Prezident İlham Əliyev İtaliya Respublikası Nazirlər Şurasının dövlət katibi Klaudio De Vinçentinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

“Cənub Qaz Dəhlizi” Məşvərət Şurasının Bakıda keçiriləcək ikinci iclasının səmərəli olacağına və yaxşı nəticələr verəcəyinə ümidvar olduğunu bildirən dövlət başçısı İtaliya Respublikası Nazirlər Şurasının dövlət katibi Klaudio De Vinçentinin başçılıq etdiyi nümayəndə heyətinin tədbirdə iştirakının önəmini qeyd edib.
İtaliya Respublikası Nazirlər Şurasının dövlət katibi Klaudio De Vinçenti “Cənub Qaz Dəhlizi” Məşvərət Şurasının Bakıda keçirilən ikinci iclasında iştirakından məmnun olduğunu deyib. O, İtaliya Respublikasının baş naziri Matteo Renzinin prezident İlham Əliyevlə ötənilki görüşünü məmnunluqla xatırlayaraq baş nazirin salamlarını və xoş arzularını dövlət başçısına çatdırıb. Qonaq “Cənub Qaz Dəhlizi” layihəsinin həm İtaliya, həm də Avropa İttifaqı üçün strateji əhəmiyyət daşıdığını vurğulayıb. Ölkəsinin bütövlükdə bu layihəyə, xüsusilə Trans-Adriatik boru kəmərinin çəkilişinə böyük dəstək verdiyini və İtaliya hökumətinin bu istiqamətdə lazımi addımları atacağını deyən Klaudio De Vinçenti layihənin enerji təchizatı və nəqlinin şaxələndirilməsi baxımından da vacib olduğunu qeyd edib.
Görüşdə ölkələrimiz arasında mədəni sahədə əməkdaşlıq əlaqələrinin yüksək səviyyədə olduğu bildirilib, bu istiqamətdə Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın gördüyü işlərin əhəmiyyəti xüsusi qeyd olunub. Söhbət zamanı Azərbaycan ilə İtaliya arasında enerji sahəsində əməkdaşlıq, “Cənub Qaz Dəhlizi” layihəsinin icrası ilə bağlı həyata keçirilən işlər və qarşıda duran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Dövlət başçısı İtaliya Respublikasının baş naziri Matteo Renzinin salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını İtaliyanın baş nazirinə çatdırmağı xahiş edib.(azertaj.az)

Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev özünün “Facebook” səhifəsində FİFA-da çoxillik korrupsiya şəbəkəsinin dağıdılması və Azərbaycanda analoji problemə münasibətlə bağlı yazı yerləşdirib. Həmin yazını təqdim edirik: 

“Bu gün Sürixdə FİFA-nın prezidenti postuna seçkilər keçiriləcək. Uzun müddətdir “"dəhlizlərində” kriminal qalmaqallar baş verən ümümdünya təsisatı, yeni mərhələyə qədəm qoymalıdır.
FİFA öz əhatəsinə görə dünyanın ən təmsilçili qurumu sayılır. Üzvlərinin sayına görə FİFA, hətta BMT-dən geniş areala malikdir. İlk korrupsiya qalmaqalları hələ keçmiş prezident braziliyalı Joao Avelanjın dövrünə təsadüf edirdi. Avelanj və kürəkəni Rikardo Teyşeyra 24 illik idarəçilik dönəmində, müxtəlif xarakterli qanun pozuntularına cəlb olunduqları barədə məlumatlar yayılmağa başlamışdı.
Avelanjın avtoritetini və dünya düzəninin reallıqlarını nəzərə alaraq, dünya ictimai rəyi o vaxt bunu sakitcə "həzm etmişdi". Bütün ittihamlara rəğmən, Avelanj FİFA-da hakimiyyəti özünün "sağ əli" Yozef Blatterə ötürə bilmişdi.
1998-ci ildən FİFA-da yeni mərhələ başlasa da, əvvəlki korrupsiya sxemləri işləməkdə davam edirdi. Bu prosesdə son damla, Rusiya və Qətərdə keçiriləcək dünya birinciliklərinin seçimi odu. Məhz bu seçimlərdən sonra ABŞ-ın FTB-su İsveçrənin Vergi qurumları ilə birlikdə, FİFA -da baş verən dələduzluq faktların rəsmi qaydada araşdırmağa qoşuldu.
Tədqiqatın ilk hədəfi FİFA İcraiyyə komitəsinin üzvü Çarlz Bleyzer oldu. 18 000 maaş alan futbol məmurunun 6 000-lik pişikləri üçün icarələdiyi ev və maaşına adekvat olmayan həyat tərzi tədqiqatçıların nəzərindən qaçmayıb. Bleyzerin faş edilməsindən sonra , onun köməkliyi ilə daha 11 nəfər İcaraiyyə komitəsinin üzvü istintaqa və həbsə cəlb ediliblər.
Bu beynəlxalq qalmaqalın son "qurbanları" preizdent Yozef Blatter və UEFA-nın rəhbəri Mişel Platini oldu. Bu şəxslərin hər ikisi ictimai təzyiqin altında vəzifələrindən kənarlaşdırıldı və futbolla məşğul olma tabusu tətbiq edildi.
Bu gün keçirilən Sürix toplantısında seçilən prezidentin fəaliyyət müddəti 2 dördillik idarəçilik maksimumu ilə hüdudlanacaq. FİFA daxilində cərəyan edən hadisələr çox ilginc və ibrətamizdir. Detallı yazmaq imkan xaricində olsa da, gəlinən nəticələri ümumiləşdirmək istərdim:
- göründüyündə korrupsiya, YAP-çıların iddia etdiyi kimi, dünya mərəzidir, beynəlmiləldir və insan xisləti ilə bağlıdır;
- misaldan anlaşılan odur ki, korrupsiyanın olmasına rəğmən, onu güdən, izləyən və cəzalandıran institutların mövcudluğu və effektiv fəaliyyəti mühüm şərtlərdəndir;
- 24 və 17 illik Avelanj və Blatter eraları korrupsiyanın şəbəkələnməsinə səbəb olduğundan hakimiyyət ömrünün məhdud olmasının vacibliyi, futbol ictimaiyyətinə nizamnamə dəyişikliyinə qərarı zəruri edib. Yəni hüdudsuz hakimiyyət korrupsiyanı və cəzasızlığı stimullaşdırır;
-Bleyzerin nümunəsində, kiçicik bir məişət uyğunsuzluğunun hansı miqyasda korrupsiya əməllərini aça bilməsi bütün hüquq-mühafizə və fisqal orqanlar üçün parlaq nümunədir;
-beynəlxalq tədqiqatın aparılması və transmilli korrupsiya maşınının sındırılmasının ABŞ tərəfindən icra edilməsi nümunəsi də diqqət çəkəndir.
FİFA olayları bizim Dövlət üçün də nümunəvidir. Nəzərə alsaq ki, qurumun rəhbərlərindən biri sayılan Platininin AFFA rəhbərliyi ilə yaxşı münasibətlərdə olması, Azərbaycanın Avropa birinciliyinə ev sahibliyi hüququ əldə etməsi kimi faktlar mövcuddur, o zaman müəyyən suallar yaranır. Lakin belə beynəlmiləl qalmaqalda adımızın çəkilməməsi müsbət haldır.
Yaxud ictimai qaydada aşkarlanan miqyaslı yeyintilər və oğurluqlar barədə məlumatlar ətrafında tədqiqat aparılmaması, günahların ört-basdır edilməsi Azərbaycanda aidiyyatlı orqanların və yaxud hakimiyyətin susması, müəyyən şübhələrə yol açmaya bilmir. İstəməzdim ki, bizim korrupsionerlər FİFA-dakı kimi, FTB və yaxud başqa dövlətin orqanları vasitəsilə araşdırılsınlar”.

Tehranın Rəsul Əkrəm Xəstəxanasında ağır cərrahiyyə əməliyyatı keçirən 23 yaşlı Orxan İmaməliyev gənc yaşlarından əlil arabasına möhtac qalıb. Bu barədə onun anası Fəridə İmaməliyeva İnterpress.az-a danışıb.

Hazırda Tehranda olan ailənin maddi durumu çox ağırdır. 20 min dollarlıq cərahiyyə əməliyyatından sonra ailənin durumu daha da ağırlaşıb. Belə ki, Tehranın Rəsul Əkrəm Xəstəxanasında əməliyyat olunan gəncin səhhəti babatlaşsa da onlar bu məbləği ödəyə bilmədikləri üçün növbəti daha böyük problemlə üzləşiblər. Ailə Azərbaycana dönə bilmir. Çünki xəstəxanaya 6 min dollar borcları qalıb.
Bu barədə İnterpress.az-a danışan F.İmaməliyeva İran həkimlərinin onlara göstərdiyi hədsiz qayğıdan və sevgidən çox təsirləndiyini deyir: "Dəfələrlə bu xəstəxanada olmuşuq. Bu dəfə Azərbaycandan gəldiyim 6 ay oldu. Orxana 20 min dollarlıq əməliyyat etdilər. 14 minin İran hökuməti ödədi. lakin 6 min dollar borcumuz qaldığı üçün pasportlarımızı alıb Azərbaycana dönə bilmirik. Mən bir əməliyyat pulu üçün 27 dəfə Həcc ziyarətində olan sabiq deputat Qalib Salahzadədən mətbuat vasitəsi ilə xahiş etdim. Lakin o, heç bir köməklik etmədi".
Azərbaycanlı qadın prezident İlham Əliyevə və Birinici Xanıma müraciət etdi - Mənə kömək edin!DƏHŞƏTLİ FOTOLAR

Fəridə İmaməliyeva mətbuat vasitsi ilə ölkə başçısı İlham Əliyevə və Heydər Əliyev Fondunun prezidenti, ölkəmizin birinci xanımı Mehriban Əliyevaya müraciət etdi:
"Mehriban xanım Əliyeva ideal anadır. Mən mətbuat vasitəsilə üzümü ölkə prezidenti İlham Əliyevə və onun xanımı Mehriban Əliyevaya tutub onlardan kömək istəyirəm. Mən darda qalmışam, məni bu dardan xilas edin. Mən əlil oğlumla Azərbaycana dönmək istəyirəm, amma pasportlarımızı almaq üçün 6 min dolları ödəməliyik. İran hökuməti bizim üçün 14 min dollar ödədi, Azərbaycan hökuməti də 6 min dollarını əsirgəməyəcəyinə inanıram. Çünki ölkəmizin birinci xanımı Mehriban Əliyevanın ehtiyaclı insanlara daim yardım etdiyini və darda qalanlara əl tutduğunu bilirik. Bütün dünya onu yardımsevər insan kimi tanıyır. Azərbaycanda məni iki övladım gözləyir. Onlar kimsəsizdir. Burda naçar qalmış əlil arabasında oturan oğlumun ümidsiz gözlərinə baxmaqdan daha dəhşətli bir şeyin olacağına inanmıram. Mənə kömək edin, məni xilas edin!"
Qeyd edək ki, F.İmaməliyeva dəfələrlə ölkəmizin İran İslam Respublikasındakı səfirliyinə üz tutsa da ona heç bir köməklik göstərən olmayıb. Hər dəfə onunla Rəsul Əkrəm Xəstəxanasına bu məzmunda məktub göndərilib: "Hörmətli xəstəxana rəhbərliyi xahiş edirik bu qadına kömək məqsədi ilə qiymətlərinizdə endirim edəsiniz".
F.İmaməliyeva deyir ki, İran tərəfi ona 14 min ödəyib: "Bu artıq endirim deyil, bundan böyük kömək və yaxşılıq düşünmürəm".
Orxan İmaməliyevin fotolarını təqdim edirik: 
Azərbaycanlı qadın prezident İlham Əliyevə və Birinici Xanıma müraciət etdi - Mənə kömək edin!DƏHŞƏTLİ FOTOLARAzərbaycanlı qadın prezident İlham Əliyevə və Birinici Xanıma müraciət etdi - Mənə kömək edin!DƏHŞƏTLİ FOTOLARAzərbaycanlı qadın prezident İlham Əliyevə və Birinici Xanıma müraciət etdi - Mənə kömək edin!DƏHŞƏTLİ FOTOLAR

Hörmətli oxucular, Fəridə İmaməliyeva ilə bu nömrə ilə əlaqə saxlaya bilərsiniz: 00989374479115; 00989190776841
Qeyd edək ki, Orxan İmaməliyev 1 yaşındaykən atasını itirib. O, 18 yaşındaykən keçirdiyi avtomobil qəzasından sonra bu günə qədər dəfələrlə əməliyyat olunsa da sağlamlığını tam bərpa etmək mümkün olmayıb. Onun müalicəsi ancaq Almaniyada mümkündür. Ən dəhşətlisi isə odur ki, ailə illərlə müalicə pulu üçün banklardan kredit götürüb və son dərəcə ağır duruma düşüblər.(interpress.az)

Xeber.İnfo tanınmış, istedadlı şair Əvəz Qurbanlının "Xocalı baharı" şeirini təqdim edir

 

Mən Xocalıyam!

Zorlanmış, öldürülmüş, bütün varlığı işğal edilmiş Xocalının taleysiz övladı. Məndən olan uşaqların hamısı Xocalı olacaq, hamısını Xocalı çağıracaqlar. Çünki mənə ad vermək üçün nə atam var idi, nə anam. Mən də övladım doğulan kimi öləcəm. Atasız, anasız, kimsəsiz uşağı necə çağırarlar? Ya ..., ya da elə qoy XOCALI çağırsınlar.
Həyatda ən çətin və dözülməz iki müsibət var; ananın qollarında can verən övladının çırpıntısını seyr etməsi, övladın gözləri qarşısında anasının zorlanması. Mən ikisini də yaşadım. Bu müsibətlərin acısı həyat davam etdikcə bəsimdi. Zatən bu müsibətləri yaşayan bir can başqa hadisələri hiss etməz. Heç mən də hiss etmirəm...
Ətrafımda olanlar məni təəccübləndirmir. Kipriklərimi bir birindən ayıranda Xocalı qanında boğulacaq vücudların oğraş simalarını görürəm, göz qapaqlarımı bağlayanda isə ölmüş anamın soyuq döş gilələrini əmdiyim anlar rahat buraxmır məni. Həmin döş gilələrini bir damcı süd ümidi ilə somururdum. Süddən başqa heç bir qida çeynəyə bilməyən damağlarım ölmüş anamın döş giləsinə toxunanda simamda təbəssüm yaranmışdı. Bu təbəssüm kənardan bəlkə də günəş şölələrini xatırladırdı. Anamın sinəsindən axan qan təbəssüm dolu çöhrəmi qürub vaxtını yaşayan günəşə bənzətmişdi. Bu görüntü anam üçün ömrünün sonu, mənim üçün isə sabahı açılacağı bəlli olmayan qaranlıq bir gecəyə daxil olmaq anlamında idi. O gecə hələ də açılmayıb. İstəmirəm açılsın. İstəmirəm sabahın dan yeri sökülsün. Günəş buludların arasından boylanıb mənə göz atmaqla anasızlığıma eyham vursun. İstəmirəm anamın qucağından kimsə qoparsın məni, istəmirəm gecə bitsin, yerini gündüzə versin, kimsə anamın yanından aparsın məni. Qorxuram səhər açılar, anamı dəfn edərlər. “Torpağın üzü soyudur” – deyiblər. Soyuq torpaq anamı məndən alsa yaşaya bilmərəm. Nəfəssiz buz kimi ana qucağının yerini kimsəsiz, yaxınlarından ən uzaq qohumuna qədər öldürülmüş və zorlanmış körpə üçün nə əvəz edə bilər?!
İstəmirəm səhər açılsın, “zorlanmış ananın uşağı” rişxəndi ilə cəhalət dolu baxışlar mənə dikilsin. İstəmirəm, məsum gözlərim ana qatillərini, şərəfsizləri, dünya adlı birinin sevdasını yaşayanları görsün. Qorxuram gözlərimə onların iyrənc fotoları düşər. Anamın son nəfəsində iniltisini belə məndən gizlədən çöhrəsi göz yaddaşımın arxivinə köçər.
Mən həmin körpəyəm – Xocalıyam. Uzun, qaranlıq bir gecədə ölmüş anamın döş gilələrini bir damcı süd üçün gəmirirəm. Anam – XOCALI isə bərk-bərk məni özünə sıxıb. Barmağındakı dəmir parçasını çıxara bilməyən nadan düşmən barmağını kəsəndə anam son nəfəsini içinə çəkdi. Məni də özünə ona görə bərk sıxır ki, son nəfəsi ilə soyuq qış gecəsində şaxtadan qorusun.
Mən həmin Xocalıyam! Övladlarımı son nəfəsimlə qoruya biləcək Xocalı! Mən Xocalıyam, həmin Xocalı.
Ölmüş anasının döşünü əmən körpə - XOCALI
Cavid Cabbarlı,
İlahiyyatçı, jurnalist
Bakıda yanacaqdoldurma məntəqəsinin mühafizəçisini döydüyünə görə həbs olunan idmançılar azadlığa buraxılıb.

 

İsa Əzizov və Mahir İsgəndərov barələrində seçilmiş 30 sutka inzibati həbs müddəti başa çatıb və onlar fevralın 25-də həbsdən azad ediliblər.
Qeyd edək ki, yanvarın 25-i saat 04 radələrində paytaxtın Tbilisi prospektində yerləşən yanacaqdoldurma məntəqəsinə gəlmiş avtomobilin sürücüsü və sərnişini ilə məntəqənin mühafizəçisi Sadiq Bağırov arasında mübahisə yaranıb. Nəticədə avtomobildə olanlar mühafizəçini döyərək hadisə yerini tərk ediblər.
Nəsimi Rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri Mahir İsgəndərov və İsa Əzizov müəyyən edilərək saxlanılıblar. Nəsimi rayon Məhkəməsinin qərarı ilə İsa Əzizov və Mahir İsgəndərov barələrində 30 sutka inzibati həbs qərarı çıxarılıb.
Saxlanılanlardan İ. Əzizov Azərbaycan Respublikası Prezidentinin Müdafiə məsələləri üzrə köməkçisi xidmətinin Müdafiə məsələləri şöbəsinin müdiri, general-leytenant Məhərrəm Əliyevin qohumudur.(apa)

İstanbulun Sarıyer məhəlləsindəki polis şöbəsinə əldəqayırma partlayıcıyla hücum edən terrorçulardan biri vurulub

 Milli.Az Haberturk-ə istinadən bildirir ki, xəstəxanaya aparılan terrorçu orada ölüb. 

 Terrorçu DHKP/C üzvü olan qrup Fatih Sultan Mehmet Polis Mərkəzinə yaxınlaşaraq mərkəsin bağçasına əldəqayırma qumbara atıb. Atışma başlayıb. Yaralanan yoldaşlarını bağçada qoyan terrorçular qaçıblar.
 Ölən terrorçunun kimliyi də bəlli olub. Yılmaz Öztürk adlı bu şəxs 20 yaşında imiş. 
 Polis araşdırma aparır. 

Azərbaycanda rayonların ayrı-ayrı yüksək rütbəli məmurlar arasında bölüşdürüldüyü heç kimə sirr deyil. Hansı nazir, komitə sədri və ya başqa yüksək rütbəli məmur, hansı rayona nəzarət edirsə, onun qohum-əqrəbası da oranın, necə deyərlər, sahibinə çevrilir. Çapıb-talayırlar, əhalini soymaqla, rayonu talamaqla yetinməyib, insanların şərəfini, qururunu belə əzməkdən çəkinmirlər. Misal üçün, bir neçə il əvvəl belə nazirlərdən birinin yaxını rayonlardan birində içib kefləndikdən sonra "bu rayonda kişi yoxdur” demiş, bundan xəbər tutan rayonun "bərkgedənləri” onu (tanıyanlar həmin şəxsə "Dördbarmaq” da deyirlər – red.) soyuq suda "çimizdirdikdən” sonra, rayondan qovulmasına nail olmuşdular. Yaxud İsmayıllı hadisələrini xatırlayaq. Bir rayonu ayağa qaldıran da elə nazirin yaxın adamının artıq-əskik hərəkətləri olmamışdımı?

Bu faktlar, əlbəttə ki, rayonları öz aralarında bölüşdürən məmurların, onların yaxınlarının insanlara necə münasibət bəslədiyini tam təsəvvür etməyə kifayət deyil. Necə deyərlər, aysberqin görünən tərəfləridir. 

1419115506_qaxMəsələn, Qax rayonundan "AzPolitika.info”ya göndərilən məktubdan belə məlum olur ki, Qax və Zaqatala rayonları da "Meliorasiya və Su təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətinin sədri Əhməd Əhmədzadənin yaxınları tərəfindən "özəlləşdirilib”.
Təsadüfi deyil ki, Qax rayonunun icra başçısı Musa Şəkiliyev Əhməd Əhmədzadənin xalası oğlu, Zaqatalanın başçısı Mubariz Əhmədzadə isə qardaşıdır.

Saytımıza müraciət edən şəxs Qax rayonunun ziyalılarından biri olduğunu qeyd edir (bəlli səbəblərdən adının verilməsini istəmir-red.) və Əhmədzadələrin bu rayondakı fəaliyyətindən bəhs edir. Əhməd Əhmədzadənin Qax rayonunda rəhbər vəzifədə çalışan yaxın qohumlarının qanunsuz əməllərindən bəhs edən həmin məktubi kiçik ixtisarla dərc edirik:

"Əhməd Əhmədzadə barədə məlumat verməyə, hər halda ehtiyac yoxdur. Öz sahəsi üzrə çox savadlı və təcrübəli mütəxəssisdir. 40 ildən artıq yüksək vəzifələrdə işləmiş bu şəxsin ölkənin su təsərrüfatı və meliorasiya sistemlərinin inkişafında rolu əvəzedilməzdir.

Lakin Əhməd Əhmədzadənin dövlət və Prezident qarşısında gördüyü xidmətlərini onun yaxın qohumları, əsasən də Qax rayonunda yüksək vəzifə sahibi olan yaxınları öz əməlləri ilə gözdən salırlar.

1mudQax rayonunun icra başçısı Musa Şəkiliyev Əhməd Əhmədzadənin xalası oğlur. Qardaşı oğulları Vüqar və Tərlan Əhmədzadələr isə rayonda yüksək vəzifələr tuturlar. 

Vüqar Əhmədzadə - DSMF Qax rayon şöbəsinin müdiri, Tərlan Əhmədzadə isə Qax rayon Mərkəzi Xəstəxanasının baş həkimidir. Onların rayondakı qanunsuz əməlləri barədə ən ucqar kəndlərin sakinləri belə xəbərdardır. Hər iki qurum böyük korrupsiya bataqlığına qərq olub.

Vüqar Əhmədzadə pensiya alan vətəndaşlara ödəniləsi pensiyaları müxtəlif bəhanələrlə kəsir və bu vəsaitlərlə rayonda özünə biznes imperiyası qurur. Pensiya kartlarının verilməsində yaşlı nəslin nümayəndələrinə müxtəlif süni maneələr yaradır. Hətta bəzilərindən onlara pensiya kartını vermək üçün, alacaqları pensiyadan haqq da istəyir.

Bir məqamı da qeyd etmək istəyirəm ki, Vüqar Əhmədzadə Qax rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə keçməkdə iddialıdır. Bu səbəbdən də hazırki icra başçısı Musa Şəkiliyev, qohumu  olmasına baxmayaraq, onu istənilən vasitəylə gözdən salmağa cəhd edir.

Vüqar Əhmədzadə rayonda və Bakıda müxtəlif yerlərdə bahalı villa və mənzillərə sahibdir.

Digər qardaşı Tərlan Əhmədzadə ondan heç də geri qalmır. Atası, keçmiş baş həkim Fərman Əhmədzadə rəhmətə getdikdən sonra onun yerinə keçən Tərlan Əhmədzadə, xəstəxananın həkim, tibb bacıları və xəstələrinə qan uddurur. Xəstəxana o dərəcə korrupsiyaya qərq olub ki, hətta ayda 150-200 manat alan tibb bacılarının əmək haqqından da müəyyən "haqq” baş həkimə çatmalıdır.
Güzəranı onsuz da acınacaqlı olan bu həkimlər və tibb bacıları işlərini itirməmək üçün birtəhər günlərini keçirirlər. Vəziyyət o həddədir ki, hər hansı xəstə əgər həkimə və ya tibb bacısına 3-5 manat "şirinlik” verirsə, bu pul da birbaşa Baş həkimə çatmalıdır. Əgər kimsə bunu gizlətməyə çalışsa və onun üstü açılsa, həmin işçini ən ağır söyüşlərlə təhqir edərək, işdən azad edir. İllərdir sürən bu vəziyyətə artıq insanlar öyrəşib və mübarizə aparmağın mənasız olduğunu əsas gətirərək, səslərini çıxarmağa belə qorxurlar. Çünki o, hər hansı səhvi ucbatından nəinki özünü, hətta öz yaxınlarını zərbə altına almış olur.

Ümumiyyətlə, rayonda ən "bərkgedən” obyektlər – restoranlar, hotellər, istehsal müəssisələri, mağaza və marketlər Əhmədzadələrə məxsusdur. Onların icazəsi olmadan heç kəs hər hansı obyekt tikə, onların "bazar”ına girə bilməz.

11880449_10206307745445274_313728596_n

Nəzərə çatdırmaq istəyirəm ki, Əhməd Əhmədzadənin oğlu Cuma Elman Rüstəmovun qızı Günel ilə ailəlidir. Bu qohumluq əlaqəsi Əhməd Əhmədzadənin statusunu biraz da möhkəmləndirib. Bu qohumluq əlaqəsi yaranana qədər Əhməd Əhmədzadə tutduğu vəzifənin səlahiyyətlərini icra edirdi, yəni rəsmi fərmanla təsdiq edilməmişdi. Çünki Xalq Cəbhəsi dövründə də işləyirdi və Heydər Əliyev bu səbəbdən onu bu vəzifəyə rəsmən təyin etmirdi.

83990 Əhməd Əhmədzadəyə Elman Rüstəmovla qohumluq əlaqələri yaranana qədər də hökumətdə yüksək vəzifədə çalışan bir çox dostları köməklik göstərməyə çalışırdılar. Baş nazirin müavini Abid Şərifov, sabiq maliyyə naziri Əvəz Ələkbərov və Nərimanov rayonunun keçmiş icra başçısı Mübariz Rəcəbov onun bu quruma sədr keçməsinə birbaşa köməklik göstərmişdilər. Oğlu Cuma Əhmədzadə Elman Rüstəmovun qızı ilə evləndikdən sonra onun gücü daha da artıb. 

Nəzərə çatdırmaq istəyirəm ki, Mubariz Rəcəbov əslən Qax rayonundandır və eyni zamanda Əhməd Əhmədzadə ilə yaxın dostluq və qohumluq əlaqələri var. Hətta Qax rayonunda Əhmədzadələrə məxsus bir çox biznes obyektlərinə – restoran və hotellərə şərikdir. Eyni zamanda, Mübariz Rəcəbov və Əhməd Əhmədzadə Qax rayon taxıl məhsulları kombinatının əsas səhmdarlarıdır.

14896_src"ULUYURD” şirkətlər qrupuna Qax rayonunda fəaliyyət göstərən əsas hotel, restoranlar və istehsal müəssisələri daxildir və bu şirkətin təsisçisi Cuma Əhmədzadə, baş direktoru isə Cumanin xalası oğlu Rəsul Allahverdiyevdir.Hotellərə nəzarəti də məhz Rəsul həyata keçirir.

Cumanın xarici ölkələrdə də böyük biznes imperiyası mövcuddur. Əsasən Londonda və Cenevrədə. Özü Londonda yaşadığı üçün, ordakı biznesə birbaşa nəzarət edir. Cenevrədəki biznes fəaliyyətinə isə orada yaşayan qohumları – Mubariz Rəcəbovun oğlu Pərviz və Musa Şəkiliyevin oğlu Orxan nəzarət edirlər.

1397021726-242Əhməd Əhmədzadənin digər qardaşıMubariz Əhmədzadə isə Zaqatala rayon İcra Hakimiyyətinin başçısıdır. O rayonda da başçıdan ciddi narazılıqlar var. Rayonda görülən bütün abadlıq və yenidənqurma işlərini Mübariz Əhmədzadənin oğu Coşqun Əhmədzadənin şirkətləri həyata keçirir”.

Məktubda göstərilənlərə onu da əlavə edək ki, Əhmədzadələrin Qaxı tam ələ keçirməsində xüsusi rolu olan icra başçısı Musa Şəkiliyevin rayonda "xaloğlu” ləqəbi ilə məşhur olduğu bildirilir . Yerli camaat ona rayonun başçısı yox, bir nömrəli biznesmeni adını verib. Belə ki, Qaxın meşələri hesabına mebel biznesini genişləndirən Musa Şəkiliyev, ailə ənənələrinə uyğun olaraq, rayondakı ən böyük müəssisə olan "Qax Tütün”ün sahibi Eldəniz Şəkiliyevlə birləşərək, böyük gəlir əldə edir. Yerli əhalinin meşələrdən ağac kəsib mebel sexlərinə satması da qadağan olunub. Bu iş yalnız icra başçısının monopoliyasına alınıb.

Rayonun bütün digər idarələrində də Əhmədzadələr hökmranlıq edir. Yuxarıdakı məktunda qeyd edilən vəzifələrdən başqa, Qaxda bir sıra digər sahələr də Əhmədzadələrin nəzarətindədir.
Məsələn, rayonda əsas kurort yeri olan İlisu kəndinin icra nümayəndəsi təyin olunan Həşim Həsənov Mübariz Əhmədzadənin qızının baldızı əridir. Mübariz Əhmədzadənin kürəkəni Elyar isə Rabitə Nazirliyində məsul vəzifədədir.

1401948861_73771Qeyd edək ki, Əhməd Əhmədzadə Sovet İttifaqı dövründən müxtəlif vəzifələrdə işləyən məmurlardandır. Onun "Baron” ləqəbi ilə tanındığı bildirilir. Ə.Əhmədzadə o qədər də diqqət mərkəzində olmasa da, bütün qohum-əqrəbasını yaxşı vəzifələrə yerləşdirib, böyük bir klanın ağsaqqalına çevrilib.
Əhməd Əhmədzadə həm də böyük biznesə, varidata sahibdir. Bütün biznes strukturları da oğlunun adınadır. Bir neçə il əvvəl mətbuatda Cuma Əhmədzadənin gənc yaşında malik olduğu biznes imperiyası barədə SENSASİYALI araşdırma dərc olunmuşdu.

"Advisors CO.”, "Proyekt”, "Muğal” Məhdud Məsuliyyətli Cəmiyyəti, "Uluyurd” Məhdud Məsuliyyətli Cəmiyyəti kimi şirkətlərin sahibi olan Cüma Əhmədzadənin, həm də otellər zəncirinin sahibi olduğu bildirilir.
"İlisu Uludağ Turizm və İstirahət Kompleksi”nin, "El-Resort” otelinin və s.
Onun İngiltərə və Çexiyada da şirkətlərinin ("ALPS s.r.o.”, "GYUNEL LİMİTED” və sair) olduğuna dair məlumatlar yayılıb.///azpolitika.info

P.S. Məktubda göstərilənlərlə bağlı adları çəkilən şəxslərin də mövqeyini işıqlandırmağa hazırıq.

Azərbaycan nefti ucuzlaşıb.

Ötən gün "AzeriLight" markalı neftin bir barelinin qiyməti 0,11 dollar və ya 0,32% azalaraq 34,77 dollar təşkil edib. 
Azərbaycanda dolların məzənnəsində də ucuzlaşma olub. 
Bu barədə məlumatı Azərbaycan Mərkəzi Bankı yayıb. 
Bugünkü məzənnəyə əsasən, 1 dollar 1.5635 manat təşkil edir. 
Avronun məzənnəsində də ucuzlaşma olub. Belə ki, hazırda 1 avro 1,7395 manata dəyişdirilir.

Şirvanın deputatının ermənilərlə nə kimi qohumluq əlaqələri var?

Milli Məclis üzvü ilə bağlı araşdırılması vacib olan kifayət qədər ciddi faktlar üzə çıxıb Son günlər baş verənlər Azərbaycan parlamentində mandat sahibi olanları bir daha saf-çürük etməyə əsas verir. Belə ki, bir tərəfdə məsələn “Azərsun” kimi nəhənglə baş-başa gələn, həddini aşan məmurlar haqda sərt ifadələr işlədən Zahid Oruc varsa digər tərəfdə “seçildiyi” bölgələrdə xalq etirazlarını xəbər portallarından izləyən, öz biznesinin inkişafından başqa heç bir fəaliyyəti olmayan deputatlar var.
Son günlər silsilə yazılar daha çox 46 saylı Şirvan şəhər Seçki Dairəsindən qalib elan olunaraq mandat almış Rafael Cəbrayılov haqdadır. Onu da qeyd edək ki, bu şəxsin adı mediada ən müxtəlif qalmaqallarla hallanıb. Məlumat üçün qeyd edək ki, Cəbrayılov Rafael Kamil oğlu 28 dekabr 1958-ci ildə anadan olmuşdur. 1976-cı ildə Şirvan şəhər 9 saylı orta məktəbi bitirmişdir. 1985-1992-ci illərdə Sabirabad rayon prokurorluğunun müstəntiqi və baş müstəntiqi, 1992-ci ildən isə Azərbaycan Respublikası Baş Prokurorluğunda müxtəlif məsul vəzifələrdə çalışmışdır. Rütbəsi Ədliyyə müşaviridir (ədliyyə polkovnik-leytenantıdır).
III çağırış Azərbaycan Milli Məclisində 9 saylı Binəqədi ikinci seçki dairəsindən, son parlament seçkilərində isə 46 saylı Şirvan şəhər Seçki Dairəsindən deputat seçilmişdir. Bitərəfdir. Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvüdür. Rus və ingilis dillərini bilir. 50-dən artıq elmi-publisitik məqalənin müəllifidir. Ailəlidir, iki övladı var. Bu yalnız rəsmi məlumatdır. Amma cumhuriyyet.az olaraq mediadan topladığımız məlumatlarda maraqlı və ilginc faktlar yer alır. Rəfael Cəbrayılovla bağlı iddialardan birinin yaranmasına səbəb keçən seçkilərlə bağlıdır. Hələ bir neçə il əvvəl keçmiş ABU rektoru Elşad Abdullayev bəyan etmişdi ki, o, daha bir deputatın ifşasına həsr edilən video yaya bilər.
Elşad Abdullayevlə seçki müzakirələrini əks etdirən videogörüntülərdə sabiq YAP-çı deputat Gülər Əhmədova Rafael Cəbrayılovu da öz gücü ilə deputat seçdirdiyini demişdi. E.Abdullayevə mandat vəd edən G.Əhmədova bildirmişdi ki, onun gücü kifayət qədərdir: “Rafael qalmışdı kənarda, bilmirdi nə etsin. Mən onun işini həll elədim. Rafael Cəbrayılov gətirib pulunu verdi, işi də həll olundu».
Bu məqamda xatırladaq ki, R.Cəbrayılovun necə deputat seçilməsi barədə indiyə qədər mediada bir neçə dəfə informasiyalar yayılıb. Hələ 2010-cu ildə mediada yayılan məlumatlarda 9 saylı Binəqədi seçki dairəsindən deputat seçilmək üçün R.Cəbrayılovun 3 milyondan çox pul xərclədiyi bildirilirdi. Elə həmin vaxtlarda o xəbər də yayıldı ki, Gülər Əhmədova ilə Rəfael Cəbrayılovu birləşdirən onların qohumluq əlaqələridir. Belə ki, Əhmədovanın erməni qızı olan anası ilə Rəfael Cəbrayılovun həyat yoldaşının qohumluq əlaqələri vardır. Artıq hamıya məlumdur ki, R.Cəbrayılovun da arvadı erməni qızıdır və faktiki olaraq, oğulluğa götürdüyü oğlu baldızının oğludur. Baldızı isə Rusiyada erməni əri ilə yaşayır.
Maraqlıdır ki, deputat o zamanlar məhz iddialara tutarlı cavab verə bilmədiyi üçün zaman-zaman mətbuatdan qaçmağı üstün tutmuşdu. Milli Məclis tarixində “həm pulundan, həm də sağlamlığından” oldu deyə biləcəyimiz şəxslərdən biri olan R.Cəbrayılovun yaxın çevrəsi deputatın həmin ərəfələrdə güclü stres keçirtdiyini deyirlər. R.Cəbrayılovun bir neçə dəfə məlum hadisələrdən sonra yaşadığı stresə görə müalicə olunduğu iddia olunur.
Belə ki, araşdırmalar zamanı məlum olur ki, Gülər Əhmədova söhbətindən özünü xilas edə bilən deputatın biznesinin çöküşü indi onun qarşısında duran ən böyük problemlərdən birinə çevrilib. İş ortaqlarının kənara çəkilməsindən sonra çıxılmaz vəziyyətdə qalan R.Cəbrayılov üçün bu dəfə deputatlıq qalxanına daha çox ehtiyyac yaranıb. Qeyd edirlər ki, seçkidən seçkiyə seçiciləri yada salan R.Cəbrayılov nə parlamentdə Şirvanın problemlərini dilə gətirib, nə də verdiyi vədlərə əməl edib. Geniş biznes şəbəkəsinə sahib Rəfael Cəbrayılovla bağlı qalmaqallar bununla yekunlaşmır. Belə ki, R.Cəbrayılovla bağlı son dövrlərdə üç xoşagəlməz xəbər yayılıb. Hər üçündə də deputat və qardaşı başqalarının pulunu mənimsəməkdə ittiham olunur. Bakı şəhərində yerləşən “Lombard”da işləyən Osman Hacıyevin müəssisənin daimi müştərisi Mirəhməd Abbasovla dostluq əlaqəsi yaranıb. M.Abbasov övladları üçün ev almaq istəyən O.Hacıyevə deputat Rafael Cəbrayılovla şərik olduğunu və ona çox münasib qiymətə ev ala biləcəyini söyləyib. Evin kvadrat metrində çox böyük endirim etdirən Mirəhməd Abbasov Osman Hacıyevin etimadını qazanıb. Osman Hacıyev Rafael Cəbrayılovun qardaşı Elşən Cəbrayılovun adına olan “Dərhal” MMC tərəfindən Mehdiabad qəsəbəsində inşa edilmiş Binəqədi Gənclər Şəhərciyində yerləşən kompleksdəki 2-ci bina, 1-ci blok, 3-cü mərtəbədə yerləşən 117 kv.metrlik mənzili alıb. Bunun üçün Mirəhməd Abbasova 52 min manat ödəyərək, mənzilin müqaviləsini və ödəmə çekini təhvil alıb. 14 sentyabr 2012-ci ildə Elşən Cəbrayılovla bağladığı müqavilə ilə ev sahibi olduğunu düşünən Osman Hacıyev binanın başa çatmasını gözləməyə başlayıb.
Lakin bu yaxınlarda bina ilə bağlı şikayətlər artınca, o, da narahat olaraq, 52 min manat (O zamanın kursu ilə 66 min dollar) ödədiyi evin taleyi ilə maraqlanmağa başlayıb. Lakin gözləmədiyi bir münasibətlə qarşılaşıb. “Dərhal” MMC-dən bildirilib ki, “sənin müqavilən ləğv edilib və ev-filan yoxdur”. Osman Hacıyev haqlı olaraq, pulunu istədikdə isə, “Get məsələni Mirəhmədlə həll et” deyə, kobud cavab alıb. Daha sonra isə Mirəhməd Abbasov R.Cəbrayılovla anlaşaraq, bütün pulları guya deputatın sürücüsünün mənimsədiyi yalanını ortaya atıb: “İddia etdilər ki, guya mən də pulu sürücüyə vermişəm. Halbuki müqaviləni mənimlə imzalayan Elşən Cəbrayılovdur, qəbzi də təqdim edən Mirəhməd Abbasov. Mən tanımadığım və aylıq maaşla çalışan şəxsə necə bu qədər pulu əmanət edə bilərdim? Bütüm bunlar Azərbaycan millət vəkili adına yaraşmayan dələduzluqdan başqa bir şey deyil. Əgər deputat yaxınında olanlardan xəbərsizdirsə, lütfən sinəsində gəzdirdiyi deputat nişana hörmət əlaməti olaraq, bu özbaşınalığa çarə qılsın”. Qeyd edək ki, Osman Hacıyev Cəbrayılovların ilk qurbanı deyil. Artıq neçənci şəxsdir ki, Rafael Cəbrayılov və qardaşlarının aldatmasından şikayət edir. Belə ki, cumhuriyyet.az araşdırma zamanı mediada yer alan digər bir faktı da aşkarlayıb ki, Cəbrayılovların “Nikoil” Bank ilə də analoji problemi yaranmışdı. O zaman millət vəkili “Dərhal” MMC-yə zamin durduğu üçün məhkəməyə verilmişdi. Belə ki, “Nikoil Bank” deputat Rəfael Cəbrayılov, qardaşları Elşən Cəbrayılov, Rauf Cəbrayılov və bacılarının yoldaşı Nurəddin Bünyatova məhkəmədə qələbə qazanmışdı. Bank Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, kredit müqaviləsindən irəli gələn ödənilməmiş 790.390 manat əsas borc, 58.094 manat faiz borcu, gecikdirməyə görə hesablanmış 7.722 manat dəbbə pulu və iddia qaldırılması üçün 20 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının , cəmi 856.256 manat məbləğində pul vəsaitinin cavabdehlərdən müştərək qaydada tutulmasına, tutulacaq məbləğin kredit təminatı kimi Rauf Cəbrayılovun xüsusi mülkiyyətində olan Nərimanov rayonunda yerləşən 5 otaqlı mənzilə və “Dərhal” MMC ilə bağlanmış 10.01.2009-cu il tarixli müqaviləyə əsasən, Rauf Cəbrayılovun xüsusi mülkiyyətində olan Binəqədi rayonunda yerləşən 580 kvadrat metr sahədən ibarət olan ofisə məxsus bütün hüquqlara yönəldilməsinə , həmin mənzil və ofis sahəsinə məxsus bütün hüquqların açıq hərracda satış yolu ilə realizə edilməsinə və satışdan əldə ediləcək məbləğin iddia tələbi həcmində olan hissəsinin iddiaçıya ödənilməsinə , ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslərin mənzil açıq hərracda satıldıqdan sonra ən geci bir ay ərzində həmin mənzildən çıxarılmasına dair qətnamə qəbul etməsini məhkəmədən xahiş edib. Məhkəmə həmin iddianı qismən təmin edərək, borcun cavabdehlərdən müştərək qaydada tutulması, Binəqədi rayonunda yerləşən ofis sahəsinə dair hüquqların yönəldilməsi və 5 otaqlı mənzilin hərracda satıldıqdan sonra mənzilin ən geci bir ay ərzində boşaldılması barədə qətnamə qəbul edib.
Həmin qətnamədən narazı qalan qarşı tərəf isə apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi isə apellyasiya şikayətini qismən təmin edib. Belə ki, mənzilin satılması və boşaldılması ilə bağlı hissə ləğv edilib. Digər hissələr isə dəyişdirilməyib. Göründüyü kimi, “Nikoil” Bank güclü olduğu üçün öz haqqını Cəbrayılov qardaşlarından sökə-sökə alıb. Bu qərarla Azərbaycanda ilk dəfə məhkəmə millət vəkili əleyhinə qərar çıxarıb. Ancaq o zaman da məhkəməyə ağır təzyiqlərin olduğu bildirilirdi. İş bununla da bitmir. Eyni dərddə olan onlarla insandan biri də onun çalışdığı “Lombard”ın müdiri Məlahət Qurbanovadır. M.Qurbanova Cəbrayılov və şəriki Mirəhməd Abbasova verdiyi nə 165 min manatı, nə də bu pulun qarşılığında təqdim olunan 300 minlik mülkü ala bilir. İki ilə yaxındır ki, döymədiyi dövlət dairəsi qalmasa da, heç bir qurum Rafael Cəbrayılovun özbaşınalığı qarşısında səsini çıxarmaq istəmir. Əvəzində isə Cəbrayılov illərdən bəri Yeni Azərbaycan Partiyasının aparıcı funksionerlərinə qarşı istifadə etdiyi reket mətbuatında M.Qurbanovanı ağır şəkildə təhqir etdirir. Yəni, bir deputat düşünün, Azərbaycan qadınının pulunu mənimsəyib, özünü isə ləkələməklə məşğuldur. Doğrudan da, rüsvayçı bir durumla qarşı-qarşıyayıq. Bu isə qeyd olunan kimi R.Cəbrayılovun ilk işi deyil. Bəs illərdən bəri insanları aldadan, vəzifəli şəxslər haqqında yalan informasiyaları mətbuata ötürən Cəbrayılov kimə arxalanır? Ötən ilin son aylarına qədər sabiq deputat Çingiz Əsədullayevlə yediyi-içdiyi ayrı olmayan Cəbrayılovun şəriki Mirəhməd Abbasov söhbətlərində sabiq nazir Eldar Mahmudovun adından istifadə edirdi. İndi isə başqa bir vəzifəli şəxsin adından istifadə edilir. Lakin R.Cəbrayılovun həm də baş nazirin müavini Əli Həsənovla yaxın münasibətinin olduğu və “Qaçqınkom” sədrinin onun gizli şəriklərindən olduğu vurğulanır. Qeyd edək ki, prezident dəfələrlə sahibkarlara dəstək verilməsinin vacibliyini vurğulayıb və iş adamlarının incidilməsini bu cümlələrlə ifadə edib: “Sahibkarları boğurlar, soyurlar, incidirlər. Bu, dözülməz haldır”. Prezidentin bu çıxışından örnək götürməyən Cəbrayılov isə təkcə iş adamlarını deyil, adi vətəndaşları da incitməkdədir. Qarşı tərəfə də cavab haqqı tanıyırıq.(azxeber)
176 -dən səhifə 178