“İş yerləri açılmalı, vətəndaş-dövlət münasibətləri bərpa olunmalıdır”

Xeber.İnfo-nun müsahibi ictimai-siyasi fəal Taleh Qasımzadədir

-         Din, günümüzün ən aktual və daha çox müzakirə olunan mövzusudur. Sizcə bunun səbəli nədir?

-         Din insan həyatının ayrılmaz hissəsidir. Heç bir zaman dindən ayrı yaşayış olmayıb. Lakin indi din deyəndə əksəriyyət qara bayraq altında görülən cinayətləri nəzərdə tutur. Əslində dinin mahiyyətində deyil, dini münasibətlərin tənzimlənməsində problem var. Bu problemi yaradan səbəblər müxtəlifdir. Mənəvi aşılanmadan tutmuş sosial çatışmazlığa qədər səbəblər sadalamaq olar.

 -         Din adı ilə məşhurlaşan İŞİD kimi terrorçu birləşmə insanları nə ilə cəlb edir?

 -         İŞİD birmənalı olaraq təhlükə mənbəyidir. Bura qoşulan şəxslərin əksəriyyəti sanki əvvəlcədən ölümə razılaşır. Hesab edirəm ki, pərdəarxası məqamlar daha maraqlıdır. Ölkəmizdən də kifayət qədər vətəndaşımız bu birliyə qoşulub. Kimlərin qoşulduğunu araşdıranda görürük ki, maddi vəziyyəti çox aşağı olan, sosial problemlərlə yaşayan şəxslər çarəsiz qalıb qoşulular. Azərbaycan hökuməti dövlətin vətəndaşına sahib çıxmasına ciddi əngəllər yaradıb. İnsanlar çox aşağı səviyyədə yaşayır. Elə ailələr var ki, gündəlik təlabatını ödəmək iqtidarında deyil. Vətəndaşların belə çətin duruma düşmələri İŞİD kimi qruplaşmalara meylləri artırır. Hökumət ancaq bir neçə məmurun rifahını düşünür. İnsanlar kütləvi şəkildə kasıblıq və məhrumiyyətlər içində yaşayır. Ailəsini dolandırmaq üçün belə qruplaşmaların toruna düşür və sonradan qayıda bilmirlər. Nəticədə minlərlə ailələr bədbəxt həyat tərzi keçirir, həyatları təhlükə ilə üz-üzə qalır. Bir nümunə deyim – tanıdığım çox kasıb bir ailə az müddətdə çox varlandı. Bir neçə dükan, bahalı maşınlar və dəbdəbəli evə sahib oldu. Məlum oldu ki, dini əqidələrini dəyişiblər. Sonar İŞİD-in xətti ilə Suriyaya gedib orda döyüşdülər və ailənin bir neçə üzvü öldü. Maddi vəziyyətin çətinliyinə qatlaşmayan ailələr İŞİD-in qurbanına çevrilir. Təbii ki, ailələin bu duruma düşməsində bir başa məsuliyyət hökumətin boynuna düşür. İşsiz qalan ailə başçısı nə etməldiir?

 -         Sosial problemlər insanları dinə meylləndirir?

 -         İnsanı yaşadan içindəki ümiddir. Hər bir insan hansısa ümidlə yaşayır. Bu ümidi isə mənəvi fəzada axtarır. İnsanın həyatında məhrumiyyətlər artdıqca dini meyl çoxalır. O zaman tanımadığı şəxsin boş vədəsinə də inanır. Başqa çıxış yolu tapmayanda məcbur olur ki, verilən vədləri həqiqət kimi qəbul eləsin. Nəticə isə göz qabağındadır. Hamımızın bildiyi kimi insanlar “dini təmayüllü” birliklərə qoşulur.  

 -         Belə hallar hansı təhlükələri vəd edir?

 -         Artıq haqqında danışdığımız hadisələr ölkəmiz üçün ciddi təhlükə mənbəyidir. Ölkəmizdən İŞİD və bu kimi qruplara qoşulanlar iki halla üzləşə bilər. Ya öləcəklər ya da sağ qalıb haçansa ölkəyə qayıdacaqlar. Öləcəklərsə, onlarla bəlkə yüzlərlə ailə başsız qalacaq. Sağ qalıb ölkəyə qayıdacaqlarsa, potensial cinayətkar olacaqlar və savaşın, qəddarlığın içində formalaşan şəxsin necə cinayətkar olacağı hamıya bəllidir.

 -         Bu təhlükənin qarşısını necə ala bilərik?

 -         Ox yaydan çıxırsa, ona nəzarət etmək mümkünsüz olur. Tuşlanan tərəfə getməlidir. Biz təhlükəni yaradan səbəbləri aradan qaldırmalıyıq. Dövlət vətəndaşına sahib çıxmalıdır. Problemi yaradan səbəblər aradan qaldırılmayana qədər təhlükənin qarşısına ala bilmərik. Biz ölkəmiz və dövlətimiz üçün təhlükə istəmiriksə, iş yerləri açılmalıdır, vətəndaş-dövlət münasibətləri bərpa olunmalıdır, hakimiyyət bütün sahələrdə islahatlar aparmalı və demokratik seçki mühiti formalaşmalıdır. Əks halda vəziyyət daha da pisləşəcək. 

Xeber.İnfo 

Mövlud Abdulov

Çərşənbə axşamı, 29 Mart 2016 11:03

Arif Quliyevin ölüm xəbəri yayıldı

Yazan

Azərbaycanın tanınmış gülüş ustası, xalq artisti Arif Quliyevin vəfat etməsi barədə xəbər yayılıb. Bu barədə məlumat “Facebook” sosial şəbəkəsində paylaşılıb.

İddiaya görə, aktyor dünən axşam satlarında dünyasını dəyişib.
Arif Quıliyev “Qafqazinfo”ya açıqlamasında xəbəri təkzib edib: “Səhhətimdə bir az problem var, indi həkimə gedəcəyəm. Hər şey yaxşıdır”.

Qusar rayonu Quxuroba kənd sakinləri susuzluqdan şikayət edirlər. Bu barədə bir qrup Quxuroba sakini Xeber.İnfo-a məktub ünvanlayıb.

Xeber.İnfo həmin məktubu təqdim edir:

“Hörmətli redaksiya, pay torpaqlarımızı suvarmaq bizim üçün müşkül işə çevrilib. Əsas çətinlik kanalın 5-10 metrliyində qoyulmuş  şuluzla bağlıdır. Avtomobil yolunun üst tərəfindəki sahələri suvarmaq üçün həmin şuluzu bağlamaq lazımdır. Şuluz bağlananda isə bizim sahələrə gələn suyun qarşısı kəsilir. Bu çətinliyi aradan qaldırmağın yeganə yolu avtomobil yolunun üst tərəfindəki sahələr üçün əsas kanaldan əlavə çıxış açmaq və həmin şuluzu ləgv etməkdir.

Başqa problem isə su arxlarının vaxtında təmizlənməməsidir. Bizə bir qayda olaraq müqavilələr vermir və su pulunu da vaxtında köçürmürlər ki, kifayət qədər su vurulsun. Aidiyyatı şəxslər isə deyirlər ki, sizin limitiniz yoxdur, ona görə su buraxmırıq.  Su pulu adətən mövsüm qurtarandan sonar - oktyabr, noyabr aylarında yığılır.

Biz çarəsizlikdən torpaqlarımızı gecələr suvarmalı oluruq. Ancaq təəssüf ki, gecələr də su tez-tez kəsilir. Su üstündə çox vaxt insanlar arasında yersiz mübahisələr baş verir. Uzun illər davam eləyən bu çətin vəziyyət nə zamana qədər davam edəcək? Çarəsiz duruma düşmüşük. Problem həll olunmasa, yeganə yolumuz avtomobil yolunu bağlamaqdır. Bununla da rayon rəhbərliyinin diqqətini çəkmiş olarıq”.

Xeber.İnfo məktubla bağlı aidiyyatı qurumlarla əlaqə saxlamağa cəhd etsə də, bayram günlərinə təsadüf etdiyi üçün əlaqə mümkün olmadı.

Xeber.İnfo

Mövlud Abdulov 

Binəqədi rayonunda salınan “Azadlıq” parkı acınacaqlı durumdadır. Burada yaşayanların ən çox dincəldiyi park baxımsızlıqdan bərbad vəziyyətə düşüb

 

 
Pakın döşəməsi dağılıb, ağaclar isə məhv edilir. Ətrafda aparılan onlarla tikili parkı tanınmaz hala salıb. “Azadlıq” metrostansiyası parkın içindən keçdiyindən buradan keçənlər əlindəki əşyalar parka atır.
 
 “Azadlıq” parkı Binəqədi Rayon İcra Hakimiyyətinin yaxınlığında yerləşsə də, bu biabırçı vəziyyəti görməzdən gəlirlər. Yol kənarlarında “Təmiz Binəqədi” sözləri yazılsa da, mənzərə yuxarıda təsvir etdiyimiz kimidir.  biabırçı lakin görünür icra nümayəndələri bu şüarı layiqincə yerinə yetirə bilmirlər.
 
 
“Azadlıq” parkından Binəqədi Rayon İcra Hakimiyyətinə 1-2 dəqiqəlik yoldur. Kənardan icra hakimiyyətinin “Ağ Evi” xatırladan dəbdəbəli binası görünür. Geniş həyət, yaşıllıqlar içərisində ucalan bina...
 
Binanın həyətində 2-3 bağban işləyir. Xaricdən xüsusi gətirilmiş ağaclar yetişdirilir. İcra başçısı binanın həyətini qiymətli bitki hesab edilən Yaponiyanın “Zelkova Serrata”sı ilə bəzəyib.  Bir sözlə, cənnət-məkan... İcra nümayəndələri səliqəli və “Təmiz Binəqədi”ni, sən demə, öz idarələrinin həyətində yaradıblar. Həyətin dörd yanına da “təmizliyə riayət edin” sözləri yazılıb.
 
Ərazidə olduğumuz zaman diqqətimizi çəkən maraqlı bir məqam da oldu. İndiyədək dövlət qurumlarının qarşısında xüsusi “moyka” və ya kafeyə rast gəlməsək də, bu halı yalnız Binəqədi Rayon İcra Hakimiyyətinin həyətində gördük. Dəbdəbəli və bahalı mərmər daşlardan  tikilmiş “moyka” yalnız icra başçısının avtomobilini yumaq üçün tikilib. Belə ki, icra başçısı Xaləddin İsgəndərov icra hakimiyyətinin binasının qarşısında şəxsi avtomobillərinin yuyulması üçün “moyka” açıb. Fürsətdən istifadə edib, avtomobil yuyan sürücü ilə də həmsöhbət olduq. Bildirdi ki, bura yalnız icra başçısı Xaləddin İsgəndərova məxsusdur. Burada ancaq  icra başçısının avtomobili yuyulur.
 
Dövlət idarəsinin qarşısında şəxsi məqsədlər üçün hər hansı bir obyekt tikməyin qadağan  olduğunu yəqin ki, Xaləddin İsgəndərov da bilir.(musavat.com)
Çərşənbə axşamı, 29 Mart 2016 10:28

58 yaşlı kişi özünü körpüdən atdı - TOVUZDA

Yazan

Tovuzda intihar hadisəsi baş verib. 

Rayon Prokurorluğundan  verilən məlumata görə, hadisə rayonun Qəribli kəndində qeydə alınıb. Kənd sakini, 1958-ci il təvəllüdlü Hilal Bağırov özünü kənd ərazisindəki körpüdən ataraq öldürüb. Onun özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil.
Faktla bağlı Tovuz Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir. (apa)

"Ölkədə müstəqil məhkəmə sistemi yoxdur, hüquq-mühafizə orqanları hakimiyyətin “şilləvuranı” rolunda qalmaqda davam edir"

Azadlıqda ilk müsahibəsini Azadlıq Radiosuna verən İntiqam Əliyev deyib:

- İkili hisslər keçirirəm. Bir tərəfdən, desəm ki sevinmirəm, yalan olar. Sevinirəm. Çünki ilin-günün bu vaxtında istirahət eləmək yaxşı deyildi.

Çöldə dostlarımız vacib işlər görürdülər.

Bunu onlara qarşı ədalətsizlik sayırdım. Amma indi mən də yükün bir hissəsini öz üzərimə götürərəm.

Amma digər tərəfdən, məyusam, çünki çoxlu sayda dostlar həbsdədir. Səmimi deyirəm, onların azadlığa çıxmasını öz azadlığımdan çox istəyirdim. Məmnuniyyətlə yerimi onlara verərdim.

Həbsdən çıxan İntiqam Əliyev AzadlıqRadiosuna müsahibə verir
Bundan başqa, düşünürəm ki, bizim həbsdən çıxmağımız işin bir hissəsidir. Elə bir cəmiyyət qurmalıyıq ki, o cəmiyyətdə insanların öz baxışlarına görə həbsxanaya düşməsi, ümumiyyətlə, mümkünsüz olsun.
Fürsətdən istifadə edib, hər kəsə təşəkkürümü bildirirəm – vətəndaş cəmiyyətinə, siyasi partiyalara, jurnalistlərə, adi insanlara. Həbsdə bu dəstəyin əhəmiyyəti çox böyükdür. Həbsdə olan dostlarıma təşəkkürlərimi çatdırıram. Onlar mənim gözümdə qəhrəmandılar. Onlar öz həbslərilə mübarizəni davam etdirirlər. Onlar öz həbslərilə azadlıq, demokratiya uğrunda hərəkatın sönməsinə imkan vermirlər. Hesab edirəm ki, həbsimiz mübarizəmizin davamı idi və həbsdə qalan dostlarımız da bu mənada, mübarizəni davam etdirirlər. Onlara dəstək olmağı, eyni zamanda, onların yolunu davam etdirməyi özümə borc bilirəm.

İntiqam Əliyev: Yükün bir hissəsini öz çiyinlərimə götürəcəm

İntiqam Əliyevin saxlandığı həbsxananın qarşısı

  • - Bir il səkkiz ayda dəyişən nə oldu?
  • - Təcrid olunsam da, əslində, proseslərin içində idim. Çalışırdım ki, ölkədə nə baş verdiyindən xəbərdar olum. Vətəndaş cəmiyyətinə çox ciddi basqılar oldu. İlk baxışdan belə təsəvvür yarana bilər ki, bu basqılar nəticəsində ölkədə demokratiyanın şansları çox azalıb. Amma o basqılara, repressiyalara baxmayaraq, proses dayanmırdı, gedirdi. Biz o prosesi hiss edirdik. Bu da Azərbaycan cəmiyyətinin böyük potensialından xəbər verir. Hansısa başqa xalq bu qədər basqılara, repressiyalara məruz qalsaydı, bilmirəm, yenə indiki qədər iddialı olardımı, bu prosesləri davam etdirməyə gücü çatardımı?! Bu baxımdan, hesab edirəm ki, məyus olmağa ciddi əsaslarımız yoxdur. Əgər ölkədə bir nəfər də olsa, demokrat varsa, deməli, ö ölkədə demokratiya şansı var. Bizim ölkədə onların sayı həddindən artıq çoxdur. Partiyaları da, qəzetləri də bağlaya bilərlər, vəkilləri də tuta bilərlər, amma bu ölkədə insanların azadlıq istəyi o qədər güclüdür ki, o istək uğrunda mübarizə aparan insanların qarşısını ala bilməzlər. İşıqlı gələcək qarşıdadır. Azadlıq uğrunda hərəkat nəticəsini verəcək, buna şübhəm yoxdur. Ümidlər qalır və yeni bir güclə prosesə qatılmaq fikrindəyəm. Necə ki azadlığa çıxmış dostlarım bu prosesi davam etdirirlər.
  • - Özünüzün də dediyiniz kimi, həbsiniz sizin üçün gözlənilən idi, bəs azadlığa buraxılmağınız necə?
  • - Düzü, azadlığa çıxmaq barədə düşünmürdüm, çünki özümü 7 il yarıma kökləmişdim. Fikirləşirdim ki, nə qədər lazımdır, o qədər yata bilərəm. Öz azadlığımdan daha çox dostlarımın azadlığı barədə fikirləşirdim. Çünki insan orada təkcə özünü yox, həm də dostlarını düşünür.
  • Bundan başqa, həbsxanada çoxlu sayda günahsız insanlar var. Həbsxanada həm də o insanların faciəsilə yaşayırsan və bu çox ağır bir şeydir. Düşünürəm ki, təkcə həbsdəki əqidə yoldaşlarımız yox, həm də günahsız həbsdə olan sıravi insanların da azadlığı uğrunda səylərimizi davam etdirməliyik.
  • Ölkədə müstəqil məhkəmə sistemi yoxdur, hüquq-mühafizə orqanları hakimiyyətin “şilləvuranı” rolunda qalmaqda davam edir. Qanunlar işləmir. Bu ölkədə siyasi həbslərin özü alver vasitəsinə çevrilib. Ölkədə azad media, azadlıqlar, demokratiya, müstəqil vəkillik olmadıqca, siyasi məhbus problemi də aktuallığını qoruyub saxlayacaq. Ona görə də siyasi məhbus problemini doğuran səbəblərin aradan qalxması uğrunda səylərimizi davam etdirəcəyik.

- İntiqam Əliyevi niyə həbs eləmişdilər və niyə buraxdılar?

- Azərbaycanda azadlıqlar uğrunda çalışan hər bir insan potensial qurbandır, hər an tutula bilər. Təəssüf ki, bu ölkədə azadlıq istəmək, azadlıqlar uğrunda çalışmaq, insanları maarifləndirmək, insan haqlarını müdafiə eləmək, korrupsiyaya, məmur özbaşınalığına etiraz etmək kimi əməllər cinayət sayılır. Bu işlərlə məşğul olan istənilən adamı tuta bilərlər bu ölkədə. Uzun illərdir bu “cinayətləri” törədən bir adam kimi mən də həbs olunacağımı gözləyirdim və buna hazır idim.

Məni niyə buraxdılar? Əslində, bilirəm niyə buraxıblar. Bötüvlükdə vətəndaş cəmiyyətinin, medianın, adi insanların, vəkillərimin, beynəlxalq təşkilatların, dünyada demokratiya uğrunda mübarizə aparan hərəkatın səyləri nəticəsində bizi buraxdılar.

- Səhhətiniz necədir?

- Səhhətim həmişə yaxşı olub (gülür). İndi də yaxşıyam. Çalışırdım ki, güclü olum. Bu anlamda, problem yoxdur.

- Bundan sonra vəkillik fəaliyyətinizi də davam etdirəcəksinizmi?

 

- Daha böyük güclə, daha böyük enerji ilə bu işi davam etdirmək fikrindəyəm. Başqa cür davranmağa, başqa cür yaşamağa haqqımız yoxdur. Bizim həyatımız təkcə bizim yox, yüzminlərin həyatıdır. Övladlarımızın ədalətli cəmiyyətdə yaşaması üçün məsuliyyət atalar kimi bizim üzərimizə düşür.

Sabirabad rayon icra başçısının müavini Həsən Həsənovun siqaret qaçaqmalçılığı ilə məşğul olduğu iddia olunur. 
 Bu barədə məlumat azerinews.org-a Sairabad RİH-dəki mənbəmizdən daxil olub. 
 İddiaya görə rayonda rüşvət və özbaşınalığın toxumun əkən H.Həsənov, bu azmış kimi İran İslam Respublikasından, ölkəmizə müəyyən yollarla keçirdiyi siqaret monopoliyasının başında duranlardandı. Belə ki, məlumatlı mənbənin dediyinə əsasən, icra başçısının müvini Sabirabad və digər rayonlarda "Amore", D&J, X3 və.s. siqaretlərin satışının təşkil etdirir. 
 İran İslam Respublikasının, aksiz markası ilə satılan siqaretlər Sabirabad rayonunda eləcədə kənd və qəsəbələrinin istənilən dükan - marketlərdə, satışını təşkil edilib. 
 Bundan başqa öz biznesini genişləndiməklə məşğul olan, Rusiya və Ukrayna aksiz markası ilə spirtli içkilərin topdansatışını Sabirabad rayonunda təşkil edən icra başçısının müavini Həsən Həsənov yerli əhalini incitməklə də məhşurdur.
 Azerinews.org-a daxil olan malumatlarda oda bildirilir ki, dərdlərini və problemlərini icra başçısına bildirmək istəyən yerli sakinlər cənab Həsənov tərəfindən əngəllənir. Bu da yerli əhali ilə icra başçısı arasında haqlı narazılıqlara səbəb olur. 
 Məlumat üçün bildirək ki, redaksiyaya yazılı şəkildə şikayət edən bir qrup Sabirabad rayon sakini Həsən Həsənovun özbaşınalıqlarından cana yığıldıqlarını deyirlər. Onlar rayonda getdikcə kök atan məmur özbaşınalığının qarşısının alınması üçün prezidentə müraciət etmək istədiklərini də bildiriblər.
 Qarşı tərəfidə dinləməyə hazırıq.
"Son iki ilini həbsxanada keçirən insan haqları üzrə vəkil İntiqam Əliyevin azadlığa buraxılması qərarı bu ayın əvvəlində siyasi partiya üzvləri, QHT nümayəndələri və jurnalistlərin azadlığa buraxılması ilə bağlı əfv sərəncamından sonra Azərbaycanda daha bir müsbət irəliləyişdir.
 Bu barədə Avropa İttifaqı xarici siyasət idarəsinin bəyanatında deyilir.
 Sənəddə qeyd olunur ki, bu addımlar uzun müddətdir gözlənilirdi: "Bunu BMT-nin, ATƏT-in üzvü olan Azərbaycanın götürdüyü öhdəliklər tələb edir.  Azad vətəndaş cəmiyyəti ölkənin rifahı və sabitliyi üçün vacib töhfə yaradır". 
Müdafiə Nazirliyi rəsmisi məsələyə aydınlıq gətirdi.
 Təhsil Nazirliyində 12 illik ümumi təhsilə keçidlə bağlı müzakirələr davam etdirildiyindən və bu sahədə gələcəkdə qanunvericilikdə dəyişikliklərin olduğu halda, hərbi xidmətə çağırışla əlaqədar "Hərbi xidmət haqqında” əsasnaməyə yenidən baxıla bilər.
 Bunu Müdafiə Nazirliyinin Döyüş Hazırlığı və Hərbi Təhsil Baş İdarəsinin rəisi, polkovnik Murad Həmidov APA-nın "12 illik ümumi təhsilə keçidlə bağlı hərbi xidmətə çağırış yaşı dəyişdirilə bilərmi” sorğusuna cavab olaraq bildirib.
 Qeyd edək ki, Təhsil Nazirliyində 12 illik ümumi təhsilə keçidin strukturu, məzmunu və bu məsələnin cəmiyyətə çatdırılması yolları barədə müzakirələr aparılır. Eyni zamanda, Təhsil Problemləri İnstitutunun direktoru Qulu Novruzov bildirib ki, Azərbaycanda 12 illik təhsilə keçidlə bağlı qanunvericilikdə dəyişiklik ediləcək.

 

 

Çərşənbə axşamı, 29 Mart 2016 00:13

Prezident rektoru vəzifədən çıxardı

Yazan

Prezident İlham Əliyev Lənkəran Dövlət Universitetinin rektorunu vəzifədən azad edib.
Prezident bununla bağlı sərəncam verib. Sərəncamda deyilir:
"Asəf Daşdəmir oğlu İsgəndərov Lənkəran Dövlət Universitetinin rektoru vəzifəsindən azad edilsin".
***
Prezidentin digər sərəncamı ilə Asəf Daşdəmir oğlu İsgəndərov “Şöhrət” ordeni ilə təltif edilib. 

161 -dən səhifə 164

Günün videosu