"AŞPA-nın qərarı ədalətsizdir. Bu, Azərbaycana olan təzyiqdir”.

Bunu Milli Məclisin bu gün, mayın 18-də keçirilən iclasında Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin rəhbəri Səməd Seyidov barəsində AŞPA-da sanksiya tətbiq edilməsi məsələsinə münasibət bildirərkən deyib.

O deyib ki, AŞPA-da yüksək vəzifədə təmsil olunan insanlar qanun-qaydanı pozduğu halda heç bir sanskiyaya məruz qalmırlar: "Ermənistan nümayəndə heyəti sanksiyaya məruz qalmayıb. Bu da ikili standartlardır. Azərbaycan öz haqq sözünü deyəndə sanksiyaya məruz qoyurlar, biz düz yoldayıq. Bu, mənim üçün qüsur yox, şərəfdir, çünki mən Azərbaycanın maraqlarını qoruyuram”.

"Azərbaycana qarşı AŞPA-da qəbul edilən sanksiya ilk deyil. Təəssüf ki, adını mətbuat orqanı qoyan bəzi saytlar bunu ilk sanksiya kimi əldə bayraq edir”.

Bunu spiker isə Oqtay Əsədov Milli Məclisin bu gün keçirilən iclasında bildirib. 

Spiker bildirib ki, belə bir sanksiya AŞPA-nın Azərbaycan Milli Məclisində keçirilən toplantısında da qəbul olunub: "Amma nə dəyişdi? Heç nə. O vaxt AŞPA-nın iclası Bakıda keçiriləndə biz Qarabağa qanunsuz səfər edən deputatın burada iştirak etməsinə icazə vermədik. Dərhal bizə qarşı sanksiya tətbiq etdilər ki, iki il Bakıda AŞPA-nın tədbirlərinə icazə verilməyəcək. Nə oldu? Bir il sonra özləri peşman oldular. Bizdə iclas keçirmək istədilər. Mən dedim ki, biz sanksiya altındayıq, olmaz. İndi də belə. Bu sanksiya da bizə təsir göstərməyəcək. Səməd Seyidovun fəaliyyətinə bələdik. Ona fəaliyyətinə görə təşəkkür edirik. O da, Azərbaycan nümayəndə heyəti də fəaliyyətini bundan sonra davam etdirəcək. Səməd, narahat olma. Sən daha da möhkəm, daha da mübariz ol”.

Kəndli: ''Qazancımız çörəkdən savayı heç nəyə yetmir''

"Otlaq sahələrinin çoxunda pambıq əkilib. İnsanlar yem dərdindən heyvanlarını satmalı olur. Boş qalan çox az sahənin icarə haqqı isə qalxıb. Bir sözlə, pambıq siyasəti kəndlilərin evin yıxıb”.

Beyləqanın Milabad kəndində təsərrüfatla məşğul olan insanlar belə deyir. Onlar əkin-biçin, heyvandarlıqdan gəlir əldə etmənin mümkün olmadığını söyləyirlər. Kənd sakinləri bildirirlər ki, sahələrin çoxunda dövlət pambıq əkdirir. Nəticədə heyvanlara otlaq sahəsi, əkinçilik üçünsə yer qalmır. Pambıqdan gələn gəlir isə qəpik-quruşdur deyirlər. Nəticədə kəndliyə əkin-biçin, heyvandarlıq, bir sözlə, kənd təsərrüfatı ilə məşğul olmaq sərf etmir.

Örüş, biçənək sahələrinə pambıq əkib, heyvandarlığı məhv ediblər

Kənd sakini Saleh Məmmədov deyir ki, əvvəl heyvan saxlayanlar yonca əkirdilər. İndi həmin sahələrin çoxuna pambıq əkilir: 

"Nəticədə insanlar heyvana verməli olduğu yemi pulla alırlar. Buna da hamının imkanı çatmır. Odur ki, heyvanı satmalı olurlar. Bununla da, həm heyvandarlıq məhv olub gedir, həm də gələcəkdə ətin qiyməti qalxa bilər. Məsələn, 3 hektar torpağı olanın cəmi 1 hektar yeri qalıb. Onunla da heyvan saxlaya bilmir. Bu dəqiqə Beyləqan kəndlərində əvvəllər sürüylə heyvan saxlayan əksər fermerin qapısında 1-2 inəyi qalıb. Onu da südünə, qatığına görə saxlayırlar”.

Yaxşı dolanırıq desək, inandırıcı olmaz

Həsən Babayev isə deyir ki, uzun müddət ticarətlə məşğul olub, mağaza işlədib. Manatın 2 dəfə devalvasiyaya uğraması onu müflis edib. Son çarəni əkinçilikdə görüb. Deyir, uzaqdan göründüyü kimi deyilmiş, indiki dövrdə təsərrüfatla məşğul olmaq çətin işmiş:

"Əvvəla, dövlət heç bir dəstək vermir. Düzü, dəstək üçün müraciət də etməmişəm. Çünki dəstək göstərdiklərini görürük, ancaq gübrədə bir balaca güzəşt var. Başqa heç nə. Öz hesabımıza nəsə əkib-becərirəm. Bəzən olur ki, qoyduğum pulu çıxara bilirəm. Bəzən də ziyanına işləyirik. İnanın, ölməmək üçün yaşayırıq. Burdan götürdüyümüz qazancımız ancaq çörəyimizə çatır. Yaxşı dolanırıq desək, inandırıcı olmaz, pis dolanırıq desək də, sual verəcəksiniz ki, onda burada nə gəzirsiniz. Başımızı qatırıq, heç nə...”.

Camaatda pul yoxdur

H.Babayev deyir ki, əslində ticarət işini davam etdirə də bilərdi. Anlayıb ki, qiymətləri qaldırsa, onsuz da əhalinin gücü çatmayacaq, nisyə istəyəcək, son nəticədə yenə müflis olacaq:

"Camaatda pul yoxdur. Hamı malı nisyə almaq istəyir. Bu da mənə sərf etmir. Nəticədə pay torpağım olmadığından, hər şeyi satıb, özümə bu yeri icarəyə götürdüm. İldə hektarına 300 manat verirəm. 3 hektardı, bu da 900 manat edir. İndi əkdiyim bu qarpızdan görün nə qədər gəlir götürməliyəm ki, həm icarəsini, həm xərcini, borcunu, həm də ailəmi dolandıra bilim”.

Kəndliyə 3 qəpik qala, ya qalmaya...

S.Məmmədov deyir, torpağın adı kəndlinin, dadı özlərinindir. Torpaq var, amma deyirlər, pambıq əkməlisən. Onun da xeyrini özləri görür:

"Necə? Deyək ki, kilosunu 50-55 qəpikdən alırlar. Onu elə edirlər ki, həmin puldan kəndliyə cəmi 3 qəpik qalır. Onun hamısı dərmana, yerə, texnika haqqına çıxılır. Yerdə kəndliyə 3-5 qəpik qala, ya qalmaya. Bir sözlə, sərf etmir”.

200 minə yaxın insan pambıqçılıqdan pul qazanır

Azərbaycan prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında ötən il 207 min ton, 2016-cı ildə 89 min ton, 2015-ci ildə isə 35 min ton pambıq yığıldığını söyləyib:

"Yəni iki il ərzində pambıq istehsalı demək olar ki, səkkiz dəfə artıb və 200 minə yaxın insan pambıqçılıq sahəsində çalışır, pul qazanır”.

2016-cı ildən başlayaraq pambıqçılığın inkişaf etdirilməsi hökumətin əsas diqqət ayırdığı sahələrdən birinə çevrilib. Hökumət bu sahəni inkişaf etdirməklə həm yeni iş yerlərinin açılmasını, həm də ölkəyə valyuta axınını artırmağı düşündüyünü bəyan edib.

Rəsmi məlumatlara görə, 2016-ci ildə Azərbaycanda 52 min 57 ha sahədə pambıq əkilib. Bu, 2015-ci ilin anoloji dövrünə nisbətən 33 min 373 hektar çox olub. 

2017-ci ildə isə rəqəm bir az da artıb. 136 min 413,2 hektar pambıq əkilib. İqtisadçı-ekspertlər dəfələrlə pambıqçılığın hazırda Azərbaycana xeyir verməyəcəyini, rentabelli olmayacağını, pambıqçılıq sahələrinin genişləndirilməsini otlaq sahələrinin hesabına baş verdiyini, son nəticədə ət istehsalının aşağı düşməsi və ətin qiymətinin artmasına səbəb olduğunu bəyan ediblər.(meydan.tv)

Fuad Əkbərov: “Diktatura rejimləri təkcə, öz xalqını və dövlətini geri salmır, ətraf ölkələr və xüsusən əməkdaşlıq etdiyi dövlətlər üçün də təhlükəli hesab olunurlar”

Əliyev hakimiyyəti ümumilikdə dünya üçün, xüsusən Avropa üçün təhlükə mənbəyidir. Azərbaycanda rejimin ömrü uzandıqca, onun korrupsiya və sair yanlış əməlləri ətrafı çirkləndirir. Bu sözləri siyasi fəal Fuad Əkbərov bildirib.

Onun sözlərinə görə, diktatura rejimləri təkcə, öz xalqını və dövlətini geri salmır, ətraf ölkələr və xüsusən əməkdaşlıq etdiyi dövlətlər üçün də təhlükəli hesab olunurlar: “Azərbaycan hakimiyyəti regionun lider dövləti olduğunu iddia edir, yalan statistika ilə xalqı aldatmaqla məşğuldur. Reallıq isə tam fərqlidir. Vətəndaşlar çətin şəraitdə, səfil gündə yaşayır, ilk fürsətdə ölkəni tərk edirlər. Əslində hakimiyyət insanları bir tikə çörəylə sınağa çəkir. Dövlətin sərvətini əxlaqsız əməllərinə sərf edir. Vətəndaşın haqq etdiyi sərvətləri insanların əzilməsi və daha zəzil günə düşməsi üçün xərcləyir. Neft və digər təbii sərvətlərdən əldə etdiyi gəlirləri, talamaqla məşğuldur. Bir müddət əvvəl, bu gəlirlərlə hətta avropalı deputatları ələ almaları barədə biabırçı faktlar üzə çıxdı. Hakimiyyət xalqı və dövləti iqtidarına qurban verməkdə davam edir. Azərbaycan hakimiyyətinin çirkin əməlləri Avropanın ən mötəbər təşkilatına qədər nüfuz edirsə, deməli vəziyyət daha ağırdı. Diktatura bütün ətrafını və əməkdaşlarını məhv edir”.

F.Əkbərov hesab edir ki, Azərbaycan diktaturası zaman-zaman dünya mətbuatının gündəmini zəbt edib: “Hökumət bir fakt göstərə bilməz ki, Azərbaycanı yaxşı mənada dünya gündəminə gətirsin. Ölkə iki halda gündəmə gəlib - ya Qarabağ mövzusunda, ya da hökumətin korrupsiya və bu kimi biabırçı davranışlarıyla. Ailə hakimiyyətinin və bu ailənin yaşı otuza çatmayan nümayəndələrinin Dubayda və digər yerlərdə dəyəri milyonlarla ölçülən mülklərin hesabı kimdən sorulmalıdır? Hər 3 aydan bir Avropanın müxtəlif dövlətlərində Azərbaycan hakimiyyətinin korrupsiya əməllərini ifşa edən materiallar dərc olunur. Lakin bu faktları təkzb edən bir bir açıqlamaya rast gəlinmir. Rejim bu davranışıyla xalq qarşısında özünü hesabatlı bilmir və eyni zamanda faktları təsdiqləyir”.

F.Əkbərov Avropa dövlətlərinə səslənib: “Avropanın nüfuzlu və təsir imkanı olan təşkilatları, ayrı-ayrı dövlətləri dictator İlham Əliyev və onun hakimiyyətilə əlaqələri kəsməlidir. Çünki, Avropa bu rejimlə əməkdaşlıq etdikcə, hakimiyyət çirkin əməllərinə haqq qazandırır və bu da ətrafa daha çox ziyan verməyə başlayır. Hesab edirəmki, Avropa həqiqətən demokratik dəyərlərin Azərbaycanda formalaşmasını istəyirsə, birmənalı olaraq İlham Əliyev diktaturası ilə əməkdaşlığa son qoymalı. Əks halda özü üçün təhlükə yaratmış olacaq. Hər halda Azərbaycan dünyanın bir parçasıdır. Burda baş verənlər digər dövlətlərə təsirsiz ola bilməz”.

Xeber.İnfo

Kiçik sahibkar, “Azad Düşüncə Mərkəzi” İctimai Birliyinin sədri Azər Əliyev ölkədə korrupsuya və məmur özbaşınalığının səbəbini daha aqressiv şəkildə yorumladı.

-Azər bəy, ölkədə azad sahibkarlıq mühitinin əsas problemlərini nədə görürsünüz?
– Azərbaycanda ümumən qiymətləndirsək azad sahibkarlığın olmasından danışmaq çox çətindir. Çünki, insanlar istədikləri fəaliyyəti göstərmək üçün hürr ola bilmədiklərindən bu mövzuda danışmaq ümumiyyətlə mümkün deyildir. Çünki, bir qrup biznes sahələrinə yüksək səviyyəli məmurlar rəhbərlik edir. Yerli və beynəlxalq hesabatlarda da Azərbaycanın biznes sektorunda kölgə iqtisadiyyatının yerinin daha çox olduğu bildirilir. Digər tərəfdən ölkəmizdə hər hansı işgüzarlıqla məşğul olmaq istəyənləri ağır bir korrupsiya sisteminin məngənəsi gözləyir. Həmin məngənənin ağırlığını hiss edən insan yönünü Rusiyaya, Türkiyəyə, Avropaya tutur və ölkəyə
qayıtmaq istəmir. Deyək ki, həmin məngənədən keçən adamlar var və onlar çalışmağa başlayırlar. Bu zaman onları inzibati vasitələrlə sıxmağa başlayırlar. Vergi, gömrük sistemi birbaşa aid olduğundan sahibkarlar və ya biznesmenlər üzərində öz hüquqi sələhiyyətlərindən istifadə edərək onların sıxışdırılması prosesini davam etdirirlər. Bundan başqa Epidemioloji stansiyaların əməkdaşları, Fövqəladə Hallar Nazirliyinin strukturları, kommunal xidmətləri həyata keçirən idarələrin işçiləri, bələdiyyələr, yerli icra orqanları və s. hamısı işgüzar insanları bir andaca “İŞSİZ” hala gətirirlər. Bütün bu yoxlamaların və sıxışdırılmanın da əsas məqsədi
rüşvətxorluqdur. Belə bir durumda azad sahibkarlıqdan danışmaq məncə olduqca gülünc görünür.

-Azər bəy, dedikləriniz kifayət qədər ciddi iddialardır. Bu dedikləriniz Sizin öz həyatınızda baş veribmi, yoxsa?

– Demək məsələ budur ki, insanlara ölkədə həm də ictimai mövqeyinə, siyasi baxışına görə də qiymət verirlər. Yəni, mənim QHT rəhbəri olmağım və sahibkarlığın inkişafına mane olan səbəbləri sadalayarkən məmurları tənqid etməyim məni bir andaca düşmən etmişdir. Buna görə də mən həmişə təzyiqlərə məruz qalmışam və həmin korrupsiya maşınının çarxlarında çox ağır şəkildə doğranmışam. İşgəncə almışam, fiziki məhv olunmağım üçün həyati təhlükə keçirmişəm və s.

-Heç hüquqlarınızın müdafiəsi və vəziyyəti dəyişmək üçün şikayətiniz olubmu?

-Mən 2015-ci ildən başıma gələnlərlə və ölkədəki durumla bağlı aidiyyatı qrumlara müraciətlər ünvanlayıram. Hər hansı nəticə olmayıb. Əksinə, mənə qarşı təzyiqlər artıb. Sonuncu dəfə də, Prezident İlham Əliyevə müraciət ünvanladım. Bildirdim ki, ölkədə btün məmurlar korrupsiyanın içindədir, buna son qoymaq üçün əməli addımlr atılmalıdır. Bunun da heç bir əhəmiyyəti olmadı. Məndə də təbii olaraq belə fikir formalaşdı ki, ölkə başçısının bütün baş verənlərdən xəbəri var. Yəni, şəxsən İlham Əliyev istəməsə kimsə rüşvət ala bilməz. Azərbaycanda bütün məmurlar korrupsiyanın içindədir. Demək Azərbaycanda sahibkarlıq mühitini dəyişmək üçün ilk növbədə siyasi rejim dəyişməlidir. Yoxsa azad sahibkarlıqdan danışmaq olduqca mənasızdır.

Çərşənbə axşamı, 15 May 2018 00:00

Netenyahu: "Eurovision-2019" Qüdsdə keçiriləcək

Yazan

Bu Portuqaliyanın paytaxtı Lissabonda keçirilən "Eurovision-2018" mahnı müsabiqəsində birinci yeri tutan israilli müğənni Netta Barazilanın "Toy" ("Oyuncaq") mahnısı əslində feminizimi təbliğ etdiyi üçün birmənalı qarşılanmadı. Üstəlik, mahnını dəcəl qız qiyafəsində və obrazında ifa edən Netta əslində maskalanaraq feminist çağırışlar etməsi ona qarşı sevgi deyil, qıcıq yaratdı. lakin bütün bunlara baxmayaraq bu cığıltılı və bəyənilməyən mahnı yarışmada birinciliyi əldə edə bildi. 

Əslində siyasi məqsədlər üzərində qurulmuş və siyasi məqsdələr üçün istifadə edilən "Eurovision" mahnı müsabiqəsi hər zaman olduğu kimi bu il də qalibin səsvermə ilə seçildiyini söyləsə də bu seçkilərin saxtakarlığı artıq bütün dünyaya bəllidir. Hər zaman Qərb dünyasının siyasi maraqlarına xidmət edən"Eurovision" mahnı müsabiqəsi bu dəfə məqsədli şəkildə İsrail təmsilçisini birinci yerə çıxartdı. Niyyət bəlliydi. Hazırda Fələstin torpaqlarında gedən müharibə ocaqlarına od tökmək, islam aləminin qırmızı xətti olan Qüds kimi müqəddəs yerdə eynicinsliliyi təbliğ edən yarışmanı keçirməklə müsəlmanların yarasının qaysağını qopartmaq niyyətiydi bu. 

Vetenugrunda.az-ın İsrailin "haaretz.com" saytına istinadən verdiyi xəbərə görə,  "Eurovision-2019" mahnı müsabiqəsi Qüdsdə keçiriləcək. 

"Netta, sən İsrailə böyük şöhrət gətirdin. Gələn il Qüdsdəyik!" deyən İsrailin baş naziri Binyamin Netanyahu "Eurovision" mahnı müsabiqəsinin gələn il Qüdsdə keçiriləcəyinə vəd verib. Bu barədə o, "Twitter"də yazıb.

Çərşənbə axşamı, 15 May 2018 00:00

Mobil monopoliya və tanımadığımız sirli oliqarx

Yazan

Azərbaycandakı mobil operatorların qiymət və xidmət sarıdan dünyada analoqunun olmaması heç kimə sirr deyil – əlbəttə ki, mənfi mənada. Soyğunçu qiymətlər, olduqca aşağı keyfiyyətli xidmət, müştərilərə qarşı sayğısızlıq, müxtəlif adlarla balansdan pul silinməsi və daha nələr-nələr – bütün bunlar bizim mobil operatorların “həyat kredosu”dur. Hamıya məlumdur ki, bizim mobil operatorların tətbiq etdiyi qiymətlər nə dünyadakı analoji şirkətlərin tariflərinə, nə də Azərbaycan əhalisinin alıcılıq qabiliyyətinə uyğundur. Bəs bazar iqtisadiyyatının ən başlıca ünsürü olan rəqabət mühitinin az qala sıfıra yaxın olduğu bu sektora nədən diqqət ayrılmır? Və bu anormal dərəcədə cəzasızlıq mühitindən istifadə edərək, külli miqdarda gəlir əldə edənlər kimlərdir? “Nar” ilə “Bakcell”i kim və niyə birləşdirir? “Azərfon” və “Bakcell” şirkətlərinin birləşdiyi barədə məlumat verən Xural.com saytının yazdığına görə, onsuz da inhisarçılığın at oynatdığı bu biznesə iş adamı Nəsib Həsənov nəzarət edir. Təkcə bu iki operator deyil, hətta “Azərcell”in səhmlərinə nəzarət paketinin də ona veriləcəyi iddia olunur. Bildirilir ki, hər zaman kölgədə qalmağa çalışan və geniş ictimaiyyətin demək olar, tanımadığı bu şəxs sözügedən iki şirkəti birləşdirməklə, monopoliyanın daha da gücləndirilməsinə xidmət edir. Qeyd olunur ki, N.Həsənov əvvəl CRA, indi isə CDP adı alan böyük bir biznes imperiyasının başında durur. Bu imperiyaya isə mobil operatorlarla yanaşı, “Normsement”, “Nobeloil” və hətta “Xalqbank” da daxildir. Həmçinin deyilir ki, şirkətin adının dəyişdirilməsi və bir neçə il əvvəl yenidən qurulması N.Həsənovun övladı barədə mətbuatda gedən yazılarla bağlıdır… main Ancaq məsələnin ən önəmli tərəfi şirkətin adı yox, iki mobil operatorun birləşdirilməsi səbəbləri və bunun rəqabət mühitinə göstərdiyi mənfi təsirdir. Bildirilir ki, hazırda faktiki olaraq, bu iki mobil operator bir mərkəzdən idarə olunur. Ancaq nədənsə bununla bağlı sözügedən şirkətlər tərəfindən yayımlanan hər hansı geniş və müfəssəl məlumata rast gəlinmir. Əslində, iş prinsipləri sarıdan heç bir fərqi olmayan bu iki və hətta hər üç şirkətin birləşib-birləşməməsinin artıq elə bir önəmi qalmır. Məlumata görə, birləşmənin məqsədi ixtisarlar aparılması və idarəetmə xərclərinin azaldılmasıdır. Belə nəticə çıxarmaq olar ki, hətta bu fantastik dərəcədə soyğunçu qiymətlərlə belə, sözügedən şirkətlərin qazancı onların sahiblərini qane etmir. Ya da ki, başqa bir ehtimala görə, sözügedən operatorların xərclərində hansısa şişirtmələrə yol verilməsi və digər səbəblər vardır ki, nəticədə onların birləşdirilməsi və xərclərin azaldılmasına ehtiyac yaranıb. Səbəbin nə olmasından asılı olmayaraq, bu birləşmə və yeni inhisarçı “monstr”ın yaranması hər birimizin aid olduğu müştəri kontingentinə yaxşı heç nə vəd etmir. Görün vəziyyət nə yerə çatıb ki, çoxsaylı şikayətlərə baxmayaraq, hər üç operatorun mobil danışıq və internet üçün tətbiq etdiyi soyğunçu qiymətlər bir tərəfə, abunəçilərin balansından müxtəlif adlarla vəsaitlərin silinməsi ənənəsinə də son qoyulmur ki, qoyulmur. Bu operatorlar provayder adı altında fəaliyyət göstərən müəmmalı şirkətlərlə “əməkdaşlıq” edir. Həmin şirkətlərin isə əsas qazanc mənbəyi abunəçilərə lazımsız video, musiqi parçaları, bürclər və digər məlumatları sırımaqdır. Abunəçiyə qısa nömrələrdən zəng, yaxud mesaj göndərilir, o da çaşıb bunlardan birini qəbul etdisə, necə deyərlər, uçdu paralar. Müştəri bununla da “sayğaca otuzdurulur” və balansdan gündəlik olaraq müəyyən məbləğ silinməyə başlayır. Bunun qarşısını almaq üçün isə müştəri operatorun xidmət mərkəzinə yaxınlaşmalı, saatlarla növbədə durmalı, əsəb və vaxt sərf etməlidir. Bugün hansı operatorun xidmət mərkəzinə yaxınlaşsanız, gün ərzində minlərlə müştərinin bu özbaşınalıqla bağlı şikayət etdiyini görərsiniz. Provayder adı ilə müştəriləri soyan şirkətlər… “AzPolitika.info”nun apardığı araşdırma sonunda bəlli oldu ki, operatorların “quyruğuna” və abunəçilərin qəniminə çevrilən bu provayderlərin hər müştəridən çırpışdırdığı gündəlik vəsait 59 qəpikdən başlayır. Mobil operatorların özlərinin yaydığı məlumata görə isə “Azərcell”in 4.5 milyon, “Bakcell”in 3.6 milyon, “Nar”ın 2 milyondan artıq abunəçisi var ki, bu da ümumilikdə 10 milyon müştəri deməkdir. Ən aşağı hesablamalarla 10 nəfərdən birinin bu fırıldağın toruna düşdüyünü təxmin etsək, bu, gündəlik 1 milyona yaxın nömrədən vəsait silinməsi deməkdir. Bunu da 59 qəpiyə vursaq, gündəlik 500 min, aylıq 15 milyon manata yaxın vəsaitdən söhbət gedir. Hara, kimlərin cibinə gedir bu vəsait? Və həmin şirkətlərin Nəsib Həsənovun icazəsi olmadan bu cür “fəaliyyəti” mümkündürmü? Fikrimizcə yox. Əksinə, ortadakı külli miqdarda vəsaitin bu provayderlərin vasitəsilə əslində mobil operatorların kassasına axması daha inandırıcı görünür. kriz-smsc-platformu Ən maraqlı məqamlardan biri də sözügedən vəsaitdən vergi tutumu məsələsidir. Ümumiyyətlə, bu yolla əldə olunan vəsaiti izləmək və ona vergi tətbiq etmək nə dərəcədə mümkündür? Bir sözlə, ilk baxışdan qəpik-quruş təsəvvürü yaratsa da, əslində on milyonların havada uçuşduğu bu “biznesdə” qaranlıq məqamlar olduqca çoxdur … Biz, sözügedən şirkətlərin siyahısını əldə edə bilmişik, buyurun, operatorlarla əlbir olub, balansınıza qənim kəsilənləri siz də tanıyın: Stream Proactive Novamedia (FRBT service) Navigator (NMS) Infostrim Babylonia AS SERVICE GROUP DSC Innovat Intellic MLab Mobile Solutions and Marketing Technologies LLC MobirMarko MSM RMS RSG Simtoday SMARTY LLC TMG LLC Ventura Tech Vialink Voida Onu da qeyd edək ki, bu siyahıda ilk beşliyə daxil olanlar xüsusi “fərasəti” ilə seçilir və mobil operatorlar məhz bu şirkətlərin vasitəsilə abunəçilərin vəsaitlərini tozsovuran kimi sovurmaqdadırlar. Göründüyü kimi, inhisarçılığın yaratdığı ən böyük bəlalar müftəxorluq və cəzasızlıq mühitidir ki, bu da hazır mobil rabitə sektorunda hökm sürməkdədir. Böyük biznes imperiyası olan şəxsi “gördüm” deyən tapılmır Ïàïêà äëÿ äîêóìåíòîâ â ðóêàõ áèçíåñìåíà êðóïíûì ïëàíîì Qayıdaq N.Həsənovun personasına. Göründüyü kimi, bu adamın mobil rabitə bazarı ilə yanaşı, neft və sement biznesində və hətta bank sektorunda əhəmiyyətli payı var. Bununla yanaşı, ona məxsus olduğu deyilən CRA Qrupun Pirallahı rayonunda çox böyük bir əczaçılıq kompleksi tikdirdiyi barədə məlumatlar var. Azərbaycanda çoxumuzun tanımadığı və kölgədə qalan bir şəxsin belə şaxələnmiş iri biznes imperiyası qurmasının böyük uğur olduğunu desək, bu, çox sadə səslənər… Əslində, əhalinin çox böyük qisminə ximət edən mobil operatorlar şəffaflıq və hesabatlılıq baxımından nümunə olmalıdırlar. Ancaq bu şirkətlərə başçılıq etdiyi bildirilən N.Həsənovu nə ictimaiyyət qarşısına çıxan, nə də hesabat verən görmüşük. Görəsən, kənardan görünüşdə ən uğurlu iş adamlarından biri olan bu şəxsin kölgəyə çəkilməsinin səbəbi nədir? Məsələn, qardaş Türkiyədə iri iş adamları hər yeni layihəni özləri təqdim və hətta reklam edirlər. Çünki gizlədəsi bir şeyləri yoxdur, əksinə, uğurları ilə fəxr edir və bölüşürlər. Ancaq N.Həsənovun nəinki hansısa layihəni təqdim etməsinin şahidi olmuşuq, əksinə, Azərbaycanda “onu gördüm” deyənə rast gəlmək müşkül məsələdir. Yalnız o məlumdur ki, cənab Həsənov əslən Sədərək rayonundandır. Elə bu gizlinliyin nəticəsidir ki, Azərbaycanda mobil rabitə də daxil olmaqla, hələ də bir çox sahələrdə inhisarçılıq at oynadır və kimlərsə bundan milyonlar qazanır…

Bu barədə Rusiya mətbuatı xəbər verir.

Yaralananların sayı 1600-ü keçib.

Hərbiçilər etiraz aksiyalarının iştirakçılarına qarşı birbaşa atəş açır.

Aksiyalar ABŞ-ın Qüdsdə səfirlik açması ilə bağlı daha da şiddətlənib.

İsrail tərəfi sərhədin 12 məntəqəsində 35 mindən çox etirazçının olduğunu bildirib. 

Aksiya iştirakçıları yanar maye olan şüşə qabları İsrail hərbiçilərinə tərəf atırlar, təkərləri yandırır, sərhəd qurğularını dağıtmağa çalışırlar.

Əsgərlər isə, aksiya iştirakçılarına qarşı xüsusi vasitələr istifadə edirlər.

Sərhədin dağıdılmasından ehtiyat edən İsrail tərəfi Qəzza bölgəsinə əlavə iki piyada briqadası, İordan çayının qərb sahilinə bir piyada briqadası gətirib.

Etiraz aksiyalarının başlanmasından ay yarım ötüb. Mayın 14-də ABŞ səfirliyinin açılışı günü fələstinlilərin "Böyük qayıdış marşı” kulminasiya nöqtəsinə çatıb.(Meydan.tv)

Şənbə, 12 May 2018 00:00

Atəşkəsin 24 yaşı tamam oldu

Yazan

Bu gün, mayın 12-də Azərbaycanla Ermənistan arasında atəşkəs elan edilməsinin 24 ili tamam olur.

Atəşkəslə bağlı təklif o vaxt Rusiyadan gəlib. Azərbaycan və Ermənistan buna razılıq verib. 1994-cü il mayın 12-də bununla bağlı Qırğızıstanda "Bişkek protokolu" ( şəhərin adından götürülüb-R) imzalanıb.

24 il davam edən atəşkəs dövrü ərzində tərəflər arasında ən böyük hərbi toqquşma 2016-cı il aprel ayının əvvəlində baş verib.

Bu zaman hər iki tərəfdən onlarla itkilər olub. Azərbaycan Ordusu “Lələtəpə” yüksəkliyini və Tərtər rayonu istiqamətində Talış kəndi ətrafında bəzi mövqeləri geri alıb.

Qarabağ münaqişəsi 1988-ci ildən başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına kimi Azərbaycanın Dağlıq Qarabağ bölgəsi, ona bitişik 7 rayon və daha bir neçə kənd işğal edilib.

Qarabağ münaqişəsinin tənizimlənməsi ATƏT-in Minsk qrupuna həvalə edilib. ABŞ, Fransa və Rusiya həmsədr dövlətləridir.

Minsk qrupu tərəflərə indiyə kimi, əsasən, üç təklif verib. Münaqişənin paket həlli, münaqişənin mərhələli həlli və "Ümumu dövlət" konsepsiyası.

Birinci varianta görə, işğal edilən ərazilərlə status məsələsi paket həll edilməlidir. İkinci variantda isə əvvəlcə ərazilər boşaldılmalı, sonra isə statusa baxılmalıdır. Üçüncü variantda münaqişə zonasında ümumi dövlətin yaradılmasından söhbət gedir. Azərbaycan münaqişənin mərhələli həllinə tərəfdardır. Bu variantlardan heç biri qəbul edilməyib

Daha sonra həmsədrlər əvvəlki üç varianta söykənən "Madrid prinsipləri"ni təklif ediblər.

Bu, müxtəlif filmlərdə vaxtaşırı gördüyümüz səhnədir: fiziki və ya əqli qüsuru olan birini kütlə əhatəyə alaraq ələ salır, əylənir, alçaldır. Və seyrçiləri alçaltma prosesinə fokuslandıran bu "klounada”nın mütləq bir aparıcısı vardır.

Fikir vermişəm, rejissorlar adətən belə səhnələrin mizanlarını da eyni cür qurur, personaj konsepsiyalarını oxşar işləyir. Əslində rejissorların ötürdükləri mesaj da fərqli olmur: əylənəcəyə susayan, gücün alçaltdığı kütlənin özlərindən daha zəif, zavallı birisini alçaltmaq ehtirası...  

Bir neçə gündür ki, müzakirə olunan, "El bizim sirr bizim” verilişində Elçin Əlibəylinin Maral Tahirqızını təhqiretmə səhnəsi həmin epizodları xatırlatdı. Elçin seyrçiləri, iştirakçıları qadını alçaltmağa aşkarca təhrik edir. O, həm də bu səhnənin rejissorudur. Amma onun mesajı da, məqsədi də başqadır... 

"El bizim sirri bizim” bütün teleməkanın dəqiq güzgüzüsdür, Elçin isə ümumiləşmiş obrazı.  

Elçin televiziya nəzəriyyəsini pis bilmir. Bu mövzuda uzun yazıları da var. Hətta sənətşünaslıq üzrə fəlsəfə doktorudur. O, əla bilir ki, kimliyindən asılı olmayaraq müsahibinə həqarət etmək və üstəlik, başqalarını onu təhqir etməsi üçün münbit şərait yaratmaq, tərəf olmaq jurnalistikanın prinsiplərinə tüpürməkdir. Məsələnin mənəvi tərəflərini demirəm hələ. Amma Elçin bilə-bilə buna gedir, əməl etməli olduğu prinsiplərə göz yumur, iyrənc bir epataj-tamaşa qurur. 

Alçaldıcı manerası, rişxəndli, iblisanə təbəssümü ilə, köməksiz, zavallı bir qadıncığazın linçlənməsini təmin etməklə, hər şeydən əvvəl özünü aşağıladığının fərqində deyil. Çünki kimisə alçaltmaq, ilk növbədə alçaldanın kimliyini ifadə edir. 

Verilişə dəvət olunan qonaqlar dəhşət qarışıq acı gülüşlə Maral Tahirqızını süzür. Sanki incəsənətin bərbad vəziyyətdə olmasının, cəmiyyətdəki depressiyanın, onların uğursuzluqlarının tək səbəbkarı odur. 

Və bu alçaltma prosesində ləyaqətli davranan da Maral Tahirqızıydı.  

Doğrudan da  sənətşünaslıq üzrə fəlsəfə doktoru, Beynəlxalq Televiziya və Radio Akademiyasının həqiqi üzvü Elçin Əlibəyli niyə bayağılığa, təhqirə əl atır, jurnalistikanın dəyərlərini tapdalayır? 

Doğrudanmı o, musiqidəki zövqsüzlükdən narahatdır? 

Tele-aparıcıların, telekanal rəhbərliyinin əsas arqumenti budur ki, çal-çağırlı ucuz şoular tamaşaçı tələbatının diktəsidir. Amma oratda daha güclü arqument var. Youtubedə - bu verilişdən - Maral Tahirqızı ilə yayımlanan parçanın altındakı şərhlərə baxın. Şərhlərdə  telekanalların yeritdiyi siyasət də, aparıcıların davranışı da qınanılır. Bu, tamaşaçı rəyləridir.

Tamaşaçının tələbatını da, trendi də əksər hallarda istehsalçı yaradır. "Gözəllik haqda mif” əsərində müasir dünyada norma sayılan gözəllik anlayışını araşdıran amerikalı yazıçı Naomi Vulfa görə müasir moda, estetik-plastik əməliyyat sənayesi qadını məqsədli şəkildə gözəlliyin əsiri edir. Yəni yeni moda trendlərinin, estetik əməliyyatların təbliği ilə qadınlarda buna istək və tələbat yaradılır. 

Eynilə "El bizim, sirr bizim” tipli verilişləri tamaşaçıya sırımaqla bu cür verilişlərin tələbatını diktə edir və onun müti, gerizəkalı obrazını yaratmağa cəhd olunur. Boynumuza qoymağa çalışırlar ki, siz busuz.  

Üstəlik, ucuz şoular intellekt, ağıl, zəhmət, əmək xərclənməyən asan qazanc vasitəsidir... 

Elçin kimi savadlı adam karikaturaya döndərilmiş tele-məkanda keyfiyyətli proqram təqdim edə bilmir, o, potensialını realizə edə bilmədiyi üçün qəzəblidir. Bu mənada onun Maral Tahirqızına münasibətində freydist motiv dayanır. Yəni o, yaradıcı, intellektual imkanlarını göstərə bilmədiyindən Maralları qurban seçir, gerçəkləşdirə bilmədiyi enerjisini belə alçaltma aktına çevirir. Halbuki, Maral Tahirqızılar həm də telekanalların əsəridir.  

Verilişin əvvəlində Elçin Maral Tahirqızının ünvanına qalib ədayla, istehzalı suallar yağdırır. Hərçənd səsləndirilən suallar elə Elçinin fəaliyyətinə də adekvatdır:

- Elçin, siz kimsiniz? 

- Hansı meyarlara əsasən özünüzü tele-aparıcı sayırsınız? 

- Həqiqətən, sənətşünaslıq üzrə fəlsəfə doktoruyla nə baş verməldir ki, o özünə bu cür davranış tərzini icazə versin?   

- Siz teleaparıcılığın qara, son nöqtəsi olduğunuzun fərqindəmisiniz?

kulis.az

Abşeron Rayon İcra Hakimiyətinin başçısı İradə Gülməmmədovanın Baba adlı qoçusu Qarabağ əlilinin başını yarıb.

Bu barədə "Kanal 13" internet televiziyasının əməkdaşı Dəyanət Babayev sosial şəbəkədə məlumat yayıb. Məlumatda deyilir ki, "Baba adlı qoçu başının adamları ilə birlikdə 2-ci qrup Qarabağ əlilindən rüşvət istəyib, səbəb olaraq onun evinin guya qanunsuz tikili olduğu göstərilib. Amma əlil olan bu zavallı adam rüşvət vermədiyi üçün ona hücüm edilib və onu döyüblər. Qarabag əlili isə etiraz olaraq həmin evi açıqlama verərkən yandırdı, cənab prezidentə səsləndi ki, ona qarşı haqsızlıq davam etsə, növbəti dəfə artıq özünü asacaq. Bir insan Vətən üçün canından keçir, İcra başçısı isə, görün, onun başına hansı oyunları açır!"

8 -dən səhifə 187