Sunday, April 22, 2018

Çərşənbə axşamı, 13 Mart 2018 00:00

Britaniya Moskvanı ittiham edir

Yazan

Britaniyanın baş naziri Theresa May parlamentdəki çıxışında deyib ki, keçmiş Rusiya casusu Sergey Skripalın martın 4-də zəhərlənməsinin iki mümkün səbəbi var.Onun sözlərinə görə bu ya Rusiya dövlətinin birbaşa göstərişi ilə baş verib, ya da Moskva sözü gedən zəhərli maddə üzərində nəzarətə malik deyil.

Beləliklə London Skripala qəsd edilməsində birmənalı şəkildə Moskvanı ittiham edib.

Bundan əvvəl verilən xəbərlərdə deyilirdi ki, Britaniyanın baş naziri Theresa May Rusiyanı keçmiş kəşfiyyat casusu Sergey Skripalın qətlinə cəhddə ittiham edə bilər. Theresa May parlamentdə aparılan müzakirədə deyib ki, Skripalın zəhərlənməsi böyük bir ehtimalla Moskvanın əməlidir.

Bu barədə məlumatı Britaniya parlamenti xarici işlər komitəsininin rəhbəri Tom Tugenhat verib.

Onun sözlərinə görə bu barədə bəyanat artıq hazırlanmaqdadır. Bu məsələ hazırda ölkənin milli təhlükəsizlik şurasında müzakirə olunur. Millət vəkili izah edib ki, Skripalın həyatına qəsdə Rusiya hakimiyyət orqanlarının xeyir-dua verdiyi hiss olunur.

The Times qəzetinin verdiyi məlumata görə Britaniyanın xüsusi xidmətləri Moskvanın Skripalın zəhərlənməsində istifadə olunmuş kimyəvi maddə ilə əlaqəsini isbat etməuyə hazırdır. Qəzet bunu da yazır ki, nazirlər Moskvaya sərt reaksiya verilməsini tələb edilər. Bu mənada xüsusi addım kimi Rusiya diplomatlarının ölkədən qovulması, habelə Britaniyada daimi yaşayan rusiyalıların vizalaarının ləğv edilməsi təklif olunur.

Financial Times qəzeti də Britaniya hökumətinin bu hadisəyə mümkün reaksiyalarından yazıb. Rusiyaya qarşı ən sərt maliyyə və digər tədbirlərin görülməsini Britaniyanın xarici işlər naziri Boris Johnson istəyir.

Bundan əvvəl Britaniya mətbuatı yazırdı ki, London Skriplaın zəhərlənməsində Moskvanın rolu isbat edilərlərsə, Rusiyaya qarşı Avropa ilə əlaqləndirilmiş tədbielərin görülməsi məsələsini müzakirə edir.

Sergey Skripal keşmiş hərbi kəşfiyyat casusudur. O öz vətəni Rusiyada Britaniyanın xeyrinə casusluqda ittiham edilib. Onu 2010-u ildə ABŞ-da ifşa olunmuş agentlərlə dəyişdiriblər.

Martın 4-də Skripal və onun qızı Yuliya əsəb-sinir sisteminə təsir edən kimyəvi maddə ilə zəhərləniblər.

Onlara ilk yardım göstərməyə çalışan polis nəfəri də zəhərlənib və hazırda xətəxanadadır.

Deyilənlərə görə keçmiş Ruisya casusu həyatına qəsd ediləcəyinə dair narahatlıqlarını Brirtianiya kəşfiyyatına bildiribmiş.

Çərşənbə axşamı, 13 Mart 2018 00:00

Şirvanda mikroavtobus qəzası – 15 yaralı var

Yazan

Bu gün səhər saatlarında Şirvan şəhərində yol-nəqliyyat hadisəsi baş verib.

Şirvan-Salyan marşrutu üzrə hərəkət edən mikroavtobusla “Şirvan oil”ə məxsus xüsusi qurğulu “KamAZ” markalı yük maşını toqquşub.

Nəticədə mikroavtobusda olan 15 sərnişin müxtəlif bədən xəsarətləri alıb. Onlar xəstəxanaya çatdırılıblar.

Çərşənbə axşamı, 13 Mart 2018 00:00

Türkiyədən Almaniyaya ETİRAZ NOTASI

Yazan

Türkiyə hökuməti Berlində məscid və Türk mədəniyyət mərkəzinin yandırılması ilə əlaqədar Almaniyaya etiraz notası göndərib.

Bu barədə Türkiyə hökumətinin sözçüsü Bəkir Bozdağ məlumat verib.

"Almaniya hökumətini Türkiyə vətəndaşlarının təhlükəsizliyinə diqqətlə yanaşmağa çağırırıq”, - deyə B.Bozdağ qeyd edib. O həmçinin cinayətkarları məsuliyyətə cəlb etməyə çağırıb. 

Hadisə ilə əlaqədar Almaniyanın Ankaradakı səfiri Martin Erdmann bu gün Türkiyə XİN-ə çağırılıb.

Qeyd edək ki, insident martın 11-də Berlinin Raynikkendorf rayonunda qeydə alınıb.

General Novruzəli Orucovun oğlu, xuliqanlıqda təqsirləndirilən Rüstəm Orucov və onun dostları Kənan Vəliyevlə Pərviz Abbasov barələrindəki hökmdən apellyasiya şikayəti veriblər.

 

Xeber.info “qafqazinfo”ya istinadən xəbər verir ki, bu il iyulun 3-də Bakı şəhər sakini R.Orucov sürücülük hüququndan məhrum olunmasına baxmayaraq, idarə etdiyi “BMW” markalı 10-OG-300 dövlət nömrə nişanlı avtomobillə yol hərəkəti qaydalarını pozduğuna görə, ona əsaslı irad bildirmiş sürücü Sənan Səmədovun idarə etdiyi marşrut avtobusunu təqib edərək sürücünü döyüb.

Binəqədi rayon məhkəməsinin hökmü ilə R.Orucov 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Digər təqsirləndirilənlər – K.Vəliyev və P.Abbasov 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Onlar məhkəmə zalında həbs edilib.

Hər üç şəxs apellyasiya şikayətində barələrində bəraət hökmü çıxarılmasını istəyiblər. Onların işinə bu gün Bakı Apellyasiya Məhkəməsinin hakimi Sahibxan Mirzəyevin sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, R.Orucovun atası  general-mayor Novruzəli Orucov Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin həqiqi hərbi xidmətə çağırış üzrə müavini olub, bu hadisədən sonra prezident İlham Əliyevin sərəncamı ilə vəzifədən azad edilib.

 

Xeber.info

 

Bazar ertəsi, 12 Mart 2018 00:00

Mirşahindən sərt reaksiya

Yazan
Bu gün peyk yayımına başlayacaq “Real” TV-nin baş direktoru Mirşahin Ağayev ilk dəfə telekanalla bağlı müzakirələrə cavab verib.
 
Xeber.info xəbər verir ki, o bildirib ki, efirdə olmadığı müddətdə ünvanına fikir səsləndirənlər tez bir zamanda cavabını alacaq:
 
“Bəli, Mirşahin qayıdır, hazırlaşın. Narahat olmayın, təhqir edilməyəcəksiz. Ona görə ki, bu, mənim xarakterimcə deyil. Amma layiq olduğunuz cavabı mütləq alacaqsınız. Sosial şəbəkələrdə paylaşımlara şərh, daha doğrusu, şər yazanlar, nə xoşunuza gəlmir? Mənim düşərgəmi tanımırdınız ki? Əlbəttə, mən dövlətin yanındayam və sizinlə savaşanların önündə olacağam. Başqa cür olsaydı, təəccüblü olardı. Siz məni kiminsə söyüş dolu çıxışına istinadla təhqir edirsiniz. Amma sizi açıb ortaya qoyacam ki, xalq əsl içinizi görsün. Tezliklə sırada olacam və 1 il 8 ay ərzində ünvanıma ulaşılanların əvəzi çıxılacaq! Mən sizin ana və bacınızı söyməyəcəm, sadəcə…sevəcəm!”
 
Xeber.info

“Son iki il hakimiyyəti Paşayev - Əliyev ailələri şərik idarə edirlər. Mehriban Əliyevanın vitse-prezident postuna təyinatından sonra paşayevlərin hakimiyyətdaxili güclənməsi açıq müşahidə olunur”. Bu sözləri ictimai fəal Qaçay Piriyev deyib.

qachayimQ.Piriyev hesab edir ki, paşayevlərin ən görkəmli nümayəndəsi məhz Arif Paşayevdir: “Paşayevlər deyiləndə düşüncəmizə ilk gələn Arif Paşayev olur. O, ölkə prezidenti İlham Əliyevin həyat yoldaşı Mehriban Əliyevanın atasıdır. O, eyni zamanda Azərbaycan Aviasiya Akademiyasının rektorudur. Bu ailənin əsas nümayəndələrindən biri də prezidentin baldızı Moskva Dövlət Universitetinin Bakı filialının rektoru Nərgiz Paşayevadır. Mehriban Əliyevanın əmisi Hafiz Paşayev isə rector olmaqla yanaşı həm də Azərbaycan Xarici İşlər Nazirinin müavinidir. H.Paşayev ADA Universitetində cox ciddi nizam yaradıb. Məndə olan məlumata görə ADA-da əliyevlər sıxışdırılır. Hətta Heydər Əliyevin ailəsindən yalnız İlham Əliyev bu məkana baş çəkə bilər. Ümumiyyətlə bu məkanda keçirilən tədbirlərə də çox ciddi nəzarət edilir. Heydər Əliyevin qohumlarından yaxud ailəsindən kimsə bu məkanda verilən tədbirlərə dəvət oluna bilməz. Şayələrə görə, paşayevlər bütün işlərini burden idarə edirlər. ADA Mehriban Əliyevanı prezidentliyə aparn vasitə hesab olunur. Əliyev ailəsindən heç kimin bura buraxılmaması məhz bu amilə bağlıdır”.

Q.Piriyev hesab edir ki, Mehriban Əliyeva geriyə dönüş olmayan bir yol başlayıb: “2004-cü ildə Heydər Əliyev adına fondla ictimai fəaliyyətə başlayan Mehriban Əliyeva paşayevləri hakimiyyətin ən yüksək zirvəsinə - bir addımlığına qədər apara bilib. Xanım Əliyevanın vitse-prezident postuna yiyələnməsi prezident olmaq arzusunu xeyli reallaşdırıb. Bütün iqtisadi resursların da məhz paşayevlərin əlində cəmləşdiyi bildirilir. Hətta vergilər nazirliyinin və güc stururkturlarının Mehriban Əliyevanın kurasiyasında olduğu deyilir. Bundan başqa bank sektorunda və sığorta bazarında nəzarət tam olaraq paşayevlərin əlindədir. Mehriban Əliyevanın Avropa ilə əməkdaşlığını da nəzərə alsaq hakimiyyətin bir addımlığında olması heç kimdə şübhə yarada bilməz. Görünür, paşayevlər tələsmirlər, təbii yolla İlham Əliyevin süqutunu gözləyirlər”

Çaşır otu minbir dərdin dərmandır. Bu ot şəkərli diabeti, xərçəngi sağaldır, ürəyi möhkəmləndirir, qanı təmizləyir, cinsi gücü artırır.

Naxçıvanda və Azərbaycanın bəzi rayonlarında yaz-yay aylarında bitən bu otun aydası saymaqla bitməz.

Bu gün gənc nəsilin əksəriyyəti çaşır kimi faydalı otun şəfasından xəbərsizdir. Buna səbəb qazanc əldə etmək üçün kimyəvi peraparatların daha çox reklam edilməsidir.

Çaşır bitkisi iştahaçıcıdır və şəkər xəstələri üçün çaşır bitkisinin suyu, kökü və bitkinin gövədısi faydalıdır.

Çaşır, metobalızmanı sürətləndirir, bağırsaqları işlədir. Ən əhəmiyyətlisi də bədənin şəkər metabolizmində mühüm rol oynayır. Şəkər səviyyəsinin tarazlığını qoruyur. 
Çaşırın kökünün kimyəvi quruluşunda olan gummi-resinanın bağırsaqlardakı qurdları təmizləyir.

Bu dərman bitkisi eyni zamanda ürək əzələlərini möhkəmləndirir, qəlb ətrafındakı damarlarda daralmanın, zəifləməyin qarşısını alır.

Bitkinin daha çox təzə zoğlarını istifadə edirlər, əsasən suda pörtüb duzlanıb yeyilir. Çaşırın turşusu daha geniş yayılıb. 

Çaşır bitkisini pörtüb soğanla qovurub, üstünə yumurta vurub yeyirlər.

''Mən Almaniyada özümü heç vaxt keçmiş polis əməkdaşı kimi qələmə verməmişəm''

Almaniyanın Zelb şəhərindən ailəsi ilə birlikdə Azərbaycana deportasiya olunduğu deyilən Səid Camalov saytları məhkəməyə verəcək. 

Səid Camalov Meydan TV-yə açıqlamasında deyib ki, saytlarda onun barədə yazılan məlumatlar tamamilə yanlışdır və o, artıq həmin saytları məhkəməyə vermək üçün vəkil tutub.

Ötən həftə bir neçə sayt, azərbaycanlı polis əməkdaşının təcili olaraq Azərbaycana deportasiya olunması barədə xəbər yaymışdı.

Xəbərdə Səid Camalovun Azərbaycanda polis əməkdaşı olduğu, rəhbərliklə aralarında baş vermiş insidentdən sonra işdən uzaqlaşdırıldığı, daha sonra isə yeni işindən narazı olması səbəbindən Avropaya getdiyi bildirilir. Lakin Səid Camalov bunları təkzib edir:

"Mən Almaniyada özümü heç vaxt keçmiş polis əməkdaşı kimi qələmə verməmişəm. Hər şey səhv tərcümələrin məhsuludur. "Verkehrsorganisation” nəqliyyatın təşkili və ya tənzimlənməsi kimi tərcümə olunur. Mən Azərbaycanda "Yol hərəkətinin təhlükəsizliyi” ixtisası üzrə təhsil almışam. Lakin mən heç vaxt polis işləməmişəm, heç vaxt da keçmiş polis işçisi olduğumu dilə gətirməmişəm. Bizim Almaniyaya getmə səbəbimiz isə sağlamlıqla bağlı problemlər olub.

Bu gün mən həmin saytların yazdığı yanlış məlumatlara görə Azərbaycanda problemlərlə üzləşmişəm. Məni sərhəddə iki saat sorğu-sual etdikdən sonra, nəhayət, ölkəyə buraxdılar. Həmin günün səhəri isə iki polis əməkdaşı evimə gəlib və məni DİN-ə aparıblar. Orada mənə bildiriblər ki, mən Almaniyada özümü polis kimi qələmə verməklə, Azərbaycan polisinin adına ləkə gətirəcək bir addım atmışam. Mən bunun yalan olduğunu onlara dedim. İndi isə hamıya bir daha bəyan etmək istəyirəm ki, bu, yanlış məlumatdır və mən özümü heç vaxt polis kimi qələmə verməmişəm.

Belə saytların insanlarla ünsiyyət qurub onlardan gerçəyin necə olduğu barədə araşdırma aparmadan məlumat dərc etməsi yolverilməzdir. Çünki onların məsuliyyətsizliyi ucbatından vətəndaşlarla dövlət orqanları arasında problemlər yaşanır. Bu problemlərin məsuliyyəti birbaşa yanlış xəbər yazan saytların boynuna düşür. Mən tezliklə onları məhkəməyə verməyi düşünürəm”.

Yunanıstanla Türkiyə sərhədində iki alman jurnalist həbs edilib.

Bu barədə məlumatı “Xəbərtürk” yayıb.

Məlumata görə, Almaniyanın ARD kanalında çalışan jurnalistlər iki ölkə sərhədində yerləşən “qadağan olunmuş” əraziyə daxil olduqları üçün həbs ediliblər.

Almaniyanın “Der Şpigel” jurnalı jurnalistlərin Almaniyadan qanunsuz yolla Türkiyəyə geri dönmək istəyən türklərin Meriç çayından necə keçdiklərini görüntüləmək məqsədi ilə bölgəyə daxil olduqlarını bildirib.

Azərbaycan Mətbuat Şurasının (MŞ) VII qurultayında Şuranın sədri seçilib

“Report”un xəbərinə görə, qurultayda səsvermə ilə MŞ sədri vəzifəsinə növbəti dəfə Əflatun Amaşov seçilib.

Bundan başqa, səsvermənin nəticələrinə əsasən, aşağıdakı tərkibdə Şuranın İdarə Heyəti formalaşıb.

Jurnalistlər:

Əflatun Amaşov,

Vüqar Rəhimzadə,

Umud Rəhimoğlu,

Rəşad Məcid,

Aydın Quliyev,

Akif Aşırlı,

Rauf Arifoğlu,

Elçin Mirzəbəyli,

Aynur Camalqızı,

Bəxtiyar Sadıqov,

Bahəddin Həziyev

İctimaiyyət nümayəndələri:

Vüqar Səfərli,

Müşfiq Ələsgərli,

Aqil Abbas,

Cavanşir Feyziyev,

Hikmət Babaoğlu,

İlham İsmayılov,

Yadigar Məmmədli

İnternet informasiya resursu təmsilçisi

Vüsalə Mahirqızı,

Azər Həsrət,

Niyaz Niftiyev,

Rəhman Hacıyev,

Anar İmanov

Xatırladaq ki, qurultayda Mətbuat Şurasının Nizamnaməsinə İdarə Heyətinin tərkibinin genişləndirilməsi ilə bağlı dəyişiklik edilib. Dəyişikliklə üzvlərin sayı 17-dən 23-ə çatdırılıb.

10 -dən səhifə 177