Tuesday, February 20, 2018

"Azərbaycan dilinin orfoqrafiya qaydaları” layihəsi hazırlanıb və ictimaiyyətə təqdim olunub.

 "Azərbaycan dilinin orfoqrafiya qaydaları” layihəsini Azərbaycan Milli Elmlər Akademiyasının Orfoqrafiya Komissiyası və AMEA Nəsimi adına Dilçilik İnstitutu hazırlayıb. Layihə Milli Elmlər Akademiyası Rəyasət Heyətinin 28 dekabr 2017-ci il tarixində keçirilən iclasında müzakirə olunub və çap üçün tövsiyə edilib.

Qaydalar layihəsi təsdiq olunması üçün Nazirlər Kabinetinə göndəriləcək.

"Report" layihənin tam variantını təqdim edir:

Əsl Azərbaycan sözlərinin yazılışı

1. Azərbaycan dilinin lüğət tərkibində əksəriyyət təşkil edən milli sözlərin bir çoxu deyildiyi kimi yazılır: addım, dəniz, gəlin, günəş, qoşun, oğul və s.

2. Son səsi [x] və ya [ğ] kimi tələffüz olunan milli sözlər q hərfi ilə yazılır: ayaq, bar­maq, bulaq, dayanacaq, qatıq, qonaq, otaq, yaxşılıq, yanaq və s. Bu qəbildən olan sözlərə saitlə başlanan şəkilçi qoşulduqda yazıda q~ğ əvəzlənməsi baş verir: ota­­­ğa, bulağın, qonağımız və s.

Qeyd: Son səsi [kʹ] kimi tələffüz olunan bir qrup alınma sözlər də q hərfi ilə yazılır: filoloq,ittifaq, müstəntiq, natiq, şəfəq, texnoloq, üfüq, vərəq və s. Əsl Azərbaycan sözlərindən fərqli ola­­­raq, bu qəbildən olan sözlərin sonuna saitlə başlanan şəkilçi qoşulduqda yazıda heç bir də­yi­şik­lik baş vermir: filoloqa, şəfəqi, üfüqə və s.

3. Son səsi [xʹ] kimi tələffüz olunan iki və çoxhecalı milli sözlər k hərfi ilə yazılır: bilək, birlik, külək, ürək, üzərlik, üzük və s. Bu qəbildən olan sözlərə saitlə başlanan şəkilçi qoşulduqda yazıda k~y əvəzlənməsi baş verir: biləyi, bir­li­yimiz, ürəyim, üzüyün və s.

Qeyd: Söz sonunda [k] kimi tələffüz olunan əksər alınma sözlərə isə bu qayda şamil edil­mir, yəni onlarda əvəzlənmə baş vermir: əmlak-əmlaka, iştirak-iştirakımız, mexanik-mexanikə, şərik-şəriki, tex­nik-texnikin və s.

4. Son səsi həm [t], həm də [d] kimi tələffüz olunan iki və çoxhecalı milli sözlər d ilə yazılır: bulud, palıd, söyüd və s. Bu qayda ona əsaslanır ki, həmin söz­lə­rə saitlə başlanan şəkilçi qoşulduqda sondakı samit [d]kimi səslənir.

Qeyd: Polad, sənəd, təqaüd və s. kimi alınma sözlər də bu qaydaya əsaslanır.

5. Son səsi həm [k], həm də [g] kimi tələffüz olunan milli sözlər g hərfi ilə yazılır: çələng, pələng, səhəng, tüfəng və s. Dördüncü bənddəki qayda bu sözlərə də aiddir.

Qeyd: Bu qayda ahəng, qəşəng, nəhəng kimi alınma sözlərə də şamil edilir.

6. Son səsi həm [c], həm də [ç] kimi tələffüz olunan sözlər c hərfi ilə yazılır: kərpic, qılınc, ülgüc və s. Dördüncü bənddəki qayda bu bəndə də aiddir.

7. Ədəbi tələffüzdə ilk səsi [ı] ilə deyilən sözlər olmadığı üçün aşağıdakı milli sözlər i ilə yazılır: ilan, ildırım, ilğım, ilxı, ilıq, inanmaq, işartı, işıq və s.

Alınma sözlərdə saitlərin yazılışı

8. O saitli alınma sözlər [a] və ya [o] ilə tələffüz edilməsindən asılı olma­ya­raq, o ilə yazılır: avtomat, ensiklopediya, kollec, kollektiv, kom­bi­nat, laborant, Moskva, motor, obyekt, Odessa, poçtalyon, poema, poeziya, problem, pro­fes­sor, solist, velosiped və s.

9. İkinci hecasındakı saiti [i], bəzən də [ü] ilə tələffüz olunan ərəbmənşəli sözlər ənənəvi-tarixi prinsipə əsasən i ilə yazılır: külli (miqdarda), müdir, müdrik, müflis,müxbir, müxlis, münbit, münsif, mürid, mürşid, müsibət və s.

Qeyd: Mühüm və üfüq sözlərindəki ikinci heca ü hərfi ilə yazılır.

10. Mənbə dildə tərkibində u saiti ilə yazılan və [yu] kimi tələffüz olunan aşağıdakı sözlər ədəbi dilimizin fonetik qaydalarına uyğun olaraq ü ilə yazılır: alüminium, bülleten, büro, jüri, karbürator, kompüter, Lüksemburq, paraşüt, süjet, tütor, uvertüra və s.

11. Sonu a saiti ilə bitən alınma sözlər iki cür yazılır:

a) Aşagıdakı sözlərin sonunda a hərfi ya­zıl­mır: aksiom, anket, ap­tek, atmosfer, fab­­rik, fonem, kaset, kayut, konfet, kontor, qəzet, qrafem, qravür, qrup, leksem, lent, ma­şın, perspektiv, planet, pyes, reklam, rezin, sistem, sis­tern, sitat, teorem, vitrin və s.

b) sonundakı a saiti atılarkən mənası anlaşılmayan və ya başqa məna verən sözlər mənbə dildəki kimi a hərfi ilə yazılır: botanika, doktrina, forma, kamera, qram­ma­tika, norma, poetika, poeziya,respublika, taktika və s. Belə sözlərin sonun­da a hərfi ya­zılmadıqda məna dəyişikliyi baş verir. Məsələn, botanika elm sahəsi olduğu hal­da, botanik sahə üzrə mütəxəssisdir.

12. "Azərbaycan dilinin orfoqrafiya lüğəti”nin 2013-cü il nəşrində metafor, profilaktori, sanatori şəklində verilmiş sözlərin metafora, profilak­to­riya, sana­to­ri­ya kimi yazılması tövsiyə olunur.

13. Mənbə dildə birhecalı olub, tələffüz zamanı, adətən, sonundakı iki samit arasına i və ya ü saiti artırmaqla tələffüz olunan ərəbmənşəli sözlər iki cür yazılır:

a) ikisaitlə yazılanlar: ağıl, cisim, eyib, ətir, feil, fəsil, fikir, heyif, isim, izin, qəbir, qədir, qisim, meyil, Misir, nəsil, ömür, səbir, sətir, sinif, şeir, şəkil, zehin;

b) bir saitlə yazılanlar: cəbr, əmr, əsl, həbs, həsr (etmək),hökm, hüsn,hüzn, hüzn, kəsr, qəbz, qəhr, qəsr, nəbz, nəfs, nəsr, sehr, sədr, üzr, üzv, zülm və s.,

Bu qisimdən olan sözlərin bir çoxu iki saitlə yazıldıqda başqa mənalı sözlər – paronimlər alınır: əsl –əsil, əsr – əsir, həsr – həsir, kəsr – kəsir , nəfs – nəfis və s.

Söz köklərində samitlərin yazılışı

14. Rus dilində tərkibində ц samiti olan Avropa mənşəli alınma sözlərin ya­zı­lışında aşağıdakı qaydalar əsas götürülür:

a) ümumi isimlər s ilə yazılır: aseton, dosent, konsert, lisey, sex, sement, senzura, sirk və s.

Qeyd: Vitse sözü istisnadır, ts ilə yazılır.

b) xüsusi isimlərdə sözün əvvəlində s ilə (Setkin, Sialkovski və s.); sözün ortasında və axırında isə ts (Motsart, Muromets, Vorontsov və s.) yazılır:

15. Rus dilində tərkibində щ hərfi olan alınma sözlərin yazılışında aşağıdakı qaydalar əsas götürülür:

a) sözün əvvəlində və sonunda işlənən щ samiti əvəzinə ş yazılır:

borş, Şedrin, Şerba, Şors və s.

b) Sözün ortasında işlənən щ samiti əvəzinə qoşa şş yazılır: Quşşin,

meşşan, Pleşşunov, Vereş­şa­gin və s.

16. Rus dili vasitəsilə dilimizə keçmiş aşağıdakı alınma sözlər (ümumi və xü­susi isimlər) əslinə uyğun olaraq h hərfi ilə yazılır: Haaqa, Hamburq, har­mo­ni­ya, Havana, Hegel, hektar, heroqlif, Heyne, hidrogen, himn, hospital, Höte, hu­­­manizm və s.

17. Birinci və ikinci hecasındakı samiti, əsasən, [m] ilə tələffüz olunan sözlər n samiti ilə yazılır: anbar, günbəz, İstanbul, qənbər, sünbül, şənbə, tənbəl, zənbil.

Kombayn, kombinat, kömbə, pambıq sözləri istisnadır.

18. -iy, -skiy ilə qurtaran xüsusi isimlərin sonundakı y samiti yazılmır: Qorki, Mayakovski, Yaroslavski.

19. Kimyəvi element adları mənbə dildəki kimi yazılır: kalium, maqnezium, natrium və s.

20. Mənbə dildə [c] kimi tələffüz olunan alınma sözlər c hərfi ilə də yazılır: Cek London, cemper, Siciliya və s.

21. Mənbə dildə g samitli alınma sözlər g ilə də yazılır: biologiya, dialek­to­lo­giya, general, genezis, geologiya, gigiyena, gimnastika, gitara və s.

22. Aşağıdakı sözlərin mənbə dildəki yazılışı əsas götürülərək, k hərfi ilə yazıl­ma­sı məqsədəuyğun sayılır: əskər, əskinas, İskəndər, işkəncə və s.

Qeyd: Bu sözlər dilimizdə məhz tələffüzlərinə əsasən indiyədək g hərfi ilə yazılmışdır. Belə ki, mənbə dildə yanaşı gələn kar samitlərdən (sk, şk) ikincisi (k) tələffüzdə cingiltiləşərək, onun cingiltili qarşılığına (g) keçmişdir.

23. Mənbə dildə w samitli alınma sözlər Azərbaycan dilində v ilə yazılır: veb-sayt, Vilyam, vindos, vörd və s.

Qoşasaitli və qoşasamitli sözlərin yazılışı

24. Kökündə eynicinsli və müxtəlifcinsli qoşa sait işlənən alınma sözlər ədəbi dildəki tələffüzündən asılı olmayaraq, qoşa saitlə də yazılır: ailə, bədii, camaat, əcaib, əmtəə, ideal, maaş, müalicə, okean, saat, stadion, zəif və s.

25.Milyon və milyard sözləri mənbə dildəki yazılışından asılı olmayaraq, bu şəkildə yazılır.

26. Hecalarından biri p samiti ilə bitib, sonrakı hecasının ilk samiti [b] kimi səslənən sözlər qoşa pp samitiilə yazılır: guppultu, hoppanmaq, şappıltı, tap­­pıl­tı, toppuz və s.

27. Hecalarından biri k samiti ilə bitib, sonrakı hecasının ilk samiti [g] kimi səslənən sözlər qoşa kk samitiilə yazılır: mürəkkəb, mütəkkə, səkkiz və s.

28. Hecalarından biri t samiti ilə bitib, sonrakı hecasının ilk samiti [d] kimi səslənən sözlər qoşa ttsamitiilə yazılır: əlbəttə, hətta, Səttar və s.

29. Hecalarından biri q samiti ilə bitib, sonrakı hecasının ilk samiti [kʹ] kimi səslənən sözlər qoşa qq samiti ilə yazılır: diqqət, doqquz, saqqal və s.

30. İki sait arasında gələn qoşa samitli sözlər qoşa samitlə yazılır: ballada, ka­­pella, kassa, klassik, qəyyum, libretto, nəqqaş, operetta, səyyar, şassi, vassal, və s.

Qeyd: Mənbə dildə tərkibində ll, nn, pp qoşa samitləri olan alınma sözlər aşağıdakı kimi yazılır: paralel, anten, ton, qrup, aparat və s.

31. Mənbə dildə sonu qoşa samitlə bitən iki və ya çoxhecalı sözlər bir sa­mit­lə yazılır: hüsnxət, kiloqram, kilovat, metal, mühüm, rəsmxət, sərhəd və s.

32. Təkhecalı sözlərin sonunda qoşa samitin hər ikisi yazılır: fənn, haqq, hiss, xətt, küll, rədd, sirr, vatt, zənn, zidd və s.

Belə sözlərə samitlə başlanan şəkilçi artırdıqda onların kökündəki qoşa sa­mitlərdən biri düşür: fənn – fənlər, haqq – haqsız, xətt – xətdən, sirr – sirlər və s.

Qeyd:Bu qayda hiss və küll sözlərinə şamil edilmir. Çünki həmin sözlərin son samitlərindən bi­ri­ni atdıqda onlar başqa məna daşıyır: his (ocağın hisi), kül (siqaretin külü). Hiss sözünə yalnız –siz şəkilçisini artırdıqdakökdəki s samitlərindən biri ixtisar olunur.

33. Mənbə dildə bəzi təkhecalı və çoxhecalı sözlərin sonunda işlənən qoşa ss samitindənyalnız biri yazılır: ekspress – ekspres, konqress-konqres, stress – stres və s.

34. Mənbə dildə ss qoşa samiti ilə başlayan ssenari sözünün əvvəlində bir s hərfi yazılır: senari. Həmin sözdən düzələn sözlərdə də bu qaydaya əməl edilir.

35. Mənbə dildə söz ortasında qoşa ss samiti olan aşağıdakı sözlər də bir s hərfi ilə yazılır: masaj, pasaj, şose və s.

36. Mənbə dildə tərkibində qoşa mm samiti olan və sonu a saiti ilə bitən sözlər aşağıdakı kimi yazılır: diaqram, proqram, stenoqram, teleqram və s.

37. Əvvəlki orfoqrafiya lüğətlərində tərkibində -iyyat,- iyyət və -iyyə şə­kil­çisi olan sözlər qoşa yy samiti ilə yazılmışdır. Hazırda həmin sözlər bir [y] ilə tə­ləf­füz olunur. Buna görə də fonetik prinsipə əsaslanaraq tərkibində həmin şəkilçilər olan sözlərin bir y ilə yazılması məqsədəuyğun sayılır. Məsələn: cərrahiyyə - cər­ra­hiyə, döv­riy­yə – dövriyə, ədəbiyyat – ədəbiyat, fəaliyyət – fəaliyət, maliyyə – maliyə, üs­lu­biy­yat – üslubiyat və s.

Qeyd: Qəyyum, səyyah, səyyar, səyyarə, təyyar kimi sözlər istisnadır. Ehtiyat, mərsiyə, saniyə, təhkiyə, tərbiyə, təziyə, tövsiyə kimi sözlər isə indiyədək bir y ilə yazılmışdır və onların yazılışı olduğu kimi qalır.

Şəkilçilərin yazılışı

38. Sözdüzəldici şəkilçilər aşağıdakı kimi yazılır:

1) Bir cür yazılan alınma şəkilçilər:

-i şəkilçisi: cənubi, daxili, elmi, həyati,Naxçıvani, şimali, Şirvani, tarixi və s.

Sonu saitlə bitən sözlərdə bu şəkilçi –vi şəklində olur: ailəvi, dairəvi, Gəncəvi, kimyəvi, kütləvi və s.

-varı şəkilçisi: buynuzvarı, qalxanvarı, üzükvarı, yüngülvarı və s.

-stan şəkilçisi: Samitlə bitən sözlərdə bu şəkilçinin əvvəlinə ahəng qanununa uyğun olaraq ı, i, u, ü saitləri artırılır: Dağıstan, Türkmənistan, Monqolustan, Türküstan. Saitlə bitən sözlərdə isə şəkilçi olduğu kimi qalır: Gürcüstan.

2) İki cür yazılan şəkilçilər:

Kar samitlə bitənlərdə: -qan, -kən; cingiltili samitlə bitənlərdə -ğan, -gən:

burulğan, çalışqan, deyingən, döyüşkən, sürüşkən, yapışqan və s.

3) Dörd cür yazılan şəkilçilər:

-kı, -ki, -ku, -kü şəkilçisi: axşamkı, bildirki, gündüzkü, onunku, səhərki və s.

Sifət və isim düzəldən -ı, -i, -u, -ü şəkilçisi: badımcanı, Ceyranı, çərkəzi, darçını, dərbəndi, gümüşü, narıncı, novruzu, Vağzalı və s.

Sonu saitlə bitən sözlərdə bu şəkilçilərin əvvəlinə y samiti artırılır: bənövşəyi, buğdayı, xurmayı, sürməyi və s.

4) Feil köklərindən isim və sifət düzəldən şəkilçilər.

Sonu kar samitlə bitən sözlərdə:

- qı, -ki, -qu, -kü: asqı, pusqu, seçki, sürtkü və s.

- qın, -kin, -qun, -kün: bitkin, ötkün, satqın, tutqun və s.

Sonu cingiltili samitlə bitən sözlərdə:

-ğı, -gi, -ğu -gü: bölgü, çalğı, vergi, vurğu;

-ğın, -gin, -ğun, -gün: əzgin, qırğın, süzgün, yorğun.

39. Rəqəmlə yazılan miqdar saylarına mənsubiyyət və hal şəkilçiləri əlavə edildikdə şəkilçidən əvvəl defis qoyulur: 2-yə, 3-də, 5-i, 6-nın, 17-si, 20-dən. Ərəb rəqəmlərindən sonra ahəngə görə sıra sayının şəkilçisi ixtisarla (-cı, -ci, -cu, -cü) yazılır: 2-ci, 3-cü, 6-cı, 10-cu.

40.Roma rəqəmlərindən sonra şəkilçi yazılmır: beşinci – V, onuncu – X və s.

Mürəkkəb sözlərin yazılışı

41. Aşağıdakı mürəkkəb sözlər bitişik yazılır:

a) bir vurğu ilə deyilən müxtəlif sözlər: arabir, balacaboy, beşillik, beş­mər­təbəli, bugünkü, Bülbüloğlu, Çər­kəz­qızı, dilucu, Əliağa, gülərüz, günəbaxan, hərgecəki, Həsənoğlu, köhnəfikirli, qalxanabənzər, qanunvericilik, qara­saç­lı, Qənbərqızı, qurultayqabağı, müxtəliftərəfli, özbaşınalıq, soyuqqanlı, türk­mən­şəli, ucdantutma, ümum­b­ə­şə­ri, yenifikirli və s.

b) eyni feil kökünün təkrarı və a, ha bitişdiricilərinin vasitəsilə yaranan mürəkkəb isimlər: gəlhagəl, qaçaqaç, tutatut, vurhavur və s.

Qeyd: Sözün kökü kar samitlə bitdikdə a, cingiltili samitlə bitdikdə isə ha bitişdiricisi yazılır.

c) eyni sözün təkrarı və ba, bə bitişdiricisinin vasitəsilə yaranan mürəkkəb zərflər: addımbaaddım, aybaay, günbəgün,ilbəil və s.

ç) kino və foto sözləri ilə başlanan mürəkkəb isimlər: fotoalbom,

fotomüxbir, kinofilm, kinoteatr və s.

42.Tərkibində anti, audio, avia, avto, makro, mikro, mini, mono, multi, nano, neo, post, super, ultrahissəcikləri olan mürəkkəb sözlər bitişik yazılır: antivirus, multikulturalizm, superdövlət, supermarket, aviasalon, avtopark, miniavtobus, nanotexnologiya, nanohissəcik, neofaşizm, neorealizm, postsovet, postmodernizm və s.

43. Tərkibindəki sözlərin səciyyəsindən asılı olaraq aşağıdakı mürəkkəb sözlər defislə yazılır:

a) qoşa sözlər: adda-budda, aşıq-aşıq, az-maz, dedi-qodu, əzik-üzük, həlləm-qəlləm, kağız-kuğuz,qara-qura, qonaq-qara, sür-sümük, top-top və s.

b) tərkibində eks, əks, kontr, qeyri, ober, vebhissəcikləri olan mürək­kəb sözlər: eks-prezident, əks-səda, kontr-admiral, qeyri-adi, qeyri-iradi, ober-leytenant, veb-dizayner, veb-səhifə, vitse-admiral;

c) izafət tərkibləri: həddi-büluğ, külli-aləm, külli-ixtiyar, nöqteyi-nəzər,

tərcümeyi-hal, tərzi-hərəkət;

ç) cəhətlər arasını bildirən mürəkkəb sözlər: cənub-qərb, şərq-qərb, şimal-şərq;

d) tərkibində mənaca bir-birinə yaxın və ya zidd anlayışları bildirən sözlər: ab-hava, adlı-sanlı, ağıllı-kamallı, alğı-satqı, az-çox, baş-ayaq, dərə-təpə, dinməz-söyləməz, elə-belə, gec-tez, iki-üç, naz-qəmzə, nəvə-nəticə, ölüm-itim, pis-yaxşı,

söz-söhbət, təhvil-təslim, ucsuz-bucaqsız və s.

e) ölçü vahidlərini bildirən isimlər: kiloelektron-volt, kilovat-saat, qram-kalori və s.

ə) birinci tərəfi sifətin dərəcə əlaməti kimi işlənən açıq və tünd sözlərinin, eləcə də müəyyən məna çalarlığı bildirən ala sözünün iştirakı ilə yaranan mü­rək­kəb sifətlər: açıq-sarı, ala-seyrək, tünd-göy və s.

Köməkçi sözlərin yazılışı

44. İdi, imiş, ikən köməkçi sözləri adlardan (isim, sifət, say, əvəzlik) və saitlə qurtaran zərflərdən və feillərdən sonra ayrı, samitlə bitən feillərdən sonra həm ayrı, həm də ilk saiti buraxılaraq, şəkilçiləşmiş variantlarda bitişik yazılır: ata idi, ata ikən, ata imiş, gəlirkən, gəlməli idi, gəlməli ikən, gəlməli imiş, gəlmiş imiş,

gəlmişdi, uşaq idi, uşaq ikən, uşaq imiş və s.

Qeyd: Saitlə bitən feillərdən sonra gələn bu köməkçi sözlərin ilk saiti buraxılaraq y bitiş­diri­cisinin əlavəsi ilə yazılışı da məqbul sayılır: almalıydı, gəlməliymiş, alaydı, alasıydı, gəl­mə­liy­di və s.

45. Qoşmalar iki cür yazılır:

1) birhecalı qoşmalar (-can, -cən, -dək, -tək) aid olduqları sözə bitişik yazılır: dağacan, evəcən, küçəyədək, quştək;

Qeyd: Xas qoşması istisnadır, aid olduğu sözdən ayrı yazılır: Bu dilə xas xüsusiyyət.

2) ikihecalı qoşmalar (ilə. kimi, qədər, ötrü, təki, təkin, üçün) aid olduqları sözdən ayrı yazılır: evə qədər, adam kimi, ondan ötrü, sənin təki, şagird üçün.

Qeydlər:

1) İlə qoşması samitlə bitən sözlərdə ahəng qanununa uyğun olaraq -la, -lə şəklində bitişik yazıla bilər: çəkiclə, qatarla, qələmlə və s.

2) etibarilə, köməyilə, məqsədlə, məqsədilə, münasibətilə, vaxtilə, vasitəsilə sözləri yalnız bu şəkildə yazılır.

46. Aşağıdakı mürəkkəb bağlayıcılar bitişik yazılır: çünki, habelə, halbuki, həmçinin, hərçənd, hərgah, nəinki, yaxud, yainki.

47. Aşağıdakı bağlayıcılar və bağlayıcı sözlər ayrı yazılır: belə ki, bu­na görə də, bunun üçün, bununla da, daha da, guya ki, həm də, odur ki, ona görə də, ona görə, onun üçün də, tutaq ki, və ya, və yaxud, yoxsa ki.

48. Ədatlar sözlərdən ayrı yazılır: daha gözəl, dedim də, di get, ən yaxşı, gör ha, lap pis, sən ki.

-mı, -mi, -mu, -mü; -sana, -sənə və -ca, - cə ədatları istisnadır. Onlar aid olduqları sözlərə bitişik yazılır: A kos-kosa, gəlsənə, torbanı doldursana? İndicə gəlmişsən?Kitabdırmı? Qəşəngdirmi? Oxudumu? Yaxşıca dincəldim.

Qeyd: -mı, -mi, -mu, -mü sual ədatı -da, -də köməkçi nitq hissəsindən sonra işləndikdə ayrı yazılır: O, yenə də mi danışacaq? Sən də mi gedirsən?

49. Eyni nidanın təkrarından əmələ gələn nidalar defislə yazılır: bəh-bəh,

ha-ha-ha, pəh-pəh, uy-uy, vay-vay

50. Müxtəlif sözlərdən əmələ gələn nidalar ayrı yazılır: ay aman, ay haray.

Birinci hərfi böyük yazılan sözlər

51. Ad, soyad və təxəllüs bildirən sözlərin (bəy, oğlu və qızı sözlərindən başqa) birinci hərfi böyük yazılır: Bəxtiyar Vahabzadə, İmadəddin Nəsimi, Mehdi Hüseynzadə, Məhəmməd Füzuli, Mirzə Fətəli Axundzadə, Nizami Gəncəvi, Sə­məd Vurğun, Süleyman Rüstəm, Süleyman Sani Axundov, Şah İsmayıl Xətai, Uzun Həsən, Üzeyir bəy Əbdülhüseyn oğlu Hacıbəyli və s.

Qeyd: Xüsusi isimlər cəm şəkilçisi qəbul etdikdə də böyük hərflə yazılır: Nizamilər, Füzulilər, Hacı Qaralar, Həzi Aslanovlar, Mehdi Hüseynzadələr və s.

52. Bədii əsərlərdə heyvanlar və cansız əşyalar surət kimi işləndikdə böyük hərflə yazılır: Alapaça, Badə, Bəng, Bozdar, Qarğa, Qırat, Məstan, Samo­var, Tülkü və s.

53. Tarixi hadisələrin, dövrlərin, sülalələrin, nomenklatur terminlə işlənən yer adlarının, eləcə də qədim yazılı abidələrin və s. adlarının birinci sözünün ilk hərfi böyük yazılır: Azadlıq meydanı, Çaldıran döyüşü, Dəmir dövrü, Xəzər dənizi,

Orxon-Yenisey abidələri, Sasanilər dövrü, Səfəvilər sülaləsi, Şuşa qalası Ver­sal sülhü, Vətən müharibəsi, Yeddiillik müharibə və s.Belə mürəkkəb adlara fərq­lən­di­ri­ci söz əlavə olunduqda onun da birinci hərfi böyük yazılır: Orta Paleolit dövrü, Son Paleolit dövrü.

54. Ölkələrin, muxtar respublikaların, vilayət və diyarların rəsmi adlarının tərkibindəki bütün sözlərin ilk hərfi böyük yazılır: Azərbaycan Respublikası,

Bir­ləşmiş Ərəb Əmirlikləri, İran İslam Respublikası, Naxçıvan Muxtar Respublikası.

55. Yaradanın və səmavi kitabların adları böyük hərflə yazılır: Allah, Rəbb, Tanrı, Bibliya, Əhdi-cədid, Əhdi-ətiq, İncil, Qurani-kərim, Tövrat, Zəbur və s.

56. Planet adları, mifonimlər böyük hərflə yazılır: Ay, Günəş, Ülkər; Afrodita, Herakl, Zevs və s.

57. Yüksək dövlət vəzifələri (Azərbaycan Respublikasının Prezidenti, Azər­baycan Respublikasının Baş Naziri, Azərbaycan Respublikası Milli Məclisinin Sədri), nazirlik, komitə, birlik, cəmiyyət, qurum, akademiya, universitet, texnikum, teatr, filarmoniya, siyasi partiya, eləcə də tarixi günlərin və s. adlarının tərkibindəki bütün sözlərin (adına, üzrə kimi yardımçı sözlərdən başqa) birinci hərfi böyük yazılır: Azərbaycan Respublikasının Milli Məclisi, Azərbaycan Respublikasının Nazirlər Kabineti, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Yeni Azərbaycan Partiyası, M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyası, Heydər Əliyev adına Bakı Beynəlxalq Aeroportu, Azərbaycan Dövlət Nəşriyyatı, M.Mirqasımov adına Respublika Klinik Xəstəxanası, Bakı Şəhər İcra Hakimiyyəti, Ağstafa Rayon Təhsil Şöbəsi və s.

Qeydlər:1) Tərkibində gün sözü olan və təqvimə düşən əlamətdar günlərin adlarında bütün sözlər böyük hərflə yazılır: Beynəlxalq Ana Dili Günü, Beynəlxalq Qadınlar Günü, Dünya Azər­bay­can­lı­larının Həmrəyliyi Günü və s.

2) Azərbaycan Respublikasının Təhsil naziri, Azərbaycan Respublikasının Səhiyyə naziri tipli mürəkkəb adlarda sahə bildirən söz (Səhiyyə) böyük, vəzifə bildirən söz (nazir) kiçik hərflə yazılır.

3) Tərkibində şöbə, lisey, gimnaziya, vəqf, məktəb sözləri olan mürəkkəb adlarda ilk söz böyük, sonrakı sözlər kiçik hərflə yazılır: Avropa liseyi, Dəyanət vəqfi, Humanitar fənlər gimnaziyası, Humanitar siyasət məsələləri şöbəsi, Uşaq-gənclər şahmat məktəbi və s.

58. Aşağıdakı mürəkkəb adların tərkibində olan sözlərin ancaq birincisi böyük hərflə yazılır:

a) məşhur tarixi gün və bayram adlarında: İyirmi yanvar (20 Yanvar), Qurban bayramı, Səkkiz mart (8 Mart), Novruz bayramı və s.

b) tərkibində okean, dəniz, çay, göl, şəhər, rayon, qəsəbə, kənd, prospekt, meydan, küçə, xiyaban, saray, qala, türbə, qoruq, boğaz, düz, ada, burun, körpü, düzənlik, dağ, səhra, dərə sözləri olan adlarda: Sakit okean, Qara dəniz, Kür çayı, Baykal gölü, Bakı şəhəri, Salyan rayonu, Şüvəlan qəsəbəsi, Hökməli kəndi, Neftçilər prospekti, Azadlıq meydanı, Ə.Cavad küçəsi, Şəhidlər xiyabanı, Səadət sarayı, Ramana qalası, Möminə xatun türbəsi, Şirvan qoruğu, Dardanel boğazı, Mil düzü, Nargin adası, Xudafərin körpüsü, Culfa düzənliyi, Kəpəz dağı, Yasamal dərəsi, Qaraqum səhrası, İynə burnu.

59. Fəxri adların özək hissəsini təşkil edən ilk söz böyük hərflə, sonrakı söz kiçik hərflə yazılır: Azərbaycan Respublikasının Əməkdar müəllimi, Azərbaycan Res­­publikasının Əməkdar incəsənət xadimi, Azərbaycan Respublikasının Xalq şairi və s.

Qeyd: Azərbaycan Milli Qəhrəmanı mürəkkəb adında hər üç söz böyük hərflə yazılır.

60. Orden, medal, bədii əsər, opera, balet, kinofilm, qəzet, jurnal, kinoteatr, mehmanxana, nəşriyyat, kafe, restoran, düşərgə, yeməkxana, mağaza və s. adları dırnaqda və böyük hərflə yazılır: "İstiqlal” ordeni, "Azərbaycan Bayrağı” ordeni, "Ata və oğul” povesti, "Yeddi gözəl” baleti, "Uzaq sahillərdə” filmi, "Azər­bay­can” qəzeti, "Cücələrim” kafesi, "Bahar” mağazası, "Badamlı”, "İstisu” mi­ne­ral suları...

Qeyd:Dırnaqda yazılan belə adlara artırılan şəkilçi dırnaqdan kənarda yazılır: "Xalq qəzeti”nin bugünkü nömrəsi, "Yeddi gözəl”in ilk tamaşası və s.

61. Mirzə, hacı, şeyx, seyid, şah, soltan, bəyim və s. sözlər rütbə, ləqəb və titul bildirib, sözlərdən əvvəl gəldikdə böyük hərflə, sözlərdən sonra gəldikdə isə kiçik hərflə yazılır: Fətəli xan, Hacı Qara, Heyran xanım, Mirzə Fətəli, Nadir şah, Seyid Əzim, Soltan Mahmud, Şah İsmayıl, Şeyx Nəsrullah və s.

Qeyd: Ağa, bəy, xan, xanım sözləri insan adlarının tərkib hissələrini təşkil etdikdə bitişik yazılır: Ağacavad, Ağabəy, Əlibəy, Xanoğlan, Böyükxanım və s. Həmin sözlər adlara qoşularaq titul kimi və ya hörmət məqsədilə işləndikdə isə ayrı yazılır: Abbasqulu ağa (Bakıxanov), Üzeyir bəy (Hacıbəyli), Fətəli xan (Xoyski), Fatma xanım (Kəminə) və s.

İxtisarlar (abreviaturlar)

62. İxtisarlar üç cür yazılır:

1. Tam ixtisarlar aid olduqları sözlərə (xüsusi və ya ümumi isimlər) uyğun olaraq böyük və ya kiçik hərflə yazılır: AR (Azərbaycan Respublikası), BMT (Birləşmiş Millətlər Təşkilatı), MM (Milli Məclis), m. (metr), c. (cild) və s.

2. Yarımçıq ixtisarlar aid olduqları sözlərə uyğun olaraq, böyük və kiçik hərflərlə, mürəkkəb adların tərkib hissələri isə bitişik yazılır: akad. (akademik), prof. (professor), Azərkitab (Azərbaycan kitabı), AzərTAC (Azərbaycan Teleqraf Agentliyi) və s.

3. Sözün orta hissəsinin düşməsi ilə yaranan ixtisarlar defislə yazılır:

d-r (doktor), z-d (zavod) və s.

63. İxtisarlara əlavə edilən şəkilçilər onların tələffüzünə uyğun olaraq ya­zılır: AMEA-dan, BMT-yə, MDB-nin və s.

Sözün sətirdən sətrə keçirilməsi

64. Sözlər yeni sətrə hecalarla keçirilir: və-tən, mək-təb-li-lər və s.

Sözün bir saitdən ibarət olan hecasını sətrin sonunda saxlamaq və ya yeni sət­rə keçirmək olmaz: a-ilə, a-zadlıq, iddi-a və s. Bu qəbildən olan sözlər sətirdən sətrə bu şəkildə keçirilir: ai-lə, azad-lıq, id-dia və s.

65. Saylar rəqəmlə yazıldıqda onlara artırılan şəkilçilər sətirdən sətrə ke­çi­ril­mir: 5-cilər, 7-ci, 9-da və s.

66. Mürəkkəb ixtisarlar və onlara artırılan şəkilçiləri də sətirdən sətrə ke­çirmək məqbul sayılmır: ADTU-da, BMT-nin, BDU-ya və s.

67. Ad və ata adlarının bir hərfdən ibarət qısaltmalarını (M.F.Axundzadə, M.S.Ordubadi və s.) sətrin sonunda saxlamaq olmaz.

68. Durğu işarələri (tire, defis, mötərizə, dırnaq işarələri və s.) yeni sətrə keçirilmir.

69. Vaxtilə apostrofla yazılan cürət, məşəl, vüsət və s. sözlər apostrofa görə cür-ət, məş-əl, vüs-ət kimi sətirdən sətrə keçirilirdi. Bu qəbildən olan sözlərin aşağı­­dakı şəkildə sətirdən sətrə keçirilməsi məqsədəuyğun sayılır: Qu-ran, cü-rət,

he-yət, Kə-nan, mə-sud, mə-sul, mə-şəl, Sə-nan, sü-rət,vü-sət və s

Vaxtı ilə ABŞ-ın xüsusi xidmət orqanlarında çalışan kəşfiyyatçılardan ibarət Assosiasiya (Veteran Intelligence Professionals for Sanity) memorandum imzalayaraq prezident Donald Trampa göndəriblər.

Veteran kəşfiyyatçılar ABŞ administrasiyasından tələb edirlər ki, İrana qarşı irəli sürülən ittihamlara son qoyulsun. Qeyd olunur ki, ABŞ rəsmiləri İranı beynəlxalq terrorçuluğu dəstəkləməkdə günahlandırırlar. Halbuki aparılan araşdırmalar nəticəsində məlum olub ki, İran heç bir terrorçu qruplaşma ilə əlaqə saxlamır və onları dəstəkləmir. Sənəddə bildirilir ki, radikal terrorçu qruplaşmaları Vaşinqtonun müttəfiqləri maliyyələşdirirlər.

ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsində (MKİ) çalışmış və böyük rütbələrə qədər yüksəlmiş veteranlar memorandumda bildiriblər ki, son 20 ildə ABŞ-ın xaricdəki hərbi bazalarına hücumlarda İran iştirak etməyib.

Prezident Corc Buş da 10 il əvvəl İran ilə müharibə etmək fikrində idi. Lakin o vaxt MKİ-nin veteranları prezidentə müraciət edərək bildirdilər ki, İranın nüvə silahi yoxdur və bu dövlətlə müharibə aparmaq əbəsdir. Bu haqda C.Buş öz memuarlarında da yazıb. C.Buş yazıb ki, “Kəşfiyyatın məlumatına görə İranda nüvə silahi yoxdur. Bir halda ki, bu ölkədə nüvə silahi yoxdur, onda silahlı qüvvələrdən niyə istifadə etməli idim?”

Sənəddə diqqətə çatdırılır ki, prezident D.Tramp 2017-ci ilin dekabrında ABŞ-ın milli təhlükəsizlik üzrə yeni strategiyasını təsdiq etdi. Strategiyada göstərilir ki, İran terrorçuluğun ən böyük sponsorudur. Lakin bu, belə deyil. MKİ-nin veteranları bildiriblər ki, 2001-ci il sentyabrın 11-də ABŞ-da törədilən terror aksiyasında İranın heç bir rolu olmayıb. Araşdırmalar nəticəsində sübut olunub ki, bu gün dünyada aktiv terrorçuluqla məşğul olan “Boko Haram”, “Əl-Qaidə”, “Taliban”, İŞİD kimi təşkilatların İran ilə heç bir əlaqəsi yoxdur.

Memorandumda bildirilib ki, İranın özü terrora məruz qalan ölkələrdəndir. MKİ-nin keçmiş kəşfiyyatçıları kanadalı araşdırmaçı-jurnalist Şon Neylorun “Amansız zərbə” (Relentless Strike) kitabına istinad edərək bildiriblər ki, ABŞ-ın Xüsusi Əməliyyatlar üzrə Komandanlığı (Joint Special Operations Command, JSOC) İrana qarşı terror aksiyalarında iştirak edib.

Kitabda göstərilir ki, “İran Xalqının Mücahidləri” təşkilatı İrandan köçən emiqrantlardan ibarətdir və Xüsusi Əməliyyatlar üzrə Komandanlıq ilə birlikdə 13 ölkədə İranın səfirliklərinə qarşı terror aksiyaları törədilib. Son 30 ildə bu terror aksiyaları nəticəsində İranın 70-dən çox yüksək səviyyəli diplomatı və dövlət xadimi qətlə yetirilib.

Sənəddə ABŞ-ın BMT yanındakı daimi nümayəndəsi Nikki Heylinin bəyanatlarına da etiraz ifadə olunub. Xanım N.Heyli bəyan edib ki, Yaxın Şərqdə törədilən bütün terror aksiyalarında İran iştirak edib. Lakin diplomat xanımın bəyanatları həqiqəti əks etdirmir. Yaxın Şərqdə həyata keçirilən terror hərəkatında İranın əli yoxdur.

Memorandumun bir həftədən artıq prezident D.Trampa göndərilməsinə baxmayaraq, Ağ Ev buna heç bir reaksiya verməyib.(azərtac)

Bu gün Balakən Rayon Məhkəməsində həbsdə olan jurnalist Əfqan Muxtarlının cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

İclasdadövlətittihamçısı çıxış edərəkonun 8 ilmüddətinə azadlıqdanməhrumedilməsiniistəyib.

Baş Prokurorluğun məlumatında bildirilir ki, Ə. Muxtarlı ötən il mayın 29-da Balakən rayonu ərazisində Azərbaycan dövlət sərhədini qanunsuz keçdikdən sonra Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb. Saxlanılarkən o, xidmət əməkdaşlarına müqavimət göstərib. Ə. Muxtarlı inzibati qaydada tutularaq üzərinə şəxsi axtarış keçirilib, ondan külli miqdarda nağd pul vəsaiti və digər əşyalar aşkarlanıb.

Ə. Muxtarlıya qarşı Cinayət Məcəlləsinin 318-ci (dövlət sərhədini qanunsuz olaraq keçmə), 206-cı (qaçaqmalçılıq) və 315.2-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri üzrə ittiham irəli sürülüb.

İlham Əliyev 2018-ci il Azərbaycan Respublikasında “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi ilə bağlı sərəncam imzalayıb.

Sərəncamda deyilir: “... 2018-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100-cü ildönümü tamam olur... Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100-cü ildönümü ilə əlaqədar ölkədə və ölkə xaricində silsilə tədbirlərin həyata keçirilməsi nəzərdə tutulmuşdur.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram: 2018-ci il Azərbaycan Respublikasında “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilsin”.

Sərəncam ilk baxışdan təqdir olunur, hətta müxalifət düşərgəsindən də alqışlar gəlir. Ama mən hesab edirəm ki, bu sərəncam müxalifətin uduzmasıdır. Əvvəla, ona görə ki, müxalifət bu zamana qədər Azərbaycan Xalq Cumhuriyyətinə qarşı rejimin aqressiv davranışına əsaslanıb, mübarizə aparırdı. İkincisi, müxalifət Xalq Cumhuriyyətini örnək və nümunə olaraq təqdim edirdi. Hakimiyyət hər iki şansı müxalifətin əlindən aldı. Rejimin bu sərəncamda səmimiliyi tam başqa bir mövzudur. Və hesab edirəm ki, rejim bu sərəncamda səmimi deyil, məqsədi həm də seçki ilində bütün variantları öz xeyirinə çevirməkdir və məncə çevirə bilir.

25 ildə rejimin Xalq Cumhuriyyətinə və o Cumhuriyyəti yaradanlara qarşı olan münasibəti ortadadır. Hətta Məhəmməd Əmin Rəsulzadənin bir heykəlinə və abidəsinə rast gəlmək mümkün deyil. Rejim var gücü ilə Cumhuriyyət fədailərinə hücum edib, tarixin künc-bucağından da onların adını süpürməklə məşğul olub. Təbii ki, tarixin yaddaşı daşlaşır, onu süpürgə ilə təmizləmək mümkün deyil...

Rejim bu sərəncamdan necə faydalanacaq?

Bütün halda Cumhuriyyətin 100 illiyində demokratik qüvvələr hakimiyyətdə olmalıydı və rejimin belə bir qeyri-səmimi sərəncamına da ehtiyac qalmazdı. Bunu bacarmadılar, hətta bir-birini ən ağır ittihamlarla suçlayaraq bacarmadılar. Belə suçlamalar İsa Qəmbər timsalında günümüzə qədər uzanır.

Hakimiyyətin sərəncamdan faydalanmasına gəldikdə, seçki ilində bütün təbliğat kütləyə hesablanır. Əhalinin çox azlığını təşkil edən qrupların maraqları pərdə arxasında həll olunur. Seçki şuarları və sair məsələlər əhalinin maraqlarını təmin etməlidir. Əlbəttə ki, bu seçki taktikasıdır və dünyanın hər yerində belədir. Rejim bu sərəncamla ənənəvi müxalifətin, yaxud üzdə olan müxalifət partiyalarının bütün şanslarını mənimsədi. Xalq Cumhuriyyətinə qarşı “mərhəmətli” davrandığını nümayiş etdirməklə, müxalifətin hakimiyyət barəsində irəli sürdüyü ittihamın qarşısını aldı. Digər tərəfdən müxalifətin özünə örnək götürdüyü Cumhuriyyəti özününkiləşdirdi. Yəni bu günə qədər müxalifət iddia edirdisə, biz Cumhuriyyətin varisiyik və o dövləti biz yaratmışıq, rejim varislik hüququna sahibləndi.

Qeyd etdiyim kimi məsələnin mahiyyəti və sərəncamdan məqsəd siyasi prosesləri azsaylı izləyənlərə məlumdur.

Müxalifət nə etməliydi?

Düşünürəm ki, müxalifət bu günə qədər hədəfləri düz təyin etməliydi. Konkret kiminlə və hansı dəyərlər uğrunda mübarizə apardığını dəqiqləşdirməliydi. Amma nə hədəfləri müəyyənləşdirdi, nə mübarizəni dəqiqləşdirdi. Əksinə, “ana müxalifət” adı uğurunda “döyüşdü”.  İtirən xalq oldu, qazanan rejim. Bu qədər hadisədən və təcrübədən sonra eyni məsələlərin təkrarı nikbin olmağa əsas vermir.

Üçüncü tərəf kimi, xalq nə etməliydi, sualı da aktualdır. Görünür xalq yaşayışından məmnundur. Bunun bir sıra səbəbləri var. Əminəm ki, sosial vəziyyəti yaxşı olduğu üçün məmnun deyil. Amma hər halda küçədə durub 10 nəfərdən soruşsan ki, ölkə başçısından razısanmı? 7 nəfəri “hə” deyəcək, 3-ü də mən siyasətə qarışmıram, deyib keçəcək. Çünki, ölkədə siyasi institutlar yoxdu, azadlıqlar məhdudlaşdırılıb və sair.

Nəticə: Azərbaycan cəmiyyətinin qarşısına iri bir qara daş çıxıb. Hamı bu daşın götürülməsinin vacibliyini anlayır, ama heç kim daşa əl vurmaq istəmir. Külək, heç güclü sel də daşı yerindən tərpədə biləcək qüdrətdə deyil. Deməli hələ bir neçə il də qara daşın – rejimin kölgəsində “üşüməliyik”.

İlahiyyatçı, jurnalist Cavid Cabbarlı 

“Özünü prezidentliyə namizəd elan edən adam keçmişdən yox, ölkənin indiki problemlərindən danışmalıdır”.

Bu fikirlərisabiq müdafiə naziri, Azərbaycan Xalq Cəbhəsi (AXC) İdarə Heyətinin üzvü olmuş Rəhim Qazıyev deyib.

Müsavat lideri İsa Qəmbərin AXC-nin 1990-cı il yanvarın 6-7-də keçirilmiş qurultay səlahiyyətli III Konfransı və bir gün sonra baş tutan Məclisinin iclası haqqında gündəlik qeydlərin yayımlanması müxalifət düşərgəsində yeni gündəm yaradıb.

Qeyd edək ki, Qəmbərin qeyd olunan toplantılara dair öz “Facebook” səhifəsində dərc etdiyi silsilə yazılarda AXC-nin o dövrdəki liberal qanadının təşkilatdaxili rəqibləri olan radikallar üzərində üstünlüyü qabardılıb.

Müsavat liderinin bu mövzuda son paylaşımında “radikallar”ın təmsilçisi Nemət Pənahlı barəsində konkret, həmin qanad haqqında isə ümumi iddialar yer alıb:

“Etiraf edim ki, Nemət Pənahlının AXC Təşəbbüs Mərkəzinə daxil edilməsini mən təklif və təkid etmişdim, ondan Lex Valensa düzəltmək fikrindəydim. Alınmadı.

“Radikallar”ın iki nümayəndəsi isə III Konfransdan və Məclisin sessiyasından sonra əslində, yalnız formal olaraq AXC üzvü kimi fəaliyyət göstərdilər. Onlar artıq öz yollarını ayırmışdılar”.

Nemət Pənahlı Müsavat liderinin bu iddialarına adekvat cavab verərək, İsa Qəmbərin “saxtakarlıq və riyakarlıq” etdiyini deyib.

AXC-nin radikal qanadının liderlərindən biri olan sabiq müdafiə naziri Rəhim Qazıyev isə İsa Qəmbərin “hakimiyyətdən aldığı növbəti sifarişin icrasına başladığını” bildirib:“Özünü prezidentliyə namizəd edən siyasətçi seçki ilində bütün çıxış və yazılarında diqqəti ölkənin problemlərinə yönəldər. Ancaq İsa Qəmbər ölkənin problemlərindən danışmaqdansa, 28 il əvvəl baş verənləri eşələyir.Təbii ki, mənim onun yazdıqlarına deməyə cavabım var. Ancaq bu qədər problemimiz ola-ola bu məsələləri gündəmdə saxlamağı doğru saymıram.

Sualınızdan sonra İsa Qəmbərin o yazdıqlarını xatırlayıram və məni gülmək tutur. Deyir ki, mən Nemətdən Lex Valensa düzəltmək istəyirdim. Adama deyərlər ki, Nemətdən Lex Valensa düzəltməkdənsə, özündən İsa Qəmbər düzəldəydin, normal, vicdanlı bir siyasətçi olaydın.

Siz də baxın, İsa Qəmbər niyə bu barədə ya bir il əvvəl, ya bir il sonra yox, məhz indi, seçki ilində danışır? Bu, o deməkdir ki, İsa Qəmbər hakimiyyətdən aldığı növbəti sifarişin icrasına başlayıb”.(yenicag.az)

"Lider” telekanalının efirində yayımlanan "Status” proqramında yol polisinin hərəkətləri kəskin tənqid olunub.

Proqramın həmin buraxılışı Bakının küçələrindən tələb olunan qaydada dayanmayan avtomobilləri aparan evakuator xidmətinin işinə həsr edilib.

Bakı Şəhər Yol Polisi İdarəsi mətbuat xidmətinin rəhbəri, polkovnik Vaqif Əsədovun iştirak etdiyi verilişdə qonaqlardan biri bildirib ki, Hesablama Palatasının məlumatlarına əsasən, evakuator xidmətinin fəaliyyəti nəticəsində 2016-cı ildə ölkənin büdcəsinə cəmi 42 080 manat vəsait keçirilib.

Bu məbləğ yalnız 2100 avtomobil sahibinin ödədikləridir. Halbuki Bakıda bir il ərzində evakuatorla aparılan avtomobillərin sayı on və yüz minlərlə hesablanır. Qonaqlar soruşublar ki, həmin avtomobil sahiblərinin ödədiyi cərimələr hara gedir? Məsələ ondadır ki, evakuator xidməti üçün tələb olunan 20 manat cəriməni nağdsız formada ödəmək mümkün deyil.

Dövlət Yol Polisinə təklif edilib ki, avtomobillərin təxliyəsindən imtina olunsun və səhv dayanma üçün cərimə-bildiriş sadəcə avtomobillərin şüşəsinə qoyulsun. Bununla da cərimələrdən toplanan bütün vəsait ölkənin büdcəsinə keçərdi.

DYP mətbuat xidmətinin başçısı Vaqif Əsədov isə buna cavab olaraq deyib ki, Bakı sakinləri hələ o şüurda deyillər ki, yol polisi avtomobillərin təxliyəsindən tamamilə imtina etsin.

Bu birliyi, bərabərliyi zədələyənlər artıq karvanın səmimi yolçuları olmadıqlarını bilməlidirlər.

Bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

“Sədaqətin əsas anlayış olduğunu bilərək bu yola çıxmışıq. Bu qatarı tərk edənlər inciməsin, düşdükləri yerdə də qalacaqlar. Keçmişdə partiyamızın sıralarında olub, indi başqa havalarda gəzənlərin partiyamızla bağlı söz söyləməyə haqqı yoxdur. Hər kəs ağzını açmadan əvvəl harada olduğuna, kimlərlə eyni cərgədə dayandığına diqqət etməlidir. Dünyada, ölkəmizdə nələr baş verir, lakin bunlar barədə səsləri çıxmır”, - Ərdoğan bildirib.

Qeyd edək ki, Türkiyənin eks prezidenti Abdullah Gülün hərbi çevriliş və terror cəhdinə müqavimət göstərən mülki şəxslərin hüquqi məsuliyyətdən azad olunmasını nəzərdə tutan qərarnamə barədə fikirləri Ərdoğanın etirazlarına səbəb olmuşdu.

Çərşənbə axşamı, 09 Yanvar 2018 00:00

İrandan xəbərdarlıq: Əməkdaşlıq dayandırılacaq

Yazan

İran ilə Qərb dövlətləri arasında əldə olunan razılaşmanın şərtləri ABŞ tərəfindən yerinə yetirilməsə, rəsmi Tehran Atom Enerjisi üzrə Beynəlxalq Agentliklə əməkdaşlığını dayandıracaq.

Bu sözləri İranın Nüvə Enerjisi Təşkilatının sədri Əli Əkbər Salehi bu gün Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin baş direktoru Yukiya Amano ilə telefon söhbətində deyib.

Ə.Ə.Salehi bildirib ki, 2015-ci ilin yayında İran ilə BMT Təhlükəsizlik Şurasının beş daimi üzvü və Almaniya arasında əldə edilən razılaşma beynəlxalq xarakter daşıyır və BMT bu razılaşmanı təsdiq edib. Heç bir tərəfin birtərəfli qaydada razılaşmanı pozmaq haqqı yoxdur. Rəsmi Vaşinqton üzərinə düşən öhdəliyi yerinə yetirməsə İran Atom Enerjisi üzrə Beynəlxalq Agentliklə əməkdaşlığa son qoyacaq. Bununla da İran beynəlxalq agentliyin mütəxəssislərini ölkədə monitorinq aparmağa imkan verməyəcək.

Xatırladaq ki, ABŞ administrasiyasının yanvarın 13-də İrana qarşı sanksiyaları bərpa etmək barədə qərar qəbul edəcəyi gözlənilir. İran tərəfi sanksiyaların bərpa olunacağı təqdirdə sərt mövqe nümayiş etdirəcəyini bəyan edib.

Xırdalanda Heydər Əliyev adına parkın satıldığı iddia olunur. Bu barədə Xeber.İnfo məlumat əldə edib. Mənbənin bildirdiyinə görə, Xırdalana gedən əsas yolu bağlayıb parkdakı ağacları kəsib ordan yeni yol çəkiləcək: "Artıq Heydər Əliyev adına parkda tikinti işləri başlayıb. Parkın və yolun bir hissəsi dəmir lövhələrlə hasarlanıb. Heydər Əliyev adına park Abşeron rayon İcra Hakimiyyəti tərəfindən Səbael rayon icra hakimiyyətinin başçısı Eldar Əzizova satılıb. Parkın daha bir hissəsini Abşeron Rayon Polis İdarəsinin rəisi alıb. Heydər Əliyev adına olan parkın icra başçısı və polis rəisi tərəfindən dağıdılması Xırdalana gediş-gəlişi xeyli çətinləşdirəcək".

xirdalan2xirdalan3xirdalan4

Xeber.İNfo

Texnologiya Universitetinin Kompüter mütəxəssisi Azər Allahverdiyev unuversitetdə baş verən özbaşınalıqla bağlı ölkə başçısına müraciət edib. Xeber.İnfo həmin müraciəti təqdim edir: 

"Cənab Prezident İlham Əliyev!

Sizə müraciətim - heç bir idarəçik qabiliyyəti olmayan Azərbaycan Texnologiya Universitetinin rektoru Akif Sülemanov və oğlu Şamil Süleymanovun universitetində etdikləri özbaşnalıqlarla bağlıdır.

Sizin məmurlara etdiyiniz övlad özbaşnalığı ilə bağlı xəbərdarlıqdan rektor Akif Süleymanovun və oğlu Şamil Süleymanovun xəbərləri yoxdurmu?

Akif Süleymanov 2013-cü ildən bəri Texnologiya Universitetinin bütün maddi –texniki bazasını məhv edib, rəhbərlik etdiyi 5 il müddətində universiteti iflic vəziyyətinə salıb. Rektor Akif Süleymanovun oğlu Şamil Süleymanov Bakı Şəhərində yerləşən indiki ünvanı “BABƏK PROSPEKTİ” keçmiş ünvanı Bakı ş, Əhməd Rəcəbli 186, Black Pearl Plaza biznes mərkəzinin, 3 cü mərtəbədə yerləşən “AZİNKA” şirkətinin vasitəsi ilə Texnologiya Univedrsitetinə mühüm vəzifələrə təyin etdiyi prorektorlar Vüqar İsmayılov, Səbuhi Yusifov, şöbə müdirləri Zaur Əliyev, Piri Axundov, Sadiq Əfəndi və digərlərinin icrası ilə Texnologiya Universitetini şəxsi mülkünə çevrib. “AZİNKA” şirkətinin Tel: (+99412)5644790 Mob: (+99455) 2131409 E-mail: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

"AZINKA" şirkətinin vasitəsi ilə Texnologiya Universitetinin rektoru Akif Süleymanovun oğlu Şamil Süleymanov universitetə kadr axtarıb tapır və öz məqsədləri üçün istifadə edir. Məqsədlərinə uyğun olmayanlar isə qısa müddət ərzində müxtəlif bəhanələrlə işdən uzaqlaşdırılır. Onu da qeyd edək ki, "AZINKA" əməkdaşlarının böyük əksəriyyəti bağlanmış “Zaman” qəzetindən gələnlərdir. O qəzetin qardaş türk xalqına ağır zərbələr vurmuş “Fətulla Gülən” ilə bağlılığı hamıya məlumdur. Türk xalqına ağır zərbə vurmuş “ZAMAN” qəzetindən gəlib Texnologiya Universitetində işləyən əməkdaşların adlarını, Türkiyə qardaş dövlətində Fətulla Gülən Universitetləri ilə əlaqəsi olan, Azərbaycanda fəaliyyəti dayandırılan Qafqaz Universitetindən gələn əməkdaşların adlarını ardıcıllıqla qeyd edirəm:

1.Texnologiya Universitetinin tədris işləri üzrə prorektoru İsmayılov Vüqar Ağamusa oğlu 2009-cu ildən Qafqaz Universitetində iqtisadiyyatın idarə edilməsi fakültəsinin biznesin təşkili və idarə edilməsi kafedrasında müəssisələrin təşkili və idarə edilməsi ixtisası üzrə doktorantura təhsili almağa başlayıb. 2011/2014-cü illərdə Qafqaz universitetində magistratura və doktorantura şöbəsində müdir müavini vəzifəsində işləyib.

2. Texnologiya Universitetində elm və texnika üzrə prorektor Yusifov Səbuhi Cəbrayıl oğlu, 2004-cü ildən etibarən Qafqaz Universitetində dövlət və bələdiyyə idarəetməsi kafedrasında laborant, müəllim və baş müəllim vəzifələrində çalışıb. 2012-ci ildən etibarən Qafqaz universitetinin dövlət və bələdiyyə idarəçiliyinin tədqiqatları mərkəzində müdir vəzifəsini icra edib.

3. Tədris şöbəsinin müdiri, təlim- tərbiyə işlər üzrə prorektor vəzifəsini icra edən Axundov Piri Fərhad oğlu "AZİNKA” şirkətinin vasitəsi ilə rektor oğlu tərəfindən seçilib, göndərib.

4. İlyasov Asiman Rasim oğlu 2010/2015 – ci illərdə Qafqaz Universitetinin mühəndis iqtisadiyyatı və idarəetmə fakültəsində sənayenin təşkili və idarəolunması (ingilis dili) ixtisasının bakalavr pilləsini başa vurduqdan sonra Texnologiya Universitetində “İnsan Resurslarının Təlimi və İnkişafı” şöbəsinin müdiri vəzifəsində işləyir, magistraturada əyani təhsil alır.

5. Texnologiya Universitetinin Elm və xarici əlaqələr mərkəzinin direktoru Tacəddin Bayramov Qafqaz Universitetinin Maliyyə və Kredit ixtisası üzrə bakalavr təhsili almış, 2013-cü ildə Qafqaz Universitetində asistent müəllim olaraq işə başlamışdır, 2014-cü ildə fakultə elmi şurasının qərarı ilə tam ştatlı müəllim təyin edilmişdir.

6. Texnologiya Universitetinin Davamlı İnkişaf mərkəzinin müdiri Əfəndiyev Fədai Ehtiram oğlu 2005-ci ildə Qafqaz Universitetin Mühəndislik fakultəsinin Sənaye mühəndisliyi ixtisasının əyani şöbəsinə qəbul olub, 2010-ci ildə bu fakultəni bakalavr təhsili alıb.

7. Texnologiya Universitetinin Mətbuat xidmətinin müdiri: Əliyev Rasim Əziz oğlu, 2002-ci ilin sentyabr ayında “Zaman-Azərbaycan” qəzetində bölgə təmsilçisi vəzifəsində işə başlayıb. 2008-ci ilin dekabrınadək ölkənin Qərb (Gəncə), Şimal-Qərb (Şəki) və Şimal (Quba) bölgələrində bu qəzetin təmsilçisi vəzifəsində çalışıb.

8. Əliyev Zaur Camaləddin oğlu, "AZİNKA” şirkətinin vasitəsi ilə Texnologiya Universitetinin İnsan kapitalının idarə edilməsi mərkəzinin direktoru təyin olunub

9. “AZİNKA” şirkətinin vasitəsi ilə təyin olunan Əfəndiyev Sadiq Qəhrəman oğlu, Texnologiya Universitetinin Magistratura və doktorantura şöbəsinin müdiri vəzifəsində işləyir.

10. Hal-hazırda işdən kənarlaşdırılan Texnologiya Universitetində mühüm vəzifələrdə çalışmış İqtisadiyyat Fakültəsinin sabiq dekanı Nicat Nəsirli, İnsan Resusları şöbəsinin sabiq müdiri Nofəl Salmanov, Davamlı İnkişaf mərkəzinin sabiq müdiri Rauf Əmənov da “AZİNKA” şirkətinin vasitəsi ilə təyin olunmuşdurlar.

Fətullah Gülənə bağlı Qafqaz Universitetində və Türk liseylərində formalaşmış, “ZAMAN” qəzetində işləmiş bu “insanlar” Akif Süleymanovun oğlu Şamil Süleymanov tərəfindən “AZİNKA” şirkətinin vasitəsi ilə 5 avqust 2015 –ci ildə universitetdə mühüm vəzifələrə təyin olunublar.

Yuxarıda adları çəkilən bu şəxslərin hər biri qardaş Türk dövlətinə ağır zərbə vurmuş “Fətulla Gülən” ilə bağlılığının sübutudur. Türkiyə qardaş dövlətində FƏTO GÜLƏN tərəfdarlarını həbs edən zamanlarda Azərbaycanda “QAFQAZ UNİVERSİTETİ”, “ZAMAN” qəzeti cənab prezident İlham Əliyevin sərəncamı ilə dayandırılmışdır. Bu qədər təsadüf ola bilməz ki, Türkiyə qardaş dövlətinə ağır zərbə vurmuş və Azərbaycanda fəaliyyəti dayandırılmış FƏTO GÜLƏN ilə bağlılığı olan "QAFQAZ" Universitetinin, "ZAMAN" qəzetinin əməkdaşları bir araya gəlsinlər.

Texnologiya Universitetinin Kollektivin əsas hissəsinin əmək haqqı 120 - 250 manat olduğu halda, Rektor Akif Süleymanovun oğlu Şamil Süleymanovun “AZİNKA” şirkətinin vasitəsi ilə təyin etdiyi prorektorların, dekanların, özlərinə yaxın hesab etdikləri şöbə müdirlərinin əmək haqları 1500 (min beş yüz) – 5000 (BEŞ min) manat və daha yüksək yazılır. Ən maraqlısı odur ki, maaşdan ödənilməli olan vergilər gizlədilərək qismən ödənilir.

Texnologiya Universitetinin müəllimləri dosent Həsən Musa oğlu Musayev və dosent Məsim Kazım oğlu Abadov, universitetin müəllimləri olduğu halda, “AZİNKA” şirkətinə çağrılaraq universitetdə dekan vəzifəsinə təyin olunmuşdurlar, hal-hazırda hər iki şəxs işdən müxtəlif bəhanələrlə uzaqlaşdırılmışdır.

Azərbaycan Texnologiya Universitetində “AZİNKA” şirkətinin vasitəsi ilə təyin olunan prorektorlar, universitetin dərs keçirilən korpuslarında “Fəto Gülən” şəbəkəsini formalaşdıran, “Fəto Gülənçilərə” məxsus olan şüarı “Vaxt qılınc kimidir: biz onu kəsməsək, o bizi kəsər” sözlərini böyük tirajla mətbəədə çap etdirərək, universitetin korpuslarının girişində, dəhlizlərində, auditoriyalarında yapışdırılmışdır.

Bu şüar hansı mənbədən və maraqdan qaynaqlanır?

Qardaş Türk dövlətinə ağır zərbə vuran “Fəto Gülən” “Gülənçilər” qarşısında irəli sürdüyü bu çağırışı, rəhbər ideyanı və ya tələbi qısa və aydın şəkildə ifadə edən bu müraciəti, çağırışı, rektor Akif Süleymanov, oğlu Şamil Süleymanov və “AZİNKA” şirkətinin vasitəsi ilə təyin etdiyi prorektorlar, bu lövhəyə nə don geyindirə bilər, nə çür açıqlama verə bilər?

Universitetin tədris işləri üzrə prorektoru Vüqar İsmayılov (ixtisası sosioloq), elmi işlər üzrə prorektoru Səbuhi Yusofov (ixtisası bələdiyyəçi), tədris şöbəsinin müdiri Piri Axundov (ixtisası tarixçi) təcrübəsiz və universitetin profilinə uyğun gəlməyən sahələr üzrə təhsil aldıqlarından tədris və elmi bərbad vəziyyətə salmışlar. Dərs yüklərini əsasən qeyri mütəxəssislərə, istədikləri şəxslərə paylatdıqlarından universitetdə tədrisin səviyyəsi ölkədə ən aşağı həddədir. Bir çox dərslər deyilmədən, formal olaraq jurnallara qeydiyyatı aparılır. Piri Axundov rus dilində tədris apara bilmədiyi halda, rus dilli qruplara rus dilində “ dərs keçir”. Tələbələrə qiymət yazdıracağına söz verərək, öz əvəzinə dərsə həyat yoldaşı Vüsalə Axundovanı göndərir ki, o, da Azərbaycan dilində rus dilində təhsil alan tələbələrin başını qatır. Universitetdə semestr imtahanlarını 20-30% bakalavr və magistr özü verdiyi halda, qalanları saxtakarlıq və təkrar imtahanlara salınmaqla qiymətləri yazılır.

Tədrisin aşağı səviyyədə olduğunu və rüşvətxorluğun baş alıb getdiyini bilən valideyinlər övladlarının bu universitetdə təhsil almasını arzu etmədikləri üçün, son iki ildə qəbul ən aşağı 420 və 450 nəfər səviyyəsinə düşmüşdür. Universitetdə elmi işlər formal xarakter daşıyır. Doktoranturaya qəbul prorektor Vüqarİsmayılovun istəyinə uyğun qaydada həyata keçirilir. Əyani doktorantlar və magistrantlar universitetdə müxtəlif vəzifələrdə işləyirlər.

“AZİNKA” şirkətində Texnologiya Universitetinin rektoru Akif Süleymanovun oğlu Şamil Süleymanov universitet üçün seçdiyi kadrlarla danışıqlar aparır, onları vəzifələrə təyin etdirir və öz məqsədləri üçün istifadə edir. Mənafelərinə uyğun olmayanlar isə qısa müddət ərzində müxtəlif bəhanələrlə işdən uzaqlaşdırılır. 2013 ildən bu günə kimi 30 nəfərə yaxın professor, dosent, müəllim, 100 dən çox texniki işci işdən azad olunub, bunlardan bir neçəsi rektor Akif Süleymanov səyi ilə işdən uzaqlaşdırsada, digərlərini müxtəlif təzyiq vasitələrindən istifadə edərək və yaxud şər-böhtan atdıraraq universitetdən kənarlaşdırıb. Mən Azər Allahverdiyevə 30 oktyabr 2017 ci il tarixdə rektor Akif Süleymanovun 264 saylı əmri ilə Universitetdəki əmək fəaliyyətimə xitam verilib. Qeyd edim ki, rektor barəmdə 24 oktyabr 2017-ci ildə 253 saylı, 25 oktyabr 2017-ci ildə təkrarən 254 saylı əmrlə “töhmətlər” verib. Qərəzli töhmətlərdə isə saxtalaşdırdığı 18 oktyabr 2017 ci il tarixli protokolu əsas götürüb. Təsəvvür edin ki, rektor məni işimdən etmək üçün üzümə iki qız qoyub. Onları da buna sövq edib. Bunlardan biri “Qiyabi və Distant təhsil mərkəzinin” mütəxəssisi Zamiqə Yuris qızı Xəlilova, digəri isə Universitetin tanımadığım II kurs tələbəsi Cəmilə Əsgərzadədir. Təəssüf ki, şərlənən təkcə mən olmamışam. Rektor belə bir təcrübəsini professorların, müəllimlərin üzərində məndən əvvəl də sınaqdan keçirib. Akif Süleymanov Universitetin istənilən əməkdaşını hansı yolla olur olsun işdən kənarlaşdırmaq fikirinə düşübsə, insanlığa, rektorluğa yaraşmayan belə üsullara əl atıb. Araşdırılsa, oxşar, şərləmə ilə yadda qalan əmrləri üzə çıxar. Bu dəhşətdir ki, şərləmə kampaniyasında Universitetin tələbə qızlarından və xanım əməkdaşlardan mütamadi istifadə olunub. Bir anlıq düşünək ki, əgər Akif Süleymanovun doğma qızını işlədiyi “Konservatoriyada” kiminsə üzünə durmağa, hansısa gənc oğlana şər atmağa sövq etsələr buna münasibəti bir “ATA” kimi necə olar? Vicdanlı bir ata özünə rəva bilmədiyi belə hərəkəti başqasına qarşı necə asanlıqla edə bilib? Axı mənim üzümə qoyulan qız da müəllim qızıdır. Atası Gəncədə 34 saylı orta məktəbin direktoru Yuris Xəlilovdur. Doğrusu, bir məktəb direktorunun asanlıqla baş verənləri həzm etməsini, qızının Akif Süleymanovun alətinə çevrilməsini mən anlaya bilmirəm.

Universitetdə korrupsiya ən son həddə çatıbdır, 9 sentyabr 2016-cı il tarixində 185 saylı əmrlə “Qurban bayramı” ilə əlaqədar olaraq özlərinə yaxın 30 nəfər əməkdaşın hər birinə 550 manat mükafat yazılaraq, sonradan həmən vəsait prorektor Vüqar İsmayılov tərəfindən toplanaraq mənimsənilib.

Texnologiya Universitetinin Həmkarlar İttifaqı Komitəsinə universitetdə heç bir konfrans olmadan, təkliflər olmadan, qanunsuz olaraq Həmkarlar İttifaqına uyğun olmayan birini sədir seçiblər.

Rektor Akif Süleymanov dosent olduğu halda 5-ildir ki, özünü universitetdə professor adlandıraraq professor maaşı alır. Dosent olmayan prorektorlar Vüqar İsmayılov, Sabuhi Yusifov da 3- ildir ki, dosent maaşı alırlar. Hətta o yerə gəlib ki, elmi dərəcəsi və elmi adı olmayan Piri Axundov təlim-tərbiyə işləri üzrə prorektor vəzifəsini icra edir, onun həyat yoldaşı, tarix müəllimi Vüsalə Axundova isə “İqtisadiyyat və İdarəetmə” fakültəsi dekanının elmi işlər üzrə müavini təyin olunub, Piri Axundovun qaynı Bahadur Məmmədəliyev universitetin baş hüquqşünasıdır. Universitetin digər vəzifəli şəxslərinin məsələn, “Davamlı İnkişaf mərkəzinin” rəhbəri Fədai Əfəndinin, dekan Azər Hüseyinin və “Distant və qiyabi təhsil mərkəzinin” müdiri Babək Mikayıl oğlu Həsənovun və başqa şəxslərin də ailə üzvləri universitetdə müəllim işləyirlər. Bu insanların hər biri rektor Akif Süleymanovun yaxın adamlarıdır. Təsəvvür edin ki, Azərbaycan Texnologiya Universitetində bir ailə klanı hökmranlıq edir.

Texnologiya Universitetində Prezident seçgiləri qabağı əməkdaşlar qərəzli olaraq kütləvi şəkildə narazı salınır və işdən uzaqlaşdırılır. Ölkə üzrə yeni iş yerlərinin yaradılması istiqamətində iş aparıldığı halda, Texnologiya Universitetində çoxsaylı insanların çıxarılması nə məqsəd daşıyır?

Dəfələrlə Akif Süleymanovun çirkin əməlləri haqqında dövlət qurumlarına rəsmi müraciətlər olunsa da, təəssüflər olsun ki, heç bir nəticə yoxdur. Müraciət olunan dövlət qurumlarında əməkdaşların şikayət ərizələrinə baxılmır. Rektor Akif Süleymanov və oğlu Şamil Süleymanov cənab Prezident sizin, məmurlara etdiyiniz övlad özbaşınalığı ilə bağlı xəbərdarlığınıza məhəl qoymur.

Cənab prezident! Azərbaycan Texnologiya Universitetinin rektoru Akif Süleymanovun və oğlu Şamil Süleymanovun “AZİNKA” şirkətinin vasitəsi ilə Universitetə təyin etdikləri vəzifəli şəxslərinin özbaşınalıqları, çirkin əməllərindən bütün dövlət qurumlarına müraciət etsəmdə, təəssüflər olsun ki, heç bir nəticə vermiyib. Rektor Akif Süleymanov dəfələrlə Universitetin əməkdaşlarına bildirib ki, məni bura prezident təyin edib, mənim şikayətimi kimə edirsiz, edin.

Azərbaycan Texnologiya Universitetinin Ulu Öndər Heydər Əliyevin birbaşa qayğısı və himayədarlığı ilə yaradılıb. Sizdən xahişim budur ki, Texnologiya Universitetinin rektoru Akif Süleymanov haqqında ciddi addım atasınız. Rektor Akif Süleymanovu işdən kənarlaşdırmağınızla birlikdə, onu Azərbaycan Qanunlarının qarşısında cavab verməyi üçün ciddi tədbir görəsiniz.

Müraciət etdi:Azərbaycan Texnologiya Universitetinin Kompüter mütəxəssisi Azər Allahverdiyev"

Qeyd: Müraciətdə adı keçənlərin mövqeyini də dərc etməyə hazırıq

9 -dən səhifə 164