İlahiyyatçı, araşdırmaçı. 

Tarixi irsimizin qorunduğu məkan - Beynəlxalq Muzeylər Günün qeyd olunub

jale salyan 2Dünən Beynəlxalq Muzeylər günü münasibətilə Mili Mədəniyyətin Təbliği İctimai Birliyinin rəhbəri Jalə Cəfərova Salyanda Tarix və Diyarşünaslıq Muzeyinin qonağı olub. Bu barədə Birliyin rəhbəri Jalə xanım özü Xeber.İnfo-a məlumat verib.jale salyan 9

J.Cəfərovanın sözlərinə görə, muzey ziyarətinə rayon ziyalıları və məktəblilər də qatılıblar: “Salyan rayonu qədim tarixi köklərə malik olan yaşayış məskənidir. jale salyan 12Bu rayonda həm də bizim tarixi irsimiz yaşayır. jale salyan 5Muzeylər isə tarixi irsimizin qorunduğu və saxlanıldığı müqəddəs məkanlardır. Hər bir azərbaycanlı ilk fürsətdə muzeylərə getməli və keçmişimizlə tanış olmalıdır. Bu ziyarətdən məqsədimiz də xüsusən məktəblilərlə muzeydə görüşüb, onları maarifləndirmək idi.jale salyan 13 Ziyarətdə Ümid Partiyasının ictimaiyyətlə əlaqələr və xaricdə yaşayan soydaşlarımızla iş üzrə sədr müavini Rüfət Muradlı da iştirak etdi. Muzeylər günü münasibətiylə Uşaq yaradıcılıq mərkəzindən ziyarətə gələn məktəblilər arasında viktorina təşkil olundu.jale salyan 4 Viktorinada aktiv iştirak edən məktəblilərdən biri Şəhid Elçin İmanovun bacısı oğlu idi. Bu hal ziyarətçilərin kövrəlməsinə səbəb olmuşdu. İkimərtəbəli muzeydə saxlanılan “Füyuzat” jurnalının orjinal nüsxəsi məktəblilərin diqqətini cəlb etdi”.jale salyan 10

J.Cəfərova sonda məktəblilərə səsləndiyini bildirib: “Əziz balalar,jale salyan 14 illərdir bizim Qarabağdakı saysız, hesabsız tarixi abidələrimiz, ev muzeylərimiz erməni vandalları tərəfindən darmadağın edilir. Onlar bizim milli kimliyimizi məhv etmək istəyirlər. İnaniram ki, siz, məhz siz torpaqlarımız işğaldan azad olduqdan sonra dağıdılmış, viran qalmış abidələrimizi, muzeylərimizi bərpa edib, yenidən həyata qaytaracaqsız. Qoy, müəllimləriniz bu işdə təbliğatlarını əsirgəməsinlər”.

Xeber.İnfo

Halbuki, eyni rəssamın Türkiyə prezidentini təhqir edən karikaturaları “söz və mətbuat azadlığı” prinsipi ilə müdafiə edilmişdi

 Almaniyanın məşhur qəzetlərindən “Süddeutsche Zeitung”un karikaturaçısı Diter Hanits İsrail baş naziri Benyamin Netanyahunun karikaturasını çəkdiyi üçün antisemitizmdə ittiham olunaraq işdən azad edilib.

Qəzetin baş redaktoru Volfqanq Krax buna görə hətta İsraildən üzr də istəyib. “Süddeutsche Zeitung” məsələ ilə əlaqədar rəsmi açıqlama da yayıb. Açıqlamada qəzet rəhbərliyi “Cənab Hanitslə redaksiya arasında antisemit mövzuların karikaturada əks olunması məsələsində ziddiyətlər meydana gəlib. Bu ziddiyət sadəcə karikaturalarla bağlı deyil, həm də cənab Hanits ilə aparılan ayrıca söhbətlərdə də ortaya çıxıb”, cümlələri ilə öz mövqeyini müdafiə edib.

 netanyaho

Diter Hanitsin qovulmasına səbəb olan karikatura israilli müğənni Netta Barzilayın bu il “Avroviziya” mahnı müsabiqəsində qalib gəlməsi ilə bağlı olub. Karikaturaçı İsrail baş naziri Netanyahunu müğənninin səhnədə istifadə etdiyi geyimdə, üstəlik əlində raket olaraq təsvir edib. Rəsmdə onun guya “Gələcək il Qüdsdə” mahnısı oxuduğu göstərilib. Bundan sonra rəssama qarşı sosial şəbəkələrdə geniş kampaniya başladılıb.

 Hanitsin özü Almaniya mediasına verdiyi açıqlamada işinə son verildiyini təsdiqləyib. O, çəkdiyi karikaturada heç kimi təhqir etmədiyini, sadəcə olaraq İsrailin Nettanın qələbəsini öz mənafelərinə uyğun istifadə etməsinə qarşı belə bir rəsm çəkdiyini söyləyib.

 Rəssam bir karikaturadan ötrü işinə son verilməsinin doğru yol olmadığını qeyd edib. Bundan əlavə, Hanits çəkdiyi rəsmə görə heç də peşman olmadığını vurğulayıb.

 Qeyd olunur ki, alman rəssam Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı təhqir edən karikatura rəsmləri ilə də ad çıxarıb. Lakin həmin vaxt Türkiyə tərəfi buna qarşı sərt təpki göstərincə, Diter Hanits eyni qəzet tərəfindən “mətbuat və söz azadlığı” prinsipləri ilə müdafiə edilmişdi.

Prezident İlham Əliyev Natiq Aslanovun Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.

Prezidentin digər sərəncamı ilə Rövşən İbrahimov Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilib.

3 -dən səhifə 183