Friday, November 24, 2017

İspaniyada mikroavtobusun insanların üzərinə sürülməsi nəticəsində xeyli insan xəsarət alıb.

Hadisə Barselona şəhərində qeydə alınıb. Məlumata görə, hadisə şəhərin mərkəzində, Rambla küçəsində qeydə alınıb. Hadisə nəticəsində azı 20 nəfər xəsarət alıb. Hadisəni törədən sürücü ərazidən qaçıb. 

İspaniyanın Barselona şəhərində törədilən terror aktı nəticəsində ölənlərin sayı 13 nəfərə çatıb.

 Polis Barselonada, Las Ramblas turizm bölgəsində avtomobili kütlənin üstünə sürən şəxsin kimliyi müəyyənləşdirib.

Bu barədə "El Pais" nəşri Mülki Qvardiyadakı mənbəyə istinadən xəbər verib.

Məlumata görə, bu, Driss Oukabirdir. O, avtomobili Barselona vilayətinin Santa-Perpetua-de-Moqoda yaşayış məntəqəsində icarəyə götürüb.

Hakimiyyət bu media qurumunu ram etmək üçün Mehman Əliyevə sürəkli və çoxsaylı imkanlar təklif edib

Artıq neçə ildir ki, Azərbaycanda müstəqil vətəndaş cəmiyyəti sıradan çıxarılıb, azad mətbuat çökdürülüb.

Hakimiyyətdən asılı olmayan mətbuat orqanları barmaqla sayılası qədərdir ki, onlar öz fəaliyyətlərini çox çətinliklə davam etdirirlər. Həmin media orqanlarından biri "Turan” İnformasiya Agentliyidir. Adıçəkilən agentlik Azərbaycanın müstəqillik tarixi ilə həmyaşıddır. Ölkənin ən qocaman, stajlı və təcrübəli media qurumlarından biridir. Daxildə və xaricdə etibarlı tərəfdaşları və nüfuzu var. Məlumatlarını 3 dildə - Azərbaycan, ingilis və rus dilində yayır. Mətbuatın "Qızıl qaydası”- na, qarşı tərəfin mövqeyini işıqlandırmağa həmişə əməl etməyə çalışır.

Ən mühüm keyfiyyətlərindən biri odur güclü təzyiqlərin və böyük vədlərin qarşılığında indiyə qədər öz dəsti- xəttini və müstəqilliyini qoruyub saxlayıb. Təbii ki, bu keyfiyyətlər və nümunələr- oxucuya obyektiv və operativ məlumat çatdırmaq imkanları avtoritar rejimlərin mahiyyəti ilə tərs mütənasibdir. 

İmtiyazlardan imtinanın bədəli…

"Turan” İnformasiya Agentliyində ölkənin tanınmış və istedadlı jurnalistləri çalışıb və bü gün də çalışır. Öz peşə fəaliyyətini yerinə yetirərəkən polis- məmur fiziki zorakalığına məruz qalmaqdan tutmuş, qətlə yetirilən, dünyasını dəyişən jurnalistlərə (Fərhad Kərimov, Adil Bünyadov) qədər böyük bir camiə bu mətbuat orqanının sadiq əməkdaşları olub. "Turan” böyük bir məktəb yaradıb. Məktəbin yaradıcısı isə agentliyin rəhbəri Mehman Əliyevdir. Bir neçə gün öncə Vergilər Nazirliyinin timsalında hakimiyyətin "Turan” İnformasiya Agentliyinə qarşı vergidən yayınma ittihamı ilə cinayət işi açması və agentliyin ofisində heç bir de-yure və praktiki əsas olmadan axtarış aparmasıını onun xarakteri və şəxsiyyəti ilə əlaqələndirmək daha düzgün olardı. Çünki "Turan”nın indiyə qədər ayaqda olması, rejimin çoxsaylı basqılarına və imtiyazlarına boyun əyməməsinin əsas səbəbkarı odur. Daha dəqiq desək, onun müstəqil, azad və həqiqətpərəst olmasındadır. Agentliklə yaxından əməkdaşlıq edən şəxs kimi qeyd edə bilərəm ki, hakimiyyət bu media qurumunu ram etmək üçün Mehman Əliyevə sürəkli və çoxsaylı imkanlar təklif edib. Vəzifə, ev, ofis, pul və s. 

Amma təkliflər qəbul olunmayıb. Hələ Heydər Əliyevin sağlığında onun özü tərəfindən Mehman Əliyevə onun komandasında işləmək təklif olunub. O, təklifi qəbul etməyib. Eyni təklif İlham Əliyev komandası tərəfindən də irəli sürülüb. Bildiyim qədəri ilə son təklif isə yaxın zamanlarda Əliyev- Paşayevlər komandası tərəfindən bildirilib. Təklifi qəbul etməyən M.Əliyev təbii ki, bilirdi ki, bu imtinaya görə onu və təmsil etdiyi agentliyi acınacaqlı tale gözləyir. Və artıq həmin gözləntilər reallaşmaqdadır…

Haşiyə: "Turan”a qarşı vergidən yayınma ittihamının irəli sürülməsi əsassız olduğu qədər də absurddur və siyasi sifarişdir. Reklam, abunə, rəqabət mühitinin olmadığı ölkədə öz daxili imkanları hesabaına bir media qurumunun ayaqda durması fədakarlıqdır. Bu fədakarlığı alqışlamaq əvəzinə onu susdurmaq cəhdi isə həqiqətin ağzına daş basmaq, azad sözü boğmaq və qisasçılıqdır. Digər tərəfdən, ölkəni talayanların, onun malını, mülkini, neft gəlirlərini oğurlayıb ofşar zonalara daşıyanların azad media nümunəsini vergidən yayınmaqda ittiham etməsi tarixin acı ironiyasıdır. Görəsən harın övladlarına dəyəri milyonlarla ölçülən maşın alıb günahsız insanların ölümünə səbəb olan rüşvətxor məmurlar bu ölkənin vergi orqanların ömürlərində bir dəfə də olsun vergi ödəyiblərmi? Görəsən böyük və dəbdəbəli otelləri, şadlıq sarayları, istirahət mərkəzləri, ticarət obyektləri, istilikxanaları, biznes strukturları, ölkədə və xaricdə villaları olan məmurlar dövlət büdcəsinə nə qədər vergi ödəyiblər? Ödəyiblərsə həcmi nə qədərdir, ödənişin həcmi və gəlir bəyannamələrini indiyə qədər niyə təqdim etmirlər?

Bu hakimiyyət rüşvətin, korrupsiyanın içində olduğundan cəmiyyətdə çirkaba bulaşmamış, təmiz adamları görmək istəmir. Çünki korrupsiyalaşmış rejimlər təmiz və dürüst insanların üstünlük təşkil etdiyi cəmiyyətləri idarə etməkdə çətinlik çəkirlər. Onlar istəyir ki, ölkənin tanınmış, nüfuzlu insanlarını hər hansı formada öz əməllərinə şərik edib onları da çirkaba bulaşdırsınlar ki, cəmiyyəti rahat idarə etsinlər. "Turan” İnformasiya Agentliyinə cinayət işinin açılması da, başda agentliyin rəhbəri Mehman Əliyev olmaqla bu mətbuat qurumunun fədakar əməkdaşlarının indiyə qədər azad mətbuat prinsiplərinə sadiq qalmalarıdır. Çirkaba, cinayətə bulaşmamalarıdır. Təbii ki, dəyərlərini və prinsiplərini qoruyan insanların hər şeyə alqı- satqı gözü ilə baxan hakimiyyət dəlları ilə bazarlığa getməməsi onları hövsələdən çıxarıb bu cür avantürüst addımlar atmağa sövq edir.

Prezidentin ev təklifindən imtina edən 60 yaşlı kirayəşin…

Bəlkə də çoxu bilmir ki, Prezident Administrasiyasının jurnalistlərə ev paylaması kampaniyası başlayanda pulsuz mənzil verilməsi ilə bağlı ilk təkliflərdən biri Mehman Əliyevə və "Turan”- a edilib. Bəlkə də çoxu bilmir ki, bu təklifdən imtina edən, bir neçə gündən sonra 60 yaşı tamam olacaq Mehman Əliyev uzun müddətdir ki, krayədə yaşayır. Bəlkə də çoxu bilmir ki, "Turan”- a olan bu basqılar ona bir müddət öncə Prezident Aparatından təklif olunan "Gəl, bizimlə işlə!” təklifini qəbul etməməyin bədəlidir.

"Turan” qapadıla, Mehman Əliyev həbs oluna bilər…

Əslində "Turan” İnformasiya Agentliyinə qarşı qaldırılan cinayət işi Mehman Əliyevin şəxsinə qaldırılan cinayət işidir. Məqsəd bu təmiz və dürüst, hakimiyyətin çirkablarına bulaşmayan insanı ram edib, onu çirkaba salmaqdır. "Turan” qapadıla, Mehman Əliyev həbs oluna bilər. Amma bu insanı yaxından tanıyan birisi olaraq deyə bilərəm ki, onu ələ almaq, mübarizəsindən döndərmək mümkün deyil. Çünki özünün də dediyi kimi onun bir amalı və vəzifəsi var; həqiqəti demək. Həqiqəti demək üçün isə məkan və zaman nisbidir. Yəni azad insan haqq bildiyi sözü hər yerdə- azadlıqda və həbsdə, hər zaman deyə bilər. Və deyəcək.

Bu gün, avqustun 17-də Nəsimi Rayon Məhkəməsində vicdan məhbusu Əfqan Muxtarlı, onun barəsində seçilmiş həbs qətimkan tədbirinin daha 2 ay uzadılması haqqında qərar şıxarılan prosesdə bəyanatla çıxış edib. 

Vəkil Nemət Kərimli “Basta” əməkdaşı ilə söhbətində bildirib ki, Əfqan Muxtarlı öz çıxışında həbsinin birbaşa İlham Əliyev tərəfindən sifariş edildiyini deyib. 

“Mən 1993-cü ildən Əliyev hakimiyyətinin qanunsuzluqlarına qarşı mübarizə aparıram. Jurnalist kimi Azərbaycandakı korrupsiya və hakim ailənin biznesini ifşa edən araşdırmalar aparmışam, yazılar yazmışam. Mənim son dövrdəki yazılarım əsasən Əliyev hakimiyyətinin korrupsioner mahiyyətinin ən çox ifşa olunduğu Meydan TV-də dərc olunub. Meydan TV-nin qurucusu Emin Milli Avropada olduğu üçün, ona əlləri çatmadığı üçün mənim həbsimi sifariş ediblər. Emin Milli ilə əməkdaşlıq etdiyim üçün, onunla dostluq etdiyim üçün məndən qisas almaq qərarına gəliblər. Həbsimi birbaşa İlham Əliyev sifariş edib…

Biz Azərbaycanda azad, demokratik cəmiyyətin qurulması uğrunda mübarizə aparmışıq. Mübarizəmizin məqsədi o deyildi ki, Əliyevlər hansısa məmurların, müstəntiqlərin, prokurorların əli ilə Azərbaycanda idbar bir rejim qursun. Repressiyaları nə qədər artırsanız da, biz mübarizəmizi davam etdirəcək və qalib gələcəyik”, – Əfqan Muxtarlı belə deyib. 

Jurnalist Əfqan Muxtarlı mayın 29-da müəmmalı şəkildə Tbilisidən Bakıya gətirilib.

Jurnalist özü Gürcüstandan oğurlanaraq gətirildiyini, rəsmi qurumlarsa onun sərhədi qanunsuz keçərkən Azərbaycan ərazisində saxlanıldığını bildirir.

Ona Cinayət Məcəlləsinin 315.2-ci maddəsi ilə (hakimiyyət nümayəndəsinə güc tətbiq etməklə müqavimət göstərmə), 318.1 (sərhədi qanunsuz keçmə) və 206.1 (qaçaqmalçılıq) maddələri ilə ittiham irəli sürülüb.

Ə.Muxtarlının məsələsi ilə bağlı Gürcüstanda da cinayət işi açılıb. Bu ölkənin prezidenti jurnalistin xanımını qəbul edərək şikayətlərini dinləyib.

Bu il iyunun 15-də isə Avropa Parlamenti jurnalist Ə.Muxtarlı barədə qətnamə qəbul edərək, Azərbaycan hökumətindən onun dərhal azad edilməsini və bütün cinayət ittihamlarının ləğv edilməsini istəyib.

Qətnamədə yazılır ki, Gürcüstan İnsan Haqları üzrə Avropa Konvensiyasının tərəfdar dövlətidir və onun ərazisində yaşayan Azərbaycan vətəndaşlarının təhlükəsizliyini təmin etmək, onların güclə vətənə aparılmasının qarşısını almaq məsuliyyəti var.

Dünya şöhrətli alim Lütfi Zadənin Azərbaycanda dəfn edilmək haqqında vəsiyyəti xeyli müzakirələrə səbəb olub.

Onun oğlu Norman Zadə AzVision.az-a müsahibə verərək yenidən bəzi məqamlara aydınlıq gətirib:

- Hazırda atanızın sağlamlıq vəziyyəti necədir? 

- Burada ona çox yaxşı baxırlar, bütün ehtiyaclarını qarşılayırlar. Ancaq təəssüf ki, insan yaşlandıqca qarşılaşdığı problemlər də çoxalır. O vaxtının böyük hissəsini yataqda keçirir, çox hərəkət etmir. Xəstəliyin öhdəsindən gəlməyə çalışsa da, yaş öz sözünü deyir: Onun 97 yaşı var. 

- Atanızın Azərbaycanda dəfn edilmək arzusu ilə bağlı nə etməyi düşünürsünüz?

- Mən Azərbaycanın Los-Anclesdəki konsulluğuna müraciət etməyi planlaşdırıram. Anladığım qədəriylə, Azərbaycan prezidenti də onun Bakıda dəfn edilməsini istəyir. Bu barədə Azərbaycan Respublikasının prezidentindən e-mail də almışam. Atamın dünyadan köçəcəyi həmin qorxunc gün gəldiyi zaman onun nəşinin Bakıya göndərilməsini təşkil edəcəyəm. İnanıram ki, professor Şahnaz xanım da bu işdə mənə kömək edəcək.

- Siz professor Şahnaz Şabanovanı haradan tanıyırsınız?

- Şahnaz xanım mənim atamın dostudur və atamın qayğısına qalır. Mən onu, sadəcə, bir və ya iki dəfə görmüşəm. İnanıram ki, o, atamın nəşinin Azərbaycana göndərilməsinsdə mənə kömək edəcək. Bu haqda konsulla görüş zamanı ətraflı məlumat alacam. Ola bilsin ki, mən işi Şahnaz xanımla yox, bir başa konsulluqla həll edim.

- Bəziləri ona görə atanızın Azərbaycanda basdırılmaq istədiyinə inanmırlar ki, ananız ABŞ-da dəfn edilib…

- Əslində, onlar hər ikisi yandırılmaq istəyirdilər. Bu, o deməkdir ki, onlar küllərinin basdırılmasını istəyirdilər. Mən də istərdim ki, onları yan-yana ABŞ torpağında dəfn edəm. Ancaq atam fikrini dəyişdi və Azərbaycanda dəfn olunmaq istədi. Mənə, sadəcə, onların arzularını yerinə yetirmək qalır və bununla bağlı deyə biləcəyim heç nə yoxdur.

Anamın Azərbaycanda dəfn edilməsi üçün heç bir səbəb yox idi. Eləcə də, əgər atam ömrünün sonlarına yaxın Azərbaycanda ABŞ-dan daha çox sevildiyini anlayıbsa, düşünürəm ki, bu arzusu heç də əsassız deyil. O, azərbaycanlıdır, Azərbaycanda doğulub və orada dəfn olunmaq istəməsi tamamilə məntiqli addımdır. 

- Bu məsələyə müxtəlif yanaşmalar oldu… Bəziləri deyir ki, Lütfi Zadə Azərbaycanı sevmir.

- O, Azərbaycanı çox sevir. Əgər uzun illər Amerika Birləşmiş Ştatlarında yaşadığı halda, Azərbaycanda dəfn edilmək istəyirsə, deməli, Azərbaycana bağıldır. Onun öz həyatını dərindən götür-qoy etməsi üçün xeyli vaxtı olub. Atam ABŞ-ı çox sevir, ancaq əminəm ki, Azərbaycanı daha çox sevir.

- Özünüz Azərbaycanı doğma vətən hesab edirsinizmi?

- Düşünmürəm ki, Azərbaycan mənim ana vətənimdir. Mən Azərbaycanda doğulmamışam və heç vaxt olmamışam. Ancaq əgər atam Azərbaycanı və azərbaycanlıları bu qədər çox sevirsə, istər-istəməz məndə də azərbaycanlılarla bağlı xoş hisslər yaranır. Azərbaycanlıların məni sevdiyini bilirəm. Onlar "Facebook” sosial şəbəkəsində mənə dostluq sorğusu göndərirlər və bu, mənim xoşuma gəlir. 

Bildiyiniz kimi, ABŞ-da müəyyən qrup insanların müsəlmanlara münasibəti ilə bağlı problemlər var. Amma mən Kaliforniyada yaşayıram. Kaliforniya Orta Qərbi ABŞ-da ağdərili amerikalıların elə də çox olmadığı və anlayışlı insanların məskunlaşdığı bir yerdir.

Professor Arthur F. Veinottun Stanford Fakültəsinə gəlişini qeyd edirik.(Profesor Donald Iglehart və həyat yoldaşı) 

- Azərbaycana səfər etməyi planlaşdırırsınızmı?

- Bu, mənim arzumdur, ancaq Azərbaycana gəlmək ehtimalım o qədər də real görünmür, çünki mən uzunmüddətli uçuşları sevmirəm. Ancaq təbii ki, belə bir səfər alınsa, çox yaxşı olardı. Əlbəttə ki, ABŞ-da da heç də hamı məni və ya atamı sevmir. Azərbaycanlılar mənə və atama çox hörmətlə yanaşırlar və bu, məndə onlara qarşı simpatiya yaradır.

Əgər Bakıya gəlib oranı bəyənsəm, bəlkə də, orada yaşaya bilərəm. Bakını görmədən orada yaşaya biləcəyimi demək çətindir. ABŞ-da çoxlu dostlarım var və burada rahatam.

- Oradakı işinizlə bağlı danışardınız…

- Pulumun böyük hissəsini investisiya üzrə menecer kimi qazanmışam. Mənim hedc-fondlarda kifayət qədər vəsaitim var idi. Sonra təəssüflər olsun ki, vəziyyət pisləşdi. Mən "Perfect 10” adlı jurnal buraxırdım. Ancaq ABŞ məhkəməsi ədalətsiz şəkildə jurnalı əlimdən aldı. İnsanlar bizim şəkillərimizdən icazəmiz olmadan istifadə ediblər. Burada hakimlərin işləri başlarından aşır. Fikrimcə, onlar yalnışlığa yol verdilər və bu da jurnalımın nəşrinin dayandırılması ilə nəticələndi. Hazırda isə əvvəllər məşğul olduğum işə - yəni investisiya üzrə menecerliyə qayıtmışam. Xoşbəxtlikdən, işlərim kifayət qədər yaxşı gedir, ən azından, hələ ki, belədir. Amma bilmək olmaz ki, bu, həmişə belə davam edəcək, ya yox.

- Yenə də poker oynamağı xoşlayırsınız?

- Pokeri hər zaman sevmişəm. Ancaq mən həmişə harada dayanmalı olduğumu da bilmişəm. Başqa sözlə, həyatımın müəyyən dövrlərində poker oynamaqla pul qazana bilmişəm. 

Mən həm də nərd həvəskarıyam. Dünyaca məşhur poker oyunçusu Cenifer Tilli ilə də nərd oynamışam. O, çox yaxşı insandır. Mən pokeri daha çox riyazi cəhətdən qavramağa çalışıram. Əgər sən yaxşı bir poker oyunçusu olmaq istəyirsənsə, qorxmadan rəqibi aldatmağı bacarmalısan. Riskə getməyi bacarmalı və 10 min dollarlıq mərcə girə bilməlisən. Mən bunu o qədər də yaxşı bacarmıram. Mən heç vaxt böyük bir poker oyunçusu olmaq istəməmişəm, çünki yalan danışa bilmirəm. Bu oyun isə blef üzərində qurulub. Üz ifadəni dəyişmədən yalan deməyi bacarmalısan. Ona görə nərdi pokerdən daha yaxşı oynayıram. Çünki nərddə yalan deməyə ehtiyac yoxdur. Orada, sadəcə olaraq, doğru gedişi tapmaq lazımdır. Qumarda bir sistem yoxdur, sadəcə, insanları yaxşı tanımaq lazımdır. Bu isə məndə yaxşı alınmır.

- Atanızın Azərbaycandan olan dostu Rafiq Əliyevi tanıyırsınız? 

- Ola bilsin ki, nə vaxtsa onunla görüşmüşəm. Adı xatırlaya bilmirəm. 

- Öz ailəniz haqqında nə söyləyə bilərsiniz?

- Övladım yoxdur. Evli olmamışam. Stella adlı bacım dünyasını 62 yaşında dəyişib. O, jurnalist idi. 

- Babanız haqqında nə deyə bilərsiniz? 

- Babam Rahim çox gözəl insan olub. Dəqiq bilmirəm, Türkiyədə, yoxsa İranda anadan olub. Bir müddət jurnalist kimi çalışıb. Xəzər dənizindən kürü idxal edib.

- Atanızla əlaqəniz nə dərəcədə sıxdır?

- Atam Kaliforniyanın şimalında, Berklidə yaşayır. Mən isə Los-Ancelesdə yaşayıram. İki həftə öncə atama baş çəkmişəm. Həftədə ən azı iki dəfə baxıcıları ilə əlaqə saxlayıram. Hesablara nəzarət edir və mütəmadi olaraq əlaqə saxlayıram. 

Cümə axşamı, 17 Avqust 2017 00:00

“Sabun köpüyü kimi şişmiş ekspertlər...”

Yazan

Dövlət İmtahan Mərkəzi ixtisas seçimi edən abituriyentlərə müraciət edib.

DİM-dən verilən xəbərə görə, müraciətdə bildirilir ki, hazırda ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) ixtisas seçimi davam etməkdədir: "İxtisas seçimi elektron qaydada internet vasitəsilə aparılır və avqustun 20-dək davam etməsi nəzərdə tutulub. İxtisas seçimi mərhələsində abituriyentlər qəbul olmaq istədikləri ixtisasların kodlarını seçib "Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nə daxil etməklə onu təsdiqləməlidirlər. Abituriyentlər bu zaman diqqətli olmalı və yalnız gələcəkdə təhsil almağı planlaşdırdıqları ixtisası və ya ixtisasları istəklərinin azalması ardıcıllığı ilə ərizələrinə daxil etməlidirlər. Elektron ixtisas seçimi ərizəsinin doldurulma qaydası çox sadədir və sizin özünüz tərəfindən yerinə yetirilməlidir. Təəssüf ki, sosial şəbəkələrdə DİM-in abituriyentlərə kömək məqsədilə nəşr etdiyi müxtəlif materialları öz səhifələrində paylaşmaqla, Mərkəzin adından süni şəkildə istifadə edən sabun köpüyü kimi şişmiş "ekspert"lər özlərini reklam edir və elə təəssürat yaratmağa çalışırlar ki, sanki onlar əlavə bir informasiyaya malikdirlər. Həmin şəxslər ixtisas seçiminin həyata keçirilməsi üçün abituriyentlərə müxtəlif çağırışlar edirlər. Bu insanların toruna düşmüş abituriyentlər sonradan seçimlərinin dəyişdirilməsi ilə bağlı DİM-ə üz tuturlar. Çünki bu iş həmin "ekspert”lər tərəfindən abituriyentin və onun valideynlərinin fikri nəzərə alınmadan tələm-tələsik, "yola vermək” və yalnız müəyyən maddi məqsədlərlə edilir".

DİM abituriyentləri məsuliyyətli və diqqətli olmağa çağırıb: "Ali təhsil müəssisələrinin boş qalan yerlərinin siyahısı "Abituriyent” jurnalının 8 saylı, tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin ixtisasları isə jurnalın 5 saylı buraxılışında dərc olunub. Jurnallarda, həmçinin müsabiqə şərtləri və ərizənin doldurulma qaydası ilə bağlı məlumatlar yer alıb. Bundan əlavə, səhifəmizdə və saytımızda ərizənin doldurulma qaydası ilə bağlı video-təlimat da yerləşdirilib".

Mehman Əliyev rəhbəri olduğagentlikdəki vergi yoxlamasından danışdı. “Cinayət işi çərçivəsində yoxlama gedir”

Bu haqda ofisində yoxlama prosesi aparılan “Turan” Informasiya Agentliyinin direktoru Mehman Əliyev məlumat verib.

Onun sözlərinə görə, “Turan”a qarşı külli miqdarda vergidən yayınma ittihamı irəli sürülüb və bu çərçivədə hazırda yoxlama prosesi gedir: “İttiham var ki, külli miqdarda vergidən yayınmışıq. Avtomatik olaraq yoxlama başlanılır. Azərbaycanda bu proseslərin necə getdiyini hamımız bilirik. Nəticəni də təxmin etmək çətin deyil. “Turan”ı bağlaya bilərlər. Təbii ki, bu proses qanunazidd hərəkətlər nəticəsində baş verə bilər”.

Müsahibimiz “Turan”ın, eləcə də rəhbəri olduğu rusdilli saytın – contact.az-ın son dönəmlərə aid hansısa yazısı, xəbəri əsasında bu təzyiqin başlanma ehtimalını isə qəbul etmədi. M.Əliyev bildirdi ki, ümumiyyətlə, ölkədə azad mətbuat adına heç nə qalmayıb: “Hər kəsi, hər şeyi nəzarət altına götürürlər. İndi isə, nəzarəti tam ələ keçirmək istəyirlər. Öncə sənədləri yığıb aparacaqlar, sonra da... Davamı hər zamankı kimi olacaq. Azərbaycanda onsuz da belədir. Öncə cinayət işi açırlar, sonra yoxlama, sənədlərin təftişi gedir”.

M.Əliyev hazırda “Turan”da iş prosesinin davam etdiyini dedi: “Biz də işləyirik, onlar da... Biz xəbər hazırlayırıq, onlar sənədləri yoxlayırlar”.

Cümə axşamı, 17 Avqust 2017 00:00

Əli Həsənovun nəvəsi YENİ VƏKİL tutdu

Yazan

Baş nazirin müavini Əli Həsənovun nəvəsi Nail Allahverdiyevin vəkili dəyişib.

Hüquq-mühafizə orqanlarından verilən məlumata görə, təqsirləndirilən şəxsin vəkili Sevdiyar Bayramov işdən kənarlaşıb. Bundan sonra N. Allahverdiyevin hüquqlarını vəkil Muxtar Mustafayev müdafiə edəcək.

M. Mustafayev açıqlamasında xaricdə olduğunu və bu işlə bağlı danışmaq istəmədiyini bildirib.

Xatırladaq ki, N. Allahverdiyev bu il avqustun 3-də saat 21 radələrində paytaxtın Nərimanov rayonu ərazisində "Mercedes-Gelandewagen” markalı avtomobillə iki nəfərin ölümü və iki nəfərin müxtəlif dərəcəli bədən xəsarətləri alması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi törədib. Faktla əlaqədar Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti qaydalarını pozma - iki və daha artıq şəxsin ölümünə səbəb olduqda) və 264-cü (Yol-nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanıb. Bakı şəhər sakini, 1994-cü il təvəllüdlü Nail Elman oğlu Allahverdiyev barəsində məhkəmənin qərarı ilə 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.(apa)

Cümə axşamı, 17 Avqust 2017 00:00

Masallının icra başçısı barədə şok faktlar

Yazan

Son zamanlar əksər media orqanlarında Masallı rayonu ilə bağlı daha çox tənqidi mövzular dərc olunur və adı çəkilən rayonun sosial-iqtisadi problemləri mütəmadi olaraq qabardılır. Sözsüz ki, bunu zəruri edən həm obyektiv, həm də subyektiv səbəblər var. Bu səbəblər içərisində hər kəsin diqqətini cəlb edən hal isə, rayon rəhbərliyi ilə yerli sakinlər arasında əmələ gələn uçurumun varlığı, məmur özbaşınalığı, sadə sakinlərin müraciət və təkliflərinə məhəl qoyulmaması və s. kimi amillərin varlığı, daha çox rol oynamaqdadır. Baxmayaraq ki, ölkə rəhbəri cənab İlham Əliyev istər televiziya çıxışlarında, istərsə də digər tədbirlərdə çıxışı zamanı “kimi hansı vəzifəyə təyin edirəmsə, ilk öncə həmin vəzifə sahibinə xalqa xidmət etmək tapşırığını verirəm, xalqın xidmətçisi olmasını diqqətinə çatdırıram” deyə tapşırıqlar verdiyini bildirsə də, çox təəssüflər olsun ki, bu gün Masallıda baş verənlər, sanki verilən tapşırıqların saya salınmadığını sübut etmiş olur.

Çünki, adı çəkilən rayonda baş alıb gedən anarxiyanın, məmur özbaşınalığının, xaosun və s. həddi-hüdudu yoxdur. Belə bir səbəblər üzündən də, Masallıda məmur həngamələrinin varlığını eşitdikcə, sanki dəhşətə gəlirik. Adicə bir misal çəkək. Mətbuatda yazıldığı kimi, rayonun Xalıcallı kəndində sahibkarlıq fəaliyyəti ilə məşğul olan Quliyev Vidadi Mahmud oğlu, artıq xeyli müddətdir ki, məmur özbaşınalığı ilə üz-üzə qalıb. Bir sahibkar olaraq ona qarşı atılan addımlar, bu gün nə yerə, nə göyə sığası məsələdir. Baxmayaraq ki, ölkəmizdə əlverişli biznes mühitinin yaradılması, ölkə əhalisinin ən zəruri mallara olan ehtiyaclarının ödənilməsi, bir sözlə özəl sektorun inkişaf etdirilməsi və s. yöndə lazımi addımlar atılır, ölkə rəhbəri cənab İlham Əliyevin sahibkarlığın inkişaf etdirilməsi istiqamətində vermiş olduğu tapşırıqlar mərhələli şəkildə həllini tapır. Amma, bütün bunların qarşılığında Masallı rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov başda olmaqla, qurumda çalışan ayrı-ayrı vəzifə sahibləri yerli sahibkara qarşı qənim kəsilirlər, onu gözümçıxdıya salırlar.

Diqqəti bir məqama da yönəldək ki, ölkə rəhbəri hər zaman məmurların və onların övladlarının hərəkətlərinə diqqətlə yanaşır, yolunu azan, qudurqanlıq edən hər kəsə qarşı qətiyyətli iradəsini də ortaya qoyur. Amma mediada dərc olunan yazılardan görmək olur ki, Masallı rayon İcra Hakimiyyəti başçısının oğlu dəfələrlə avtoxuliqanlıq etsə də, hətta idarə etdiyi avtomobili ilə adı çəkilən rayonun Həsənli kənd sakinini öldürsə də, hansısa səbəblər üzündən nə onun özü cəzalandırıldı, nə də ki, atası daşıdığı vəzifəsindən uzaqlaşdırıldı. Belə bir halın varlığı bir daha onu ehtimal etməyə əsas verir ki, Masallı RİH-nin başçısını ən yüksək səviyyədə kimlərsə müdafiə edir və belə bir səbəb üzündən də, cəzasızlıq mühiti hökm sürür.

AzToday.az xəbər verir ki, bir qədər əvvəl Hesablama Palatasının rayonda apardığı yoxlamalar nəticəsində 50 milyon manatın təyinatına uyğun olaraq xərclənmədiyi məlum olub. Daha doğrusu 15 milyon manat hansısa yollarla silinsədə, 35 milyon manat pulun hara xərcləndiyi məlum olmayıb.

Amma rayon sakinlərinin media orqanlarına göndərdiyi məktubda bəzi məqamlara aydınlıq gətirilib. Məsələn, iddia olunur ki, rayonun icra başçısı Rafil Hüseynov Novxanı qəsəbəsində 60 sot torpaq alaraq övladları üçün üç mərtəbəli iki villa tikdirib. Bundan əlavə Qax rayonunun İlisu kəndində də xüsusi istirahət mərkəzi tikdirib. Ümumiyyətlə mediada dərc olunan şikayət məktublarından aydın olur ki, Rafil Hüseynov daşınmaz əmlak həvəskarıdır və ölkənin müxtəlif bölgələrində, həmçinin ölkə xaricində də daşınmaz əmlakı var.

Göstərilən faktların nə qədər doğru olduğunu tam təsdiqləyə bilməsəkdə rayon sakinləri iddia edirlər ki, bunlar sadəcə görünənlərdir. Əslində isə Rafil Hüseynovun milyonlarla manat dəyərində əmlaklarının, ticarət obyektlərinin olduğu söylənilir. Hətta bunu da iddia edirlər ki, Masallı rayonundakı 1,5 milyon manat dəyərində olan çörək kombinatıda Rafil Hüseynova məxsusdur. Sadəcə olaraq zaman-zaman bu kombinatı başqa adamların adına qeydiyyatdan keçirir. Bəs görəsən bu qədər milyonları başçı hansı yollarla əldə edə biliblər?

Mediada işıqlandırılan faktlarda iddia olunur ki, Boradigah Mahmudovar yolunun tikintisinə ayrılan vəsaitin böyük hissəsi mənimsənilib. Bunun üçün çəkilən yola və ayrılan vəsaitə baxsanız hər şey aydın olar. Və yaxud sənədləşmələrdə göstərilir ki, rayonda kənd daxili 260 km yol çəkilib. Əslində isə deyilənlər yalandır və sadəcə olaraq göstərilən ərazilərdə yollara qum, çınqıl tökülüb. Sənədləşmələrdə göstərilir ki, Gəyəçöl, Xolucalı, Xsobanlı, Əlzəbad, Güllütəpə, Yelağac, Çaxırlı, Ətcələr və s kəndlərdə yol çəkilib. Əslində isə bunlar sənədlərin üzərindədir və 3 milyon manat pulun hara yoxa çıxdığı məlum deyil. Başqa maraqlı və gülməli bir fakt isə 7 kənddə tibb məntəqəsinin tikilməsi ilə bağlıdır. Belə ki, dəyəri 20 min manatdan da az olan bir-iki otaqlı məntəqələrin tikintisinə sənədlərə görə guya 50-60 min manat pul ayrılıb. Mətbuatda dərc olunan məlumatlarda bildirilir ki, son zamanlar Rafil Hüseynov yeni bizneslə də məşğul olmağa başlayıb. Belə ki, Masallı rayon Viləş çayının Digah kəndindən qum daşıma biznesi yaradılıb və buradan əldə olunan gəlir bir başa icra başçısına çatdırılır. Beləliklə gördüyünüz kimi adi bir rayonun icra başçısının nələrə qadir olduğu aydınlaşır. Bu tip məmurlara qarşı isə hər zaman mübarizə aparmaq mümkün deyil. Ən azından ona görə ki, rayonda darğalıq edənlərin Bakıda da ciddi dayaqları var və bir çox faktlar sadəcə olaraq prezidentdən gizlədilir. Amma son zamanlar həyata keçirilən kadr islahatları daha geniş əhatəyə malik olacaq və yəqin ki, Masallı rayonuda bu əhatəyə daxil ediləcək.

"Son zamanlar məni narahat edən məsələlərdən biri də televiziyalarda tibbi klinikalarla bağlı verilişlərin artmasıdır".

Bunu "Report"a açıqlamasında Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli deyib.
O bildirib ki, sağlamlıqla bağlı verilişlərdə həddindən çox və eyni xarakterli statistik ifadələr təkrarlanır: "Düzdür, sağlamlıq verilişləri vacibdir.

Amma bu cür proqramlar həddən artıq ifrata varanda öz məqsədinə çatmır, əks effekt yaradır. Çox təəssüf ki, bu məsələdə ifrata varılır".
Şura sədri qeyd edib ki, günün müəyyən saatlarında televiziya kanallarında eyni formatlı verilişlərin yayımlanması yalnız Azərbaycanda deyil, bütün dünyada mövcud olan sistemdir: "Bizim televiziya kanalları da xarici ölkə TV-lərinə baxırlar və ona uyğun addımlar atmaq istəyirlər.

Televiziyalarda mətbəx verilişləri də həddən artıq çoxdur. Bu mən narahat edir. Amma bu tək bizim ölkəyə deyil, digər ölkələrdə də televiziya aləminə xas olan xüsusiyyətdir. Mən təxminən saat 12:00-dan saat 18:00-dək efirmizdə baxmağa normal bir veriliş tapa bilmirəm. Çünki daha çox mətbəx və sağlamlıqla bağlı verilişləri olur".

Mehriban Əlieva, Siz kirayə cəhənnəmində yaşamağın nə olduğunu bilirsiniz?

Söz önü. Cənab prezident. Sizinlə ikilikdə görüşmək qismətim olmayıb. AMEA-ya dəfələrlə gəlmisiniz, xüsusi seçilmiş adamlarla qapalı, gizli görüşmüsünüz. Siz bizimlə, öz vətəndaşlarınızla, işçilərinizlə görüşməkdən, açıq dialoqdan həmişə qaçmısınız. Çünki siz, əminəm ki, sosial problemlər içində çırpınan vətəndaşlarınızın gözünün içinə baxmağı bacarmayacaqdınız…Bu çətindir, sizi yaxşı başa düşürəm…Və bu səbəbdən mən məcbur olub Sizinlə qiyabi də olsa söhbət etmək məcburiyyətində qaldım və bundan əsla, qətiyyən qorxmuram. Itiriləcək nəyim var ki, qolumdakı zəncirdən başqa…Bir də həqiqi alim olmaq kimi umudlarım var…bir də hər ayın əvvəlində aldığım 200 manat maaşım…bir də dostlarıma, tanışlarıma, mağazalara, məktəbə illərlə yığılan borclarım var… Bir də övladlarımın məndən istədikləri pulla həll olunan bəzi şeylər var…Bunları məndən alacaqsınızsa alın…Bir az rahatlayaram…

Cənab prezident. Güney Azərbaycandan olan bir tələbə sürəkli bizim ailəmizə qonaq gələrdi və əlbəttə ki, o tələbə yaşayışımızı görüb sarsılmışdı. Bir gün həmin tələbə “İran kimi zülmkar bir ölkə, buradan daha ədalətlidir. Axı bu ölkədə necə yaşayırsınız, bir aydın olaraq siz bunu qürurunuza necə sığışdırırsınız?”söylədi mənə. Bu ağır sözlər əslində təhqir idi, çox böyük təhqir …Həm mənə, həm də sizin ünvanınıza söylənmişdi…
Cənab Prezident. Tərəfinizdən bir qrup jurnalistə ev bağışlanması cəmiyyətdə böyük əks-səda dogurdu. Bu həftə sosial şəbəkə, media bu məsələni eninə-boyuna müzakirə etdi. Bu prosesi alqışlayan da oldu, tənqid edən də. Siyahıda adı olanlar sevindilər, olmayanlar üzücü yazılar yazdılar. Birmənalı qarşılanmayan bu müzakirələr əslində son 25 ildə ölkədə insanların sosial durumlarının necə ağır olduğunu, üst-ütə qlaqlandığını, çoxunun evsiz-eşiksiz olduğunu bir daha gözlər önünə sərdi… Əminəm ki, Siz də bu mənzərəni müşahidə etdiniz. Bəs heç düşündünüzmü ki, bütün bu vəziyyətin, bu sosial gərginliklərin əsasında sizin ədalətsiz sosial-iqtisadi siyasətiniz dayanır .
Cənab president. Sizin siyasətiniz son 25 ildə cəmiyyəti “biz və onlar” kateqoriyasına bölərək idarəetmək prinsipinə əsaslanmışdır. YAP üzvü olan şəxslərin bütün-sosial-iqtisadi haqları və təminatları qorunur, Ölkənin bütün sərvətləri sizin, ailənizin və çevrənizin əlində toplanır, sizə yaxın ola bilməyən bizlər isə ikinci dərəcəli insanlar, Qullar kimi sürünürük… Prezident ölkəni “biz və onlar” prinsipi üzrə idarə etməməlidir, prezident dinindən, dilindən, cinsindən, irqindən, siyasi mövqeyindən, düşərgəsindən, dünyagörüşündən asılı olmayaraq hamının,bütün vətəndaşların prezidentidir…Prezident yalnız YAP üzvlərinin yox, bütün azərbaycan vətəndaşlarının yaxşı yaşamasına, qorunmasına, inkişaf etməsinə cavabdeh şəxsdir və ölkə sərvətləri, gəlirlər ədalətli, bərabər bölünməlidir…Necə deyərlər Prezidentin siyahısına bir qrup insan və ya peşə sahibləri yox, hamı düşməlidir…Hal hazırda bu belədirmi cənab prezident? Deyə bilərsinizmi sizin siyahınıza biz nə vaxt düşəcəyik və niyə biz sizin siyahınıza düşmək seçimi qarşısında qalmalıyıq? Cənab prezident, bir qrup insana ev bağışlamaq müsbət addımdır alqışlayıram, lakin bir prezident üçün həm də utancvericidir ona görə ki, bir prezident elə sosial-iqtisadi siyasət yeritməlidir ki, bütün vətəndaşlar özləri birbaşa, prezidentin iştirakı olmadan ev ala bilmə gücünə sahib olsunlar. Prezidentin sosial-iqtisadi siyasəti insanı, vətəndaşı gücləndirməlidir. Sizdən soruşmazlarmı ki, cənab prezident bir qrup insana ev verdiniz, bəs qalan minlər, milyonlar nə etsin… Dünyada prezidentlərin bir çox insanlara şəxsən ev-mülk, hədiyyə, mükafat bağışladığı presedentləri var və Azərbaycanda da belə olması bizi sevindirir. Bəs sizin “siyahınıza” düşməyənlər neyləsin…Bəs biz nə edək?
Jurnalistlərə ev verilməsini ürəkdən alqışlayıram və hesab edirəm ki, Azərbaycanda təkcə jurnalistlərin deyil, hər bir insanın, hər bir ailənin evi olmalıdır. Ikincisi isə özümü bir sual soruşmağa haqlı bilirəm ki, bəs AMEA- da illərdir ki, evsiz- eşiksiz çalışan fədakarlar nə vaxt dövlətin sosial qayğısını hiss edəcəklər. Və çox heyfslənirəm ki, AMEA-da çalışan, 200-300 manat maaş alan alimlərimiz hökümətin, mətbuatın, cəmiyyətin müdafiəsindən, qayğısından məhrumdurlar…Bu illərdə mətbuat bu məsələləri heç müzakirə obyektinə çevirməmişdir, Parlament susur, hökümətiniz susur, cəmiyyət susur…Bu susqunluğun, biganəliyin nəticəsində nələr olur Və hazırda AMEA-da çalışan insanlar necə yaşayır, bax bu mənzərəni canlandırmq istəyirəm.
Alimlər birliyinin konfransıında adını bilmədiyim bir orta yaşlı alim fəryadla “Bizi öldürdülər, bizi acından öldürürlər” dedi.
AMEA-da bir gün dostlar arasında üzüntülü bir xəbər dolaşdı. Dilavər hoca səhər tezdən avtobusla Bakı dövlət universitetinə dərsə gedirmiş. Düşərkən avtobus pulunu verməyə 20 qəpiyi olmur. Sürücü arxadan onu çağırır, söyür, təhqir edir. Dilavər hocanı tanıyan bir tələbəsi “onu niyə söyürsən, o müəllimdir” deyir. Sürücü “müəllimə bax, 20 qəpiyi yoxdur deyə gülür, təhqirlər və söyüşlər yağdırır. ..
Faiq Ələkbərli Abşeronun bir kəndindən dərsə, işə gəlir və iki-üç avtobus dəyişir, yol pulunu qonşudan alır…
Mən 20 ildir ki sizif aqibəti yaşayıram…günü gündən artan çoxalan və bir əzaba çevrilən kitab yeşiklərini bu kirayədən o kirayəyə Bakının bütün köşələrinə daşıyıram…Arada bezib hər şeyi atmaq, qoyub qaçmaq , çıxıb bu ölkədən getmək istəyirəm…Sonra özümü sakitləşdirirəm…17 yaşımdan meydanlarda çarpışan mən, hər şeyimi bu ölkə, Vətən, Millət deyib fəda etmədimmi. Böyük mücadilələr böyük imtinalardan keçmirmi…Bu ölkədə Vətən, Dövlət deyən bütün idealist insanlar bu aqibəti yaşamırmı. Onlar- Vətəni, Dövləti soymaqdan, talan etməkdən imtina etmiş dostlar nə deyər , nə tez yoruldun, yarıda qaldın deməzlərmi mənə…Və yenidən “YOL-a davam” demişəm…qarşımda dağ kimi yüksələn, ömrümdə əzaba, yükə çevrilmiş bu kitablara, onları daşımağa necə də nifrət edirəm…lakin mən axı, həm də bu kitablarımı sevirəm, onlara bağlanmışam, onları itirmək mənim faciəmdir və düşüncələrimin, fikirlərimin formalaşmasında rol oynayan bu kitablarım 20 ildə topladığım yeganə sərvətimdir…Onları təkcə oxumaq yox, həm də daşımaq cəzam var mənim…Təəssüf ki, “harda xoşbəxtəmsə, harda haqlarım qorunursa ora vətəndir” düşüncəsinə sahiblənə bilmirəm. Təəssüf ki, vətən mənim üçün dəyərlər məcmusudur və mən o dəyərlərlə nəfəs alıram və Dəyərlərimi əsla satmaram, satmadım…Təəssüflər…
Bu qədər… Bu, AMEA-da çalışanların əksəriyyətinin, ölkə vətəndaşlarının 90%-nin yaşam tərzidir və bizə bu sosial güzəranı, bu sizif aqibətini sizin “uğurlu siyasətiniz” bəxş etmişdir cənab prezident. Bizim yaşayışımız sizin siyasətinizin güzgüsüdür.
Bu fraqmentlər həmkarlarımın əksəriyyətinin həyatında həmişə təkrar olunur, bunları yazmaqla diqqətləri həm də AMEA-da çalışan həmkarlarımın, özümün çox aşağı və qeyri-insani sosial durumumuza, yaşayışımıza cəlb etmək istəyirəm. Siz əlbəttə ki, bunları bilirsiniz…Bilirsiniz, lakin susursunuz…Görməzlikdən gəlirsiniz…Bu çox dəhşətlidir…Utanc vericidir…insanlığa ziddir.
Cənab Prezident. sizin hakimiyyətiniz qədər ədalətsiz, sizin hökümətiniz qədər səriştəsiz, sizin hakimləriniz və məhkəmələriniz qədər yalançı, sizin alimləriniz qədər biliksiz, qorxaq və yaltaq, sizin məmurlarınız qədər dövlətin, millətin sərvətlərini talayan, oğurlayan məmurlar təbəqəsinin olmasına bir daha Azərbaycan tarixi tanıqlıq edəcəkmi bilmirəm. Lakin tarix təyin etdiyiniz soyğunçu məmurlarınızın talançılığını sizin rəhbərlik etdiyiniz hökümətin adına yazacaqdır. Sizin də hakimiyyətin tarixi yazılacaq, tarix sizə də, neft milyonlarına sahib bir ölkənin ac insanlarına da doğru-dürüst qiymət verəcək…Bunu ki, bilirsiniz. Bəs niyə dəyişmirsiniz…Fironları ya daxili güc yenər ya da xarici güc. Lakin bütün yenilgilər daxildən başlayar, bütün imperiyalar daxildən çökər…Azərbaycanı daxildən çökdürə biləcək iki factor var. Aclar, yoxsullar təbəqəsi və ölmüş umudlar. Başa düşmürəm, bax bu ac təbəqəni niyə öz əllərinizlə yetişdirirsiniz…?
Çox gözlədim ki, AMEA rəhbərliyi AMEA əməkdaşlarının insani-sosial haqlarını qorumaq haqqında təkliflərlə çıxış edə. Lakin AMEA rəhbərləri də sizin məmurlarınızdır, sizin siysətinizi dəstəkləməkdədirlər və sizin qarşınızda danışmağa cürətləri belə çatmaz…Totalitar sistemlərdə susturulanlar ilk növbədə elm sahəsində çalışanlar olur…Necə ki, mən bu illərdə bunun şahidi oldum . Lakin bildirməliyəm ki, AMEA sistemi sizin siyasi sisteminizin bir parçası olmaqla da əslində öncə Dövlətin, Millətin maraqlarına, gələcəyinə, sonra isə sizin hökümətinizə zərbə vurur, ziyan vurur cənab prezident…AMEA həm də sizin hökümətinizin siyasətinə yön verməyi bacarmalıydı, çatışmazlıqları tənqid etmək, uğurları daha da inkişaf etdirmək, layihələrlə, təkliflərlə hökümətə, nazirliklərə, parlamentə kömək etmək, həm hökümətlə, həm cəmiyyətlə aktiv əlaqələr quraraq üzvi əlaqə şəklində, dinamik ortam yaratmaqla, işləməklə ölkənin inkişafına yardım etməliydi. Son illərdə AMEA-da formalaşmış yaltaqlıq, məddahlıq yerinə, təkliflər, cəsarətli tənqidlər, dövlətin və cəmiyyətin problemlərinin həllində aktiv iştirak etmək təşəbbüsləri edən kadrlar yetişdirmək, dövləti, cəmiyyəti daha da inkişaf etdirmək gərəkirdi və düşünürəm ki, AMEA rəhbərliyində məhz bunu bacaran insanlar təmsil olunmalıdır. Niyə, niyə bütün sahələrdə bütün təşəbbüslər və vicdanlar susdurulur…Sizin hakimiyyətinizdən sonra hakimiyyət kimə keçməlidir, sizdən sonra ölkəni, dövləti kimlər idarə etməlidir, hansı elita ilə, hansı elmi-strateji institutla, hansı proqramla idarəetmə həyata keçiriləcəkdir… bax bunların formalaşmasını təmin edəcək kadrların yetişdirilməsinin qarşısı alınmaqdadır cənab prezident. Məgər tarix sizinləmi bitir, sizinləmi sona çatır cənab prezident. Axı sizin hökümətinizin hazırladığı proqramda “Davamlı insan inkişafı strategiyası gələcəyin qorunması, təmin edilməsidir və bu, bu günün təməllərinin düzgün formalaşdırılmasından keçir” ideyası əks olunmuşdur. Niyə bunlar əməllərlə təsdiq olunmur. Demokratik ölkələrdə rejimlər, siyasi iqtidarlar, elitalar həm də özündən sonrakı dövrdə ölkənin, dövlətin gələcəyini idarə edəcək kadrlar və siysi elitalar yetişdirməklə, hakimiyyətin yumşaq keçidlərlə təhvil verilməsinə zəmin hazırlayırlar. Totalitar cəmiyyətlərdə, avtoritar rejimlərdə isə hakimiyyət üsyanla, qan tökməklə dəyişdirilir. Gücə və Sosial ədalətsizliyə əsaslanan idarəetmənizlə niyə Azərbaycanı qanlı üsyanlara sürükləyirsiniz… Nə qədər insanlrı tutuqlayıb zindanlara salacaqsınız, nə qədər insanlar ölkəni tərk edəcək, nə qədər insanlar susdurulacaq…Niyə axı… Biz 1988-ci ildə Azadlıq meydanına çıxıb, Rus tanklarının qarşısında, ölümün gözünün içinə dik baxaraq bu vətəni, bu ölkəni sizə, bir qrup azlığa vermək uğrundamı mübarizə apardıq ki, hakimiyyətə, gücə, ölkənin sərvətlərinə yiyələnib bizlərə divan tutasınız, aclıqla imtahana çəkəsiniz. Vətən duyğularımızı niyə öldürürsünüz…Azadlıq, istiqlal kimi dəyərləri niyə insanın, vətəndaşın gözündə sındırırsınız… Fərqindəsinizmi, sizi tənqid edə biləcək, sizə etiraz edə biləcək aydınlar ortada yoxdur…fərqindəsinizmi hamı alınıb, satılıb, sındırılıb…heç olmasa gələcək naminə, heç olmasa umudlarımızı öldürməmək naminə bircə dənə də olsa bir aydın, bir qəhrəman saxlayın, yoxdursa yalandan yaradın…Sizin hakimiyyətiniz Şəxsiyyətlərin sındırılmasına, gələcəyə olan umudların öldürülməsinə xidmət edir…Və buna nail olub artıq…Cəmiyyətdəki intiharlar bunun göstəricisidir…Cənab Prezident, ölkədə xalqının taleyinə biganə olan, öz başının, qarnının hayına qalan, adının qarşısında böyük titullar olan nə qədər xalq yazıçıları, xalq şairləri, akademiklər, professorlar var…İmperiyalar qarşısında susmayanlar, meydanlarda danışanlar, şer oxuyanlar Hamısı sizin qarşınızda susur…birinin belə sizə həqiqətləri söyləmək cürəti çatmır. Və mən çoxdandır ki, daha belələrinin gözlərinin içinə baxmıram…Çoxdandır ki, umudlarım ölüb. Bu sizi qorxutmurmu , ictimai, milli reflekslərin öldürülməsinin kanıtı deyilmi bunlar. Refleksləri ölmüş cəmiyyət təhlükəli cəmiyyət deyilmi…Gerçəkdənmi hamı eyni cür düşünür, gerçəkdənmi fərqli düşüncələr yoxdur…gerçəkdənmi hər şey öldürülmüşdür…Gerçəkdənmi H.Əliyev qarşısında hamı, bütün cəsarətlər öldü…Azadlıq fərqli düşüncələrin sahib olduğu cəmiyyətlərdə mövcuddur, Siz ki bunları bilirsiniz…Refleksləri öldürülmüş bir cəmiyyətdə prezident olmaq qəhrəmanlıqdırmı sizcə? Ölü bir cəmiyyətin prezidenti olmağı necə qəbullana bilirsiniz?
Son illərdə, azad iradəyə, azad düşüncəyə, təşəbbüsə, təhlil və tənqidlərə malik şəxslər müxalifətçi deyə damğalanır, işdən çıxarılmaqla hədələnir, susturulur və məddahlıq, yaltaqlıq edən kütləvi insan sürüsü, alim sürüsü yetişdirilir. Bəs bu sürünün, elmlər doktorlarının fikri hanı, konsepsiyası, ideyası hanı? Niyə fikir ürətilmir bizim ölkəmizdə? Cənab prezident əgər son 25 ildə həqiqi alimlər formalaşsaydı, əmin olun onlar sizə “durun!” deyəcəkdilər. Onlar qul olmaqdan imtina edəcəkdilər, sürünməyəcəkdilər, dözməyəcəkdilər…Dünya tarixi göstərir ki, Həqiqi alim həqiqi vətəndaş olur, yaşadığı cəmiyyətdəki rəzalətləri söküb atmağa, dəyişməyə can atır. Varmı belələri bizdə? Niyə sizin siyasi sisteminiz azad, ləyaqətli, təşəbbüskar, innovasiyalara açıq, siyasətdə və cəmiyyət həyatında aktiv iştirak edən insan, vətəndaş yetişdirmir,Əksinə belə insanları cəzalandırır, əksinə sürünən, dözən əzabkeşlər yetişdirir. Axx, Mən hər zülmə dözən əzabkeşlərə necə də nifrət edirəm…
Və dəqiq bilirəm ki, AMEA-ya ayrılan Dövlət pulları havaya sovrulur, mənimsənilir və gəlib bizlərə çatmır…Və AMEA rəhbərliyi öz işçilərinin yaşam səviyyəsi haqqında prezidentə məruzə etmək cürətinə də sahib deyil.
Bizim cəmiyyətimizdə son 25 ildə üç təbəqə formalaşıb. Refleksi öldürülmüş aclar və yoxsullar təbəqəsi. Böyük titular daşıyan lal, kar, kor, biganə,təcrid olunmuş yazarlar, alimlər təbəqəsi. Dövlət malını, milli sərvətləri talayaraq aşırı dərəcədə varlanmış, öz xalqının, ölkəsinin gələcəyinə, taleyinə biganələşmiş meritokratiya təbəqəsi, öz pullarını milli problemlərə deyil, əyləncəyə xərcləyən bir təbəqə. Biz isə AMEA-da kitablarımızı çap etməyə, məqalələrimizi xaricdə yayınlamağa pul tapmırıq…Yoxsa bunlarıdamı bilmirsiniz…
16 Mart 2017-ci ildə Badamdar oteldə Əli Əhmədovun sədrliyi ilə “Azərbaycanda dayanıqlı inkişaf məqsədlərinə nail olunmasında elm və tədqiqatların rolu” mövzusunda keçiriləcək konfransda Fəlsəfə institunun təmsilçisi kimi “Dayanıqlı inkişafın social-fəlsəfi istiqamətləri və bu sahədə ölkəmizdə həyata keçirən tədbirlər” mövzusunda məruzə etmək təklifi aldım. Məruzəni etmək təklifi alarkən institut rəhbərliyindən bir şəxs(adını çəkmirəm)ailəm haqqında soruşdu. Şöbə müdirim tez məndən əvvəl məlumat verdi. “İki övladı var. 20 ildir kirayədə yaşayırlar. Yoldaşı bizim institutun əməkdaşıdır. Burda maaşlar aşağı olduğu üçün ailəni dolandırmaq məqsədilə məcbur oldu burdan işdən çıxdı. Başqa işə keçdi”. Şöbə müdiri bunu söyləyərkən içim sızladı. Həyat yoldaşımın elmə verə biləcəyi potensialını bilirdim. Lakin bu potensial bizə görə, bizim yaşayışımızı təmin etmək məqsədilə məmurluğa qurban verilməkdədir. Bax itirilmiş bu potensiala həmişə yas saxlamışam içimdə…lakin əlbəttə ki, bunu heç yerdə söyləməmişəm, sızlamamışam). Məruzəyə hazırlaşarkən Prezidentin bütün sərəncam və qərarlarını gözdən keçirdim, hökümətin siyasətini incələdim və bir məruzə mətni hazırladım.Məruzədə əsasən bu sahədə qəbul edilmiş qərarlar və həyata keçirilən tədbirlər sadalanırdı. Təhlilə isə keçə bilməzdim. Təhlil etsəydim, real həyatla bu sərəncamlar arasında nə qədər böyük uçurumların olduğunu söyləmək məcburiyyətində qalacaqdım. Bu isə BMT təmsilçisinin iştirak etdiyi konfransda ölkəmin nüfuzunu bir qədər aşağı sala bilərdi…Belə konfranslarda isə adətən “ son 25 ildə aparılan uğurlu siyasətdən”danışılır. Mən “uğurlu siyasətdən” danışmadım, daha çox qərarları və sərəncamları sadalamağa üstünlük verdim.(Məruzənin mətnini məqalənin sonunda təqdim edirəm). Son 25 ildə xüsusilə AMEA-da bir ənənə formalaşıb. Belə rəsmi toplantılarda çıxışa başlayarkən öncə məddahlıq müraciəti etmək şərtdir. (Bu məddahlıq çıxışının içində elə danışmalısan ki, ölkədə hamının xoşbəxt olduğunu, sabitlik və firavanlığın hökm sürdüyünü və bütün bunların ancaq bir nəfərə bağlı olduğunu, O bir nəfərin xalqımızın taleyinə yazılmış qurtuluşçu, xilaskar olduğunu xüsusi qeyd etməlisən.)Təbii ki, bu totalitar təfəkkürün bəlirtiləridir və biz bunu qəbul edə bilmərik. Məddahlıq bir düşüncə insanının intiharıdır… Və son 25 ildə AMEA sistem kimi intihar etmişdir. Ağıllılar susar, qalanları məddahlıqla başını girləyər. Son 25 ildə AMEA cəmiyyətin, dövlətin problemlərindən təcrid olunmuş bir ada kimi qalmışdır və bu adanın insanları son 25 ildə onlara verilmiş 200-300 manat əməkhaqqını itirməmək üçün kütləvi intihar etmişlər. Bizim qənaətimizcə, Susmaq intihardır! Fiziki olaraq yaşayırsan, mənən isə ölmüsən, öldürülmüsən.)
Mən bu ənənə halını almış məddahlıq girişi yapmadan məruzəmə başladım( və mənim çıxışımdan sonra konfransda iştirak edən əməkdaşlarım çıxış edərək tez bu səhvi düzəltdilər ki, sonradan cəzalanmaq ehtimalı qalmasın) Məruzəni oxuduqca yarımçıq kəsib kürsüdən hayqırmaq istəyirdim…Bütün bunlar yalandır…Bu siyasətlər, bu qərarlar mənim həyatıma tətbiq olunmur və bizim yaşayışımızda əks olunmur…( Belə etsəydim institumuzun 300 nəfərlik işçisinin həyatını, işini riskə atmış olacaqdım. Bizim ölkəmizdə bir nəfərə görə indi bütün kollektiv cəzalandırıla bilir.Vaqif Arzumanlının simasında Milli Münasibətlər İnstitunun bağlanmasına şahid olmuşduq). Özümü güclə ələ aldım. Və çıxışımı ala-yarımçıq bitirdim. Özüm də fərqində idim ki, bu mənim indiyə qədər etdiyim çıxışlardan ən pisi idi. Lakin orada bir daha özüm-özümə qərar verdim ki, 17 yaşlarından bu dövlətin qurulması üçün meydanlarda savaş verən mən, prinsiplərimə sadiq qalacam, bu ədalətsiz, yalançı, soyğunçu düzəni dəyişəcəm… Hz.Əlinin bir deyimini çox bəyənirəm. “Zülmə dözmək əxlaqsızlıqdır”.
Və son 25 ildə məruz qaldığımız social- iqtisadi zülmdən bezərək, yorularaq təkbaşına haqq tələb etmək amacı ilə, institumuzun bir çox əməkdaşlarının da istəyi ilə öncə I Vitse-prezident xanım Mehriban Əliyevaya müraciət etdim. Məktub yazaraq prezident aparatındakı poçta saldım…Və əlbəttə cavab almayacağımı bilə-bilə…

Hörmətli Mehriban xanım.

“XXI yüzillikdə dövlətlərin, ölkələrin inkişaf göstəricisi hərbi- siyasi -iqtisadi gücü ilə yox, insanın xoşbəxtliyi və mənəviyyatın yüksəlişi meyarı ilə ölçüləcəkdir. XXI əsr insan inkişafı paradiqması məhz bu sözlərlə başlayır: “Hər bir dövlətin həqiqi sərvəti – onun insanlarıdır.”

“2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası prezidentinin sərəncamlarını, əsas alaraq 2018-ci ili “İnsan ili”, “İnsan inkişafı və sosial bərabərlik ili” elan edək. Və “İnsan” ilində bu sərəncamdan irəli gələrək Azərbaycanda davamlı insan inkişafı dövlət proqramında nəzərdə tutulmuş tədbirlərin reallaşmasında dövlət-cəmiyyət-millət səfərbərliyinə,vətəndaş aktivliyinə və təşəbbüslərinə nail olmaqla Azərbaycan prezidentinin “Qara qızılı insan qızılına çevirmək”strategiyasının reallaşmasına çalışaq”.

“Artıq XXI əsrdə “İnsanlar iqtisadiyyatın inkişafına yox, iqtisadiyyat insanların inkişafına xidmət etməlidir”prinsipi əsas götürülməkdədir”.

“2020-ci ilə qədər Yoxsulluğun azaldılması, sosial bərabərliyə əsaslanan tarazlı cəmiyyət, rifah cəmiyyəti, bilgi cəmiyyəti, ekoloji cəmiyyət formalaşdırmaq Azərbaycanda inkişaf prioriteti olmalıdır. Qara qızılı insan kapitalına çevirmək strategiyası, Yaşıl inkişaf strategiyası, Gənclərin və qadınların enerjisindən istifadə etmək strategiyası dövlət siyasətimizin əsasını təşkil etməlidir”.

“İnsan kapitalının inkişafı və sosial tərəqqi, Mədəniyyətin inkişafı, Gender siyasətinin formalaşması istiqamətində xeyli işlər görülmüşdür. “Azərbaycanda qadınların rolunun artırılmasına dair tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 14 yanvar tarixli Sərəncamı imzalanmış, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 6 mart tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasının Qadın Problemləri üzrə Milli Fəaliyyət Planı (2000-2005-ci illər)” təsdiq edilmiş, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında dövlət qadın siyasətinin həyata keçirilməsi haqqında” 2000-ci il 3 iyun tarixli Fərmanı qüvvəyə minmişdir. Azərbaycan həmçinin 1995-ci ildə BMT-nin “Qadınlara münasibətdə ayrı-seçkiliyin bütün formalarının ləğv olunması haqqında Konvensiyası”na qoşulmuşdur. 1998-ci ildə Qadın Problemləri üzrə Dövlət Komitəsi yaradılmış, 2006-cı ildə isə onun əsasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi (AQUPDK) formalaşdırılmışdır. 2006-cı il oktyabrın 10-da “Gender (kişi və qadınların) bərabərliliyinin təminatları haqqında“ Azərbaycan Respublikasının Qanunu qəbul edilmişdir.Ailənin bir institut kimi qorunması ilə bərabər,qadın liderlərin yetişdirilməsinə qayğı dövlət siyasətinin əsasını təşkil etməlidir”.

Bu cümlələr, bu ifadələr mənə məxsusdur Mehriban xanım.

16 mart 2017-ci ildə Badamdar otelin Konfrans zalında “Azərbaycanda Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunmasında elm və tədqiqatların rolu” mövzusunda keçirilən beynəlxalq konfransda “Dayanıqlı inkişafın sosial-fəlsəfi istiqamətləri və bu sahədə ölkəmizdə həyata kçirilən tədbirlər” adlı məruzəmdən seçmələrdir.

Bu məruzəni edərkən öz həyatımı, yaşadıqlarım çətinlikləri, dövlətimin məni qorumaması, bir qul kimi yaşadığımızı gizlətdim Mehriban xanım. Mənim həyat hekayətim göstərir ki, qurulması üçün bütün gəncliyimi qurban verdiyim dövlətim məni, öz vətəndaşını qorumur. Mənim ailəmin həyatı, durumu sizin siyasətinizin, sizin hakimiyyətinizin güzgüsüdür. Bəs bu siyasətiniz nə zaman dəyişəcək deyə bilərsinizmi, nə vaxt humanizm, ədalət bərqərar olacaq?

Bu dövlət siyasəti, imzaladığınız sərəncamlar və qəbul etdiyiniz qanunlar sadəcə kağız üstündə qalıb, cəmiyyətə tətbiq olunmayıb, olunmur, bir vətəndaş kimi mənim, ailəmin həyatına təsir etməyib. Mənim ailəm 20 ildir yurdsuz-yuvasız, kirayə köşələrində, cəhənnəmdə sürünür Mehriban xanım. Xəbəriniz varmı AMEA-da çalışanlardan, elm sahəsini inkişaf etdirmək iddiası olanlardan, əsər yaratmaq, fikir yaratmaq arzusu ilə yaşayanlardan…

1998-ci ildə AMEA-nın Fəlsəfə İnstitunun aspirantı Sərdar Mahmudovla ailə qurmuşam. 1998-ci ildən indiyə qədər- 2017-ci ilə kimi bizim ailəmiz kirayədə yaşamışdır. Bakının elə bir yeri qalmayıb ki, biz orda kirayə qalmayaq. Kirayə həyatı bir insan üçün, bir ailə üçün, bir qadın üçün əsl cəhənnəmdir, cəhənnəm həyatıdır. Kirayədə iki övlad böyütmüşəm mən. Cəhənnəmin, odun-alovun içində böyütmüşəm. Siz də anasınız. Sizin də övladlarınız var. Övladlarınıza belə bir cəhənnəm həyatını yaşadardınızmı, rəva görərdinizmi? Bu illərdə nələrə dözmüşük bir Allah bilir…Niyə, nə üçün? Maaşlarımız o qədər az olub ki, biz pul yığıb ev ala bilməmişik, İpoteka fondlarına müraciət etmişik, ilkin ödəniş tələb ediblər, ilkin ödəniş etməyə isə bizim gücümüz yoxdur. Heç ilkin ödəniş etməsək belə, güzəştli ipoteka alsaq belə, bəs ipoteka kreditini hər ay necə ödəyəcəyik, heç axı maaşlarımız ipoteka krediti ödəməyə çatmır axı və ya çatsa, ödəsək bəs nə ilə, hansı pulla yaşayacağıq? Beləcə illər keçir, yaşlanırıq. Sosial evlərlə bağlı müraciət etdik, bizə dedilər ki, sizin yaşınız keçib ,artıq sizə ev düşmür. Mehriban xanım deyin, indi biz nə edək? Mehriban xanım mən AMEA-da 200 manat əmək haqqı alıram. Bu əmək haqqı yazdığım bir məqaləyə belə dəyməz. Mən bu 200 manatla 2 uşağı necə yedirdim, geyindirim, sağlamlıqlarını qoruyum, təhsil problemlərini həll edim, alim olum, kitab yazım, tədqiqat aparım. Bəs bütün bunları harda edim, hansı evdə, hansı yazı masasında yaradıcılıqla məşğul olum. Xatırladıram ki, həyat yoldaşım aspiranturanı bitirsə də hələ müdafiəsini belə edə bilməyib , çünki daim kirayə pulu ödəmək üçün özünü oda-közə vurub, daim təlaş içində yaşamışıq ki, ev pulunu ödəyək, ev sahibi bizi 2 uşaqla küçələrə atmasın. Uşaqlarımızın gözündə valideyn kimi sınmayaq, bizi bacarıqsız, əfəl adlandırmasınlar (hərçənd ki, indi belə düşünürlər). Amma artıq sınmışıq biz. Və illərlə belə yaşamaq nəticəsində, həyat mübarizəsi nəticəsində, həyat yoldaşım Xərçəng xəstəliyinə tutuldu. Artıq 4-cü dəfədir ki, əməliyyat olundu. Bu zülm nə vaxt bitəcək axı?

Niyə Mehriban xanım? Niyə bizə, Azərbaycanın vətəndaşlarına, ailələrinə , övladlarına belə yaşamağı rəva görürsünüz? Ayıb deyilmi? Utanmırsınızmı? Heyvanların da yuvası var, qarışqaların da yuvası var, amma bizim bir insan və ya bir qul kimi də bir yuvamız, həyatımız yoxdur. Budurmu siyasət, budurmu söylədiyiniz inkişaf? Budurmu insan həyatına verilən dəyər? Niyə bu qədər qəddarsınız…Bu qəddar siyasət Sizin hakimiyyətin idarəetmə fəlsəfəsini və siyasi əxlaqını nümayiş etdirmirmi, Dövlət, Millət fəlsəfəsinin göstəricisi deyilmi. Sizin idarəetmə fəlsəfəniz nədir. Bir qrup YAP üzvləri ilə Dövlətin millətin sərvətlərini çapıb talamaq, bu sərvətləri xalqla, ölkə vətəndaşları ilə brabər səviyyədə, ədalətli bölməmək… Deyə bilərsinizmi şəxsən sizin neçə eviniz, nə qədər varınız, pulunuz var…Deyə bilərsinizmi, bəs bizim niyə heç nəyimiz yoxdur…bəs biz niyə məhrumuq bütün bunlardan…Kimdir günahkar. Bizmi günahkarıq ki, sizin soyğunçu, talançı hakimiyyətinizə dözürük…Nədən siz, XXI əsrdə Azərbaycanı Qullar üsyanına sürükləyirsiniz…

Hörmətli Mehriban xanım. Xatırladıram ki, AMEA-nın Prezidenti Akif Əlizadəyə ərizə yamışam ki, heç olmasa bizə yataqxana verilməsinə kömək edin. Küçədə qalmışıq…Amma ərizəmiz nəticəsiz qalıb, dəfələrlə köməkçisinə zəng vurmuşam ki, məni qəbul etsin dərdimi deyim, müxtəlif bəhanələrlə hətta qəbul belə etməyib. Deyin, alim olmaq, tədqiqat aparmaq üçün mən hardan stimul almalıyam, axı mənə heç insan kimi, hətta heyvan kimi belə dəyər verilmir. Dünyanın inkişaf etmiş ölkələrində heyvanların belə hüquqları qorunur, mənim insan demirəm, bir heyvan kimi də haqlarım yoxdumu bu ölkədə?

Dəyərli Mehriban xanım. AMEA-da əmək haqları az olduğu üçün kirayə haqqını ödəyə bilmirdik və bu səbəbdən həyat yoldaşım elmdən uzaqlaşdı, AMEA-da işdən çıxdı və başqa işə keçdi. Indi sevinirik ki, heç olmasa kirayə haqqını ödəyə bilirik. Həyatımızda bu 20 ildə yeganə irəliləyişimiz bu olub ki, biz kirayə haqqını ödəmək imkanı qazanmışıq. Bəs bu nə qədər davam edəcək? Həyat yoldaşım aspiranturanı bitirən kimi hərbi xidmətə getdi, Vətənə xidmət etməliyəm,Vətəndaş borcumu yerinə yetirməliyəm dedi. Mən özüm isə bircə gün də ailəm, övladlarım üçün yaşamadım 17 yaşımdan meydanlarda Dövlət, Vətən, Millət , Azadlıq deyə mübarizə aparmışam, ölkəmi xarici ölkələrdə təmsil etmişəm, məqalələr yazmışam, məruzələr etmişəm. Amma bu vətəndə yaşamaq üçün bir ev, bir köşə belə tapmadım. Bəs mənim dövlətim məni nə zaman qoruyacaq, mənə nə zaman sahib çıxacaq? Indi nə etməliyəm? Siz deyin. Uğrunda hər şeyimi fəda etdiyim Ölkəmdənmi çıxıb getməliyəm, heç vaxt insan kimi yaşamadığım Vətənimdənmi çıxıb getməliyəm?. Mən bir dəfə 1988-ci ildə Vətən itirmişəm, bunun acısını, travmasını hələ yaşayıram, ikinci dəfəmi Vətən itirməliyəm…Mənim həmişə bir Vətən idealım olub. Bədbəxtlikdənmi, xoşbəxtlikdənmi mən vətənimə, millətimə çox bağlıyam və əslində həmişə məhz Millətim üçün çalışmışam, yaşamışam. Özüm üçün yaşasaydım, şübhəsiz ki, asanlıqla bu ölkəni tərk edərdim…bu gün belə bu şanslarım çox, çoxdur. Mən biliklərimi, enerjimi, bacarıqlarımı, ideyalarımı öz ölkəmin inkişafına, gələcəyinə xərcləmək istəyirəm. Təəssüf ki, sizin apardığınız siyasət ucbatından, bu ölkədə yaşamağa yerimiz olmadığı üçün ölkəmi tərk etmək məcburiyyətindəyəm… amma bunu heç istəmirəm. Azərbaycandan nə qədər bilikli, bacarıqlı insanların ölkəni tərk etməsinin fərqindəsinizmi, niyə bunun qarşısını almaq üçün heç bir tədbir görmürsünüz? Siz, vətənimizi bizdən alırsınız…Sizin üçün Vətən mülkiyyətdir, mənim üçün kutsal məkan və dəyərlər, kutsal toxunulmazlıq…

Bu dövlət mənim də dövlətimdir. Siz onu qəsb etmisiniz.Onun sərvətlərindən, imkanlarından yararlanmaq, insan kimi yaşamaq mənim də haqqımdır, mənim övladlarımın da haqqıdır. Siz onun bütün sərvətlərini mənimsəmisiniz. Siz , bizi bu ölkədə yaşamaqdan məhrum edirsiniz…

Bizə də, bizim ailəmizə də bu vətəndə yaşamaq imkanı yaradılmalıdır, AMEA alimləri, işçiləri də bu hüquqlardan yararlanmalıdır. Biz də insanıq və biz də öz evimizdə, öz ölkəmizdə yaşamalıyıq…

Cənab prezident. Cavabını almadığım bu məktubu sizə təqdim etməkdə məqsədim bizim ailəmizin şəxsində öz vətəndaşlarınızın sosial durumları və iztirablarını sizə çatdırmaq idi . Bu məktubumla bərabər, etdiyim məruzəni də diqqətinizə çatdırmaq üçün çapa göndərirəm və bilmirəm bundan sonra nələr olacaq.

Cənab prezident. Indi isə 16 mart 2017-ci ildə Badamdar otelin Konfrans zalında “Azərbaycanda Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunmasında elm və tədqiqatların rolu” mövzusunda keçirilən beynəlxalq konfransda “Dayanıqlı inkişafın sosial-fəlsəfi istiqamətləri və bu sahədə ölkəmizdə həyata kçirilən tədbirlər” adlı məruzəmi sizə təqdim edirəm.

Məruzənin mətni. XXI yüzillikdə dövlətlərin, ölkələrin inkişaf göstəricisi hərbi- siyasi -iqtisadi gücü ilə yox, insanın xoşbəxtliyi və mənəviyyatın yüksəlişi meyarı ilə ölçüləcəkdir. XXI əsr insan inkişafı paradiqması məhz bu sözlərlə başlayır: “Hər bir dövlətin həqiqi sərvəti – onun insanlarıdır.”

Davamlı inkişaf konsepsiyasının tərkib hissəsi olan İnsan inkişafı paradiqması BMT tərəfindən XX əsrin 90-cı illərindən işlədilməyə başlamışdır.

Avropa humanizmindən 500 il əvvəl Azərbaycanın,Türk- islam-şərq mədəniyyətinin ideya qaynağı olmuş İnsan bütün yaradılışın əşrəfi hesab edilmiş, Yaradanın İnsanda təcəlla etdiyini irəli sürən filosoflar , “Qorxdular haqq deməyə, döndülər insan dedilər”(İ. Nəsimi, Hürufilik,Ələvilik təriqətləri) deyərək vəhdət-əl vücud və panteizm(Ş.Təbrizi, M.Həllac,İbn Ərəbi) konsepsiyalarını formalaşdırmışlar, Azərbaycanda, Türk-İslam mədəniyyətində, İnsanı yüksəltmək, ideallaşdırmaq hərəkatı-Sufizm doğulmuşdur. İnsan inkişafının sosial ədalət və bərabərlik mühitində mümkün olduğunu nəzərə alaraq, Sosial bərabərliyi praktiki həyatda tətbiq etməyə nail olan Əxi təşkilatları qurmuşlar. Bu ənənəni Azərbaycan cümhuriyyətinin qurucusu M.Ə.Rəsulzadə sosial bərabərlik ideyasına əsaslanan sosial dövlət konsepsiyasını –Solidarizm nəzəriyyəsini yaratmaqla davam etdirmişdir. Məhz buna görə də mən, Fəlsəfə institutu adından təklif edirəm.Tarix və mədəniyyətimizin köklərində yatan İnsan inkişafı ideallarını BMT-nin İnsan inkişafı konsepsiyaları ilə çulğalaşdıraraq, həmçinin ”Azərbaycanda Sahibkarlığın İnkişafı (1993-1995)” Dövlət Proqramını , “Azərbaycan Respublikasının demoqrafik inkişaf konsepsiyası”, “Azərbaycan Respublikasında turizmin inkişafına dair Dövlət Proqramı”, “Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və iqtisadi inkişaf üzrə Dövlət Proqramı, “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramını, “Azərbaycan Respublikasının məşğulluq strategiyası” Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı”nı və “2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Azərbaycan respublikası prezidentinin sərəncamlarını, əsas alaraq 2018-ci ili “İnsan”ili, “İnsan inkişafı və sosial bərabərlik ili” elan edək. Və “İnsan” ilində bu sərəncamdan irəli gələrək Azərbaycanda davamlı insan inkişafı dövlət proqramında nəzərdə tutulmuş tədbirlərin reallaşmasında dövlət-cəmiyyət-millət səfərbərliyinə,vətəndaş aktivliyinə və təşəbbüslərinə nail olmaqla Azərbaycan prezidentinin “Qara qızılı insan qızılına çevirmək”strategiyasının reallaşmasına çalışaq.

Məlumdur ki, 2000-ci ilin sentyabrında Nyu-Yorkda BMT-nin təşkilatçılığı ilə 147 ölkənin başçısı Minilliyin sammitinə toplaşaraq, Minilliyin İnkişaf Məqsədlərini (MİM) əks etdirən birgə Bəyannamə imzalamış və bununla da yoxsulluğun azaldılması məsələlərini özlərinin 2015-ci ilə qədər öhdəlikləri kimi müəyyənləşdirmişlər. Həmin qlobal məqsədlərdən birincisi məhz ifrat yoxsulluq və aclıq içində yaşayan dünya əhalisinin sayının yarıyadək azaldılmasını nəzərdə tutur. Minilliyin Bəyannaməsinə qoşulan bir ölkə kimi, Azərbaycan Respublikasında da bu öhdəliyin ölkə şəraitinə uyğun şəkildə həyata keçirilməsini təmin etmək məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 20 fevral tarixli Fərmanı ilə “2003-2005-ci illər üçün Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və iqtisadi inkişaf üzrə Dövlət Proqramı” təsdiq edilmişdir.

2008-2015-ci illərdə YADİDP-nin aşağıdakı əsas doqquz strateji məqsədi müəyyənləşdirilmişdir:

1. qeyri-neft sektorunu tarazlı inkişaf etdirməklə davamlı iqtisadi artımın təmin edilməsi;

2. əhalinin gəlir əldə etmək imkanlarının genişləndirilməsi, yoxsul əhalinin sayının əhəmiyyətli dərəcədə azalmasına nail olunması;

3. səmərəli sosial müdafiə sistemini inkişaf etdirməklə yaşlı əhalinin, aztəminatlı ailələrin və sosial cəhətdən xüsusilə həssas qrupların sosial riskinin azaldılması;

4. qaçqınların və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması tədbirlərinin sistemli şəkildə davam etdirilməsi;

5. təhsil və səhiyyə sahəsində əsas xidmətlərin keyfiyyətinin yüksəldilməsi və onları əldə etmək üçün bərabər imkanların yaradılması;

6. sosial infrastrukturun inkişaf etdirilməsi, kommunal xidmətlər sisteminin təkmilləşdirilməsi;

7. ekoloji vəziyyətin yaxşılaşdırılması, ətraf mühitin davamlı idarə olunmasının təmin edilməsi;

8. gender bərabərliyinin dəstəklənməsi;

9. dövlət idarəetməsinin təkmilləşdirilməsi.

Bununla yanaşı, Azərbaycan BMT-nin 2015-ci ilin 25-27 sentyabr tarixlərində keçirilən Davamlı inkişaf sammitində 2016-2030-cu illər üçün təsdiqlənmiş Davamlı inkişaf məqsədlərinə qoşulmuşdur. Bu proqramın tərkib hissəsi kimi Dördüncü Bakı Beynəlxalq Humanitar Forumunun Davamlı inkişaf və ekoloji sivilizasiya” dəyirmi masası keçirilmiş, davamlı inkişaf prioritetləri müzakirə olunmuşdur.

“Davamlı inkişaf” termini ətraf mühit və inkişafa dair Beynəlxalq Komissiya (Bruntland komissiyası) tərəfindən 1987-ci ildən işlədilməyə başlanmışdır.

Davamlı inkişaf hazırki dövrdə bütün tələbatları ödəməklə yanaşı gələcək nəsillərin də öz tələbatlarını ödəmək qabiliyyəti və istəyini təmin etməyk ideyasıdır.

BMT-nin Rio de Janeyro-92 konfransında qəbul edilmiş və Davamlı İnkişaf üzrə öz milli strategiyasını hazırlamaq üçün “XXI əsrin gündəliyi” adlanan bu sənəd XXI əsr üçün dünya ölkələrinin iqtisadi, sosial və ekoloji aspektləri əhatə edən Davamlı Inkişaf konsepsiyasını hazırlamaq üçün ümumi fəaliyyət proqramıdır.

Ətraf mühit və inkişafa dair Rio-de-Jeneyro bəyannaməsinə aşağıdakı ideyalar daxildir:

İnsanlar təbiətlə həmahəng sağlam və məhsuldar yaşamaq hüququna malikdirlər. Bugünki inkişafı gələcək nəsillərin ziyanına olaraq həyata keçirilməməlidir.Davamlı inkişafı həyata keçirtməkdən ötrü ətraf mühitin mühafizəsi inkişaf prosesinin ayrılmaz hissəsini təşkil etməlidir və buna ondan ayrılıqda baxılmamalıdır. Sabit inkişafı təmin etmək və əhalinin çoxunun tələblərini ödəməkdən ötrü yoxsulluğun kökünün kəsilməsi və dünyanın müxtəlif hissələrində həyat səviyyələrinin qeyri-bərabərliyinin ləğvi nəzərdə tutulur.

Davamlı inkişafın əsas vəzifəsi insanın tələbat və istəklərinin ödənilməsi ilə ifadə olunur. Resursların və imkanların təkcə adamların indiki nəsli üçün deyil, həmçinin indiki və gələcək nəsillər arasında, həmçinin insanla digər bioloji növlər arasında ədalətli bölgüsü.

Davamlı İnkişaf iqtisadi, sosial, ekoloji aspektləri əhatə etməklə Minilliyin inkişf məqsədlərinə əsaslanır. Yer kürəsində insanın ən optimal şərtlərlə mövcudluğunu təmin etmək, eyni zamanda növbəti nəsillərin gələcəyini təmin etmək üçün davamlı inkişafın əsas sütunları şəxsi inkişaf, iqtisadi inkişaf və ətraf mühitin mühafizəsidir. Daha çox sosial komponentləri əhatə edən davamlı inkişaf konsepsiyası-insan həyatının normal şəkildə davamlılığını nəzərdə tutur.

90-cı ildə BMT tərəfindən irəli sürülən Davamlı İnkişaf Konsepsiyasının tərkib hissəsi olan İnsan inkişafı Konsepsiyası insan həyatının təkcə iqtisadi tərəflərini yox, onun sosial aspektlərini-təhsil, səhiyyə, ekologiya,demoqrafiya, mədəniyyət, ailə və məişət və s.əhatə edir. Insan inkişafı sosial həyatın bütün sahələrində fərdin inkişaf imkanlarının genişlənməsini əsas tutur.

Hazırda dünyada sosial tərəqqinin səviyyəsi- insanların sağlamlıq,uzunömürlülük, dünyagörüş səviyyəsi, mənəvi-psixoloji vəziyyəti ilə müəyyənləşir. İqtisadiyyatdakı nailiyyətlər istehsal və istehlak həcmi ilə deyil, insanların mənəvi dünyagörüşünün səviyyəsi və mənəvi-psixoloji sağlamlıq vəziyyəti ilə şərtlənir

Davamlı inkişaf konsepsiyasında İnsanın-təbiətin-Cəmiyyətin üzvi vəhdətdə inkişafı əsas götürülür.

Davamlı İnsan inkişafı Konsepsiyasında indiki və gələcək nəsillərin həyat tələbatlarını ödəmək, öz qabiliyyətini inkişaf etdirmək üçün bütün insanlara bərabər imkanların yaradılması nəzərdə tutulur. Davamlı inkişafın üç əsas istiqaməti olan iqtisadiyyat, ekologiya və sosial sahə içərisində əsas hərəkətverici qüvvə insan potensialıdır. İnsan inkişafı isə təbiətlə-cəmiyyətin tarazlığı kontekstində mümkündür.Sosial ədalət, sosial bərabərlik və ekoloji təhlükəsizliyi özündə birləşdirən iqtisadi inkişafa əsaslanır.

Artıq XXI əsrdə “İnsanlar iqtisadiyyatın inkişafına yox, iqtisadiyyat insanların inkişafına xidmət etməlidir”prinsipi əsas götürülür.İnsan inkişafı-Demoqrafik xarakteristika, Ətraf mühit, urbanizasiya və mənzil-məişət şəraiti, sağlamlıq və qidalanma, Təhsil, iqtisadi fəallıq, Sosial qruplar və əhalinin təşkil olunma səviyyəsi, Sosial təminat, mədəniyyət və asudə vaxt,Vaxtdan səmərəli istifadə ,ictimai qaydalar və təhlükəsizlik, Sosial münasibətlər və siyasi fəaliyyət aspektlərini əhatə edir.davamlı inkişaf tərəqqinin, inkişafın bütün parametrlərinin və prioritetlərinin harmonik şəkildə əlaqələndirilməsini tələb edir.

Azərbaycanda Davamlı İnkişaf Konsepsiyasının əsas aspektləri yoxsulluğun azaldılması, tarazlı inkişafın təmin edilməsidir. Davamlı inkişafın Azərbaycan modelinin strateji istiqamətləri Dünyanı və ölkəmizi davamlı inkişafa necə transformasiya etməli olduğumuzu bilməkdən keçir. Bunun da yolu bilgi toplumu yratmaqla “kollektiv intellekt” strategiyasına malik olmağımızdan keçir.

Minilliyin proqramı çərçivəsində 2020-ci ilə qədər Yoxsulluğun azaldılması, sosial bərabərliyə əsaslanan tarazlı cəmiyyət, rifah cəmiyyəti, bilgi cəmiyyəti,ekoloji cəmiyyət formalaşdırmaq Azərbaycanda inkişaf prioriteti olmalıdır. “Qara qızılı insan kapitalına çevirmək” strategiyası, “Yaşıl inkişaf” strategiyası, “Gənclərin və qadınların enerjisindən istifadə etmək” strategiyası dövlət siyasətimizin əsasını təşkil etməlidir. Davamlı iqtisadi inkişaf və yoxsulluğun azaldılması gənclərin ölkənin iqtisadi və sosial həyatında fəal iştirakını tələb edir. Ölkə əhalisinin 55%-ni uşaq və gənclər təşkil edir, qeydə alınmış işsizlərin 51%-ni gənclər təşkil edir. Bu səbəbdən, gənclərin əksəriyyəti ölkənin iri şəhərlərinə və yaxud digər ölkələrə miqrasiya edir. Dövlət bunun qarşısını almalıdır. Bildirməliyik ki, BMT XXI əsri təhsil əsri elan etmişdir. Ölkə Prezidentinin 2007-cı il 16 aprel tarixili 2090 nömrəli Sərəncamı ilə “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” qəbul edilmişdir. BMT-nin “Uşaq hüquqları haqqında” Konvensiyasına uyğun olaraq, Uşaq Hüquqları üzrə Milli Fəaliyyət Planı həyata keçirilməsi nəzərdə tutulur.

Davamlı insan inkişafı konsepsiyasının əsas prioritetlərindən biri də ekoloji sivilizasiyanın formalaşdırılmasıdır. Ekoloji sivilizasiya bir sistem kimi başa düşülməlidir, ətraf mühitin çirklənməsi, təbii resurslardan istifadə isə bu sistemin tərkib elementləridir. Ekoloji sivilizasiyanın formalaşması üçün “sosial məsuliyyət” anlayışı inkişaf etdirilməli ekoloji təhsil və ekoloji mədəniyyətə malik insan formalaşdırılmalıdır. Ekoloji etika, ekoloji politologiya, tarixi ekologiya, etnoekologiya kimi məsələlər elmi tədqiqata cəlb olunmlıdır. Yalnız yaxşı idarəçilik və dövlət institutlarının, vətəndaş cəmiyyətinin və özəl sektorun fəaliyyətinin kombinasiyası davamlı inkişafa nail olmaq üçün əsas şərtdir. Sosial məsuliyyətin ekoloji ölçüsü -insanın və bəşəriyyətin, xüsusilə qadın və uşaqların xeyri üçün əldə olunmuş nailiyyətlərin daha da inkişaf etdirilməsi və qorunması meyarı ilə müəyyən olunmalıdır. Davamlı inkişafa çatmaqdan ötrü qadınların hər tərəfli inkişafı vacibdir. Gənclərin yaradıcı qüvvələrinin iştirakı zəruridir. İlham Əliyevin Forumun açılışındakı nitqində dediyi kimi “təbii sərvət kimi enerjinin istifadəsindən deyil, insanın, xüsusilə gənclərin enerjisindən istifadə edilməlidir”. Təhsil sahəsində gənclərə daha çox imkan yaradılmasının zəruriliyi davamlı inkişafın əsas şərtidir. Təbii ehtiyatlardan səmərəli istifadə məsələsinə gəlincə ekoloji təhlükəsizlik və mədəni irsin qorunması sahəsində insanların maarifləndirilməsi, ekoloji mədəniyyətin tərbiyə edilməsi, yeni düşüncə tərzinin formalaşması kimi məsələlərin mühüm əhəmiyyət kəsb etdiyini qeyd etməklə bərabər, iqtisadiyyat, insan, ekologiya və mədəniyyət sahələrindəki inkişafın qarşılıqlı şəkildə, bir-biri ilə üzvi əlaqədə olduğunu hesab edirik. 2003-2010-cu illəri əhatə edən “Azərbaycan Respublikasında ekoloji cəhətdən dayanıqlı sosial-iqtisadi inkişafa dair Milli Proqram”, 2003-2008-ci illəri əhatə edən “Azərbaycan Respublikasında meşələrin bərpa edilməsi və artırılmasına dair Milli Proqram”, “Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 2006-2010-cu illər üçün Kompleks Tədbirlər planı” və s. hazırda icra olunmaqdadır.

Davamlı inkişaf, yaşıl iqtisadiyyat, ekologiya və mədəniyyət inkişafın yeni yollarının axtarışı məsələləridir. Sosial problemlər həll olunmadan ekoloji problemlərin həllinin qeyri-mümkün olduğunu və bu məsələlərin mərkəzində insanın dayandığını qeyd edirik. Ekologiya və ətraf mühit sahəsində yaxşı idarəçilik standartlarını tətbiq etməklə yaşıl inkişaf strategiyası yaratmaq vacibdir. Yaşıl inkişaf strategiyası əsasında dövlət Erməni işğalı altında olan İrəvanın,Qarabağ və ətraf bölgələrin ekaloğiyasına vurulan zərərləri, eyni zamanda Azərbaycanın mədəniyyət abidəsi olan Urmu gölünün qurudulmasını da beynəlxalq təşkilatlar qarşısında qaldırmalı, Urmu gölünün qurudulmasının qarşısının alınması məqsədilə İran-Azərbaycan müştərək komissiysının yaradılmasına cəhd edilməlidir. Ermənistanda tikilmiş Metsamor AES-nın Azərbaycan və Qafqaz ekalogiyasına mənfi təsiri qeyd edilməlidir. Azərbaycan Qafqazda ətraf mühitin mühafizəsinə dair Assosiasiyanın yaradılması təşəbbüsünü öz üzərinə götürməlidir.

Müasir dövrün qlobal çağırışları təkcə idarəçilik yanaşmasının dəyişilməsini deyil, həm də mədəni transformasiyanın baş verməsini tələb edir. Mədəni transformasiya zamanı Milli identikliyin qorunması,özəlliklə Azərbaycanda dominant Türk kimliyinin və dilinin qorunması vacib şərtdir. Soyadların türkləşdirilməsi və Rus “ov, yev” mənsubiyyət şəkilçilərinin ləğv edilməsi şərtdir.

Qeyd etməliyik ki, davamlı inkişaf bütün dünyada yoxsulluğun aradan qaldırılmasından sonra mümükündür. XXI əsrin ilk illərinə olan məlumata görə, yoxsulluq dünya dövlətlərinin 2/3 hissəsini əhatə edən problemdir. Dünyada 1,2 milyarda yaxın insan yoxsulluqdan əziyyət çəkir, təqribən 2 milyard insanın gündəlik gəliri isə bir dollardan aşağıdır. Təbii ki, bütün bunlar dünya ölkələri üzrə gəlirlərin ədalətsiz bölgüsü ilə bağlıdır. Hazırda əksər dünya dövlətlərinin başlıca məqsədi olan davamlı inkişafa keçidin də əsas tələbi, məhz gəlirlərin ədalətli bölgüsünə nail olmaqdır.

Gəlirlərin ədalətli bölgüsü şüuru, həmçinin istehlak etikası formalaşdırılmalıdır.Bu sahədə praktiki addımlar atılmalı davamlı inkişafa dair AMEA əməkdaşlarının bütün bölgələrimizdə xalqa və məmurlara məruzələri təşkil olunmalıdır. İqtisadiyyatın “ekologiyalaşdırılması” və “davamlı inkişaf naminə hərəkatlar” yaradılmalıdır. Mədəniyyətin transformasiyasında ekoloji sivilizasiya yaratmaq əsas məqsəd olmalıdır. əhalinin ətraf mühitin mühafizəsi sahəsində maarifləndirilməsində vətəndaş cəmiyyətinin, qeyri-hökumət təşkilatlarının, medianın rolunu vurğulamaqla bərabər qeyd edirik ki, inkişafın etik əsasları formalaşmadıqca davamlı inkişafa nail olmaq qeyri-mümkündür

Azərbaycanda İnformasiya və kommunikasiya texnologiyalarından (İKT) istifadə imkanlarının genişləndirilməsi, Turizmin inkişaf etdirilməsi, Məşğulluq siyasəti və əhalinin sosial müdafiəsinin təşkili, insan kapitalının inkişafı və sosial tərəqqi, Mədəniyyətin inkişafı, Gender siyasətinin formalaşması istiqamətində xeyli işlər görülmüşdür. “Azərbaycanda qadınların rolunun artırılmasına dair tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 14 yanvar tarixli Sərəncamı imzalanmış, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 6 mart tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasının Qadın Problemləri üzrə Milli Fəaliyyət Planı (2000-2005-ci illər)” təsdiq edilmiş, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında dövlət qadın siyasətinin həyata keçirilməsi haqqında” 2000-ci il 3 iyun tarixli Fərmanı qüvvəyə minmişdir. Azərbaycan həmçinin 1995-ci ildə BMT-nin “Qadınlara münasibətdə ayrı-seçkiliyin bütün formalarının ləğv olunması haqqında Konvensiyası”na qoşulmuşdur. 1998-ci ildə Qadın Problemləri üzrə Dövlət Komitəsi yaradılmış, 2006-cı ildə isə onun əsasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi (AQUPDK) formalaşdırılmışdır. 2006-cı il oktyabrın 10-da “Gender (kişi və qadınların) bərabərliliyinin təminatları haqqında“ Azərbaycan Respublikasının Qanunu qəbul edilmişdir. Lakin qanunlar qəbul edilsə də, sərəncamlar imzalansa da onların tətbiqi və reallaşması yönümündə böyük problemlər mövcuddur. Ailənin bir institut kimi qorunması ilə bərabər,qadın liderlərin yetişdirilməsinə qayğı dövlət siyasətinin əsasını təşkil etməlidir. Davamlı inkişaf konsepsiyasının reallaşdırılmasında vətəndaş cəmiyyətinin və kütləvi informasiya vasitələrinin rolu böyükdür. Vətəndaş cəmiyyəti Dövlət idarəçiliyinin demokratik prinsiplərə əsaslanmasından, azad seçki sisteminin və siyasi mədəniyyətinin olmasından keçir. Vətəndaş cəmiyyətinin formalaşmasının əsasında isə QHT-lərin və azad mətbuatın formalaşması və onların fəaliyyətinin ictimai həyatın bütün sahələrini əhatə etməsi durur.

Son söz əvəzi. Cənab prezident, bir vətəndaş kimi Sizin siyahınıza düşsəm də, düşməsəm də, nə qədər ki, siz prezidentsiniz, nə qədər ki, Azərbaycanda YAP hakimiyyətdədir, mən həmişə sizə müxalifət olacam. Mən sizin dəyərlərinizi, idarəetmə fəlsəfənizi, sosial-iqtisadi siyasətinizi bəyənmirəm, qəbul etmirəm, uğurlu hesab etmirəm, paylaşmıram. Mənim dəyərlərim müsavatçılıqdır, liderim M.Ə.Rəsulzadədir. Siz isə Müsavatçılığın əsas prinsipi olan sosial dövlət ideyasını tətbiq etməklə tarixdə və vətəndaşlarımızın xatirələrində müsbət obraz kimi qala bilərsiniz. “Sosial dövlət” ideyası sərvətlərin və gəlirlərin bütün vətəndaşlar arasında bərabər ədalətli bölgüsünə əsaslanır və hakimiyyəti qəsb etmiş bir zümrənin dövlət malını, xalqın malını talamaqdan, mənimsəməkdən qətiyyətlə imtina edir. Bunu isə yalnız M.Ə.Rəsulzadə kimi Dövlət,Vətən, Millət əxlaqına və vicdanına sahib olan liderlər bacarar, gerçəkləşdirər.

Cənab Prezident. Sizin prezidentliyiniz dövründə “İnsan xoşbəxtliyi” yoxdur, əgər yoxdursa Prezident olmağa dəyməz!!

Sayğılarla. Yasəmən Qaraqoyunlu.

4 -dən səhifə 149