İstanbulun Sarıyer məhəlləsindəki polis şöbəsinə əldəqayırma partlayıcıyla hücum edən terrorçulardan biri vurulub

 Milli.Az Haberturk-ə istinadən bildirir ki, xəstəxanaya aparılan terrorçu orada ölüb. 

 Terrorçu DHKP/C üzvü olan qrup Fatih Sultan Mehmet Polis Mərkəzinə yaxınlaşaraq mərkəsin bağçasına əldəqayırma qumbara atıb. Atışma başlayıb. Yaralanan yoldaşlarını bağçada qoyan terrorçular qaçıblar.
 Ölən terrorçunun kimliyi də bəlli olub. Yılmaz Öztürk adlı bu şəxs 20 yaşında imiş. 
 Polis araşdırma aparır. 

Azərbaycanda rayonların ayrı-ayrı yüksək rütbəli məmurlar arasında bölüşdürüldüyü heç kimə sirr deyil. Hansı nazir, komitə sədri və ya başqa yüksək rütbəli məmur, hansı rayona nəzarət edirsə, onun qohum-əqrəbası da oranın, necə deyərlər, sahibinə çevrilir. Çapıb-talayırlar, əhalini soymaqla, rayonu talamaqla yetinməyib, insanların şərəfini, qururunu belə əzməkdən çəkinmirlər. Misal üçün, bir neçə il əvvəl belə nazirlərdən birinin yaxını rayonlardan birində içib kefləndikdən sonra "bu rayonda kişi yoxdur” demiş, bundan xəbər tutan rayonun "bərkgedənləri” onu (tanıyanlar həmin şəxsə "Dördbarmaq” da deyirlər – red.) soyuq suda "çimizdirdikdən” sonra, rayondan qovulmasına nail olmuşdular. Yaxud İsmayıllı hadisələrini xatırlayaq. Bir rayonu ayağa qaldıran da elə nazirin yaxın adamının artıq-əskik hərəkətləri olmamışdımı?

Bu faktlar, əlbəttə ki, rayonları öz aralarında bölüşdürən məmurların, onların yaxınlarının insanlara necə münasibət bəslədiyini tam təsəvvür etməyə kifayət deyil. Necə deyərlər, aysberqin görünən tərəfləridir. 

1419115506_qaxMəsələn, Qax rayonundan "AzPolitika.info”ya göndərilən məktubdan belə məlum olur ki, Qax və Zaqatala rayonları da "Meliorasiya və Su təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətinin sədri Əhməd Əhmədzadənin yaxınları tərəfindən "özəlləşdirilib”.
Təsadüfi deyil ki, Qax rayonunun icra başçısı Musa Şəkiliyev Əhməd Əhmədzadənin xalası oğlu, Zaqatalanın başçısı Mubariz Əhmədzadə isə qardaşıdır.

Saytımıza müraciət edən şəxs Qax rayonunun ziyalılarından biri olduğunu qeyd edir (bəlli səbəblərdən adının verilməsini istəmir-red.) və Əhmədzadələrin bu rayondakı fəaliyyətindən bəhs edir. Əhməd Əhmədzadənin Qax rayonunda rəhbər vəzifədə çalışan yaxın qohumlarının qanunsuz əməllərindən bəhs edən həmin məktubi kiçik ixtisarla dərc edirik:

"Əhməd Əhmədzadə barədə məlumat verməyə, hər halda ehtiyac yoxdur. Öz sahəsi üzrə çox savadlı və təcrübəli mütəxəssisdir. 40 ildən artıq yüksək vəzifələrdə işləmiş bu şəxsin ölkənin su təsərrüfatı və meliorasiya sistemlərinin inkişafında rolu əvəzedilməzdir.

Lakin Əhməd Əhmədzadənin dövlət və Prezident qarşısında gördüyü xidmətlərini onun yaxın qohumları, əsasən də Qax rayonunda yüksək vəzifə sahibi olan yaxınları öz əməlləri ilə gözdən salırlar.

1mudQax rayonunun icra başçısı Musa Şəkiliyev Əhməd Əhmədzadənin xalası oğlur. Qardaşı oğulları Vüqar və Tərlan Əhmədzadələr isə rayonda yüksək vəzifələr tuturlar. 

Vüqar Əhmədzadə - DSMF Qax rayon şöbəsinin müdiri, Tərlan Əhmədzadə isə Qax rayon Mərkəzi Xəstəxanasının baş həkimidir. Onların rayondakı qanunsuz əməlləri barədə ən ucqar kəndlərin sakinləri belə xəbərdardır. Hər iki qurum böyük korrupsiya bataqlığına qərq olub.

Vüqar Əhmədzadə pensiya alan vətəndaşlara ödəniləsi pensiyaları müxtəlif bəhanələrlə kəsir və bu vəsaitlərlə rayonda özünə biznes imperiyası qurur. Pensiya kartlarının verilməsində yaşlı nəslin nümayəndələrinə müxtəlif süni maneələr yaradır. Hətta bəzilərindən onlara pensiya kartını vermək üçün, alacaqları pensiyadan haqq da istəyir.

Bir məqamı da qeyd etmək istəyirəm ki, Vüqar Əhmədzadə Qax rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə keçməkdə iddialıdır. Bu səbəbdən də hazırki icra başçısı Musa Şəkiliyev, qohumu  olmasına baxmayaraq, onu istənilən vasitəylə gözdən salmağa cəhd edir.

Vüqar Əhmədzadə rayonda və Bakıda müxtəlif yerlərdə bahalı villa və mənzillərə sahibdir.

Digər qardaşı Tərlan Əhmədzadə ondan heç də geri qalmır. Atası, keçmiş baş həkim Fərman Əhmədzadə rəhmətə getdikdən sonra onun yerinə keçən Tərlan Əhmədzadə, xəstəxananın həkim, tibb bacıları və xəstələrinə qan uddurur. Xəstəxana o dərəcə korrupsiyaya qərq olub ki, hətta ayda 150-200 manat alan tibb bacılarının əmək haqqından da müəyyən "haqq” baş həkimə çatmalıdır.
Güzəranı onsuz da acınacaqlı olan bu həkimlər və tibb bacıları işlərini itirməmək üçün birtəhər günlərini keçirirlər. Vəziyyət o həddədir ki, hər hansı xəstə əgər həkimə və ya tibb bacısına 3-5 manat "şirinlik” verirsə, bu pul da birbaşa Baş həkimə çatmalıdır. Əgər kimsə bunu gizlətməyə çalışsa və onun üstü açılsa, həmin işçini ən ağır söyüşlərlə təhqir edərək, işdən azad edir. İllərdir sürən bu vəziyyətə artıq insanlar öyrəşib və mübarizə aparmağın mənasız olduğunu əsas gətirərək, səslərini çıxarmağa belə qorxurlar. Çünki o, hər hansı səhvi ucbatından nəinki özünü, hətta öz yaxınlarını zərbə altına almış olur.

Ümumiyyətlə, rayonda ən "bərkgedən” obyektlər – restoranlar, hotellər, istehsal müəssisələri, mağaza və marketlər Əhmədzadələrə məxsusdur. Onların icazəsi olmadan heç kəs hər hansı obyekt tikə, onların "bazar”ına girə bilməz.

11880449_10206307745445274_313728596_n

Nəzərə çatdırmaq istəyirəm ki, Əhməd Əhmədzadənin oğlu Cuma Elman Rüstəmovun qızı Günel ilə ailəlidir. Bu qohumluq əlaqəsi Əhməd Əhmədzadənin statusunu biraz da möhkəmləndirib. Bu qohumluq əlaqəsi yaranana qədər Əhməd Əhmədzadə tutduğu vəzifənin səlahiyyətlərini icra edirdi, yəni rəsmi fərmanla təsdiq edilməmişdi. Çünki Xalq Cəbhəsi dövründə də işləyirdi və Heydər Əliyev bu səbəbdən onu bu vəzifəyə rəsmən təyin etmirdi.

83990 Əhməd Əhmədzadəyə Elman Rüstəmovla qohumluq əlaqələri yaranana qədər də hökumətdə yüksək vəzifədə çalışan bir çox dostları köməklik göstərməyə çalışırdılar. Baş nazirin müavini Abid Şərifov, sabiq maliyyə naziri Əvəz Ələkbərov və Nərimanov rayonunun keçmiş icra başçısı Mübariz Rəcəbov onun bu quruma sədr keçməsinə birbaşa köməklik göstərmişdilər. Oğlu Cuma Əhmədzadə Elman Rüstəmovun qızı ilə evləndikdən sonra onun gücü daha da artıb. 

Nəzərə çatdırmaq istəyirəm ki, Mubariz Rəcəbov əslən Qax rayonundandır və eyni zamanda Əhməd Əhmədzadə ilə yaxın dostluq və qohumluq əlaqələri var. Hətta Qax rayonunda Əhmədzadələrə məxsus bir çox biznes obyektlərinə – restoran və hotellərə şərikdir. Eyni zamanda, Mübariz Rəcəbov və Əhməd Əhmədzadə Qax rayon taxıl məhsulları kombinatının əsas səhmdarlarıdır.

14896_src"ULUYURD” şirkətlər qrupuna Qax rayonunda fəaliyyət göstərən əsas hotel, restoranlar və istehsal müəssisələri daxildir və bu şirkətin təsisçisi Cuma Əhmədzadə, baş direktoru isə Cumanin xalası oğlu Rəsul Allahverdiyevdir.Hotellərə nəzarəti də məhz Rəsul həyata keçirir.

Cumanın xarici ölkələrdə də böyük biznes imperiyası mövcuddur. Əsasən Londonda və Cenevrədə. Özü Londonda yaşadığı üçün, ordakı biznesə birbaşa nəzarət edir. Cenevrədəki biznes fəaliyyətinə isə orada yaşayan qohumları – Mubariz Rəcəbovun oğlu Pərviz və Musa Şəkiliyevin oğlu Orxan nəzarət edirlər.

1397021726-242Əhməd Əhmədzadənin digər qardaşıMubariz Əhmədzadə isə Zaqatala rayon İcra Hakimiyyətinin başçısıdır. O rayonda da başçıdan ciddi narazılıqlar var. Rayonda görülən bütün abadlıq və yenidənqurma işlərini Mübariz Əhmədzadənin oğu Coşqun Əhmədzadənin şirkətləri həyata keçirir”.

Məktubda göstərilənlərə onu da əlavə edək ki, Əhmədzadələrin Qaxı tam ələ keçirməsində xüsusi rolu olan icra başçısı Musa Şəkiliyevin rayonda "xaloğlu” ləqəbi ilə məşhur olduğu bildirilir . Yerli camaat ona rayonun başçısı yox, bir nömrəli biznesmeni adını verib. Belə ki, Qaxın meşələri hesabına mebel biznesini genişləndirən Musa Şəkiliyev, ailə ənənələrinə uyğun olaraq, rayondakı ən böyük müəssisə olan "Qax Tütün”ün sahibi Eldəniz Şəkiliyevlə birləşərək, böyük gəlir əldə edir. Yerli əhalinin meşələrdən ağac kəsib mebel sexlərinə satması da qadağan olunub. Bu iş yalnız icra başçısının monopoliyasına alınıb.

Rayonun bütün digər idarələrində də Əhmədzadələr hökmranlıq edir. Yuxarıdakı məktunda qeyd edilən vəzifələrdən başqa, Qaxda bir sıra digər sahələr də Əhmədzadələrin nəzarətindədir.
Məsələn, rayonda əsas kurort yeri olan İlisu kəndinin icra nümayəndəsi təyin olunan Həşim Həsənov Mübariz Əhmədzadənin qızının baldızı əridir. Mübariz Əhmədzadənin kürəkəni Elyar isə Rabitə Nazirliyində məsul vəzifədədir.

1401948861_73771Qeyd edək ki, Əhməd Əhmədzadə Sovet İttifaqı dövründən müxtəlif vəzifələrdə işləyən məmurlardandır. Onun "Baron” ləqəbi ilə tanındığı bildirilir. Ə.Əhmədzadə o qədər də diqqət mərkəzində olmasa da, bütün qohum-əqrəbasını yaxşı vəzifələrə yerləşdirib, böyük bir klanın ağsaqqalına çevrilib.
Əhməd Əhmədzadə həm də böyük biznesə, varidata sahibdir. Bütün biznes strukturları da oğlunun adınadır. Bir neçə il əvvəl mətbuatda Cuma Əhmədzadənin gənc yaşında malik olduğu biznes imperiyası barədə SENSASİYALI araşdırma dərc olunmuşdu.

"Advisors CO.”, "Proyekt”, "Muğal” Məhdud Məsuliyyətli Cəmiyyəti, "Uluyurd” Məhdud Məsuliyyətli Cəmiyyəti kimi şirkətlərin sahibi olan Cüma Əhmədzadənin, həm də otellər zəncirinin sahibi olduğu bildirilir.
"İlisu Uludağ Turizm və İstirahət Kompleksi”nin, "El-Resort” otelinin və s.
Onun İngiltərə və Çexiyada da şirkətlərinin ("ALPS s.r.o.”, "GYUNEL LİMİTED” və sair) olduğuna dair məlumatlar yayılıb.///azpolitika.info

P.S. Məktubda göstərilənlərlə bağlı adları çəkilən şəxslərin də mövqeyini işıqlandırmağa hazırıq.

Azərbaycan nefti ucuzlaşıb.

Ötən gün "AzeriLight" markalı neftin bir barelinin qiyməti 0,11 dollar və ya 0,32% azalaraq 34,77 dollar təşkil edib. 
Azərbaycanda dolların məzənnəsində də ucuzlaşma olub. 
Bu barədə məlumatı Azərbaycan Mərkəzi Bankı yayıb. 
Bugünkü məzənnəyə əsasən, 1 dollar 1.5635 manat təşkil edir. 
Avronun məzənnəsində də ucuzlaşma olub. Belə ki, hazırda 1 avro 1,7395 manata dəyişdirilir.

Şirvanın deputatının ermənilərlə nə kimi qohumluq əlaqələri var?

Milli Məclis üzvü ilə bağlı araşdırılması vacib olan kifayət qədər ciddi faktlar üzə çıxıb Son günlər baş verənlər Azərbaycan parlamentində mandat sahibi olanları bir daha saf-çürük etməyə əsas verir. Belə ki, bir tərəfdə məsələn “Azərsun” kimi nəhənglə baş-başa gələn, həddini aşan məmurlar haqda sərt ifadələr işlədən Zahid Oruc varsa digər tərəfdə “seçildiyi” bölgələrdə xalq etirazlarını xəbər portallarından izləyən, öz biznesinin inkişafından başqa heç bir fəaliyyəti olmayan deputatlar var.
Son günlər silsilə yazılar daha çox 46 saylı Şirvan şəhər Seçki Dairəsindən qalib elan olunaraq mandat almış Rafael Cəbrayılov haqdadır. Onu da qeyd edək ki, bu şəxsin adı mediada ən müxtəlif qalmaqallarla hallanıb. Məlumat üçün qeyd edək ki, Cəbrayılov Rafael Kamil oğlu 28 dekabr 1958-ci ildə anadan olmuşdur. 1976-cı ildə Şirvan şəhər 9 saylı orta məktəbi bitirmişdir. 1985-1992-ci illərdə Sabirabad rayon prokurorluğunun müstəntiqi və baş müstəntiqi, 1992-ci ildən isə Azərbaycan Respublikası Baş Prokurorluğunda müxtəlif məsul vəzifələrdə çalışmışdır. Rütbəsi Ədliyyə müşaviridir (ədliyyə polkovnik-leytenantıdır).
III çağırış Azərbaycan Milli Məclisində 9 saylı Binəqədi ikinci seçki dairəsindən, son parlament seçkilərində isə 46 saylı Şirvan şəhər Seçki Dairəsindən deputat seçilmişdir. Bitərəfdir. Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvüdür. Rus və ingilis dillərini bilir. 50-dən artıq elmi-publisitik məqalənin müəllifidir. Ailəlidir, iki övladı var. Bu yalnız rəsmi məlumatdır. Amma cumhuriyyet.az olaraq mediadan topladığımız məlumatlarda maraqlı və ilginc faktlar yer alır. Rəfael Cəbrayılovla bağlı iddialardan birinin yaranmasına səbəb keçən seçkilərlə bağlıdır. Hələ bir neçə il əvvəl keçmiş ABU rektoru Elşad Abdullayev bəyan etmişdi ki, o, daha bir deputatın ifşasına həsr edilən video yaya bilər.
Elşad Abdullayevlə seçki müzakirələrini əks etdirən videogörüntülərdə sabiq YAP-çı deputat Gülər Əhmədova Rafael Cəbrayılovu da öz gücü ilə deputat seçdirdiyini demişdi. E.Abdullayevə mandat vəd edən G.Əhmədova bildirmişdi ki, onun gücü kifayət qədərdir: “Rafael qalmışdı kənarda, bilmirdi nə etsin. Mən onun işini həll elədim. Rafael Cəbrayılov gətirib pulunu verdi, işi də həll olundu».
Bu məqamda xatırladaq ki, R.Cəbrayılovun necə deputat seçilməsi barədə indiyə qədər mediada bir neçə dəfə informasiyalar yayılıb. Hələ 2010-cu ildə mediada yayılan məlumatlarda 9 saylı Binəqədi seçki dairəsindən deputat seçilmək üçün R.Cəbrayılovun 3 milyondan çox pul xərclədiyi bildirilirdi. Elə həmin vaxtlarda o xəbər də yayıldı ki, Gülər Əhmədova ilə Rəfael Cəbrayılovu birləşdirən onların qohumluq əlaqələridir. Belə ki, Əhmədovanın erməni qızı olan anası ilə Rəfael Cəbrayılovun həyat yoldaşının qohumluq əlaqələri vardır. Artıq hamıya məlumdur ki, R.Cəbrayılovun da arvadı erməni qızıdır və faktiki olaraq, oğulluğa götürdüyü oğlu baldızının oğludur. Baldızı isə Rusiyada erməni əri ilə yaşayır.
Maraqlıdır ki, deputat o zamanlar məhz iddialara tutarlı cavab verə bilmədiyi üçün zaman-zaman mətbuatdan qaçmağı üstün tutmuşdu. Milli Məclis tarixində “həm pulundan, həm də sağlamlığından” oldu deyə biləcəyimiz şəxslərdən biri olan R.Cəbrayılovun yaxın çevrəsi deputatın həmin ərəfələrdə güclü stres keçirtdiyini deyirlər. R.Cəbrayılovun bir neçə dəfə məlum hadisələrdən sonra yaşadığı stresə görə müalicə olunduğu iddia olunur.
Belə ki, araşdırmalar zamanı məlum olur ki, Gülər Əhmədova söhbətindən özünü xilas edə bilən deputatın biznesinin çöküşü indi onun qarşısında duran ən böyük problemlərdən birinə çevrilib. İş ortaqlarının kənara çəkilməsindən sonra çıxılmaz vəziyyətdə qalan R.Cəbrayılov üçün bu dəfə deputatlıq qalxanına daha çox ehtiyyac yaranıb. Qeyd edirlər ki, seçkidən seçkiyə seçiciləri yada salan R.Cəbrayılov nə parlamentdə Şirvanın problemlərini dilə gətirib, nə də verdiyi vədlərə əməl edib. Geniş biznes şəbəkəsinə sahib Rəfael Cəbrayılovla bağlı qalmaqallar bununla yekunlaşmır. Belə ki, R.Cəbrayılovla bağlı son dövrlərdə üç xoşagəlməz xəbər yayılıb. Hər üçündə də deputat və qardaşı başqalarının pulunu mənimsəməkdə ittiham olunur. Bakı şəhərində yerləşən “Lombard”da işləyən Osman Hacıyevin müəssisənin daimi müştərisi Mirəhməd Abbasovla dostluq əlaqəsi yaranıb. M.Abbasov övladları üçün ev almaq istəyən O.Hacıyevə deputat Rafael Cəbrayılovla şərik olduğunu və ona çox münasib qiymətə ev ala biləcəyini söyləyib. Evin kvadrat metrində çox böyük endirim etdirən Mirəhməd Abbasov Osman Hacıyevin etimadını qazanıb. Osman Hacıyev Rafael Cəbrayılovun qardaşı Elşən Cəbrayılovun adına olan “Dərhal” MMC tərəfindən Mehdiabad qəsəbəsində inşa edilmiş Binəqədi Gənclər Şəhərciyində yerləşən kompleksdəki 2-ci bina, 1-ci blok, 3-cü mərtəbədə yerləşən 117 kv.metrlik mənzili alıb. Bunun üçün Mirəhməd Abbasova 52 min manat ödəyərək, mənzilin müqaviləsini və ödəmə çekini təhvil alıb. 14 sentyabr 2012-ci ildə Elşən Cəbrayılovla bağladığı müqavilə ilə ev sahibi olduğunu düşünən Osman Hacıyev binanın başa çatmasını gözləməyə başlayıb.
Lakin bu yaxınlarda bina ilə bağlı şikayətlər artınca, o, da narahat olaraq, 52 min manat (O zamanın kursu ilə 66 min dollar) ödədiyi evin taleyi ilə maraqlanmağa başlayıb. Lakin gözləmədiyi bir münasibətlə qarşılaşıb. “Dərhal” MMC-dən bildirilib ki, “sənin müqavilən ləğv edilib və ev-filan yoxdur”. Osman Hacıyev haqlı olaraq, pulunu istədikdə isə, “Get məsələni Mirəhmədlə həll et” deyə, kobud cavab alıb. Daha sonra isə Mirəhməd Abbasov R.Cəbrayılovla anlaşaraq, bütün pulları guya deputatın sürücüsünün mənimsədiyi yalanını ortaya atıb: “İddia etdilər ki, guya mən də pulu sürücüyə vermişəm. Halbuki müqaviləni mənimlə imzalayan Elşən Cəbrayılovdur, qəbzi də təqdim edən Mirəhməd Abbasov. Mən tanımadığım və aylıq maaşla çalışan şəxsə necə bu qədər pulu əmanət edə bilərdim? Bütüm bunlar Azərbaycan millət vəkili adına yaraşmayan dələduzluqdan başqa bir şey deyil. Əgər deputat yaxınında olanlardan xəbərsizdirsə, lütfən sinəsində gəzdirdiyi deputat nişana hörmət əlaməti olaraq, bu özbaşınalığa çarə qılsın”. Qeyd edək ki, Osman Hacıyev Cəbrayılovların ilk qurbanı deyil. Artıq neçənci şəxsdir ki, Rafael Cəbrayılov və qardaşlarının aldatmasından şikayət edir. Belə ki, cumhuriyyet.az araşdırma zamanı mediada yer alan digər bir faktı da aşkarlayıb ki, Cəbrayılovların “Nikoil” Bank ilə də analoji problemi yaranmışdı. O zaman millət vəkili “Dərhal” MMC-yə zamin durduğu üçün məhkəməyə verilmişdi. Belə ki, “Nikoil Bank” deputat Rəfael Cəbrayılov, qardaşları Elşən Cəbrayılov, Rauf Cəbrayılov və bacılarının yoldaşı Nurəddin Bünyatova məhkəmədə qələbə qazanmışdı. Bank Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, kredit müqaviləsindən irəli gələn ödənilməmiş 790.390 manat əsas borc, 58.094 manat faiz borcu, gecikdirməyə görə hesablanmış 7.722 manat dəbbə pulu və iddia qaldırılması üçün 20 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının , cəmi 856.256 manat məbləğində pul vəsaitinin cavabdehlərdən müştərək qaydada tutulmasına, tutulacaq məbləğin kredit təminatı kimi Rauf Cəbrayılovun xüsusi mülkiyyətində olan Nərimanov rayonunda yerləşən 5 otaqlı mənzilə və “Dərhal” MMC ilə bağlanmış 10.01.2009-cu il tarixli müqaviləyə əsasən, Rauf Cəbrayılovun xüsusi mülkiyyətində olan Binəqədi rayonunda yerləşən 580 kvadrat metr sahədən ibarət olan ofisə məxsus bütün hüquqlara yönəldilməsinə , həmin mənzil və ofis sahəsinə məxsus bütün hüquqların açıq hərracda satış yolu ilə realizə edilməsinə və satışdan əldə ediləcək məbləğin iddia tələbi həcmində olan hissəsinin iddiaçıya ödənilməsinə , ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslərin mənzil açıq hərracda satıldıqdan sonra ən geci bir ay ərzində həmin mənzildən çıxarılmasına dair qətnamə qəbul etməsini məhkəmədən xahiş edib. Məhkəmə həmin iddianı qismən təmin edərək, borcun cavabdehlərdən müştərək qaydada tutulması, Binəqədi rayonunda yerləşən ofis sahəsinə dair hüquqların yönəldilməsi və 5 otaqlı mənzilin hərracda satıldıqdan sonra mənzilin ən geci bir ay ərzində boşaldılması barədə qətnamə qəbul edib.
Həmin qətnamədən narazı qalan qarşı tərəf isə apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi isə apellyasiya şikayətini qismən təmin edib. Belə ki, mənzilin satılması və boşaldılması ilə bağlı hissə ləğv edilib. Digər hissələr isə dəyişdirilməyib. Göründüyü kimi, “Nikoil” Bank güclü olduğu üçün öz haqqını Cəbrayılov qardaşlarından sökə-sökə alıb. Bu qərarla Azərbaycanda ilk dəfə məhkəmə millət vəkili əleyhinə qərar çıxarıb. Ancaq o zaman da məhkəməyə ağır təzyiqlərin olduğu bildirilirdi. İş bununla da bitmir. Eyni dərddə olan onlarla insandan biri də onun çalışdığı “Lombard”ın müdiri Məlahət Qurbanovadır. M.Qurbanova Cəbrayılov və şəriki Mirəhməd Abbasova verdiyi nə 165 min manatı, nə də bu pulun qarşılığında təqdim olunan 300 minlik mülkü ala bilir. İki ilə yaxındır ki, döymədiyi dövlət dairəsi qalmasa da, heç bir qurum Rafael Cəbrayılovun özbaşınalığı qarşısında səsini çıxarmaq istəmir. Əvəzində isə Cəbrayılov illərdən bəri Yeni Azərbaycan Partiyasının aparıcı funksionerlərinə qarşı istifadə etdiyi reket mətbuatında M.Qurbanovanı ağır şəkildə təhqir etdirir. Yəni, bir deputat düşünün, Azərbaycan qadınının pulunu mənimsəyib, özünü isə ləkələməklə məşğuldur. Doğrudan da, rüsvayçı bir durumla qarşı-qarşıyayıq. Bu isə qeyd olunan kimi R.Cəbrayılovun ilk işi deyil. Bəs illərdən bəri insanları aldadan, vəzifəli şəxslər haqqında yalan informasiyaları mətbuata ötürən Cəbrayılov kimə arxalanır? Ötən ilin son aylarına qədər sabiq deputat Çingiz Əsədullayevlə yediyi-içdiyi ayrı olmayan Cəbrayılovun şəriki Mirəhməd Abbasov söhbətlərində sabiq nazir Eldar Mahmudovun adından istifadə edirdi. İndi isə başqa bir vəzifəli şəxsin adından istifadə edilir. Lakin R.Cəbrayılovun həm də baş nazirin müavini Əli Həsənovla yaxın münasibətinin olduğu və “Qaçqınkom” sədrinin onun gizli şəriklərindən olduğu vurğulanır. Qeyd edək ki, prezident dəfələrlə sahibkarlara dəstək verilməsinin vacibliyini vurğulayıb və iş adamlarının incidilməsini bu cümlələrlə ifadə edib: “Sahibkarları boğurlar, soyurlar, incidirlər. Bu, dözülməz haldır”. Prezidentin bu çıxışından örnək götürməyən Cəbrayılov isə təkcə iş adamlarını deyil, adi vətəndaşları da incitməkdədir. Qarşı tərəfə də cavab haqqı tanıyırıq.(azxeber)
Cümə axşamı, 18 Fevral 2016 00:00

YARAMAZ - ın zorladığı katibə - AZƏRBAYCAN

Yazan
Bir neçə gün əvvəl “Space” kanalında biabırçılıq (bu söz ən yüngül ifadədir) baş verdi. Bir “yazar”ın müğənniyə qarşı işlətdiyi “mən aliməm, sən fahişəsən” ittihamı müğənnini əsəbləşdirdi. Müğənni bu cür sözlərə layiq olmadığını tamaşaçıya göstərmək üçün, hətta “yazarın” üstünə yeriməyə bacardı. Özünü kanalın, ən azı verlişin sahibi kimi göstərib, yarıyaş “yazar”ı dərhal studiyanı tərk etməyə məcbur etdi. Nəhayət, sonda “sülh göyərçin”i hardansa içəri soxulub, tərəfləri barışdırdı.  
Bu “YARAMAZ” davanın rejissoru kim idi? 
Maraqlı sualdır və cavabı bəlli sualdır. 
Küçə jarqonunu alim kimi təqdim etdiyi “yazar”ın diliyilə tamaşaçının qulağına pərçimləyib, ordan da beyninə ötürən rejissorun bu məqamdan gözlədiyi nəticə nədir?
Hamının tanıdığı, onlarca mükafatın, titulun sahibi olan rejissorun “YARAMAZ”ını xatırladım bu məqamda. Siz də xatırladınız. İşçisini zorlayan o YARAMAZI. 
Bu lap "Qordi düyünü"nə döndü. Bu qədər yaramazın bir-birinə görünməz bağlarla bağlanan düyünü açmaq çox çətindir. 
Bir YARAMAZ öz işçisi ilə qeyri-qanuni nikahdan oğlan dünyaya gətirdi.
Məşhur “YARAMAZ”dakı YARAMAZ isə katibəsini zorladı. O səhnəni yəqin ki, bu kinoya baxanların hamısı xatırlayır. Zorlama səhnəsini... Zorlanan katibənin qışqırtısına əhəmiyyət verməyən o, yaramazı da. Amma üzrlü bilin, bunu deməmək olmur. Tamaşaçının yaddaşında o, YARAMAZ daha çox elə zorlanan katibənin çılpaq döşləri ilə qaldı...
Baxmayın, nə də olsa, sovet cəmiyyətinin təzəcə yıxıldığı dövrlər idi. Ən azından o sovet senzurasından, qadağalar çərçivəsindən çıxan tamaşaçını sırf bu səhnə ekran başına kilidlədi. Vəssalam. “YARAMAZ” yarıdı. Məşhurlaşdı, tanındı və... 
 
Zorlanan katibənin çılpaq sinəsini o, YARAMAZ bu günlərdə yenidən tamaşaçının gözünə soxdu. Bu dəfə katibə rolunu müğənni Səidə Sultan oynayırdı. 
Bu kanal indiki rəhbərliyin ilk günlərindən çox məsuliyyətli “vəzifə” ilə görəvlənib sanki. Millətin bütün dəyərlərini ayaq altına alan, əxlaqını korlaya bilən nə varsa hamısını nümayiş etdirir. Verlişləri bayağı musiqilər, hansısa ucqar kənddə kiminsə toyu, ekspertlərinin çoxu ömründə bir dəfə kitab oxumayan, qonaqlarının əksəriyyəti şou əhli və xəbərləri də it-pişikdən ibarət. Qarşıya qoyduğu məqsəd isə bu xalqın mənəvi irsini, dəyərlərini məhv etməkdir.
Elə bu məqsədlə xəbər axtarışındaydım, daha maraqlı bir məlumat diqqətimi çəkdi. Sən demə, müğənnini təhqir edən yazar əxlaqsız hərəkətinə görə vaxtilə müəllimlikdən çıxırılıbmış: “Özünü ziyalı, yazar, şair kimi təqdim edən bu yarıyaşlı bir neçə il öncə Biləsuvar rayonunda, çalışdığı Cəbrayıl orta məktəbində əxlaqsız hərəkətlərinə görə işdən qovulub. İddia edilir ki, o, öz şagirdini zorlayıbmış. Bəziləri isə şagirdini deyil, məktəbin xadiməsini zorladığını bildirir”.
Bu məlumatı Cəbrayil Rayon Təhsil Şöbəsinin müdiri Validə Həsənova da təsdiqləyib: “Bəli, yayılan informasiya doğrudur. Həmin vaxt məktəbdə qeyri-pedaqoji bir hadisə baş vermişdi. Əziz müəllim məktəbin texniki işçisinə qarşı nalayiq, əxlaqsız hərəkət etmişdi. Təhsil Nazirliyi də bu hadisədən xəbər tutduqdan sonra onu məktəbdən uzaqlaşdırdı”.
Əziz Musaoğlu qaçqın olduğu üçün yenidən müəllimlik peşəsinə sahiblənir. Bu xəbəri də təhsil şöbəsinin müdiri bildirib: “Ə.Musaoğlunun pedaqoji fəaliyyətini və qaçqınlığını nəzərə alaraq, Xırdalan şəhərində yerləşən Cəbrayil məktəbində işləməsinə razılıq verdik. Müəllimi dolandırıb, yaşatmaq borcumuz idi. İstəmədik ki, o, gedib nökərçilik etsin və müəllim adına xələl gətirsin”. 
Təhsil şöbəsinin müdirəsi “qadın həmrəyliyini” də unutmur. O, Əziz Musaoğluna qarğışlar yağdırmaqla, bütün hallarda “Azərbaycan qadını”nın toxunulmaz olduğunu xüsusi vurğulayır: “Biz Cəbrayil qadınları Əziz Musaoğlunun bu hərəkətindən çox sarsıldıq. O, özünə alim deyir. Bildiyimə görə pedaqoji elmlər namizədidir. Belə alimin Allah boynunu qırsın, ona lənət olsun. Mən bilmirəm, daha nə deyim? Azərbaycan qadınını, xüsusi ilə də sənətkarını təhqir etməzlər”.
Bu da Azərbaycan təhsili. Öz işçisini zorlayan YARAMAZı yenidən müəllim işinə götürürlər. Hələ arqumentə baxın: “Dedik, gedib müəllim adını batırmasın”. Adam işçisinə təzyiq edib, zorlamaq istəyib. Amma hələ müəllim adı batmayıb. Belə çıxır ki, bu ölkədə müəllim adı odda yanmaz, suda batmazdır. Yəqin ona görədir ki, bütün təbəqələri əhatə edən şəxslərə “müəllim” deyə, müraciət edilir. 
Yox, əlbəttə, Əziz Musaoğluna müəllim deyə müraciət etmək olar. Hətta işçisini zorlayan bu adama müəllimlik peşəsini də həvalə etmək olar. Bir ölkədə ki, təhsil müdiri Mətanətə sənətkar deyir, bir ölkədəki təhsil müdiri qanunları kənarda qoyub bəddua ilə problemləri həll etməyə çalışır.
Gör ölkə nə günə qalıb ki, bir rayonun təhsil şöbsinin müdiri hələ də inanır ki, Azərbaycanda 9 milyon əhali var və bütün əhali həmin anda bu yaramazlara baxırmış: “Əziz 9 milyon xalqın qarşısında o xanımı təhqir edib”. 
Bu adam inanır ki, həmin anda ölkədəki bütün əhali məhz bu yaramazlara baxırmış. Hə, bu təhsil müdiri inanır buna. Çünki o, 9 milyonluq xalqın təhsilinin başında duranlardandır. Necə deyərlər, pir mənimdir, kəramətinə bələdəm. O, təhsil müdiri 9 milyonluq xalqın kəramətinə bələddir. O, YARAMAZ da 9 milyonluq xalqın zövqünə və reaksiyasına bələddir. 
Ən dəhşətlisi isə odur ki, bu durumda olan 9 milyonluq xalqın hələ millli elmlər akademiyası da var. Özü də bu akademiya Əziz Musaoğluna pedoqoji elmlər nazmizədi elmi dərəcəsini verib. Aqil atalarımızın bu durumu ifadə edəcək çox gözəl kəlamı var: Ağası gülüm olanın başına külüm olar. Başımıza kül olub. O, YARAMAZ isə görəvindən yararlanıb bütün içini, bütün mənini ortaya qoyub. Xalqın közünü söndürüb, külüylə oynayan o, YARAMAZ... Başımıza kül tökən YARAMAZ!
 
Cavid Cabbarlı
“Xeber.İnfo”nun baş redaktoru

 

“İran və Azərbaycan Respublikası müştərək tarixə, mədəniyyətə, dinə, adət-ənənələrə və hətta müştərək simalara malikdirlər. O dərəcədə ki, bu simaları bir-birindən fərqləndirmək mümkün deyil. Mərhum Məlik-üş-şüəra Baharın ifadəsilə desək, Bakı torpağı onlarla eyni nəsil-kökə malik olan bizlər üçün əzizdir. Heydər Əliyev cənabları da hər dəfə iki ölkənin mədəni bağlarından söhbət açanda tamamilə açıq şəkildə etiraf edirdi ki, belə bağlarla bir-birinə bağlanmış xalqları ayırmaq əsla mümkün deyil”. (Möhsün Pakayin, İran İslam Respublikasının Azərbaycandakı səfiri )

Çağdaş dövrümüzdə dövlətlər arası münasibətlərin formalaşmasında və inkişafında səfir çox önəmli və məsuliyyətli vəzifələrdən biri hesab olunur. Bir ölkənin siyasi maraqlarını digər ölkədə qorumaqla yanaşı, həm də o ölkənin mədəniyyətini, adət-ənənələrini səfir olduğu dövlətə daşımalı, xalqları bir-birinə müxtəlif iplərlə bağlamalıdır. Bu mənada səfirin boynuna daha ciddi iş düşür. İki ölkə arasında iqtisadi, siyasi və mədəni əlaqələri inkişaf etdirməli, yaranmış ixtilafları isə vaxtında həll etməlidir ki, böhran səviyyəsinə çatmasın.

İran və Azərbaycan deyəndə ilk öncə bu xalqlar arasında çoxşaxəli əlaqələrin mövcudluğu nəzərə çarpır. Təkcə mədəni, dini və bu kimi əlaqələr deyil, bu ölkələrdə qohumluq bağları da kifayət qədərdir. Hətta yüzlərlə ailə nümunə gətirmək olar ki, bir hissəsi İranda, digər hissəsi isə Azərbaycanda yaşayır. Bu da, İran-Azərbaycan münasibətlərinin qan qohumluğu səviyyəsinə qədər yüksəldiyini göstərir.

İran İslam Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri cənab Möhsün Pakayin qeyd etdiyimiz əlaqələri bir qədər geniş formada “Heydər Əliyev və İranla daimi dostluğa əsaslanan baxış” adlı kitabında göstərir. Bu kitab bir qədər gecikmiş və həm də vaxtında yazılmış əsərdi. Ona görə gecikmiş deyirəm ki, İran-Azərbaycan münasibətlərini, əlaqələrini əks etdirən kitablar çoxdan yazılmalı və hər iki xalqın ixtiyarına verilməli idi. Həcm baxımından kiçik olsa da, məna baxımından çox böyük məsələlərə aydınlıq gətirilən kitabda bütün sahələrə işarə olunub. Kitabda iki ölkə rəhbərlərinin çıxışlarından xüsusi qeydlər gətirməklə müəllif əsəri daha da zəngin və oxunaqlı edib.

Əsərin vaxtında yazılmasına gəldikdə, özünü supergüc hesab edən və digər ölkələrin xarici siyasətinə, iqtisadiyyatına birbaşa nəzarət etmək istəyən Qərbin, İran və Azərbaycan münasibətlərində mənfi mövqeyi xüsusi vurğulanmalıdır. İran İslam Respublikası “İslam İnqilabı”ndan yəni 1979-cu miladi ilindən sonra Qərb tərəfindən daim təzyiq və təqiblərə məruz qalıb və qalmaqdadır. Qərb bütün gücünü səfərbər edib, İranda mövcud hakimiyyətin devrilməsinə çalışır. Hər dəfə müxtəlif metodlardan istifadə edir. Hətta dini baxımdan daha yaxın olan İran-İraq dövlətləri arasında səkkiz illik müharibəyə nail oldu. Lakin əsas məqsədinə çata bilmədi. Sonrakı illərdə isə Qərbin, başda Amerika Birləşmiş Ştatları və İsrail rejimi olmaqla, İrana qarşı hiyləgər təqiblərini açıq müşahidə etmişik və edirik. Son on ildə isə Qərb İrana qarşı təqiblərini daha çox istisadi münasibətlərə istiqamətləndirib. İrana qarşı böyük həcmdə iqtisadi sanksiyalar tətbiq edən Qərbin və Avropa ölkələrinin başqa metodu, cənub qonşumuzla digər dövlətlərin münasibətində sünii problemlər yaratmaq olub. Belə ki, Qərb İranla əlaqəsi olan ölkələrdə müəyyən mənada nəzarəti ələ keçirərək “İrandan qopma” siyasəti yürüdür. Qərbin bu siyasəti İran və Azərbaycan xlaqları arasında iplərin qırılmasına hesablanıb. Düşünürəm ki, bu iplər heç zaman qırılmayacaq qədər möhkəmdir. Amma nə qədər möhkəm olsa da, müəyyən mənada zədələnmə ehtimalı da var.

ABŞ və İsrail rejiminin ən son texnalogiya ilə, soyuq müharibə və informasiya savaşı şəklində İrana qarşı hücumları fonunda sadə azərbaycanlının cənub qonşumuza münasibətinin dəyişməsini görürük. Belə bir stuasiyanın yarandığı zaman İran İslam Respublikasının Azərbaycan Respublikasındakı səlahiyyətli səfiri cənab Pakayin çiyninə olduqca məsuliyyətli yük götürüb, iki ölkə arasında münasibətlərin hansı istiamətdə olduğunu əks etdirən kitab qələmə almaqla, sanki Qərbin böyük maliyyə vəsaiti hesabına apardığı təbliğatı zərərsizləşdirmiş oldu. Kitab, bu mənada vaxtında yazılmış əsərdir.

Kitabda qeyd olunduğu kimi həmişə “üçüncü ünsür” İran və Azərbaycan dövlətləri arasında pozuculuq siyasəti aparıb. “Həqiqət belədir ki, İran və Azərbaycan Respublikası münasibətlərin bütün tarixi ərzində, üçüncü ünsürlər – bəziləri millətçilik məqsədlərinə çatmaq üçün və digərləri regiondankənar güclərin təhrikilə iki ölkə arasında əlaqələri pozmağa çalışırdılar”. Göründüyü ki, bu iki ölkə arasında problem yaratmaq və xalqları bir-birindən ayırmaq üçün ən çox iki vasitədən istifadə olunub. Millətçilik (fars-türk) amili; Bir də regiondankənar ünsürlər; Yəni xarici qüvvələrin müxtəlif vasitələrlə iki dövlət arasında yaratdığı sünii əngəllər. Hesab edirəm ki, bunlardan birincisi daha təhlükəlidir. Millətçilik amili həm də dil faktorunu üzə çıxardır. İran zəngin tarixə malik olan və oturuşmuş dövlətdir. Əhalisinin də təqribən yarısını türk-azəriləri təşkil edir. Azərbaycan xalqının da azəri-türkləri olduğunu nəzərə alsaq, iki ölkə arasında münasibətlərin pozulması üçün ən əlverişli vasitənin dil problemi olduğunu asanlıqla başa düşərik. Reallıq da budur ki, Qərb Azərbaycan-İran münasibətlərinin pozulmasında bu amildən daha çox istifadə edir.

Kitabda “Milliyyətçilik qarşısında ayıq-sayıqlıq” xüsusi bölmə kimi təqdim olunub. Bu da, müəllifin daha uzaqgörən və regionu yaxşı tanımasından xəbər verir. Burada xüsusi olaraq qeyd etmək istəyirəm ki, cənab səfir hər iki dövləti və xalqlarını çox yaxşı tanıyır, dövlətlər arası problemin çözülməsi üçün əlverişli təkliflərlə çıxış edir. “Bir sıra millətçi və separatçı partiyalar və onlara bağlı KİV-lər məqsədyönlü şəkildə Tehran-Bakı münasibətlərinə xələl gətirmə məqsədilə uydurma “Cənubi Azərbaycan” ifadəsi ilə bağlı xəyali iddialar irəli sürmüşlər”.

Səfir bu məsələyə aydınlıq gətirərək Azərbaycan Respublikasının mərhum prezidenti Heydər Əliyevin sözlərilə qeyd edir: “Azərbaycan İranın ərazi bütövlüyünü rəsmən tanıyır. Heç kim İranın heç bir rayonuna qarşı iddiada buluna bilməz”.

Kitabda bu kimi rəsmi münasibətlərin yer alması dövlətlər arası əlaqələrin daha möhkəm əsaslara söykəndiyini isbat edir.

İki xalq arasında daha möhkəm və qırılmaz əlaqə islami köklər və əqidə bağlılığıdır. Kitabda bu sahə də öz əksini tapıb. Din faktoru təkcə mənəvi missiya daşımır. Həm də insanların rahat və təhlükəsiz yaşamını təmin edir. Din insanı dünya və axirətdə səadətə qovuşdura biləcək yeganə amildir. Kitabda Heydər Əliyevin dilindən qeyd olunur: “Bu yol (din) sülh yoludur, mehribanlıq, dostluq və əmin-amanlıq yoludur. Bu yol insanlara səadət gətirmişdir”.

İran və Azərbaycan xalqlarını din qədər heç bir amil birləşdirməyib. Düşünürəm ki, Qərb bu amili zədələmək üçün də ciddi addımlar atıb. Saxta və batil əqidələr düzənləməklə bu iki xalqın arasında etiqadi ayrılıqlar salmağa cəhd edib. Bunun ən açıq nümunəsini Suriyada baş verən hadisələrdə görürük. Qərbin batil əqidə ilə yüklədiyi insanlarımız ən yaxın doğmalarını kafir hesab edib, ölümlərini vacib bilirlər. Tarixin bütün səhifələrində müsəlmanlar arasında etiqadi problemlərdən kəsici silah kimi istifadə olunub. Son yüz illikdə isə Qərbin yaratdığı VəhhabizmNurçuluq təkcə müsəlman ölkələri üçün deyil, bütün xalqları ciddi təhdid edir və təhlükə yaradır. Həqiqi dini insanlara çatdırmaqla bu təhlükənin qarşısını almaq mümkündür. Haqqında danışdığımız kitabda bu məsələyə ötəri olsa da, yer ayırmaqla müəllif bir çox etiqadi problemlərə aydınlıq gətirməyə çalışıb.

Kitabda daha bir məsələ diqqətimi çəkdi. Son illər mətbuat səhifələrində tez-tez rast gəldiyim “Nizami Gəncəvi fars şairidir” başlıqlı yazılara müəllif məntiqə uyğun formada cavab verib. Kitabın “Müştərək mədəni miraslar” bölümündə müəllif Nizami Gəncəvinin dahi və bəşəri şair olduğunu göstərməklə hər iki xalqın müştərək şairi və bəlkə dünya xalqlarına mənsub olduğunu vurğulayır: “Nizami Gəncəvi yalnız müştərək Azərbaycan-İran mədəniyyətinə deyil, eyni zamanda dahi bir şair kimi ümumbəşəri mədəniyyətə məxsusdur”. Müəllif Nizami Gəncəvini dar çərçivəyə salmaqdan xilas edib, ümumbəşəri müstəviyə çıxardır. Əslində şairin Gəncə şəhərində doğulub, yaşayıb və yaratdığı barədə heç kimdə şübhə yoxdur. Gəncə şəhəri də indiki Azərbaycan Respublikasının böyük və tarixi şəhərlərindəndir. Onun fars dilində yazması dövrünün tələbi olub, fikrindəyəm. Hər halda müəllifin şairə verdiyi qiymət çox ədalətli və insaflıdır.

İran və Azərbaycan münasibətləri qeyd etdiklərimizdən əlavə həm də dostluq bağları ilə bir-birinə sarılıb. Cənab səfirin dili ilə desəm, dostluq elə bir qiymətli gövhərdir ki, ondan asanlıqla vaz keçmək və onu qoruyub saxlamaq üçün yollar axtarmamaq mümkün deyil.

Bu kitab, İran və Azərbaycan xalqlarının hər şeydən əvvəl dost olduğunu xatırladır. Sonda isə bütün hiylə və məkrlərə ancaq səmimi dostluq və qardaşlıq qalib gəlir!

“Heydər Əliyev və İranla daimi dostluğa əsaslanan baxış”

 

Cavid Cabbarlı,
İlahiyyatçı-jurnalist,
"Xeber.İnfo”-nun direktoru

Vasif Rzayev: “... ya bunu istəmir, ya da bacarmır”

“Ölkədə problemli kreditlərin sayı durmadan artır. Vətəndaş günahı olmadan ağır maliyyə zərbəsi alır. Hesab edirəm ki, hökumətin operativ şəkildə düzgün qərar qəbul etmək problemi var”.  Bu sözləri ictimai-siyasi fəal Vasif Rzayev Xeber.İnfo-a deyib. V.Rzayev diqqəti sahibkarlara qarşı təzyiqə yönəltdi: “Sahibkarların, ölkədəki müəssisə və təşkilatların, əhalinin real vəziyyətini düzgün qiymətləndirə bilmirlər. Hökumət əhalinin vəziyyətinin yaxşılaşdırılmasında maraqlı deyil, ya bunu istəmir, ya da bacarmır. Problemli kreditlərin artmasının səbəbi ölkədə aparılan yanlış kredit-pul siyasətidir. Uzun müddət elə siyasət həyata keçiriblər ki, insanlar götürdükləri kreditləri normal şəkildə pul qazanmaqla qaytara bilməyirlər. Faizlər yüksək, gəlirlər isə aşağıdır. Vətəndaşlar bankların yüksək faizlərini qaytarmaq imkanında deyillər. Bu da əhalinin vəziyyətinin ağırlaşmasına və problemli kreditlərin böyüməsinə səbəb olub. Bu azmış kimi iki dəfə milli valyutanı dəyərdən salmaq hesabına dollarla krediti olanların borc yükünü ümumilikdə 5 milyarddan çox artırdılar. Əgər vətəndaşın borcu artıbsa, ödəmək qabiliyyəti zəifləyibsə, normal hökumətlər vətəndaşına kömək edir. Bizdə isə bu proses tamamilə tərsinədir”.

V.Rzayev qeyd edib ki, manata bir müddət süni nəfəs verməklə davam etmək mümkün deyil: “İnzibati yol bu məqamda müvəqqətidir. Problem köklü şəkildə həllini tapmalıdır. Ticarət şəbəkəsinin xarici valyutaya olan təlabatı tam ödənilməlidir ki, onlar da xaricilər qarşısında olan öhdəliklərini yerinə yetirə bilsinlər.İllər uzunu atılan yanlış addımlardır ki, belə çıxılmaz vəziyyət yaradıb. Əgər ticarət şəbəkəsinin normal fəaliyyətini qoruyub saxlamaq lazımdırsa, belə çıxır ki, qiymətlər bahalaşacaq. Bu isə əhalinin sosial vəziyyətinin bir qədər də pisləşməsinə səbəb olacaq. Çünki əhalinin gəlirlərinin artım tempi, qiymətlərin artım tempindən onsuz da geri qalıb. Hələ rəsmi statistikanın açıqladığına görə, qiymətlər son üç ayda 11 faiz artıbsa, əmək haqqı 6 faiz artıb. Hələ bu qiymətlərin səviyyəsini aşağı göstərməkdə ad çıxarmış Statistika Komitəsinin rəqəmlərinin müqayisəsinə görə belədir. Növbəti bahalaşmanın hansı fəsadlara səbəb olacağını, əhalinin sosial vəziyyətinə nə dərəcədə təsir edəcəyini bu rəqəmlər daha bariz göstərir. Hökumətin əhalinin maaşlarını artırmaq istəyi və imkanları isə çox məhduddur. Təəssüf ki, hökumət buməsələdə çox həvəssiz görsənir.

Subayir Qurbanovun yaxın əqrəbası sayılan İlham Ağayevə söz demək belə «qadağan»dır

Ötən gün Göytəpə DYP Postunun inspektoru İlham Ağayevlə bağlı maraqlı bir video yayılmışdı. BTV kanalı tərəfindən yayılmış həmin videoda DYP inspektorunun qanunlara əhəmiyyət vermədən qara pərdələrdən istifadə etməsi, digər polis əməkdaşlarının ona əsgəri salam verməsi, habelə həddindən artıq bahalı maşın sürməsi görüntülənmişdi. 
JAM.AZ İlham Ağayevlə bağlı kiçik bir araşdırma apararaq, maraqlı məqamları ortaya çıxarıb. DYP inspektorunun varlı olmasının səbəbkarı təkcə özü deyil, həm də atasıdır. Belə ki, onun atası Ağabəy Ağayev uzun illərdir Viləş Su Anbarının rəhbəri vəzifəsində çalışır. Ətraf ərazilərin suvarılmasından tutmuş, rayon mərkəzinin içməli su ilə təhciz olunmasına qədər bir çox işləri həyata keçirməyə borclu olan idarənin fəaliyyətsizliyi isə ayrıca mövzudur. 
JAM.AZ-a daxil olan məlumatda vurğulanır ki, Ağabəy Ağayev həmçinin dəryaçada xeyli sayda balıq vətəgələri yaradıb və onların imkanlarından qazanc kimi yararlanır. 
Amma İlham Ağayevin vəzifə başına keçməsi, atasının son illər daha da mövqe gücləndirməsinin səbəbkarı heç də maddi resurslar olmayıb. Məlumatlara görə, Ağayevlərin arxasında duran əsas fiqur bu yaxınlarda ləğv olunmuş MTN-in sabiq generalı, hazırda həbsdə olan Sübayir Qurbanov olub. Dövlətə xəyanətdə ittiham edilən generalın yaxın qohumları olan Ağayevlər, həbsdə olmasına rəğmən yenə də bildikləri kimi davranmaqdan çəkinmirlər. 
Qarşı tərəfi də dinləməyə hazırıq. 

Rövşən Bəşirov: Buna görə Azərbaycan daha ugurlu müttəfqin yanında durmalı və bu əməkdaşlıq üçün marağ göstəməldir. 

Gənc Demokratlar Hərəkatının sədr müavini Rövşən Bəşirov Xeber.İnfo-nun siyasi-ictimai durumla bağlı suallarını cavablandırıb.
- Rövşən bəy, yeni təşkilatın hədəfləri barədə ictimaiyyətə kifayət qədər mesajlarınız olub. Azərbaycandakı ictimai, siyasi vəziyyəti necə dəyərləndirirsiniz?
- Təşkilatımız “Gənc demokratlar Hərəkatı” adıyla ölkədə demokratik prinsiplərin təbliği və həyata keçirilməsini qarşıya qoymuş bir ictimai təşkilatdır. Biz Azərbaycanda söz azadlığının, dini azadlığın, vicdan azadlığının, müstəqil mətbuatın, sərbəst düşüncəli gənclərin yetərincə olmasını, korrupsiyanın, qohumbazlığın, süründürməçiliyin, işgəncənin, siyasi həbslərin olmamasını istəyirik. Deməli əgər nəyisə arzu ediriksə o yoxdur, nəyi istəmiriksə var. Biz pislərin yox olmasını və yaxşıların olmasını arzulayırırq. Təkcə arzulamırıq, bu yolda mübarizə aparırıq. Biz istəyirik ki, Azərbaycanın yaxşı gələcəyi olsun. Cəmiyyətdə elə bir müstəvi olmalıdır ki, orada insanlar hər şeyi, pisi, yaxşını seçə bilsinlər.

- Sizcə, ölkədə fərqli fikir, mətbuat, siyasi alternativlik, yaradıcı gənclər yoxdurmu?
- Təbii ki, yoxdur. Ölkədə necə fərqli fikir var ki, İlqar Məmmədov kimi siyasi opponent həbsdədir? Ölkədə necə insan hüquqları müdafiə oluna bilər ki, İntiqam Əliyev həbsxanadadır. Ölkədə necə müstəqil mətbuat ola bilər ki, Xədicə İsmayıl yazılarına görə cinayət məsuliyyətinə cəlb olunub. Gənclərin yaradıcı olması üçün onlar müstəqil düşüncəli olmalıdırlar. Əgər gənclər işsizdirlərsə, onlar ictimai fəaliyyətlə, siyasi fəaliyyətlə məşğul ola bilmirlərsə, hətta buna görə təqibə məruz qalırlarsa deməli yaradıcılıq imkanları zəifləyəcək. NİDAçıların başına gələnləri xatırlamaq kifayətdir. Ölkəmizdə görünən nə varsa məhz göstərmək üçündür. Niyə biz dövlətin mətbuatından, rəsmi şəxslərdən yüksək nailiyyətlər haqqında məlumatlar alırıq, ətrafımızda bu nailiyyətləri görmürük? Deməli ölkədə plüralizm, fərqli fikir yoxdur. Çünki, fərqli heç nəyə dözüm yoxdur. Hal-hazırda bizə yeni yaranan bu təşkilatın adıyla bağlı çoxlu suallar olunur, niyə təşkilatın adı demokratlar hərəkatıdır, axı bu ad qıcıq yaradacaq. İndi mən sual edirəm, niyə demokratiya hərəkatı anlayış olaraq qıcıq yaratmalıdır? Axı ad seçmək, təşkilat təsis etmək, birləşmək və s. bizim konstitusiyada təsbit edilmiş hüququmuzdur. Axı biz bütün səviyyələrdə demokratik dövlət qurduğumuzu bəyan edirik. Niyə, Ədliyyə Nazirliyi bizim bu hüququmuzu əlimizdən alaraq bizə qeydiyyat problemi yaratmalıdır?

- Rövşən bəy, əsasən sadaladığınız problemlərin həllini nədə görürsünüz?
- Suala iki aspektdən cavab vermək olar. Birincisi, hökumət nələr edə bilər? Bu, çox asan olan bir prosedurdur. Belə ki, hökumət siyasi iradə nümayiş etdirərək siyasi məhbus məsələsini, QHT-lərin problemlərini, siyasi məhbus məsələsini, dini inanclı insanların azad olunmasını həll edə bilər. Eyni zamanda beynəlxalq aləmlə, xüsusilə ABŞ və Avropa Birliyi ilə münasibətləri yumşalda bilər. Bu gün bizim ABŞ və Avropaya daha çox ehtiyacimiz var.. Son 100 ili nəzərdən keçirsək, görərik ancaq Qərblə müttəfq oların uğurları, daha çoxdur. Qərblə müttəfqilik etmək ugurların əldə edilməsinin əsas şərtidir.. Buna görə Azərbaycan daha ugurlu müttəfqin yanında durmalı və bu əməkdaşlıq üçün marağ göstəməldir. İkincisi, biz nələr edə bilərik və ya nə etməliyik? Biz gənclərin öz hüquqları, demokratik prinsiplər uğruinda mübarizə aparmasına dəstək verməliyik ki, onların və hər bir kəsin konstitusion hüquqları tanınsın. Eyni zamanda ictimai təşkilat olaraq insan hüquqlarının qorunması istiqamətində lazımi addımlar atılması üçün fəaliyyətimizi gücləndirməliyik. Xüsusilə gənclərin maarifləndirilməsi, demokratik dəyərlərin təbliği olduqca vacibdir.

Xeber.İnfo, Elamin Kazımov

Ramil Hüseynov: "Bu, beynəlxalq təşkilatların hər zamankı riyakarlığının bir göstəricisidir"

"Ən yaxşı halda, ümumi və mücərrəd sözlərlə məsələyə münasibət bildirirlər"
Məlum olduğu kimi, ermənilərin atəşkəsi pozması nəticəsində azərbaycanlı məktəbli yaralanıb. Belə ki, fevralın 15-də Ağdam rayonunun Çıraqlı kənd sakini, 15 yaşlı Coşqun Məmmədov qolundan və ayağından iki güllə yarası alıb. Yaralı məktəbli Ağdam Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.
Qeyd edək ki, məktəbli uşaq əkin sahəsində təmizlik işləri apararkən ermənilər tərəfindən atəşə məruz qalıb.
Artıq neçənci dəfədir ermənilər uşaqlara qarşı bu cür vəhşilik edir. Bənzər hallar dəfələrlə baş verib. Bunu erməni işğalçıları müxtəlif formada həyata keçirib. 1994-cü ildə uşaq oyuncağına partlayıcı maddə quraşdıraraq Tovuz rayonu ərazisindən axan çaya buraxan ermənilər rayonun Ermənistanla həmsərhəd Əlibəyli kəndində iki uşağın ölümünə və birinin yaralanmasına bais olmuşlar. 2011-ci il martın 8-də Ağdamın cəbhə xəttində yerləşən Orta Qışlaq kəndində öz həyətində dostları ilə oynayan atasız böyümüş, ailənin tək övladı olan 9 yaşlı Fariz Bədəlov erməni snayperinin gülləsinə tuş gələrək həlak olub. 2011-ci ilin iyulunda yenə də Tovuz rayonunun Əlibəyli kəndində çaydan tapdığı oyuncağın içindəki partlayıcı qurğunun işə düşməsi nəticəsində 13 yaşlı Şahmalıyeva Aygün Zirəddin qızı həyatını itirib. Çox maraqlıdır ki, nə o vaxt, nə də indi beynəlxalq təşkilatlar buna hər hansı münasibət bildirməyib. Atəşkəs intensiv pozulanda dərhal ATƏT-in Minsk Qrupundan tutmuş, digər qurumlar da buna münasibət bildirir. Ancaq indiyə qədər son insidentə heç bir münasibət bildirilməyib.
Sözügedən məsələ ilə bağlı fikirlərini "Bakı-Xəbər"lə bölüşən VİP-in sədr müavini Ramil Hüseynovun sözlərinə görə, bu, beynəlxalq təşkilatların hər zamankı riyakarlığının bir göstəricisidir: "O üzdən, bir növ, buna təəccüblənmədim. Ona görə ki, beynəlxalq qurumlar buna adət ediblər. Ötən illərin təcrübəsi bunu göstərir. Bir neçə il əvvəl erməni snayperi məhz Ağdamın cəbhəyanı kəndində 9 yaşlı uşağı qətlə yetirdi. O zaman beynəlxalq təşkilatlar buna reaksiya verdi ki, indi də bunu etsinlər?! Ən yaxşı halda, ümumi və mücərrəd sözlərlə məsələyə münasibət bildirirlər. O da epizodik xarakterli olur. İki ilə yaxındır mülki şəxslər olan Şahbazla Dilqəm erməni girovluğundadır. Onların azad olunması üçün həmsədrlər heç bir səy, təşəbbüs göstərmir. Ötən görüşlərin birində ölkə Prezidenti bunu həmsədrlərə irad tutdu. Ancaq praktiki olaraq bu istiqamətdə heç nə dəyişməyib. Budur mövcud reallıq. Ancaq atəşkəsin pozulması intensiv hal alan kimi, beynəlxalq qurumlar hərəkətə keçir və hər vəchlə bunun geniş hərbi əməliyyatlar müstəvisinə keçməsinə mane olurlar. Bununla bağlı müxtəlif təsir vasitələrini işə salırlar. Hesab edirəm ki, bundan sonra da beynəlxalq qurumlar sözügedənməsələdə öz "ənənəvi" siyasətinə sadiq qalacaq. Azərbaycan özü hər sahədə aktivliyini artırmalıdır".
180 -dən səhifə 181