Türk iş adamlarından İlham Əliyevə sensasion məktub - "Cənab prezident, bu məmur türklərlə düşmənçilik edir" 

“Bizi hərkəsin gözü önündə aşağılayaraq şəxsiyyətimizi alcaldıb, hansısa ağır cinayəti törətmiş qatil kimi kafenin ortasından, hər kəsin gözü önündə sürüyə-sürüyə çölə aparıb, şəxsi maşına basmaq istədilər”

 Avropa.info  xəbər  verir ki, bu sözlər Türkiyə Cumhuriyyətinin vətəndaşları  Omuş  Ersun və Öner Mahmutun  Azərbaycan prezidenti İlham Əliyevə  göndərdikləri  şikayət məktubunda yazılıb.

 Məktubda  Dövlət Miqrasiya Xidmətinin Baş İdarəsinin şöbə müdiri Qüdrət Məmmədovun özbaşınalığı, qanunsuz  fəaliyyətindən yazılıb.Azərbaycanda sahibkarlıq fəaliyyəti ilə məşğul olduqlarını bildirən Türkiyə vətəndaşları  Qüdrət  Məmədovun  şəxsi maşını ilə gecə yarısı evlərinə basqın etdiyini, onları oğurlayaraq, deportasiya etdirdiyini  bildirirlər. Məktubda  Qüdrət Məmmədovun xüsusilə qardaş Türkiyə vətəndaşlarına xüsusi qəddarlıqla davrandığı qeyd olunur.

 Məktubda Firudin Nəbiyevin rəhbərlik etdiyi DMX-nin digər qurumlarından razılıq ifadə olunsa da, Qüdrət Məmmədov və işçilərinin xidməti vəzifə zamanı törətdikləri qanunsuzluqlardan yazılıb. 

 Məktubda qeyd olunur ki, hər iki şikayətçi “Azərbaycan Respublikasında “SAFRAN-AZƏRBAYCAN” Məhdud Məsuliyyətli Cəmiyyətini təsis edərək,vergi orqanlarında qeydiyyatdan keçiriblər. 

 “Eyni zamanda biz ikimiz də ayrı-ayrılıqda fərdi sahibkar kimi 02.04.2015-ci ildə vergi orqanlarında qeydiyyatdan keçmişik. Şəhərimizin mərkəzində yerləşən kafelərdən birindən bizə administrativ-idarəetmə işləri üzrə məsləhətə böyük ehtiyacları olduğunu bildirərək təklif verildi və biz də həm öz biliklərimizi və təcrübəmizi azərbaycanlı qardaşlarımızla bölüşmək, həm də bildiyimiz kimi, apardığınız məqsədyönlü daxili və xarici siyasətin bəhrəsi olan “Bakı-2015 Birinci Avropa Oyunları” ərəfəsində vətənimizdə çoxsaylı xarici turistlərin olacağını düşünərək, ikinci vətənimiz Azərbaycanda qonaq olacaq turistlərə ən yüksək səviyyədə xidmət göstərə bilmək üçün bu təklifi qəbul etdik. 10.04.2015-ci il tarixində fiziki şəxs Əliyev Fəxrəddin Nəsrəddin oğlu ilə podrat müqavilə əsasında ona administrativ işlər üzrə məsləhət xidmətini göstərəcəyimizi öz üzərimizə götürdük. Bizim göstərəcəyimiz xidmət kafenin işçi kollektivi ilə söhbət aparmaq, onlara bu işin sirlərini öyrətmək, qonaqların qarşılanması, süfrəyə xidmətin necə təşkil olunması, müştərilərlə davranış qaydalarının öyrədilməsi və masalara nəzarət işinin təşkili formasını izah etməkdən ibarətdir.

 28.04.2015-ci il tarixində nahar yeməyi zamanı özünü Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinin əməkdaşları kimi təqdim edən Rəşad Abbasov və Rüfət İbrahimov adlı şəxslər bizə ayrı-ayrılıqda yaxınlaşaraq, kobud və bir dövlət məmuruna yaraşmayacaq şəkildə, “sizi deport edəcəyik” deyərək, bağırıb, hədələdilər.  Biz isə etik normalara uyğun şəkildə fəaliyyətimizlə bağlı müvafiq sənədləri təqdim etdik və qanunsuz fəaliyyətlə məşğul olmadığımızı sənədlərlə göstərdik. Kafenin sahibi olan sahibkarla aramızda olan podrat müqaviləsini, Müvəqqəti Yaşamaq üçün İcazə vəsiqəmizi, eyni zamanda Türkiyə pasportlarımızın surətini və Azərbaycan Respublikasının Vergi Orqanlarında fiziki şəxs olaraq qeydiyyatdan keçdiyimiz barədə Vergi Şəhadətnaməsini DMX-nin əməkdaşlarına təqdim etdik. Lakin onlar, yüzlərlə müştərinin önündə, heç nəyə məhəl qoymadan, qollarımızı arxadan buraraq, bizə qarşı zorakılıq tətbiq etdilər. Bizi hərkəsin gözü önündə aşağılayaraq şəxsiyyətimizi alcaldıb, hansısa ağır cinayəti törətmiş qatil kimi kafenin ortasından, hər kəsin gözü önündə sürüyə-sürüyə çölə apardılar. Bizim qolumuzu arxadan buraxmayaraq, “Dodge” markalı şəxsi avtomobilə ataraq, aparmağa cəhd edərkən, oradakı azərbaycanlı vətəndaşların etirazı ilə üzləşdilər. Onlara vətəndaşlar tərəfindən bildirildi ki, bunların günahı olsa belə, şəxsi avtomobilinizlə aparmaq hüququnuz yoxdur, xidməti avtomobil çağırmalısınız. Bu haqlı etirazdan sonra Rəşad Abbasov DMX-nin Baş İdarəsinin şöbə müdiri Qüdrət Məmmədova zəng vuraraq, xidməti maşın tələb etdi. Qüdrət Məmmədovun telefonda uca səslə bağırdığı və nəinki bizim, oradakı hər kəsin eşitdiyi ifadələrini olduğu kimi təqdim edirik: “Qələt edirlər. Lazımdısa, döyə-döyə mindirin, onları maşına. Kimdilər ki, onlar sizdən nəsə tələb etsinlər. Gətirin o zibilləri idarəyə!” Rəşad Abbasov ona “baş üstə” desə də, biz həmin maşına minməkdən imtina etdik. Oradakı insanların haqlı etirazından sonra DMX əməkdaşları zor tətbiq etməkdən vaz keçdilər və 2 saatdan sonra xidməti maşın gəldi. Biz bu xidməti maşınla Ayna Sultanova heykəlinin yanında olan DMX-nin Baş İdarəsinə gətirildik. Biz ayrı otaqlara salındıqdan sonra 45-50 yaşlarında, arıq ağlı-qaralı  saçları olan, xidməti formalı bir şəxs bizə yaxınlaşaraq üstümüzə qışqırıb, “Belə qudurmusunuz? Xidməti maşın tələb edirsiniz?” deyərək, hər birimizə bir ağ kağız və qələm verib yüksək səslə dedi ki, “İzahatınızı yazın! Yazın ki, biz ofisiant işləyirik”. Biz ofisiant işləmədiyimizi bildirsək də, Qüdrət Məmmədov olduğunu öyrəndiyimiz bu şəxs buna məhəl qoymadan daha uca səslə qışqırdı ki, “Yazmasanız, sizi bu dəqiqə deportasiya edəcəyəm. Haranın zir-zibili var gəlib, məni tapır! Gedin oturun xarabanızda, nə var, nəyə gəlmisiz Azərbaycana?”  Nə qədər təzyiq etsə də, bizim onun diktə etdiklərini yazmadığımızı görüb, bu dəfə bizimlə yumşaq şəkildə danışmağa başladı və dedi ki, “siz izahatı yazın, onsuz da sizə heç nə etməyəcəyik, cərimə sahibkara yazılacaq. Sizdən nə gedir ki. Yazmırsınızsa, ağ kağızın aşağısına qol çəkin, biz özümüz yazarıq, lazım olan şeyləri”. Biz isə yalan ifadə yazmaqdan imtina etdik. Bu planının da baş tutmadığını görərək, bizi otaqdan qovdu”.

 Məktub müəllifləri qeyd edirlər ki, “Dövlət Miqrasiya Xidmətinin əməkdaşları tərəfindən həm fiziki, həm də mənəvi hücum, eyni zamanda DMX Baş İdarəsinin şöbə müdiri Qüdrət Məmmədovun bir türk düşməni olmasına dair tarixçəsi bizi çox narahat edir. Məhz onun tərəfindən türk iş adamlarının bir çox hallarda evindən oğurlanaraq, şəxsi avtomobillə aparılması, döyülməsi, deportasiya edilməsinə dair qərarlar çıxarır, səfirliyə belə müraciət etməsinə imkan vermədiyi bildirilir. Olduqca kinli şəxs olduğu bildirilən bu şəxsin bizi təqib etdirdiyinə dair də məlumatlar almışıq. Qısacası, Qüdrət Məmmədovu tanıyan şəxslər onun bizdən gec-tez ağır intiqam alacağını bildirirlər. Hətta bildirirlər ki, o, bizim Müvəqqəti Yaşama İcazəmizi ləğv etdirə və Azərbaycandan qısamüddətli səfər etdiyimiz zaman ölkəyə buraxdırmaya bilər. Açıqcası, biz bütün sənədlərimiz qaydasında olmasına rəğmən Qüdrət Məmmədovun təzyiqi  altında yaşayırıq”.

 Dövlət Miqrasiya Xidmətinin digər qurumlarının fəaliyyətini qənaətbəxş hesab edən Omuş Ersun və Önen Mahmut  daha sonra yazırlar:

 “Biz Firudin Nəbiyevin rəhbərlik etdiyi Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətindən hər zaman razı olmuşuq, hər zaman sənədləşmə ilə bağlı istər sərhəddə, istərsə də digər müvafiq yerlərdə DMX əməkdaşları hər zaman bizi gülər üzlə qarşılayıblar, sənədlərimizin qəbulunda bizə kömək ediblər.Lakin Qüdrət Məmmədovun neqativ fəaliyyəti və onun tabeliyində olanların kobud davranışları ilk növbədə cənab Firudin Nəbiyevə qarşı bir təxribatdır. Təəssüf ki, Qüdrət Məmmədov  Azərbaycan xanımları ilə evli olduğu halda bir çox Türkiyə vətəndaşını qanunsuz olaraq, deportasiya edir, Stalin dönəmi repressiyası zamanında olduğu kimi gecə vaxtı Türkiyə vətəndaşlarını yatağından oğurlayır, mobil telefonlarını əllərindən alaraq, özlərini deportasiya etdirir”.

"Əsassız olaraq Heydər Əliyev 1987-ci ildə bütün vəzifələrdən kənarlaşdırıldı. Bu, tək ona deyil, eyni zamanda Azərbaycana qarşı böyük ədalətsizlik və təxribat idi".

APA-nın məlumatına görə, bunu bu gün Heydər Əliyev Mərkəzində Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü və faşizm üzərində Qələbənin 71 illiyi münasibətilə rəsmi qəbul mərasimində Azərbaycan prezidenti İlham Əliyev söyləyib.

Dövlət başçısı deyib ki, Heydər Əliyevin istefasından iki həftə keçməmiş erməni millətçiləri Dağlıq Qarabağı Azərbaycandan ayrılıb Ermənistana birləşməsi haqqında məsələ qaldırdılar: "Yəni Heydər Əliyev faktoru imkan vermirdi ki, onlar çirkin niyyətlərini ifadə etsinlər. Ancaq Heydər Əliyev siyasi səhnədən gedəndən sonra bu məsələ qalxdı və ondan dərhal sonra Dağlıq Qarabağda xoşagəlməz proseslər başladı. Ermənistanın təhriki ilə Dağlıq Qarabağda separatçı meyllər gücləndi və əfsuslar olsun ki, o vaxtı sovet rəhbərliyi cinayət törədərək o xoşagəlməz meyllərin qarşısını almadı. Nəinki ala bilmədi, almadı, almaq istəmədi. SSRİ-nin dağılması prosesi də o vaxtdan başlamışdı. Mən yaxşı xatırlayıram ki, Heydər Əliyev bu vəziyyətlə bağlı çox məyus olmuşdu, onun qurub-yaratdığı vəziyyət dağılırdı. Heydər Əliyev rəhbər vəzifələrdə işləyəndə mütəmadi Dağlıq Qarabağa, Xankəndinə, Şuşaya səfərlər etmişdi. Mən də o səfərlərin canlı şahidi, iştirakçısıyam. Heç bir faktor onu göstərmirdi ki, orada separatçı meyllər güclənə bilsin. Bu, süni şəkildə ortaya atılmış bir təxribat idi və təəssüflər olsun ki, bu günə qədər Azərbaycan bu təxribatın acı nəticələrini yaşayır”.

"Görünür,  Xanlar Hacıyevi hələ bir müddət də orada saxlamaq istəyirlər”

Azərbaycanı Avropa İnsan Haqları Məhkəməsində təmsil edəcək hakimliyə namizədlər irəli sürülsə də, onlar Avropa Məhkəməsi tərəfindən qəbul edilməyib. Azərbaycan isə Avropa Məhkəməsinə yeni hakimlər təqdim etmir. 

2003-ci ildən Azərbaycanı Avropa Məhkəməsində təmsil edən Xanlar  Hacıyevin səlahiyyət müddəti 2015-ci ilin oktyabrın 31-də başa çatdı.

Azərbaycan hökuməti 2015-ci ilin aprelində Avropa Məhkəməsinin hakimi vəzifəsinə üç namizəd irəli sürüb. Namizədlər Prezidenti Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin İnsan hüquqlarının müdafiəsi məsələləri sektorunun müdiri, Azərbaycanın Avropa Məhkəməsindəki daimi nümayəndəsi Çingiz Əsgərov,  Bakı Apelyasiya Məhkəməsinin hakimi Aygün Abdullayeva və 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin hakimi Vüsalə Baxışova olub. Lakin AŞPA-nın Alt Komitəsi namizədləri qəbul etməyib və siyahını geri qaytarıb. Ona görə də Azərbaycanı Avropa Məhkəməsində (AİHM) təmsil edən hakim Xanlar Hacıyevin səlahiyyət müddəti artırılıb. 

Azərbaycan Avropa Məhkəməsinə niyə yeni namizədlər təqdim etmir?

Məsələ ilə bağlı hüquqşünas Ələsgər Məmmədli "Yeni Müsavat” a bildirib ki, AİHM-ə Azərbaycan tərəfi hər dəfə qəsdən  3 namizəd irəli sürür: "Onlardan təxminən biri standarta uyğun gəlir və üç nəfərdən birini seçirlər. Hər dəfə təkrar formada ya eyni şəxslər, ya da digər ingilis dili çox zəif, hakimlik təcrübəsi az olan şəxslərin namizədliyi irəli sürülür. Ona görə də həmin namizədlər Avropa Məhkəməsi tərəfindən seçilmirlər. Düşünmürəm ki, Azərbaycanda lazımı səviyyədə olan hakim  yoxdur. Əlbəttə var. Bundan əvvəl Xanlar Hacıyev çox yüksək məhkəmə rəhbərliyindən ora gedib. Ancaq indi gedənlər ən yaxşı halda Apelyasiya Məhkəməsinin hakimləridir. Bu da təcrübə baxımından yetərli hesab olunmur”.

Hüquqşünas Müzəffər Baxış isə "Yeni Müsavat”a bildirib ki, günah hakimiyyətdədir: "Ədalətli namizəd seçmirlər. Omlar da Avropa Məhkəməsi tərəfindən qəbul edilmir. Eyni zamanda müəyyən kriteriyalar da var. Belə ki, tanınmış hüquqşünas olmalıdır, Azərbaycan cəmiyyəti tərəfindən qəbul edilməlidir, ingilis dilini bilməlidir. Azərbaycan da bu üstünlüyə sahib olan hakim təqdim etmir. Görünür,  Xanlar Hacıyevi hələ bir müddət də orada saxlamaq istəyirlər. Ümumiyyətlə, Azərbaycanda hakimlərin nüfuzu aşağıdır. Çünki onların çoxu korrupsiyaya bulaşıblar və icra hakimiyyəti orqanının nəzarəti altındadırlar.  Buna görə də bizim cəmiyyətdə savadlı, nüfuzlu adam hakim ola bilmir. Azərbaycan məhkəmələri tərəfindən müstəqil qərarın verilməsi, icra hakimiyyətinin nüfuzuna xələl  gətirir. Çünki  icra hakimiyyəti ancaq onun sifarişləri əsasında bu və ya digər qərarların qəbul olunmasını istəyir. Bütün bunlar isə onunla nəticələnir ki, Avropa Məhkəməsində azərbaycanlı hakimlər təsdiqlənmir. Məcbur qalıb, Xanlar Hacıyevin səlahiyyət müddətini uzadıblar. Amma bu da uzun müddət davam edə bilməz”.

Çərşənbə axşamı, 10 May 2016 00:00

Nazirlik əməkdaşı rüşvət alarkən – ŞOK VİDEO

Yazan

ƏƏSM rəsinin qoyun sürüləri, villası və dəbdəbəli həyatı...

 Son vaxtlar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yerlərdəki kadrlarının fəaliyyəti ilə bağlı mediada müxtəlif məlumatlar yayılır. Nazir Səlim Müslümov bu posta təyin olunduğu ilk günlərdə korrupsiya və rüşvətlə kəskin mübarizə elanı versə də, baş verənlər bu siyasətin nəticəsiz olduğunu göstərir. 

 Belə ki, Cumhuriyyet.az-a Göyçay Əmək və Əhalinin Sosial Müdafisi Mərkəzinin (ƏƏSM) müdiri Aqşin Qafurov və onun ətrafı ilə bağlı sensasion faktlar daxil olub.

 Öncə onu bildirək ki, A.Qafurovun adı müxtəlif qanunsuz əməllərdə hallandırılıb. 

 Saytın araşdırmaları zamanı məlum olub ki, Aqşin Qafurov sözün həqiqi mənasında regional oliqarxa çevrilib: "Əgər bu deyilənlər yalandırsa, o zaman Aqşin Qafurov Göyçay rayonunda inşa etdirdiyi dəbdəbəli villanı, obyektləri, qoyunçuluq təsərrüfatını, yüz hektarlarla torpaq sahələrini hansı vəsaitlər hesabına əldə etdiyini açıqlasın. Göyçay sakinlərinin verdikləri məlumatlarda bildirilir ki, Aqşin Qafurovun rayonun Bığır kəndində iki qoyun ferması fəaliyyət göstərir və həmin təsərrüfatda 1000-ə yaxın qoyun var. Mərkəz müdirinin qoyun ferması ilə bağlı saytımıza göndərilən digər ilginc video məlumatda göstərilir ki, Aqşin Qafurov azğınlaşmış bir məmur olaraq qoyunlarını 13 yaşı olan azyaşlı bir uşağa otartdırır. Həmin uşağın Əhmədov Səbuhi Səməd oğlu olduğu və 500-ə yaxın qoyun otardığı video-faktda açıq şəkildə göstərilir. Ən azından Aqşin Qafurovun 13 yaşı olan azyaşlı bir oğlanı çobanı kimi istifadə etməsi bütün çərçivələri aşır. Oxucularımıza göstərəcyimiz video faktda mərkəz müdirinin 13 yaşlı çobanı azyaşlı Səbuhi Əhmədov açıq şəkildə deyir ki, Aqşin Qafurovun qoyunlarını səhər saat 6-dan axşam saat 20.00-a kimi otarır. Digər ilgin məlumatda isə qeyd olunur ki, mərkəz müdirinin Göyçay şəhərində yerləşən 3 mərtəbəli dəbdəbəli villasının qiyməti təxminən 1 milyon manata yaxındır. Ancaq Aqşin Qafurovun villası biri ilə bitmir. Belə ki, Göyçay rayonun Potu kəndində Aqşin Qafurova məxsus daha bir villa mövcuddur.Bundan başqa mərkəz müdirinin Bakı şəhərində bir neçə evinin, Qəbələdə evinin, İsmayıllı rayonunda torpaq sahələrinin və obyektinin olduğu deyilir”.

 Görünən odur ki, Göyçay rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin müdiri dəyəri milyonlarlla manat olan var-dövləti əmək haqqı hesabına əldə etməyib. Çünki Azərbaycan reallığında hansısa bir məmurun və yaxud işçinin əmək haqqı ilə bu qədər var dövlət sahibi ola bilməsi yalnız xəyallarda mümkündür. 

 Cumhuriyyet.az xəbər verir ki, bu zamanadək mediada yayılan və təkzib olunmayan məlumatlardan da buna  əsas verir: "Göyçay rayon sakinləri bildirirlər ki, Aqşin Qafurov yüzlərlə şəxsi qanunsuz olaraq sosial yardım siyahısına salıb. İndidə həmin şəxslərin yenidən siyahıya salınması üçün çalışır və demək olar ki, istəyinin bir hissəsinə çox asanlıqla çatıb. Çünki öz admlarının sənədlərini ustalıqla saxtalaşıdran mərkəz müdiri onların nazirliyin komputer sistemindən asanlıqla keçməsinə şərait yaradır və Aqşin Qafurovun mərkəzdəki Fuad, Fəhmin, Esmira üçlüyündən ibarət "komandası” həqiqətəndə sosial yardım almaq istəyən vətəndaşları soymaqla məşğuldurlar. Mərkəz müdirinin sosial almaq istəyən vətəndaşlardan nəğd şəkildə 600-700 manat rüşvət alır və bu işdə onun əsas köməkçilərinin Aqşin Qafurovun müavini Fuad Seyidovun, baş müahsibi Fəhmin Cəfərovun və onun baldızı Esmira adlı xanımdır”. 

 Qeyd edək ki, cumhuriyyet.az Göyçay rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin müxtəlif vəzifəli şəxsləri və onların yaxınlarının iştirakçı olduğu bir çox qanunsuzluqları sübut edən video materiallar yayıb. 

 

Bazar ertəsi, 09 May 2016 00:00

Dəli sevda şairi - Vaqif Yusifli yazır

Yazan

Gülnar Qasımlı mənim doktorantımdır. “Müstəqillik dövrü Azərbaycan ədəbiyyatında poema janrının inkişaf yolu və xüsusiyyətləri” mövzusunda namizədlik dissertasiyası üzərində işləyir. Ən azı ayda 2-3 dəfə yanıma məsəhətə gəlir. İnanıram ki, yaxın gələcəkdə bir tənqidçi – ədəbiyyatşünas kimi öz sözünü deyəcək.

Onun şeir yazdığını bilirdim, amma bircə misrasını belə oxumamışdım. Həm də ərkyana məsləhət görmüşdüm ki, öz elmi işinlə məşğul ol, şeirlə sonra qonuşarsan. Amma bir gün televiziyada Gənclər günü münasibətilə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin mükafatı ona təqdim olunanda qətiyyən hirslənmədim, sevindim.

Və bir gün çəkinə-çəkinə mənə zəng edib “Vaqif müəllim, “aybKitab” layihəsi üzrə şeirlərimi çap etdirmək istəyirəm, ön söz yazarsınızmı?” – deyə soruşdu. Dedim ki, oxuyaram, xoşum gəlsə, mütləq yazaram.

Gülnarın şeirlərini oxudum və etiraf edim ki, belə gözləmirdim. Zənn edirdim ki, bu gün özündə məsuliyyət hiss etmədən ədəbiyyata gələn, şeirlərinin və kitablarının sayı “şairliyinin” müqabilində qat-qat artıq gözə dəyən yazarlardan biridir Gülnar. Amma Gülnar mənim bu təsəvvürümə xətt çəkdi və sanki hər şeirində qışqırtıyla yox, utana-utana dedi ki; “Mən şairəm!”

Gülnar Qasımlı özünə Səma təxəllüsünü götürüb. Böyük riskdir bu. Səma bütün göy üzüdür. O Səmada günəş yanır, dünyaya işıq saçır. Mən şair görmüşəm ki, özünə Dərya təxəllüsü götürüb, amma onun şeirləri dəryanın heç bircə damlası deyil. Mən şair görmüşəm ki, özünə Muğan, ya Şirvan, ya da Qobustan təxəllüsü seçib, amma yazdığı şeirləri və özünü nə Muğanda, nə Şirvanda, nə Qobustanda tanıyırlar. Gülnarın Səma təxəllüsünə hələlik heç bir etirazım yoxdur, çünki mən onun şeirlərində səma təmizliyini, saflığını gördüm. Buludunu, yağışını, günəş zərrələrini gördüm.

Mən gənc şairi tərifləyib ərşi-əlaya qaldırmaq niyyətində deyiləm. Təbii ki, iki şeir kitabı çıxsa da, Gülnarın axtarışları davam edir. (Məgər şair bütün ömrü boyu axtarışda deyilmi?) Deməli, Gülnar Səma adını doğrultmalıdır. Gülnar nədən yazır? Onun bir mövzusu var- sevgi. Bu sevgi kitablardan gəlmir, özünün yaşadığı, ürəyində əmanət saxladığı hissdir, duyğudur.

Bu sevgi yollarda düşüb qaldısa,

Məhəbbət deyilən dili laldısa,

Ayrılıq əbədi bir vüsaldısa,

Mən buna məhəbbət deyə bilmərəm.

Ay sevgi, peşimi burax sən artıq

Daha heç toruna düşən deyiləm.

Ağac əyiləndə sındı deyirlər,

İgidlər ölərsə, niyə əyiləm?

Mən sənə dünyanı bağışlayardım,

Sən mənə bir dünya bağışlasaydın.

Bu misralar sevən bir qəlbin əzablarından doğur. Amma bu əzabın özü də qəm-qüssə gətirmir, işığa can atır o qüssədən uzaq olmaq istəyən ürək.

Gülnarın o balaca səmasını təkcə sevgi duyğuları ilə məhdudlaşdırmaq olmaz. Orada az da olsa , vətən ağrıları da var, yurd itkisindən doğan ağrılar da. Amma hamısında nikbin xallar görürəm. Şair fikirlə hissin vəhdətini əks etdirir və bu vəhdət duyulmazsa, yəni bu iki məfhum- şair üçün hava və su kimi gərəkli olan bu iki konponent bir-birindən ayrı düşərsə, o zaman şeir “ağıllı ürəyin” ifadəsinə çevrilə bilməz. Gülnarın bir sıra şeirlərində bu vəhdət özünü hiss etdirir. Amma çox arzu edərdim ki, o, bir az mövzu məhdudluğundan xilas olsun. Sevgini, həsrəti təkcə bir rəngdə görməsin, həyata, gerçəkliyə geniş nəzərlərlə baxsın.

Mən Gülnar Qasımlıya- Səmaya uğurlar arzulayıram. Onun da atasının adı Vaqifdir, elə mən də onun şeirlərinə mənəvi Ata xeyir-duası verirəm.

Vaqif Yusifli

filologiya üzrə elmlər doktoru

(Gülnar Səmanın “Gül” kitabına ön söz)

Gürcüstanın TV12 kanalı Azərbaycanın və Ermənistanın Batumidəki baş konsulları Rəşad İsmayılov ilə Aram Qriqoryan arasında debat təşkil edib.

Diplomatlar debat zamanı Qarabağ münaqişəsilə bağlı suallara cavab veriblər. Hər bir konsul öz ölkəsinin mövqeyini çatdırıb.

Rəşad İsmayılov Ermənistanın təcavüzkar olduğunu, Azərbaycan torpaqlarını işğal etdiyini, danışıqlardan yayındığını və beynəlxalq hüququ saymadığını bildirib. 

O, vurğulayıb ki, erməni xalqı artıq bir dəfə öz müqəddəratını həll edərək, Ermənistan dövlətini yaradıb. Ona görə də, bu prinsip münaqişənin həllinə tətbiq edilə bilməz.

Debatın tam videosuna buradan baxmaq olar:

 

Azərbaycan Mərkəzi Bankı (AMB) ABŞ dollarının mayın 10-na rəsmi məzənnəsini 1,5094 AZN/USD səviyyəsində təsdiq edib.

AMB-dən verilən məlumata görə, bu, bugünkü məzənnə ilə müqayisədə 0,04% azalma deməkdir.

Qeyd edək ki, mayın 6-da ABŞ dollarının rəsmi məzənnəsi 1,5100 AZN/USD səviyyəsində olub.

Həsən Əliyev küçəsində villa, «Sahil» metrosu üzərindəki çoxmərtəbəli binada 5 otaqlı mənzil, müxtəlif ticarət obyektləri, Dubayda biznes və daha nələr... İmişlinin icra başçısı bu böhranlı günlərdə lüzumsuz xərcləri azaltmaq fikrində deyil İmişli Rayon İcra Hakimiyyətinin (RİH) başçısı Vilyam Hacıyevin sahibkarlara qarşı münasibəti ortadadır. Bu icra başçısı iş adamlarına əlavə problemlər yaratmaqdan başqa sanki heç nə bilmir. Qanuna yox, daşıdığı vəzifəyə arxalanan icra hakimi sahibkarlara zülm etməklə onlarda dövlətə qarşı inamsızlıq yaradır. Qeyd edək ki, ölkədə baş verən devalivasiya, iqtisadi böhran günlərində sahibkarlara şərait yaratmaq üçün Prezident İlham Əliyev sərəncam imzaladı. Buna baxmayaraq, bəzi məmurlar digər tərəfdən sahibkarlara zülm edirlər. Gundelik-baku.com-un apardığı araşdırmalar göstərir ki, sahibkarların incidilməsi məsələsində Vilyam Hacıyevin adı ön sıralarda çəkilir. Belə ki, icra başçısı Vilyam Hacıyev bu vaxta qədər çox sahibkarın haqqını tapdayıb, onların pulunu verməyib. Məsələn, başçı iş adamı Cavanşir Əsgərovla rayonun Heydər Əliyev prospektində 54 min manat qarşılığında təmir və abadlıq işlərinin görülməsi ilə bağlı razılaşma əldə edib. Sonuncu da razılaşmaya əsasən adıçəkilən küçənin təmir işlərini həll edib. Öncədən icra başçısı iş adamına söz verib ki, təmir işləri bitəndən sonra onun pulunu ödəyəcək. Lakin o, bu sözünə tam əməl etməyib.

 

Musavat.com saytına müraciət edən iş adamı Cavanşir Əsgərov deyib ki, təmir və abadlıq işlərinin ümumi xərci 54 min manat olub. İcra başçısı isə cəmisi 30 min manat pul ödəyib. Geridə qalan məbləği isə verməkdən boyun qaçırır: “Mən tapşırılan işi 2013-cü ildə başa vurmuşam. İcra başçısı Vilyam Hacıyev mənə öncədən söz vermişdi ki, iş bitəndən sonra prezident rayona gələcək, bu yola baxacaq. Bundan sonra mənim pulumu verəcək. İş tamamlandı, prezident gəldi, bəyəndi və getdi. Lakin Vilyam Hacıyev mənim pulumu ödəmədi. Bu günə kimi cəmisi 30 min manat pul ala bilmişəm. Geridə qalan 24 min manatı Vilyam Hacıyev ödəmir. Deyir ki, “Sənə borcum yoxdur”. Neçə dəfə qəbuluna getmişəm, fayda vermir. Ümumiyyətlə məni qəbul etmir”. İş adamının sözlərinə görə, o, məsələ ilə bağlı Prezident Administrasiyasına da şikayət edib: “Administrasiyaya şikayət etdim. Oradan Vilyam Hacıyevə tapşırıq verdilər ki, məsələni həll etsin. Amma icra başçısı bu sözü də heçə saydı. Məni qəbul belə, etmədi. Bu pul mənim özümə qalsaydı, çoxdan bezib, ondan əl çəkmişdim. Amma elə deyil. Görülən işlər zamanı istifadə edilən materialları aldığım dükan sahibləri hər gün zəng edirlər və pullarını tələb edirlər. Evimə belə, gələnlər var. Vilyam Hacıyev mənim pulumu versəydi, belə olmazdı». Sahibkarlar icra başçısı ilə bağlı müxtəlif instansiyalara müraciət etsələr də, heç bir xeyri yoxdur. Vilyam Hacıyev hələ də öz bildiyini edir və camaatı incidir. Bildirək ki, bu günlərdə İmişlinin icra hakimi ilə bağlı daha bir iddia ortaya atılıb. Bildirilib ki, başçı İcra Hakimiyyətinin 4 işçisini işdən çıxarıb. Məlumata əsasən protokol şöbəsinin, təhsil və mədəniyyət şöbələrinin məsləhətçiləri və rəhbərləri işlərini itiriblər. Məlumata əsasən işçilərin işini itirməsinə səbəb son zamanlar Hesablama Palatasının adıçəkilən rayonda apardığı yoxlamalardır. Bildirilir ki, icra başçısı rayonun ümumi iqtisadi göstəriciləri ilə bağlı son zamanlar bəzi rəqəmlərin saxtalaşdırılmasına görə günahkar axtarışına çıxıb. Hansı ki, bu işdə əsas günahkar özüdür. Belə deyirlər. Rayondakı mənbələr bildirir ki, dövlət büdcəsindən dotasiya almayan rayonlardan olan İmişlidə manatın devalvasiyasından sonra göstəricilər kifayət qədər aşağı düşüb. Rayon ərazisindəki bir sıra istehsal müəssisələrinin gəlirləri kəskin azalıb. Nəticə etibarilə də rayonun gəlirlər və xərclər üzrə iqtisadi göstəriciləri dəyişib: «Vilyam Hacıyev isə rayonda bir sıra təmir-tikinti və abadlıq işlərini davam etdirir. Nəticə etibarilə lüzumsuz xərclər istifadə edilir. Hansı ki, dövlət başçısı da son zamanlar yaranmış böhranlı vəziyyətlə bağlı məmurlara tapşırıq verib ki, lüzumsuz xərcləri azaltsınlar. Lakin İmişlidə sahibkarların gəlirləri azalsa da, İcra Hakimiyyəti davamlı olaraq lüzumsuz xərclər üzrə smetalar tərtib edir». Xatırladaq ki, prezident 2013-cü il 12 fevral müşavirəsində məmurlara, əsasən də rayonların icra başçılarına möhkəm təpinmişdi. Bundan sonra isə İmişlinin icra başçısı Vilyam Hacıyevin rayon sahibkarlarından aldığı 586 min manat vəsaiti geri qaytarması haqda məlumat yayılmışdı. Məlumatda bildirilirdi ki, sahibkarlara olan 586 min manat borc ödənilib.

Belə ki, İmişli rayonunda abadlıqla bağlı apardığı tikinti işlərinin dəyərinə görə iş adamları Samir Xəlilov və Yaqub Babazadəyə birlikdə 136 min manat, iş adamı Maşallah Əhmədova isə 50 min manat borc ödənilib. Deyilənə görə, başçı hədəfdən yayınmaq üçün təkcə İmişlidəki yox, həm də Gəncə, Xanlar və Bakıdakı obyekt və evlərini satışa çıxarıb. Amma sonradan bu xəbər təsdiqini tapmadı. Çünki icra başçısının borclu olduğu sahibkarlar bu gün də ondan aidiyyəti dövlət qurumlarına şikayət edirlər. Bu arada, qeyd edək ki, bir neçə ay öncə Vilyam Hacıyevin qohumlarından biri onun varidatı barədə bəzi maraqlı məlumatları açıqlayıb. «Bu adamın Həsən Əliyev küçəsində villası, ”Sahil” metrosu üzərindəki çoxmərtəbəli binada 5 otaqlı mənzili, onlarla müxtəlif obyektləri, Dubayda biznesi var», deyə məlumatda vurğulanıb. Növbəti yazımız Vilyam Hacıyevin Qazaxıstandakı tikinti biznesi barədə olacaq. Yazı ilə bağlı icra başçısının da mövqeyini dərc etməyə hazırıq. (Azerinews.org)

Mayın 7-dən 9-dək bəzi rayonlarda şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, yağıntının ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var.

Havanın temperaturu tədricən 3-5 dərəcə aşağı enəcək. 

Müsavat Partiyasının keçmiş başqanı İsa Qəmbərin gənclərlə iş üzrə sabiq müşaviri, təşkilatın Məclis üzvü Rüfət Hacıbəyli partiya sıralarından istefa verib

Bu barədə "Report"a R.Hacıbəyli özü bildirib. 

O, istefasını Müsavat Partiyasının VIII qurultayından sonra baş verənlərlə əlaqələndirib: "2004-ci ildən Müsavat Partiyasının üzvüyəm. Həmişə partiyanın mənafeyini, müsavatçılıq idealogiyasını uca tutmuşam. Təssüflər olsun ki, 2013-cü ilin ortalarından başlayaraq, partiya rəhbərliyinin yürütdüyü yanlış siyasət, qurultaydan sonra partiyanın düşdüyü durum o qədər də xoş bir görüntü yaratmadı. Partiyada aparılan siyasət onun hədəfləri, mübarizəsi ilə uyğun gəlmədiyi üçün partiya ilə yollarımı ayırıram, Müsavat Partiyasından istefa verdiyimi bəyan edirəm!".

Xatırladaq ki, Müsavat Partiyasının 2014-cü il sentyabrın 27-də keçirilən VIII qurultayında Arif Hacılı 228 səslə başqan seçilib. Digər namizəd Qubad İbadoğlu 200 səslə ikinci, Tural Abbaslı isə 20 səslə üçüncü olub. Qurultayın nəticələrindən narazı qalanlar növbədənkənar qurultay keçirilməsi tələbini irəli sürüblər. Bundan sonra Q.İbadoğlu Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatını yaradıb. Partiya rəhbərliyi isə Q.İbadoğlunun bu addımını bölücülük kimi qiymətləndirib və onu partiyadan xaric edib. Tural Abbaslı da tərəfdarları ilə birlikdə “Ağ blok” yaratdığını elan edib. O, da Müsavatdan istefa verib. Hazırda "Ağ blok" partiyaya çevrilir. R.Hacıbəyli də T.Abbaslının tərəfdarlarındandır.

149 -dən səhifə 183