Javid Jabbarli

Javid Jabbarli

Bu yaxınlarda əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov maraqlı fakt göstərib: Azərbaycanın 4,6 mln. əməkqabiliyyətli əhalisinin cəmi 32%-nin ali və ya orta ixtisas təhsili var. 

Deməli, iqtisadi cəhətdən fəal vətəndaşlarımızın cəmi 20%-ə yaxını ali təhsillidir. Hər iki orta məktəb məzunundan biri təhsili davam etdirməyi, ixtisas və peşə əldə etməyi lazım bilmir.

Müqayisə üçün: Eurostat-ın məlumatına görə, Latviyada 2016-cı ildə ali təhsilli insanların payı ölkənin əməkqabiliyyətli əhalisinin yarısından bir qədər az – təxminən 43% təşkil edib (bu kateqoriyada qadınlar üstünlük təşkil edir – təxminən 56%). Estoniya və Litvada bu göstərici müvafiq olaraq 45% və 58% təşkil edib. Almaniya, Norveç, Finlandiyada diplomlu kadrların faizi daha da yüksəkdir.

Şübhəsiz, Avropalı qonşularla müqayisə Azərbaycanın xeyrinə deyil. Əsaslı bir sual yaranır – niyə 40-dan çox dövlət və özəl ali məktəbi olan ölkəmiz ali təhsilli insanların sayına görə Baltikyanı ölkələrin göstəricilərinə çatmır? Universitetlər əlçatmazdır? Ali məktəb məzunları hara olur?

Son on ildən çoxdur ölkədən 120 minə yaxın ali təhsilli insan gedib.

Bu statistikanı Turan-ın müxbiri ilə söhbətində bu mövzu üzrə araşdırma aparan müstəqil iqtisadçı ekspert Azər Mehdiyev təqdim edib. Miqrasiya məlumatlarına görə, sözügedən dövr ərzində ali və ya orta-texniki təhsili olan əməkqabiliyyətli 18-65 yaş arası hər səkkiz sakindən biri respublikamızı tərk edib. 25-34 yaş kateqoriyasında mənzərə daha da acınacaqlıdır: bu qrupda ali məktəb bitirən hər üç mütəxəssisdən biri ölkədən gedib.

Təəccüblü olan başqa bir məsələdir: Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatına görə, milli iqtisadiyyatda 8 min ali məktəb məznunu – mühəndis, baytar, layihəşünas, texnoloq, İT mütəxəssisi çatışmır. Bir neçə il sonra bu rəqəm dəfələrlə yüksələcək.

Mehdiyev qeyd edir ki, diplomlu kadrların ölkədən getməsinin əsasən iki səbəbi var. Birincisi, iqtisadiyyat kifayət qədər inkişaf etməyib, ali məktəb kadrlarının buraxılış tempinə yetişmir. Ölkədə, demək olar ki, tekstil, ayaqqabı sənayesi yoxdur, balıqçılıq, emal sənayesi zəif inkişaf edib. Aqrar sahə və turizm sahəsi son bir neçə ildə inkişaf etməyə başlayıb. İkinci, həlledici amil isə maaşlardır. Əhalinin ən fəal hissəsi – 25-34 yaşlı əməkqabiliyyətli kişilər layiqli əməkhaqqı axtarışında Azərbaycanı tərk edirlər. İkinci yeri 35-49 yaş qrupu tutur.

"Amma daha bir mühüm məqam da diqqəti cəlb edir. Əsasən dövlətin vəsait yatırdığı və guya tələbat olan peşələrin nümayəndələri: mühəndislər, İT mütəxəssisləri, həkimlər, inşaatçılar ölkəni tərk edirlər. Sorğu zamanı ali təhsilli mühacirlərin 50%-dən çoxu ölkəni tərk etməsinin səbəbi kimi iqtisadi səbəbləri göstəriblər. Azərbaycan aylıq 300 dollardan bir qədər çox əməkhaqqı göstəricisi ilə Cənubi Qafqazda sonuncu yerə düşüb, hələ Avropanı demirik. Doğrudur, bu il minimum əməkhaqqı 116 manatdan 130 manata qədər qaldırılıb, müəllimlərin maaşı bir qədər artırılıb. Həkimlərdən heç danışmırıq. Burada ixtisaslaşmış mütəxəssis üçün hansı layiqli əməkhaqqından söhbət gedə bilər?!”, deyə Mehdiyev sual edir.

Sabit İnkişaf Araşdırmalar Mərkəzinin sədri Nəriman Ağayev də bu mövqe ilə razıdır. Onun fikrincə, xarici və ya yerli diplomlu gənc mütəxəssislərin xaricə getməsinin əsas səbəbi əməkhaqqı səviyyəsinin aşağı olmasıdır. Təkcə kadrlar hazırlamaq deyil, onları layiqli əməkhaqqı ilə təmin etmək də vacibdir. Azərbaycanda dəqiq və təbii elmlər üzrə yüzlərlə mütəxəssis çatışmır, çünki daha yüksək əməkhaqqı üçün onlar xaricə işləməyə gedirlər.

"Gənclər ölkədə həyatın yaxşılaşması üçün çox az şey edən hökumətə inanmırlar. Kağız üzərində (BMT hesabatı üçün) hər şey normaldır, inkişaf dinamikası var, amma əslində yoxsulların sayı artır. Buna görə çox sayda Azərbaycanlı təqaüd proqramları, qrantlar, işçi və ya qonaq vizası ilə Qərbə gedir, orada qalır. Onlar vətəndə perspektiv görmürlər”, - deyə Ağayev qeyd edir.


Universitetlərdə rəsmən bazardır. Rüşvət artıq az qala leqallaşdırılıb təhsil verilməli obyektlərdə. Belə “universitetlərdən” biri də Bakı Kooperasiya Universitetidir. Xural.com xəbər verir ki, bu haqda Əvəz Zeynallı özünün facebook səhifəsində status paylaşıb. “Diqqət Kooperasiya Universitetinə!” başlığı ilə yayılan statusu olduğu kimi diqqətinizə çatdırırıq. Jurnalist yazır:“Rəsmən bazardır – rektor-deputat Eldar Quliyevin dükanı da demək olar. Bu günlərdə mənə danışdılar buradakı dəhşətlərdən. Burada oxumaq rəsmən qadağan olunub. Hər tələbə başına 750 manat pul yığır, sonra qiymət yazırlar. Bir qız “oxuyacam” deyib pul verməyib, anadan olduğuna peşiman ediblər. 750 manat verməyənin imtahanları keçməsi imkan xaricində. Pul-rüşvət açıq yığılır. Heç kimin heç kimdən qorxusu yox.

Mikayıl Cabbarov indi də Vergilər Nazirliyini xaraba qoyur, onun yerinə kimsə təyin olunmayıb, millətin təhsili ağlar gündə. Guya korrupsiya ilə mübarizə aparan bir qurum var axı, onlar hara baxırlar? Olmayan cinayətlərə görə adam şərləyən bu qurumun başbilənləri Kamran Əliyev, general Əli Nağıyev, yoxsa tələbə başı 750 manat pul toplayıb qiymət yazan bu bazardan – Kooperasiya Universitetində baş verənlərdən xəbəriniz yoxdur?! Siz hər şeyi bilirsiniz axı?! O zaman bu dələduz-müəllim-dekan-rektor yığını 750 manatı necə toplaya bilirlər?! Şərikliyiniz var yoxsa?!”


Məktəblərdə test keçirmək adı ilə pul yığılır. Bu barədə “Milli Mədəniyyətin Təbliği” İctimai Birliyinin sədri, ictimai xadimJalə Cəfərova şəxsi facebook səhifəsində məlumat verib.

J.Cəfərova valideynlərdən pul yığılmasında haqlı olaraq Təhsil Nazirliyini suçlayır: “ Hamımız bilirik ki, Təhsil Nazirliyinin icazəsi olmadan məktəbə daxil olub, bir müəllimə, bir şagirdə yaxınlaşıb sual ünvanlaya bilməzsən. O ki, qala hansısa təşkilat gəlib, icazəsiz tədbir keçirə. Müəyyən səbəblərdən məktəblərin ünvanını deyə bilməsəm də altı məktəbdə “TTM” deyilən bir özəl şirkətin özbaşnalığından hiddətə gəlməmək mümkün deyil. Rusdili bölmənin 4-cü siniflərində test keçirilir . Deyəcəksiz nə olsun? O olsun ki, məktəb direktorlarının da təkidilə valideynlərdən tələb olunur ki, siz uşaqlarınızı test imtahanına gətirməyə də bilərsiz, ancaq qeydiyyatdan keçirib beş manatı ödəməlisiz. Yoxsa, uşaq dərsə buraxılmayacaq”.


Artıq bir neçə gündür ki, iş adamı, “Palmali” şirkətinin rəhbəri Mübariz Mənsimovla SOCAR arasında çəkişmə mətbuatın gündəmindədir. Mövzunun aktuallığını nəzərə alaraq, Mübariz Mənsimovla bağlı baş verənlərin ətraflı anlatıldığı, jurnalist Azər Həsrətin öz bloqunda dərc etdiyi bu məqaləni təqdim edirik:

İndi də Mübariz Mənsimova qarşı cəbhə açıblar. Tanımıram bu adamı şəxsən. Amma az-çox bildiyimə görə, Türkiyədə yaşayan çox uğurlu iş adamlarından biridir. Eyni zamanda çox layiqli, təəssübkeş bir Azərbaycanlı olduğu deyilir. Yurd dışında qazandığı pulların bir qismini həvəslə Azərbaycana, doğulub boya-başa çatdığı Masallı rayonuna yatırır. Hətta Heydər Əliyev Fondunun çağırışıyla öz kəndində orta məktəb binası da tikdirib. Yəni adam əməlli-başlı faydalı işlər görür.

Amma onunla bağlı diqqətimi çəkən bu sadalananlar deyil. Mübariz Mənsimov mənim yadımda 2010-cu ildə Milli Qəhrəman Mübariz İbrahimovun nəşinin Ermənistandan alınması prosesində qalıb. Yadımdadır, Mənsimov o zaman əlindən gələni edirdi ki, Azərbaycanın çağdaş dövr əfsanəsinə çevrilmiş Mübarizin nəşini ermənilərdən alsın. Bunun üçün lazım olan vəsaiti ödəməyə hazır olduğunu da bəyan etmişdi. Özü də ən yüksək məbləği ödəməyə hazır idi.

Sonrakı mərhələdə Prezident İlham Əliyevin şəxsi səyləri nəticəsində Mübariz İbrahimovun nəşi alındı, layiqincə torpağa tapşırıldı. Amma bir çox insanlarımızın məsələyə münasibəti də yaddaşlara hopdu ki, onların arasında Mübariz Mənsimov da vardı.

Ümumiyyətlə, az-çox izlədiyimdən bilirəm ki, bu Mənsimov çox təəssübkeş insandır. Nə etsə, harda və necə etsə məhz Azərbaycanı – öz Ana Vətənini düşünür, onun üçün çalışır. Əlbəttə ki, belə yanaşma təqdir edilməli, örnək alınmalıdır.

Amma! Amma görürük ki, indi də hansısa qüvvələr bu insanı tam olaraq bitirmək üçün hərəkətə keçib.

Bir müddət əvvəl Mübariz Mənsimovun qurduğu və Azərbaycan futbolunda tarix yazan “Xəzər” Lənkəran futbol klubu küncə sıxışdırıldı və təzyiqlərə dözməyərək 2016-cı ildə fəaliyyətini dayandırmalı oldu. Halbuki bu komandanın da iştirak etdiyi milli çempionat daha maraqlı, daha baxımlı idi. Yəni ortada tək bir “Qarabağ” klubu deyildi. Futbolumuzun bayraqdarı “Neftçi”, yeni komandalardan olan “Xəzər” Lənkəran və qürur yerimiz olan “Qarabağ” üçlüsünün onlarla ayaqlaşmağa çalışan “Qəbələ” və “İnter”lə birlikdə yer aldığı çempionat Azərbaycanın bu sahədə də daha irəli getməsi üçün özül rolunu oynayırdı. Amma nə baş verdisə “Xəzər” Lənkərana qarşı haqsızlıqlar edildi, küncə sıxışdırıldı və çempionatı tərk etməyə məcbur oldu. Nəticə də odur ki, Azərbaycan futbolu yalnız ucalardan uca “Qarabağ”ın öhdəsinə qalıb. Bu komandanın da inkişafı üçün lazım olan rəqabət ortamı, demək olar ki, gözə dəymir. “Xəzər” Lənkəranı batıranlar, əslində, elə “Qarabağ”ı da batırmağı hədəfləyənlərdir.

Daha bir iş yeri – Pal Süd şirkəti də qeyri-sağlam rəqabət sonucu bazardan sıxışdırıldı. Ümumiyyətlə isə, illərdir ki, Azərbaycanda Mübariz Mənsimovun fəaliyyət dairəsi məhdudlaşdırılır və deyəsən son nöqtəyə gəlinib.

Son hücumlar Rusiyadan başlamışdı. Rusiya mediası lap bu yaxınlarda Mübariz Mənsimovu hədəfə alan yazılar yazırdı. Azərbaycanda da Eynulla Fətullayevin haqqın.az-ı həmin yazıları həvəslə tirajlayırdı. Onun ardınca da başqa media qurumlarımız bu kampaniyada həvəslə iştirak edirdilər. Düzdür, Eynulla deyə bilər ki, Rusiya mediasının yazdıqlarına xəbər dəyəri olduğu üçün diqqət ayırıb. Razılaşmaq olar. Amma istənilən halda özbaşına olmadığı bütün dünyaya bəlli olan Rusiya mediasının bir uğurlu Azərbaycan əsilli iş adamını hədəfə alması düşündürücü olmalıydı.

Xoruzun quyruğu onda göründü ki, Rusiyadan başlanan proses az sonra Azərbayana keçdi və tam cəbhə boyu hücum təşkil edildi.

İndi Azərbaycan mediasında az qala hər yerindən duran Mübariz Mənsimova hücum edir. Sanki hansısa gizli əl onu çökdürmək üçün hərəkətə keçib. Halbuki Mübariz Mənsimovun qazandıqlarının Azərbaycana heç dəxli yoxdur. Bu şəxs, bildiyimizə görə, öz pulunu hazırda 45 minədək işçi çalışdırdığı şirkətlərindən əldə edir ki, onlar da dünyanın 25 ölkəsinə yayılıb. Və üstəlik, hara getsə, harda bir iş qursa Azərbaycan adını da qürurla özüylə aparır. Azərbaycanın sərvətlərini vəhşicəsinə dağıdan bəzi manqurt qafalı oliqarxlardan fərqli olaraq…

Mənə bu yazını yazdıran, əslində, heç tanımadığım, hər hansı şəkildə əlaqəmin olmadığı Mübariz Mənsimovun şəxsiyyəti də deyil. Yazıya səbəb Azərbaycanın bəzi media qurumlarının internet saytlarına edilən hücumlardır. Bu saytlar Mübariz Mənsimovla bağlı fərqli, müsbət yazılar dərc ediblər. Niyə ediblər, özləri bilərlər. Bu da onların mövqeyi, yanaşmasıdır. Azərbaycan oxucusunun fərqli fikirlərlə tanış olmaq haqqı da var axı. İndi belə yanaşma sərgiləyən saytlara hücumlar edilir. Sayt sahibləri də konkret ünvan göstərərək hücumun hardan gəldiyini deyir.

Belə bir durum Azərbaycan adına ayıb deyilmi? Fikriniz varsa, zəhmət çəkin, siz də açıqlama verin. Mövqeyinizi bəyan edin, o saytlar da dərc etsin. Etmirsiniz. Edə bilmirsiniz. O zaman sizin əməliniz çirkindir, haqsız olduğunuzu özünüz də bilirsiniz və buna görə də kol dibində gizlənib hücum təşkil edirsiniz. Edin. Sizin mahiyyətinizə də yaraşan elə budur zatən…

Sözardı: İllərdir cənab Prezident xaricdəki iş adamlarını Azərbaycana çağırır, ölkənin inkişafında rol almağa səsləyir. Vətənpərvər diaspor nümayəndələrimiz gəlirlər, iş qururlar və… peşman olurlar. Dəfələrlə olub ki, Azərbaycana gəlib ölkədə yeni iş yerləri açmaq, inkişafa töhfə vermək istəyənlərin başına oyunların açıldığı haqqına xəbərlər eşitmişik. Bu adamlar sonda sadəcə quru canlarını alıb Azərbaycandan qaçmağa məcbur ediliblər. İndi Mübariz Mənsimovu da belə bezikdirirlər bu yırtıcılar…

Azər HƏSRƏT, www.azerhasret.com


Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən atəşkəs rejimi kobud surətdə pozulub və Azərbaycan ordusu itki verib. 

Bu barədə "Report"a Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumatda deyilir ki, Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən atəşkəs rejiminin kobud surətdə pozulması nəticəsində düşmənlə atışmada Azərbaycan Ordusunun hərbi qulluqçusu əsgər Mənəfov İbrahim Möhsüm oğlu şəhid olub.


Tanışlardan birinin ailəsində ara-sıra problem yaranır. Əksər halda mənə danışır, mən də bir az bidliklərimdəm öyüd-nəsihət verirəm və dediyinə görə, hər şey qaydasına düşür. Aşağı, yuxarı hər 2 aydan bir şikayətlənir, qəti qərara gəldiyini deyir – qərarımı verdim, boşanacam. Uje iki ilə yaxındır,bu boşanma davası gedir. Bu gün elə yazmışdım ki, necəsən, nə edirsən? Pisəm, çox pisəm deyə başladı. Bir az gileyləndi və əlavə elədi ki, daha qərarımı vermişəm sən mənə hüquqi yardım et. Mən necə etməliyəm, boşanmaq üçün kimə vəhara müraciət edim və sair. Dedim, tələsmə, sən qərarını dəqiqləşdir, sonra rahat danışarıq. Nə isə, bir neçə saatdan sonra yazdım. Məni gözləyirmiş kimi mesajım yarıyolda olanda, uje cavabı mənə çatdı. Dedim hə, indi yavaş, yavaş boşanma qərarını izah elə. Nə səbəb oldu ki, sən bu qərara gəldim. Az danışdı, çox dinlədim, çox danışdı, az dinlədim, gördüm ki, insafən qarşı tərəfdə heç bir günah yoxdur. Qarşı tərəf ailəni qorumaq üçün əlindən gələni edir. Adam isə nə istədiyini, nəyin peşində olduğunu rəsmən bilmir. Ama hər sözünün əvvəli də, axrı da mən belə istəyirəm, mən filan istəyirəm və sair idi.

Söhbətin bu yerində yaddaşımda əbədi həkk olan və yaşam tərzimi tənzimləməkdə yardım edən bir hadisə yadıma düşdü. Dəyərli qardaşım, Hacı Əbülfəz deyir, bir dəfə məsciddə namazın iqaməsi oxunurdu, mən də ayaqlarımı bir az aralı, çiyin bərabəri səviyyəsində qoymuşdum. Yanımda dayanan Hacı Tapdıq əmi əyilib qulağıma dedi ki, ayaqlarını aralı qoymusan. Dedim, mənim duruşum belədir. Tapdıq əmi yenidən təbəssüm edərək əyildi: “Allah dini göndərib ki, biz duruşumuzu dəyişək”.

Qayıdaq mətləbə;

Adam dindar olduğu üçün, tez-tez “mən istəyirəm axirətimi qazanım” və sair sözlər də işlədirdi. Qarşı tərəfin haqlı olduğunu və hətta ona qarşı kobudluq etdiyinə görə, gedib üzr istəməli olduğunu dedim. Və Tapdıq əminin dəyərli sözü ətrafında xatırlamalar elədim. Çox sağ olsun ki, sakitləşdi, qərarından vaz keçdi və bir daha belə qərarlar barəsində düşünməyəcəyinə söz verdi.

Sözardı;

 Cəmiyyətdə rastlaşdığımız bəzi problemlərin də əsası “mən belə istəyirəm” iddiasından başlayır. İzah edəndə də ya harameyilli deyirlər, ya da başqa nəsə bir ad verirlər. Yaxın günlərdə bir şəkil paylaşmışdım. Şəkildə dinin qaydalara əməl olunmuşdu. Bəzi dostlar irad bildirdilər. Təbii ki, iradlarının, mən belə düşünürəm, iddiasından başqa heç bir əsası yox idi. Din hamının danışa biləcəyi sahə olduğu üçün kiməsə, sən dindən danışma, demək olmur. Çünki din hamı üçündür, hamınındır. Hər hansı bir məsələdə, mən belə düşünürəm iddiası, həmin problemə minlərlə baxış deməkdir. Əgər həmin məsələnin dinlə bir əlaqəsi varsa, mütləq o problemlə bağlı dinin düşüncəsi də var. Yaxşı olmazmı, həmin məsələ ilə bağlı ilk olaraq dinin nə düşündüyünü öyrənək? Daha yaxşı olmazmı, həmin məsələ ilə bağlı düşüncəmizi dinin düşüncəsinə uyğunlaşdıraq? Bəli, yaxud yox deyənlər ola bilər. Bu da normal. Bəli deyənlər, əməldə imanlarını təsdiq etmək üçün dinin göstərişini rəhbər tutacaqlar, yox deyənlər də dindən qopub düşdükləri cətin duruma görə dini suçlamayacaqlar. Yəni, mən müsəlmanam və din bizi geri aparır, iddıasında bulunmayacaqlar. Bu arada bir hadisə də danışım. Almaniyada biletsiz nəqliyyatdan istifadə edənlər böyük məbləğdə cərimə olunurlar. Tanıdığım bir nəfər qonşu şəhərə gedirdi. Mən yolu bildiyim üçün, hardan və necə gedəcəyini izah elədim, hətta bilet alacağı makinanı da göstərdim. Qayıdanda yenə rastlaşdıq. Dedi, cərimə elədilər 60 evro. Sən bilet almadınmı, niyə cərimə etsinlər, sordum. Dedi yox, səndən ayrılandan sonra fikrimi dəyişdim. Adam günahın özündə olduğunu etiraf etdi. Day bilmədim, səmimi etiraf idi, ya yox.

Gedəcəyimiz yol aydındır, hətta dinin göstərişi də var. Göstərişə əməl etmədən, dini suçlamaq insafdırmı? Fərqi yoxdur dindardır, ya ateist. Yəni kimliyindən asılı omayaraq, dinin göstərişinə əməl olunmalıdır ki, xaos yaranmasın. Hüquqa boyun əyməyən, qanun tanımayan məmuru özbaşına adlandırıb, cəmiyyətdə xaos yaratmaqda ittiham ediriksə, dinin qaydalarına uymayan dindarı niyə özbaşına adlandırmayaq?

Nəticə budur ki, həm hüquq kimi qəbul olunan qanunlar, həm də şəriət kimi tanınan dini göstərişlər fərdin şəxsi istəklərindən vaz keçməsi üçündür. O istəklər ki, insanın ümumi ziyanınadır. Cəmiyyətdə heç bir qanuna uymayan fərdlər çoxalarsa, o cəmiyyətin iflası deməkdir. Hamının, cəmiyyətin elə özümüzün xeyiri üçün, mən belə düşünürəm, iddiasından vaz keçməliyik. Həm inanclı, həm ateist düşüncəsini mütləq cilalamalıdır. Çünki, mən belə düşünürəm!

Cavid Cabbarlı

İlahiyyatçı, jurnalist


Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində iki müavin vəzifədən azad olunub. 

Unikal.org-un məlumatına görə, qurumda aparılan islahatlara görə, nazir müavinləri İltimas Məmmədov və Elmir Vəlizadənin tutduqları vəzifə ixtisar olunub.

Əvəzində isə Əli İzzət oğlu Abdullayev nazirin rabitə üzrə müavini təyin edilib. Nəqliyyat üzrə isə müavin vəzifəsinə isə hələlik təyinat olmayıb.

Xəbər verdiyimiz kimi, dekabrın 27-də, axşam saatlarında 1987-ci il təvəllüdlü paytaxt sakini Əliyev Elvin Əziz oğlu M.Əlizadə küçəsi, ev 18, mənzil 17- də özünü asaraq intihar edib. Elvin Əliyev Azərbaycanın nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini İltimas Məmmədovun kürəkəni idi.

İntiharla bağlı məlumatda deyilirdi  ki, E.Əliyev  üst-üstə yığılmış külli miqdarda borcdan depressiyaya düşərək özünü öldürüb.  İlkin məlumatlara görə, Əliyevin şəxsi biznesi olub. Amma son vaxtlar onun işləri qaydasında getmirmiş. Əliyev biznesini dayandırmağa məcbur olub. Məmur kürəkəninin intihar məktubu buraxdığı haqda iddialar var. Onun cibindən “Məni bağışlayın” məzmunlu məktub aşkar olunaraq götürülüb.

İddiada  o da deyilir ki, onun küllimiqdarda borcunu atası ilə qayınatası qaytarıbmış. Ancaq buna baxmayaraq, o, özünü asaraq intihar edib.

Qeyd edək ki, “rabitə çetesi”nin bir neçə ay davam edən məhkəməsində İltimas Məmmədova qarşı keçmiş iş yoldaşları tərəfindən dəfələrlə ağır ifadələr verilmişdi. “Bakı Telefon Rabitəsi” İstehsalat Birliyinin (BTRİB) sabiq baş direktoru Beytulla Hüseynov ifadəsində İltimas Məmmədova ev tikintisi üçün 1,5 milyon manat pul verdiyini demişdi. İltimas Məmmədov isə istintaqa ifadəsində ayda 30 min manat “paket” aldığını etiraf etmişdi. İ.Məmmədov bildirmişdi ki, nazirliyin işçilərinə “paket” şəklində aylıq pullar verilməsindən məlumatlı idi. Belə ki, Vidadi Zeynalov tərəfindən onun özünə əvvəllər “paket” şəklində ayda 15 min manat, daha sonra qısa müddət ərzində 20 min manat, son bir ildə isə 30 min manat pul verilib. Lakin nazir müavini “həmin pulların konkret olaraq hansı mənbələrdən daxil olmasından məlumatı olmadığını” demişdi.

Nazirliyin sabiq aparat rəhbəri Vidadi Zeynalov da məhkəmədə İ.Məmmədovu ittiham edən çıxışlar etmişdi. Məsələn, o, proseslərin birində “mən məsul şəxs olmamışam, heç bir sənəddə imzam yoxdur. Nazir müavini İltimas Məmmədov daha çox günahkardır. İltimas Məmmədov niyə məhkəmədə şahid kimi dindirilmədi? Kimdən çəkindiniz?” deyərək, onun nazir olmaq istədiyini demişdi. İltimas Məmmədov barəsində məhkəmədə və istintaqda səsləndirilən ittihamlara cavab vermək əvəzinə medianın bu barədə suallarına susmaqla qarşılıq verdi.

İltimas Məmmədov 1963-cü il fevral aynın 10-da Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Yuxarı Əylis kəndində fəhlə ailəsində anadan olub. 1970-1980-ci illərdə həmin kənddə orta təhsil alıb. Orta məktəbi bitirdikdən sonra 1980-cı ildə Bakı şəhəri 23 nömrəli texniki-peşə məktəbinə daxil olub və 1981-ci ildə həmin məktəbi qırmızı diplomla bitirib. 1981-1983-cü illərdə orduda həqiqi hərbi xidmətdə olub. İ.Məmmədov 1984-cü ildə Ç.İldırım adına Azərbaycan Politexnik İnstitutunun Elektrotexnika fakültəsinə daxil olub və 1989-cu ildə həmin fakültəni bitirərək, çoxkanallı elektrik rabitəsi mühəndisi ixtisasına yiyələnib. Bir müddət sonra laboratoriyanın KRR qrupunda elektromexanik, 1990-cı ildə həmin qrupda mühəndis vəzifəsinə təyin olunub. 1991-ci ildə Bakı Kabel Qovşağında 2-ci dərəcəli mühəndis, 1992-ci ildə isə qovşağın xətt xidməti rəisi vəzifəsinə təyin olunub. 1996-cı ildə həmin qovşağın baş mühəndisi, 1997-ci ildə isə BTRİB-in baş mütəxəssisi vəzifəsinə təyin olunub.

2000-ci ildə Rabitə Nazirliyinin Telekommunikasiya şöbəsinin rəis müavini, 2001-ci ildə rabitə nazirinin texniki məsələlər üzrə müşaviri, 2005-ci ildə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Tənzimləmə şöbəsinin müdiri, 2005-ci il 22 dekabr tarixindən isə Prezidentin sərəncamına əsasən rabitə və informasıya texnologiyalari nazirinin (indi bu qurum Rabitə və Yüksək Texnologiyalar Nazirliyi adlanır) müavini təyin olunub. Əli Abbasovun vəzifədən çıxarılmasından sonra bir müddət nazir əvəzi işləyib. Hətta onun nazir təyin edilə biləcəyi də deyilirdi. Lakin ötən ilin noyabr ayının 25-də prezidentin sərəncamı ilə İltimas Məmmədov nazirin birinci müavini vəzifəsindən azad edildi. İltimas Məmmədov prezidentin digər sərəncamı ilə nazir müavini vəzifəsinə təyinat aldı.

İ.Məmmədov iki dəfə (1994 və 2002-ci illərdə) “Rabitə ustası” fəxri adına layiq görülüb. İki elmi əsərin və 10-dan artıq elmi məqalənin müəllifidir. Onun üç övladı var.

İltimas Məmmədovun oğlu İdrak Məmmədovun Naxçıvan Muxtar Respublikasının rabitə və informasiya texnologiyaları naziri Rövşən Məmmədovun kürəkəni olduğu deyilir.


Siyasətçinin müalicəsi ev şəraitində davam etdiriləcək

Milli Strateji Düşüncə Mərkəzinin sədri, Müsavat Partiyasının sabiq sədri İsa Qəmbər bu gün müalicə aldığı Mərkəzi Klinik Xəstəxanadan evə buraxılıb.

Bu barədə İsa Qəmbər feysbukda yazıb: "Mərkəzi Klinikadan ayrıldıq. Firdövsi həkim başda olmaqla peşəkar, qayğıkeş həkim heyəti və bütün personala təşəkkürlər!"

Xəstəxananın kardioloqu, Firdovsi İbrahimov bildirib ki, İ.Qəmbərin səhhəti yaxşıdır, müalicəsini ev şəraitində davam etdirəcək. 

İsa Qəmbər yanvarın 13-də ürəyində yaranan problemlərlə bağlı xəstəxanaya yerləşdirilib. 


Belə bir deyim var - “Qəlblər yaxşılıqla ram olar”. İnsanları ovsunlayan, qəlbləri aram edən YAXŞILIQ hamı tərəfindən bəyənilsə də, çox az insanda müşahidə olunur. Ətrafında olan hər kəs, xüsusən tələbələri tərəfindən səmimi sevgilə əhatələnmiş, YAXŞILIĞI həyatının əsas atributu hesab edən şəxslərdən biri – Cəlilov Yusif müəllimin müdrüklüyü bu gün bir pillə də ucalır. Yüsif müəllim müdrüklüyün 68-ci pilləsini şərəf və yaxşılıqla fəth edə bilib. Dayandığı zirvədən, onu yüksəldən pillələrə baxsa, görər ki, etdiyi yaxşılıqların hər biri möhkəm və dağılmaz qala kimi onu müşahidə edir. Həyatda həmişə dürs mövqeyi ilə seçilən Yusif müəllim, peşəsini də cəsarət və çalışqanlığı nəticəsində sevgi kərpiclərilə hörüb. Məhz onun bu fədakarlığı Poverliftinq idman növünü yüzlərlə gəncə sevdirib. Başda Ramil Hüseynov olmaqla bütün tələbələri Onu təbrik edir, ən xoş arzularını çatdırırlar: “Əziz və sevimli, Yusif müəllim, Siz minlərlə insanın fəxr edə biləcəyi və doğmalarınızın qürur mənbəyisiniz. Doğum gününüz mübarək!Tanrı, zürvələrə gedən yolda Sizə yardımçı olsun!”

Təbrikə Xeber.İnfo kollektivi də qoşulur.

 

Yusif Fərəcov1


Bir zəhmətkeş kəndli torpaq sahəsində buğda əkir. Əkin vaxtı zəmini biçib bir yerə toplayır. Birdən görür ki, ailəsinin illik qidası hesab olunan zəmi tayası yanır. Bu da taxıl tayasını söndürmək üçün özünü vurur tayaya. İsti yay günü, quru zəmi,alovdan yaxın düşmək olmur. (Kənd uşaqları hadisəni daha yaxşı təsüəvvür edə bilərlər). Nə isə, adam özünü atır alovun içinə, camaat bir təhər alovun içindən xilas edib, xəstəxanaya çatırırlar. Adamın doğmaları xəbəri eşidən ki, tökülüşürlər xəstəxanaya. Bütün yanığ şöbələrini axtarırlar, adamı tapmırlar, öldüyünü zənn edib gedib, ölüxanaları da axtarırlar, tapa bilmirlər. Bir tikə “çörək” olub Əzrailin qanadına yapışıb, yoxsa divin girovuna düşüb, hərənin düşüncəsinə bir şey gəlir. Nəhayət məlul-müşkül xəstəxanada sınıq şöbəsinin qabağından keçən bir qohumu zarıltı səsi eşidir. Xəstəotağına yaxınlaşanda görür ki, taxıl zəmisi yanan qohumunu tamam salıblar gibsə, yazıq af-uf edir. Yaxınlaşıb soruşur ki, biz səni yanıq şöbəsində axtarırdıq, səni sınıq şöbəsinə niyə uzadıblar?Kişi deyir, yanmağına yanmışam, amma söndürənlər lapatka ilə söndürdülər.

Məndən cəmiyyətin halını soran olsa, heç düşünmədən taxıl zəmisi yanan kişinin vəziyyəti kimidir, camaatın vəziyyəti, deyərəm.

Yarın övladına nə yedirdəcəyini bilməyən valideyn, özünü ya yandırır, ya asır, da uca bir yerdən atır. DİN, Prokurorluq da ilin əvvəlində bir açıqlama hazırlayıb, belə hadisə baş verən kimi adamın adını, soyadını yazıb yayınlaıyr ki, adamın psixoliji problemi var imiş.

Bir tərəfdən də, hakimiyyət açıb büdcənin ağzını, dünyanın tanınmış mətbu nəşrlərinə paylayır ki, rejimi tərifləsinlər. Büdcənin bir iki yerindən iynəylə deşik açıb ki, arada prezidentə ata, əmi deyən bəzi yerli mətbu nəşrlər də deşikdən şirəsi axan büdcəni yalaya bilsinlər. Və gündəmi gic-gic şeylərlə dəyişsinlər ki, rejimin iyrənc əməlləri gündəmə gəlib ürək bulandırmasın. Məsələn, bir gədənin kiminsə haqqında yazdığı statusu, yaxud bəzi sözlərin başına açılan “oyunu” gündəmi dəyişmək kimi dəyərləndirirəm.

O qədər yanlış taktikadır ki, məhz bu starategiya rejimin sonunu gətirəcək. Daha düşünmürlər, kimlərəsə payladıqları vəsaitinin yarıdan yarısını əhaliyə versələr, İlham Əliyevi ömürlük padişah edərlər. Necə ki, döyülən də, söyülən də, vuran da, vurulan da İlham Əliyevə müraciət edir, şikayət göndərir, ondan ümid gözləyir, onun siyasətini dəstəklədiyini deyir. Bu xalq, bu camaat elə özü dediyi kimi, siyasətə qarışmır, yaşamaq istəyir, vəssalam!

Sən demə, əhalini yatırtmaq üçün rejimin bu zamana qədər oxuduğu nağılların sonunda göydən 3 alma düşmürmüş. 92,93-cü illəri xaos ili kimi az qalırdılar camaatın gözünə soxsunlar ki, bəs biz sizi silahlı basqınlardan, quldur dəstələrindən qurtarmışıq. Ona görə ölkənin bütün təbii sərvətləri, nefti, qazı, qızıl yataqları və sair bizim olmalıdır. Üstəgəl qazancınızın yarısını da verməlisiniz. Lap elə həqiqətən Əliyev rejimi həmən illərdə ağ atlı oğlan kimi çiynində qızıl quşu, əlində də misri qılıncı, qıratın belində gəlib ölkəni xilas eləyib, bu bölgüyə haqq edirmi? Etmir. İkincisi, lap elə dedikləri həqiqət olub, 25 il sonra xalqı, ölkəni xaosdan çıxarda bilibmi, bu yırtıcı və vəhşi rejim? Yox. Hacı Məmmədovun dəstəsi, Eldar Mahmudovun komandası və yüzlərlə belə irili-xırdalı qruplar saymaq olar. Bunlar cəhənnəmə, gizlində baş verib və üstü açılan kimi guya şahənşahın qəzəbinə tuş gəliblər. Bəs zindanda heç bir günahı olmayan insanların çürüməsinə nə deyirsiniz? Məhkəmələrdə saxta ittihamlarla uzun illər azadlıqdan məhrum edilənlərə nə deyirsiniz? Günün günorta çağı küçənin ortasında başına torba keçirilərək, oğurlanan insanların haqqında azmı eşitmisiniz? Qanunların, hüququn çeynənilərək tüpürüldüyü barədə azmı fakt var? Bunlar da cəhənnəmə, siyasi statusuna görə kiminsə atasını, qardaşını, hətta bacısını polis idarəsinə aparıb işgəncə vermək, xaos deyil, nədir? 92, 93-cü illərdən belə bir fakt göstərmək olarmı? Siyasi fəaliyyətinə görə, doğmaları qohumluq əlaqəsini kəsməyə məcbur edən, bu rejim deyil? Bu kimi hallar tarixdə çox az şahların dövrünə təsadüf edə bilər ki, həmin şahlar da ən pis formada yad olunurlar. Avropada yaşayan bir gəncin xəstə atasını və digər qohumunu DİN oğurlayaraq aparıb işgəncə verir, anasını ürəkparçalayan müraciət yaymağa məcbur edir. Belə bir hakimiyyət ölkəni hansı dövrə aparıb, düşünmək belə çətindir.

Hə, sonda cəmiyyətdə intihar səbəblərini axtaran “zəka”lara da ipucu verim, rayondan oğurlanıb DİN-ə gətirilən yaşlı və xəstə ata, oğluna deyirdi: “Həmin statusu silməsən intihar edəcəm”.

Dağa, daşa düşmək lazım deyil. Rejim – Əliyev hakimiyyəti bir parça çörəklə birlikdə bizi yandırır, sonra lapatka ilə söndürüb sınıq şöbəsinə uzadır ki, yanığ göynəltisi ilə baş-başa qalaq!

Cavid Cabbarlı

İlahiyyatçı, jurnalist 


8 -dən səhifə 228