Xırdalanda Heydər Əliyev adına parkın satıldığı iddia olunur. Bu barədə Xeber.İnfo məlumat əldə edib. Mənbənin bildirdiyinə görə, Xırdalana gedən əsas yolu bağlayıb parkdakı ağacları kəsib ordan yeni yol çəkiləcək: "Artıq Heydər Əliyev adına parkda tikinti işləri başlayıb. Parkın və yolun bir hissəsi dəmir lövhələrlə hasarlanıb. Heydər Əliyev adına park Abşeron rayon İcra Hakimiyyəti tərəfindən Səbael rayon icra hakimiyyətinin başçısı Eldar Əzizova satılıb. Parkın daha bir hissəsini Abşeron Rayon Polis İdarəsinin rəisi alıb. Heydər Əliyev adına olan parkın icra başçısı və polis rəisi tərəfindən dağıdılması Xırdalana gediş-gəlişi xeyli çətinləşdirəcək".

xirdalan2xirdalan3xirdalan4

Xeber.İNfo

Texnologiya Universitetinin Kompüter mütəxəssisi Azər Allahverdiyev unuversitetdə baş verən özbaşınalıqla bağlı ölkə başçısına müraciət edib. Xeber.İnfo həmin müraciəti təqdim edir: 

"Cənab Prezident İlham Əliyev!

Sizə müraciətim - heç bir idarəçik qabiliyyəti olmayan Azərbaycan Texnologiya Universitetinin rektoru Akif Sülemanov və oğlu Şamil Süleymanovun universitetində etdikləri özbaşnalıqlarla bağlıdır.

Sizin məmurlara etdiyiniz övlad özbaşnalığı ilə bağlı xəbərdarlıqdan rektor Akif Süleymanovun və oğlu Şamil Süleymanovun xəbərləri yoxdurmu?

Akif Süleymanov 2013-cü ildən bəri Texnologiya Universitetinin bütün maddi –texniki bazasını məhv edib, rəhbərlik etdiyi 5 il müddətində universiteti iflic vəziyyətinə salıb. Rektor Akif Süleymanovun oğlu Şamil Süleymanov Bakı Şəhərində yerləşən indiki ünvanı “BABƏK PROSPEKTİ” keçmiş ünvanı Bakı ş, Əhməd Rəcəbli 186, Black Pearl Plaza biznes mərkəzinin, 3 cü mərtəbədə yerləşən “AZİNKA” şirkətinin vasitəsi ilə Texnologiya Univedrsitetinə mühüm vəzifələrə təyin etdiyi prorektorlar Vüqar İsmayılov, Səbuhi Yusifov, şöbə müdirləri Zaur Əliyev, Piri Axundov, Sadiq Əfəndi və digərlərinin icrası ilə Texnologiya Universitetini şəxsi mülkünə çevrib. “AZİNKA” şirkətinin Tel: (+99412)5644790 Mob: (+99455) 2131409 E-mail: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

"AZINKA" şirkətinin vasitəsi ilə Texnologiya Universitetinin rektoru Akif Süleymanovun oğlu Şamil Süleymanov universitetə kadr axtarıb tapır və öz məqsədləri üçün istifadə edir. Məqsədlərinə uyğun olmayanlar isə qısa müddət ərzində müxtəlif bəhanələrlə işdən uzaqlaşdırılır. Onu da qeyd edək ki, "AZINKA" əməkdaşlarının böyük əksəriyyəti bağlanmış “Zaman” qəzetindən gələnlərdir. O qəzetin qardaş türk xalqına ağır zərbələr vurmuş “Fətulla Gülən” ilə bağlılığı hamıya məlumdur. Türk xalqına ağır zərbə vurmuş “ZAMAN” qəzetindən gəlib Texnologiya Universitetində işləyən əməkdaşların adlarını, Türkiyə qardaş dövlətində Fətulla Gülən Universitetləri ilə əlaqəsi olan, Azərbaycanda fəaliyyəti dayandırılan Qafqaz Universitetindən gələn əməkdaşların adlarını ardıcıllıqla qeyd edirəm:

1.Texnologiya Universitetinin tədris işləri üzrə prorektoru İsmayılov Vüqar Ağamusa oğlu 2009-cu ildən Qafqaz Universitetində iqtisadiyyatın idarə edilməsi fakültəsinin biznesin təşkili və idarə edilməsi kafedrasında müəssisələrin təşkili və idarə edilməsi ixtisası üzrə doktorantura təhsili almağa başlayıb. 2011/2014-cü illərdə Qafqaz universitetində magistratura və doktorantura şöbəsində müdir müavini vəzifəsində işləyib.

2. Texnologiya Universitetində elm və texnika üzrə prorektor Yusifov Səbuhi Cəbrayıl oğlu, 2004-cü ildən etibarən Qafqaz Universitetində dövlət və bələdiyyə idarəetməsi kafedrasında laborant, müəllim və baş müəllim vəzifələrində çalışıb. 2012-ci ildən etibarən Qafqaz universitetinin dövlət və bələdiyyə idarəçiliyinin tədqiqatları mərkəzində müdir vəzifəsini icra edib.

3. Tədris şöbəsinin müdiri, təlim- tərbiyə işlər üzrə prorektor vəzifəsini icra edən Axundov Piri Fərhad oğlu "AZİNKA” şirkətinin vasitəsi ilə rektor oğlu tərəfindən seçilib, göndərib.

4. İlyasov Asiman Rasim oğlu 2010/2015 – ci illərdə Qafqaz Universitetinin mühəndis iqtisadiyyatı və idarəetmə fakültəsində sənayenin təşkili və idarəolunması (ingilis dili) ixtisasının bakalavr pilləsini başa vurduqdan sonra Texnologiya Universitetində “İnsan Resurslarının Təlimi və İnkişafı” şöbəsinin müdiri vəzifəsində işləyir, magistraturada əyani təhsil alır.

5. Texnologiya Universitetinin Elm və xarici əlaqələr mərkəzinin direktoru Tacəddin Bayramov Qafqaz Universitetinin Maliyyə və Kredit ixtisası üzrə bakalavr təhsili almış, 2013-cü ildə Qafqaz Universitetində asistent müəllim olaraq işə başlamışdır, 2014-cü ildə fakultə elmi şurasının qərarı ilə tam ştatlı müəllim təyin edilmişdir.

6. Texnologiya Universitetinin Davamlı İnkişaf mərkəzinin müdiri Əfəndiyev Fədai Ehtiram oğlu 2005-ci ildə Qafqaz Universitetin Mühəndislik fakultəsinin Sənaye mühəndisliyi ixtisasının əyani şöbəsinə qəbul olub, 2010-ci ildə bu fakultəni bakalavr təhsili alıb.

7. Texnologiya Universitetinin Mətbuat xidmətinin müdiri: Əliyev Rasim Əziz oğlu, 2002-ci ilin sentyabr ayında “Zaman-Azərbaycan” qəzetində bölgə təmsilçisi vəzifəsində işə başlayıb. 2008-ci ilin dekabrınadək ölkənin Qərb (Gəncə), Şimal-Qərb (Şəki) və Şimal (Quba) bölgələrində bu qəzetin təmsilçisi vəzifəsində çalışıb.

8. Əliyev Zaur Camaləddin oğlu, "AZİNKA” şirkətinin vasitəsi ilə Texnologiya Universitetinin İnsan kapitalının idarə edilməsi mərkəzinin direktoru təyin olunub

9. “AZİNKA” şirkətinin vasitəsi ilə təyin olunan Əfəndiyev Sadiq Qəhrəman oğlu, Texnologiya Universitetinin Magistratura və doktorantura şöbəsinin müdiri vəzifəsində işləyir.

10. Hal-hazırda işdən kənarlaşdırılan Texnologiya Universitetində mühüm vəzifələrdə çalışmış İqtisadiyyat Fakültəsinin sabiq dekanı Nicat Nəsirli, İnsan Resusları şöbəsinin sabiq müdiri Nofəl Salmanov, Davamlı İnkişaf mərkəzinin sabiq müdiri Rauf Əmənov da “AZİNKA” şirkətinin vasitəsi ilə təyin olunmuşdurlar.

Fətullah Gülənə bağlı Qafqaz Universitetində və Türk liseylərində formalaşmış, “ZAMAN” qəzetində işləmiş bu “insanlar” Akif Süleymanovun oğlu Şamil Süleymanov tərəfindən “AZİNKA” şirkətinin vasitəsi ilə 5 avqust 2015 –ci ildə universitetdə mühüm vəzifələrə təyin olunublar.

Yuxarıda adları çəkilən bu şəxslərin hər biri qardaş Türk dövlətinə ağır zərbə vurmuş “Fətulla Gülən” ilə bağlılığının sübutudur. Türkiyə qardaş dövlətində FƏTO GÜLƏN tərəfdarlarını həbs edən zamanlarda Azərbaycanda “QAFQAZ UNİVERSİTETİ”, “ZAMAN” qəzeti cənab prezident İlham Əliyevin sərəncamı ilə dayandırılmışdır. Bu qədər təsadüf ola bilməz ki, Türkiyə qardaş dövlətinə ağır zərbə vurmuş və Azərbaycanda fəaliyyəti dayandırılmış FƏTO GÜLƏN ilə bağlılığı olan "QAFQAZ" Universitetinin, "ZAMAN" qəzetinin əməkdaşları bir araya gəlsinlər.

Texnologiya Universitetinin Kollektivin əsas hissəsinin əmək haqqı 120 - 250 manat olduğu halda, Rektor Akif Süleymanovun oğlu Şamil Süleymanovun “AZİNKA” şirkətinin vasitəsi ilə təyin etdiyi prorektorların, dekanların, özlərinə yaxın hesab etdikləri şöbə müdirlərinin əmək haqları 1500 (min beş yüz) – 5000 (BEŞ min) manat və daha yüksək yazılır. Ən maraqlısı odur ki, maaşdan ödənilməli olan vergilər gizlədilərək qismən ödənilir.

Texnologiya Universitetinin müəllimləri dosent Həsən Musa oğlu Musayev və dosent Məsim Kazım oğlu Abadov, universitetin müəllimləri olduğu halda, “AZİNKA” şirkətinə çağrılaraq universitetdə dekan vəzifəsinə təyin olunmuşdurlar, hal-hazırda hər iki şəxs işdən müxtəlif bəhanələrlə uzaqlaşdırılmışdır.

Azərbaycan Texnologiya Universitetində “AZİNKA” şirkətinin vasitəsi ilə təyin olunan prorektorlar, universitetin dərs keçirilən korpuslarında “Fəto Gülən” şəbəkəsini formalaşdıran, “Fəto Gülənçilərə” məxsus olan şüarı “Vaxt qılınc kimidir: biz onu kəsməsək, o bizi kəsər” sözlərini böyük tirajla mətbəədə çap etdirərək, universitetin korpuslarının girişində, dəhlizlərində, auditoriyalarında yapışdırılmışdır.

Bu şüar hansı mənbədən və maraqdan qaynaqlanır?

Qardaş Türk dövlətinə ağır zərbə vuran “Fəto Gülən” “Gülənçilər” qarşısında irəli sürdüyü bu çağırışı, rəhbər ideyanı və ya tələbi qısa və aydın şəkildə ifadə edən bu müraciəti, çağırışı, rektor Akif Süleymanov, oğlu Şamil Süleymanov və “AZİNKA” şirkətinin vasitəsi ilə təyin etdiyi prorektorlar, bu lövhəyə nə don geyindirə bilər, nə çür açıqlama verə bilər?

Universitetin tədris işləri üzrə prorektoru Vüqar İsmayılov (ixtisası sosioloq), elmi işlər üzrə prorektoru Səbuhi Yusofov (ixtisası bələdiyyəçi), tədris şöbəsinin müdiri Piri Axundov (ixtisası tarixçi) təcrübəsiz və universitetin profilinə uyğun gəlməyən sahələr üzrə təhsil aldıqlarından tədris və elmi bərbad vəziyyətə salmışlar. Dərs yüklərini əsasən qeyri mütəxəssislərə, istədikləri şəxslərə paylatdıqlarından universitetdə tədrisin səviyyəsi ölkədə ən aşağı həddədir. Bir çox dərslər deyilmədən, formal olaraq jurnallara qeydiyyatı aparılır. Piri Axundov rus dilində tədris apara bilmədiyi halda, rus dilli qruplara rus dilində “ dərs keçir”. Tələbələrə qiymət yazdıracağına söz verərək, öz əvəzinə dərsə həyat yoldaşı Vüsalə Axundovanı göndərir ki, o, da Azərbaycan dilində rus dilində təhsil alan tələbələrin başını qatır. Universitetdə semestr imtahanlarını 20-30% bakalavr və magistr özü verdiyi halda, qalanları saxtakarlıq və təkrar imtahanlara salınmaqla qiymətləri yazılır.

Tədrisin aşağı səviyyədə olduğunu və rüşvətxorluğun baş alıb getdiyini bilən valideyinlər övladlarının bu universitetdə təhsil almasını arzu etmədikləri üçün, son iki ildə qəbul ən aşağı 420 və 450 nəfər səviyyəsinə düşmüşdür. Universitetdə elmi işlər formal xarakter daşıyır. Doktoranturaya qəbul prorektor Vüqarİsmayılovun istəyinə uyğun qaydada həyata keçirilir. Əyani doktorantlar və magistrantlar universitetdə müxtəlif vəzifələrdə işləyirlər.

“AZİNKA” şirkətində Texnologiya Universitetinin rektoru Akif Süleymanovun oğlu Şamil Süleymanov universitet üçün seçdiyi kadrlarla danışıqlar aparır, onları vəzifələrə təyin etdirir və öz məqsədləri üçün istifadə edir. Mənafelərinə uyğun olmayanlar isə qısa müddət ərzində müxtəlif bəhanələrlə işdən uzaqlaşdırılır. 2013 ildən bu günə kimi 30 nəfərə yaxın professor, dosent, müəllim, 100 dən çox texniki işci işdən azad olunub, bunlardan bir neçəsi rektor Akif Süleymanov səyi ilə işdən uzaqlaşdırsada, digərlərini müxtəlif təzyiq vasitələrindən istifadə edərək və yaxud şər-böhtan atdıraraq universitetdən kənarlaşdırıb. Mən Azər Allahverdiyevə 30 oktyabr 2017 ci il tarixdə rektor Akif Süleymanovun 264 saylı əmri ilə Universitetdəki əmək fəaliyyətimə xitam verilib. Qeyd edim ki, rektor barəmdə 24 oktyabr 2017-ci ildə 253 saylı, 25 oktyabr 2017-ci ildə təkrarən 254 saylı əmrlə “töhmətlər” verib. Qərəzli töhmətlərdə isə saxtalaşdırdığı 18 oktyabr 2017 ci il tarixli protokolu əsas götürüb. Təsəvvür edin ki, rektor məni işimdən etmək üçün üzümə iki qız qoyub. Onları da buna sövq edib. Bunlardan biri “Qiyabi və Distant təhsil mərkəzinin” mütəxəssisi Zamiqə Yuris qızı Xəlilova, digəri isə Universitetin tanımadığım II kurs tələbəsi Cəmilə Əsgərzadədir. Təəssüf ki, şərlənən təkcə mən olmamışam. Rektor belə bir təcrübəsini professorların, müəllimlərin üzərində məndən əvvəl də sınaqdan keçirib. Akif Süleymanov Universitetin istənilən əməkdaşını hansı yolla olur olsun işdən kənarlaşdırmaq fikirinə düşübsə, insanlığa, rektorluğa yaraşmayan belə üsullara əl atıb. Araşdırılsa, oxşar, şərləmə ilə yadda qalan əmrləri üzə çıxar. Bu dəhşətdir ki, şərləmə kampaniyasında Universitetin tələbə qızlarından və xanım əməkdaşlardan mütamadi istifadə olunub. Bir anlıq düşünək ki, əgər Akif Süleymanovun doğma qızını işlədiyi “Konservatoriyada” kiminsə üzünə durmağa, hansısa gənc oğlana şər atmağa sövq etsələr buna münasibəti bir “ATA” kimi necə olar? Vicdanlı bir ata özünə rəva bilmədiyi belə hərəkəti başqasına qarşı necə asanlıqla edə bilib? Axı mənim üzümə qoyulan qız da müəllim qızıdır. Atası Gəncədə 34 saylı orta məktəbin direktoru Yuris Xəlilovdur. Doğrusu, bir məktəb direktorunun asanlıqla baş verənləri həzm etməsini, qızının Akif Süleymanovun alətinə çevrilməsini mən anlaya bilmirəm.

Universitetdə korrupsiya ən son həddə çatıbdır, 9 sentyabr 2016-cı il tarixində 185 saylı əmrlə “Qurban bayramı” ilə əlaqədar olaraq özlərinə yaxın 30 nəfər əməkdaşın hər birinə 550 manat mükafat yazılaraq, sonradan həmən vəsait prorektor Vüqar İsmayılov tərəfindən toplanaraq mənimsənilib.

Texnologiya Universitetinin Həmkarlar İttifaqı Komitəsinə universitetdə heç bir konfrans olmadan, təkliflər olmadan, qanunsuz olaraq Həmkarlar İttifaqına uyğun olmayan birini sədir seçiblər.

Rektor Akif Süleymanov dosent olduğu halda 5-ildir ki, özünü universitetdə professor adlandıraraq professor maaşı alır. Dosent olmayan prorektorlar Vüqar İsmayılov, Sabuhi Yusifov da 3- ildir ki, dosent maaşı alırlar. Hətta o yerə gəlib ki, elmi dərəcəsi və elmi adı olmayan Piri Axundov təlim-tərbiyə işləri üzrə prorektor vəzifəsini icra edir, onun həyat yoldaşı, tarix müəllimi Vüsalə Axundova isə “İqtisadiyyat və İdarəetmə” fakültəsi dekanının elmi işlər üzrə müavini təyin olunub, Piri Axundovun qaynı Bahadur Məmmədəliyev universitetin baş hüquqşünasıdır. Universitetin digər vəzifəli şəxslərinin məsələn, “Davamlı İnkişaf mərkəzinin” rəhbəri Fədai Əfəndinin, dekan Azər Hüseyinin və “Distant və qiyabi təhsil mərkəzinin” müdiri Babək Mikayıl oğlu Həsənovun və başqa şəxslərin də ailə üzvləri universitetdə müəllim işləyirlər. Bu insanların hər biri rektor Akif Süleymanovun yaxın adamlarıdır. Təsəvvür edin ki, Azərbaycan Texnologiya Universitetində bir ailə klanı hökmranlıq edir.

Texnologiya Universitetində Prezident seçgiləri qabağı əməkdaşlar qərəzli olaraq kütləvi şəkildə narazı salınır və işdən uzaqlaşdırılır. Ölkə üzrə yeni iş yerlərinin yaradılması istiqamətində iş aparıldığı halda, Texnologiya Universitetində çoxsaylı insanların çıxarılması nə məqsəd daşıyır?

Dəfələrlə Akif Süleymanovun çirkin əməlləri haqqında dövlət qurumlarına rəsmi müraciətlər olunsa da, təəssüflər olsun ki, heç bir nəticə yoxdur. Müraciət olunan dövlət qurumlarında əməkdaşların şikayət ərizələrinə baxılmır. Rektor Akif Süleymanov və oğlu Şamil Süleymanov cənab Prezident sizin, məmurlara etdiyiniz övlad özbaşınalığı ilə bağlı xəbərdarlığınıza məhəl qoymur.

Cənab prezident! Azərbaycan Texnologiya Universitetinin rektoru Akif Süleymanovun və oğlu Şamil Süleymanovun “AZİNKA” şirkətinin vasitəsi ilə Universitetə təyin etdikləri vəzifəli şəxslərinin özbaşınalıqları, çirkin əməllərindən bütün dövlət qurumlarına müraciət etsəmdə, təəssüflər olsun ki, heç bir nəticə vermiyib. Rektor Akif Süleymanov dəfələrlə Universitetin əməkdaşlarına bildirib ki, məni bura prezident təyin edib, mənim şikayətimi kimə edirsiz, edin.

Azərbaycan Texnologiya Universitetinin Ulu Öndər Heydər Əliyevin birbaşa qayğısı və himayədarlığı ilə yaradılıb. Sizdən xahişim budur ki, Texnologiya Universitetinin rektoru Akif Süleymanov haqqında ciddi addım atasınız. Rektor Akif Süleymanovu işdən kənarlaşdırmağınızla birlikdə, onu Azərbaycan Qanunlarının qarşısında cavab verməyi üçün ciddi tədbir görəsiniz.

Müraciət etdi:Azərbaycan Texnologiya Universitetinin Kompüter mütəxəssisi Azər Allahverdiyev"

Qeyd: Müraciətdə adı keçənlərin mövqeyini də dərc etməyə hazırıq

Bazar ertəsi, 08 Yanvar 2018 00:00

Türkiyəyə gedən avtobusda yanğın

Yazan

Azərbaycandan Türkiyəyə gedən avtobusda yanğın baş verib

Gürcüstanın Rustavi şəhəri yaxınlığında Azərbaycandan Türkiyəyə gedən sərnişin avtobusunda yanğın baş verib.

APA-nın Gürcüstan bürosunun məlumatına əsasən, avtobusda olan 50-yə yaxın sərnişin avtobusu vaxtında tərk edə bilib. Yanğın nəticəsində xəsarət alanların olmadığı bildirilir.

Hadisə yerinə cəlb olunmuş yanğınsöndürmə briqadası yanğını söndürüb. Yanğının hansı səbəbdən baş verməsi məlum deyil.

Bazar ertəsi, 08 Yanvar 2018 00:00

“Salam” taksinin fırıldağı - ŞİKAYƏT

Yazan

Paytaxt Bakıda əvvəl fərdi taksilər xidmət göstərsələr də, son 10 ildə taksi xitmətini şirkətlər üzərinə götürüblər. Bu şirktlərin manapoliyada olduğu heç kimə sirr deyil. Lakin taksi xidmətində müəyyən rəqabətin mövcudluğunu da təkzib etmək olmaz. Bakı sakinlərinin sosial vəziyyəti elə də ürəkaçan olmadığı üçün əsas rəqabəti qiymətdə axtarırlar. Elə buna görə də *9933 nömrəli “Salam” taksi xidmətinə daha çox üstünlük verirlər. Bunu, ətrafımdakı dostların dediklərinə görə qeyd edirəm. Amma bu taksi xidmətinin də sərnişinlərə qarşı haqsız davranışı və digər xoşagəlməz hərəkətləri barədə məlumatlar tirajlanmağa başlayıb.

“Salam” taksi xidmətindən istifadə edən Maqsud Abdulov Xeber.İnfo-a şikayət məktubu göndərib. M.Abdulov şikayətin ictimailəşməsini xahiş edərək, sakinlərin aldanılmasını istəmir. Məktubu təqdim edirik:

“Dünən “Semoşka” kimi tanınan xəstəxanadan Zabrat qəsəbəsinə getməliydim. Daha çox istifadə etdiyim *9933 nömrəsinə zəng vurub taksi sifariş etdim. Telefonda mənə dedilər ki, 7 azn ödəyəcəksiz, razısızsa taksi göndərərk. Mən razılaşdım və taksi gəldi. Taksiyə minəndə qiyməti bir daha dəqiqləşdirdim, sürücü telefondakı xanımın dediyini və razılaşdığımızı təsdiqlədi. Nəhayət mənzilə çatanda sürücü əlavə 3 azn də tələb elədi. Səbəbini soruşanda, dedi ki, biz bura bu qiymətə gəlirik. Bir az mübahisə elədik, amma yanımda başqa adamlar olduğu üçün dediyi məbləği ödədim getdi”.

M.Abdulovu daha çox marahat edən həmin taksi şirkətinə zəng etməsi, şirkət tərəfindən gördüyü münasibət qəzəbləndirib: “Mən həmin nömrəyə (055 207 9933) zəng vurub şikayət etdim. Dedim ki, mənə telefonda bir qiymət deyirsiniz,sürücü də razı olduğunu bildirir, amma mənzilə çatanda başqa söz deyir. Mənə şirkətin şikayətlər şöbəsinə zəng etmək üçün nömrə verdilər və ora zəng vurdum. Özünü həmin şöbənin rəisi kimi təqdim edən şəxs dedi ki, biz heç kimin şikayətinə baxmırıq. Sürücünün hərəkətlərinə görə məsuliyyət daşımırıq. Belə hallara görə də hər hansı bir tədbir görmək fikrimiz yoxdur”.

Sərnişinə qarşı tərbiyyəsizlik edərək, əvvəlcədən razılaşdıqları məbləğdən daha çox pul tələb edən sürücü barədə kim və hansı orqan məsuliyyət daşıyır? Belə hallar nə zamana qədər davam edəcək? İnsanları bu qədər alçaltmaq və aldatmaq olmaz. Normal və halallıqla xidmət göstərmək o qədərmi çətindir? – deyir, M.Abdulov.

Xeber.İnfo  

26167568 212232449349632 6327124919179998221 n 13 yanvar 2018-ci il tarixdə Almaniyada siyasi məhbuslara azadlıq tələb olunacaq. Bu barədə mitinqin   təşkilatçısı, siyasi mühacir Saday Kərimov məlumat verib.

 S.Kərimovun dediyinə görə, mitinq tədbiri Almaniyanın Koblenz şəhərində baş tutacaq: “Salam, Avropa və   Almaniyada yaşayan həmvətənlərimiz, sizi 13 yanvar 2018-ciil tarixdə saat 11:30-da KOBLENZ şəhərində   HauptBanhofun qarşısında təşkil etdiyimiz mitinqə dəvət edirik. Mitinqdə "siyasi məhbuslara azadlıq" və   "talana son" şuarları səsləndiriləcək".

“Mən 12 sentyabr 2017-ci il tarixdə, sol tərəfli qasıq yırtığı diaqnozu ilə Daxili Qoşunların Hospitalına qəbul olundum. Aparılmış müayinə zamanı məndə hepatit C virusu aşkar edildi”.   Keçmiş hərbiçi İsmayılov İlkin Məmmədrza oğlunun“AzPolitika.info”ya göndərdiyi məktub bu fikirlərlə başlayır. Azərbaycanın I vitse-prezidenti Mehriban xanım Əliyevadan köməklik istəyən İlkin İsmayılovun məktubunu qısa ixtisar və zəruri redaktə ilə dərc edirik:

“18 sentaybr 2017-ci il tarixdə DİN-nin Arif Heydərov adına Respublika Hospitalında PZR analizi verdim. Orada mənə bildirdilər ki, analizin cavabını götürəndən sonra, yenidən hospitala gələrsən. 09 oktyabr 2017-ci il tarixdə PZR analizin laborator müayinəsinin nəticəsi pozitiv (+) çıxdı. Nəticəni götürüb 30 oktyabr 2017-ci il tarixdə Daxili Qoşunların Hospitalına gəldim.

Hospitalın Terapiya şöbəsinin rəisi vəzifəsini icra edən Rauf Allahverdiyev əvvəl bildirdi ki, biz səni qəbul edə bilməyəcəyik. Dedi ki, hepatitin müalicəsi bizdə olmadığı üçün sən gedib öz hesabına mülkü xəstəxanaların birində müalicə olunacaqsan.

Sonra məni dəhlizdə gözlədib, hospitalın komandirinin müalicə işləri üzrə müavini Şahin Şahmarovla telefon əlaqəsi yaratdı. Şahin Şahmarovla telefon əlaqəsi yaradandan sonra Rauf Allahverdiyev məni yenidən otağına çağıraraq bildirdi  ki, səni hospitalda saxlayacağıq. Səbəbini öyrəndikdə dedi ki, biz səni müayinələrdən keçirəcəyik və sonra sənədlərini rəy üçün Hərbi Həkim Komissiyasına göndərəcəyik.

Sual verdim ki, məni təxris edəcəksiz? Bildirdi ki, xeyir, 6 ay sıradan kənar verəcəyik, müalicə olunacaqsan. O, məndə hepatit C xəstəliyinin yüngül forması olduğunu, 6 ay müalicədən sonra keçib gedəcəyini söylədi.

Mən hospitala qəbul olundum. İki  gün keçəndən sonra hospitalın komandiri Şəmsəddin Heydərov şöbəyə “obxoda” gəlmişdi. Məndən hansı xəstəliklə yatdığımı soruşdu. Öyrəndikdən sonra mənə kobud şəkildə bildirdi ki, səni bu xəstəliyinə görə pensiyasız təxris edəcəyik. Səbəbini öyrəndikdə dedi ki, sənin bu xəstəliyinə nə pensiya düşür, nə də xidmət edə bilərsən.

Daha sonra terapiya şöbəsinin rəisi vəzifəsini icra edən Rauf Allahverdiyev məni kənara çəkərək bildirdi ki, 5000 manat pul ver səni xəstəliyinlə bağlı  pensiyaya çıxardaq. Mən etiraz edərək dedim ki, məndə bu qədər pul yoxdur, kasıb insanam.

10 noyabr 2017-ci il tarixdə müayinəm bitdiyindən məni hospitaldan çıxardırdılar. Rauf Allahverdiyev məni otağına çağırdı və raport nümunəsi verdi  ki, ona uyğun yazım. Həmin raport nümunəsinin mətnində yazılırdı ki, mənə təklif olunan qaraciyər iynə biopsiyasından və müayinələrdən imtina edirəm. Mən nümunəni oxuyandan sonra, həmin formada raport yazmaqdan imtina elədim və etiraz etdim. Bildirdim ki,  mənə bu barədə heç nə deməmisiniz, indi hospitaldan çıxardırsan deyə bu raportu yazdırırsan?

Rauf Allahverdiyev bildirdi ki, bu müayinələr Azərbaycanda yoxdur. Yalnız Türkiyədə və Almaniyada olduğu üçün biz səni bu müayinəyə cəlb edə bilmirik. Sonra məni Şahin Şahmarovun qəbuluna apardı. Şahin Şahmarov mənim qarşıma 2 şərt qoydu. Dedi ki, raportu yazsan bütün müayinə sənədlərini sənə verəcəyik, səni İctimai Səhiyyə və İslahatlar Mərkəzinə aparıb qeydiyyata salacağıq, dövlət tərəfindən müalicə olunacaqsan, ürəyin istəyən vaxt da hospitala gələcəksən, səni qəbul edəcəyik.

Yazmasan, bunların heç birisi olmayacaq. Dedi ki, sənə 1 dəqiqə vaxt verirəm fikirləş, mənə bir söz denən. Mən yenə imtina etdiyimi dedim. Bu zaman kobudluq edərək bildirdi ki, bizim sənin atana borcumuz yoxdur cibimizdən xərc çəkib səni Türkiyəyə göndərək. Sonra məni otağından qovdu. Sonra da məni kimlərinsə sifarişi nəticəsində hərbidən xəstəliklə pensiyasız təxris elədilər.

18 noyabr 2017-ci il tarixdə həyat yoldaşım Daxili İşlər nazirinin müavini-Daxili Qoşunların Komandanına şikayət məktubu göndərdi. Amma şikayətimiz təmin olunmadı. Daha sonra isə mən Azərbaycanın birinci Vitse-prezidenti Mehriban xanım Əliyevaya, daxili işlər naziri Ramil Usubova məktub yazıb göndərdim.

Məktubarım baxılmaq üçün Daxili Qoşunların Baş İdarəsinə göndərildi. 26 dekabr 2017-ci il tarixdə Daxili Qoşunların Baş İdarəsindən cavab gəldi və şikayətim təmin olunmadı.

Mən Daxili Qoşunların Hospitalının rəhbərliyindən şikayət elədim, onların cəzalandırılmasını, mənzil ehtiyacımın ödənilməsini, xəstəliklə bağlı pensiyanın təyin olunmasını istədim, Daxili Qoşunların rəhbərliyi isə mənə tamam başqa bir cavab yazaraq göndərdi. Ailəliyəm, bir övladım var. Atam Qarabağ müharibəsi veteranıdır, Bərdə şəhərində balaca daxmada yaşayır. Anam 2016-cı ildə vəfat elədi.

İmkanımız çox aşağı səviyyədədir. Dövlət tərəfindən pulsuz dərmanlarla təmin olunmuşam, həftədə 3 dəfə iynə vurdururam. İynədən sonra vəziyyətim pisləşir, halsız oluram. Dövlətin verdiyi dərmanlarla 1 il müalicə olunmalıyam. Səhəttim işləməyə imkan vermir.

Hazırda Daxili Qoşunların yataqxanasında yaşayıram, evdən çıxmağım üçün  bir ay vaxt veriblər. Məcburam burdan çıxandan sonra kirayə yaşayım. Amma kirayənin pulunu nə ilə verəcəyəm, bilmirəm. Nə pensiya verirlər, nə də bir işlə məşğul ola bilmirəm ki, ailəmi dolandıra və kirayə pulunu ödəyə bilim. Bütün bu problemlərimin hamısını yazıb göndərmişəm. Amma əfsuslar olsun k, mənim bu şikayətimi təmin etmirlər.

Möhtərəm Birinci vitse-prezident Mehriban xanım Əliyevaya ünvanladığım müraciət baxılmaq üçün Daxili Qoşunların rəhbərliyinə göndərildi. Ancaq Daxili Qoşunların rəhbərliyi Mehriban xanımın tapşırığına əməl etmədi. Ona görə də dərdimi mətbuat vasitəsilə Mehriban xanıma çatdırmaq istəyirəm.

Son ümid yerim Mehriban xanım Əliyevadır. Ona görə də xahiş edirəm mənim bu problemimi işıqlandırasınız ki, Mehriban xanım ona düzgün məlumat verilmədiyini görsün”.

P.S. Məktubda səslənən ittihamlarla bağlı Daxili Qoşunların Hospitalının rəhbərliyinin də mövqeyini işıqlandırmağa hazırıq. 

***

Daxili Qoşunların mətbuat xidməti keçmiş hərbi qulluqçu İlkin İsmayılovun şikayətinə operativ münasibət bildirib. Xidmətin “Azpolitika.info”nun elektron poçtuna daxil olan açıqlamasında bildirilir:

“Daxili Qoşunların sabiq hərbi qulluqçusu gizir İsmayılov İlkin Məmmədrza oğlunun sizin saytınıza (azpolitika.info) müraciətilə bağlı bildiririk ki, onun səsləndirdiyi fikirlər həqiqəti tam əks etdirmir, qeyri-səmimidir. O, həqiqətən Daxili Qoşunlarda xidmət edib. DİN-in Daxili Qoşunlarının Hospitalında müalicə aldıqdan sonra qoşunların Hərbi Həkim Komissiyası tərəfindən qanunamüvafiq qaydada şəhadətləndirilərək xəstəliyi ilə əlaqədar Silahlı Qüvvələrə ehtiyata buraxılmışdır.

Müraciətləri ilə bağlı, İ.İsmayılov Daxili Qoşunların Baş İdarəsində Daxili Qoşunlar Komandanının müavini, Mənəvi-psixoloji hazırlıq şöbəsinin rəisi və Tibb xidməti rəisi tərəfindən qəbul edilərək, qaldırdığı məsələlərə aydınlıq gətirilmiş, ona qarşı qanunsuz hərəkətlərə yol verilməməsi, movcud qanunların tələblərinə uyğun olaraq Silahlı Qüvvələrə ehtiyata buraxılması izah edilmişdir. Sabiq hərbi qulluqçunun istəyi nəzərə alınaraq, ehtiyata buraxıldığı gündən etibarən 3 ay müddətinə Daxili Qoşunların yataqxanasında yaşamasına icazə verilmişdir.
Eyni zamanda onun müraciətləri yazılı surətdə cavablandırılmışdır”.

Dekabrın 6-da Respublika Baş Prokurorluğu və Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətləri "Gilavar” idman klubunun itkin düşən 3 üzvü haqqında birgə məlumat yayıb.

 Məlumatda deyilir ki,  ilkin araşdırmalarla alpinistlər Namin Bünyatov, Babur Hüseynov və Fəridə Cəbrayılzadə dekabrın 23-də saat 14 radələrində "Tufandağ” zirvəsinə qalxmaq məqsədilə "Şahdağ” Milli parkına doğru olan istiqamətdə,  "Xınalıq” keçid məntəqəsinə hərəkət etmişlər.

Məlumatda təhlükəsizlik tədbirləri ilə bağlı məsul şəxslərin öz xidməti vəzifələrini lazımi qaydada yerinə yetirməməsinə dair şübhələrin olduğu  deyilir. 

Təbiət ərazilərinin istifadəsi sahəsində qanunvericiliyin tələblərinə əməl edilməməsi alpinistlərin  təcrübəsi və hazırlıqlarının yürüşə imkan vermə səviyyəsi, meteoşəraitin  əlverişsizliyi, marşrutun seçilməsi ilə bağlı  məsələlərin araşdırılmasına ehtiyac var. 

Bu səbəbdən Respublika Baş Prokurorluğu tərəfindən  Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başladılıb. 

Hazırda cinayət işi üzrə Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində zəruri istintaq-əməliyyat tədbirləri həyata keçirlir.

Həmçinin dağlıq ərazi və əlverişsiz hava şəraitinin çətinliklər yaratmasına baxmayaraq  intensiv axtarış tədbirləri davam etdirilir. Axtarışlar fövqəladə hallar, ekologiya və təbii sərvətlər nazirlikləri, Dövlət Sərhəd Xidməti tərəfindən aparılır.

"Gilavar" hava və ekstrim idman klubunun üzvü olan 3 alpinist – Babur Hüseynov, Namin Bünyatov və Fəridə Cəbrayılzadə 23 dekabr 2017-ci il tarixində Quba rayonunun Xınalıq kəndindən Tufandağ istiqamətində yürüşə çıxıb, ancaq geri qayıtmayıb.

FHN-nin Əməliyyat Qərargahınən yaydığı məlumatda bildirilir ki, alpinistlərlə əlaqənin itməsi barədə ilk məlumat Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə dekabrın 26-da axşam saatlarında daxil olub. 

Növbəti gün, 27 dekabr 2017-ci ildə səhər saatlarında axtarış-xilasetmə işlərinə başlanılıb. Axtarış işlərinə nazirliyin canlı qüvvə və texnikası, o cümlədən aviasiya dəstəsinin «Mi-17» markalı helikopteri , xüsusi təlim keçmiş itlər cəlb olunub.(toplum tv)

Sumqayıt sakini "Nikoil Bank"dan şikayətçidir... 

34 yaşlı Sumqayıt sakini İsmayıl Hüseynov iddia edir ki, "Nikoil Bank" onun adına saxta zaminlik sənədi hazırlayıb. 

Bu barədə Toplum.Tv-yə İsmayıl Hüseynov özü məlumat verib. 

O bildirib ki, 2015-ci ildə həmin bankda 2 ay müddətində təcrübə keçib və saxta zaminlik də həmin tarixə sənədləşdirilib: "Mən İqtisad Universitetinin maliyyə fakultəsini bitirmişəm.  2015-ci ildə 2 aylıq "Nikoil Bank"ın Sumqayıt şəhər, 45-ci məhəllədə yerləşən filialında təcrübə keçmişəm. Orada təcrübə keçəndə məndən diplomun surətini və şəxsiyyət vəsiqəmi tələb etmişdilər. Təcrübəmi bitirdikdən 2 il sonra, yəni 2017-ci ildə "Nikoil Bank"dan mənə  məktub gəldi ki, zamin durduğunuz şəxs krediti ödəmədiyinə görə banka yaxınlaşmağınız xahiş olunur. Banka gedib gördüm ki, müdriyyət də həminki deyil, bəzi işcilər də dəyişib. Müdirlə görüşdüm, xahiş elədim ki, kimə zamin durmuşamsa, həmin şəxslə məni əlaqələndirsinlər. Məlum oldu ki, həqiqətən də, 34 yaşıma qədər həmin ad və soyadda tanışım belə olmayıb, nəinki qohumum”. 

Vətəndaşın sözlərinə görə, bu məsələdə ciddi saxtakarlıq olub: "Bir nəfər kredit götürüb və bank da 2 il əvvəl onlara təqdim etdiyim sənədlərdən istifadə edərək məni zamin qismində göstərib, hətta əvəzimə sənədlərə saxta imza da atıblar. Filialın müdiri bildirdi ki, bu işlə onların əlaqəsi yoxdur, çünki kredit artıq rəsmiləşdirilib”. 

İsmayıl Hüseynov deyir ki, bundan sonra hüquq-mühafizə orqanlarına müraciət edib: "Bir həftə sonra Sumqayıt Şəhər Prokurorluğundan müraciətimə cavab verildi. Bildirdilər ki, müraciətim Sumqayıt Şəhər Polis İdarəsinə yönləndirilib və məsələni araşdırıb məlumat verəcəklər. O vaxtdan indiyədək hələ də xəbər yoxdur. İki gün bundan əvvəl Abşeron Rayon Məhkəməsinə çağırıldım. Məhkəmədə, sadəcə, "Nikoil Bank"ın hüquqşunası var idi, kreditgötürən və sənədləşdirməni aparan şəxs yox idi. Hakimə izah etdim ki, imzamdan istifadə edib sənədlərimi saxtalaşdırıblar və məni saxta zamin kimi göstəriblər. Bankın nümayəndəsi prosesi həyata keçirən işcilərin uzun müddət əvvəl işdən azad olunduğunu bildirdi. Məhkəmədə hakimdən tələb etdim ki, prosesi həyata keçirənlər məhkəməyə çağırılsınlar və mənim imzam ekspertizaya göndərilsin. Məhkəmə şikayətlərimi qəbul etdi. "Nikoil Bank"ın nümayəndəsi bildirdi ki, həmin filial müdirini də məhkəməyə veriblər. Ancaq məlum olundu ki, həmin adam hələ də həbs olunmayıb. Növbəti Məhkəmə prosesi yanvarın 13-ü baş tutacaq. Əgər ədalətli qərar olmasa, başqa tədbirlər görəcəyəm”. 

Bank məsələləri üzrə ekspert, hüquqşünas Əkrəm Həsənov Toplum.Tv-yə deyib ki, "Nikoil Bank"da belə hallar tez-tez baş verib: "Bir neçə il əvvəl də buna bənzər  hadisə baş vermişdi. O zaman vətəndaş imzanın ona aid olmadığını bildirmişdi və onun zamin olmadığını məhkəmə təsdiqləmişdi. Buna görə də bu halda vətəndaşa tövsiyəm odur ki, məhkəmədə imzasının ekspertizada yoxlanılmasını tələb etsin. Sözsüz ki, ekspertiza bunu təsdiq edəcək”. 

Ə. Həsənov belə halların ən çox korrupsiya olan yerlərdə olduğunu vurğulayır: "Azərbaycanda bankların kredit verilmə ilə bağlı öz daxili qaydaları var və həmin qaydalardan biri də odur ki, mütləq şəkildə zamin olmalıdır. Bu vəziyyətdə bank kiminsə şəxsiyyət vəsiqəsi və imzasından istifadə edərək saxta zamin göstərir. Əgər kredit vaxtında qaytarılırsa, bu işin üstü açılmır, ancaq kredit götürən şəxs pulu qaytarmırsa belə hallar ortaya çıxır. Hər bir halda bu problemlə qarşılaşan şəxslərə demək istəyirəm ki, məhkəmədə imzanın onlara aid olmadığını bildirsinlər və bu  ekspertizada təsdiqləndiyi halda, o bankdan onlara vurulan mənəvi zərəri də tələb etsinlər. Bankın özünü bu cür aparması insana birmənalı zərər verməsi deməkdir. Həmin bankın indiki rəhbərliyinə isə tövsiyəm odur ki, belə halların qarşısını almaq üçün hüquq mühafizə orqanlarına müraciət etsin. Bankda buna kim yol verirsə, həmin şəxsləri cinayət məsuliyyətinə cəlb etsinlər. Həmin işcilər bankdan ayrılmış olsalar belə, onlara qarşı cinayət işinin açılması tam mümkündür, hətta "Nikoil Bank"ın keçmiş idarə heyyətinin sədri Vasili Xamadaya da qarşı cinayət işi açılıb. Çünki vaxtı ilə bu bankda belə hallar çox baş verib”.

"Nikoil Bank”ın Marketinq Departamentinin direktoru Rəşad Cümşüdov məsələ ilə bağlı afn.az-a açıqlama verib.

O, iş üzrə hazırda araşdırma aparıldığını, qeyd edilən filialda problemlərin, həqiqətən də, yarandığını deyib: "Hazırda proses gedir, daha dolğun məlumatı şikayətlə şöbəsi verə bilər. Bankın mövqeyi bundan ibarətdir ki, hüquq-mühafizə orqanları tərəfindən hansısa bir qayda pozuntularının olub-olmaması ilə bağlı məsələlər araşdırılır. Təfərrüat və nəticə barədə məndə, təəssüf ki, dəqiq məlumat yoxdur”.

“Əgər bir kişi südəmər qız uşağı ilə evlənsə, bu evlilik səhihdir”

Bu mövzu barədə bir kəlmə də yazmaq fikrində olmamışam. Ara sıra bəzi şəxslər sosial şəbəkələrdə bu məsələni məqsədli olaraq yayınlayanda da əhəmiyyətsiz olduğunu düşünüb, maraqlanmadan keçmişəm üstündən. Çünki, dinin “d”sını dərk etməyən şəxslər özlərinə aid olmayan məsələ barədə gəvəzələyib, kimlərisə suçlamaqdan “zövq” aldıqlarını nümayiş etdirdiklərini düşünmüşəm. Bu dəfə də son günlərin ən aktual mövzularından biri haqqında klaviaturanı döyəcləməyi qərarlaşdırmışdım. Bir dostumun istehza dolu sualı məni fikrimdən yayındırdı. Qərara gəldim ki, bir neçə saat vaxt sərf edib, kiçik araşdırma aparım.

...və apardım. Əldə etdiyim dəlilləri və nəticəni əziz oxucularımla bölüşürəm.

Bir neçə cümlədən ibarət giriş hissəsini oxuyan kəs nədən danışacağımı təxmin etməmiş deyil. Əvvəlcə inboxuma gələn mesajı təqdim edirəm - Ayətulla Xomeyni, Ət-Təhrirul Vəsilə kitabı 12-ci məqalə! Belə bir kitab var? Fətva; "Arvadla, daimi və ya müvəqqəti nigaha girməkdən asılı olmayaraq 9 yaşının tamam olmağına qədər onunla cinsi əlaqəyə girmək olmaz. Digər həzz alma hərəkətlərinə qaldıqda isə hətta o körpə uşaq olsa belə kişi şəhvətlə ona toxuna, qucaqlaya bilər. Əgər kişi qadınla onun 9 yaşının tamam olmasına qədər bu cür cinsi əlaqəyə girsə və onun bakirəliyini qırmasa, ona heç bir cəza tədbiri görülməz" - Ayətullah Xomeyni, Ət-Təhrirul Vəsilə kitabı 12-ci məqalə!

Bu sual (daha doğrusu ittiham) yəqin ki, çoxlarına tanışdır. Xüsusən İranla bağlı bir məsələ üzə çıxan kimi bu mövzu sosial şəbəkələri “bəzəyir”. Başı çıxan, çıxmayan, dinə dəxli olan, olmayan bunu şiə məzhəbi üçün çox böyük nöqsan olaraq göstərir, hətta şiəliyi dünyanın ən pis məzhəbi kimi təqdim edib, ondan dərhal uzaqlaşmağı tövsiyyə edir. Burda xüsusi qeyd etməliyəm ki, dostum dini mövzu ilə bağlı mənə tez-tez sual ünvanlayır və cavablardan qane olur, düşüncəsindəyəm. Bu sualı da həqiqətin nə olduğunu bilmək məqsədi ilə inboxuma göndərmişdi. Əziz dostumun məsələnin həqiqətini bilmək istəyi həm əvvəlki suallarından, həm də sualı bir başa inboxa göndərməsindən bəllidir. Mən də dostumun səmimiliyini və həqiqəti öyrənmək istəyini nəzərə alıb, məhz bu mövzu ətrafında çox kiçik araşdırma apardım.

Evlilik mövzusu dində ən çox əhəmiyyəti olan bir neçə mövzudan biridir. Çünki, məhz bu mövzu həm də çox əhəmiyyətli əlaqələr qurur və irs kimi aktual məsələlər evlilik mövzusundan başlayır. Eyni zamanda evlilik gələcək nəslin əsasını qoymaq deməkdir və sair... Buna görə də evliliyin hallalıqla qurulması ən əsas və çox vacib şərtdir.

İrandan və şiəlikdən xoşu gəlməyənlər iddia edirlər ki, şiəlik və İran cəmiyyətdə əxlaqsızlığı yayır. Bu yanlış, batil və azdırıcı düşüncəni bir qədər əvvəl dediyim məsələ ilə isbatlamağa çalışırlar. İran və şiəlik sinonim deyil. Bu, ayrıca bir yazının mövzusu olduğu üçün izahata lüzum görmürəm.

Keçirəm mətləbə - Dövrünün ən böyük müctəhidlərindən olan, böyük İslam dövləti yaratmaqla tarixə adını yazan Ayətullah Xomeyninin fətvasını şərh etmək, mənim kimi savadsız biri üçün çox ayıb olar. Lakin fətvanın dəyərli dostlarım tərəfindən yanlış anlaşılmasını da istəmədiyim üçün dini mənbələrdən əldə etdiyim faktları təqdim edəcəm.

Söhbət azyaşlı qız uşağının ərə verilməsindən gedir. Bu mövzu günümüzün ən aktual məsələlərindən biridir və demokratik, dünyəvi dövlət olduqlarını iddia edən ölkələrdə hüquqla tənzimlənir. Yeri gəlmişkən, ölkəmiz Azərbaycanda da azyaşlı qızların zorla ərə verilməsi bəzi problemlərin səbəbi kimi göstərilir.

Din də qeyd etdiyim kimi evlilik məsələsini əhəmiyyətli hesab etdiyindən ən kiçik detalını izah edib.

Ayətullah Xomeyninin fətvası ortadadır. Fətva ilə bağlı izahlara keçməzdən əvvəl bir sıra məsələləri deməliyəm. Bu məsələnin həqiqətini anlamağa çalışanlar ilk öncə belə bir sualla qarşılaşmalıdırlar – Ayətulla Xomeynin fətvasına aid məsələ İslamın digər məzhəblərində mövcuddur ya yox? Yəni İslamın digər dörd məzhəbinin (Şafii, Hənəfi, Maliki, Hənbəli və bu məzhəblərdən törənən təriqət və hərəkatlar) azyaşlı qızların ərə verilməsi ilə bağlı nə deyir?

Əvvəlcə, həmin məzhəblərin İmamlarının fətvalarını ən səhih kitablarından təqdim edəcəm. Sonra Ayətullah Xomeyninin fətvasını alimlərin nəzərlərilə izah etməyə çalışacam.

Əhli sünnənin ən böük və tanınmış alimlərindən biri İmam Nəvəvinin (hicri qəməri təqvimi ilə 676-cı ildə vəfat edib) fətvası: Kişi zina etdiyi qadından doğulan qız uşağı ilə evlənə bilər”.   (“Əssiracul vəhhac” kitabı, “Evlənməsi haram olan qadınlar” bölməsi, səh. 373) 

Şafii məzhəbinin böyük alimlərindən hesab olunan Əbdurrəhman Cəziri bu mövzu ilə bağlı Şafii məzhəbinin rəyini belə yazır: “Kişi zina etdiyi zaman dünyaya gələn öz qızı ilə, həmçinin həmin qızından dünyaya gələn qızla evlənə bilər”. (“Dörd məzhəbə uyğun fiqh” adlı kitab, 4-cu fəsil, səh, 64)

Abdulla bin Qüdamə (620 hicri qəməridə vəfat edib) Hənəfi məzhəbinin etimad edilən məşhur alimlərindən biri: “Kişi zinadan dünyaya gələn öz qızı ilə evlənə bilməz, lakin İmam Malik və İmam Şafii bunu halal bildiyi üçün mən də zina vasitəsilə dünyaya gələn qızın öz atası ilə evlənməsini qəbul edirəm”. (“Əl-Muğni” kitabı, 9-cu fəsil, səh 529)

Bu mənbələr əhli-sünnənin etibar etdiyi kitablardır.

QEYD; Zina (qeyri-qanuni cinsi münasibət) bütün məzhəblərdə haramdır və cinayət sübut olduğu təqdirdə cəzası ölümdür. Lakin istər halal arvadından, istərsə də yad qadından zina vasitəsiylə dünyaya gələn uşaq həmin kişiyə məxsusdur. Gördüyünüz kimi dörd məzhəbin əsas kitablarında zina vasitəsiylə dünyaya gələn qız uşağı ilə öz atası evlənə bilər.

Əbdurrəhman Cəzirinin fətvasında hətta kişi zinadan doğulan qızının qızı ilə də evlənə bilər. Fətvada göstərilir ki, kişi əgər zina vasitəsiylə doğulan qızı ilə evlənməsə, onun qızı ilə evlənə bilər, yəni nəvəsi ilə.

İndi isə azyaşlı qızla evlənmə məsələsi ilə bağlı dörd məzhəbin fətvalarını təqdim edirəm:

Bütün əhli-sünnə alimləri, qız uşağı hətta beşikdə olsa belə onunla evlənməyin caiz olduğunu deyirlər. Dini təhsili olanlar bunun icma olduğunu bilirlər. Yəni, mütləq əksəriyyət yaxud bütün alimlər eyni fikirdədirlər.

 “Bütün məsəlmanların icma halında rəyi budur ki, kişi öz qızını səğirə halında (kiçik yaşlarında) evləndirə bilər”. (İmam Nəvəvi Səhih Müslümə yazdığı şərh kitabında 5-ci cild, səh, 224).

Səğirə termini fiqh sahəsində həm südəmər uşağa, həm də beşikdən həddi buluğ (yetkinlik yaşı) olan vaxta qədərki dövrü əhatə edir. Amma əksər hallarda südəmər dövr nəzərdə tutulur.

Səğirə südlə qidalanan uşağa deyilir”. (Siracul vəhhac kitabı səh 462)

Əhli-sünnənin başqa bir tanınmış siması İbni Əbdul Birr: “Əhli sünni alimlərinin hamısı bu fikirdədilər ki, ata səğirə qızını ərə verə bilər və qızın rəyinə ehtiyac yoxdu”. (“Əlistibtar” kitabı 16cı fəsil, səh 49)

İmam Nəvəvi südəmər qız uşağını evləndirməyi qeyd edir: “Vəqf etdiyin şeyin dərhal faydasını əldə etmək şərt deyil. Həmçinin icazə verilir “rəziəə”  (südəmər qız uşağı) ilə evlənəsən”. (“Rövzətut -talibin və umdətil-müfidin” 5-ci fəsil, səh, 315)

İbni Həcər Əsqəlani “Səhih Buxariyə” yazdığı şərhdə 9-cü fəsil səh, 124-də qeyd edir: “Biz əhli-sünnənin bütün alimləri kiçik qız uşağını böyük kişi ilə evləndirməyi caiz bilirik, həmin qız uşağı hətta beşikdə olsa da”.

Düşünürəm ki, bu mənbələr məlum məsələ ilə bağlı əhli-sünnənin mövqeyini ortaya qoymağa kifayətdir.

Azyaşlı qız uşağı ilə evlənmək əksər şiə müctəhidləri tərəfindən qəbul edilmir. Bura həm illər öncə yaşamış, həm də müasir müctəhidlər daxildir. Lakin bir neçə istisna var ki, o da müəyyən şərtlədir.

Şiə dünyasının ən böyük müasir müctəhidlərindən hesab olunan Ayətulla şeyx Nasir Məkarim Şirazi, bu məsələni caiz bilmir: “Südəmər uşaqla evlənmək qəti şəkildə caiz deyil. Nə də ki, bu məsələdə icma yoxdu”.

Ayətullah Məkarim Şirazi ikinci cümlə ilə demək istəyir ki, bir neçə müctəhid bu məsələni caiz bilsə də, mütləq əksəriyyət qəbul etmir. Amma biz əvvəlki mənbələrdə əhli-sünni alimlərinin icma halında qəbul etdiklərinə rast gəlmişdik.

Ayətulla Xomeyninin fətvası

“Arvadla, daimi və ya müvəqqəti nigaha girməkdən asılı olmayaraq 9 yaşının tamam olmağına qədər onunla cinsi əlaqəyə girmək olmaz. Digər həzz alma hərəkətlərinə qaldıqda isə hətta o körpə uşaq olsa belə, kişi şəhvətlə ona toxuna, qucaqlaya bilər. Əgər kişi qadınla onun 9 yaşının tamam olmasına qədər bu cür cinsi əlaqəyə girsə və onun bakirəliyini qırmasa, ona heç bir cəza tədbiri görülməz"

Ayətullah Xomeynin öz iki tələbəsinin bu fətva ilə bağlı dediklərini qeyd etməklə fətvaya aydınlıq gətirməyə çalışacam.

Ayətullah şeyx Cəfər Sübhanı: “Əgər şərii hökm insanın səhhətinə zərər verərsə, ona əməl etmək haramdır. Məsələn, hər hansı formada su insana ziyan vurusa, dəstəmaz almaq qadağan olunur və təyəmmüm olunmalıdır. Əgər südəmər qız uşağı ilə evlənmək qız uşağına fiziki və psixoloji ziyan vurarsa, ona mənfi təsir edərsə, bu evlilik haramdı. Bu fətva ancaq südəmər qız uşaqları üçün deyil, yetkinlik həddinə çatmış və bir qədər böyük qızları da nəzərdə tutur”.

Burda bir haşiyə qeyd etməliyəm. Şiə fiqhində 4 növ əqd (kəbin) oxunma qaydası var. Biri də “füzulətən”dir. Yəni qız uşağı, yaxıd həm qız həm də oğlan kiçik yaş(lar)ında olarkən qızın (onların) vəlisi (atası və babas) füzulətən kəbin oxuyurlar. (Hətta bəzi bölgələrimizdə el arasında “göbək kəsdi” adətini buna misal göstərə bilərik). Bu kəbindən iki məqsəd əsas götürülür. Qız uşağına faydalı nəsə olarsa və qız uşağına heç bir ziyan (fiziki və mənəvi) toxunmazsa. Lakin bu kəbinin əsas və yeganə şərti odur ki, tərəflər bir birinə heç bir halda toxuna bilməzlər. Qız uşağı yetkinlik yaşına çatandan sonra həmin evliliyə razı olarsa, kəbin qüvvədə qalır və evlilik (ər-arvadlıq) başlayır, qız razı olmasa kəbin batil hesab olunur.

Ayətulla Cəfəri Sübhanı kiçik yaşda olan qıza fiziki və psixoliji ziyan gətirə biləcək evliliyi haram hesab edir. Qaydasını da qeyd edir: birinci hökm zərərlidirsə, əməl edilməyəcək deyir. Necə ki, su bədənə ziyan vurursa dəstəmaz batil olar, qaydasını dəlil kimi göstərir. Deməli Ayətulla Xomeyninin fətvası bu məntiqlə əməl oluna bilməz. Buna nəzəri fətva da deyirlər. Kimsə soruşa bilər ki, əməl olunmayan fətva niyə qeyd olunmalıdır?

Nəzəri fətvanın nədən ibarət olduğunu deməmişdən əvvəl Ayətulla Xomeyninin ən çox sevdiyi digər tələbələrindən birinin mövzuyla bağlı fətvasını qeyd edirəm. Dövrümüzün böyük şiə alimlərindən hesab olunan Ayətullah Yusif Saneği: “Südəmər qız uşağı ilə evlənmək olmaz. Çünki bu işdə fəsad var və qızın xeyrinə heç bir şey yoxdu. Bəzi fiqh kitablarında bu məsələ nəzəri fətva kimi qeyd olunur, əməli fətva deyil.

Ayətullah Yusif Saneği Ət-Təhrirul Vəsilə kitabına haşiyə yazıb. Həmin kitabın 239-240-cı səhifələrində haqqında bəhs etdiyimiz 12-ci məsələ barədə yazır: “Kiçik, xüsusən südəmər qız uşağı ilə ləzzət məqsədi ilə oynamaq haramdı”.

Ayətullah Yusif Saneği bu fətvanı konteksdən çıxaranlara elə həmin kitabdakı digər fətva ilə cavab verib. Həmin kitabın 4-cü məsələsində yetkinlik yaşına çatmayan qız və oğlan uşaqlarının evləndirmə şərti var. Bu şərt bütün müctəhidlər tərəfindən dəstəklənir: “Yetkinlik yaşına çatmayan qız uşağına füzulətən əqd oxunarsa, qızın mənfəət əldə etməsi və heç bir halda zərər çəkməməsi əsas götürülür. Əks halda ata vilayət (qızın üstündə qərar vermə) hüququndan məhrum edilir”.

Gördüyünüz kimi Ayətulla Xomeyninin hər iki tələbəsi məlum fətvaya fiqh qanunlarına görə əməl olunmamasını və nəzəri fətva olduğunu qeyd edirlər.

Nəzəri fətva nədi?

Şərii kitablarda bəzi fətvalara rast gəlinir ki, onlara heç zaman əməl olunmur və yaxud hələ olunmayıb. Məsələn, kimsə soruşa bilər ki, əgər aya getsəm orda namazı necə qılacam? İslam dini bu suala ya cavab verməlidir, ya da cavab verməməlidir. İkinci halda din haqqında mənfi münasibət formalaşa bilər. Din hər hansı bir sualın cavabını bilmir, kimi haqlı ittihamlar yaranar. Sual nəzəri baxımdan mümkün olduğu üçün ona nəzəri cavab verilib. Yəni insan ayda ibadət etmək imkanı qazanarsa, yerdə hansı şərtlərlə ibadət edirdisə, ayda da o şərtlərə əməl edəcək.

Məlum fətva da böyük müctəhidlər tərəfindən nəzəri olaraq izah olunur.

QEYD: Həm Ayətullah Məkarim Şirazi, həm Ayətullah Cəfəri Sübhanı, həm də Ayətullah Yusif Saneğinin fətvalarında mənbə göstərməmişəm. Çünki bu şəxslərə mövzu ilə bağlı sual göndərilib, onlar da sualı bu cür cavablandırıblar. (Daha dərindən maraqlananlara sualın kim tərəfindən ünvanlandığını deyə bilərəm).

Mövzunun tam aydın olması üçün bir qədər də araşdırmaya ehtiyac duyulur.

Araşdırmanı bu sualla davam etmək istəyirəm: Cinsi əlaqədə olmaq üçün qızın həddi buluğa (yetkinlik yaşına – 9 yaşına) çatması şərtdir ya yox?

Şiə fiqhinə görə həddi buluğa (9 yaşına) çatmamış qızla cinsi əlaqə haramdır. (Bunun dəlili bir az əvvəl məlum fətvada qeyd olunduğu üçün təkrara yol vermirik). Hətta əgər kimsə bu işi görsə, həmin qız o kişiyə əbədi haram olacaq və o qız başqası ilə ailə qurmasa, ölənə qədər onun bütün xərclərini həmin kişi ödəməlidir.

Sünni fiqhində isə 9 yaşına çatmayan qız uşağı ilə cinsi əlaqə caizdir. Lakin bir şərt var - qız uşağı tab gətirməlidir. 4 məzhəbin hamısında bu məsələ qeyd olunur.

 “Qızın atası ilə kişi arasında qıza zərər vurmamaq şərti ilə qızla kişinin arasında cinsi əlaqəyə razılıq olarsa, bu əməl baş tutacaq. Əgər qızın atası ilə kişinin arasında razılıq olmasa, Əhməd ibni Hənbəl və Əbu Ubeydin fətvasına görə qız uşağı 9 yaşındadırsa, qız cinsi əlaqəyə məcbur edilə bilər, amma qız uşağı 9 yaşdan aşağı olsa cinsi münasibətə məcbur etmək olmaz. İmam Malik (maliki məzhəbinin banisi), İmam Şafii (şafii məzhəbinin banisi) və İmam Əbu Hənifə (hənəfi məzhəbinin banisi) bu düşüncədədirlər ki, cinsi münasibət üçün təkcə qız uşağının tab gətirməsi şərtdir”. (İmam Nəvəvinin “Səhih Müslümün şərhi” adlı kitabı, 5-ci cild, səh 224).

4 məzbəhin hamısında cinsi əlaqədən başqa bütün ləzzət növləri az yaşlı qız uşağı ilə (beşikdən 9 yaşa qədər) caizdir. Məzhəblərin arasındakı fərq budur -  üç məzhəb cinsi münasibətə qızın tab gətirməsini şərt qoyur, Əhməd bin Hənbəl (hənbəli məzhəbinin banisi) isə qız uşağına zərər gələrsə və atası razı olmazsa, 9 yaşına çatmamış cinsi əlaqənin olmasını caiz bilmir. Amma başqa ləzzət növləri dörd məzhəbin hamısında caizdir.

Mövzunu evlənmək üçün yaş həddinin mövcudluğu ilə yekunlaşdırmaq istəyirəm.

Şiə fiqhindən təqdim etdiyim dəlillər göstərir ki, evlənmək və xüsusən ər-arvad məsələləri üçün qızın yetkinlik yaş həddinə çatması zəruridir. Yəni evlənmək üçün yaş həddi var.

Amma əhli-sünni fiqhində yaş həddinin olmadığını isbatlayan kifayət qədər dəlilə rast gəlmək mümkündü.

“Səğirənin (yetkinlik yaşına çatmayan qız uşağı, bəzi mənbələrə görə hətta südəmər qız uşağı) icazəsi olmadan atası evləndirə bilər”. (İbni Teymiyyə, “Məcmuğul Fəsavə” kitabı, 32-cü fəsil, səh 30)

“Əgər bir kişi südəmər qız uşağı ilə evlənsə, bu evlilik səhihdir”. (İmam Sərəxsi "Əlməbsut" kitabı 12-cü fəsil səh 177, 15-ci fəsil, səh 150)

İmam Təbəri “Təfsiri Təbəri” təfsirində Təlaq surəsinin 4-cü ayəsinin şərhində yetkinlik yaşına çatmayan qız uşağı ilə cinsi əlaqəni caiz hesab edir və hətta qız uşağının tab gətirməsini, dözməsini də şərt qoymur. 

Nəticə:

Təqdim etdiyim mənbələrdən göründüyü kimi, Ayətullah Xomeyninin fətvası qərəzli şəkildə İslama və xüsəsən Şiə məzhəbinə qaşrı nöqsan kimi göstərilir. Məqsəd isə Şiə məzhəbini gözdən salma və insanlarda bu məzhəbə qarşı nifrət yaratmaqdır. Çox kiçik araşdırmalar isə tam əksini sübut edir.

Hər şeyin ən gözəlini bilən Allahdır!

Mənbə: “Youtube” kanalından və digər internet resurslarından istifadə olunub

maxresdefault

 

 

 

 

 

 

 

Hazırladı: İlahiyyatçı, jurnalist Cavid Cabbarlı

Özüm də müharibə uşağıyam. Oyuncağım güllə qutusu, topun sarı barıtları olub. Uşaqlıq xatirələrimin hər birində güllə izi var. Buna görə də Qarabağ müharibəsinin iştirakçıları ilə söhbət mənim üçün qızıla bərabərdir. Bu məqsədlə ən yaşlı müsahibin evinə yollandım. Söhbət Vəli Babayevdən gedir.

Müharibə illərində şux görünsə də, indi 80-ni haqlayıb. Bu qoca kişidə müharibənin sirləri var…

Elə ilk sualım da müharibənin necə başlaması ilə bağlı oldu…

“1988-ci il idi. Ermənilər yolun kənarlarına ağ-qara bayraqlar taxırdılar. Biz də məəttəl qalırdıq ki, bu, nədir? Sonradan nümayişlərə başladılar. Onda Xocalını rayon etmişdilər. Orada polis idarəsi yaradılırdı. Böyük oğlum ora polisə düzəldi, rəis Sabir Mamedovun sürücüsü idi. Bir gün eşitdim ki, ermənilər oğlumu gürov götürmək istəyiblər. Amma tuta bilməmişdilər, Şuşaya qaçmışdı. Sonra sağ-salamat evə gəldi. Hə, onda dedim ki, erməni ilə vuruşmaq lazımdır. Biz də getdik “Qaraağacı” qəbiristanlığına. Sonra məsləhətləşdik ki, Xalq Cəbhəsi siyasətlə məşğuldur, biz gedək erməni ilə vuruşaq. Rəhmətlik Yaqub Rzayev (Qatır Məmməd), Xosrov, onun bacanağı Ticarət, Abdaldan Müşfiq var idi, Laçından Cəfərov Nadir… 6 nəfər “Qaraağacı” qəbiristanlığına yığışdıq. Orda rəhmətlik Canpolad Rzayevin çayxanası vardı. Məsləhətləşdik ki, dəstə düzəldək. Məni ağsaqqal seçdilər. Yavaş-yavaş başladıq qoçu oğlanları bir araya yığmağa. Yaxşı dəstə düzəltdik, amma silahımız yox idi. Olanımız qoşalülə, təklülə idi. Düşürdük rayonlara barıt, qırma yığırdıq. Erməni isə üstümüzə avtomatla gəlirdi. Buna baxmayaraq, düşməni Ağdama buraxmırdıq. Muradbəylidə hərbi hissə vardı. Oranı yarmağı fikirləşdik.

– Hərbi hissə kimə məxsus idi?

– Rusiyanın idi. Sənin kimi cavan uşaqlar vardı, postda duran əsgərlərlə dostluq edirdilər. Onlarla siqaret göndərdik ki, başlarını qatsınlar, biz də içəri girək. Başladıq onları güdməyə, imkan düşən kimi “çasavoy”ları aradan götürdük. Darvazanın qıfılını qırıb, içəri girdik. İki maşın silah yığdıq. Səhər hərbi hissənin generalı əlində “limonka” ilə gəldi ki, sizi də partladacam, özümü də. Birtəhər generalı dilə tutub, “limonka”nı əlindən aldıq. Bir az pulumuz vardı. Ona verdik ki, get de ki, hərbi hissəni ermənilər yarıb.

– Nə qədər pul vermişdiz?

– O vaxt Sovet pulu ilə 20 min.

– Pulu necə əldə etmişdiz?

– Erməninin donuzunu gətirib satmışdıq. O pulu da verib silah aldıq. Sonra generalın özü gəldi ki, nə lazımdısa, gəlin götürün. Top üçün snaryadımız yox idi. Gedib Gəncədən birini min manatdan alıb gətirmişdik. Beləcə, silahlana bildik. Rus qoşunu erməni ilə bizim aramızda dururdu. Sonradan aradan çəkildilər. General Kavalyov var idi. Moskvadan gəlmişdi, daxili işlər nazirinin səlahiyyəti onda idi. Bizə kömək elədi, silah-sursat verdi.

– Rus generalının sizə kömək etməsində məqsəd nə idi?

– Məqsəd o idi ki, ermənilər buradan çıxıb getsinlər. Az-çox ruslar bizə kömək edirdilər. Sonradan Bakıdakılar ruslara düşmən çıxdılar. Onlar da ermənilərin Dağlıq Qarabağdan getməsini istəyirdilər. Kovolyov deyirdi ki, ermənilər yaxşı millət deyillər. Onu da vertalyotda vurdular.

– Qarakənddə?

– Hə, vurulan helekopterin içində bizimkilərlə yanaşı, o da vardı. Ölən iki rus generalından biri idi.

– Bəs sonra?

– Ermənilər bizə hücum etməyə başladı. Zaxarov adlı general gəlib ermənilər üçün qoşun hazırlayırdı. Amma bizdə hərbi məktəb məzunları yox idi, ancaq özümüzdük. Yerli adam olduğumuz üçün əraziyə yaxşı bələd idik. Onlar bizə bata bilmirdilər. Amma gələndə güclü gəlirdilər. İlk dəfə fevral ayında Xocalıya hücum etdilər. Rəhmətlik Yaqubla səhərə qədər döyüşə baxmışıq. Yaqub komandirə 3 dəfə zəng etdi ki, icazə verin, Həsənabadı vuraq, Xocalının vəziyyəti pisdir. 13 dənə topumuz var idi. Dedilər ki, oranın müdafiəsi möhkəmdir, siz öz müdafiənizi saxlayın.

– Kimə zəng etmişdiz?

– Bizim Müdafiə Nazirliyinə. Onlar icazə vermədilər ki, kömək edək. Heç Şuşaya hücumda da icazə vermədilər. Səhərə yaxın idi. Arvad-uşaq çığırtısı eşitdik. Rəhmətlik Yaqub iki əli ilə başına vurdu ki, “ayə, Xocalının arvad-uşağının səsi gəlir”.

– Aranızda nə qədər məsafə vardı?

– Əsgəranla aramızda 3 km məsafə vardı. Əhmədavarda idik. Xocalıda olan hücumu görürdük. Gecə idi, atılan güllələr işıq saçırdı. Uşaqları ayağa qaldırdım. Yaqubun oğlu Canpolad qoçaq oğlan idi. Heyif ondan… Seyid Fikrətin tankına minib, “TŞK”-nın arxasına keçdi. Tankın da üstünə Canpolad yazılmışdı. O tankı da Canpolad Lənkərandan rusun əlindən alıb gətirmişdi. Seyid Fikrət də tankı sürürdü. Beləcə, keçdilər quzeyə, Qaraqaya deyilən tərəfə. Mən də 35 nəfəri götürdüm ki bu biri tərəfdən gedim. Əsgərana gedən dəmiryolunun üstü ilə gedirdik. Qarqarın içində iki meyit gördük. Biri qadın meyiti idi. Qarnını yarıb, bətnindəki uşağı çıxardıb, yanına qoymuşdular. O birisi də kişi meyiti idi. Onu görəndə qanımız coşdu. Sən demə, ermənilər qız-gəlini seçib, aparmaq istəyirlərmiş. Dərindərəyə çatanda bizi atəşə tutdular. Atışa-atışa onlara yaxınlaşdıq. Ermənilər qaçdı, 3-4-nün meyiti qalmışdı. Bizdən ölən olmamışdı. Onda gördük ki, dərə arvad-uşaqla doludur. Xosrov saydı, 90 qadın-uşaq vardı. Onları xilas etdik. Bu fakt bircə dəfə də olsun heç yerdə deyilməyib.

– Sonra nə baş verdi?

– Orda qarayanız, hündür bir qadın vardı. Gördük ki, bu durub, ağacın dibinə baxır. Xosrov Əhmədov dedi ki, ay xala, nəyə baxırsan? Sən demə, erməni ayağından yaralanıb, girib ağacın koğuşuna, xəzəllə də üstünü basdırıb. Tüfəngi də bizə tuşlayıb. Xosrov ora sarı gedəndə güllə atıldı, o da yerə yıxıldı. Yazıq Xosrov bir kəlmə dedi ki, balalarımdan muğayat olun, öldüm. Ermənini diri tutduq. Dedim, bunu belə asan öldürmək olmaz. Ağdamdan əliyalın o qədər mülki adamlar gəlirdi ki… Rəhmətlik Canpolad “TŞK” ilə Əsgəranı atəşə tutmuşdu. Ora girmək istəyirdik. Amma bilmirdik bizə icazə verəcəklər, yoxsa yox. Gecə idi, göz-gözü görmürdü. Sən demə, erməninin “BMP”-si kolda gizlənibmiş. “BMP” Canpoladın tankını vurdu. Sonra gəlib yanımızdan keçdi, avtomatla atəşə tutduq. Bir dənə snaryadımız olmadı ki, onu vuraq. Ondan sonra bizə əmr gəldi ki, Xocalını qırıblar, atəşi dayandırıb geri qayıdın. Biz geri qayıdanda gördük ki, o ermənini mülki adamlar öldürüblər. Canpoladın meyitini çıxardıb dəfn etdik. Fikirləşdik ki, onun qanı yerdə qalmamalıdır.

– Yaqub Rzayev oğul itkisinə necə dözdü?

– Oğlu ölən ata necə olmalıdır? Canpolad kimi oğlu itirmək… (Bu yerdə kövrəlir, biranlıq gözləri dolur…) Məsləhətləşdik, Xramorda hücuma keçdik. Orda da ermənilərin “boyavik”ləri çox idi. Kəndə iki yerdən hücum etmişdik – 20 nəfər bir tərəfdən, 23 nəfər də digər tərəfdən… Əhmədavardan Oruc var idi, indi sağdı, erməni gəlini qaçanda onu vurmaq istədi, amma pulemyot açılmadı. Dedim, Allah onu öldürməyə qoymadı, işin olmasın. Yaqub da orda yaralandı. Xeyli erməni döyüşçüsünü məhv etdik. Onlar qorxaq idilər. Bir az atışan kimi qaçırdılar. Bir neçə gündən sonra yenə Xramorda hücuma keçdik. Bu dəfə dedik ki, kəndi alaq, geri qaytarmayaq. Donuz tövləsini özümüzə sədd seçib atışırdıq. Atışa-atışa kəndin yarısını aldıq. Həmin gecə rəhmətlik Fred Asif (Milli Qəhrəman Asif Məhərrəmov) 12 nəfərlə bizə köməyə gəlmişdi. Qeyrətli oğlan idi. Səhər küçə döyüşünə başlayıb, kənddən erməninin ayağını kəsdik. Axşam da kəndə od vurduq. Ordan bir “haxçıq” tutmuşduq. Topal idi. Sonra Xanabad kəndi uğrunda döyüşə başladıq. Orda Xəlil Rzanın oğlu BTR-in içində öldü. Həmin “haxçıq”ı onun meyiti ilə dəyişdik. Təbriz könüllü idi, bizə qoşulduğu 3 gün idi.

1992-ci ilin sentyabr ayı idi. Canyataqla Gülyatağı ala bilmirdilər. Biz məsləhətləşdik, Papravənddən keçib, Canyataqla Gülyatağı aldıq. Mehmaniyə hücuma keçdik. Meşədə atışma gedəndə, fasilə yarandı. Yemək gəlmişdi. Top mərmisi gəldi düşdü aramıza. Bizdən 18 nəfər yaralandı. Rəhmətlik Cəbrayılla Xudu da orda yaralandılar. Mustafa da itkin düşdü. Nə qədər axtardıq tapmadıq. Mehmaniyə girəndə xəbər gəldi ki, Xramordu ermənilər geri alıb. Qayıdıb yenidən Xramordu geri aldıq. Biz döyüşə gedəndə kənddə bizim əsgərlərin azlığından istifadə etmişdilər.Xəyanət qurbanları

– Kəndi niyə birdəfəlik almırdız ki?

– Onsuz da biz hücuma keçəndə ermənilər qorxub kəndləri qoyub qaçırdılar. O vaxt bizimkilər razı olmurdular. Deyirdilər, dünya bizə pis baxar.

– Bizimkilər deyəndə, konkret kimləri nəzərdə tutursunuz?

– O vaxtın hökuməti kim idi? Xalq cəbhəsi… Deyirdilər ki, olmaz. Ta mən nə deyim? Mənimki döyüşmək idi, siyasətlə işim yox idi. Əmrə tabe idik. Payızda Fərrux dağına hücuma keçdik. Oranı almaq çox çətin məsələ idi. Onda döyüş komandiri mən olmuşam. Dağın yarısını almışdıq. Düz, 3 ay qaldıq orda. Sonra bizə əmr verdilər ki, düşün aşağı.

– Yenə hökumət?

– Bəli! Onda biz dağdan düşmək istəmirdik. Öz qradımızla bizi arxadan vurdular. Bunu kimə deyəsən? Ordan irəli getməli olduğumuz halda, geri qaytarıldıq. Fərrux dağı Dağlıq Qarabağın ürəyi idi.

– Həmin vaxt neçə nəfər idiniz?

– 3 batalyon idik.

– O vaxt xəyanətlər də var idi…

– Elə olurdu ki, həm arxa ilə atışırdıq, həm də qarşı tərəflə. Heç bilmirdik ki, bizə arxadan atəş açan kimlərdir. Getdiyimiz yerə gətirib mina qoyurdular. Ora erməni girə bilməzdi ki… İçimizdə düşmənlər vardı. Kim kimə işləyirdi, bilmirdik. 92-ci ilin payızında da Yaqubu Bakıya çağırıb həbs etdilər.

– Kimlər?

– Rəhim Qazıyevlə İsgəndər Həmidov.

– Bakıya hansı adla çağırmışdılar?

– Rəhim Qazıyev çağırmışdı ki, gəl bura maaşınızı verək. Sən demə, bu, bir oyun imiş. Rəhmətliyə dedim ki, getmə. Nəsə ürəyimə dammışdı… Gedəndə mənə dedi ki, məni tutsalar, nə edəcəksən? Dedim, vallah, mənimki odur ki, duram erməninin qabağına, qoymayam Ağdama keçsin… Dedi, yox, polku çək Bakıya, məni xilas elə. Qurana əl basmışdıq ki, öz millətimizə güllə atmarıq. Bunu ona xatırlatdım. Dedim, çalışaram səni qurtarım. Gedəndə Nəvaidə tutmuşdular. 11 nəfər idilər. Qalanlarını buraxdılar, Yaqubu saxladılar. Rəhim Qazıyev Ağdama gələndə mənə dedi ki, bir-iki məsələ var, onu dəqiqləşdirəndən sonra Yaqubu buraxa bilərik. Yox, yalan çıxsa, qalacaq içəridə. Sən demə, məni aldadırmış. Yaquba elə söz demişdi ki…

– Nə demişdi?

– Demişdi ki, guya Yaqubun iki dənə ferması var. Onun heç vaxt ferması olmayıb. Bir də demişdi ki, guya qıza sataşıb. Heç o söhbət də olmamışdı.

– Fermanın Rəhim Qazıyevə nə aidiyyatı var idi ki?

– Ay bala, nə bilim, vallah, deyirdi də. Mən də dedim ki, a kişi, qız nədi, zad nədi? Gəlib hamımızdan izahat aldı. Sonra gedib Yaquba “opravdaniya” verdilər ki, guya azad edəcəklər. Buraxmaq əvəzinə türmədən meyitini göndərdilər.

– O necə oldu?

– Burdakı həkimlər dedilər ki, guya ürəyindən ölüb. Halbuki sağlam adam idi. Məhkəmə azad edilməsi ilə bağlı qərar vermişdi. İşi baxılması üçün hərbi tribunala vermişdilər. O vaxtdan 3 ay keçmişdi. Getdim ki, a kişi, bunun işinə niyə baxmırsız? Dedilər, hələ növbədə işlər var. Sən demə, bunu öldürmək istəyirlərmiş. Onun haqqında bir dənə cinayət işi açmadılar ki, bunu niyə saxladıb öldürdülər?

– Erməninin özü də Ağdamın işğalına inanmırdı. Bu, necə baş verdi?

– Düzdür, Ağdam işğal oluna bilməzdi, amma xəyanətkarlar oldu. O vaxtın hökuməti satdı Ağdamı. İndi Əli Kərimli çıxıb yekə-yekə danışır. Əli Kərimli onda dövlət katibi deyildimi? İsa Qəmbər Ali Sovetin sədri deyildimi? Elçibəy də prezident deyildimi? Pənah Hüseynov Nazirlər Sovetinin sədri deyildimi? İsgəndər Həmidov daxili işlər, Rəhim Qazıyev də müdafiə naziri deyildimi? Niyə verirdilər? Bizə deyirdilər çəkilin geri, biz də çəkilirdik. Əmrə tabe idik.

– Belə çıxır ki, “irəli”dən çox, “geri” komandasını eşitmisiz…

– Elədi ki var. Ağdamın başından polkları götürüb dağıtdılar. Erməni də havayı yer idi də, gəlib götürdü. Gəlsinlər özlərinə də deyim, Ağdamı qəsdən Xalq Cəbhəsi verdi. Hökumət harda yatmışdı? Qoşunu da var idi. Arxamızda durmadılar ki, döyüşək. İki polku briqada yaratmaq adı ilə ləğv etdilər. Əlimizdən texnikamızı, silahımızı alıb, bizi məəttəl qoydular. 92-ci ilin axırı idi. Kəşfiyyat xəbər gətirdi ki, ermənilər Xanabada əsgər yığır. Onda mən polk komandiriydim.

5 minə yaxın erməni əsgəri idi. Rəhim Qazıyev də Əfətliyə gəlmişdi. Bunu hər kəs bilir. Getdim onun yanına. Dedim ki, ermənilər kalan qoşun gətirib, ola bilsin ki, bu gecə hücuma keçsinlər. Bizim də sayımız azdır. Qayıtdı ki, çalışın bu gecə Ağdama girməsinlər, Bakıdan texnika gələcək. Dedi, gedin saat 1-ə kimi gözləyin. Saat 1-ə kimi gözlədik, xəbər çıxmadı. “Kombriqə” zəng vurdum. Dedim, bəs müdafiə naziri köməyin gələcəyini demişdi, gəlmədi axı. Qayıtdı ki, başınıza çarə qılın, səni aldadıb qaçdı. Allaha and olsun. Həmin gecə bütün komandirləri yığdım ki, başımıza çarə qılaq. Xramordu boşaldıb, kanalı özümüzə müdafiə səddi seçdik. Bunlar da kəndə girdilər. Hava işıqlaşanda Ağdama girəcəkdilər. O gecə saat 4-də 8 “BMP”, 8 tank, 4 “TŞK”, 13 topla kəndi necə atəşə tutduqsa, hamısını qırdıq. Təkcə 240 avtomat yığıb, kitaba yazdırdım.

Melkonyanı vuran oğlan Bakıda qəssablıq edir

– Monte Melkonyanın öldürülməsi yaman çox müzakirə olundu. O barədə nə bilirsiz?

– İbad Hüseynov gəlsin mənlə üzləşsin. O, yalan danışır. Melkonyanı biz öldürmüşük. Qırdığımız 60 erməninin içində onun da cəsədi vardı. Xalq Cəbhəsi onun meyitini 48 Xocalı əsiri ilə dəyişdi. Onu “qranatomyot”la qarnından vuran oğlan Bakıda qəssablıq edir. Əjdər adında ikiillik əsgər idi. Ayıb olmasın, iyrəndiklərindən tapancanı da belindən çıxartmadılar. Onun meyitinin fəxri qarovulunda Ter-Petrosyan durmuşdu. Onlar üçün çox hörmətli adam idi. İran-İraq müharibəsində də iştirak etmişdi.

– Həmin döyüş necə baş verib?

– Səhərə yaxın idi. Ermənilər “Qaraağacı” qəbiristanlığını atəşə tutdular. Melkonyan demişdi ki, Ağdama burdan girəcəm. Onda biz səngərdən çıxıb, üzümlüklə erməniyə tərəf gedirdik. Başladılar səngəri vurmağa. Minamyotla vurandan sonra arxayın oldular ki, artıq səngərdə adam qalmayıb. Pavilyonun yanından 60-a yaxın erməni gülə-gülə gəlirdi. Buraxdıq gəldilər postun qabağına. Başladıq onları qırmağa. İki dənə də tanklarını vurduq. Qaçanı qaçdı, öləni öldü. İbad Hüseynov heç o yerə bələd də deyil. Kəşfiyyat yolu ilə tək gedib, hansı erməninin içinə girə bilərdi ki? O, Melkonyanı harda öldürüb? Onu öldürən Əjdər adlı oğlandır. Buna 863-cü polkun hamısı şahiddir. Melkonyanın başı üstündə olub. İbad kimdir ki? Orda vuruşub? Ona Milli Qəhrəman adı verən komissiya məsuliyyət daşımalıdır. Sən o vaxt uşaq olmusan, indi Ağdama aparsalar tanıyarsan? Amma mən hər daşına bələdəm. Biz öldürdüyümüz adamı İbadın adına yazıblar.

– Əjdər hansı kənddəndir?

– Ağdamın Əhmədavar kəndindəndir. Erməniyə yaxın kənddir. Əjdər onda cavan uşaq idi. Yaxşı “qranatomyot” atırdı. Tank da vurmuşdu, BTR də. Yazdıq verdik, yazıq uşağa bir ad da vermədilər. Düzünə qalsa, o, Milli Qəhrəman olmalı idi. Ac qaldıq, susuz qaldıq, bacardığımız qədər vuruşduq. İndi bizim əməyimizi başqasına verirlər. Xramordu alandan sonra dağın belində post qurmuşduq. Postda 7 nəfər olurdu. Mingəçevirdən cavan oğlan gəlmişdi. Axşam postu dəyişəndə israr etdi ki, mən də gedim. Dedim gedirsənsə, get. Səhər postdakıları dəyişəndə gördüm ki, bizim uşaqları atəşə tutublar. 7 nəfərin 6-nı öldürüblər, bu gədə də yoxdur. Dədəsi gəldi ki, mənim oğlumu verin. Sən demə, bu qurumsağın nənəsi erməni imiş.

– Adı nə idi?

– Adı Natiq idi. 99-cu ildə Bakıya gəlmişdim. Hümbət kişinin evində televizora baxırdım. Vətənpərvərlikdən veriliş gedirdi. Gördüm, ay qardaş, bu gədəni tərifləyirlər ki, ay Xramordda “BMP” vurub, ay nə bilim, nə edib. 3 gün idi e bizə gəldiyi. Bizə “Aqanyok” jurnalı verirdilər. O vaxt Moskvada çap olunurdu. Baxdıq ki, gədə Azərbaycan bayrağının üstünə ayağını qoyub, yanında da iki erməni, gülürlər. Onu görəndə başım havalanır. O, canidir. 6 nəfəri öldürüb qaçıb.

– Vəli Babayev bir döyüşçü kimi nə itirdi, nə qazandı?

– Hər şeyimi itirdim, heç nə də qazanmadım. 6 il Vətənim uğrunda döyüşdüm. İndi də “serjant” pensiyası alıram. Bir dəfə də olsun qanpulu sığortamı ala bilməmişəm. İçalatım yoxdur, 3 dəfə yaralanmışam. Qəlpələr ayağımdadır. Qaraciyərimin parası, dalağım yoxdur…

– Peşmansız?

– Qətiyyən! Öz torpağım uğrunda vuruşmuşam. Allah bayrağımızı daima uca eləsin! Tanrı mənə ömür versin, Qarabağın azad olunmasını görüm. Onda İlham Əliyevin heykəlini Şuşada öz əllərimlə ucaldacam.

9 -dən səhifə 164